Son illərdə Avropa və Şimali Amerikada Səfəvilər dövləti ilə bağlı aparılan araşdırmalar olduqca genişlənmişdir. Bu sahədə yazılan əsərlərin sayı günbəgün artmaqdadır. XX əsrin əvvəllərində təəssüflər olsun ki, Qərbdə Səfəvilər dövlətinin tarixi ilə bağlı yazılan əsərlərdə onu ümumiran tarixi çərçivəsində təqdim etmişlər.
1930-cu illərdən etibarən akademik səviyyədə Səfəvilərin tarixinə maraq yaransa da, bu 70-ci illərə qədər məhdud çərçivədə qalmaqda davam etmişdir. Lakin 80-ci illərdən etibarən Britaniya doğumlu Toronto Universitetinin əməkdar professsoru, İranşünas və Səfəvilər dövrü üzrə mütəxəssis Rocer Seyvorinin xidmətləri ilə Səfəvilər dövlətinin tarixi ilə bağlı araşdırmalar daha da genişləndi.
Rocer Mervin Seyvori 27 yanvar 1925-ci ildə Böyük Britaniyanın Şərqi İngiltərə regionunun Piterboro şəhərində anadan olmuşdur [4,386]. 1943-1947-ci illərdə Hamilton Gibb, Cozef Sçaçt və Riçard Valzer kimi tanınmış alimlərin təsiri altında o, İranşünaslıq elminin tədqiqinə başlamışdır [12]. 1950-ci ildə Oksford Universitetində şərqşünaslıq üzrə bakalavr təhsilini tamamlayan Seyvori, 1958-ci ildə London Universitetində Ann Lambton və Vladimir Minorskinin rəhbərlikləri altında fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “İsmayıl və Təhmasib dövründə erkən Səfəvi dövlətinin inkişafı (XVI əsr fars mənbələrinin tədqiqi əsasında)” adlı dissertasiyasını müdafiə edir. Dissertasiyada Səfəvi dövlətinin yaranmasından XVI əsrin 70-ci illərinin ortalarına kimi keçdiyi təkamül yolu öz əksini tapmıdşır. Qeyd etmək lazımdır ki, R.Seyvori özünün müəllimi və elmi rəhbərlərindən biri olan Vladimir Minorski haqqında fikirlərini daha sonra məqalə halında dərc etdirmişdir [10].
1950-1960-cı illərdə London Universitetinin Şərq və Afrika Tədqiqatları Məktəbində farsca mühazirə oxumağa başlayan R.Seyvori, 1960-1961-ci illərdə eyni Universitetdə Yaxın Şərq elmləri üzrə dosent vəzifəsində çalışır. O, 1961-1965-ci illərdə İslamşünaslıq üzrə dosent, 1965-1968-ci illərdə eyni sahə üzrə professor və sədr müavini vəzifələrində fəaliyyətini davam etdirmiş, 1968-1973-ci illərdə hətta sədr kimi çalışsa da 1973-ci ildən fəaliyyətinə professor kimi davam etmişdir [4,386].
1976-1987-ci illərdə Toronto Universitetində Orta Şərq və İslam elmləri üzrə professor vəzifəsində çalışan R.Seyvori 1987-ci ildən bugünə kimi Toronto Universitetinin əməkdar professoru kimi fəaliyyət göstərməkdədir.
Rocer Seyvori Səfəvilər dövlətinin siyasi tarixi, iqtisadi həyatı, beynəlxalq ticarət əlaqələri, sosial-iqtisadi quruluşu, ordu quruculuğu, memarlığı, sənətkarlığı kimi fərqli sahələr üzrə müxtəlif araşdırmalar ərsəyə gətirmişdir. Bundan başqa, R.Seyvori yaradıcılığında Səfəvi şiəliyi və üləma məsələlərinə də toxunmuşdur. Ümumilikdə, yaradıcılığı dövründə onun yazmış olduğu əsərləri çap olunma formasına görə aşağıdakı kimi qruplaşdırmaq olar [7, XIII-XXV]:
- Özünün müəllifi və ya həmmüəllifi olduğu, eyni zamanda tərcümə etdiyi kitablar;
- Müxtəlif kitablarda yazmış olduğu fəsillər;
- Ensiklopediyalarda və müxtəlif sorğu kitablarında yazdığı materiallar (və ya qeydlər);
- Akademik jurnallarda çap olunan məqalələri və kitab icmalları.
Yaradıcılığı dövründə onun müəllifi və ya həmmüəllifi olduğu, eyni zamanda tərcümə etdiyi kitabların sayı 7-dir. Rocer Seyvori 1978-ci ildə Səfəvi dövrünün mühüm qaynaqlarından olan İsgəndər bəy Münşinin “Tarixi alem-areyi Abbasi” (“Dünyanı bəzəyən Abbasın tarixi”) əsərini ingilis dilinə tərcümə etmişdir [5; 6].
R.Seyvorinin Səfəvilər dövlətinin tarixi ilə bağlı fundamental əsəri “İran Səfəvilərin hakimiyyəti altında” adlı monoqrafiyasıdır. Onun bu əsəri ilk dəfə 1980-ci ildə çap olunsa da, daha sonrakı dövrlərdə təkrar nəşr olunmuşdur [8]. Məşhur tarixçinin Səfəvilərə həsr etdiyi bu kitabda siyasi, sosial, ədəbi və bədii baxımdan Səfəvi dövlətinin tarixinə (1501-1722) dair apardığı bütün tədqiqat kolleksiyası toplanmışdır.
1960-1970-ci illərdə R.M.Seyvori Səfəvilər dövlətinin daxili, hərbi-siyasi və diplomatik əlaqələrindən bəhs edən xeyli məqalə nəşr etdirmişdir. Onun yazdığı məqalələrin bir hissəsi 1987-ci ildə “İran Səfəvilər dövlətinin tarixinə dair təd-qiqatlar” başlığı altında toplu şəklində Londonda çap olunmuşdur [11]. Çap olunmuş topluya onun müxtəlif kitablarda və akademik jurnallarda işıq üzü görən məqalələrinin çox mühüm bir qismi daxil olmuşdur.
Müqəddimə ilə başlayan məqalələr toplusunun birinci fəsli “Səfəvilərin hakimiyyətə yüksəlişi” adlanır və R.Seyvorinin üç məqaləsini əhatə edir. Kitabın ilk məqaləsi onun 1964-cü ildə “Der Islam” jurnalında nəşr olunan “Teymurun ölümündən sonra İranda hakimiyyət uğrunda mübarizə” adlanır. Burada Teymurun ölümündən I Şah İsmayılın Təbrizdə taxta çıxmasına qədər olan tarixi dövr ərzində baş verən hadisələr əks olunuşdur [11,I,35].
“XV əsr Heratda Səfəvi təbliğatı” adlı ikinci məqalədə XV əsr Səfəvilərin görkəmli şəxslərindən Qasim əl-Ənvar kimi tanınan Muinəddin Əli Huseyni Sərabi Təbrizinin fəaliyyəti əks olunub [11,II,189]. Bu məqalə 1969-cu ildə D.Sinorun redaktəsi ilə nəşr olunan “The American Oriental Society, Middle West Branch Semi-Centennial Volume” adlı məqalələr toplusunda çap olunmuşdur.
Üçüncü məqalə “İranda Səfəvi hakimiyyətinin möhkəmlənməsi” adlanır və 1965-ci ildə “Der Islam” jurnalında çap olunmuşdur. R.Seyvori məqaləsində Şah İsmayılın idarəçiliyinin Banqladeş doğumlu britaniyalı yazar Qulam Sərvərin “Şah İsmayıl Səfəvinin tarixi” adlı əsərində yetərincə işıqlandırıldığını qeyd edərək, bu məqaləni yazmaqda məqsədinin Qulam Sərvərin istifadə etmədiyi mənbələrlərdən materiallar əlavə edərək Səfəvi imperiyasının yaranmasının qısa icmalını verməklə onun işini bir növ tamamlamaq olduğunu göstərir [11,III,71].
Kitabdakı növbəti bölmə Səfəvi idarəçilik sisteminə həsr olunub və R.Sey-vorinin bununla bağlı müxtəlif illərdə nəşr olunan dörd məqaləsi verilib.
“I İsmayılın (907-30 /1501-24) idarəçiliyi müddətində Səfəvi dövlətinin mərkəzi büroları” adlı məqalə bölmədəki ilk üç məqalə kimi “Bulletin of the School of Oriental and African Studies” jurnalında Londonda (1960-cı il) dərc olunub. Məqalədə I Şah İsmayılın hakimiyyət illərində Sufi təşkilatını Səfəvi idarəçiliyinə daxil etməklə dəyişiklik və struktur yenidənqurma cəhdinin uğursuzluğundan bəhs edən R.Seyvori, eyni zamanda, idarəçilik sistemindəki bəzi vəzifələrin (vəkil, əmir əl ümara, qorçubaşı, vəzir, sədr) dövrlər üzrə öhdəliklərini təhlil edir [11,IV,91-93].
Bir il sonra eyni jurnalda R.M.Seyvorinin çap olunan “I Təhmasibin (930-84 / 1524-76) idarəçiliyi dövründə Səfəvi dövlətinin mərkəzi aparatı” başlıqlı mə-qaləsində I Təhmasibin hakimiyyət dövrünü mühüm dəyişiklik və təkamül dövrü kimi qiymətləndirir. Məqalədə Div Sultan Rumlu, Çuxa Sultan Təkəli və Köpək Sultan Ustaclı triumviratının dövlət işlərinin idarə olunmasındakı rollarından, eyni zamanda, idarəçilik sistemindəki məmurların vəzifə və səlahiyyətlərinin əvvəlki dövrlə müqayisədə genişləndirilməsindən və ya əksinə nisbətən məhdudlaşdırılması məsələlərindən bəhs olunur [11,V,65-71].
Qeyd etmək yerinə düşər ki, Qərbdə olduğu kimi, Vətən tarixşünaslığında da Səfəvilər dövlətinin tarixinə marağın artması ilə eyni ildə O.Əfəndiyev tərəfindən xüsusi monaqrafiya yazılmış və Səfəvi dövlətinin məhz mərkəzləşdirilmiş Azərbaycan dövləti olduğu sübut edilmişdir [2].
R.Seyvori 1964-cü ildə nəşr olunan “Erkən Səfəvi imperiyasının əyalət ida-rəçiliyi haqda bəzi qeydlər” adlı məqaləsində Səfəvilərin əyalət idarəçilik sisteminin mürəkkəbliyindən bəhs edərək yüksək çinli məmurlarla yanaşı, əyalət idarəçiliyində iştirak edən digər məmurlar (vali, hakim, bəylərbəyi və bəzən darğa, və ya tiyuldar) haqda da məlumat vermişdir [11,VI,114-116].
Göründüyü kimi, XX əsrin 60-cı illərində R.Seyvorinin çap olunmuş məqalələrində başlıca diqqət Səfəvi dövlətinin mərkəzi və yerli idarəçilik məsə-lələrinə yönəldilmişdir.
İkinci bölmədə sonuncu olan “Şah I Təhmasib dövründə (1524-76) katiblik kariyerası” adlı məqalə 1963-cü ildə və digərlərindən fərqli olaraq “Islamic Studies: Journal of the Central Institute of Islamic Research, Karachi” jurnalında nəşr edilib. Seyvori məqalənin giriş hissəsində yazır: “XVI əsr və ümumiyyətlə Səfəvi tarixini öyrənmək üçün mühüm mənbə olan, II Şah İsmayıla həsr olunaraq tamamlanması 984 /1576-7-ci ilə təsadüf edən “Cəvahir əl-əxbar” xronikasının mühümlüyünə diqqət yetirən ilk dəfə professor Valter Hins olmuşdur. Originalı Leninqrad kitabxanasında saxlanılan bu iş, 930 /1523-4-cü illərdə hələ 14 yaşı olarkən Səfəvi saray katibliyinə daxil olmuş və demək olar ki, Şah Təhmasibin bütün hakimiyyəti boyunca Səfəvi bürokratiyasının, xüsusi ilə mailiyyə idarəçilik sistemində işləmiş nümayəndəsi Budaq Münşi Qazvini tərəfindən yazılmışdır. V.Minorski, V.Hins, H.Busse Səfəvi maliyyə idarəçiliyi sahəsinə aid bir sıra terminləri üzə çıxarsalar da, Budaq Münşi tərəfindən işlədilən bəzi terminlər haqqında yalnız fərziyə yürütmək olar” [11,VII,343]. R.Seyvori bu məqaləsində sözügedən əsərin qısa tərcümə və təhlilini vermişdir.
Topludakı Səfəvi dövlətinin siyasət məsələlərindən bəhs olunan üçüncü bölmə müxtəlif illərdə nəşr olunan beş məqalədən ibarətdir.
1971-ci ildə “Iran-Shinasi: Journal of Iranian Studies, Faculty of Letters and Humanities” jurnalında nəşr etdirdiyi “Səfəvilərin tabeliyində müasir fars dövlətinin yaranması” adlı məqaləsinə görə bəlkə də qınanacağını yazan R.Seyvori qeyd edir ki, “Fikrimcə, özünün idarəetmə sistemi və qaydaları, tanınan sərhədləri daxilində mərkəzi idarəçiliyə subyekt olan Fars dövləti Səfəvilərin tabeliyinə keçdi” [11,VIII,1]. R.Seyvori Səfəvi dövlətinin hərbi aristokratiyasının, elitasının farslardan yox, türkmənlərdən ibarət olduğunu, qızılbaşlar olmadan dövlətin qurula bilməyəcəyini yazaraq, Səfəvilərin “dinamik ideologiyası”nın etnik nasionalizmdən ibarət olmadığını qeyd edir. Səfəvilər dövlətinin “müasir fars dövlətinin” sələfi olub-olması və ya daha sonrakı inkişafında müəyyən cizgiləri ehtiva edib-etməməsi məsələsini aydınlaşdırmağa çalışan müəllif qeyd edir ki, Səfəvilərlə Pəhləvilər arasında oxşar cəhətlər mövcud olmuşdur (baxmayaraq ki, XIX əsr boyunca Səfəvilərin həmişə nominal xarakter daşıyan ərazilərinin böyük hissəsini Qacarlar itirmişdilər)” [11,VIII,1-3].
1974-cü ildə R.M.Seyvori “Səfəvi dövləti və siyasəti” adlı növbəti məqaləsini “Iranian Studies” jurnalında çap etdirir. Müəllif məqalədə onu daha çox maraqlandıran sualın – Səfəvilərin yaratdığı dövlətin fars dövləti olub-olması məsələsini araşdırmağa çalışır və bu məsələni aydınlaşdırmaq üçün ümumi qəbul olunan dövlət xarakteristikalarına baxaraq, Səfəvilərin ona sahib olub-olmadıqlarına nəzər salmağı çalışır [11,IX,179-180].
“Səfəvi dövlətindəki totalitar tendensiyalar haqqında bəzi düşüncələr” adlı məqaləsinə “Professor Minorskinin İran araşdırmaları sahəsənindəki tədqiqatları içərisində ən əhəmiyyətlilərindən birinin 1943-cü ildə nəşr olunan “Təzkirətül müluk” əsərini tərcümə edib, ona rəy yazması olmuşdur” cümləsi ilə başlayır. Daha sonra o, yazır ki, “V.Minorskinin fikrincə, siyasi vəsait sayılan əsər Səfəvi inzibati idarəçiliyi haqqında olub dövlət təşkilatçılığı barəsində olan faktların daimiliyi və möhkəmliliyi baxımından fars tarixini öyrənmək üçün bəzi səlnamə yazan tarixçilərin ardıcıl döyüşlərdən, təyinat və intriqalar haqqında yazdıqları ilə müqayisədə günümüzə çatan materiallar arasında unikal olanıdır” [11,X,226]. 1976-cı ildə “Der Islam” jurnalında nəşr olunan bu məqalənin adını V.Minorskinin 1725-cı ildə yazılan “Təzkirət əl-müluk” əsərini təhlil edən zaman işlətdiyi “Erkən Səfəvilərin əsas təşkilatı müasir təkpartiyalı sistemli tototalitar dövlətə çox oxşayır” cümləsindən götürdüyünü yazan R.Seyvori Səfəvilər dövlətinin yaranması və inkişaf tarixini ətraflı şəkildə bu məqaləsində yazsa da, o bunu Səfəvilərlə SSRİ-nin bir dövlət kimi yaranmasındakı hadisələri uyğunlaşdırmağa çalışır.
1967-ci ildə “Iran: Journal of the British Institute of Persian Studies” jurnalında çap olunan “Şerli əfsanəsi” adlı məqaləsində Səfəvilərin Çaldıran döyüşü zamanı artilleriyadan və əl alətlərindən niyə istifadə etmədikləri məsələsini qoyan R.Seyvori bu suala cavab tapmağa çalışır. O, bir tərəfdən qeyd edir ki, Səfəvilər odlu silahdan istifadə etməklə tanış deyidilər və odlu silah təqribən bir əsr sonra yəni, I Şah Abbasın dövründə Entoni və Robert Şerli qardaşları tərəfindən İran ərazisinə gətirilmişdir. Digər tərəfdən isə məqaləsində o yazır ki, “Səfəvilər odlu silahla gec tanış olmalarına və ya istifadə edə bilmədikləri üçün yox, sadəcə döyüşdə bu alətləri işlətməmək qərarına gəldiklərinə görə ondan istifadə etməmişlər. Çünkü bəzi Avropa və farsdillli mənbələrin verdiyi məlumatlardan da görünür ki, artilleriyadan istifadə etmək, qoşunların odlu silahlarla təchizi və ondan istifadə bacarığı Səfəvilərdə I Şah Abbas vaxtından xeyli əvvəl olmuşdur” [11,XI,74].
R.Seyvorinin 1980-ci ildə Pakistanda “Hamdard Islamicus: Quarterly Journal of the Hamdard National Foundation” jurnalında işıq üzü görən “Çox darıxdırıcı və çətin oxu: Böyük Şah Abbasın İsgəndər bəy Münşi tərəfindən yenidən qiymətləndirilməsi” adlı məqaləsində İsgəndər bəy Münşinin “Tarix-i aləmara-yi Abbasi” əsərini bütünlükdə ingilis dilinə tərcüməsi və bir sıra Qərb tarixçilərinin əsər haqqında qısa icmal xarakterli məlumatı öz əksini tapmışdır [11,XII,19-21].
Məqalələr toplusunda sonuncu bölmə “Səfəvi dövlətində etnik və ideoloji gərginlik” adlanır və müəllifin onunla bağlı dörd məqaləsini əhatə edir.
1965-ci ildə R.Seyvorinin “Journal of the American Oriental Society” jurnalında dərc olunan “Səfəvilərin tabeliyində xilafət əl-xülafə aparatı” adlı məqaləsində xilafət əl-xülafənin erkən Səfəvi dövlətinin yaşaması üçün baza rolunu oynadığını, onun müasir totalitar dövlətdə təkpartiyalı sistemə uyğun gəldiyini qeyd etməklə yanaşı, müxtəlif hökmdarlar dövründə Səfəvi ordeninin nüvəsini təşkil edən xilafət əl-xülafə – abdal, dədə, xədim (lələ) haqqında məlumat verilmişdir [11, XIII,497].
R.Seyvorinin topluda çap olunan növbəti məqaləsi 1971-ci ildə “Iran and Islam: In Memory of the late Vladimir Minorsky” adlı topluda dərc olunan “Səfəvi tarixinin maraqlı epizodu” adlanır. Məqalədə II Şah İsmayılın taxta çıxmasından Şah Məhəmməd Xudabəndənin hakimiyyət illərində, eyni zamanda I Şah Təhmasibin 947/1540-1 və 961/1553-4-cü illərdə Gürcüstana təşkil olunan dörd ekspedisiyada əsir düşən gürcü qadınlardan olan uşaqların dövlət idarəçilik işlərində rolu məsələsi də daxil olmaqla təhlil olunur [11,XIV,461-463].
Müəllifin 1964-cü ildə “Islamic Studies: Journal of the Central Institute of Islamic Research, Karachi” jurnalında dərc olunan “Mirzə Salmanın siyasi qətlinin əhəmiyyəti” adlı məqaləsində 15 iyun 1577-ci ildə şahın təsərrüfat işlərinə nəzarət edən Mirzə Salmanın II Şah İsmayıl tərəfindən Ali divana vəzir və etimad əd-dövlə vəzifəsinə təyin olunması haqqındadır. Nazir-i buyutat vəzirlə sıx əməkdaşlıqda işləyən yüksək rütbəli məmur idi və Şahın bütün məişət işlərinin nəzarətinə məsuliyyət daşıyırdı. 1576-cı ildəI Şah Təhmasibin ölümünə kimi bu vəzifəni tutan Mirzə Salman Şah II İsmayılın hakimiyyətə gəlməsindən sonra bu kabinetdə işlərini davam etdirmişdi. R.M.Seyvori yazır ki, “Bu məqaləni yazmaqda məqsədim 1577-ci ilin noyabrnda II İsmayılın ölümündən təqribən 3 ay sonra onun böyük qardaşı 45 yaşlı və sakit təbiətli Məhəmməd Xudabəndənin (13 fevral 1578-ci ildə) Sultan Məhəmməd şah adı ilə hakimiyyətə gəldiyi gündən etibarən 18 ay müddətinə dövləti idarə edən şahın ambisiyalı, bacarıqlı, qəddar arvadı Mehdi-Ulya və onun qızılbaşlar tərəfindən öldürülməsi (26 iyul 1579) məsələsini yox, vəzir Mirzə Salmanın kariyerasından, eyni zamanda qızılbaşlar tərəfindən 911/1583-cü ildə öldürülməsinin siyasi səbəblərindən bəhs etməkdir” [11,XV,181-182].
R.Seyvori 1975-ci ildə “Turcica” jurnalında çap olunan “Qızılbaş: təhsil və incəsənət” adlı məqaləsində I Şah İsmayılın hakimiyyət illərindən I Şah Abbasın da hakimiyyət illəri daxil olmaqla keçən dövrdə qızılbaşlar və farsları (və ya tacikləri) müqayisə edərək belə nəticəyə gəlir ki, qızılbaşlar dövlətin yarandığı ilk illərdə “qılınc əhli”, farslar isə “qələm əhli” olmuşdur [11,XVI,168]. Müəllif həmçinin, II Şah İsmayılın dövründə Sadiq bəyin, I Şah Abbasın hakimiyyət illərində isə Ustaclı tayfasından olan Salman xanın timsalında daha savadlı və mədəni cəhətdən yüksək qızılbaş əyanlarının yetişdiyini, idarəetmədə əvvəllər ancaq farsların tutduqları vəzifələrə artıq qızılbaşların təyin olunmalarından geniş bəhs etmişdir.
Onun Səfəvilər dövlətinin tarixi ilə bağlı yazdığı məqalələrinin sonuncusu 2004-cü ildə “Islam and Christian-Muslim Relations” jurnalında çap olunan “Səfəvilər dövləti və qeyri-müsəlman azlıqlar arasında münasibətlər” adlanır. Məqalədə “On iki imam” doktrinasından doğan siyasət təhlil olunur, I Şah Abbasın hakimiyyət dövründə bütün ölkədə multukultralizm və tolerantlığın hökm sürdüyünə xüsusi diqqət yetirilir. Məqalədə dövlətin süqutunun əsas səbəblərdən biri kimi I Şah Abbasa qədər və ondan sonrakı dövrdə ölkədə qeyri-müsəlman azlıqlara olan düşmən münasibətə xüsusi diqqət yetirilir [9,435].
R.M.Seyvorinin “İslam Ensiklopediyası”, “Amerikana Ensiklopediyası”, “Britanika Ensiklopediyası” (15-ci nəşr), “Beynəlxalq Ensiklopediya” (1-ci nəşr), “İranika Ensiklopediyası”, “Yaxın Şərqin lakonik Ensiklopediyası”, “Orta əsrlərin lüğəti”, “İrana dair biblioqrafik kitabça: Yaxın Şərq kitabxanası”, “Asiya Tarixinin Ensiklopediyası”, “Bəşər tarixi: Elmi və Mədəni İnkişaf” kimi toplularda Səfəvi dövlətinin bütün dövrlərinə və sahələrinə aid məqalələri müxtəlif illərdə dərc olunmuşdur.
Beləliklə, qeyd olunanlardan da aydın olur ki, 1960 və 1970-ci illərdə Səfəvi dövlətinin tarixi ilə bağlı araşdırmaların genişlənməsində R.M.Seyvorinin böyük rolu olmuşdur. Onun tədqiqatları nəticəsində Səfəvi dövlətinin tarixi ilə bağlı tədqiqatlar aparan bir çox araşdırmaçıların baxışlarında xüsusi dəyişikliklər baş vermişdir. Qeyd etmək lazımdır ki, R.M.Seyvorinin əsərləri Səfəvilərlə bağlı tədqiqatlara artan maraqdan xəbər verməklə yanaşı, bu gün də bu sahədə tədqiqat aparan dünya tarixçiləri üçün nadir mənbə rolunu oynamaqdadır.
Ədəbİyyat
a) Rus dilində
1. Абдуль-Азиз ибн Салих аль-Махмуд. Возвращение Сефевидов. Москва: БадрМедиа, 2012, 46с.
2. Эфендиев О.А. Образование Азербайджанского государства сефевидов в начале XVI века. Баку : Акад. наук АзССР, 1961, 206 с.
b) Türk dilində
3. Küpeli Ö. Batıda Safevi çalışmalarının geldiği aşama ve son yıla dair bir bibliyografya denemesi // Tarih Okulu Dergisi, sayı VIII, İzmir, 2010, s.51-61.
c) İngilis dilində
4. Canadian Who’s Who. ed. by Kieran Simpson, Toronto, Buffalo and London: University of Toronto Press, v.25, 1990
5. Monshi Eskandar Beg. History of Shah Abbasthe Great (Tarik-eAlamara-ye Abbasi), in 2 vols, v.1. Translated by Savory R.M., Persian Heritage Series No.28, Boulder, CO: Westview Press, 1980, 544p.
6. Monshi Eskandar Beg. History of Shah Abbasthe Great (Tarik-eAlamara-ye Abbasi), in 2 vols, v.2. Translated by Savory R.M., Persian Heritage SeriesNo.28, Boulder, CO: Westview Press, 1980, 848p.
7. New Perspectives on Safavid Iran: Empire and Society. ed. by Colin P.Mitchell, London and New York: Routledge, 2011, 256 p.
8. Savory R.M. Iran under the Safavids. Cambridge: Cambridge University Press, 1980, 277p.
9. Savory R.M. Relations between the Safavid state and its non-Muslim minorities // Islam and Christian-Muslim Relations, 2004, v.14, No.4, pp.435-458
10. Savory R. M. Roger M. Savory on Vladimir Fedorovich Minorsky // in Michalos A.C. (ed.), The Best Teacher I Ever Had, London: Althouse Press, 2003, pp.235-238
11. Savory R.M. Studies on the History of Safavid Iran. London: Variorum Reprints, 1987, 302p.
d) İnternet resursları
12. https://en.wikipedia.org/wiki/Roger_Savory
Açar sözlər: Rocer M.Seyvori, Sәfәvi, I Şah İsmayıl, V.F.Minorski, İsgəndər bəy Münşi
Ключевые слова: Роджер М. Сейвори, Шах Исмаил I, Сефевиды, В.Ф. Ми-норский, Искандер бек Мунши
Key words: Roger M.Savory, Shah Ismail I, Safavids, V.F.Minorsky, Eskandar beg Monshi
Резюме
Об исследовании истории Азербайджанского государства Сефевидов Роджером Сейвори в 1960-1970х годах
За последние годы изучение истории Сефевидов в Европе и Северной Америке значительно расширилось. Произведения написанные на эту тему растут с каждым днем. К сожалению, в начале ХХ века в написанных произведениях об истории Сефевидов на Западе, она была представлена в рамках Иранской истории.
С 1930-х годов, несмотря на то, что в академической среде появился интерес к истории Сефевидов до 1970-х годов, это продолжало оставаться в ограниченном кругу. Но с 1980-х годов, благодаря заслугам заслуженного профессора Университета Торонто британского происхожденя, ирановеда и специалиста по Сефевидскому периоду Роджера Сейвори исследование о государстве Сефевидов более расширилось.
Summary
On the research of the history of the Azerbaijan state of the Safavids by Roger Savory in the 1960s-1970s
In recent years, the study of the Safavid history in Europe and North America has significantly expanded. Works written on this subject grow every day. Unfortunately, at the beginning of the 20th century, in written works about the Safavid history in the West, it was presented within the framework of Iranian history.
Although from the 1930’s on the academic level there appeared an interest in the history of the Safavids, until the 1970s it remained in a limited framework. But since the 1980s, thanks to the merits of the honored professor of the University of Toronto of British origin, Iranian expert and specialist on the Safavid period, Roger Savory, the research of the Safavid state has expanded.
"GEOSTRATEGİYA" jurnalı №05 (41) SENTYABR-OKTYABR 2017
Lamİyyə Namazova
AMEA-nın A.Bakıxanov adına
Tarix İnstitutu
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM