QLOBAL TƏHLÜKƏLƏİRN ARTDIĞI ŞƏRAİTDƏ EKOLOJİ-İQTİSADİ SİSTEMİN DAYANIQLI İNKİŞAFININ MÜASİR ASPEKTLƏRİ

09:00 / 06.11.2017

Son onilliklərdə dünya iqtisadi prosesləri kifayət qədər transformasiyalara uğramışdır və getdikcə qlobal təhlükələr, o cümlədən qlobal-iqtisadi təhlükələr dünya iqtisadiyyatının illərlə formalaşmış əsas mexanizmlərinə, eyni zamanda milli iqtisadiyyatların inkişafının modelləşdirilməsinə əhəmiyyətli təsir göstərməkdədir. Təsadüfi deyildir ki, son illərdə dünya iqtisadi proseslərinin artım tempinin təmin edilməsi və ayrı-ayrl güclü iqtisadiyyata malik ölkələrin iqtisadi inkişafının dayanıqlılığının təmin olunması istiqamətində atılan iri miqyaslı addımlar heç də əhəmiyyətli irəliləyişlərə gətirib çıxarmamışdır. Məsələ bundadır ki, dünyanın inkişaf etmiş ölkələrinin hələ də qlobal məsələlərdə tam həmrəyliyi sıx deyildir və bir çox məsələlərdə dünyanın aparıcı ölkələri arasında fikir ayrılığı mövcuddur. Məsələn, qlobal iqlim dəyişiklikləri üzrə və bununla əlaqədar olaarq qlobal tədbirlərin görülməsi, o cümlədən dünyanın əsas ölkələri arasında bu istiqamətdə koordinasiyanın daha da genişləndirilməsi üzrə əməkdaşlıqda dünyanın ən güclü iqtisadiyyatına malik ABŞ-la, digər bir güclü iqtisadi mərkəz olan Avropa Birliyi arasında ki, fikir ayrılığı buna bariz nümunədir. Bunlarla bərabər, heç də sir deyildir ki, dünya iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün ilk növbədə təbii resurslardan və milli sərvətlərdən maksimum səmərəli istifadə təmin olunmalıdır. Tükənməkdə olan faydalı qazıntılardan, xüsusi ilə iqtisadiyyatın inkişafında mühüm əhəmiyyət kəsb edən enerji resurslarından səmərəli istrifadənin təşkili, ətraf mühitin qorunması, yerin təkinin, meşə massivlərinin, ekoloji varlıqların qorunmasının yüksək səviyyədə təmin edilməsi müasir dövrün əsas problemlərindəndir. Bu baxımdan, qlobal iqtisadi təhlükələrin artdığı bir şəraitdə ekoloji-iqtisadi sistemin dayanıqlı inkişafının təhlili və qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir və bu məsələlərə kompleks, sistemli yanaşmanı şərtləndirir.
İlk növbədə, qeyd etmək lazımdır ki, qlobal təhlükələrin artdığı şəraitdə ekoloji-iqtisadi sistemin dayanıqlı inkişafının əsas prinsiplərindən biri xammal və resurslardan səmərəli və ətraf mühitə zərər yetirmədən istifadənin təmin edilməsindən ibarətdir. Bu heç də yeni məsələ deyildir. Hələ klassik iqtisadi nəzəriyyələrin yaradıcısı olan görkəmli iqtisadçı alimlər təbii resurslardan və milli sərvətlərdən səmərəli istifadənin vacibliyinə, millətlərin tərəqqisi və inkişafı naminə bu resurslardan qənaətlə və maksimum səmərəli isitifadənin təmin edilməsinə xüsusi önəm vermişlər. Adam Smit haqlı olaraq belə hesab edirdi ki, milli sərvətlər millətlərin inkişafı və tərəqqisinə xidmət etməlidir[1]. Digər görkəmli iqtisadçı Alfred Marşall milli və iqtisadi resurslardan istehsal proseslərinin təşkilindən bəhrələnməyin yollarının tapılmasının vacib olduğunu göstərmişdir[2]. Maraqlıdır ki, bu prinsiplər və yanaşmalar müasir dövrdə də kifayət qədər aktualdır.Yenə dünya ölkələri resursların bölüşdürlməsində və ondan səmərəli istifadə olunmasında axtarışdadırlar, dünya iqtisadiyyatı daha təhlükəli tendensiyaların axarına düşdükcə, təbii və milli resurslar, milli sərvətlər, xüsusilə yerin təkindən çıxarılan karbohidrogenlər və faydalı qazıntılar, bir sözlə təbiətin bəxş etdiyi bütün nemətlərin ekoloji-iqtisadi baxımından səmərəliliyi probelmləri diqqət mərkəzinə düşmüşdür. Təbii ehtiyatlardan ekoloji təhlükəsizlik prinspləri təmin edilməklə iqtisadi səmərə naminə istifadəsinin genişləndirilməsinin özü tələbolunan bir prosesdir. Dünya inkişaf etdikcə, dünyada yeni texnologiyalar yaransa belə, təbii ehtiyatlar və resursları əvəz edən maddələr və komponentlər hələlik kəşf olunmamşdır. Buna görə də, bəşəriyyət təbii ehtiyatlardan ekoloji-iqtisadi komponetnlərin qarşılıqlı vəhdəti çərçivəsində maksimum səmərəli istifadəni davam etdirməkdə maraqlıdır və konkret desək buna məcburdur. Bizə görə, iqtisadi fəaliyyətin hər bir yeni istiqaməti insanların ehtiyaclarından yaranır və formalaşır. Təbiətdən istifadə, təbii resursların iqtisadi dövriyyəyə cəlb edilməsi bütün dövrlərdə və elə indinin özündə də zərurətdən ortaya çıxır. Bu qlobal problemlər hələ XX əsrin 60-70-ci illərindən başlayaraq, alimlərin ciddi diskusiyalarının mərkəzinə çevrilmişdir. 1970-ci illərin əvvəllərindn başlayaraq beynəlxalq aləmdə yeni termin, yeni anlayış “davamlı inkişaf” konsepsiyası anlayışı artıq sosial-iqtisadi inkişaf proseslərində tez-tez işlədilən ifadəyə çevrilməkdə idi. Qeyd edək ki, bu anlayışın mənası ingliscədən “sustainable development” sözündən formalaşmışdır. “Davamlı inkişaf” anlayışının əsasında isə “tarazlı vəziyyət” mənası işlədilir[3, s.254]. Bu səpkidə inkişaf problemləri iqtisadiyyatın yeni istiqamətdə, özü də ənənəvi iqtisadi yanaşmalardan əhəmiyyətli şəkildə fərqlənən istiqamətdə yönəlməsini şərtləndirmilşdir və bu istiqamətdə əsas prioritetlər cəmiyyətin və istehsalçıların təbii resurslara münasibətinin dəyişdirilməsi, onların tükənə bilməsinin hər kəs tərəfindən ciddi qəbul edilməsini anlamaqdan və təbii resurslardan iqtisadi proseslərində maksimum səmərəli istifadəni təmin etməkdən ibarətdir. Bəşəriyyət özünün davamlı və dayanıqlı inkişafı problemlərini dərk etməli, ona hər cür nemətlər və sərvətlər verən təbiətlə davranışda diqqətli və qənaətçil olmalıdır[4]. Dünya ölkələri və dövlətlər təbii resurslardan səmərəli istifadənin müasir dövrdə adekvatlığı ilə fərqlənən modellərinin işlənib hazırlanmasını və reallaşdırılmasını təmin etməlidirlər. Bu strateji tədbirlərin əsasında bərpa olunmayan təbii ehtiyatların kompleks istifadəsinin təmin edilməsi, qənaət rejiminin hər bir xırda detalının belə imkanlarından istifadə olunması, artıq məsrəflərin və itkilərin qarşısın alınması dayanmalıdır. Əgər söhbət davamlı və dayanıqlı inkişafdan gedirsə, bunlar da bəs etmir, belə ki, bəşəriyyətə və insanlara sağlam həyat tərzi, sağlam qida, təhlükəsiz su mənbələri, faydalı və həmişəyaşıl flora və faunalar, təbii rəngarəglik, canlı aləmin ahəngdarığı, bioloji varlıqların davamlılığı və s. mütləq şəkildə lazımdır. Ölkələr və dövlətlər təbii resurslardan istifadə edərəkən bu varlıqları qorumalı, dəyərləndirməli və ekoloji təhlükəsizliyi tam mənada təmin etməlidirlər. Qeyd edək ki, 1992-ci ildə 3-14 iyun tarixində Rio-de-Janeyroda davamlı inkişaf problemləri üzrə BMT-nin Konferensiyasında dünya ölkələrinin qarşısında duran mühüm vəzifələr, bunlarla bərabər qlobal problemlər müzakirə edilmişdir[5, s. 4]. Bu ali məclisdə davamlı inkişaf problemləri üzrə 27 prinsip müəyyənləşdirilmişdir və dünya ölkələrin əksəriyyəti bu istiqamətdə davamlı və ardıcıl tədbirlər görməkdədirlər. Yeri gəlmişkən, Azərbaycan da bu prinsiplərə qoşulmuşdur və son 10-15 ildə milli iqtisadiyyatın iqtisadi inkişaf modelinin formalaşdırılması və təkilləşdirilməsi proseslərində bu prinsplərlə bağlı əhəmiyyətli tədbirlərin görülməsi təmin olunmuşdur və bunlarla bağlı irəlidə tədqiqat materiallarını verəcəyik.
Qeyd edək ki, ekoloji-iqtisadi sistem, ilk növbədə iqtisadiyyatın fəaliyyət mexanizmləri ilə təbii resurslar və sərvətlər arasındakı fəal və səmərəli inteqrasiyanı özündə birləşdirir. Bu inteqrasiya proseslərinin mərkəzində milli iqtisadiyyatın davamlı və dayanıqlı inkişafının təmin edilməsi üçün ölkənin bütün ərazilərində, o cümlədən ucqar regionlarında mövcud resurslardan və milli sərvətlərdən maksimum səmərəli istifadənin təşkili, ümumölkə səviyyəsindəki inkişafdan geri qalmış ərazilərin reabilitasiyası və bütün bunlarla yanaşı ekoloji təhlükəsizliyin ciddi şəkildə qorunması, təbiətə zərər vurulmaması dayanırlar. Təbiətdən və təbii resurslardan səmərəli istifadəyə nail olunması milli iqtisadiyyatln rəqabət qabiliyyətini artırmağa imkan verir, ölkənin davamlı və dayanıqlı inkişafı üçün əlavə potensial formalaşdırır. Bunlarla bərabər, ölkədə işsizliyin aradan qaldırılması və kasıbçılığın səviyyəsinin aşağı salınmasına da əlavə töhvələr verir. Təsadüfi deyidir ki, dünya səviyyəsində 2000-2015-ci illər ərzində minilliyin əsas prioritet inkişaf istiamətləri sırasında başlıca problemlərdən biri kimi mütləq kasıbçılıq və aclıq göstərilmişdir[6]. Amma, təəssüf ki, dünya ölkələrinin bir çoxunda hələ də insanlar aclıqdan əziyyət çəkirlər, məcburi miqrasiya problemləri artmaqdadır, insanlar yaxşı yaşamaq üçün digər ölkələrə can atarkən həyatlarını belə itirirlər və s. Avropadakı miqrant böhranı kontekstindən yanaşsaq, on minlərlə insanlar aclıqdan və səfalətdən, vətəndaş müharibəsindən, ixtişaşlardan qaçaraq bu qitədə nicat tapmaq arzusunda ikən, həyatlarını itirməli olurlar. Ümumiyyətlə, Birləşmiş Millətlər Təşkilatı səviyyəsində, Avropa Birliyi səviyyəsində, dünya ölkələrinin əsas məşvərət formaları olan “Yeddilik” və “İyirmilik”lərin sammitlərində, beynəlxalq qlobal forumlarda bu kimi problemlərin həlli ilə bağlı iqtisadi aspektlər də az əhəmiyyət kəsb etmir. Əgər dünya ölkələrində milli resurslardan və sərvətlərdən ekoloji-iqtisadi kontekstdə optimal istifadəyə nail olunarsa, dünya ölkələrində, qeyd etdiyimiz kimi kasıbçılığın və aclığın səviyyəsi əhəmiyyətli səviyyədə aşağı düşərdi. Bu narahatlığı əsas götürərək BMT-nin İşci qrupunun məruzəsində göstərilir ki, 2030-cu ilədək olan dövr ücün dövlətlər təbii resurslardan və milli sərvətlərdən istifadənin ən səmərəli və məhsuldar yollarını tapmalı, insanların həyat səviyyəsini yaxşılaşdırmalı və yoxulluğun azaldılması üçün investisiyaların yatırılmasını artırmalıdırlar[7]. Davamlı və dayanıqlı inkişafdan danışarkən və bu kimi problemlərin həlli üçün ekoloji-iqtisadi sistemin müasir məhsuldar mexanizmlərinin və komponentlərinin vacibliyini bildirərkən, digər tərəfdən təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, BMT mütəxəssislərinin apardığı araşdırmalara görə dünyada 150-dən çox ölkənin milli iqtisadiyyatlarının davamlı və dayanıqlı inkişafında ciddi problemlər vardır. Acınacaqlısı isə ondan ibarətdir ki, həmin ölkələrin əlli faizindən çoxunun yerləşdiyi ərazilərdə bir milyarddan artıq insan ifrat yoxsulluq və ağır şəraitdə yaşamaqda davam edirlər[8, s.154]. Bu baxımdan ekoloji-iqtsadi sistemin dayanıqlı inkişafının təhlili və qiymətləndirilməsi, bununla əlaqədar inkişaf indikatorlarının müəyyənləşdirilməsi, dayanıqlı inkişafın səviyyəsinin obyektiv qiymətləndirilməsində optimal metodlardan istifadə edilməsi xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Dövlət və dövlət orqanları, korporasiyalar və müəssisələr bazar münasibətləri şəraitdə təbiətdən və təbii resurslardan istifadənin hüquqi və təsərrüfat mexanzimlərinin optimallığına kompleks və sistemli yanaşmalı, iqtisadiyyatın inkişafının modelləşdirilməsi ilə yanaşı, ətraf mühitə təsir edən zərərli təsirlərin minimuma endirilməsi və təbii resurslardan istifadənin səmərəliliynin artırılması tədbirlərini ardıcıl və məhsuldarlıqla həyata keçirilməlidirlər. Bu məqsədlə hər bir ölkənin milli iqtisadi inkişaf təmayülləri və milli iqtisadi maraqları nəzərə alınmaqla iqtisadi-ekoloji sistemin formalaşdırılması və inkişafı konsepsiyası olmalıdır. Tədqiqatçı A.Nurtdinov qeyd edir ki, iqtisadi, sosial və ekoloji problemlərin kompleks baxılması və həlli üçün optimal variantların seçilməsı məqsədilə ölkənin iqtisadi sistemində dərin institusional islahatlar aparılmalı və iqtisadiyyatın diversifikasiyalaşıdırlmasına, rəqabət qabiliyyətin güclənməsinə imkan verən sosial-iqtisadi inkişaf modeli formalaşdırılmalı, milli iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı təmin olunmalıdır[9, s. 34]. Bunun üçün ölkədəki təbii və iqtisadi resursların potensialı fundamental olaraq öyrənilməli, potensialın həcmi ölçülməli, iqtisadi sistemin hər bir komponentinin fəaliyyəti obyektiv olaraq qiymətləndirilməli və adekvat strateji məqsədlər müəyyənləşdirilərək arıdıcıl formada tədbirlərin görülməsi təmin edilməlidir. Bu tədbirlər içərisində önəmli yerləri ekoloji təhlükəsilik probelmlərini həll etməyə imkan verən infrastruktura və texnologiyalara malik olan rəqabət qabiliyyətli istehsal müəssisələrinin yaradılmasına üstünlük verilməsi tutmalıdır. Davamlı inkişaf təkcə özündə iqtisadi inkişafın yeni mərhələsi kimi baxılmır, həm də özündə ekoloji-iqtisadi münasibətləri birləşdirir. Digər tərəfdən, ekoloji-iqtisadi münasibətlərin və bununla əlaqədər formalaşdırılmış sistemin tənzimlənməsi mühüm məsələ kimi diqqət çəkir. Belə ki, ekoloji seqment milli iqtisadiyyatın bu və ya digər sahələrinin inkişafına, ekoloji-iqtisadi institutların formalaşdırılmasına, struktur dəyişikliklərinin və iqtisadi islahatların səmərəli təşkilinə ciddi təsir göstərmək iqtidarındadır. Bu baxımdan dövlət ekoloji-iqtisadi münasibətlərin qarşılıqlı təsir dairəsini tam müəyyənləşdirilməli və tənzimləyici mexanizmləri hazırlayaraq fəal olaraq tətbiq etməlidir [10, s. 127]. Bu məqsədələ, milli iqtisadiyyatın davamlı inkişafına təsir edən bütün təsərrüfat mexanizmləri ekoloji-iqtisadi meyarlar əsasında qiymətləndirilməli və təkmilləşdirilməlidir. Ekoloji-iqtisadi sistemin əsas komponentlərindən olan enerji resurslarından səmərəli istifadənin qiymətləndirilməsi proseslərində çoxukladlı yanaşma təmin edilməlidir. Bu məqəsədlə bir çox parametrlərin, o cümlədən istehsal şəbəkəsinin formalaşdırılması, ekoloji, iqtisadi, konstruktiv, texnoloji və təşkilati parametrlərin adekvat olaraq qiymətləndirilməsi vacib şərtlərdəndir [11]. Eyni zamanda, ekoloji-iqtisadi sistemin dayanıqlı inkişafının əsas mexanizmlərinin, o cümlədən idarəetmə mexanizmlərinin optimal hazırlanması və tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Ekoloji-iqtisadi sistemin təkmilləşdirilməsi və davamlı inkişafın təmin edilməsi proseslərində əsas altsistemlər kimi – iqtisadi davamlılıq, ekoloji davamlılıq, sosial davamlılıq və institusional davamlılıq iştirak edirlər [12]. Bu sistemlərin üzvi şəkildə və qarşılıqlı fəaliyyət sistemi formasında baxılması istifadə olunmayan resursların aşkarlanmasına və ekoloji-iqtisadi meyarlar nəzərə alınmaqla onların təsərrüfat-istehsal dövriyyəsinə cəlb olunmasına, təbii sərvətlərin və iqtisadi resursların milli iqtisadiyyatın inkişafının modelləşdirilməsində real iştirakına imkan verir. Bunlarla bərabər, ekoloji-iqtisadi sistemin davamlı inkişafı nəticəsində makroiqtisadi səviyyədə ekoloji-iqtisadi təhlükəsizlik təmin olunur və milli iqtisadiyyatın daha sabit inkişaf etdirilməsi potensialı formalaşdırılır [13]. Problemə bu cür yanaşma, eyni zamanda təbii resurslardan istifadə məsələlərinə təsərrüfat-kommersiya maraqları ilə bərabər, cəmiyyətin mənafeyinin qorunması prioritetinin nəzərə alınmasına imkan verir, nəticədə cəmiyyətlə istehsalçı şəbəkə arasında, cəmiyyətlə iqtisadi sistem arasında harmonik atmosfer formalaşdırılır, ekoloji problemlərin həllinə və ekoloji təhlükəsizliyin təmin edilməsinə tarazlaşdırılmış baxışlar yaranır, cəmiyyətin və milli iqtisadiyyatın davamlı inkiaşfına əlavə imkanlar ortaya çıxır.
Müasir dövrdə Azərbaycan iqtisadiyyatı da tarixi sınaq qarşısındadır. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə düşməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafının yenidən modelləşdirilməsini şərtləndirmişdir. Milli iqtisadiyyatın davamlı və dayanıqlı inkişafı əlavə dəyər yaradan iqtisadiyyat sahələrinin inkişaf etdirilməsini tələb edir. Bu baxımdan emal və istehsal şəbəkəsinin genişləndirilməsi üçün təbii resurslar və faydalı qazıntılar emal və istehsal proseslərinə cəlb olunmalı, yeni texnologiyalar əsaslı rəqabət qabiliyyətli müəssisələr yaradılmalıdır. Bu məqsədlə strateji hədəflər müəyyənləşdirilmiş və artıq onların icrasına başlanılmışdır [14]. Ölkəmizdə kifayət qədər faydalı qazıntılar və xammal resursları, həmçinin enerji resursları mövcuddur. Müasir şəraitdə əsas vəzifə bu resurslardan ölkə təbiətinə və landşafta zərər vurmadan yeni emal və istehsal şəbəkəsinin təşkilindən ibarətdir. Təbiət ölkəmizə hər cür yeraltı və yerüstü sərvətlər vermişdir. Bizim vəzifəmiz bu sərvətlərdən milli iqtisadiyyatın inkişafın naminə səmərəli istifadəni fəal olaraq təmin etməkdir [15, s. 9]. Son illərdə bu istqamətdə, xüsusilə təbiətdən istifadənin səmərəliliyinin artırılması, ekoloji təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi şərtilə təbii resursların iqtisadi dövriyyəyə cəlb edilməsinin intensivləşdirilməsi tədbirləri genişlənməkdədir. Bununla əlaqədər olaraq, ölkəmizdə ekoloji-iqtisadi sistemin optimal modelinin işlənib hazırlanması və konseptual yanaşma təmin edilməklə tətbiqinin reallaşdırılması vaxtı çatmışdır. Professor E.Hacızadə bildirir ki, dayanıqlı inkişaf konsepsiyası yalnız qlobal hadisələri təcəssüm etdirmir. Onun məğzini daha çox normativ iqtisadiyyat aspektində lokal ekoloji mədəniyyətin inkişafı və tam bərqərar olması təşkil edir. Bu baxımdan bizim respublikamızda da sosial-iqtisadi tərəqqi dayanıqlı iqtisadi inkişaf prinsiplərini nəzərə almadan yetkinləşə bilməz. İqtisadi quruculuq təbiət təmasları ilə qarşılıqlı münasibətdə əks olunur. Buna görə də, iqtisadiyyatın ətraf mühitə ciddi təsiri danılmaz fakta çevrilir [16]. Buna görə də, ölkəmizdə iqtisadiyyatın manevrləşdirilməsi və modelləşdirilməsi proseslərində ekoloji amil kompleks şəkildə baxılmalı və nəzərə alınmalıdır. Ölkəmizdə təbiətdən istifadə və ekoloji təhlükəsizlik istiqamətlərində daha təsirli təşkilati, texniki-texnoloji xarakterli təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə, bazar münasibətlərinin kəskin tələblərinə uyğun ekoloji-iqtisadi vəziyyətin təhlil edilib qiymətləndirilməsinə, ehtiyat imkanlarının aşkara çıxarılmasına, ətraf mühitin mühitin mühafizəsi üzrə təsirli stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac duyulur [17, s. 4].
Beləliklə, qlobal təhlükələrin artdığı şəraitdə ekoloji-iqtisadi sistemin dayanıqlı inkişafının təmin edilməsi və möhkəmləndirilməsi üçün milli iqtisadiyyatın inkişafının müasir dövrün tələblərinə uyğun modelləşdirilməsi, mövcud mexanizmlərin yenilənməsi və təkmilləşdirilməsi, bazar münasibətlərinin dərinləşdiyi şəraitdə təbii resurslardan və milli sərvətlərdən istifadənin səmərəliliyinin artırılması tədbirlərnin aktuallığı artmaqdadır. Bunlarla əlaqədar olaraq görülən tədbirlərin strateji əhəmiyyətini nəzərə alaraq, mövcud problemlərə, potensiala və inkişaf determinantlarına müasir, mütərəqqi və metodoloji baxımdan optimal elmi-praktiki baxışlar formalaşdırılmalı, qeyd olunanlar dövlətin iqtisadi siyasətində, ekoloji-iqtisadi sistemin təşkili mexanizmlərində və reallaşdırılmasında nəzərə alınmalıdır və s.

Ədəbİyyat:


1. Smith, Adam. Wealth of Nations, edited by C. J. Bullock. Vol. X. The Harvard Classics. New York: P.F. Collier & Son, 1909–14; Bartleby.com, 2001.
2. Alfred Marshall. Principles of Economics, 1890—1891.
3. Мельник Л.Г. Основы устойчивого развития: Сумы, ИДТ «Университетская книга», 2005.-654 с..
4. Поздняков А.В. Проблемы цивилизации и устойчивое развитии. http://www.ihst.ru.
5. Рио-де-Жанейрская Декларация по окружающей среде и развитию. 3-4 июня 1992 год. Конференция ООН//А/CONF.151/26/Rev.1(Vol.1).-P. 3-7 http://www.un.org.
6. Тоганова Н.В. Новые цели ООН в области устойчивого развития. ИМЭМО РАН, 2016. http://www.imemo.ru.
7. Повестка дня в области Устойчивого Развития на период до 2030 года. Программа развития ООН. http://www.by.undp.org.
8. World Economic and Social Survey 2013. Sustainable Development Challenges. United Nations publication. Sales No. E.13.II.C.1. United Nations, 2013.-216 p. http://www.sustainabledevelopment.un.org.
9. Нуртдинов А.Р. Институциональное обеспечение устойчивого развития в условиях эколого-экономического неравновесия. Дисс. канд. экон. наук. Казань, 2011.- 195 с.
10. Матюгина Э.Г. Институционализация как упорядочение эколого-экономических отношений национальной экономики. Дисс. д-ра экон. наук. Томск, 2009.- 443 с.
11. Ануфриев В.П. Эколого-экономическая оценка рационального использования энергетических ресурсов в системе Киотского протокола. Дисс. д-ра экон. наук. Новосибирск, 2006.- 320 с.
12. Малышев А.А. Механизмы управления устойчивостью эколого-экономической системы. Дисс. канд. экон. наук. Пенза, 2011.- 186 с.
13. Губайдуллина Т.Н. Устойчивое развитие эколого-экономической системы: Вопросы теории и методологии. Дисс. д-ра экон. наук. Казань, 2000.- 350 с.
14. Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.
15. Nadirov A.A. və digərləri. Azərbaycan iqtisadiyyatı. Bakı, “Elm”, 2003.-344 s.
16. Hacızadə E.M. Davamlı inkişaf konsepsiyasının sosial-iqtisadi aspektləri. http://www.elshenhajizadeh.com.
17. Hüseynov A.G. Azərbaycanda təbiətdən istifadənin səmərəlilik və ekoloji təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi. İ.e.d. dissertasiyasının Avtoreferatı. Gəncə, 2014.-44 s.

Açar sözlər: ekologiya, təbiət, iqtisadiyyat, ekoloji-iqtisadi sistem, dayanıqlı inkişaf, milli iqtisadiyyat, səmərəlilik.

Ключевые слова: экология, природа, экономика, эколого-экономический систем, устойчивое развитие, национальная экономика, рациональность.

Key words: ecology, nature, economy, ecology-economic systems, sustainable development, national economy, rationality.

Резюме
В статье исследованы современные аспекты устойчивого развития эколого-экономической системы в условиях роста глобальных угроз. С этой целью анализированы тенденции мировых экономических процессов в условиях углубления влияния глобальных угроз, важность рационального использования природных ресурсов и национальных богатств стран мира. Раскрыта сущность и значимость эколого-экономической системы, которая способствует комплексному рассматриванию обеспечения устойчивого развития экономики и общества.
В конце статьи обобщенно научно-практические взгляды по интенсификации развития эколого-экономической системы и его современных аспектов.

Summary
The economic approach to the problem modern aspects of sustainable development of ecology-economic system in the conditions of growth of global threats the article examines. Tendencies of world economic processes in the conditions of deepening of influence of global threats, importance of rational use of natural resources and a national wealth of the countries of the world are for this purpose analyzed. The entity and the significance of ecology-economic system which promotes complex examining of support of sustainable development of economy and society are opened.
A number of suggestions and recommendations the scientific and practical views on an intensification of development of ecology-economic system and his modern aspects are given in the end of the article.

 

ATA BABAYEV
Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin dosenti

 

"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM