Müasir bazar iqtisadiyyatı şəraitində müəssisələrin istehsal proseslərinin təşkili və səmərəliliyinin təmin edilməsi, müəssisənin təsərrüfat fəaliyyətinin modelləşdirilməsi və proqnozlaşdırılması, satış və marketinq strategiyasının hazırlanması və reallaşdırılması, satış bazarlarında ciddi mövqeyin əldə edilməsi vacib şərtlərdəndir. Bu baxımdan hər bir müəssisə özünün məhsul istehsalının planlaşdırılması və proqnozlaşdırılması ilə bərabər, müəssisənin marketinq strategiyasını hazırlamalı, onun praktiki fəaliyyətinin mühüm metodoloji yanaşmalarını müəyyənləşdirilməli, seçilmiş metodların xüsusiyyətlərinin və yanaşmalarının müasir aspektləri öyrənilməli, onların səmərəliliyi obyektiv meyarlar əsasında qiymətləndirilməlidir. Marketinq fəaliyyətinin optimal təşkili və reallaşdırılması, ilk növbədə marketinqin idarəetmə konsepsiyasının adekvat hazırlanmasını və reallaşdırılmasını şərtləndirir. Bu konsepsiyada məhsulun istehsal tsiklindən satış bazarlarına çıxarılması, orada möhkəmlənməsi və alıcılara çatdırılması ilə bağlı bütün məsələlər, tələb və təklifin adekvatlığı, müxtəlif bazar seqmentlərinin təsiri, rəqiblərin davranışı ilə bağlı məsələlər ətraflı yer almalıdır. Digər tərəfdən, marketinq strategiyasının reallaşdırılması və marketinq fəaliyyətinin təşkili ilə bağlı məsələlərdə əsas metodoloji yanaşmalar və tədbirlər kimi ilk növbədə ilkin təhlillərin aparılması, bazarın öyrənilməsi, mal və məhsullarla bağlı obyektiv vəziyyətin araşdırılması, analoji istehsalçıların və dilerlərin bazardakı davranışları, alınmış və əldə olunmuş informasiyaların emal olunması, obyektiv qərarların qəbul edilməsi və nəhayət, marketinq strategiyasının reallaşdırılması yer alır[1, s. 76]. Müasir dövrdə əksər müəssisələr istehsal proseslərinin fasiləsiz xammal təminatında çətinlik çəkirlər və analoji vəziyyəti əmtəə bazarlarına da aid etmək mümkündür. Buna görə də, müəssisənin marketinq fəaliyyəti kompleks və sistemli mexanizmlərə söykənməli, metodiki baxımdan seçilmiş strateji yanaşmalar müəssisənin istehsal xüsusiyyətlərinə və istehsal olunan malların satış bazarlaraına adekvat olaraq müəyyənləşdirilməlidir. Seçilən hər bir marketinq yanaşması və marketinq komponenti ciddi elmi və praktiki dəlilərlə əsaslandırılmalı və yalnız bundan sonra müəssisənin marketinq fəaliyyəti üzrə strategiyasına daxil edilməlidr[2, s. 37]. Bazar iqtisadiyyatının dərinləşdiyi, iqtisadi tendensiyaların mürəkkəbləşdiyi və qlobal iqtisadi təsirlərin nəticəsində istehsal proseslərinin səmərəli təşkilinin çətinləşməsindən çıxış etməklə, müəssisədə marketinq fəaliyyətinin adekvat metodoloji yanaşamalrını və onların xüsusiyyətlərini dərindən öyrənilməli, hər bir detal üzrə araşdırmalar aparılmalı, strateji planlaşdırma və marketinq tədqiqatlarının səmərəliliyi gücləndirilməli, marketinq planlaşdırımasında kompleks yanaşmalar təmin edilməli, marketinq fəaliyyətinin idarəetmə strukturu və təşkili prinsipləri hazırlanmalı və reallaşdırılmalı, marketinq tədbirlərinin icrası proseslərinə nəzarətin təşkil olunması və marketinq fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi vacib şərtlərdəndir. Marketinq fəaliyyətinin geniş formada təşkili və metodoloji yanaşmalarının daha geniş modelləşdirilməsi müəssisənin istehsal imkanlarının və bütövlükdə iqtisadiyyatın inkişafının səviyyəsindən asılıdır. Marketinq fəaliyyətinə təsir edən əsas daxili amillər kimi - müəssisənin istehsal proseslərinin təşkilinin səviyyəsi, kommersiya fəaliyyəinin adekvatlığı, maliyyə vəziyyəti, texniki-iqtisadi tərəqqinin səviyyəsi, idarəetmənin təşkili səviyyəsi, müəssisənin strateji inkişaf planının olması və yüksək hazırlıqlı kadr potensialı səviyyəsi daha çox diqqət çəkirlər[3, s. 17]. Bundan əlavə, müəssisənin güclü informasiya və idarəetmə sisteminin olması da marketinq fəaliyyətinin səmərəli təşkilnə əlavə münbit şərait yaradan amillərdəndir. Müəssisənin marketinq fəaliyyətinin əsas vəzifəsi bazarın tədqiqidir və bu tədqiqatda istehsalçılar, bazarda məhsulların satışı prosesləri, məhsulun bazara şıxarılması ilə bağlı problemlər və onların həlli yolları, bazardakı rəqiblərin davranışları, müxtəlif bazar seqmentləri və bazar konyunkturası və bazar iştirakçılarının bütövlükdə davranışı, material və maliyyə axınlarının intensivliyi və s. aiddirlər. Y.Qorqola və bir qrup tədqiqatçı belə hesab edirlər ki, müəssisədə marketinq fəaliyyətinin optimal metodoloji yanaşmalarının müəyyənləşdirilməsi və seçilməsi, bu yanaşamaların obyektiv olaraq qiymətləndirilməsi mühüm şərtlərdəndir[4]. Marketinq fəaliyyətinin əsasında yeni məhsulların hazırlanması və istehsalı, həmçinin onların uğurlu şəkildə bazara çıxarılması, reklam tədbirlərinin həyata keçirilməsi və alıcılarla sistemli işin aparılması dayanmalıdır. Bundan əlavə, marketinq fəaliyyətinin adekvatlığı ciddi meyarlar əsasında baxılmalı, marketinq fəaliyyətinin metodoloji yanaşmalarının xüsusiyyətlərinin müasir aspektləri diqqətlə öyrənilməli və adekvat marketinq tədbirləri ardıcıl sürətdə yerinə yetirilməlidir. Müəssisənin marketinq fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində biznes mühitinin mürəkkəbliyi, marketinq fəaliyyininin idarə edilməsi sisteminin neçə səviyyədən ibarət olması, marketinq informasiya sisteminin vəziyyəti və marketinqin səmərəliliyinin reytinqinin hansı səviyyədə olması gösəticiləri əsas kimi götürülə bilər[5]. Müəssisənin marketinq fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinin metodoloji yanaşmalarının bir qrupu Şəkil 1–də verilmişdir.
Şəkil 1. Müəssisənin marketinq fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinin metodoloji yanaşmalarının təxmini sxemi (müəllif tərəfindən hazırlanmışdır).
Əgər Şəkil 1-ə baxsaq görərik ki, müəssisənin marketinq fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində əsas metodoloji yanaşmalar kimi marketinq strategiyasının adekvatlığı, bazarın və rəqiblərin öyrənilmə səviyyəsinin dərinliyi, marketinq planlarının optimal hazırlanması və təsdiqlənməsi, alıcılarla aparılan işlərin səviyyəsi, bazarda yeni məhsullara olan tələbatın operaitv və optimal proqnozlaşdırılması, müəssisə heyətinin peşakarlıq səviyyəsi, marketinq mexanizmlərinin yenilənməsi və s. daha çox diqqət çəkirlər. Y.Martyanova qeyd edir ki, marketinq xidməti müəssisənin mühüm struktur bölmələrindən biri olmaqla bərabər, digər struktur vahidləri ilə birlikdə bazarın tələblərinə uyğun fəaliyyətin təşkili və yüksək gəlirin alınması üçün tədbirlərin görülməsi proseslərinin idarə edilməsi funksiyalarını həyata keçirir. Müasir dövrdə marketinq fəaliyyəti hər bir müəssisə üçün vacib fəaliyyət sahələrindən biri kimi qiymətləndirilməlidir[6]. Marketinq fəaliyyəti müəssisədə hər hansı bir məhsulun istehsalının planlaşdırlması, layihələşdirilməsi proseslərindən başlayaraq, istehsal proseslərinin təşkili, hazır məhsulun bazara çıxarılması və əmtəə bazarında uğurlu hərəkətinin təmin edilməsi, həmçinin servis xidmətinin göstərilməsinə qədər olan proseslərdə tələb olunan fəaliyyət sahələrindən biri kimi xarakterizə olunur. Bu proseslərdə marketinqin əsas vəzifələrinə bazarın öyrənilməsi ilə bərabər, həm də qiymətlərin formalaşdırılması, satış strategiyasının hazırlanması, real və potensial alıcı dairəsinin müəyyənləşdirilməsi kimi mühüm məsələlər də daxildir. Bundan əlavə, marketinq fəaliyyətinə və marketinq proseslərinə müəssisədə idarəetmə mexanizmlərindən biri kimi yanaşma təmin olunmalı, marketinq fəaliyyətinin praktiki reallaşdırılması mexanizmləri və alətləri müəyyənləşdirilməlidir. Marketinq fəaliyyətinin təşkili üçün müəssisədə standartlar müəyyənləşdirilməli, qaydalar və təlimatlar hazırlanmalıdır[7]. Digər tərəfdən müəssisədə marketinq fəaliyyəti sahibkarlıq funksiyalarının reallaşdırlması mexanizmləri formasında həyata keçirilir və bir qrup xüsusi fəaliyyət istiqamətlərindən ibarət olaraq vahid kompleks fəaliyyət çərçivəsində reallaşdırılır. Marketinq fəaliyyətinin digər fəaliyyət sahələrindən əsas fərqləndirici xüsusiyyəti, bu fəaliyyətin bütünlüklə alıcıların tələblərinin ödənilməsinə yönəldilməsi və daha çox gəlirin əldə edilməsi ilə bağlı olmasıdır[8]. Bunlarla bərabər, müəssisənin marketinq sistemi eyni zamanda idarəetmə və nəzarət funksiyalarını da həyata keçirir. Bu kimi funksiyalara müəssisədə strateji və operativ planlaşdırmanın təşkili, marketinqin idarə edilməsi üzrə informasiya təminatı, risklərin idarə olunması, müəssisədə kommunikasiya sisteminin təşkili, marketinqə nəzarət təşkili və s. daxildirlər. Müəssisənin idarəetmə sistemi və onun bazar konyukturasına, iqtisadi proseslərdə başverən transformasiyalar operativ adaptivliyi, ilk növbədə marketinq fəaliyyətinin təşkilini və metodoloji baxımdan optimallığını zəruri edir[9]. Müəssisənin marketinq fəaliyyətinin səmərəliliyinin müəyyənləşdirilməsində mühüm göstəricilərdən biri də müəssisənin gəlir səviyyəsi üzrə proqnozların özünü doğrultmasıdır. Bu baxımdan, marketinq fəaliyyəti müəssisənin uzunmüddətli satış strategiyasının əsas mexanizmlərini hazırlamalı, hər bir brendin dünya bazarlarında möhkəmlənməsini təmin etməli, müəssisənin maliyyə göstəricilərinin yaxşılaşdırılmasına töhfə verməlidir[10, s. 845]. Bundan əlavə, müəssisənin marketinq fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi məqsədi ilə əsas göstəricilər kimi müəssisənin əmtəə bazarlarında rəqabətqabiliyyətlilik səviyyəsi, onun marketinq inteqrasiyasının dərinliyi, alıcıların sayı, satış və gəlir həcmi, maliyyə təsərrüfat nəticələri götürülür. Müəssisədə marketinq fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi metodologiyasında üç əsas suala – bu metod hansı məqsədlə istifadə olunur, onun nəticələri hansı fayda gətirəcək və nəhayət, bu metoda zərurət varmı? – suallarına cavab tapılması vacıbdir[11]. Bunlarla bərabər, marketinq fəaliyyətinin innovatik metodları və yanaşmalarına üstünlük verilməlidir[12].
Beləliklə, müasir dövrdə qlobal iqtisadi proseslərin dərinləşdiri bir şəraitdə müəssisənin marketinq fəaliyyətinin optimal təşkili və səmərəliliyinin yüksəldilməsi məqsədi ilə adekvat metodoloji yanaşmaların və üslübların seçilməsi, tətbiqi və reallaşdırlması mühüm əhəmiyyət kəsb edir, müəssisənin uğurlu və gəlirli işləməsinə əlavə potensial formalaşdırır, alıcıların tələblərinin ödənilməsi istiqamətində zəruri tədbirlərin görülməsini, müəssisənin bazarda möhkəmlənməsini, rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edir və s.
Ədəbİyyat:
1. Багиев Г.Л., Тарасевич В.М. Маркетинг: учебник для вузов. 4-е издание. Стандарт третьего поколения. Санкт-Петербург, 2012.-560 с.
2. Калинин И.Б. Методы проектного управления маркетинговой деятельностью предприятия. Дисс. канд. экон. наук. Санкт-Петербург, 2008.-168 с.
3. Маркетинг: теория и практические исследования. Учебное пособие в 3 частях. /О.М.Ольшанская, Е.М.Лобачева, В.В.Живетин, М.Б.Кузьмичева. / Российский заочный институт текстильной и легкой промышленности. Москва, 2008, ч.3-97с.
4. Горгола Е.В., Голобородько И.В., Мужецкий А.В. маркетинг: организация и особенности маркетинговой деятельности. Учебное пособие – Ярославль: ЯВФЭА, 2007.-217 с.
5. Высочина М.В. Оценка эффективности маркетинговой деятельности предприятия // Проблемы материальной культуры - экономические науки.-С. 27-30. http://www.dspace.nbuv.yov.ua.
6. Мартьянова Ю.И. Система управления маркетинговой деятельностью на предприятии (на примере ОАО «Самарский хлебозавод №9») // Вестник Самарского государственного экономического университета, №5(67), 2010.-С.53-59.
7. Петрович Л.В. Проблемы организации и управления маркетинговой деятельностью на предприятиях с учётом требований системы менеджмента качества // Управление общественными и экономическими системами, №2, 2009.-12 с.
8. Управление и сущность маркетинговой деятельности предприятия. http://www.xn----7sbkdfim2b1j.xn--p1ai/catalog/marketing-i-logistika/641/
9. Шинкаренко В.Г. Разработка и развитие системы управления маркетинговой деятельностью предприятия // Економiка транспортного комплексу, вип.16, 2010.-С. 7-16.
10. Шиманская А.А. Эффективность управления маркетинговой деятельностью промышленного предприятия и её оценка // Научни трудове на университет по хранителни технологии – Пловдив, том LXII, 2015.-С. 844-848.
11. Методы оценки эффективности маркетинговой деятельности. http://www.be5.biz.
12. Толстяков Р.Р., Гаврилов А.А. Инновационные методы конкурентной разведки в управлении маркетинговой деятельностью предприятия // Современная экономика: проблемы и решения, №2(50), 2014.-С.18-30.
Açar sözlər: müəssisə, marketinq fəaliyyəti, marketinq fəaliyyətinin metodoloji yanaşmaları, müəssisənin marketinq startegiyası, marketinq fəaliyyətinin səmərəliliyi.
Ключевые слова: предприятия, маркетинговая деятельность, методологические подходы маркетинговой деятельности, маркетинговая стратегия предприятия, эффективность маркетинговой деятельности.
Key words: enterprises, marketing activity, methodological approaches of marketing activity, marketing strategy of the enterprise, efficiency of marketing activity.
Резюме
В статье исследованы вопросы эффективности методологических подходов маркетинговой деятельности предприятия. С этой целью анализированы основные проблемы эффективности организации маркетинговой деятельности, определение методологических подходов по повышению роли маркетинговой службы в деятельности предприятия. Раскрыта сущность методологических подходов и критерий по определению эффективности маркетинговой деятельности в предприятие.
В конце статьи обобщено авторское мнение по вопросом эффективности методологических подходов маркетинговой деятельности предприятия в современных условиях.
Summary
The effectiveness of the methodological approaches of the marketing activity of enterprise the article examines. The main problems of efficiency of the organization of marketing activity, definition of methodological approaches on increase in a role of marketing service in activity of the enterprise are analyzed. The entity of methodological approaches and criterion by determination of efficiency of marketing activities in the enterprise is opened.
The author's opinion on a question of efficiency of methodological approaches of marketing activity of the enterprise in modern conditions is generalized at the end of article.
GÜLBƏS RÜSTƏMOVA
Sumqayıt Dövlət Universiteti
"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM