Beynəlxalq təhlükəsizliyin mahiyyəti

11:05 / 03.11.2017

Təhlükəsizlik məsələləri beynəlxalq münasibətlərin daimi diqqətdə saxlanılan məsələlərindən, onun təmin olunması isə dövlətlərin, beynəlxalq və regional təşkilatların əsas vəzifələrindən biridir.
“Təhlükəsizlik” sözü etmoloji baxımdan şəxsiyyətə, cəmiyyətə və dövlətə qarşı hər hansı bir təhlükənin və ya təhdidin olmaması və ya onların təhlükələrdən qorunması mənasını verir.
Beynəlxalq təhlükəsizliyin təmin olunması bir sıra faktorlarla – tarixi, siyasi, iqtisadi, sosial, mədəni və s. faktorlarla şərtlənir. Cəmiyyətin və ya dövlətin inkişaf səviyyəsi, iqtisadi imkanları, hərbi gücü, elmi-texniki potensialı və s. amillər təhlükəsizliyin təmin olunmasına bilavasitə təsir göstərir. Bundan başqa, təhlükəsizlik konkret-tarixi məzmuna malikdir.
“Təhlükəsizlik” terminindən ilk dəfə 1190-cı ildə, “özünü istənilən təhlükədən müdafiə olunmuş hesab edən insan ruhunun sakit vəziyyəti” mənasında istifadə olunmuşdur (6, s. 385). Belə yanaşma XVII əsrədək davam etmiş, daha çox maddi sərvətlərin mühafizə olunması, insanların neqativ təsirlərdən qorunması anlamını verirdi.
Qədim və orta əsrlərdə milli-dövlətçilik ənənələri inkişaf etmədiyi səbəbindən siyasi, iqtisadi və mədəni həyat sülalə maraqlarına tabe edilmişdi. Bu dövrdə dövlət təhlükəsizliyi sülalə təhlükəsizliyi ilə identifikasiya olunurdu.
XVII əsrdə kapitalist münasibətlərinin təşəkkülü, burjuaziyanın formalaşması təkcə sosial-iqtisadi deyil, uzaqgedən siyasi nəticələr də doğurmuşdu. Belə ki, milli ideyanın təmsilçisi kimi meydana gələn burjuaziyanın fəaliyyəti nəticəsində dövlətlərin forma və məzmunu dəyişmiş, dövlətçilik ənənələrində yeni mərhələ başlamışdı. Dövlət siyasətində artıq sülalə maraqları deyil, milli maraqlar əsas götürülməyə başlanılmışdı. Avropada Otuzillik müharibənin (1618-1648) sonunda imzalanmış Vestfal sülhü hərbi əməliyyatlara son qoymaqla yanaşı, həm də beynəlxalq münasibətlər sisteminin əsasını qoydu, başqa sözlə, dövlətlərarası münasibətləri bir sistem halına gətirdi, lakin bu sistemin daxilində təhlükəsizliyin təmin olunması hər bir dövlətin öz öhdəsinə düşürdü və bu səbəbdən də hərbi potensialın, hərbi gücün daimi olaraq artırılması dövlətlərin fəaliyyətinin əsas istiqamətlərindən birinə çevrilmişdi. L.V. Deriqlazovanın qeyd etdiyi kimi “təhlükəsizliyin bu günkü anlamının və onu təmin etmə vasitələrinin əsasları XVII əsrdə, müasir beynəlxalq sistemin yaranması dövründə təşəkkül tapmışdır...” (2, s. 56). “Gücün legitim tətbiqinə inhisar hüququ” əldə edən dövlət vergiləri müəyyənləşdirmək, vətəndaşlardan sədaqət tələb etmək, müharibə zamanı onları səfərbər etmək, təbəələr arasındakı mübahisələrdə hakim funksiyasını yerinə yetirmək və beynəlxalq arenada yeganə təmsilçi kimi çıxış etmək hüquqlarını da mənimsəmişdi (4, s. 358). Bu dövrdə təhlükəsizliyi yalnız suverenliyin qorunması ilə eyniləşdirən, buna nail olmaq üçün istənilən vasitədən istifadəni məqbul hesab edən dövlətin özü bir kulta çevrilmişdi.
XVII-XVIII əsrlərdə “təhlükəsizlik” anlayışının nəzəri cəhətdən işlənməsi istiqamətində addımlar atılmışdı. Bu dövrdə irəli sürülən fikirlər T. Hobbs, C. Lok, J.J. Russo, B. Spinoza və başqalarının fəlsəfi konsepsiyalarına əsaslanırdı. Maraqlı ideyalardan biri avstriyalı hüquqşünas Y. Zonnenfels tərəfindən irəli sürülmüşdü. Ona görə təhlükəsizlik heç kimin heç nədən ehtiyatlanmadığı vəziyyətdir. Konkret şəxs üçün vəziyyət şəxsi təhlükəsizlik, dövlət üçün isə ictimai təhlükəsizlik anlamına gəlir (3, s. 6).
XVII-XIX əsrlərdə də təhlükəsizliyin təmin olunması dövlət suverenliyinin və ərazi bütövlüyünün qorunmasından ibarət idi və buna nail olmaq üçün vasitələr hər bir dövlətin özü tərəfindən müəyyənləşdirilirdi, başqa sözlə, müəyyən mənada bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsas götürülürdü. Şübhəsiz ki, qeyd olunan dövrdə bir-birinin daxili işlərinə qarışmamaq prinsipi beynəlxalq hüquqdan irəli gələn bir öhdəlik deyildi, bu səbəbdən də onun hər-hansı bir formada pozulması hüquqi məsuliyyət doğurmurdu. Məsələn, Napoleon müharibələrinin nəticəsi olaraq, 1814-1815-ci illərdə keçirilən Vyana konqresində Avstriya, Prussiya və Rusiya monarxları tərəfindən yaradılmış “Müqəddəs İttifaq”, Avropa monarxiyalarının hər-hansı birində mövcud siyasi rejim və hakimiyyət üçün təhlükə yarandıqda ora açıq müdaxilə edirdi.
Beynəlxalq münasibətlərin Vyana sistemi üçün Avropa mərkəzçiliyi xarakterik idi ki, bu da öz ifadəsini “Avropa konserti” ideyasında tapırdı. “Avropa konserti” İngiltərə, Fransa, Rusiya, Avstriya, Prussiya kimi Avropa ölkələri arasında balansın mövcudluğuna əsaslanırdı və dünyada təhlükəsizliyin təmin olunması da bu ölkələrin qarşılıqlı münasibətlərindən asılı idi.
Vyana sisteminin əsasında imperiya prinsipi dururdu. Məhz bu sistemin mövcudluğu dövründə Fransa (1852), Britaniya (1876), Almaniya (1871) imperiyaları formalaşdı, 1877-ci ildə Türkiyə sultanı özünü “osmanlıların imperatoru” adlandırdı. Rusiya imperiyası isə bir qədər əvvəl, 1721-ci ildə meydana gəlmişdi. İri dövlət anlayışının yaranması da bu dövrə aiddir (5, s. 48). Dünya faktiki olaraq qeyd olunan imperiyalar arasında bölünmüş və onun taleyi bu imperiyaların qarşılıqlı münasibətlərindən asılı idi.
XX əsrin əvvəllərində ABŞ və Yaponiya kimi qeyri-Avropa ölkələri də beynəlxalq münasibətlərin fəal oyunçuları sırasına daxil oldular və bununla da siyasətdə Avropa mərkəzçiliyinə son qoyuldu. Bu dövrdən başlayaraq, təhlükəsizlik haqqında təsəvvürlərin də transformasiyası baş verdi. Ölkələr arasında qarşılıqlı təsirin, milli maraqlar uğrunda mübarizənin getdikcə genişlənməsi milli təhlükəsizlik problemini meydana gətirdi. “Milli təhlükəsizlik” terminindən ilk dəfə 1904-cü ildə ABŞ prezidenti T. Ruzveltin Konqressə müraciətində istifadə olunmuşdu (6, s. 385). “Milli təhlükəsizlik” termini ingilis dilindəki “national security” termini ilə eynilik təşkil edir və həm milli, həm də dövlət təhlükəsizliyi kimi başa düşülə bilər (3, s. 26). Ümumilikdə, milli təhlükəsizlik transformasiya olunan mürəkkəb, çoxaspektli, çoxsəviyyəli bir hadisədir və həm ictimai hadisə, həm nəzəriyyə, həm də proses kimi nəzərdən keçirilə bilər (3, s. 32).
S. Proskurin “milli təhlükəsizlik” anlayışının etimologiyasını belə izah edir: “Milli təhlükəsizlik” anlayışının etimologiyasının özü göstərir ki, söhbət müəyyən ərazi-dövlət çərçivəsi, sosial-iqtisadi əlaqələr və mədəni ənənələrlə birləşən müəyyən sosial-etnik birlik üçün təhlükənin olmamasından və ya onun aradan qaldırılmasından gedir” (7, s. 18).
Ümumiyyətlə, milli təhlükəsizlik problemi siyasi fikir aləmini ən çox məşğul edən məsələlərdəndir və o, müxtəlif tədqiqatçılar tərəfindən fərqli mövqelərdən izah olunur. Məsələn, Penelopa Hartlend-Sanberq milli təhlükəsizliyi (dövlətin) dünyanın istənilən yerində millətin öz milli maraqlarını uğurla təmin etmək bacarığı kimi müəyyənləşdirir. Cakomo Luçaniyə görə milli təhlükəsizlik xarici təcavüzə qarşı durmaq qabiliyyətidir. Frenk Treqer və Frenk Simoni isə milli təhlükəsizliyi həyati əhəmiyyətli milli dəyərləri mövcud və potensial düşmənlərdən qorumaq üçün hökumətin həyata keçirdiyi siyasətlə eyniləşdirir. Daha bir tədqiqatçı, Henri Kissincerin baxışlarına görə cəmiyyətin öz həyat qabiliyyətini təmin etmək və beynəlxalq aləmdə vəzifələrini yerinə yetirmək bacarığı onun milli təhlükəsizliyini təmin edir (7, s. 18-19).
XX əsrin əvvəllərində polisentrik dünya düzümünün formalaşması milli təhlükəsizliyi fərdi qaydada təmin etmək imkanlarını istisna edirdi, bu da yeni bir prosesə, bloklaşma prosesinə start verdi və nəticədə Birinci dünya müharibəsi (1914-1918) alovlandı.
Birinci dünya müharibəsindən sonra müharibədə qalib gəlmiş dövlətlərin iradəsi ilə beynəlxalq münasibətlərdə Versal-Vaşinqton sistemi formalaşdı. ABŞ, Böyük Britaniya və Fransanın əsas rol oynadıqları antisovet xarakterə malik Versal-Vaşinqton sisteminin əsas tərkib elementlərindən biri Millətlər Cəmiyyəti idi. Hökumətlərarası təşkilat olan Millətlər Cəmiyyətini yaratmaqda məqsəd xalqlar arasında əməkdaşlığa nail olmaqdan, onların təhlükəsizliyini təmin etməkdən ibarət idi. Millətlər Cəmiyyətini yaranması ilə təhlükəsizlik anlayışı da yeni məzmun kəsb etdi və kollektiv təhlükəsizlik ideyası ön plana çıxdı (5, s. 49).
Məlumdur ki, Millətlər Cəmiyyəti qarşıya qoyduğu məqsədə nail ola, kollektiv təhlükəsizlik mühiti yarada, dünyanı yeni müharibə alovundan xilas edə bilmədi. Bəşəriyyət İkinci dünya müharibəsinin (1939-1945) fəlakətlərini yaşamaq məcburiyyətində qaldı.
İkinci dünya müharibəsi Versal-Vaşinqton sisteminin iflası demək idi. Bu müharibə nəticəsində formalaşan Yalta-Potsdam sistemi isə bipolyar xarakterə malik idi, yəni beynəlxalq münasibətlərin iki aparıcı güc mərkəzinin, SSRİ və ABŞ-ın hərbi-siyasi, iqtisadi, ideoloji, elmi-texniki və mədəni qarşıdurmasına, dünyanın onlar arasında təsir dairələrinə bölünməsinə əsaslanırdı. Nüvə silahı isə əsas çəkindirici vasitə rolunu oynayırdı.
“Soyuq müharibə”nin başa çatması dünyada köklü dəyişikliklərin, beynəlxalq münasibətlərin yeni mərhələsinin başlanğıcı demək idi. Keçən əsrin 90-cı illərinin əvvəllərində start götürmüş mürəkkəb proseslər o dərəcədə dinamik inkişaf edir ki, bəzən tədqiqatçılar, siyasətçilər, təhlilçilər və bu sahə ilə bağlı olan digər mütəxəssislər baş verənlərin mahiyyətini dərk etməkdə, əsaslandırılmış nətəcələrə gəlməkdə, proqnozlar verməkdə çətinlik çəkirlər. Belə bir şəraitdə “təhlükəsizlik” kateqoriyasının dünyada cərəyan edən prosesləri nəzərə alan, tam və əhatəli definisiyasını vermək problemi də ortaya çıxmışdır. Bu sahədə müxtəlif, bəzən bir-biri ilə uzlaşmayan fikirlər meydana gəlir, ideyalar irəli sürülür. ABŞ-ın Corctaun Universitetinin əməkdaşı N. Anderson “soyuq müharibə”dən sonrakı dövrdə tektonik dəyişikliklərin baş verdiyi dünyada təhlükəsizlik haqqında irəli sürülmüş ənənənəvi konsepsiyaların kifayət etmədiyini və bu məsələnin konseptual əsaslarının yenidən nəzərdən keçirmək zərurətinin yarandığını bildirir. O, vətəndaş cəmiyyətinin qlobal səviyyədə inkişaf etdiyi, beynəlxalq iqtisadiyyatın rolunun artdığı müasir dövrdə beynəlxalq təhlükəsizliyə təsir edən dörd fundamental prosesi göstərir: 1) qloballaşma, 2) Fərid Zəkəriyyənin “yerdə qalanların yüksəlişi” (“the rise of the rest”) adlandırdığı, Braziliyadan İndoneziyaya, Cənubi Afrikadan Türkiyəyə qədər bir sıra qeyri-qərb dövlətlərinin iqtisadi inkişafı, 3) hakimiyyətin xarakterinin dəyişməsi, transmilli korporasiyalar, qeyri-hökumət təşkilatları, terrorçu şəbəkələr və s. qeyri-dövlət subyektlərinin rolunun artması, R. Haasın “qütbsüz əsr” adlandırdığı dövrün və çoxlu sayda hakimiyyət mərkəzlərinin olması, 4) dünyanın mürəkkəb siyasi, iqtisadi və sosial qarşılıqlı asılılıqda olması, dövlətlərarası müharibələrə nisbətdə dövlətdaxili silahlı qarşıdurmaların sayının artması və beynəlxalq münasibətlərdə nüvə silahının çəkindirici rolunun azalması (1, s. 28-33).
Bütün deyilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, təhlükəsizlik problemi tarix boyu insanları düşündürmüş, dövlət siyasətinin əsas elementlərindən biri olmuşdur. Tarixin ümumi inkişaf tendensiyalarını və qanunauyğunluqlarını müəyyənləşdirmək məqsədilə irəli sürülən müxtəlif nəzəriyyələrdə də təhlükəsizlik məsələlərinə kifayət qədər yer ayrılır.

 


ƏDƏBİYYAT
1. Anderson N. “Re-redefining” International Security Bringing intent back in // The Josef Korbel Journal of Advanced International Studies. Summer 2012, Volume 4, pp. 27-47
2. Дериглазова Л.В. Проблемы обеспечения международной безопасности после окончания «холодной войны» // Вестник Томского государственного университета, 2005, № 288, c. 56-61
3. Зеленков, М. Ю. Теоретико-методологические проблемы теории национальной безопасности Российской Федерации. М.: Юридический институт МИИТа, 2013, 196 с.
4. Иноземцев В.Л. Потерянное десятилетие. М.: Московская школа политических исследований, 2013, 600 с.
5. Крайнов Г.Н. Эволюция системы международных отношений и ее особенности на современном этапе // Ученые записки Худжандского государственного университета им. академика Б. Гафурова. Гуманитарные науки. / 2015, Выпуск № 1, (42), c. 47-54
6. Лисичкин В. А., Шелепин Л. А. Россия под властью плутократии. История черного десятилетия. М., Алгоритм, 2003, 480 с.
7. Чугров С. Мир "после холодной войны" в концепциях японских политологов // Мировая экономика и международные отношения, 1999, № 9, c. 98-107


Summary
Security issues are at the center piece of international relations, while its provision constitutes one of the major tasks of states, international and regional organizations. Providing international security is stipulated by several factors such as historical, political, social, cultural and other aspects. Development stage, economic resources, military power, scientific-technical potential of the society or the state and other factors directly affect the security provision.

Резюме
Вопросы безопасности один из важнейших вопросов в международных отношений, в то время как ее обеспечение является одним из основных задач государств, международных и региональных организаций. Обеспечение безопасности зависит от некоторых факторов, как исторических, политических, экономических, социальных, культурных и других. Уровень развития, экономические возможности, военная сила и научно-технический потенциал общества или государства и другие факторы оказывают непосредственное влияние на безопасность.

 

Şəhla Gülməmmədova
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tədqiqat və inkişaf şöbəsinin müdiri

 

"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM