Müasir dövrdə hər bir sahədə qlobal və lokal inkişaf nəticəsində müxtəlif mədəniyyətlərin təması öz aktuallığını biruzə verir. Bu mənada multikulturalizm bəşəriyyət üçün yeni imkanlar yaradır, müxtəlif mədəniyyətə malik olan insanların birgəyaşamını təşviq edir. Məhz multikulturalizm üzrə ciddi mütəxəssis sayılan Kənan Malikə görə bu tendensiya universal dəyərlər çərçivəsində insanların dünya görüşlərini genişləndirir və qarşılıqlı tanınmalarına şərait yaradır (9).
Multikulturalizmin ontolojik əsasını “mən” və “başqası” təşkil edir. Fərdi insan şüurundan və dəyərlərindən müxtəlif mədəniyyətlərin “mən” şüuruna və dəyərlərinə varmasına qədər bu proses davam edir. Bu baxımdan bütün mədəniyyətlərdə etik normalar və dəyərlər mövcuddur. Məşhur fransız filosofu Emmanuel Levinas “bəlkəm də sivilizasiyanın mənbəyi başqasıdır” söyləyir. Digər tərəfdən məşhur alman filosofu Hans Qadamerin də ortaya atdığı üfüqlərin qaynaşması (fusion of horizons) nəzəriyyəsi müxtəlif mədəniyyətlərin qarşılıqlı şəkildə öz dəyərlərini təqdim etməsinə imkan yaradır.
Hər hansı bir ölkə daxilində çox mədəniyyətlilik tendensiyası və bu tendensiyanın inteqrativ inkişafının etik tərəfdən dəstəklənməsi üçün demokratik mühitin yaranmasına ehtiyac duyulur (6, s. 25-26). Multikulturalizm və etikanın ən mühüm məqamlarından biri universal dəyərlərin, humanizmin əsas alınmasıdır. Belə ki, multikultural cəmiyyətlərdə müxtəlifliyə ehtiram və tolerantlıq mühümdür ancaq bərabərhüquqluğun önündə durmaz. Məhz etika və demokratiya baxımından etnik kimlik, cinsiyyət və irq birinciliyin yerini tuta bilməz (12, s. 205).
Multikulturalizmin baxış tərzinin ümumi olaraq bir-birlərini tamamlayan üç görüşünün- “insanların mədəniyyətlə iç-içə olduğu, çox mədəniyyətlilik və mədəniyyətlərarası dialoqun” labüd və arzu edilən olduğu görüşlərinin birbaşa etika ilə əlaqəsi mövcuddur. Təsadüfi deyil ki, həm etik, həm də moral məfhumlar insanların xarakter və hərəkətlərini idarə edən tarixi-mədəni ənənələrin bağlı olduğu ictimai qaydalara istinadən istifadə olunur( 5, s.229).
Multİkulturalİzmİn funksİonal rolu
Qloballaşma tendensiyasında lokal olanın qlobal olanla qarşılaşması nəticəsində konfliktlər meydana gəlir və etik sahəyə aid olan dəyərlər toqquşması baş verir. Multikulturalizm və etik plüralizm kimi məfhumlar bu kontekstdə məna qazanır. Multikulturalizm tək başına siyasi məsələ olaraq görünür. Çünki multikulturalizm mahiyyətinə müvafiq olaraq müxtəlif etnik qrupların ictimai sahədə dövlət qarşısında bərabərhüquqlu tanınmasını vacib hala gətirir. Ancaq multikulturalizmin anlaşılmasında meydana gələn problemlərin həllində etikanın müdaxiləsi labüddür. Çünki qloballaşma və multikulturalizm tendensiyaları nəticəsində hər bir fərdin və cəmiyyətin dünya görüşündə və əxlaqi dəyər anlayışlarında müxtəlif dəyişmələr baş verir. Bu mənada multikulturalizmin yayıldığı qlobal arenada etikanın diqqətə alınması vacibdir. Bu isə etikanın əsas məfhumu olan dəyər termininin multikulturalizmlə münasibətinin təsvir və təhlil olunmasında özünü göstərir.
Soyuq müharibənin qurtarması nəticəsində Fransis Fukuyama “Tarixin sonu” tezisi ilə modern liberalizmin bütün ideologiyalar üzərində qələbə çaldığını iddia etdi. Samuel Huntiqton isə mədəniyyətlərarası toqquşmanın qlobal siyasət kontekstində izah edir. Ona görə mədəniyyətlərin fərqlilikləri ontolojik olaraq onların əsasını təşkil edir və Qərb bugün digər mədəniyyətlər ilə müqayisədə fövqəladə qüdrətinin zirvəsindədir (1, səh. 22-49). Sovet ittifaqının süqutu mərhələsində, yəni XX əsrin 90-cı illərində Qərbdə mövcud olan multikulturalizm tendensiyaları 2001-ci il 11 sentyabr tarixindən sonra yerini mədəniyyətlərarası toqquşma (clash of civilizations) düşüncəsinə tərk etdi. Hazırda bir tərəfdən siyasi arenada müxtəlif şəkillərdə konfliktlərin meydana gəlməsi və bəzi regionlarda bunun hərbi yollarla həlli mövzunun aktuallığından xəbər verir.
Multikulturalizm hazırda mədəniyyətlərarası toqquşmanın qarşısını almaq üçün alternativ funksional rola malikdir. Belə ki, Fukuyama və Hantiqtonun mədəniyyətlər arasında mübarizə, toqquşma düşüncələrindən fərqli olaraq multikulturalizmin alternativliyini müdafiə edən Çarlz Taylor, Yurgen Habermas, Biku Parek, Vil Kimlika, Emi Qutman ,Çandra Kukatas və s. filosof və siyasətşünasların düşüncələri daha praqmatikdir.
Dünya ölkələrinin əhali tərkibinə baxdığımızda görürük ki, bunların böyük əksəriyyəti çoxmillətli və ya polietnik tərkibə malikdir. Mədəni pluralizm adlandıra biləcəyimiz milli-etnik və dini müxtəliflik demək olar ki, tarixinin bütün dövrlərində movcud olmuşdur. ABŞ, Kanada, Avstraliya, Avropa və s. ölkələr kimi immiqrantlardan təşkil olunmuş çoxmillətli cəmiyyətlər və ya Böyük Britaniya kimi böyük dövlətlər tərəfindən yerli xalqların yaşadığı ərazilərin birləşdirilməsi, habelə qitələrarası kütləvi immiqrasiya prosesinin yaşanması milli-etnik müxtəlifliyi meydana gətirən obyektiv səbəblərdir. Multikulturalizm siyasəti də məhz bu milli-etnik və dini müxtəlifliyin qorunub saxlanması və inkişaf etdirilməsini təmin edən demokratik bir siyasətdir. Buna görə də, multikulturalizmə milli və etnik azlıqların hüquqlarının tənzimlənmə siyasəti kimi baxmaq olar.
Multikulturalizmin alternativliyi iki aspektdən əhəmiyyət kəsb edir; bunlar “konstitusional” və “multikultural” vətəndaşlıq kateqoriyalarıdır. Dövlət çoxmədəniyyətlilik mühitinin özündə maraqlı olduğu üçün bu mühitə qarşı yarana biləcək potensial təhdidləri milli təhlükəsizlik əleyhinə yönəlik bir məzmunda qəbul edir. Bu səbəbdən də konstitusional vətandaşlığı ilkin olaraq şərtləndirən prinsip vahid dövlətdə yaşayan müxtəlif etnik, dini, sosial, siyasi, iqtisadi, nəsilllərarası təbəqələşmələrin yaratdığı multikultural situasiyanın qorunub saxlanması və inkişaf etdirilməsidır. Yurgen Habermas, konstitusional vətandaşlığı və demokratiyanı müxtəliflikləri də əhatə edəcək şəkildə əsaslandırır: “Konstitusional prinsiplərin içində yer aldığı siyasi hakimiyyət daxilində bütün vətandaşlar eynidir. Məhz multikultural cəmiyyətdə siyasi strategiya, müxtəlif həyat anlayışlarının plüralizmini və inteqrasiyasını şüurlu şəkildə təşviq edən konstitusional vətandaşlığa istinad etməlidir”(8 ).
“Multikultural vətandaşlıq” məfhumu Vil Kimlikaya məxsusdur. Bu məfhumunun istinad etdiyi multikultural vətandaşlıq siyasəti hətta tarixən liberal dəyərlər üzərində yetərincə inkişaf etmiş cəmiyyətlər üçün də nümunəverici mahiyyətdədir. Multikultural vətəndaşlıq siyasəti ölkədə etnik-dini müxtəlifliyin cəmiyyət həyatına inteqrasiya prosesində iştirakının elə bir ədalətli təminatını yaradır ki, burada ayrı-ayrı etnik-dini qrupların ümumi maraqları dar və məhəlli siyasi məqsədlərlə istifadəyə məruz qalma risklərindən tamamilə sığortalanmış olur. Siyasi partiyaların etnik-dini zəmində fəaliyyətlərinə qanunvericilik məhdudiyyətləri multikulturalizm situasiyasını etniklər və dinlərarası dağıdıcı siyasi rəqabət kataklizmlərindən qorumaq və dövlətin milli təhlükəsizliyini təmin etmək məqsədi güdür.
Tarixi təcrübə göstərir ki, multikultural vətandaşlığın tətbiq edilən inteqrasiya prinsipi daha doğru bir siyasətə təminat verir. Bu mənada konstitusional və multikultural vətandaşlıq məfhumları mədəniyyətlərarası toqquşmanın qarşısını almaq üçün multikulturalizmin alternativ modelin tətbiqini labüd edir. Bu mənada multikulturalizm bir həyatı məkan daxilində çoxlu sayda mədəniyyət qruplarının münaqişəssiz yanaşması nəzəriyyəsi, praktikası və siyasəti deməkdir.
Etİk ünsİyyət və mədənİ müxtəlİflİk
Etika baxımından modern liberal əxlaqi təbiətə malik fərd anlayışı zəminində fərdiyyətçiliyi itirmədən fərqli kimliklərərin tanınma tələblərinin diqqətə alınması vacibdir. Məhz plüralistik siyasəti təsis edən modern əxlaq və siyasət fəlsəfəsi bu şəkildə formalaşır. Çarlz Taylorun ortaya atdığı tanınma nəzəriyyəsi (theory of recognition) liberal multikultural cəmiyyətin inşası üçün fərqli kollektiv kimliklərin tanınmasına dair multikulturalizm siyasətini inkişaf etdirmə hədəfini güdür. Burada dialoq məfhumu da xüsusi rola malikdir. Belə ki, Taylora görə tanınma eyni zamanda dialoqla olur və kimlik ``dilaoq yolu ilə, başqaları ilə qismən açıq, qismən də içimdən etdiyim sohbətlərlə formalaşır``(13, s.49).
İlham Məmmədzadə etika və multikulturalizm əlaqəsini analitik şəkildə belə təsvir və təhlil edir: “ Bizə elə gəlir ki, milli mədəniyyətlərin mövcud fərqlərinin dərki ümumi məzmunlu, mahiyyəti əxlaq və mənəviyyatın, sərhədləri ləğv etməyən lakin ünsiyyət və mədəniyyətlərin müxtəlifliyi üçün şərait yaradan qlobal etikanın yaradılması zərurətini şərtləndirir“(9, s.35 ). Təsadüfi deyil ki, professor İlham Məmmədzadənin işarə etdiyi qlobal etika məfhumu ilə əlaqədar 1993-cü ildə Dünya Dinləri Parlamenti tərəfindən təşkil olunan konfrans keçirilmişdir. Bu konfransda bütün dünya dinləri təmsilçiləri tərəfindən imzalanan “Universal Əxlaqa Doğru Bəyannaməsi”, fərd və cəmiyyətlərin inkişaf edərək sülh içində yaşamalarında dini dəyərlərlə etik dəyərlərin müştərək funksionallığa malik olacağı vurğulanmışdır. Məhz son zamanlarda aktuallıq kəsb edən ”Qlobal Etika” məfhumunun dini-etik dəyərlərin mədəniyyətlərarası dialoq çərçivəsindəki yeri və rolu çox böyük əhəmiyyət kəsb edir. Belə ki, məşhur teoloq Hans Künqun ”Qlobal Məsuliyyət:Yeni Dünya Əxlaqı Axtarışında”( Global Responsibility: In Search of A New World Ethic-1990 ) adlı kitabında müəyyən etdiyi kimi bütün dinlərdə öyrəniləsi çox şey var. Ona görə bütün etiqadların əsasında insanların bərabərliyinə, fərdin və cəmiyyətin dəyərli olmasına, ”yaxşı”nın axırda qalib gələcəyinə olan inam mövcuddur. Hans Künq almanca “Projekt Weltethos” adlı kitabında müxtəlif yerlərdə verdiyi mövzu ilə bağlı konfrans məqalələrini toplayıb. Alman dilində dünya mənasına gələn “Welt” sözü yunanca əxlaq mənasında işlədilən “ethos” sözüylə birləşərək “Weltethos” məfhumunu yaradır. Bu da ingilis dilində “Dünya Etikası“ mənasına gəlir. Künqun qlobal etika məfhumu Samuel P. Hantiqtonun “Mədəniyyətlərarası münaqişə“ tezisinə qarşı “Mədəniyyətlərin uzlaşması“ tezisini təməlləndirir. Çünki ona görə mədəniyyətlərin yaranmasında dinlər qlobal uzlaşmanın da əsasını təşkil edir. Nəticədə multikulturalizm və etika əlaqəsi qlobal etika aspektindən də ciddi inteqrasiyanə ehtiva edir.
Multikulturalizmin əsas məfhumlarından biri olan “tanıma” (recognition) birlikdə yaşayan müxtəlif etnosların qarşılıqlı bir-birlərini anlama və dəyərləndirmə prosesinin əsasını təşkil edir. Müasir dövrdə bütün cəmiyyətlərin multikultural məzmun və mahiyyət daşıdığı getdikcə artır. Məhz Çarlz Taylora görə inkluziv cəmiyyətlərdə müxtəlif etnoslar öz mövcudiyyətlərini davam etdirməklə multikultural mühitin yaranmasına səbəb olurlar (13, səh. 37-38). Mədəniyyətlərarası toqquşmanın əksinə multikultural nəzəriyyəyə görə hər hansı bir cəmiyyət daxilində müxtəlif etnik kimliklərin və mədəni topluluqların olması onların inteqrativ münasibətlər qurmasının da başlıca amillərindəndir. Məhz mədəni müxtəliflik insan azadlığının ən mühüm şərtlərindən biridir və özündən başqa mədəniyyətlərlə insanın əlaqə qurması bu azadlığın üfqünü daha da genişləndirir (3,səh. 167). Bu mənada mədəni fərqlilik toqquşmanın deyil, qarşılıqlı anlamanın əsasını təşkil edir. Vil Kimlikaya görə universal əxlaq ilə mədəni müxtəlifliyin uzlaştırılması və bütövlüklərini davam etdirmələri üçün mədəni qrupların cəmiyyətdən gələcək xarici müdaxilələrdən qorunması lazımdır. Məhz bu kontekstdə Brayn Berriyə görə bərabərhüquqlu liberalizmin prinsipləri ilə universal keçərliliyə malikdir və bütün cəmiyyətlər liberal standartlarla qiymətləndirilməlidir. Bu tendensiya olmadan tolerantlıqdan və etik ünsiyyətdən danışmaq olmaz. Dövlət isə lazım olduğunda liberal standartlara riayət olunmasını təmin etmək üçün müəyyən mənada ictimai sferaya müdaxilələr edə bilər (1).
Bəzi filosoflar universal etik prinsiplər fikrini qəbul etmir və bunun universal standart olmayıb cəmiyyətin məhsulu olduğunu iddia edirlər. Multikulturalizm üzrə ciddi yazıları ilə tanınan Çandran Kukatas da bu kontekstdə kosmopolit cəhətdən düşünənlərə cavab olaraq bildirir ki, heç kimsənin rədd edəbilməyəcəyi etik standart içində qalmaq şərtilə müxtəliflik xoş görülən bir tendensiyadır. Bu mənada tolerantlıq hər zaman ədalət kimi başqa əsas prinsiplərdən biri kimi qəbul olunmalıdır.
Müasir dövrdə insan hüquqlarının universal məzmun və mahiyyət daşıması ilə birlikdə insan şərəfinin bütün insanlarda müştərək olduğu düşüncəsi aktuallıq kəsb edir. Bu özlüyündə insanların bərabərhüquqlu olma fikrini də ehtiva edir. Məhz demokratik sistemlərin özləri də mədəniyyət tərkibi olaraq etik prinsipləri əhatə edir. Bu səbəblədir ki, liberal demokratiya öz siyasət sistemində hüquq və əxlaq uzalaşmasına böyük önəm verir. Məhz demokratik sistem daxilində hər hansı bir etnosa malik vətandaş etik şüurla tolerant düşüncənin daşıyıcısı olaraq hərəkət edir. O hər hansı bir mədəniyyətin mütləq olmadığını və plüralistik düşüncə tərzinə malik olaraq hüquq və etik bütnlüyü qorumalıdır. Məhz liberal demokratik baxış tərzi müxtəlifliyə universal insan hüquqları və azadlıqları çərçivəsində baxır. Digər tərəfdən müasir siyasət fəlsəfəsinin də əsas müddəalarından biri universal əxlaq prinsiplərinin mədəni müxtəlifliklə necə uzlaşmasının təmin edilməsi məsələsidir (5, s.28).
Məlum olduğu kimi etika yaxşı-pis və dəyərlər sahəsini ehtiva edir. Bu kontekstdə qeyd olunmalıdır ki, Ziqmunt Bauman müxtəlifliyin və azadlığın təminatının güclü bir birlik olduğunu qeyd edir. Ona görə postmodern etikanın əsasını da bu təşkil edir. Tək səsliyin yerini çoxmədəniyyətlilik daxilində plüralizm alır (2, s. 56).
Məşhur amerikan filosofu Con Rouls etik normların anlaşılması olmadan çox mədəniyyətlilik konsepsiyasında ədalətin anlaşılabilməyəcəyini vurğulayır. Məhz sosial sahədə olduğu kimi əxlaqi bir məfhum olan ədalət çox mədəniyyətlilik münasibətlərinin yaranmasında açar məfhumlardan biridir(11, s.131).
Multikulturalizm insan hüquqları, azadlıq kimi universal prinsiplərə istinad etməklə fərqliliyi vurğulayan və onları tanıyaraq aktual hala gətirən postmodern situasiyaya da istinad edir. Bu səbəblə də qloballaşma ilə postmodern situasiyanın motivə etdiyi multikulturalizm üçün ən əsaslı problem universal olduğu iddia edilən dəyər və prinsiplərlə fərqli kimlik və mədəniyyətlərin tələblərinin eyni anda necə birlikdə mühafizə ediləcəyi məsələsidir.
Dünyanın müxtəlif mədəniyyətlərə ayırma və beynəlxalq münasibətləri mədəniyyət konsepsiyasından istifadə edərək anlamamağa çalışma metodu 1950-ci illərdən sonra modernizm və inkişaf nəzəriyyələrilə müştərək şəkildə hərəkət etdi. Daha sonrakı illərdə Samuel Hantiqton və Bernard Levis sivilizasiyalararası konflikt iddiasını ortaya atıb dəstəklədilər. Ancaq Riçard Balliet ``The Case for İslamo-Christian Civilization`` adlı kitabıyla Levis və Hantiqtonu tənqid edərək onların tezisinə qarşı anti-tezisini ortaya atdı. Ona görə islam və xristianlıq sivilizasiyalararası konfliktdə qarşıdurma tərəfləri olaraq istifadə oluna bilməz. Əksinə islam və xrsitianlığın təcrübələri tarix boyunca bir-birindən ayrılmaz şəkildədir. Hətta bunlar tək bir sivilizasiya olaraq görülə bilər(4).
Ədəbiyyat
1. Barry Brain, Culture and Equality: An Egalitarian Critique of Multiculturalism, Oxford, Polity Press, 2001.
2. Bauman Zigmunt Bauman, Modernity and Ambivalence, Cornell University Press, 1991.
3. Benhabib S, The Claims of Culture: Equality and Diversity in the Global Era, Princeton University Press.
4. Bulliet Richard, The Case for İslamo-Christian Civilization, New York Columbia University Press, 2004.
5. Bunnin Nicholas, Yu Jiyuan, Ethics``, The Blacküell Dictionary of Western Philosophy, Blacküell Publishing, 2004.
6. Kymlicka Will, Multicultural Citizenship: A Liberal Theory of Minority Rights (Oxford: Oxford University Press, 1995,.s. 25-26.
7. Huntiqton Samuel, “The Clash of Civilizations”, Foreign Affairs, Summer 1993, s. 25-29.
8. Habermas Jurgen, Citizenship and National Identity, The Condition of Citizenship, ed. Bart van Steenbergen, 1995.
9. Malik Kenan,(2002). Against Multiculturalism. New Humanist Online, http://www.kenanmalik.com/essays/against_mc.html
10. Мамедзаде И. , О философии мультикультурализма, Вопросы философии. 2016. № 10.
http://vphil.ru/index.php?option=com_content&task=view&id=1504&Itemid=52
11. Rawls John, A Theory of Justice, Cambridge, Massachusetts: Belknap Press of Harvard University Press, 1971. s.131.
12. Rockfeller Steven C, Spirit and Nature -- Why the Environment Is a Religious Issue: An Interfaith Dialogue. Edited by Steven C. Rockefeller and John C. Elder. Beacon Press, s. 205.
13. Taylor Charles, Multiculturalism and “The Politics of Recognition”, Princeton University Press, 1992. s.15-23.
Açar sözlər: multikulturalizm, etika, demokratiya, mədəniyyət, universal, identiklik.
Key words: multiculturalism, ethics, democracy, culture, universal, identity.
Ключевые слова: этика, демократия, культура, универсальная идентификация
Резюме
Некоторые этические аспекты
мультикультурализма и этики
В статье анализируются философские основы мультикультурализма и этики. Универсально-этнические принципы, такие как справедливость, религия, расовая принадлежность и гендерные аспекты, вытекают из этических принципов культурного разнообразия. В этом смысле в статье подчеркивается важность постмодернистской этики.
Resume
Some ethical aspects of multiculturalism and ethics
The article analyzes the philosophical foundations of multiculturalism and ethics. Universal ethical principles derive the relationships of cultural diversity with ethics. In this sense, the importance of postmodern ethics is highlighted in the article.
"GEOSTRATEGİYA" jurnalı №05 (41) SENTYABR-OKTYABR 2017
Taleh Əhmədov
AMEA Fəlsəfə İnstitutu
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM