Ermənistan siyasi səhnəsində gərginlik davam edir. Meydana daha təhlükəli və riskli məqamlar çıxır. Oktyabrın 2-də Ermənistan parlamentinin "Milli Məclisin reqlamenti haqqında" qanuna təklif olunan düzəlişləri qəbul etməsi bir nəticə verməyib. N.Paşinyan ayrı-ayrı deputatlara təzyiq və hədə ilə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır. Artıq "Respublika" partiyasından olan bir neçə deputatın inqilabçıların tərəfinə keçdiyi haqqında informasiyalar yayılır. N.Paşinyan özü bunu uğur adlandırıb və insanları daha cəsarətli olmağa çağırıb. Ancaq real olaraq başqa məzmun və mahiyyətli proseslərin getdiyi aydın olur. Dörd respublikaçı deputatın yaydıqları müraciətdə məsələnin bu tərəfi geniş izah edilib. Orada N.Paşinyanın bir siyasətçi kimi əsl siması da aydın təsvir edilib. Ermənistanda siyasi proseslərin dinamikası aspektində problemin bu tərəfi üzərində geniş dayanmaq istərdik.
Siyasi məqsədlər və təzyiq üsulu: Paşinyanın əsl siyasi kimliyi
Bir sıra erməni ekspertlər və siyasətçilər ölkənin siyasi səhnəsində meydana gələn ziddiyyətlərin və anlaşılmazlıqların tədricən aradan qaldırıldığı haqqında fikir bildirməklə, əslində, çox tələsiblər. Oktyabrın 2-də parlamentin reqlamenti haqqında qanuna yeni düzəliş qəbul ediləndən sonra aralıq daha da qarışmışdı. N.Paşinyan tərəfdarlarını küçələrə çağırdı. Onlara inqilabı başa çatdırmaq naminə "daha cəsarətli" olmaq üçün çağırış etdi. Ancaq proseslərin gedişi göstərir ki, hakimiyyət yalnız adi vətəndaşlara çağırışlarla kifayətlənmir. Paşinyan hökuməti ənənəvi təhdid, rəqibi qorxutma, onu ələ almağa çalışma kimi üsullardan da geniş yararlanmağa cəhd göstərir. Bunun sayəsində Ermənistanda oktyabrın 2-dən fərqli bir siyasi mənzərə yarandığı görüntüsü meydana gəlib. Onun başlıca xüsusiyyətləri hansılardır?
Ermənistan KİV-in yaydığı məlumatlara görə, N.Paşinyan Parisdə prezident Armen Sarkisyanla görüşüb. Növbədənkənar seçkilər və siyasi gərginlik məsələləri müzakirə olunub. Belə razılığa gəlinib ki, böhran dialoq yolu ilə aradan qaldırılsın. Növbəti müzakirənin İrəvanda aparılması qərar alınıb. İrəvanda da prezidentlə baş nazir yenidən bir araya gəliblər. Lakin bütün bunların praktiki bir nəticəsi olmayıb.
Məsələ ondan ibarətdir ki, Ermənistan prezidenti tərəfləri ortaq mövqeyə gətirmək istiqamətində konkret addım atmır. O, N.Paşinyanı sağlam düşüncəyə dəvət edir. Eyni şeyi müxaliflər haqqında deyir. Ancaq bir prezident olaraq konkret təklif vermir və yol göstərmir. Bir növ "seyrçi ağsaqqal" rolunda elə də uğurlu görünmür. Və ya hələlik yalnız müşahidə edir. O, siyasi səhnədə vuruşanlardan hansının üstün gələcəyini gözləyir. Sonra hansı addımı atacaq, bilinmir. Çünki N.Paşinyan prezidentin siyasi maraqlarını nəzərə almaq istəmir. Bu barədə heç söhbət belə aparılmır. Lakin özünün yenidən baş nazir seçilməsi üçün hər şeyi edir. Faktiki olaraq onun bütün oyunları bunun üzərində qurulub.
N.Paşinyan kimi "demokratın" şərti budur: məni yenidən baş nazir seçməyə razı olanlar siyasi səhnədə qalırlar, olmayanlar isə avtomatik olaraq xalq düşməni, əksinqilabçı və antidemokrat elan olunacaq! Bu "demokratik üsul"un tətbiqi artıq gedir. Və müəyyən uğurlar əldə edilib. Məsələn, Haqik Sarukyanın başçılıq etdiyi "Çiçəklənən Ermənistan" partiyası artıq inqilabçılara qoşulub. Onlarla yanaşı, respublikaçılardan 14, Robert Koçaryana yaxın 1 nəfər və digər fraksiyalardan 1 nəfər baş nazirin şərtlərini qəbul edib.
Bu proseslərə prezident A.Sarkisyan yenə də sakit reaksiya verib və bütövlükdə müsbət addım adlandırıb. R.Koçaryan və S.Sarkisyan isə susmaqda davam edirlər. Bunlardan fərqli olaraq, "Respublika" partiyasının 4 deputatı səslərini qaldırıblar. Onlar faktiki olaraq N.Paşinyan və tərəfdarlarının demokratiya kimi təqdim etməyə çalışdıqları prosesin daxili simasını öz müraciətlərində açıblar. Həmin deputatlar aşağıdakılardır: Miqran Akopyan, Karen Bekaryan, Arman Saqatelyan və Samvel Fərmanyan (bax: Вместо переговоров "гоняться" за каждым депутатом – это то же самое, что приставить оружие к виску депутата: заявление 4 депутатов от фракции РПА / 1in.am, 10 oktyabr 2018).
Onlar müraciətlərində vurğulayırlar ki, N.Paşinyan özü də daxil olmaqla hamının maskasını çıxarmaqdadır. Onların sıralarında respublikaçı-konformistlərin də olduğu aydınlaşır. Orada "mötəbər siyasi institutlar" və "buyruq qulu qəhrəmanlar" da vardır (bax: əvvəlki mənbəyə). Sonuncular sakitcə "bu gündən bunları söymürük, ancaq tərifləyirik" prinsipi üzrə hərəkət edirlər. Bu, hər şeydən öncə, deputatların yaramaz və eybəcər üsulla "oğurlanması"dır. Sonra isə siyasi şüurda ağır iz buraxmaqdadır.
Demokratiyadan qaçış: Ermənistan yeni risklər və uçurumun astanasında
Lakin yaltaqlıq və vəziyyətə iradəsiz uyğunlaşma cəhdləri uzun zaman davam etmir. Deməli, N.Paşinyanın indi etdikləri əsas olaraq "mənəvi parçalanma və dəyərsizləşməyə yeni fundament hazırlayır" (bax: əvvəlki mənbəyə). Məsələnin bu aspekti siyasi və mənəvi baxımdan çox maraqlıdır. Belə görünür ki, artıq Ermənistan siyasi dairələrində N.Paşinyanın reallıqda cəmiyyətə nə gətirdiyi haqqında konkret təsəvvürü olan qruplar mövcuddur. Onlar başa düşürlər ki, riyakarlığı demokratik düşüncə kimi qələmə vermək və hakimiyyət hərisliyini vətənpərvərlik pərdəsinə bükmək sonucda bütün xalqı fəlakətə aparacaq.
Çünki N.Paşinyanın hər bir "uğuru" faktiki olaraq erməni xalqının bir addım da uçuruma irəliləməsi deməkdir. Siyasi səhnədə ikiüzlülük, satınalma, hədə-qorxu ilə məqsədə çatma metodları standarta çevrilir və kütlələrin şüurunda yalan həqiqətin yerini daha möhkəm tutur. Bu cür insanların şüuru ilə manipulyasiya etmək dəfələrlə asanlaşır. Bu gün irəliləyiş kimi görünən hadisələr bir qədər sonra bumeranq kimi cəmiyyətin başında çatlayacaq.
Bunların əsas səbəbini də müraciət imzalayan deputatlar izah ediblər. Onlar əmindirlər ki, siyasi qüvvələr arasında danışıqlar aparmaq əvəzinə, hər bir deputatın arxasınca qaçıb, ona təzyiq göstərməklə öz tərəfinə çəkmək reallıqda "deputatın gicgahına silah dirəyib, ona öz iradəsini qəbul etdirməkdir" (bax: əvvəlki mənbəyə).
Bizcə, haqlı və əsaslı iraddır. N.Paşinyan başqa hansı üsulla məqsədinə çatıb? Onun heç bir işdə qanuni davrandığını sübut edən fakt yoxdur. Bir çətinlik yaranan kimi meydanlara qaçır və oradan təhdidlər yağdırır. Ermənistanda onsuz da siyasi iradəsi zəif olanlar kifayət qədərdir. Bu cür oyunla hər iki tərəf özünü "təsdiqləməkdə" davam edir.
Ancaq bu kimi oyunların axırının yaxşı qurtarmayacağını adı çəkilən deputatlar bəyan edirlər. Bunun həm qeyri-qanuni, həm də qeyri-əxlaqi olduğunu onlar açıq ifadə edirlər. Yekun olaraq isə bu cür qütbləşmə, inadkarlıq, başqası ilə mükalimədən qaçmaq, ultimatum ritorikası "ictimai və insani böhranın yetişməsinə aparıb çıxarır" (bax: əvvəlki mənbəyə). Bu yolda bir-birini ayaqlamaq, başqasının ləyaqətini alçaltma hesabına özünü təsdiq etmək kimi iyrənc hadisələr baş verməkdədir. İnsanlar oyuncağa və siyasi məqsədlərə çatmaq üçün alətlərə çevrilirlər. Son olaraq isə cəmiyyət üçün çox ağır nəticələr alınır.
Beləliklə, Ermənistanda bir sıra KİV orqanlarının və siyasi dairələrin "demokratik irəliləyiş" kimi təqdim etməyə çalışdığı proseslər, əslində, cəmiyyətin daha dərin qatlarda parçalanmasına və qarşıdurmaların genişlənməsinə aparıb çıxarır. Bu gün H.Sarukyan N.Paşinyanın tərəfinə keçməklə erməni xalqının gələcəyinə zərbə vurur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, daşnaklar hələ son sözlərini deməyiblər, R.Koçaryan isə susur. Onun siyasi mübarizədən əl çəkdiyini demək tələskənlik olardı. Görünür, ikinci prezidentin gözlədiyi məqamlar vardır.
Bütün hallarda N.Paşinyanın seçkini hökmən dekabrda keçirmək və eyni zamanda, baş nazir postunu saxlamaq planı tamamilə antidemokratik ruhda qurulub. Burada hər hansı sivil yeniləşmədən söhbət gedə bilməz. Siyasi rəqiblərini təhdid, şantaj, repressiya, alçaltma kimi üsullarla zərərsizləşdirmək, adətən, uzunmüddətli nəticə vermir Bunu edənin özünə bumeranq kimi qayıdır. Çox keçməz ki, N.Paşinyan da bu qanunauyğunluğu öz üzərində hiss edər.
Hələlik onu demək mümkündür ki, N.Paşinyan və tərəfdarları radikal siyasi mühit formalaşdırmaqda davam edirlər. Onlar bütün istiqamətlərdə təzyiq üsulundan geniş yararlanırlar. Görünür, bu qrupun arxasında duran siyasi texnoloqlar bütün meyarları itiriblər. Onlar Cənubi Qafqazda növbəti qeyri-müəyyənlik və risk mühiti formalaşdırırlar. Bu yanğının genişlənib daha çox ərazini əhatə etməməsi üçün hansısa tədbir görüldüyü müşahidə edilmir. Əksinə, Vaşinqton bəyan edir ki, "Ermənistanda siyasi islahatlara daha 26 milyon ABŞ dolları ayıracaq". Deyəsən, küləyin haradan əsdiyi üzə çıxır.
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM