SSRİ süquta uğradıqdan sonra Avropa İttifaqı Cənub Qafqaza sərbəst çıxış imkanlarını əldə etmiş oldu. Lakin həmin dövrdə bu regionda olan yeni müstəqil dövlətlərdən Azərbaycan, Gürcüstan və Ermənistan Avropa strukturlarının hazırkı qədər diqqət mərkəzində deyildi.
2004-cü ildən etibarən Avropa İttifaqı genişlənmə dövrünü yaşasa da bu proses müəyyən çətinliklərlə müşayiət olunmuşdu. Avropa İttifaqından kənarda olan ölkələrlə üzv ölkələr arasında ayırıcı xətlərin aradan qaldırılması məqsədi daşıyan AQS, Avropa İttifaqının 2004-cü ildəki tarixi genişlənməsindən sonra irəli sürülmüşdü. (1) Avropa Qonşuluq Siyasəti (AQS) ilk dəfə 2003-cü ilin martında Avropa Komissiyasının “Daha geniş Avropa” adlı rəsmi məlumatında təxmini və qısa şəkildə, sonra isə 2004-cü ilin mayında dərc edilmiş və daha dəqiq işlənmiş Avropa Qonşuluq Siyasəti barədə Strateji Sənəddə öz əksini tapmışdır. (2) Beləliklə, Avropa Qonşuluq Siyasəti Avropa İttifaqının Cənubi Qafqaz dövlətləri ilə münasibətlərinin inkişafında yeni bir səhifə açdı. Cənubi Qafqaz artıq kənar region deyil, inkişafı və stabilliyi Avropa üçün həyati əhəmiyyətli bir region statusu qazanmış oldu.
2008-ci il 8 avqust tarixində Gürcü qoşunlarının öz ərazi bütövlüyünün bərpasına görə Cənubi Osetiyanın paytaxtı Sxinvali şəhərinə hücumu həm iki dövlət arasındakı münasibətə, eyni zamanda Cənubi Qafqazda yeni geosiyasi vəziyyət yaratdı. (3) Belə bir vəziyyətdən çıxmaq üçün Avropa İttifaqı Rusiya və Gürcüstan rəsmiləri arasında vasitəçilik missiyası həyata keçirərək “Şərq Tərəfdaşlığı” proqramını irəli sürmüş oldu. Bu layihə, Avropa İttifaqının Şərqində sabitliyin və tərəqqinin bərqərar olmasını hədəfləyən bir proqram kimi nəzərdə tutulmuşdu. Hal-hazırki dövr üçün isə “Şərq Tərəfdaşlığı” proqramı öz aktuallığını itirib. Bu zaman belə bir sual ortaya çıxır. Bəs onda, görəsən bu cür düşünülmüş bir proqram nə üçün öz əvvəlki əhəmiyyətini və aktuallığını qoruyub saxlaya bilməmişdir?
“Şərq Tərəfdaşlığı” təşəbbüsü 2008-ci ilin mayın 26-da Avropa İttifaqının Ümumi Məsələlər və Xarici Əlaqələr Şurasında Polşa və İsveç tərəfindən irəli sürülmüş, əsası isə 7 may 2009-cu ildə Praqa (Çexiya) şəhərində keçirilən sammitdə qoyulmuşdur. Bu tərəfdaşlığa Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna daxil idi. (4)“Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində dövlətlərə 4 istiqamətdə əməkdaşlıq imkanları təqdim edilmişdir. Bu əməkdaşlıq imkanları, demokratiya və hüquqi institutların inkişafı, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi və insanlar arasında əlaqələr – viza rejiminin sadələşdirilməsi və ləğvi məsələləri idi. Burada dövlət və hökumət başçılarının toplantıları iki ildən bir, xarici işlər nazirliyinin görüşləri ildə 1 dəfə, tərəfdaşlığın tematik platformaları çərçivəsində mütəmadi sessiyalar isə 6 aydan bir baş tutur. “Şərq Tərəfdaşlığı” 2 yanaşmadan ibarət olan bir prosesdir. Bir yanaşma ikitərəfli əməkdaşlıq xətti ilə Avropa İttifaqı son nəticə kimi onunla Assosiasiya Sazişinin imzalanmasına yönəlmiş yeni müqaviləyə əsaslanan münasibətlərin qurulmasını təklif edir. Digər yanaşma isə çoxtərəfli əməkdaşlıq xətti ilə “Şərq Tərəfdaşlığı”proqramına Avropa İttifaqı qanunvericilik və standartlarını təqdim etmək, islahatlar sahəsində təcrübə və ən uğurlu praktika mübadiləsi aparmaq məqsədilə yeni forum təqdim edir.(5)
“Şərq Tərəfdaşlığı” nın əsas məqsədi 6 üzv ölkənin iqtisadi, sosial və siyasi proseslərilə bağlı həyata keçirdiyi islahatlara dəstək vermək və bunları Avropa Şurası və Avropa İttifaqı standartlarına uyğunlaşdırmaqdır.
“Şərq Tərəfdaşlığı”nın əsas hədəfləri isə aşağıdakılardır:
• Tərəfdaş ölkələrin Avropa İttifaqına iqtisadi və siyasi cəhətdən yaxınlaşmasına təkan vermək;
• Təhlükəsizlik, stabillik və yaxşı idarəçiliyi təmin etmək;
• Vətəndaş cəmiyyəti təşkilatları və tərəfdaş dövlətlər arasında tərəfdaşlığın əsasının qoyulmasını asanlaşdırmaq;
• Uzunmüddətli perspektivdə fərdi qayda və müəyyən edilmiş müvafiq şərtlər daxilində viza rejiminin sadələşdirilməsi yolu ilə insanlar arasında əlaqələri genişləndirmək;
• Enerji təhlükəsizliyini təmin etmək;
• Müxtəlif sahələrdə aparılan islahatları dəstəkləmək və ətraf mühiti qorumaq.
“Şərq Tərəfdaşlığı” proqramı Rusiya ilə Avropa İttifaqı arasında toqquşma nöqtəsinə çevrilib. Çünki Avropa İttifaqının şərqə doğru genişlənməsini, yaxın qonşuları ilə münasibətlər yaratmasını Rusiya özünə qarşı təhdid hesab edir. Avropa rəsmiləri bu proqramın Rusiyaya qarşı olmadığını desələr də, Rusiya bu fikirlə razılaşmayaraq bu proqrama qatılan ölkələri hədələməkdən belə çəkinmir. Ermənistanın ardınca gözlənilmədən Ukraynanın da Avropa Birliyi ilə Assosiasiya Sazişi imzalamayacağını bəyan etməsi Rusiyanın təzyiqlərinin ciddiliyindən xəbər vermiş oldu. 2008-ci ildən etibarən postsovet ölkələrinin Avropaya meyl etməsi Rusiyanı narahat edən problemlərdən biri olmuşdur və buna görə də Rusiya bu proqrama hələ də ehtiyat ilə yanaşır. Bu səbəbdən Rusiya Qərbin dəstəklədiyi və Rusiyanı regionda gedən siyasi oyunlardan kənar qoya biləcək həyata keçirilən və keçirilə biləcək hər cür proyektə qarşı çıxır. Avrasiyaçılıq ideyası isə Rusiyanın Qərbə qarşı həyata keçirmək və genişləndirmək istədiyi layihələrdən biridir. Digər problem isə artıq enerji ilə bağlı Avropa İttifaqının yeni layihələr hazırlaması Rusiyaya olan marağın azalmasına gətirib çıxarmışdır.
Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç hələ Avropa Birliyinin 21-22 may tarixində Riqada keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitindən danışarkən sərt bəyanatla çıxış etmişdir. Əlavə etmişdir ki, Moskva bu sammitə “olduqca mənfi” yanaşır, bununla belə XİN-in rəsmi nümayəndəsi gedişatı izləyəcəyini bildirib. (6)
1993-cü ildən etibarən Azərbaycan dövlətinin xarici siyasətində Avropaya inteqrasiya prioritet istiqamətə çevrilmiş və bu kontekstdə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə fəal əməkdaşlığa başlanmışdır. (7) Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin, ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını daha da artırmışdır. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri əsas etibarilə müxtəlif proqramlar çərçivəsində həyata keçirilir. Bunlara TASİS, TRASEKA, İNOGEYT kimi proqramları misal göstərə bilərik. (8) Şərq Tərəfdaşlığına gəldikdə isə hər iki tərəfin marağını qeyd etmək lazımdır. Azərbaycanın Avropa İttifaqı üçün önəmini aşağıdakı amillərlə göstərmək olar:
1) Ölkəmizin geostrateji baxımdan mühüm nöqtədə yerləşməsi;
2) Azərbaycanın Avropa İttifaqı üçün alternativ enerji mənbəyi olması.
Azərbaycan isə Avropa İttifaqı ilə əsasən enerji təhlükəsizliyini təmin etmək və Dağlıq Qarabağ probleminin həlli üçün münasibətlərini davam etdirir. Rusiya Avropanın təbii qaza olan tələbatını ödəməklə yanaşı, böyük enerji resurslarına malik olan dövlət olaraq beynəlxalq arenada təsiredici gücə malik ölkədir. Əsasən qaz ehtiyatına (23%) görə dünyada birinci yer tutur və həmçinin illik neft ixracına görə dünyanın 25% ticarətini təşkil etməklə həm Avropada, həm də MDB-də dominantlıq edir. (9) Bu səbəbdən də Rusiya zaman-zaman bu üstünlüyündən istifadə edərək Avropa ölkələrinə siyasi təzyiqlər göstərir. Siyasi təzyiqin açıq-aşkar nümayişinə bir nümunə 2008-ci ildə Rusiya ilə Ukrayna arasında yenidən mavi yanacaq nəqli ilə bağlı yeni sazişin imzalanmayacağını bildirməsi oldu. (10) Buna görə də Avropa Birliyi özünün Rusiyadan enerji asılılığının aradan qaldırılmasında Azərbaycanı əsas oyunçulardan biri hesab edir. Avropaya inteqrasiya Azərbaycanın könüllü və məntiqi olaraq seçdiyi yoldur. Lakin Avropa İttifaqı üçün Azərbaycanın da rolu danılmazdır. Müasir dövrdə ölkəmiz Avropa İttifaqı ilə münasibətlərində öz xarici prioritetlərinə uyğun olaraq daha çox ikitərəfli əlaqələrə üstünlük verir. Avropa İttifaqının regional layihələrində iştirak etməklə yanaşı, Cənubi Qafqazdakı ümumi iqtisadi tərəqqidəki payına görə lider dövlət olan Azərbaycan İttifaqın xarici əlaqələrində müəyyən mövqe tutmağa çalışır. Odur ki, Azərbaycan dövləti Avropa İtifaqı ilə ikitərəfli əlaqələrin yeni formatlarını yaradır, onunla yaxınlaşmaq üçün zəruri olan bütün təsisatları inkişaf etdirərək İttifaqın ümumavropa iqtisadi, siyasi və təhlükəsizlik məkanına inteqrasiya olunmaq istəyini nümayiş etdirir. Azərbaycan hökuməti Rusiya və Avropadan asılı olmayan müstəqil xarici siyasət yürütdüyünü bəyan edir.
2015-ci il may ayının 21-22-də baş tutmuş “Şərq Tərəfdaşlığı” sammiti beynəlxalq aləmin diqqət mərkəzində idi. Buna səbəb Riqa Sammitində “Şərq Tərəfdaşlığı” proqramında iirak edəcək ölkələrin bu qurumla münasibətlərinə daha yüksək səviyyədə aydınlıq gətiriləcəyi, həmçinin Rusiya ilə münasibətlərin əsas müzakirə hədəfi olacağı idi. Bundan əlavə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramında iirak edən 6 ölkədən üçünün, o cümlədən Azərbaycan, Belarus və Ermənistanla reallığı nəzərə alan yeni sənədi imzalayacağı gözlənilirdi.
Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində adıçəkilən qurumla assosiativ üzvlük haqqında sənədi bu günə kimi proqramda iirak edən 6 ölkədən yalnız üçü - Ukrayna, Moldova və Gürcüstan imzalayıb. Ermənistan ötən il Rusiyanın təzyiqlərinə tab gətirməyərək assosiativ üzvlük haqqında sənədi imzalamadı və Avrasiya İqtisadi İttifaqına üzv olmağı daha məqsədəuyğun hesab etdi. Halbuki Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramı üzrə assosiativ sənədi imzalamaq Ermənistana çox şeylər verəcəkdi və onlar bununla da Rusiyanın asılılığından xilas olaraq Qərblə inteqrasiya yolunda addım atacaqdılar. Lakin faktiki olaraq Rusiyanın adi bir quberniyasına çevrilən Ermənistan rəhbərliyi Avropa Birliyi ilə belə bir sənədi imzalamağa cəsarət etmədi. Belarusa gəlincə, bu ölkə Rusiya və Qazaxıstanla birgə Avrasiya İqtisadi İttifaqının yaradılmasının fəal iştirakçılarından biridir. Belə bir vəziyyətdə isə Belarusun “Şərq Tərəfdaşığı” proqramı çərçivəsində hər hansı assosiativ üzvlük haqqında sazişi imzalamasının öncədən mümkün olmayacağı aydın idi. Bu müstəvidə də hələ ötən il Azərbaycanın Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində assosiativ sazişi imzalaması daha məntiqli görünürdü. Lakin Azərbaycan, belə demək mümkünsə, Qərbin assosiativ saziş oyununa getmədi. Buna da səbəb Bakının Avropa Birliyindən olan gözləntilərinin özünü doğrultmaması oldu.
Riqa Sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edib. Riqa sammitində Azərbaycanla Avropa İttifaqı arasında gərginlik yaranıb. Xarici İşlər naziri Elmar Məmmədyarov yekun bəyannaməyə dair müzakirələri yarımçıq tərk edib. O, sammitdəki çıxışında sənədin mətni, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissəyə qəti narazılığını bildirib. Gərginliyin səbəbini isə məhz bəyannamənin mətni ilə izah edib. Nəticə etibarı ilə isə Azərbaycan Riqa sammitinin yekun bəyannaməsini xüsusi şərtlərlə imzalayıb. (11)
Azərbaycanı Qərbdən narazı salan Avropa Birliyinin bu günə kimi Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi ilə bağlı təcavüzkar dövlətə münasibətdə hər hansı bir sərt addım atmamasıdır. Hətta Ermənistanın faktiki olaraq Avropa Birliyinə arxa çevirərək Rusiyanın həlledici rol oynadığı Avrasiya İqtisadi Birliyini seçməsinə belə olduqca yumşaq yanaşaraq ermənilərə müxtəlif yollarla maliyyə, hərbi və siyasi dəstək verməkdə davam edirlər.
Digər bir məsələ isə Ukrayna ərazilərini işğal edən Rusiyaya münasibətdə sərt addımlar atan və bu ölkəyə qarşı sanksiyalar tətbiq edən Qərbin Ermənistanın təcavüzkarlıq siyasətinə göz yummasıdır. Azərbaycan bunları dilə gətirsə də Qərbin ikili standartlarını davam etdirməsi və təcavüzkar Ermənistanın nazı ilə oynaması, təbii ki, Azərbaycan - Qərb münasibətlərinin inkişaf etdirilməsi yolunda ciddi əngələ çevrilib.
Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev də, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin soyumasının əsas səbəbi kimi, İttifaqın indiyə qədər Dağlıq Qarabağ münaqişəsinə vahid mövqe ortaya qoymaması ilə izah edib. O bildirib ki, Moldova, Gürcüstan, Ukrayna münaqişəsinin bu və ya digər prinsiplər əsasında həll olunmasını deyirlər, amma Azərbaycana gəldikdə isə bildirirlər ki, ATƏT-in Minsk Qrupu var və hansı qərar qəbul edilsə, onu dəstəkləyəcəyik. Bu münaqişə ilə bağlı bir münasibət bildirmirlər. (12) Hətta 1993-cü il ərzində BMT-nin TŞ Ermənistan - Azərbaycan münaqişəsinə dair 822, 853, 874, 884 saylı qətnamələr qəbul etmişdir. Bu qətnamələr Azərbaycanın ərazi toxunulmazlığını yenidən təsdiq edərək, dərhal atəşkəs elan olunması, hərbi əməliyyatlara son qoyulması və işğalçı qüvvələrin Azərbaycan Respublikası ərazisindən çıxarılması tələblərini irəli sürmüşdür. Təəssüf ki, məlum qətnamələrin müddəaları indiyə kimi yerinə yetirilməmişdir. (13)
Avropa Birliyi tərəfindən ikili standartların davam etməsi, iki eyni təcavüzkara münasibətdə fərqli mövqe nümayiş etdirilməsi bu qurumun səmimiliyini şübhə altına alıb.
“Şərq Tərəfdaşlığı” Proqramına daxil olan dövlətlərin hər birində olan problemlərdən belə nəticəyə gəlmək olar ki, bu tərəfdaşlıq layihəsi öz aktuallığını itirməyə başlayıb. Əslində proyekt doğru düşünülsə də, həyata keçirilməsi məsələsində həddən artıq problemlər var. Avropanın ən azından beşinin tərkibində ya münaqişə ocağı var, yada ki, qonşu dövlətlə müharibə şəraitindədir. Üstəlik Rusiyanın bu ölkələrə təsir imkanlarının zəiflədilməsinə heç bir şəraitin yaradılmaması, onların müdafiəsinə zəmanətin verilməməsi artıq bu layihənin təsir imkanlarını aşağı salıb.
Avropa İttifaqı bu tərəfdaşlığın heç kimə qarşı olmadığını ifadə etsə də Rusiya köhnə coğrafiyasında meydana gələn bu əməkdaşlıqdan narahat olmaqdadır. Bunun üçün Avropa İttifaqı bu proqrama daxil olan ölkələri “Avropa İttifaqı və ya Rusiya” seçimi qarşısında qoymamalıdır. Nəticədə, Avropa İttifaqı bu ölkələrə “mərhələli inteqrasiya” müstəvisindən yanaşmalıdır. Beləki, Avropa İttifaqı buna nail ola bilərsə, bu ölkələrlə daim səmimi və davamlı münasibətləri təmin edə bilər. Yəni ölkənin özünə xas xüsusiyyətlərini diqqətə alan bir siyasət izləməlidir. Bu səbəbdən ötəri Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” çərçivəsində gündəmləri, priotetləri və mövzulara yanaşmaları bir-birindən çox fərqli olan ölkələri eyni statusda qoymamalıdır. Ən vacib addım isə Cənubi Qafqazdakı “donmuş münaqişələrin” dövlətlərin ərazi bütövlüyü və regional əməkdaşlıq yönündən həll edilməsi olacaqdır. Digər əsas məsələ isə Avropa İttifaqı Cənubi Qafqaz regionuna mənfəət prizmasından baxmamalıdır.
Sonda isə bunu qeyd etmək lazımdır ki, əgər Avropa İttifaqı yaxın müddətdə yanına çəkmək istədiyi ölkələrlə bağlı yanaşmasını dəyişməsə, onları tamamilə itirəcək.
Ədəbİyyat
1. Avropa Qonşuluq Siyasətində Azərbaycan: əməkdaşlıq və onun yeni üfüqləri, 27.10.2014, http://www.xalqqazeti.com/az/news/politics/49902
2. Avropa Qonşuluq Siyasəti nədir?, 16.07.2008, http://3view.az/articles/407/1/
3. Son Qafqaz savaşından 8 il keçdi, 08.08.2016, http://axar.az/news/104328
4. EU Eastern Partnership summit to be held in 2017, 12 .11.2016 ,
https://www.azernews.az/business/105007.html
5.http://eeas.europa.eu/delegations/azerbaijan/eu_azerbaijan/political_relations/eastern_partnership/index_az.htm
6. Moskva Azərbaycanı və daha 5 ölkəni hədələdi ,
http://virtualaz.org/bugun/45637 .
7. Azərbaycan beynəlxalq arenada, Səhifə 11, http://files.preslib.az/projects/republic/az/azr2_4.pdf
8. Azərbaycanın Avropa İttifaqı İlə əməkdaşlığı avroatlantik institutlara inteqrasiya kontekstində uğurla inkişaf edir, http://www.karabakh.az/news/?lang=az&i=172
9.Энергетическая стратегия россии на период до 2030 года, Səhifə 8, http://www.infobio.ru/sites/default/files/Energostrategiya-2030.pdf
10. Rusiya ilə Ukrayna arasında qaz nəqlinə dair danışıqlar uğursuzluqla başa çatıb, 30.12.2008, http://apa.az/dunya-xeberleri/mdb-olkeleri/rusiya-ile-ukrayna-arasinda-qaz-neqline-dair-danisiqlar-ugursuzluqla-basa-catib.html
11. Riqa sammiti niyə uğursuz oldu? - ŞƏRH - Bao.az , 25.05.2015 ,
http://bao.az/categories_Siyaset/subcategories_Siyasetparent/product_8080055800
12. Azərbaycanla Avropa İttifaqı arasında soyuqluğun səbəbi açıqlandı, 03.12.2015, http://qaynarxeber.az/siyaset/2614-azerbaycanla-avropa-ttifaqi-arasinda-soyuqlugun-sebebi-achiqlandi.html
13. Azərbaycan beynəlxalq aləmdə, Səhifə 32, http://files.preslib.az/projects/azerbaijan/gl9.pdf
Açar sözlər: Avropa İttifaqı, “Şərq Tərəfdaşlığı”, Avropaya inteqrasiya, Rusiya, Azərbaycan.
Key words: European Union, ''Eastern Partnership'', integration to Europe, Russia, Azerbaijan.
Ключевые слова: Европейский союз, «Восточное партнерство», интеграция в Европу, Россия, Азербайджан.
Summary
It can be concluded that, the problems, in each of the countries includes ''Eastern Partnership'' Program, this partnership project has begun to lose its urgency. In fact, the project is thought right, but it has problems in implementation. There are at least five conflicts within Europe or it is at war with the neighboring country. In addition, there is no condition for them to ease Russian influence, so that factor decrease project's key of influence.
EU said that this partnership is not directed against anyone, but Russia is concerned about the cooperation that took place in its old geography. So, EU should not force the countries, included this program, to choose between ''EU and Russia''. Therefore, EU should approach to these countries in ''gradual integration'' plane. Thus, if EU achieves this, it can provide friendly and sustainable relations with these countries. It should follow a policy that takes account the unique feature of the country. In conclusion, we have to notice that if European Union doesn't change their concern towards associate, EU will lose them at all. The most important step is that ''frozen conflicts'' in the South Caucasus will be resolved in terms of territorial integrity of states and regional cooperation.
Another key issue is that EU should not look South Caucasus through the prism of profit.
РЕЗЮМЕ
В работе исследуются проблемы, связанные с проблемой программы «Восточного партнерства» Европейского союза (ЕС). В ходе ее реализации наблюдалось множество проблем. Рассматриваются вопросы
Хотя США утверждает, что партнерство не склонно против кого-либо, Россия переживает за свое былое географическое положение. Для этого, ЕС не должен ставить перед выбором «ЕС-Россия» стран-членов. И так, ЕС должен вести «поэтапную интеграцию». В случае такого подхода, ЕС сумеет обеспечить искренние и крепкие отношения с ними. То есть должен учитывать специфические особенности каждого государства. Именно по этим причинам США стоит не ставить на одну планку страны с разными приоритетами и с различным подходом к вопросам. Главным шагом же будет разрешение «замороженных конфликтов» путем поддержки территориальной целостности и регионального партнерства. Еще одной причиной является, что взгляд ЕС на Южный Кавказ не должен быть с призмы получения доходов.
И в конце надо отметить, что если ЕС в ближайший период не изменит свой подход к странам, которых желает видеть в рядах партнерства, то полностью потеряет их.
Günel Musayeva
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin
aparıcı məsləhətçisi
"GEOSTRATEGİYA" jurnalı №04 (40) İYUL- AVQUST 2017
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM