Azərbaycan Dövlət Bankı necə yarandı, yaxud liberallar sosialistlərə qarşı

08:58 / 18.09.2018

1918–ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycanda Dövlət Bankının qurulması zəruri məsələ idi. Bu məqsədlə Azərbaycan hökuməti dövlət bankının qurulması üçün layihə hazırlayıb parlamentə təqdim edir. Parlamentin 1919–cu il avqustun 18-də toplanan iclasında müzakirə ediləcək məsələlər içində Dövlət Bankının qurulması məsələsi də yer almışdı. Həmin il sentyabrın 18-də Dövlət Bankının qurulması ilə əlaqədar qanun layihəsi rəsmiləşir, maliyyə və büdcə komissiyası tərəfindən məclisin müzakirəsinə verilir. Sosialist blokun müxalifət mövqe tutmasına baxmayaraq, Dövlət Bankının qurulması ilə əlaqəli məsələlər öz həllini tapır.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Əfqan Vəliyevin Azərbaycan Dövlət Bankının tarixi ilə bağlı apardığı tədqiqatlara dair qeydlərini təqdim edirik.

Parlament qarşısında çıxış edən Rza bəy Ağabəyli ölkənin iqtisadi və maliyyə vəziyyətini analiz edərək, dövlət bankının qurulmasının labüd məsələ olduğunu vurğulamışdı. “Dövlət Bankının yaradılması ölkənin iqtisadi həyatını tənzimləmək zərurətindən doğmuşdur” sözləri ilə çıxışına başlayan Rza bəy Ağabəyliyə görə, tənzimləyici dövlət maliyyə qurumu olmadıqca, iqtisadi həyat normal qaydaya düşməyəcək. Ölkənin iqtisadi inkişafını təmin etmək yeni qurulan dövlətin qarşısında duran ən mühüm vəzifələrdəndir.

Bölgənin mühüm sənaye, ticarət və tranzit mərkəzi olan Bakıda kredit verən qurumlar olsa da, onlar əlaqələndirici və tənzimləyici mərkəzi müəssisə qurmaq qabiliyyətində deyildilər. Rza bəy Ağabəylinin də bildirdiyi kimi, bu vəzifəni yalnız Dövlət Bankı yerinə yetirə bilərdi. Digər tərəfdən, xalq bank və kiçik kredit müəssisələrinə olan inamını itirmiş, onlara pul qoymağa ehtiyat edirdi. Nəticədə ciddi maddi sərvət xalqın əlində tədavüldən uzaq tutulmuş, bu səbəbə görə də dövlət yeni kağız pullar çap etdirmək məcburiyyətində qalmışdı.

Bu maliyyə siyasəti rus rublunun yerinə keçən Azərbaycan manatının iştirak qabiliyyətini gündən-günə düşürərək iflasına səbəb olacaqdı. Bütün Rusiya miqyasında Birinci Dünya Müharibəsi nəticəsində pozulan maliyyə və iqtisadi nizam inqilab illərində tamamilə alt–üst olmuşdu. Qafqaz respublikaları milli pul vahidlərinə keçmişdi. Beləliklə, milli pul vahidinin ortaq “Qafqaz valyutası” ətrafında tənzimlənməsi və dünya pul sistemlərindən birinə bağlanması zərurəti yaranmışdı.

Milli, siyasi və iqtisadi tariximiz üçün mühüm hadisə Azərbaycan adının uzun zamandan sonra dövlət atributu olan pullarda 3 dildə, əski əlifba ilə doğma dildə, kiril əlifbası ilə rus dilində və latın əlifbası ilə fransız dilində göstərilmiş olması idi.

Dövlət Bankına qoyulacaq pullara dövlət təminatı və zəmanəti veriləcəkdi. Bu bank kiçik kredit verməklə, tənəzzül yaşayan sahələrdə iqtisadi fəaliyyətin canlanmasına nail olacaqdı. Qanun layihəsinin Azərbaycan Dövlət Bankının vəzifələrinə aid hissəsində qeyd olunurdu ki, Ticarət Bankından daha geniş bir fəaliyyət sahəsinə malik olacaq bu bank pul çap edə, xarici banklarla müqavilə bağlaya, əməkdaşlıq edə bilər. Dövlət Bankının daxili nizamnaməsinə görə, banka rəhbərliyi xüsusi sərmayə və kapital sahiblərinin də iştirakı ilə Şura həyata keçirəcəkdi.

Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk kağız pulları Dövlət Bankı tərəfindən 1919-cu il martında 100 manatlıq, mayında 250 manatlıq, 1920–ci ilin yanvarında isə 500 manatlıq tədavülə buraxılmışdı. Bundan əlavə 10, 25, 50 manatlıqlar da çap olunmuşdu. 1919–cu ilin avqustunda isə 100 min ədəd qiymətli kağız – istiqrazlar dövriyyəyə buraxılmışdı.

Sosialistlərin də etiraz etdiyi məqam bu idi. Dövlət Bankının yaradılmasının əleyhinə olmamaqla yanaşı, kəndli və fəhlələrə məxsus kiçik kredit müəssisələrini uyğun görən sosialistlər, Dövlət Bankında xüsusi sərmayə sahiblərinin iştirakına etiraz edirdilər. Layihəni müdafiə edən hökumət partiyası kiçikmiqyaslı xalq və kəndli kredit bankları üçün də layihələr hazırlandığını bildirsə də, bu kredit banklarının Dövlət Bankı olmadan qurula bilməyəcəyini də anlayırdılar. Xüsusi sərmayənin iştirakına gəlincə, bu məsələ milliyyətçi və demokrat bir hökumət üçün vacib bir məsələ idi. İdxalatı 90 milyon, ixracatı 300 milyon qızıl rublu olan bir ölkənin sərvəti milli sərhədlər xaricində qala bilməzdi.

Liberal bir iqtisadi siyasət yürüdən hökumət nəzarəti əlində saxlamaq şərtilə, xüsusi sərmayəyə geniş bir sərbəstlik və güvən təmin edilməsinə tərəfdar idi. Milli Dövlət Bankına dair qanun layihəsi müzakirə edilərkən sosialist və liberal olmaqla iki nöqteyi-nəzərdən ikincisi qalib gəlmiş və 1919–cu il sentyabrın 30-da Dövlət Bankı açılmışdı. Bankın təntənəli açılışında Cümhuriyyətin baş naziri Nəsib bəy Yusifbəyli və Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev də iştirak etmişdi.

Azərbaycan Dövlət Bankına rəhbərlik etmək maliyyə nazirinin müavini Mark Mixayıloviç Abequza həvalə olunmuş və Həsənbəy Fəttəhov onun müavini təyin edilmişdi. Pul nişanlarının emissiyası səlahiyyəti Dövlət Bankına mənsub idi. Bütövlükdə, Cümhuriyyət dövründə Azərbaycanda 2 milyard 345 milyon rubl məbləğində pul nişanları emissiya edilmişdi. 1918–1920–ci illərdə pul vahidlərinin adları Azərbaycan dilində manat, rus dilində isə rubl verilmişdi. Burada məqsəd uzun illər Rusiya kağız puluna öyrəşən əhalinin hələ də dövriyyədə qalan Rusiya rubluna nisbətdə tədricən yeni milli Cümhuriyyət puluna etimadını qazanmaq idi. Beləliklə, Cümhuriyyət 23 ay yaşasa da, milli dövlətçilik tariximizdə böyük və dərin izlər qoymağa nail olmuşdu.//AZƏRTAC 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM