Təbii fəlakətlər və qəzaların tənzimlənməsində beynəlxalq ictimaiyyətin iştirakı hər il artır. İllər arasında olan fərqlərə baxmaqla yeni sənədlərin hər il artmasını görmək olar. Bu sahədə hökumətlərarası və beynəlxalq razılaşmalar mövcuddur. Birləşmiş Millətlər Təşkilatının oynadığı rol fövqəladə halların aradan qaldırılması sahəsində əməkdaşlığın gücləndirilməsində birbaşa hiss edilir. BMT qeyd edilən istiqamətdə fəaliyyətlərini tənzim edərkən müəyyən beynəlxalq hüquqi bazanı əsas götürür və özünün qurumlarını fəaliyyətə cəlb edir. Eyni zamanda BMT dünya dövlətlərinin qeyd edilən sahədə fəaliyyətlərini əlaqələndirir. BMT qlobal ekoloji problemlərin həlli istiqamətində iş aparır. Konsensusun və danışıqlar yolu ilə razılaşmaların əldə edilməsi üçün beynəlxalq forum rolunu oynayan BMT iqlimin dəyişməsi, ozon təbəqəsinin nazikləşməsi, zəhərli tullantılar, meşə örtüyünün və bioloji növlərin tükənməsi, hava və suyun çirkləndirilməsi kimi qlobal problemlərin həlli ilə məşğul olur. Bu problemlər həll edilməzsə, bazarların və iqtisadiyyatların uzun müddətli davamlılığını təmin etmək qeyri-mümkün olacaqdır, çünki ekoloji vəziyyətin pisləşməsi iqtisadi artım və insan həyatının qaynaqlandığı təbii “kapitalın” tükənməsinə gətirib çıxarır. BMT humanitar böhranların aradan qaldırılmasına yönələn fəaliyyətini özünün Fövqəladə Yardım Komitəsi vasitəsilə həyata keçirir. Komitənin tərkibinə BMT-nin Uşaq Fondu, BMT-nin İnkişaf Proqramı, Dünya Ərzaq Proqramı və Qaçqınların İşi üzrə BMT-nin Ali Komissarlığı daxildir. Komitədə, həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və digər qurumlar təmsil olunur (1).
23-27 may 1994-cü ildə Yaponiyanın Yokohama şəhərində dünyada ilk dəfə olaraq Təbii Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Konfrans keçirilmişdir (15). Burada təbii fəlakətlərin azaldılması istiqamətində beynəlxalq fəaliyyəti tənzimləyəcək mühüm sənədlərdən biri olan Yokohama strategiyası qəbul edilmişdir. Bu sənəddə fövqəladə halların qarşısının alınması və eləcə də təbii fəlakətlərin azaldılması istiqamətində beynəlxalq əməkdaşlığın əsasları öz əksini tapmışdı. Belə ki, 1994-cü ildə Yokohama strategiyasına əsasən, dövlətlər “humanitar və təbii ehtiyatların, ekosistemlərin və mədəni irsin qorunması, insanların həyatının xilas edilməsi istiqamətində birgə məsuliyyət daşıyırlar. Yokohama Fəaliyyət Planına görə ölkələr bəyanatlar, qanunvericilik, siyasi qərar və siyasi öhdəliklərlə fəlakətlər və onların azaldılması planlarını yüksək səviyyədə həyata keçirməlidirlər. Yokohama Konfransının yekun sənədlərində BMT-nin bu sahədə məqsəd və vəzifələri ifadə edilmiş və tam beynəlxalq mexanizm yaratmaq üçün necə hərəkət ediləcəyinin konturları cızılmışdır (14).
Təbii fəlakətlərin azaldılmasına dair beynəlxalq konfransın növbəti sənədi Hyoqo deklarasiyasıdır. Bu beynəlxalq hüquqi akt 22 yanvar 2005-ci ildə eyni adlı konfransın yekunu olaraq qəbul edilmişdir (11). Bundan başqa dövlətlərin 2005 – 2015-ci illər ərzində təbii fəlakətlərin azaldılması ilə bağlı olaraq birgə fəaliyyətlərinin çərçivə sənədi də qəbul edilmişdir. Bu sənəd əsasən dövlətlərarası maarifləndirici və informasiya mübadiləsi məsələlərinə həsr edilmişdir. Hər iki sənəd BMT sistemi daxilində həyata keçiriləcək fəaliyyətləri əhatə edir.
Bu qəbul edilmiş sənədlərdən öncə isə 19 dekabr 1991-ci ildə BMT Baş Assambleyasının 46/182 saylı qətnaməsi qəbul edilmişdi (13). Sənəd “Təxirəsalınmaz Humanitar yardımların tənzimlənməsinin möhkəmləndirilməsi” adlanırdı. Qeyd edilən sənədlərin mahiyyətini nəzərdən keçirdikdən sonra belə bir qənaətə gəlmək olar ki, onlar fövqəladə hallar və təbii fəlakətlər sahəsində beynəlxalq hüquqi bazanın təməllərini təşkil edirlər.
Mütəxəssislər belə hesab edirlər ki, hər hansı bir beynəlxalq konfransın yekun sənədləri beynəlxalq hüquq sahəsində çoxtərəfli saziş və ya müqavilə rolunu oynaya bilərlər (4). Məhz bu səbəbdən həmin sənədlər fövqəladə hallar və təbii fəlakətlərin azaldılması sahəsində ümumi olaraq qəbul edilmiş prinsipləri əmələ gətirirlər. Onlar həmçinin yeni normaların legitimləşməsinə gətirib çıxarda bilərlər (3).
BMT sistemi daxilində işləyən növbəti təşkilat Fövqəladə Hallara Reaksiyavermə Mərkəzi Fondudur (5). Fond həmçinin beynəlxalq əməkdaşlığın koordinasiyasını həyata keçirən qurumlardandır.
Mülki fövqəladə planlaşdırma sahəsində NATO-ya üzv və tərəfdaş dövlətlər arasındakı əməkdaşlığa yerli, regional və milli hökumətlərin müxtəlif səviyyələrdə mülki və hərbi personalını bir araya gətirən seminar və təlim kursları daxildir. NATO üzv dövlətləri gözlənilməz və çox istiqamətli, eləcə də geniş miqyaslı və çeşidli hərbi və qeyri-hərbi təhdidlərin hədəfi olaraq qalmaqdadır. Nüvə, bioloji və kimyəvi silahların yayılması və onların daşınma vasitələri hələ də ciddi problem olaraq qalır. NATO etiraf edir ki, həyata keçirilən bütün əks tədbirlərə baxmayaraq, qeyd olunan silahların yayılmasının və nəticə etibarilə müttəfiq dövlətlərin əhalisini, ərazisini və hərbi gücünü təhlükə altına alınmasının qarşısının alınması mümkünsüzdür. NATO-nun həm adi, həm də nüvə silahlarının yayılmaması rejimlərinə verdiyi dəstək onun həyata keçirdiyi təhlükəsizlik siyasətinin ayrılmaz hissəsidir. Üzv dövlətlər kütləvi qırğın silahlarının yayılması və onların daşınmasına qarşı iki istiqamətli - siyasi və müdafiə xarakterli yanaşma qəbul etmişdir. Lakin buna baxmayaraq kütləvi qırğın silahlarının yayılmaması rejiminin beynəlxalq səviyyədə gücləndirilməsində müəyyən nailiyyətlərin əldə edilməsinə baxmayaraq başlıca təhlükələr hələ də qalmaqdadır. Terror təhlükəsinin artması bu işdə beynəlxalq səviyyədə birgə əks tədbirlərin görülməsinin vacibliyini daha da artırır. NATO-nun nüvə silahına müraciət etmək ehtimalı reallıqdan uzaq görünür və təhlükəsizlik strategiyası çərçivəsində nüvə silahının rolu xeyli azalmışdır. Nüvə silahına malik olan üzv ölkələrdən ABŞ, Fransa və Birləşmiş Krallıq da həmçinin öz nüvə qüvvələrini böyük miqdarda ixtisar edib. Tədqiqatlar nəticəsində məlum olur ki, nüvə müharibəsi başlayacağı təqdirdə yer üzündə iki milyard insan aclıqdan əziyyət çəkəcək. Çünki günəşdə qara tüstü yanacaq və o stratosferdə illərlə qalacaq. Bu da öz növbəsində günəş şüalarının yer səthinə çatmasına mane olacaq. Nəticədə qlobal fəlakət baş verəcək (9, 10). Qeyd etmək lazımdır ki, hazırda dünyada 9 ölkə üzrə 17 000-dən çox nüvə silahı mövcuddur. Bu ölkələr Amerika Birləşmiş Ştatları, Rusiya, Böyük Britaniya, Fransa, Çin, İsrail, Hindistan, Pakistan və Şimali Koreyadır. Lakin nüvə silahının 90%-dən çoxunu ABŞ və Rusiya arsenalları təşkil edir (12).
Mülki Fövqəladə Planlaşdırma Komitəsi (Civil Emergency Planning Committee – CEPC) mülki əhalinin müdafiəsi və NATO-nun məqsədlərinə dəstək üçün insan resurslarından istifadə funksiyasını daşıyan NATO-nun ən yüksək məsləhət orqanıdır. O, terrora hazırlıq və nəticələrinin idarə olunması, humanitar və fövqəladə hallara cavab, kritik infrastrukturun qorunması sahəsində NATO-nu əsas mülki təcrübə və imkanları ilə təmin edir. Həmçinin, hərbi əməliyyatlar üçün mülki dəstəyin təmin edilməsi və fövqəladə hallar zamanı mülki əhalinin qorunmasını təmin etmək üçün milli qurumlara dəstək göstərir. Amerika Birləşmiş Ştatlarına qarşı törədilən məlum 11 sentyabr terror hücumundan sonra NATO-nun mülki müdafiə sahəsində səylərinin böyük hissəsi öz əhalisini kimyəvi, bioloji və nüvə zəhərləyici maddələrinin təsirindən qorumaq istəyində olan üzv və tərəfdaş dövlətlərə yardım məsələlərinə istiqamətləndi (7).
22 yanvar 1993-cü ildə Fövqəladə hallar və təbii fəlakətlər Beynəlxalq Şurası təsis edilmişdir. İndiyə qədər Beynəlxalq Şura tərəfindən 20 iclas keçirilmişdir və 400-ə yaxın məsələ müzakirəyə çıxarılmışdır. 28 sentyabr 2001-ci ildə MDB çərçivəsində təsis edilən növbəti qurumlardan biri də Sənayedə Təhlükəsizlik Üzrə Beynəlxalq Şura olmuşdur (6).
Şərq proqramı çərçivəsində Elektron Regional Risk Atlası yaradılmışdır ki, bu da öz növbəsində kritik infrastrukturun, o cümlədən təhlükələrin, baş verə biləcək fəlakət riskinin xəritələrini görüntüləmək, fəlakətlərin potensial təsirini qiymətləndirməyə kömək etmək üçün nəzərdə tutulmuşduк (8). Bununla yanaşı risklərin qiymətləndirilməsi metodologiyası hazırlanmışdır. Metodologiyanın əsas məqsədi tərəfdaş ölkələrdə risklərin sistemli müəyyən edilməsini, təhlilini, qiymətləndirilməsini və azaldılmasını nəzərdə tutan risklərin idarəolunması prosesinə yardım etmək və fövqəladə hallara cavab tədbirlərindən qarşısını alma və hazırlıq tədbirlərinə keçidi təmin etməkdir. Risklərin idarəolunması fəaliyyətində ümumi yanaşmanın və anlaşmanın təmin olunması məqsədilə risklərin qiymətləndirilməsi sahəsində terminalogiya hazırlanmışdır. Şərq proqramının xəbərdarlığın artırılması fəaliyyəti çərçivəsində fövqəladə hallarda davranış qaydaları üzrə ailələr üçün təlimat kitabı, məktəblilər üçün posterlər, maarifləndirici video roliklər hazırlanmışdır. Şərq proqramı çərçivəsində mülki müdafiə, təbii risklərin modelləşdirilməsi, coğrafi-informasiya sistemləri sahələrində təlimlər, stolüstü təlimlər, xəbərdarlığın artırılması, risklərin qiymətləndirilməsi, fəlakət riskinin azaldılması, sənaye qəzaları, SEVESO*direktivləri, mülki müdafiə qanunvericiliyinin təhlili mövzularında seminarlar keçirilmiş və erkən xəbərdarlıq sistemləri və ictimaiyyətin məlumatlandırılması sahələrində təcrübə mübadiləsi məqsədilə elmi səfərlər təşkil olunmuşdur. Şərq poqramı çərçivəsində fəaliyyətin tərəfdaşlar arasında qarşılıqlı müzakirələr və məsləhətləşmələr əsasında həyata keçirilməsi məqsədilə tərəfdaş ölkələrdə Milli Məsləhət Qrupları yaradılmışdır (2).
Qeyd etmək lazımdır ki, Asiya qitəsi dünyanın təbii fəlakətlərdən və onların ağır nəticələrindən ən çox zərər çəkən bölgəsidir. Qitə ölkələrinin fövqəladə hallar sahəsində əməkdaşlıq məqsədi ilə birləşdikləri təşəbbüslərdən biri Asiya Fəlakətlərin Azaldılması Mərkəzidir (Asian Disaster Reduction Centre – ADRC). Mərkəz üzv ölkələrin fəlakətlərə qarşı dözümlülüyünü artırmaq, təhlükəsiz bir cəmiyyət yaratmaq və davamlı inkişafa nail olmaq məqsədilə 1998-ci ilin iyul ayında Yaponiyanın Kobe şəhərində təsis olunmuşdur. Təşkilatın yaradılmasında məqsəd Asiya ölkələrində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fəlakətlərin azaldılması üçün çoxtərəfli əməkdaşlığa dəstək verməkdir (16). Təşkilat fəaliyyətini üzv ölkələrdə fövqəladə hallara və təbii fəlakətlərə qarşı dözümlülüyün gücləndirilməsi, əhalinin fövqəladə hallara hazırlanması, cəmiyyətin davamlı inkişafına nail olmaq istiqamətlərində qurur. Hazırda təşkilatın 30 üzvü vardır (17). 5 ölkə isə təşkilatda müşahidəçi statusuna malikdir.
Beləliklə, görmək olur ki, fövqəladə halların və təbii fəlakətlərin qarşısının alınması və fəsadların aradan qaldırılması ilə bağlı geniş beynəlxalq təşkilatlar şəbəkəsi fəaliyyət göstərir. Onların bir qimsi birbaşa olaraq fövqəladə halların və təbii fəlakətlərin qarşısının alınması və fəsadların aradan qaldırılması məşğul olur, digərlərində isə bu istiqamət ümumi fəaliyyətin bir qismini təşkil edir. Bununla belə mövcud reallıqlar beynəlxalq ixtisaslaşmış təşkilatlar şəbəkəsinin genişləndirilməsi və gücləndirilməsini tələb edir.
Ədəbiyyat
1. Həsənov Ə.M. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Dərslik. Bakı, “Azərbaycan” nəşriyyatı,2005., 631 s. s.367.
2. Şərq Tərəfdaşlığı Ölkələrində Təbii və Texnogen Fəlakətlərin Qarşısının Alınması, Hazırlıq və Cavab Tədbirləri üzrə Şərq Proqramı – PPRD East 2 EuropeAid/135314/C/SER/MULT, 2 iyun 2015. http://pprdeast2.eu/wp-content/uploads/2015/04/PPRD-NAG-report-AZE.pdf; www.fhn.gov.az
3. Лукашук И. И. Нормы международного права в международной нормативной системе / РАН ИГП. М.: Спарк, 1997. 321 с., с.205-206.
4. Межправительственные конференции: Международные правовые вопросы. М., Международные отношения, 1980. 125 с., с. 110.
5. Оказание гуманитарной помощи. http://www.un.org/ru/sections/what-we-do/deliver-humanitarian-aid/
6. Сотрудничество в сфере предупреждения чрезвычайных ситуаций природного и техногенного характера, ликвидации их последствий. http://www.cis.minsk.by/page.php?id=8628
7. Civil Emergency Planning Committee (CEPC), http://www.nato.int/cps/en/natohq/topics_50093.htm
8. Electronic Regional Risk Atlas, http://pprdeast2.eu/en/regionalnyy-yelektronnyy-atlas-risk/
9. Helfand I. An Assessment of the Extent of Projected Global Famine Resulting from Limited, Regional Nuclear War. Paper presented to the Royal Society of Medicine, London, UK, October 2007.; Helfand I., Nuclear Famine: Two billion people at risk? Global Impacts of Limited Nuclear War on Agriculture, Food Supplies, and Human Nutrition.pp. 23, p.4.
10.
11. Declaration. World Conference on Disaster Reduction 18-22 January 2005, Kobe, Hyogo, Japan., http://www.unisdr.org/2005/wcdr/intergover/official-doc/L-docs/Hyogo-declaration-english.pdf
12. Nuclear Weapons, http://www.wagingpeace.org/issues/nuclear-weapons/?gclid=CKTolZqA180CFeYK0wodvjcCxQ
13. Strengthening of the coordination of humanitarian emergency assistance of the United Nations General Assembly. A/RES/46/182,78th plenary meeting, 19 December 1991., http://www.un.org/documents/ga/res/46/a46r182.htm
14. World Conference on Natural Disaster Reduction // United Nations. A/CONF.172/9 27 September 1994; http://www.preventionweb.net/files/10996_N9437604.pdf
15. Yokohama Strategy and Plan of Action for a Safer World: Guidelines to Natural Disaster Prevention, Preparedness and Mitigation., Disaster Risk Reduction Program, Florida International University (DRR/FIU), 1994., http://dpanther.fiu.edu/sobek/contains/?t=%22World+Conference+on+Natural+Disaster+Reduction%22&f=PU
16. http://www.adrc.asia/aboutus/index.php (ADRC-nin rəsmi saytı)
17. http://www.adrc.asia/disaster/ (ADRC-nin rəsmi saytı)
Keywords: terror, emergency, civil defense, refugees, organization.
Ключевые слова: террор, чрезвычайная ситуация, гражданская оборона, беженцы, организация.
Açar sözlər: terror, fövqəladə hallar, mülki müdafiə, qaçqınlar, təşkilat.
Summary
Emergency activities and anti-terror policy of international organizations
Akif Marifli
The article principally investigates the international organizations’ activities of emergency situations and their policy against terror which is considered a technogenetic emergency case. It also covers information on vital Yokohama Strategy which governs international activities regarding reduction of natural calamities, international Hyogo Declaration on minimizing natural calamities, the UN relevant bodies, NATO's Euro-Atlantic Disaster Response Coordination Centre, Asian Disaster Reduction Centre of Japan, as well as respective acts and resolutions.
Also, the issues such as a considerable reduction of nuclear forces by member countries having nuclear weapons had been researched and the global importance of such reduction was brought to attention. At the closing, the author made a brief conclusion whilst using local and foreign legislation, as well as informative and literary sources.
Резюме
Действия в чрезвычайных ситуациях и антитеррористическая политика международных организаций
Акиф Марифли
Статья посвящена главным образом исследованиям деятельности международных организаций в чрезвычайных ситуациях и их политике борьбы с террором, который рассматривается как чрезвычайный случай техногенного характера. В ней также содержится информация о жизненно важной Иокогамской стратегии, которая регулирует международную деятельность в области сокращения стихийных бедствий, о международной Хиогской декларации по минимизации стихийных бедствий, о соответствующих органах ООН, о Евроатлантическом координационном центре НАТО по реагированию на стихийные бедствия, об Азиатском центре по уменьшению опасности стихийных бедствий в Японии, а также о принятых соответствующих актах и резолюций.
Кроме того, были изучены такие вопросы, как значительное сокращение ядерных сил странами-членами, обладающими ядерным оружием, и обращено внимание на глобальную важность такого сокращения. В заключение автор сделал краткий вывод, используя местные и зарубежные законы, а также информативные и литературные источники.
"GEOSTRATEGİYA" jurnalı №05 (41) SENTYABR-OKTYABR 2017
Akif Marifli
Tarix üzrə fəlsəfə doktoru
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM