MİLLİ İQTİSADİYYAT SAHƏLƏRİNİN İNNOVASİYALAŞDIRILMASININ STRATEJİ ASPEKTLƏRİ

12:00 / 22.01.2018

Müasir dövrdə milli iqtisadiyyatın davamlı inkişafının və dayanıqlı strukturunun təmin edilməsi problemləri kifayət qədər aktuallığı ilə diqqət çəkir. Qlobal təhlükələrin artdığı bir şəraitdə, dünya iqtisadi proseslərinin yeni çağırışlarının sürətləndiyi bir vaxtda milli iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi və onun ayrı-ayrı sahələrinin modernizasiya edilməsi, fəaliyyət mexanizmlərinin yenilənməsi, strateji hədəflərin müəyyənləşdirilməsi vacib məsələlər kimi xarakterizə olunurlar. Bu proseslərdə səmərəliliyin təmin edilməsi və milli iqtisadiyyatın inkişafının intensivləşdirilməsi üçün mühüm və effektiv istiqamətlərdən biri milli iqtisadiyyatın innovasiyalaşdırılmasının təmin edilməsidir. Milli iqtisadiyyatın əsas mexanizmlərinin məhsuldarlığı və onun ayrı-ayrı sahələrinin fəaliyyətinin gücləndirilməsi texnologiyaların yenilənməsini, əsas fondların təzələnməsini, daha məhsuldar və rəqabət qabiliyyətli mexanizmlərinin dövriyyəyə cəlb edilməsini, istehsal-texnoloji münasibətlərin müasir tələblər səviyyəsində təşkilini, yüksək texnologiyalara əsaslanan innovasiya texnologiyalarının və innovasiya sistemlərinin tətbiqini şərtləndirir. İqtisadi proseslərin və iqtisadi institutların fəaliyyətinin təkmilləşdirilməsi, innovatik mexanizmlərin əsasında yenilənməsi milli iqtisadiyyatın və onun ayrı-ayrı sahələrinin inkişafında yeni səhifələr açmaqla bərabər, həm də iqtisadiyyat sahəsinin kəmiyyət və keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olmasına imkan verir[1]. Dünya ölkələrinin bir qrupunda iqtisadiyyatın innovasiyalaşdırılmasına strateji baxışlar və strateji yanaşmalar milli iqtisadiyyatın inkişafının məhsuldar modelləşdirilməsinə uzunmüddətli zəmin yaratmış və dünya bazarlarında üstünlük qazanmağa imkan vermişdir. Bundan əlavə, elmi-texniki potensialdan səmərəli istifadə hesabına milli iqtisadiyyatın müxtəlif sahələrində yüksək məhsuldarlığa malik fəaliyyət istiqamətlərinin inkişafının reallaşdırılırmasında innovasiya amilindən istifadə mühüm əhəmiyyət kəsb edir[2]. ABŞ və Qərbi Avropa ölkələrində son 20-30 il ərzində hər 10 ildən bir mühüm texnoloji avadanlıqlar və texnologiyaların özü tamamilə yenilənir və bu səbəbdən həmin ölkələrdə yüksək texnologiyaların işlənməsi, tətbiqi və yeni innovatik məhsulların alınması məsələləri strateji səviyyədə baxılır. Şübhəsiz, milli iqtisadiyyatlarını yenicə müstəqil mexanizmlər üzərində formalaşdıran ölkələrdə bu səviyyəyə çatmaq üçün müəyyən dövr, təcrübə və külli miqdarda maliyyə resursları tələb olunur. Digər tərəfdən, texnoloji baxımdan və innovatik konteksdən çıxış etməklə qeyd edək ki, yüksək texnologiyaların əldə edilməsi, işlənməsi, tətbiqi, innovatik funksiyaların və xüsusilə nanotexnologiyaların alınması və tətbiqinə uzun illər, məqsədli proqramlar, davamlı güclü maliyyə resursları lazım gəlri və bu problemləri həll etmək heç də asan məsələ deyildir. Amma, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və dinamik inkişafının təmin edilməsi prioritetləri bu istiqamətdə konseptual yanaşmanı və strateji aspektlərin ciddi baxılmasını şərtləndirir. Tədqiqatçı İ.Nikiforov bildirir ki. Müasir dövrdə innovasiya fəaliyyəti iqtisadi artımın, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsinin və ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin əsas strateji aspektlərinin biri kimi çıxış edir. İnnovasiya proseslərinin effektivliyi onların tətbiq olunan sahədə yüksək məhsuldarlığa imkan verməsi və istehsal olunan məhsulun dünya bazarlarına çıxış imkanlarının artması ilə daha da yüksəlir[3]. Əvvəldə qeyd etdiyimiz kimi, Qərbi Avropa ölkələrində iqtisadiyyat sahələrinin innovasiyalaşdırılmasına yüksək səviyyədə strateji yanaşma təmin edilir və bunun nəticəsində həmin ölkələrin əksəriyyətinin milli iqtisadiyyatları əsasən innovasiyalaşdırılmışdır, həmin proseslər hazırda Avropa Birliyini əhatə etmişdir. Avropa Birliyi ölkələrində iqtisadiyyatın bütün sahələrinin inkişafının stimullaşdırılması məqsədilə ümumiqtisadi xarakter daşıyan mexanizmlərin tətbiqinə geniş yer verilir, sahibkarlıq fəaliyyətinin innovasiyalaşdırılıması əhəmiyyətli səviyyədə stimullaşdırılır. İqtisadiyyatın rəqabətqabiliyyətinin artırlması üçün xüsusi və məqsədli innovasiyalaşdırılma tədbirləri həyata keçirilir. Son illərdə isə Avropa Birliyi üzrə ümumi innovasiya siyasəti formalaşdırılmış və milli innovasiya sistemi formatı bütövlüdə bütün Avropa Birliyi ölkələrini əhatə etmək şərtilə təkmilləşdirilmişdir. Bu Birliyin ölkələrində innovasiyalaşdırma siyasətinin əsasında iqtisadiyyatın ayrı-ayrı sahələrinin innovasiya klasterləri vasitəsilə inkişafına üstünlük verilməkdədir və Avropa Klaster Alyansı özündə 50-dən çox strateji partnyorları, məsələn innovasiya agentliklərinini, nazirliklər və yerli hakimiyyət strukturlarını birləşdirir[4]. Belə olduğu halda milli innovasiya sistemlərinin səmərəli təşkili, iqtisadiyyat sahələrinin innovasiyalaşdırılması problemlərinin həll edilməsi, bu proseslərin milli və regional aspektlərinin ciddi nəzərə alınması, xüsusi və məhsuldar innovasiya strukturlarının - innovasiya zonalarının, innovasiya klasterlərinin səmərəli təşkilinə əlverişli şərait yaranır. Bir çox dünya ölkələrində milli iqtisadiyyatın sahələrinin innovasiyalaşdırılmasının sürətləndirilməsində xüsusi iqtisadi zonalardan və elmi-texniki parklardan da fəal istifadə olunur[5]. Bu proseslər xüsusilə Cənubi-Şərqi Asiya ölkələrində daha geniş inkişaf etmişdir. Çin, Sinqapur, Cənubi Koreya kimi ölkələrdə innovatik funksiyaların tətbiqinin genişlənməsində azad iqtisadi zonalardan və texnoparklardan kifayət qədər yüksək məhsuldarlıqla istifadəyə nail olunmuşdur. Həmin ölkələrdə yüksək texnoloji əsaslı iqtisadiyyat sahələrinin yaradılmasında və milli iqtisadiyyatın innovasiyalaşdırılmasının sürətləndirilməsində innovasiya zonalarından, innovasiya yönümlü elmi-texniki və texnoloji parklardan, innovasiya klasterlərindən geniş istifadə olunmaqdadır[6].
Qeyd edək ki, milli iqtisadiyyat sahələrinin innovasiyalaşdırılmasının strateji aspektlərinin kompleks və sistemli baxılmasında milli maraqları nəzərə alan innovasiya mexanizmlərinin və innovasiya sisteminin formalaşdırılması vacib şərtlərdəndir. Dövlət bu proseslərdə nə qədər çox fəallıq göstərərsə, özəl sektorla əməkdaşlıq üçün dəstək mexanizmləri formalaşdırarsa, bir o qədər yüksək nəticələrin əldə edilməsi mümkünləşər. Xüsusilə, keçmiş SSRİ-nin süqutundan sonra formalaşmış yeni müstəqil dövlətlərdə milli iqtisadiyyatın strukturunun modelləşdirilməsi və təkmilləşdirilməsində innovasiya amilinə daha ciddi önəm verilməlidir. İlk növbədə bu dövlətlərdə, o cümlədən Azərbaycanda innovasiya fəaliyyətinin güclü qanunvericilik bazası və maddi-texniki təminatı - infrastrukturunun yaradılması təmin olunmalıdır[7]. Məsələn, Rusiyada elmi-texniki inkişafın heç də zəif olmadığı məlumdur, amma Rusiya hələlik bu sahədə, xüsusilə milli iqtisadiyyatın innovasiyalaşdırılmasında Qərbi Avropa ölkələri ilə rəqabət aparmaq səviyyəsinə tam çata bilməmişdir. Bununla belə, Rusiyada son on ildə innovasiya təyinatlı və yönümlü iqtisadiyyat sahələrinin inkişaf etdirilməsi üçün “dövlət-özəl sektor” əməkdaşlığı xeyli genişlənmişdir. Rusiyada innovatik proseslərin sürətlənməsinə baxmayaraq, bu ölkədə bazar iqtisadiyyatı mexanizmlərinin dərin inkişafı təmin olunmadığından, hələlik innovasiya proseslərinin səmərəliliyinin tam mənada artırılması mümkün olmur. Belə ki, bu proseslər qeyri-sabit iqtisadi şəraitdə gedir və həmin proseslərin sabitləşdirilməsi, təkmilləşdirilməsi, sahibkarlıq sektorunda elmi-texniki fəaliyyətin gücləndirilməsinə mane olan problemlərin aradan qaldırılması tez bir zamanda həll edilməlidir[8]. Bu problemlərin aradan qaldırılması üçün dövlət özünün təkmilləşdirilmiş innovasiya siyasətini formalaşdırılmalı və xarici bazarda yüksək rəqabətə malik innovasiya məhsullarının istehsalının genişləndirilməsini təmin etməlidir[9]. Keçmiş sovet respublikalarından olan Ukrayna və Belorusda da milli iqtisadiyyatın innovasiyalaşdırılması üçün aparılan tədbirlər də hələlik yüksək nəticələrə gətirib çıxarmamışdır. Belorusda innovasiya fəaliyyətinin inkişafına dövlət dəstəyi güclü olsa belə, özəl sektorda innovasiya prosesləri hələlik intensivləşmiyib. Bunun əsas səbəbləri sırasında ölkədə bazar iqtisadiyyatı mexanizmlərinin dərindən inkişaf etməməsi, innovatik biliklərin zəif mənimsənilməsi, müəssisələrin innovasiyaların inkişafı üçün maliyyə vəsaitinin məhdud olması və bütövlükdə ölkə üzrə innovasiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələrinin zəifliyi daha çox diqqət çəkir. Ukraynada isə müxtəlif iqtisadiyyat sahələrinin innovasiyalaşdırılmasına ilk növbədə maliyyə resursları çatışmır və investisiyaların yatırılması prosesləri isə zəifdir. Ukrayna müəssisələrinin Avropanın innovasiya mərkəzləri və innovasiya kompaniyaları ilə əlaqələrinin genişləndirilməsi potensialınan lazımınca istifadə edilməməsi də, bu ölkədə innovasiyaların inkişafını ləngidən səbəblərdəndir[10]. Azərbaycanla iqtisadi inkişaf və iqtisadi sistemlərinin oxşarlığı baxımından nisbətən yaxın olan MDB ölkələrindən Rusiya və Qazaxstanda innovasiyalaşdırılma proseslərinin yaxın prespektivdə az da olsa intensivləşəcəyi proqnozlaşdırılır və fikrimizcə, daha çox bu ölkələrin innovasiya mərkəzləri ilə əlaqələr genişləndirilməli və birlikdə dünya təcrübəsindən yararlanmağın maksimum səmərəli modellərinin seçilməsinə nail olunmalıdır. Bu baxımdan ölkəmizdə milli innovasiya sisteminin inkişafına mane olan problemlərin sistemləşdirilməsi və həlli istiqamətində müəyyənləşdirilmiş strateji hədəflərin reallaşdırılması istiqamətində tədbirlər sürətləndirilməlidir. Avropa yenidənqurma və inkişaf bankının qiymətləndirməsinə görə Azərbaycanda hazırki şəraitdə istehsal sahəsində fəaliyyət göstərən kompaniyaların cəmisi 5% də innovasiyalar tətbiq edilir[11]. Ölkəmizdə innovasiyaların tətbiqi və genişləndirilməsi üzrə iri layihələr təkcə hasilat sənayesi ilə kifayətlənməməli, milli iqtisadiyyatın qeyri-neft sahələrinin innovasiyalaşdırılması prosesləri sürətləndirilməlidir. Innovasiyaların tətbiqinin genişləndirilməsi üçün stimullaşdırıcı mexanizmlər hazırlnmalı və reallaşdırılmalıdır[12]. İnnovasiya fəaliyyətinin Azərbaycanda starteji istiqamətlərdən biri kimi qəbul edilməsinə baxmıyaraq, bu sahədə dövlət siyasətinin təkmilləşdirilməsi və daha məhsuldar mexanizmlərin işlənib hazırlanması zərurətidə qalmaqdadır. Professor R.Cəbiyev bildirir ki, innovasiya sahəsində dövlət siyasətinin mühüm vəzifələrindən biri rəqabət qabiliyyətli məhsulların buraxılmasını və istehsalın effektivliyinin artırılmasını təmin edən elmi texniki və innovatik inkişafın prioritetlərinin müəyyənləşdirilməsi, həm də həyata keçirilməsidir[13]. Bu baxımdan, yaxın perspektivdə ölkəmizdə milli iqtisadiyyatın müxtəlif sahələrinin innovasiyalaşdırılması proseslərini sürətləndirilməsi vacib məsələlər kimi diqqət çəkir. Bu məqsədlə, əvvəldə qeyd etdiymiz kimi istehsal sahələrinin innovasiyalaşdırılmasının stimullaşdırılması və innovasiya potensialından daha səmərəli istifadə təmin olunmalıdır. “Azərbaycan 2020: gələcəyə baxiş” İnkişaf konsepsiyasında qeyd olunur ki, innovativ sahibkarlığın inkişaf etdirilməsi və yeni fəaliyyət növlərinin və məhsullarının inkişafı üçün əlverişli mühit yaradılması ilə yanaşı, qabaqcıl texnologiyaların transferi və mənimsənilməsi istiqamətində tədbirlərin gücləndirilməsi, elmtutumlu məhsulların və texnologiyaların işlənməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonaları yaradılması da nəzərdə tutulur. Bu baxımdan, müvafiq normativ hüquqi baza hazırlanaraq qəbul ediləcək, innovativ sahibkarlığın və biliklərə əsaslanan iqtisadiyyatın inkişafını təmin etməkdən ötrü İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun fəaliyyətinin təşkili nəzərdə tutulur[14]. Şüphəsiz, bu tədbirlərin reallaşdırılması ölkəmizdə innovasiya fəaliyyətinin genişləndiriliməsinə və iqtisadiyyatın ayrı-ayrı sahələrinin innovasiyalaşdırılmasının intensivləşdirilməsinə imkan verəcəkdir. Ancaq hələlik ölkəmizdə innovasiya məhsullarının həcmi cüzidir və iqtisadiyyat sahələrində innovasiya məhsullarının çeşidi məhduddur. 2015-ci ilin yekunlarına görə ölkəmizin sənaye müəssisələrində yenilik səviyyəsinə və iqtisaiyyat fəaliyyət növlərinə görə innovasiya məhsulunun həcminə nəzər salsaq, görərik ki, il ərzində əhəmiyyətli dəyişikliklərə məruz qalmış və ya yeni tətbiq olunmuş məhsulun həcmi cəmisi 930 min manata yaxın olmuşdur. Halbuki, bu göstərici 2012-ci ildə 23,1 mln manat, 2013-11,6 və 2014-cü ildə 12,3 mln manat təşkil etmişdir. Təəssüf ki, 2014-2015-ci illər ərzində ölkənin kimya və toxuculuq sənayesində, neft məhsullarının emalı sahəsində, tikinti materiallarının istehsalında və əksər qeyri-neft sektoru sahələrində innovasiya məhsullarının alınması təmin edilməmişdir[s.91,15]. Ölkədə innovasiya fəaliyyətinin genişləndirilməsi və iqtisaiyyat sahələrində innovatik məhsulların alınması mexanizmləri bir daha baxılmalı və adelvat tədbirlər götülməlidir. Belə ki, Milli iqtisaiyyat və iqtisaiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezdentinin 6 dekabr 2016-cı il tarixli Fərmanında qeyd olunur ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir[16]. Bu mühüm Fərmanda yer almış strateji yol xəritələrinin həyata keçirilməsində innovasiya fəaliyyətinin gücləndirilməsi mühüm məsələlərdən biri kimi diqqət çəkir və yaxın perspektivdə bir sıra strateji vəzifələrin yerinə yetirilməsi təmin olunmalıdır:
-ilk növbədə, ölkədə milli iqtisadiyyatın innovasiyalaşdırılmasıma konseptual yanaşma yenilənməli və strateji yol xəritələrinin strateji hədəflərinə adekvat olaraq, innovatik inkişafın prioritet istiqamətləri və hədəfləri müəyyənləşdirilməlidir;
-milli iqtisadiyyat sahələrinin innovasiyalaşdırılması mexanizmləri işlənib hazırlanmalı, stimullaşdırıcı mexanizmlər təkmilləşdirilməli, bu sahələrə xarici investorların və texnoloji kompanyiyalrın cəlbinin sürətləndirilməsi təmin edilməlidir və s.

 


ƏDƏBİYYAT
1. Aliyev Sh.T. Importance of Special Economic Zones in Innovation of National Economics. Pensee multidisciplinary journal – Paris, France (IF = 0,063 – by Thomson Reuters), 2014, Vol.76, Issue, 11.-P. 12-20.
2. Nəcəfov Z. M. İnnovasiya strategiyasında klasterlər // AMEA Xəbərləri. Elm və innovasiya seriyası, №1-9, 2012.- S.10-15.
3. Никифоров И.К. Инновационная деятельность как фактор развития экономических систем. Дисс. канд. экон. наук. Улан-Удэ, 2004.-124 с.
4. Захарова Н. В. Формирование инновационной экономики и инновационных систем стран Европейского союза. Дисс. д-ра экон. наук. Москва, 2010.-380 с.
5. Яliyev Ш.T. Xцсуси игtисaди зoнaлaрин tяшkили вя инkишaф пeрспektивляри. Игtисaд eлmляri дoktoру dиссeрtaсийası. ADİU, Бakы - 2015- 359 s.
6. Нга Ф.Т. Теория и практика перехода на инновационно-ориентированную модель развития экономики в странах Юго-Восточной Азии. Дисс. канд. экон. наук, Москва, 2008.
7. Алиев Ш.Т. Вектор специальных экономических зон в инноватизации//Журнал «Инновационная деятельность», Саратов, № 4 (13), 2010.-C. 7-11.
8. Семенова А.А. Создание национальной системы управления инновационной деятельностью: теория и методология. Дисс. д-ра экон. наук. Москва, 2005.-312 с.
9. Окружко В.Я. К разроботке программы долгосрочного социально – экономического развития России. Проблемы перехода к инновационной экономике // Евразийский международный научно – аналитический журнал «Проблемы современной экономики», №4(32), 2009.
10. Клименко А. Инновационная развитие аграрного сектора экономики Украины // Progress in economic Sciences Nr1(2014), P.29-43.
11. EBRD: В Азербайджане только 5 % действующих компаний применяют инновации в производстве. http://www.abc.az.
12. Мамедзаде Э. Глобальные вызовы и формирование инновационной экономики в Азербайджане // Институт центральноазиатских и кавказских исследований Швеции и Института стратегических исследований Кавказа Азербайджанской Республики. CA&CC Press® AB. Central Asia & Central Caucasus Press AB, 2014. http://www.ca-c.org.
13. Джабиев Р. Развитие инновационной сфры – одно из приоритетных направлений государственной политики Азербайджана. http://www.1news.az.
14. Azərbaycan 2020: gələcəyə baxiş. İnkişaf konsepsiyasi. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. http://www.president.az/files/future_az.pdf.
15. Azərbaycan sənayesi. Statistik məcmuə. Bakı, 2016.-344 s.
16. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 6 dekabr 2016-cı il/ http://www.president.az.

 

Açar sözlər: milli iqtisadiyyat, milli iqtisadiyyat sahələrinin innovasiyalaşdırılması, strateji yol xəritələri, strateji aspektlər, innovasiya, innovasiya funksiyaları, yüksək texnologiyalar.

Ключевые слова: национальная экономика, инноватизация сфер национальной экономики, стратегические дорожные карты, стратегические аспекты, инновация, инновационные функции, высокие технологии.

Key words: national economy, innovation spheres of national economy, strategic road maps, strategic aspects, innovation, innovative functions, high technologies.


Резюме
Стратегические аспекты инноватизации сфер национальной экономики
В статье исследованы стратегические аспекты инноватизации сфер национальной экономики. Анализированы спецификация и сущность инноватизаций отдельных сфер национальной экономики, их значимость. Обоснована важность расширения применения инновационных функций и ускорения инноватизаций в целом национальной экономики страны. Раскрыты эффективность инноватизаций отдельных сфер национальной экономики и их модеринизация. В конце статьи дан ряд предложений и рекомендаций по стратегическим аспектам инноватизации сфер национальной экономики в современных условиях.

Summary
Strategic aspects innovation spheres of national economy
The strategic aspects innovation spheres of the national economy are explored in the article. The specification and essence innovation separate spheres of the national economy, their importance are analyzed. The importance of the expansion of the use of innovative features and acceleration innovation the whole of the national economy is proved. The efficiency innovation separate spheres the national economy and their modernization is disclosed. A number of proposals and recommendations on the strategic aspect of innovation spheres of the national economy in modern conditions are given at the end of the article.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017


Lalə Mahmudova
İqtisad üzrə fəlsəfə doktoru



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM