Əli bəy Hüseynzadə gənclərin gözündə...

09:40 / 10.08.2015

Hər bir ölkənin dili, tarixi inkişaf baxımından müxtəlif meyarlı ədəbi və tarixi şəxsiyyətlərin qoyub getdiyi izlər danılmazdır. Mənim dilim türk dilləri ailəsinin əsas özəyini təşkil edən Azərbaycan dilidir. Dili bilməklə kifayətlənmək doğru deyil, ən vacibi odur ki, bu dili öz daxili dünyanda deyil, eləcə də bütün dünya dilləri arasında tanıdıb, layiqincə təbliğ edəsən. Bu baxımdan öz məqsədyönlü addımları ilə seçilən şəxsiyyətlərdən biri Əli bəy Hüseyn oğlu Hüseynzadə olmuşdur.

Ə. Hüseynzadə Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi hadisələrlə əlaqədar olaraq, Türkiyəyə gənc yaşında olarkən gəlmiş, burada – İstanbul universitetində hərbi həkimlik ixtisasına yiyələnmişdir. 1905-ci il inqilabından sonra yaranmış yeni şəraitlə əlaqədar olaraq Azərbaycanda geniş biliyə, mükəmməl savada malik jurnalistlərə böyük ehtiyac vardı. Xalqını daim düşünən, onun halına daima yanan Ə. Hüseynzadə bu ehtiyac qarşısında cavabsız, köməksiz dayana bilməzdi və bilmədi də. Elə həmin il Ə. Hüseynzadə Bakıya gəlib öz iş yoldaşı Əhməd bəy Ağayevlə birlikdə xeyriyyəçi H. Z. Tağıyevin vəsaiti ilə çıxan “Həyat” qəzetini redaktə edərkən yazdığı məqalələrində Avropanın böyük imperialist dövlətlərinin, o cümlədən də Rusiyanın şərq ölkələrinə münasibətdə yeritdikləri qəsbkarlıq siyasəti kəskin tənqid edilir və başqa xalqlar, onların dinləri, ədəbiyyatları haqqında yaxşı fikirlər söylənirdi. Bu cəhətdən Ə. Hüseynzadənin redaktorluğu ilə nəşr edilən “Füyuzat” jurnalının fəaliyyəti ayrıca qeyd edilməlidir. Tanıdığımız Tolstoy, Höte kimi görkəmli simalar haqqında ətraflı məlumatı Azərbaycan oxucuları ilk dəfə bu jurnalda çap olunan məqalə və tərcümədən almışdılar. Əli bəy Hüseynzadənin öz əsərlərində təbliğ və şərh etdiyi “türkçülük, müsəlmanlıq və avropaçılıq” şüarı mahiyyət etibarilə bu gün ictimai həyatımızda özünə yer tapmış azərbaycanlılıq, müsəlmanlıq və müasirlik nəzəriyyəsinin təlimi idi.

1926-cı ildə Bakıda keçirilmiş Türkoloji qurultayın nümayəndəsi olan Ə. Hüseynzadə burada mətbuat üçün verdiyi müsahibələrində, yazıçılar qarşısındakı çıxışında öz elmi-ictimai fəaliyyətini açıqlayaraq təvazökarlıqla demişdi ki, “ ... mən nə ədib, nə də şair idim. Lakin ədəbiyyatımızın geridə qaldığını görürdüm. Görürdüm ki, biz daim fərqi özümüz üçün nümunə hesab edir, ona rəğbət bəsləyirik. Lakin mən Qərbə rəğbətin də zərurətini göstərdim. Qərbin əsərlərinin təbliği yolunda bir az çalışdım. Ağac əyri idi, onu əksinə əyib təkmilləşdirmək lazım idi ki, düzəlsin... Ağac düzəldi...”

Ə. Hüseynzadənin başçılıq etdiyi “Füyuzat” jurnalı və eyniadlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərmişdir. Füyuzatçılar da xalqı qəflət yuxusundan oyatmaq, onda öz tarixinə, çağdaş durumuna gözüaçıq münasibət oyatmaq, mədəniyyəti və elmi yaymaq sahəsində geniş fəaliyyət göstərmişlər. Azərbaycan

ictimai fikri tarixində romantizm cərəyanının bərqərar olub inkişaf etməsində Əli bəy Hüseynzadənin mətbuatdakı ardıcıl çıxışlarının mühüm rolu olmuşdur. Onun məşhur əsərləri sırasında “Tolstoyçuluq nədir ?” tədqiqatını, “Əbdi-qılaf və məhfəzə qulu” hekayəsini qeyd etmək olar.

Ədəbiyyatın xalq həyatı ilə sıx əlaqə şəraitində inkişaf etməsi prinsipinin şərhini verən Ə. Hüseynzadə belə demişdir: “ Ədəbiyyat belədir: xalqı enmədikcə yüksəlməz. Əvvəlcə xalqa, ümumiyyətlə, bütün kütləyə qədər enmək, sonra onlarla bərabər yüksəlməyə çalışmaq lazımdır.” Əli bəy Hüseynzadə də belə etdi, öz ədəbi fəaliyyəti, yaradıcılığı və zəngin çıxışları ilə xalqın qəlbinə yer tapdı. Ədəbiyyatın hər bir səhifəsində silinməz bir iz salıb getdi. Belə insanlar unudulmur, xalqın qəlbinə silinməz bir izlə yaşayır, yaşayacaq da... Məhz belə şəxsiyyətlər gənclər üçün qəhrəmandır. Çünki, gördüyü fəaliyyəti ilə gənclərə bir örnəkdir!!!

Diqqətinizə görə sağ olun!

Fərid Muradov

Gənc yazar


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM