XX əsrin oğuz dastanı, “Topxana harayı” (17 noyabr-5 dekabr 1988)

12:16 / 04.11.2017

XX-əsrin 80-ci illərinin ikinci yarısı keçmiş sovet məkanında millətlərarsı münaqişələrin günü-gündən güclənməsi ilə müşahidə olunmuşdur. SSRİ-nin dağılması prosesində əsas amillərdən biri olan millətlərarası münaqişələr Alma-Atada (17-18 dekabr 1986-cı il), Frunzedə (fevral 1987-ci il), Tallin və Vilnüsdə (23 avqust 1987-ci il), Vıru və Tartuda (21 oktyabr 1987-ci il), Tbilisidə (9 aprel 1989-cu il), Özbəkstanın Fərqanə vilayətində (3-4 iyun 1989-cu il), Qazaxstanın Novıy Uzen şəhərində (17 iyun 1989-cu il), Tacikistanın İsfaran rayonunda (13 iyun 1989-cu il), Suxumidə (15-16 iyul 1989-cu il), Kişinyovda (7-10 noyabr 1989-cu il) və digər ərazilərdə baş vermişdir.
Millətlərarası münaqişələrin qızışdırılmasında maraqlı olan qüvvələr SSRİ-nin müxtəlif ərazilərində eksprementlər keçirərək məkrli niyyətinin həyata keçirmək üçün Azərbaycanın Dağlıq Qarabağ ərazisini SSRİ-nin digər ərazilərindən daha münasib ərazi olduğu qənaətinə gəldilər. Bundan sonra Moskavadakı havadarlarının köməkliyi ilə erməni separatçıları vasitəsilə 1988-cı ilin fevralından başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa qarşı təxribatlara başladılar.
Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Soveti deputatlarının 20 fevral 1988-ci il tarixdə DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxaraq Ermənistan SSR-in tərkibinə birləşməsi haqqında müraciət qəbul etməsi ilə XX əsrin əvvəllərindən qızışdırılan erməni-müsəlman, erməni-türk münaqişəsinin yeni mərhələsinin əsası qoyuldu. Bu qərardan sonra Ermənistan SSR və DQMV-də “Kurunk” və “Qarabağ” komitələrinin təşkil etdiyi mitinq, nümayiş və tətillər vasitəsilə dövlət orqanlarına təzyiq göstərilməyə, mərkəzdəki havadarların köməkliyi ilə separatçı planların tezliklə həyata keçirilməsinə cəhdlər edilməyə başlandı. Rusiya və digər böyük dövlətlərin yaxından köməkliyi ilə Azərbaycan torpaqlarına qarşı planlı surətdə növbəti erməni fitnəkarlığı həyata keçirilməyə başlayarkən, Dağlıq Qarabağ separatçılarının vəhşiliklərinə etiraz olaraq, Azərbaycanda ilk dəfə tələbələrin 1988-ci il 19 fevral mitinqi keçirildi. Azərbaycan Dövlət Universiteti, Politexnik və İnşaat Mühəndisləri İnstitutu tələbələrinin kommunist rejimi dövründə görünməmiş 3-4 minlik izdihamı “Azadlıq” meydanından Azərbaycan KP MK-nın qarşısına kimi daha da genişlənərək 10-15 min adamın iştirak etdiyi böyük mitinqə çevrildi.
Azərbaycan rəhbərliyinin göstərişi ilə müxtəlif əmək kollektivlərinin, “Qayğı”, “Vətən”, “Qarabağa Xalq Yardımı Komitəsi” və s. təşkilatların SSRİ xalq deputatlarına, SSRİ prezidenti M.S.Qarbaçova müraciətləri [11;13] təşkil olunsa da bunaların heç bir müsbət nəticəsi olmadı və vəziyət gərginləşməkdə davam etdi.
Bakı Dövlət Univetsiteti kollektivinin Azərbaycan xalqına müraciəti digər müraciətlərdən konkret səmərəli təkliflərlə fərqlənsə də rəhbərlik bu müraciətə də digərləri kimi etinasız yanaşdı. Müraciətdə deyilirdi:“Uzun illər respublikada Qarabağ və sərhəd rayonlarının tarixinin öyrənilməsinə məsuliyyətsiz münasibət bəslənilməsi erməni ekstremistlərinin Dağlıq Qarabağ ətrafında süni problem yaratmalarında az rol oynamamışdır... Bakı Dövlət Universiteti bu işdə öz məsuliyyətini dərk edərək tarix fakultəsində “Qarabağ” adlı elmi-tədqiqat qrupu yaratmaq təşəbbüsü ilə çıxış edir və respublika hökümətini, ilk növbədə Xalq Təhsil Nazirliyini həmin qrupun fəaliyyətə başlaması üçün təsirli tədbirlər görməyə çağırır.”[5]
Moskvadan asılı olan respublika rəhbərliyi və onların xəttini müdafiə edən tarixçilərdən fərqli olaraq bu dövrdə S.Əliyarovun, V.Vahabzadənin, İ.Andronovun, G.Quluşkovun və başqalarının Azərbaycan mətbuatında, A.Buşev, S.Romanyuk, A.Vasilkov, G.Ovçarenkonun mərkəzi mətbuatda hadisələrin qarşısını almağa kömək edən obyektiv məqalələri [5; 6 №2, 1988, s.187-190, №9, 1988,s.176-188, №1,1989, s.181-189, №5, 1990,s.163-171; 7, 26iyul 1988; 8, 26 noyabr 1988, 22 sentyabr 1989; 9, 25 mart, 18 noyabr 1988, 18 avqust 1989, 22 sentyabr 1989, 23 fevral 1990; 11, 22 mart, 23 iyul, 11 noyabr 1988, 18 yanvar 1989; 16, 9 avqust 1989, 12 yanvar 1990; 17, 4 aprel 1988 ] çap olunub.
Dağlıq Qarabağ probleminə aid məqalələrlə yanaşı İ.Əliyev[2], Y.Mahmudov[3], K.Şükürov[3], Z.Sultanov[4], S.Babayev[1], R.Arakelov[14], Y.Pompeyev[15] və başqa müəlliflərin çap olunmuş kitabları obyektivliyinə görə diqqəti cəlb edir.
Robert Arakelovun rus dilində nəşr olunmuş “Faciənin müqəssirləri məlumdur” adlı kitabında [14] hadisələrə obyektiv münasibət özünü göstərir. Müəllif erməni millətinə mənsub olmasına baxmayaraq ermənilər tərəfindən təşkil olunmuş “Qarabağ hərəkatı”nın fəaliyyətini beynəlxalq hüquqa və ölkələrin konstitusiyasına zidd, avantürist bir hərəkət adlandıraraq qonşu azərbaycanlılara qarşı düşmənçilik toxumu səpən Z.Balayanın, S.Xanzidyanın, L.Arutunyanın pis əməllərini kəskin tənqid etmişdi. Müəllif həmçinin Ermənistandan azərbaycanlıların zorakılıqla qovularaq monoetnik dövlət yaradılması fikrini və bu prosesin başlanğıcında Qukar rayonunda 100-dən artıq azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsini xəstə təxəyyülün məhsulu, dəhşətli cinayət hesab etmişdi.
Y.Pompeyevin rus dilində nəşr olunmuş “Qarabağ qan girdabında” kitabında [15] Dağlıq Qarabağ probleminin əsas səbəbləri göstərilib və erməni terrorçuluğu tarixi faktlarla ifşa edilib.
Müəllif kitabda SSRİ ərazisində milli münaqişə ocaqlarının yaranacağı haqqında qərb siyasətçilərinin proqnozları haqqında da məlumat verib. ABŞ prezidentinin köməkçisi Zbiqnev Bjezinski “Vaşinqton tayms” qəzetinə müsahibəsində demişdi: “Yaxın 20-30 il dünyada milli və etnik münaqişələrin mərkəzi Sovet İttifaqı olacaq. Millətçilik orada canlı dinamik qüvvəyə çevriləcəkdir. Sovetlər öz millətlərinin problemlərini nəzarət altına ala bilməyəcəklər. Onların sistemi öldürücü böhran qarşısındadır.” [15,s.13]
Kitabda erməni terroçululuğunun qanlı cinayətləri haqqında da çoxlu sayda məlumat var. Müəllif “Yeni Ermənistan” partiyasının terrorçu üzvlərinin 1977-ci ilin yanvarında Moskva metrosunda onlarla adamın ölümü ilə nəticələnən partlayış törətmələrini, erməni diasporunun terrorçu dəstəsinin 1991-ci ilin sentyabrında Paris şəhərinin Usman məhəlləsində 60 nəfəri girov götürməsini, ASALA (“Erməni gizli azadlıq ordusu” adlı terror təşkilatı) üzvlərinin 1991-ci ilin dekabrında Budapeştdə Türkiyənin səfiri Bədrəddin Tunabaşa sui-qəsd təşkil etməsini və digər faktları qeyd edərək erməni terrorizminin köklərini açıb göstərib. Müəllif Sumqayıt hadisəsinin də səbəblərini beynəlxalq aləmlə və erməni terrorizmi ilə əlaqələndirərək bu hadisədən sonra Ermənistanda tarixən azərbaycanlıların yaşadığı və DQMV ərazisindən 2 dəfə artıq olan 8 min kv. km ərazini əhatə edən 172 kənddən 200 minə qədər əhalinin vəhşicəsinə qovulmasını, bu qanlı cinayət zamanı 216 nəfərin, o cümlədən 57 qadının, 5 südəmər körpənin, 18 müxtəlif yaşlı uşağın qətlə yetirilməsini faktlarla göstərib. [15,s.103]
Kitabda hadisələrin baş verməsində öz qızışdırıcı fəaliyyəti ilə mühüm rol oynamış Sov.İKP MK-nın Baş Katibi M.S.Qorbaçovun məsləhətçisi A.Aqanbekyanın 1987-ci ilin noyabrında Fransanın “Humanite” qəzetinə verdiyi müsahibəsi dərc olunub. Həmin müsahibədə A.Aqanbekyan Qarabağ haqqında verilmiş suala cavab olaraq demişdir: “Bir iqtisadçı kimi mən belə hesab edirəm ki, Qarabağ Azərbaycana nisbətən Ermənistanla daha artıq bağlıdır.” Halbuki həmin dövrdə DQMV xarici mal dövriyyəsində Ermənistanın payı cəmi 1,5 faiz idi. [15,s.18]
Hadisələrin sonrakı inkişafı göstərdi ki, erməni separatçılarının 1988-ci ilin əvvəllərində fəallaşması məhz Moskvadakı bu cür havadarların himayəsi nəticəsində mümkün olmuşdu.
Ermənilərin gündən-günə azğınlaşmasına etiraz olaraq 1988-ci ilin 16 martında Elmlər Akademiyasının qarşısında, 1988-ci ilin 16 mayında isə Azadlıq meydanında mitinqlər keçirildi. Mərkəzi hakimiyyətin 18 iyul qərarından sonra mərkəzi və yerli hökumətin məsuliyyətsizliyi, Ermənistandan azərbaycanlıların vəhşiliklə qovulmasının kütləvi hal alması xalqın səbr kasasını daşdıraraq, qərb mətbuatının “XX əsrin oğuz dastanı” adlandırdığı meydan hərəkatının (17 noyabr-5 dekabr 1988) başlanmasına gətirib çıxardı. Tarixçilər Azərbaycan tarixinin şanlı səhifələrindən olan “Meydan hərəkatına” aid ayrıca məqalələr həsr ediblər.[12]
Çağdaş Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən, 18 gün sovet imperiyasına qarşı geniş vüsət almış meydan hərəkatı 70 illik bir rejimin zaman-zaman toplanmış problemləri nəticəsində baş versə də, bunun üçün səbr kasasının daşdıran son damla Topxana meşəsində ermənilərin törətdiyi təxribat olmuşdur.
Topxanada baş verənlər barədə “Topxana harayı” adlı məqalədə [5,
7 aprel 1990-cı il] məlumat verilsə də fikrimizcə bu hadisələrin tam mahiyyətini əks etdirmir. Çox təəssüf ki, Topxanadan sonra baş vermiş yeni erməni təxribatları bu hadisəni bir qədər kölgədə qalmasına səbəb olub.
“Topxanada 16 il əvvəl nə baş vermişdi?” adlı məqalədə [10, 04 noyabr 2004-cü il] hadisə barədə geniş məlumat verilir. Məqalədə qeyd olunur ki, Azərbaycanın ərazilərinə erməni təcavüzünün başlanğıcı hesab olunan Topxana hadisəsi aşağıdakı senari əsasında baş verib: “SSRİ Əlvan Metallurgiya Nazirliyinin Ermənistan SSR-də yerləşən Kanaker alüminium zavodunun direktoru R.N.Enqonyan DQMV XDS İcraiyyə Komitəsinin sədri S.A.Babayana xalq təsərüffatı məhsulları istehsal edən kooperativin yaradılması üçün Əsgəran rayonunun Engels adına kolxozun ərazisində 10 hektar torpaq ayrılması üçün 31 avqust 1988-ci il tarixli 006-3186 saylı məktubla müraciət edib. Məktubda Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin aqrar-sənaye kompleksində istehsal sahələrinin inkişafı haqqında 22 noyabr 1987-ci il tarixli qərarı əsas kimi göstərilib. Bu müraciətin qeyri-qanuniliyi və təhlükəliyi onda idi ki, Ermənistanın hər hansı bir zavodu kooperativ yaratmaq üçün öz ərazisindən deyil, Azərbaycan ərazisindən torpaq ayrılmasını istəyirdi. Bu açıq, aydın SSRİ-nin o zamankı böhranlı vəziyyətindən sui-istifadə edilərək Azərbaycan ərazisinin zəbt olunmasına cəhddən başqa bir şey deyildi. Bu müraciət DQMV Sovetinin deputatlarının 20 fevral 1988-ci il tarixdə DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxaraq Ermənistan SSR-in tərkibinə birləşməsi haqqında müraciətindən sonra ermənilərin növbəti təxribatı idi. Topxanaya qarşı ermənilərin qəsdi münaqişənin yeni mərhələsinin əsası qoydu. Bu kimi təxribatların həyata keçirilməsi üçün Ermənistan SSR və DQMV-də “Kurunk” və “Qarabağ” komitələri mitinq, nümayiş və tətillər həyata keçirir, dövlət orqanlarına təzyiq göstərirdilər. Bu zaman onlar mərkəzdəki havadarların köməkliyi ilə separatçı planların həyata keçirilməsinə cəhdləri daha da artırırdılar.
Ermənilər tikinti işlərini başlamaqla həm Azərbaycan torpağını zəbt etmək, həm də Azərbaycanın təbiətinə, konkret desək Topxana meşəsinə ekoloji cəhətdən ziyan vurmaq məqsədi güdür və bunula da ziddiyyətləri kəskinləşdirmək istəyirdilər.
S.A.Babayan 1988-ci il sentyabrın 3-də həmin məktubun üstünə tikinti və arxitektura şöbəsinin müdiri V.Q.Osipyana ünvanlanmış aşağıdakı dərkənarı qoymuşdu: “Xahiş edirəm, məcburi surətdə yer ayırın. Məsələ razılaşdırılıb.”
Burada haqlı olaraq belə bir sual meydana çıxır. Görəsən S.A.Babayan Azərbaycan torpağının Ermənistana vermək üçün məsələni kiminlə razılaşdırıb? SSRİ qanunlarına görə bu məsələ SSRİ və Azərbaycan rəhbərliyi ilə razılaşdırılmalı idi. Lakin sənədlərdə onun bu məsələni kimlə razılışdırdığı göstərilmir. Ola bilsin ki, bu qeyri-qanuni addımı atmaq üçün ermənilərin Moskvadakı havadarları ilə şifahi razılaşmaları olub. Lakin bunun heç bir hüquqi əsası olmadığına görə ermənilərin bu hərəkəti o zaman vəzifə səlahiyyətini aşmaq, özbaşınalıq, azığınlıq kimi qiymətləndirilməli idi.
V.Q.Osipyan isə torpaq ayrılması ilə bağlı 16 sentyabr 1988-ci ildə 01-66 nömrəli məktubla Əsgəran Rayon XDS İK-nin sədrini əvəz edən V.Köçəryana müraciət edib. Nəhayət torpaq sahəsinin ayrılması ilə bağlı A.Ağababyan və A.Əsriyanın imzası ilə 28 oktyabr 1988-ci il tarixində 32/212 saylı qərar qəbul olunub. Qərarda Topxananın adı dəyişdirilərək Xaçentapa kimi göstərilib. Topxananın adının Xaçentapa kimi göstərilməsinin düzgünlyünü sübut etmək üçün Ermənistan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin 4 dekabr 1988-ci il tarixli sayında rus dilində “Topxana yoxsa Xaçen-tapa?” adlı məqalə də çap olunub. Sonradan ermənilər Xaçınçay, Xaçbulaq və digər adlar kimi Xaçentəpənin də azərbaycan adı olduğunu görərək Topxananın adını ikinci dəfə dəyişişərək “Tsaxkasar” qoyublar. Bundan sonra A.Ağababyanın sərəncamı ilə işi sürətləndirmək üçün xüsusi komissiya yaradılıb.
Təsdiqlənmiş tikintinin baş planına görə ermənilər yeni qəsəbə salmaq üçün işləri Cıdır düzündən yaxşı görünən 3, 4 və 5-ci sahələrdə başlayaraq Xankəndi istiqamətində deyil, Şuşa tərəfə genişləndirilməyi nəzərdə tuturdular. Deməli bu planda qeyd olunduğu kimi ermənilər bu ərazidə kiçik müəssisə deyil, böyük şəhər salmağı planlaşdırırdılar ki, bu da haqlı olaraq azərbaycanlıların narazılığına səbəb oldu.
Bu məsələ ilə əlaqədar ilk dəfə Azərbaycan Dövlət Təbiəti Mühafizə Komitəsi həyacan təbili çalaraq 16 noyabr 1988-ci il tarixdə SSRİ və Ermənistan SSR rəsmilərinə tikintinin qanunsuz olduğunu və təbiətə böyük ziyan vuracağı haqda etiraz teleqramları göndərdi.
Bu hadisədə xəbər tutan Azərbaycan xalqı Bakının Azadlıq meydanına toplaşaraq respublika rəhbərliyindən iki gün ərzində bu təxribata son qoymağı tələb etdi və bununla da Azərbaycan tarixinə “Milli dirçəliş günü” kimi daxil olan meydan hərəkatı başlandı.
Faktlar göstərir ki, ermənilər Topxana meşəsinə əvvəlki illərdə də böyük ziyanlar vurublar. Azərbaycan SSR Nazirlə Sovetinin 01 fevral 1982-ci il tarixli 56 saylı qərarı ilə qırılan ağacların cərimə qiymətləri təsdiqlənsə də bu qərar kağız üzərində qalıb. Bundan başqa həmin qərarda 450 hektar qoruğun və Daşaltı dövlət yasaqlığının yaradılması nəzərdə tutulmasına baxmayaraq həyata keçirilməyib.
Hadisələrin başlanğıcında Azərbaycan SSR Mənzil Tikintisi və Sosial Bankında Topxana üçün 700075 saylı hesaba küllü miqdar pul yığılsa da demək olar ki, problemin həlli üçün heç bir əməli tədbirlər görülmədi.
Azərbaycanın o zamankı rəhbərləri hadisələrin arxasınca sürünərək Toxanada erməni təxribatını aradan qaldırmaq əvəzinə xalqın mübarizə əzmini qırmağa çalışırdılar. Xalqın tələbi ilə Azərbaycan SSR Nazirlər Soveti 24 noyabr 1988-ci il tarixdə Topxana ilə əlaqədar 466 saylı qərar versə də dekabrın 5-dən 6-sına keçən gecə meydanın dağıdılması ilə bu qərar da digərləri kimi kağız üzərində qaldı. [10] Fikrimizcə XX əsrin sonlarından erməni hərbi birləşmələri tərəfindən Azərbaycan ərazilərinin işğalının baş verdiyi ictimi-siyasi vəziyyəti obyektiv dərk etmək, Azərbaycan tarixini ağ ləkələrdən təmizləmək üçün Topxana və bu kimi digər ərazilərə qarşı ermənilərin törətdikləri təxribatların dərindən öyrənməsinə böyük ehtiyac var.

Ədəbiyyat


1. Babayev S. Müharibə (1988-1993). Bakı,Azərbaycan,1995,120 s.
2. Əliyev İ. Dağlıq Qarabağ. Tarix. Faktlar. Hadisələr. Bakı, Elm,1989,117 s.
3. Mahmudov Y.M. , Şükürov K.K. Qarabağ: Real tarix, faktlar, sənədlər. Bakı: Təhsil, 2009,143 s.
4. Sultanov Z. Qarabağın qara günləri. Bakı,Yazıçı,1992,146 s.
5. “Azərbaycan” qəz. 5, 18 may 1990; 5 mart, 20 aprel 1990
6. “Azərbaycan” jur., 6 №2, 1988, s.187-190,
7. “Azərbaycan gəncləri” qəz. 26iyul 1988
8. “Bakı” qəz., 26 noyabr 1988, 22 sentyabr 1989
9. “Ədəbiyyat və incəsənət” qəz., №9, 1988,s.176-188, №1,1989, s.181-189, №5, 1990,s.163-171
9, 25 mart, 18 noyabr 1988, 18 avqust 1989, 22 sentyabr 1989, 23 fevral 1990;
10. “Ədalət” qəz.,04 noyabr 2004-cü il
11. “Kommunist” qəz. 11, 22 mart, 23 iyul, 11 noyabr 1988, 18 yanvar 1989
12. “Millət ” , 16 noyabr 1996
13. “Sumqayıt” qəz., 2 sentyabr 1989 və s
Rus dilində
14. Аракелов Р. Нагорный Карабах: Виновники трагедии известны. Баку, Шарг-Гарб,1991,35 с.
15. Помпоев Ю.А. Кровавый омут Карабаха.Баку,издатель. Азербайджан, 1992-208с.
16. “ Бакинский рабочий” газ., 16, 9 avqust 1989, 12 yanvar 1990
17. “ Правда ” газ., 4 aprel 1988


Aşar sözlər: tarixşünaslıq, dövlət müstəqilliyinin bərpası, Dağlıq Qarabağ problemi, Sumqayıt hadisəsi, 20 yanvar faciəsi

Ключевые слова: Историография, восстановление государственной независимости, проблема Нагорного Карабаха, сумгаитские события, трагедия 20 января


Резюме
Магеррам Зульфигарлы
Огузский дастан ХХ века – “Зов Топханы” (17 ноября – 5 декабря 1988 г). Историография
В статье представлена информация о дне национального возрождения, одной из славных страниц истории современного Азербайджана. В статье также анализируется 18-дневное движение против советской империи 17 ноября - 5 декабря 1988 года. Кроме того, была затронуто событие в Топхане, ставший толчком начала протестов.

 

 

Məhərrəm Zülfüqarlı
Tarix elmləri namizədi, dosent

 

"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM