Avropa İttifaqı çərçivəsində Fransanın Gürcüstan daxili münaqişənin tənzimlənməsində rolu

11:14 / 06.11.2017

Cənubi Qafqaz ölkələrində mövcud olan münaqişələr regionda təhlükəsizliklə bağlı vəziyyətin həmin ölkələrin uzun müddət müəyyən strategiya üzərində işləməsinə mane olmasıdır. Nəticədə regionda vahid təhlükəsizlik sistemi formalaşmayıb. Cənubi Qafqaz ölkələri üçün başlıca hədə kimi Ermənistanın təcavüzkar siyasəti, İran ətrafında yaranmış vəziyyət, Rusiya- Gürcüstan arasındakı gərginliyin mövcud olmasıdır.
Gürcüstan Respublikasının ərazisi Rusiyanın Ermənistanla, Türkiyənin Azərbaycanla quru əlaqəsini təmin edən, cənubi Qafqaz ölkələri içərisində dənizə birbaşa çıxışı olan yeganə ölkədir.
Cənubi Osetiya problemində üz-üzə gələn tərəflər Sxinvali və Tiflis görsənsə də əslində bu münaqişəyə Cənubi Qafqaz regionunda Gürcüstan üzərində təsirini artırmaqda böyük səy göstərən Rusiya və ABŞ-ın maraqlarının toqquşması kimi baxılmalıdır. Rusiya və Gürcüstan arasında şimal və cənub hissələrə bölünən Osetya əhalisinin çoxunu təşkil edən etnik osetinlərin birləşmək istəyi də nəzərdən yayınmamalıdır.
Medvedev- Sarkozi razılaşmasında müxtəlif formatlarda və səviyyələrdə aparılan danışıqlara baxmayaraq, münaqişə hələ də həll edilməmiş qalır. Bu məqalədə bizim məqsədimiz Rusiya- Gürcüstan arasında yaranan gərginliyin aradan qaldırılmasında böyük rol oynayan, Ai-nın dövri sədrliyini həyata keçirən Fransanın münaqişənin tənzimləməsindəki maraqlarını araşdırmaq, münaqişənin həlli prespektivlərinə dair mülahizələr və mühakimələr irəli sürməkdən ibarətdir.
Problemə ilk növbədə tarixi aspektdən yanaşaq görmək olar ki, Osetinlər Şimali və Cənubi Qafqazda yaşayan Hind-Avropa irqinə mənsub olan iran əsilli qafqaz xalqıdır (6; 77). Gürcüstanda yaşayan osetinlər XII- XIII əsrdə Monqol ordularının Qafqazı işğal etdiyi vaxt Qafqaz dağlarını aşaraq Gürcüstana gəldiklərini təsdiq edən tarixi fakta baxmayaraq (5; 201,202), gürcü tarixçiləri osetinlərin son iki əsr ərzində şimaldan köç etdiklərini bildirirlər (6;77).
1801-ci ildən Gürcüstanın nəzarətində olan Cənubi Osetiya 1918- ci ildə Gürcüstan müstəqillik əldə etdikdə belə Gürcüstanın nəzarətində qaldı. 1921-ci Qırmızı Ordu Gürcüstanı işğal etdi və 1922-ci ildə Gürcüstan Sovet Sosialist Respublikası tərkibində Cənubi Osetiya Muxtar Vilayəti yaradıldı. Osetinlərin yalnız 14%-i gürcü dilini bilməsinə baxmayaraq, 1989-cu ildə Gürcüstan Ali sovetində gürcü dili Gürcüstan ərazində yeganə rəsmi dil elan olunması osetinlər tərəfindən narazılıqla qarşılandı (6;77).
1992-ci sentyabrın 20-də Gürcüstan Sovet Sosialist Respublikasının tərkibində Cənubi Osetiya Muxtar əyaləti yaradıldı. 1925-ci il iyulun 7-də Şimali Osetiya Rusiya Federasiyasının tərkibində Muxtar əyalət elan olundu. 1936-cı ildə Şimali Osetiyaya Muxtar Respublika statusu verildi.
Cənubi Osetiya əhalisinin çoxunu təşkil edən etnik osetinlər beynəlxalq arenada bipolyar sistemin dağılma ərəfəsində özlərinə belə bir sual ilə müraciət etdilər : “Almaniya kimi bir dövlət olaraq bizim birləşməyə haqqımız yoxdurmu ?”. (4; 8.) Lakin, Gürcüstan Ali Soveti bu tələbin konstitusiyada öz hüququ əsasını tapmaması səbəbindən qəbul etmədi. Bu addım tərəflər arasında münasibətlərin daha da gərginləşməsinə səbəb oldu.
1990-cı ilin noyabrında öz müstəqilliyini elan edən Gürcüstan Respublikasının ilk prezidenti olmuş milliyətçi Zviad Qamsaxurdiya dekabr ayında Cənubi Osetiyada keçirilən parlament seçkilərini qanunsuz elan etdi və Gürcüstan gürcülərindir şüarına sadiq qalaraq Cənubi Osetiyaya qoşun göndərdi (1;131). 1991-ci ildə gürcü ordusunun Sxinvaliyə daxil olması ilə daxili qarşıdurma başladı. Lakin, 1992-ci ilin yanvarında hakimiyyətə gələn Eduard Şvardnadze bu qarşıdurmanı davam etdirmək istəmədiyini bildirdi. 1992-ci ilin iyun ayının 24-də Şverdnadze və Rusiyanın prezidenti Boris Yeltsin atəşkəs haqqda razılığ əldə etmişdilər (3;14). Soçi şəhərində imzalanan anlaşmaya əsasən Ortaq Nəzarət komissiyası yaradıldı. Bu komisiyanın yaradılmasında məqsəd atəşkəsə nəzarət, müdafiə rejimini təmin etmək idi.
Cənubi Osetiya ərazisi 1995-ci ildə Gürcüstan konstitutsiyasında edilən dəyişiliklər nəticəsində Sxinvali adlandırıldı. 1996-cı ildə Gürcüstanın Rusiya ilə razılaşması nəticəsində Moskvada Gürcüstan-Cənubi Osetiya tərəfləri arasında qarşılıqlı inamı təmin etməyə və gücləndirməyə istiqamətlənən memorandum imzalandı(5;201,202). 1997-ci ildən Moskvada bölgənin statusu ilə əlaqədar müzakirələr başlasa da heç bir irəliləmə əldə olunmadı.
1996-cı ilin noyabr ayında Cənubi Osetiya keçirilən prezident seçkilərində Gürcüstana münasibətdə daha praqmatik və balanslı siyasətin tərəfdarı olan Ludviq Cibirov Cənubi Osetiya Respublikasının prezidenti seçildi. Bu dövrü Gürcüstan- Cənubi Osetiya münasibətlərinin inkişaf dövrü kimi xarakterizə edə bilərik. Hər iki tərəfdə mülayim prezidentlerin hakimiyyətdə olması münasibətlərin yumşalmasına yol açdı. Lakin, Ciburivdən sonra hakimiyyətə gələn Eduard Kokoev Cənubi Osetiya- Gürcüstan arasında münasibətlərin yenidən sərtləşməsinə səbəb oldu (4;8 ).
Aİ- nin bu bölgə ilə maraqlanması nəticəsində 1997- ci ildə 3.5 mln. avro yardım ayırmışdır. Aİ–nin ayırdığı bu məbləğ iqtisadiyyatın bərpası üçün xərclənmişdir. 1.5 mln. avro məbləğində ikinci yardım Qori- Sxinvali dəmir yoluna və Sxinvali dəmiryol inşasına sərf edilmişdir. 2003-cü ildə 2.5 mln. dəyərində ayrılan məbləğin Gürcü- Cənubi Osetiya gömrük mexaniziminin və Şimal-Cənub ana yolunun yenidən inşa olunmasına ayrılmışdırsada, iki tərəfin gömrük ərazisini təyin etməkdə göstərdikləri qeyri konstruktiv mövqe səbəbindən nəticəsiz qaldı. 2004-cü ilin yanvar ayında Aİ növbəti bərpa proqramı imzalanmışdır (4;8).
Nəticə olaraq qeyd etmək olar ki, göstərilən dövrə qədər Aİ münaqişənin həll olunması istiqamətindən daha çox bu bölgədəki bərpa ilə maraqlanmışdır .
2001-ci ildə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən Aİ-nın Nazirlər Şurasında Cənubi Qafqazda mövcud olan münaqişələrin həllində gələcəkdə daha aktiv olacağı haqqında qərar qəbul etmişdir (8).
Gürcüstan Respublikasının ərazi bütövlüyünü siyasətinin prioriteti hesab edən Mixayıl Saakaşvili 2003-cü ilin oktyabr ayında qızılgül inqilabı nəticəsində hakimiyyətə gəldi.

Gürcüstanın Cənubi Osetiya probleminin həllində Avropa İttifaqının dəstəyindən istifadə etməsi
Regionda özünün təhlükəsizliyini və sabitliyin yeganə qarantı hesab edən Rusiya üçün Gürcüstan ərazisi strateji əhəmiyyət kəsb edir. Bununla Azərbaycana təzyiq etmək və bu regionda blokadaya məruz qalmış Ermənistanla birbaşa quru sərhəd əlaqələrin qurmaq, enerji xətlərinə nəzarət etmək üçün çox vacib bölgədir. Bu dövlətin ərazisinin Rusiya üçün siyasi-hərbi əhəmiyyəti NATO-nu Qafqazdan kənarlaşdırmağa nail olmaq kimi də qiymətləndirə bilərik. Şübhəsiz, bu torpaqlar Rusiya ilə müqayisədə Gürcüstan üçün daha vacibdir. Gürcüstan müstəqillik əldə etdikdən bəri bu torpaq səbəbindən Rusiyanın təsiri altında olmuşdur. M.Saakaşivilinin Cənubi Osetiyaya qarşı hərbi əməliyyata başlamasının səbəbi kimi Rusiyanın “əsarətindən” bir dəfəlik çıxmaq istəyini göstərə bilərik. Gürcüstanın Cənubi Osetiyada hərbi əməliyyatlara başlamasına Rusiya dərhal müdaxilə etməklə Gürcüstan kimi NATO ya üzv olmaq istəyən Ukrayna, Moldova kimi dövlətlərə bu regionda sabitliyin və təhlükəsizliyin yeganə təminatçısının Rusiya olduğunu bir daha bildirdi. Aİ-a dövrü sədrlik edən Fransa müharibə edən tərəflər arasında sülhün yaramasına nail olmaqla region dövlətləri arasında imicinin artmasına səbəb oldu (7).
Medvedev-Sarkozi planı 6 bənddən ibarət idi. Planda bunlar nəzərdə tutulurdu:
1. İxtilafda olan tərəflərin güc tətbiq etməməsi
2.Bütün hərbi əməliyyatları tamamilə bitirmək
3.Humanitar yardımı sərbəst qəbul etmək imkanı
4.Gürcüstan silahlı qüvvələrinin daimi dislokasiya yerlərinə qayıtması
5.RF silahlı qüvvələri daimi dislokasiya yerlərinə qayıtması
6.Abxaziyada və Cənubi Osetiyada sabitliyin və təhlükəsizliyin təminatının beyənəlxalq zəmanətin yaradılması
M.Saakaşvili Gürcüstan ərazi bütünlüyünün pozulması mülahizəsindən çıxış edərərək planın Cənubi Osetiya və Abxaziyanın beynəlxalq müzakirə statusuna dair olan 6-cı bəndinə etirazını bildirmişdi. 6-cı bəndin ilkin mətni belə idi: “ Cənubi Osetiyanın və Abxaziyanın gələcək statusu məsələsinin beynəlxalq müzakirəsinin başlanması.” RF DİN başçısı Sergey Lavrov aydınlıq gətirdi: “ Fransa Prezident Sarkozi Medvedyevə ( Tiflisdən) zəng vurdu və etirazı ona çatdırdı ”. Medvedev bu maddənin çıxarılmasını qəbul etdi. Beləliklə, 6 maddədən ibarət olan plan 5 maddəyə endirildi.
Proseslerin bu cür inkişafı yeni bir sualın doğmasına səbəb oldu.

Avropa İttifaqının Fransanın sədrliyi dövründə həyata keçirən Gürcüstan-Cənubi Osetiya münaqişəsinin tənzimlənməsində maraqları nədən ibarət idi ?

1. Avropa İttifaqının Rusiyadan enerji aslılığı hələ də davam edəcəkmi ?
Gürcüstan həm Avropa dövləti olan Fransa, həm də Türkiyə üçün enerji sahəsində önəmli tranzit ölkədir. Bakı-Tibilisi-Ceyhan neft və Bakı-Tibilisi- Ərzurum təbii qaz kəmərlərinin Qərb-Şərq yönündə Rusiyanın nəzarətindən kənarda qalan bu xətlərin hər ikisi Gürcüstan ərazisindən keçir. Bu məqam geosiayasi oyunların səhnəsinə çevrilmiş Cənubi Qafqazda Gürcüstanın “daha baxımlı” olmasına səbəb oldu. Əgər bu kəmərlər təxribatlara və Rusiyanın açıq müdaxiləsinə məruz qalarsa onda Avropanın enerji şaxələndirmə siyasətindən və enerji təhlükəsizliyindən söz gedə bilməz. Türkiyə üçün isə Qafqazdan Mərkəzi Asiyaya uzanmaq ideyasının boşa çıxmasına səbəb olardı. Fransa Rusiyanın enerji mənbəyinə nəzarət edən vacib fiqur olduğunu nəzərə alaraq bu problemin həllində Rusiyanın prioritetlərinə önəm verməsi təbii idi.

2. Soyuq müharibə qayıdırmı?
Avropa, Yaxın Şərq və Asiya qovşaginda yerləşən Cənubi Qafqaz kimi həssas regionda baş verən Cənubi Osetiya problemində qarşı-qarşıya duran tərəflərin əslində ABŞ və Rusiyanın olduğunu doğru olaraq fərqində olan Fransanın münaqişənin tənzimləmə siyasətində oynadığı rol tarixi siyasətinin təkrarı idi. C.Buş (oğul) administrasiyasının Moskvaya qarşı sərt tənqidi, Sakit okeanda birgə rus-amerikan manevrinin ləğvi, dünyaya soyuq müharibədə məlum olan gərginliyin dönüşünə bir işarə idi. Fransa Moskva və Gürcüstan arasında baş verən separatçı bölgədə gərginliyin yatırılmasında böyük rol oynaya bilərdi. İraqda, Əfqanıstanda, Pakistanda baş verən hadisələr və İran böhranı Moskva ilə dialoqu tələb edən faktordarda idi. Aİ- Fransa bu supergüclər arasında hələ də vasitəçi ola bilərdi.
Aİ (Fransa) Cənubi Qafqazda enerji sektorundada öz starateji məqsədlərini açıq surətdə irəli sürmərkdən həmişə çəkinir. Aİ (Fransa) üçün Cənubi Qafqazda ən böyük çətinlik Aİ-Rusiya əlaqələrini uzlaşdırmaq və eləcədə Türkiyənin bu regionda potensial siyasi aktor olduğunu nəzərə alaraq Cənubi Qafqazda öz rolunu müəyyənləşdirməkdir. Yeni müstəqillik qazanmış Cənubi Qafqaz dövlətlərində - Azərbaycan, Gürcüstan, Ermənistan- iqtisadi, sosial, siyasi problemlər ilə böhranlı vəziyyət yarandı. 2003-cü ildə Gürcüstanda qızılgül inqilabı ilə hakimiyyətə gələn demokratik qüvvələr sayəsində Gürcüstan dövlətinin bütün sektorunda müasirləşmə və demokratikləşmə müşahidə olundu. Azərbaycanın böyük enerji lahiyələrini uğurlu reallaşdırması, ABŞ və Fransa kimi Avropa dövlətlərinin buradakı nüfuzu rəsmi Kremldən Qərbə qarşı reaksiyaları doğurdu. Gürcüstan və Rusiya arasında baş verən 5 günlük müharibədən öncə Rusiaya Gürcüstanın NATO ya qoşulmasına və Cənubi Qafqazda təsiri olmadığı enerji lahiyələrinə qəti şəkildə etirazını bildirdi.
3. Geosiayasi oyunların səhnəsinə çevrilən Cənubi Qafqazda Fransanın maraqları digər dövlətlərin buradakı maraqlarından fərqli olaraq, geosiyasi rəqabətə meyillənmir, əksinə qarşılıqlı surətdə mənfəətli əməkdaşlıq ilə xarakterizə olunur.
Nəticədə, Cənubi Osetiya problemi Gürcüstan daxili münaqişə formasından çıxaraq, daha çox beynəlxalq məzmun kəsb etmişdir. Bir təfərdən Rusiya, digər tərəfdan ABŞ münaqişəyə qoşulmaqla Cənubi Qafqaz problemi Rusiya və ABŞ-ıın regionda nüfuz üzərində münaqişəsinə çevrilmişdir.
İlk dəfə idi ki, Aİ böhranın mərkəzində idi. Bu, 1990-cı ildə olan Balkan müharibəsinin pis xatirələrini unutdurmağa kömək etdi. Gürcüstanda baş verən münaqişəyə Fransanın müdaxilə edə bilmə ehtimalının sıfıra bərabər olduğunu nəzərə alsaq, regionda öz strategiyasını yarada bilməsi fransız diplomatiyasının uğuru kimi qiymətləndirilməlidir. Mədəniyyətlərin və dinlərin müxtəlif olduğu və bunun da toqquşmalara səbəb olduğu bu bölgədə əsl bacarıq lazım idi.
Aİ Şurasının 2008-ci il 1 sentyabr qərarına uyğun olaraq 2008-ci il sentyabr ayının 15- dən 2012-ci il 14 sentyabra qədər Gürcüstanda silahsız mülki müşahidə missiyasına başlanması qərara alındı. Bu missiyanın əsas vəzifəsi Gürcüstanda və regionda sabitliyə xidmət etmək, qısa müddətdə vəziyyəti sabitləşdirməyə, razılaşmaya uyğun olaraq 6 maddənin və tədbirlərin həyata keçilməsinə kömək etmək idi (10).
Hal-hazırda zəbt olunmuş ərazilərdə vəziyyət qeyri-stabil olaraq qalır. Rusiya tərəfi Gürcüstan ərazisindən qanunsuz hərbi əməliyyatlarda iştiak etməklə və ölkənin iki əyalətini birtərəfli de-fakto tanımaqla razılaşmanın əsas bəndlərini pozur. Təxminən Abxaziyanın və Cənubi Osetiyanın əhalisinin 3/4 hissəsi qaçqındır. Rusiya hərbi qoşunları isə müqavilənin şərtlərinə əsasən geri çəkilməkdənsə, orada yeni hərbi bazalar yerləşdirirlər.
2012-ci ilin fevral ayında prezident Medvedyev Rusiyanın Gürcüstana qarşı hücuma keçməsinə səbəb kimi Gürcüstanın NATO-ya meyllənməsi ilə regioda Rusiya üçün təhlükəli vəziyyətin yaranmasını göstərmişdi (9).
Gürcüstanın Rusiya hədələrinə səmərəli cavabı Avropa və Avro-Atlantik istiqamətdə davam etdirdiyi siyasətdir . Gürcüstan başa düşür ki, bu yol ölkədə demokratik institutların təsis edilməsindən, əhaliin həyat səviyyəsini yüksəltməkdən, bu sahədə beynəlxalq praktikda əldə edilmiş təcrübənin tətbiq edilməsindən keçir. Gürcüstanın bu təcrübəsini məhv etməyi nəzərdə tutan Rusiya 2008-ci ildəki hərbi əməliyyatları ilə niyyətini həyata keçirə bilmədi.
Medvedev-Sarkozi planına əsasən Rusiyanın Gürcüstandan qoşunların çıxarılması bəndinə Rusiyanın riayət etməməsinə Fransa hər hansı bir etiraz etmədi.

Aİ və ATƏT-in Mİnsk qrupu çərçivəsində Fransanın
Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyi
Cənubi Osetiya probleminin həlli Dağlıq Qarabağ münaqişəsində olduğu kimi təsiredici mexanizmin yoxluğu səbəbindən tam həll edilməmiş qalır. Bu vəziyyət digər aktorların regiona müdaxiləsinə şərait yaradır. Lakin, maraq doğuran məqamlardan biri AB-nin Dağlıq Qarabağ və Cənubi Osetiya probleminin həllində eyni dərəcədə iştirak etməməsidir. Cənubi Osetiyaya AB tərəfindən verilən maliyyə dəstəyi və reabilitasiya tədbirləri Dağlıq Qarabağa tətbiq olunmamışdır. Bu məsələyə iki maddədə aydınlıq gətirə bilərik: Birincisi, Cənubi Osetiya münaqişəsi Dağlıq Qarabağ münaqişəsinə nisbətən daha kiçik həcimlidir. İkincisi, Cənubi Osetiya probleminin müzakirə mexanizmaları Dağıq Qarabağa nisbətən daha zəifdir. Ümumi prizmadan nəzər salsaq görərik ki, AB Cənubi Osetiya və Dağlıq Qarabağ münaqişələrnə münasibətdə əsas çatışmamazlıqlar bunlardır: Birincisi, Aİ-nın regiona münasibətdə formalaşan xarici siyasi kursunda üzv dövlətlərin hər birinin öz maraqlarını müdafiə etdiyindən ortaq məxrəcə gələ bilmirlər.(2;112) İkincisi, “Yaxın Qonşuluq Siyasəti” region dövlətlərində demokratiyanın inkişaf problemlərinin həllinə kömək edəcəyini nəzərdə tutsa da, konkret olaraq bu istiqamətdə əsaslı addımlar atılmamışdır. AB-nin regional siyasətinin formalaşmasında üzv dövlətlərinin maraqlarnı nəzərə aldığına görə onun münaqişə tərəfləri arasında neytral mövqeyi tutmasını şübhə altına alır. Məsələn, Avropa ittifaqının əsas qurucusu və idarəedicisi iki dövlətindən biri olan Fransanın Erməni tərəfdarı olması faktı İttifaqın tərəfsiz siyasət kursu müəyyənləşdirmək prinsipini boşa çıxarır.
Son dövrlərdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində əsas vasitəçi qurum olan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi AB-nin bu missiyanı üzərinə götürməsi üçün şərait yaradır. ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biri olan Fransanın, Aİ çərçivəsində də bu regionda təmsil olunmaq istəyi Cənubi Qafqaz regionun Fransa üçün böyük əhəmiyyət kəsb edir fikrini bir daha təsdiqləyir. Minsk qrupunun fəaliyyətsizliyinin səbəbləri kimi bunları göstərə bilərik Birinci, Lissabon sammitindən sonra Minsk qrupunun təklifləri ilə bağlı qərarların verilmə ərəfəsində Ermənistanda hakimiyyət dəyişilikləri baş verdi. Müstəqillik əldə edən Ermənistanın ilk prezidenti olan qərb ermənilərinin namizədi olan Levon Ter-Petrosyan Lissabon sammitindən sonra söylədiyi Bu gün ermənilər anlamalıdırlar ki, Rusiya Qarabağın müstəqilliyini tanımıyacaq. Görəsən erməni xalqı Rusiyanın oyuncağı olaraq nə vaxta qədər qalacaq fikri onun istefasının əsas səbəbi idi. Petrosyanın dövründə Dağlıq Qarabağ məsələsində ortaq fikrə gəlmək, Rusiya ilə münasibətlərin pozulması qərb və Rusiya ermənilərini qarşı qarşıya qoydu. Nəticədə 1997-ildə Ermənistan prezidenti istefaya getdi. Bu isə Minsk qrupunun vasitəçilik missiyasına zərbə vurdu. İkinci, ATƏM-in Xarici İşlər Şurası 1992-ci mart ayında keçirilən görüşdə daölıq Qarabağda vəziyyət müzakirə edilərək, bu sahədə səmərəliyi təmin etmək üçün ATƏM-in Dağlıq Qarabağa dair sülh konfransının çağrılmas haqqında qərar qəbul etdi. Lakin 1992-ci ilin may ayında Erməni silahlı qüvvələri tərəfindən Şuşa və Laçının işğalı münaqişənin mahiyyətini dəyişərək yeni siyasi problem yaratdı və Minsk konfrasının keçirilməsinədə maneə oldu. Üçüncü, Minsk qrupu çərçivəsində danışıqlarda qarşı tərəflər arasında ziddiyyətlərin qalması. Dördüncü, Ermənistanın qeyri konstuktiv mövqeyi. Beşinci, Minsk qrupunun üzvü olan böyük dövlətlər arasında yekdil fikrin olmaması. Altıncısı, Ermənistanın Rusiyaya meyl etməsi. Minsk qrupunun yaradılması təşəbbüsünü Rusiya dəstəkləmişdirsə, əslində qısqanclıq mövqeyindən yanaşırdıar. Çünki, o bu problemin həllində birbaşa vasiəçilik rolunu itirmək istəmirdi. Bununla , Rusiya regionda zəifləmiş mövqeyini gücləndirmək istəyirdi. 2007-ci il Sank-Peterburq prosesində buna nail oldu və vasitəçiliyi ələ aldı. Yeddinci, Rusiyanın gizli və ya aşkar surətdə Ermənistanı silahlandırması. Səkkizinci, Həmsədr ölkələrin xristian təriqətə mənsub olmaları. Bəzi məsələlərdə bitərəfliyi.
Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçilik missiyası təşəbbüsü razı və narazı qruplar tərəfindən ikili mövqe ilə qarşılandı. ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biri olan Fransa bu münaqişənin tənzimlənməsində öz yerini Aİ-na verməyi münasib görən təşəbbüsü narazılıqla qarşılayır.
Nəticə olaraq qeyd edə bilərik ki, Fransa Cənubi Osetiya münaqişəsinin Aİ- çərçivəsində həllinə üstünlük verdiyi halda, Dağlıq Qarabağ münaqişəsinin isə ATƏT-in Minsk qrupu çərçivəsində həllinə üstünlük verir.
Dağlıq Qarabağ münaqişəsi tərəflərindən Azərbaycan Respublikası münaqişənin həliində AI- na önəm verir. Ermənistan tərəfi isə ATƏT-in Minsk qrupu çərçivəsində həllinə ümid bəsləyir. Münaqişənin həlində Ermənistanın mövqeyini ATƏT-in Minsk qrupunu üç həmsədr ölkələrdən ikisi Rusiya və Fransanın münaqişənin tənzimlənməsində tutduğu mövqe ilə üst-üstə düşməsi ilə izah olunur.
Beləliklə, Aİ Dağlıq Qarabağ və Cənubi Osetiya münaqişələrinə fərqli aspektlərdən yanaşır. Cənubi osetiya problemində sülhün yaranmasında aktiv iştirakçı olan və münaqişə nəticəsində dağıntıya məruz qalmış ərazilərdə yenidən qurma işlərinə maliyyə yardımı edən Aİ, Dağlıq Qarabağ münaqişəsində sülh əldə edildikdən sonra region dövlətlərinə yenidən qurma işlərində köməklik göstərmək öhdəliyni üzərinə götürür.
İnidki şərait Aİ-nın Cənubi Qafqaz regionunda baş verən münaqişələrin həllində vasitəçi olması üçün əlverişli zəmin hazırlayıb. Lakin, Avropa İttifaqının vasitəçilik missiyasına münasibəti “Aİ- nın regionda Rusiya ilə rəqibidi, yoxsa strateji tərəfdaş” sualina necə cavab verməsindən aslıdır.
Bütn deyilənləri nəzərə alaraq qeyd etmək olar ki, regionda baş verən münaqişələrin tənzimlənməsi üçün münaqişə tərəflərinə ədalətli davranacaq aktora ehtiyac var.


Ədəbİyyat:
1. Chepurin, Aleksandr “Seven Subjects on Russian-Georgian Agenda”, International Affairs , volume: 50, No 3, Moscow 2004.
2. Damien Helly, “EU’s Influence in Its Eastern Neighbourhood: The Case of Crisis Management in the Southern Caucasus”, European Political Economy Review, No.7, Summer 2007.
3. Dennis Sammut and Nikola Cvetkovski, “The Georgia—South Ossetia Conflict, Confidence Building Matters”, Vertic No 6, London, March 1996. http://aei.pitt.edu/8362/1/helly.pdf
4. International Crises Group (ICG), “Georgia: Avoiding War in South Ossetia”. Europe Report N°159 Tbilisi/Brussels , 26 november 2004
5. Savaş Yanar, “Türk-Rus ilişlkilerinde Gizil Güç Kafkasya”, 2002.
6. Tavkul, Ufuk, “Etnik Çatışlmaların Gölgesinde Kafkasya”, 2002.
7. Assembler nationale. Enregistré à la Présidence de l’Assemblée national. le 26 mai 2010.
8. http://www.consilium.europa.eu/en/policies/eastern-partnership/
9. http://www.liberation.fr/monde/2012/08/15/quatre-ans-apres-la-guerre-russo-georgienne_839915
10. www.rpfrance.eu/Les-operations-PSDC-dans-le-monde.html

 

Şəfəq Mustafayeva
Azərbaycan Milli Elmlər Akademiyası

 

"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM