ABŞ-da federal səviyyədə uşaq siyasətinin mühüm cəhətləri

08:38 / 24.01.2018

İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın daxili siyasətində, xüsusilə sosial sahədəki siyasətində mühüm yeniliklər və dəyişikliklər özünü göstərməyə başladı. Ailə və uşaq siyasətində uzunmüddətli tədqiqatlar və göstəricilər nəzərə alınmağa, bunun nəticəsi kimi ailə və uşaq siyasətində inkişafı təmin etmək üçün müxtəlif qanunvericilik aktlarının, sosial layihə və proqramların qəbul olunmasına, inkişaf mexanizminin hazırlanmasına başlandı. Bu dövr üçün xarakterik olan cəhətlərdən biri də artıq ailə və uşaq siyasətinin sosial siyasətin tərkibində ayrıca qeyd edilməsi, qəbul edilən qanunvericilik aktları, hazırlanan proqram və layihələrin adlandırılmasında birbaşa müraciətin olması idi. XX əsrin ikinci yarısının əvvəllərində ABŞ-ın uşaq siyasətinin qarşısında bir sıra prioritetlər dayanırdı. Bunların arasında uşaqların sağlamlıq və təhsil problemləri, onlara qarşı zorakılığın qarşısının alınması, uşaqlara qayğı ilə əlaqədar valideyinlərə, xüsusilə aztəminatlı və tək valideyinlərə dəstəyin göstərilməsi və bu məsələlərlə bağlı qanunvericilik aktlarının işlənilib hazırlanması idi (2, s.148).
Bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, ABŞ-da federal səviyyədə sosial siyasətin tam olaraq effektivliyinə təsir edən obyektiv maneələr vardır. Məlum olduğu kimi ABŞ-ın hər bir ştatı özlüyündə dövlət sayılır və onların öz hökumətləri, qanunvericilik sənədləri mövcuddur. Bu isə öz növbəsində federal qanunvericliyin qəbul olunmasında, habelə müxtəlif proqram və layihələrin tətbiq olunmasında özünəməxsusluğun olmasını tələb etməklə yanaşı, həyata keçirilmə prosesi və surətini ləngidir. Bununla yanaşı nəzərə alınmalıdır ki ABŞ-ın siyasi sitemində iki böyük partiya hökmranlıq edir. Sosial siyasət sahəsində və onun tərkib hissəsi kimi uşaq siyasətində bu iki partiyanın fərqli proqramları mövcud idi. Belə ki, XX əsrin ikinci yarısında Respublikaçılar partiyası uşaq siyasətində ailələrə birbaşa, individual yanaşma və dəstəyi (uşaqlara qayğı üçün subsidiyaların və vergi kreditlərinin verilməsi və s.) üstün tuturdusa, Demokratlar partiyası xüsusi proqramların yaranması və təminatında birbaşa olaraq hökumətin iştirakına üstünlük verirdi.
Qeyd edilən dövrdə sosial təminatın yaxşılaşdırılması, xüsusilə qadınların işləmək imkanlarının artırılması da uşaq siyasətinə müsbət nəticələrini vermişdi. 1960-cı ildə öhdəsində alt yaşdan aşağı uşaq (və ya uşaqlar) olan anaların üçdə biri işlə təmin olunmuşdu ki, 1996-cı ilə kimi bu göstərici silsilə üzrə üç dəfəyə yaxın artmışdı. Üç yaşına qədər uşaqları olan anaların da əmək qabililiyyətliliyində oxşar mənzərə müşahidə olunurdu. Bu mənada 1996-cı ildə qəbul edilmiş “Şəxsi məsuliyyətlər və iş imkanları haqqında” qanunvericilik aktının yaratdığı imkanlar olduqca təqdirəlayiq idi (2, s.195).
1989-cu ildə tətbiq edilən “Milli təhsil məqsədləri Paneli” məktəb yaşına çatmayan uşaqların təhsil məsələləri üzrə ümumiləşdirilmiş proqram və layihələrdən ibarət idi. Qarşıya qoyulmuş məqsədə görə 2000-ci ilə qədər ABŞ-ın bütün ştatları üzrə məktəb yaşına çatmış uşaqlar artıq oxumağa və yazmağa hazır olmalı idilər. 1980-1990-cı illərdə bu istiqamətdə müzakirələrin mərkəzində cari sahə üzrə aparılmış tədqiqatların nəticəsi idi. Belə ki, təhsil mütəxəssisləri əminliklə qeyd edirdilər ki, uşaqların uğurlu təhsili üçün məktəbəqədər tədris sisteminin mükəmməlləşdirilməsinə ehtiyac vardır. Aşağı gəlirli ailələrdə böyüyən milyonlarla uşaq isə ilkin qayğı və təhsildən kənar qalmış hesab edilirdi (6, s.148).
Erkən təhsil problemlərinin həllində hökumətlə yanaşı digər mənbə ictimai investisiyaların qoyulması ilə səmərəli, daha qənaətli proqramların qeyri-hökumət təşkilatları tərəfindən işlənilib hazırlanması idi. Bu proqramlar əhalinin müxtəlif yaş və sosial qruplarını əhatə edirdi. Uşaq bağçalarında olan uşaqlar üçün erkən təhsil proqramlarının hazırlanması da ictimai əsaslı layihələrə daxil idi. İctimai əsaslı erkən təhsil layihələri əsasən ilkin olaraq aşağı gəlirli və “risk altında olan” ailə və uşaqları nəzərdə tuturdu. Bütün bu işlər “Uşaqların Erkən Təhsil və Qayğı Siyasəti” adlanırdı.
“Əsas başlanğıc” kasıb və həssas təbəqəyə məxsus uşaqları hədəfə alan, onların təhsil məsələlərinin həlli istiqamətində hazırlanan və federal siyasətin bu sahədə başlıca təşəbbüsü hesab edilən proqram idi. 1965-ci ildə prezident Jonson Adminstrasiyası tərəfindən işlənilmiş “Kasıblıqla müharibə”, “Əsas başlanğıc” proqramları uşaqların fiziki, zehni sağlamlığı, sosial xidmətlər, qida təchizatı və valideynlərin iştirakı məsələləri üzə 1998-ci ildə yenidən layihələndirilmişdi. Bu proqram federal büdcə tərəfindən maliyyələşdirilirdi. Onun tərkibinə onlarla eyniməzmunlu və ya bənzərməzmunlu layihələr daxil idi. Qarşıya qoyulmuş məqsədlərdən biri də ümumilikdə ailələrin savadlılığını artırmaq idi. “Əsas başlanğıc” federal hökumətin 35 illik tarixə malik təşəbbüsü kimi xarakterizə edilir. Güclü yerli və ictimai əsasları olan, əsasən anti-yoxsulluq mahiyyəti daşıyan bu proqram ABŞ-ın Sağlamlıq və İnsan Xidmətləri Departamenti tərəfindən idarə olunurdu. Federal büdcədən maliyyələşən bu proqramın maliyyə ehtiyatı 1999-cu ildə 4.7 milyard dollar təşkil edirdisə 2000-ci ildə 5.27 milyard dollara bərabər idi. Bu proqramda əsas məsələlərdən biri də uşaq bağçalarına qədərki dövrdə qayğı (körpələr nəzərdə tutulur), sağlamlıq məsələlərində əhalinin ümumi yaşayış göstəricilərindən aşağı olan ailələrə müxtəlif dəstəklərin göstərilməsi idi. Bu dəstək ev əsaslı və hər hansı uşaq qayğı mərkəzində olan uşaqları nəzərdə tuturdu. 1995-ci ildən 1998-ci ilə kimi öhdəliyində körpə uşaq və uşaqları olan, həmçinin hamilə qadınlara verilən maddi dəstək üzrə federal büdcədən ayrılmaların miqdarı 47.2 milyon dollardan 279 milyon dollara qədər yüksəlmişdi (5, s.60).
Statistik məlumatlara əsasən 1997-ci ildə afrika mənşəli amerikalıların 40%-i, latın mənşəlilərin 38%-i, ağdərililərin və qeyri-ispan mənşəlilərin 13%-i əhalinin ümumi yaşayış göstəricilərindən aşağı səviyyədə olan ailələrdə yaşayırdı. ABŞ üzrə bu sahədə orta göstərici 22.0% hesab edilirdi. Maddi rifahın nəticələri kimi 1995-ci ildə altı yaşa qədərki uşaqların 60%-i ictimai əsaslarla fəaliyyət göstərən və ya özəl uşaq bağçalarında deyil ev şəraitində, qohum və yaxınların himayəsində, ailə, uşaq qayğı evlərində və mərkəzlərində məktəbəqədərki təhsilə cəlb edilmişdi. 1993-cü il öhdəsində yeni doğulmuş və beş yaşına qədər uşaq və uşaqların olduğu işləyən ailələrin əksəriyyəti uşaq qayğı mərkəzlərinə həftəlik 74 dollar məbləğində maliyyə vəsaiti ödəyirdi. ABŞ-ın Siyahıyaalma Bürosunun 1995-ci ilə olan məlumatına əsasən əgər maddi rifahları normal olan ailələr gəlirlərinin cəmi 7%-ni uşaqların saxlanılmasına sərf edirdisə, digər ailələr bu məqsədlə gəlirlərinin 18%-ni xərcləməli olurdu (5, s.11).
Kifayət qədər böyük ərazisi olan ABŞ-ın əhalisinin XX əsrin son üç dekadasında illik artımı 1%-dən yuxarı hesablanırdı. Belə ki, statistik göstəricilərə əsasən 1975-ci ildə 1999-cu ilin oktyabr ayına kimi əhalinin sayında 220 milyondan 274 milyona qədər artım baş vermişdi ki, bu göstərici Avropanın əksər ölkələri ilə müqayisədə yüksək sayılsa da, qərb sivilizasiyası hesab edilməyən digər ərazilərə nisbətən xeyli dərəcədə aşağı idi. Qərb sivilizasiyalarına xarakterik olan əhalinin yaşlanması prosesi ABŞ üçün də bənzər göstəricilərə malik idi. Bu tendensiya bütövlükdə XX əsrin II yarısında davam etmişdi və əgər 1960-cı ildə əhalinin 65 yaşın üzərində olan təbəqəsi ümumi əhalinin 9.2%-ni təşkil edirdisə 1997-ci ildə bu göstərici 12.0%-ə bərabər idi. Ancaq uşaqlar üçün bu göstəricilər əkslik təşkil edirdi. Belə ki, qeyd edilən illər üzrə 15 yaşa qədər uşaqların əhalinin ümumi sayına olan nisbəti 31.0%-dən 22.3%-ə qədər azalmışdı. Təkcə onu qeyd etmək yetərlidir ki, XX əsrin son on ili ərzində (1990-1999-cu illər) beş yaşına çatmamış uşaqların müvafiq göstəriciləri 7.6%-dən 6.9%-ə kimi (Kolorodo, Şimali Karolina, Ohayo kimi bəzi əyalətlər istisna olmaqla) enmişdi. Eyni zamanda onu da bildirməliyik ki, əhalinin etnik, dil və mədəni müxtəlifliyi üzrə uşaqların artım göstəricilərində fərqlilik müşahidə olunurdu. Belə ki, 1998-ci ilin statistik məlumatlarına əsasən ABŞ-da 15 yaşına çatmamış uşaqların 65%-i ağdərili, 15%-i qeyri-ispan, 15% afrika mənşəlilər, 5%-ni isə ispan mənşəlilər təşkil edirdi. Bu baxımdan əsrin ortalarına nisbətdə qaradərili, ispan mənşəli ailələrdə uşaqların artımı daha yüksək idi. Əhalinin yaşlanması prosesi ümumilikdə İkinci Dünya Müharibəsindən sonra başlamışdı və hətta 1950-ci ildə Federal hökumət səviyyəsində “Əhalinin yaşlanmasına dair Milli Confrans” keçirilmişdi (5, s.38).
ABŞ-da mental mühitin ənənələri və müxtəlif sosial aktların nəticəsi idi ki, İkinci Dünya Müharibəsindən sonra o, boşanmaların sayına görə dünyada lider idi. Boşanma aktları nəticəsində, eləcə də bir və ya hər iki valideyinin itirilməsi nəticəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial dəstək dövlətin bu sahədə olan siyasətinin əsas prioritetlərindən idi (6, s.98).
Aztəminatlı ailələrə yardımın dövlət üçün prioritet təşkil etməsi, əhalinin qocalmasının qarşısının alınması üçün tədbirlərin, uşaqların təhsil, sağlamlıq problemlərinin həllinə dəstəyin göstərilməsinin vacibliyi federal hökumətin bu sahəyə maliyyə ayrılmalarını artırılmasını təşviq edən səbəblərdən idi. Bu sahəyə ayrılmalar isə əsasən ABŞ-ın Sağlamlıq və İnsan Xidmətləri Departamenti, Təhsil Departamenti tərəfindən idarəçilikə baş tuturdu. Ayrılan maliyyə resurslarının Sağlamlıq və İnsan Xidmətləri Departamenti tərəfindən idarə edilən əsas irihəcmli qrant sistemləri aşağıdakılar idi:
- “Əsas başlanğıc və Erkən Əsas Başlanğıc (uşaqlara təhsil sahəsində dəstəyin göstərilməsi, üç yaşdan beş yaşadək, körpə və üç yaşınadək uşaqları olan aşağı gəlirli ailələrə göstərilən xidmətin inkişafı).
- “Uşaq Qayğı və İnkişaf Fondu” (qazancları ölkə üzrə ümumdaxili məhsulun 85%-dən az olan, valideynləri işləyən ailələr üçün uşaqlara baxım məqsədilə lazım olan subsidiyaları verirdi).
- “Sosial Xidmətlərə Blok Grant” (Sosial Müdafiə aktının XX Başlığına əsasən sosial xidmətlər üçün qrantların verilməsini təmin edirdi).
ABŞ Təhsil Departamentinin nəzarətin və idarəçiliyi ilə isə aşağıdakı qrant sistemləri fəaliyyəti göstərirdi.
- Sosial Müdafiə aktının I Başlıq proqramları (iqtisadi cəhətdən çatışmazlığı olan ailələrin himayəsində olan uşaqlar təhsil alan məktəblərin maliyyələşdirilməsi).
- “Hətta Başlayın” (ailələri maarifləndirmə proqramları).
- İDEA (Əlilliyi Olan Şəxslər üçün Fərdi Təhsil aktında nəzərdə tutulan qaydada qrantların ayrılması.
Digər federal səviyyəli fondlar isə aşağıdakılar idi.
- Qayğıya Bağlı Vergi Krediti (13 yaşadək uşaq və uşaqlara baxımın təmin edilməsi məqsədilə geri qaytarılmayan kreditin verilməsini nəzərdə tuturdu və ABŞ-ın Vergilər Departamenti tərəfindən idarə olunurdu. Bu proqrama əsasən valideynlər bir uşaq üçün baxım xərclərini 2400 dollar, birdən artıq uşaqlar üçün 4800 dollar məbləğində tələb edə bilər və bunun qarşılığında bir uşaqlı valideynlər üçün 720 dollar, birdən artıq uşaqlı valideynlər üçün 1440 dollar məbləğində geri qaytarılmayan vergi krediti ayrıla bilərdi).
- Uşaq və Yetkinlik yaşında olanlar üçün Ərzaq Proqramı (Bu proqrama əsasən lisenziyalı uşaq qayğı mərkəzləri, az gəlirli ailələr üçün qidalanma xərcləri miqdarında subsidiyalar ilə təmin edilirdi. Bu proqrama idarəçiliyi və nəzarəti ABŞ-ın Kənd Təsərrüfatı Departamenti həyata keçirirdi).
- Qayğıya Bağlı Köməklik Planı (Vergi ödəyicisi olan və öhdəsində 0-14 yaşlı uşaq olan valideyinə illik gəlirinin 5000 dollarını vergidən kənar dəyərləndirmək imkanı verirdi. Bu proqrama da ABŞ-ın Vergilər Departamenti idarəçilik və nəzarət edirdi) (5, s.59-61).
Qeyd edilən proqramlar sistemi bütövlükdə böyük maliyyə vəsaitlərini özündə ehtiva edirdi. Misal üçün qeyd etmək olar ki, 1999-cu ildə bu vəsaitlərin ümumi həcmi on milyard yüz milyon manata bərabər idi. Bundan başqa ayrı-ayrı ştatların uşaqlara və uşaqlı ailələrə dəstək məqsədilə onlarla proqramları bu sahədə federal məsuliyyətinin bölünməsini təmin edirdi.
Federal səviyyədə uşaq siyasətini həyata keçirmək üçün görülən işlərdən biri də 1995-ci ildə Uşaq Qayğı Bürosunun və Milli Uşaq Qayğı Məlumat Mərkəzinin yaradılması idi. Bundan başqa qanunvericilik aktlarındakı dəyişikliklər, habelə əlaqəli yeni aktlarının qəbul edilməsi də bu qəbildən idi. Bunların sırasında “Uşaq İstismarının Qarşısının Alınması və Müalicə Aktı” (1974), “Hindi Uşaqların Rifahı Aktı” (1978), “Uşaq İstismarı Qarşısının Alınması, Övladlığa Götürmə və Ailə Dəstəklənməsi Xidmətləri Akt” (1988) “Övladlığa Götürməyə Kömək və Uşaqların Rifahı Aktı” (1980), “Hərbi Uşaq Baxımı Aktı” (1989), “Ailə qorunması və dəstəklənməsi Xidmətləri Proqramı Aktı” (1993), “Övladlığa Götürmə və Ailələrin Qorunması Aktı” (1997), “Uşaq Zorakılığı, Məişət Zorakılığı, Övladlığa Götürmə və Ailə Xidmətləri Aktı” (1992), “Ölkələrarası Övladlığa Götürmə” (2000) kimi qanunvericilik aktlarını qeyd etmək olar (2, s.299). 1960-70-ci illərdə uşaqlara qarşı zorakılıq aktlarının sayında artım statistikasının qeydə alınması “Uşaq İstismarının Qarşısının Alınması və Müalicə Aktı”nın qəbul edilməsi ilə nəticələndi (3, s.70).
XX əsrin sonlarında federal hakimiyyət dairələrində və cəmiyyətdə daha çox müzakirə edilən məsələlərdən biri də ABŞ-da uşaqların tibbi sığortaya cəlb edilməsi məsələsi idi. Bunun səbəblərindən biri də uşaqlar arasında ölüm hallarının faiz etibarilə artması, əhalinin 18 yaşadək olan qisminin azalmasının statistik göstəricilərdə özünü göstərməsi idi. 1987-ci ildən 1994-cü ilə kimi olan müddət ərzində statistik göstəricilərə nəzər yetirərkən tam tibbi sığortaya cəlb edilmiş uşaqların ümumi göstəricilərə nisbətdən 74%-dən 66%-ə kimi azaldığını görürük. Bu zaman eyni zamanda ABŞ əhalisinin sığortalanmasında ailələrin gəlirlərinin təsirinin və hətta irqi ayrıseçkiliyin nümunələrini sezmək mümkündür. Belə ki, müvafiq dövr ərzində ağ amerikalı ailələrdən olan uşaqların 93%-i, qara ailələrdən olanların 88%, ispan mənşəli ailələrdən 79% təşkil edirdi.
Lakin bu sahədə dövlət proqramlarının icrası qısa müddətdə öz müsbət nəticəsini göstərmişdi. Əgər həmin proqramlar çərçivəsində sığortalanmaların həcmi 1987-ci ildə 19% təşkil edirdisə, 1993-cü ildə 23%-ə qədər artım olmuşdu. 1999-cu ilə kimi dövlət tərəfindən sığortalanmada yenidən azalma baş versə də həmin ildən başlayaraq dövlətin bu sahəyə maliyyə ayırmalarının artması ilə sığortalananların faiz göstəriciləri də artmağa başladı. Sığortalamaların növü həmin dövrdə uşaqların yaş göstəricilərindən asılı olaraq dəyişirdi. Daha kiçik yaşda olanların tibbi sığortaya cəlb edilməsi əsasən dövlət proqramları çərçivəsində həyata keçirilirdisə, böyük yaşda olan uşaqların sığortalanmasında özəl sığortalama sistemi üstünlük təşkil edirdi (10, s.216).
Ştat tibbi sığortaları işləyən, lakin aztəminatlı sayılan ailələrin övladlarını sığortalamalarını üzərinə götürürdü. Müvafiq qanunvericilik aktı 1997-ci ildə prezident C.Klinton tərəfindən imzalanmış “Sosial təminat haqqında” qanun kimi tanınmışdır. Bu qanunun hazırlanmasına ehtiyac Medikeyd proqramı üzrə dəstəklənmək üçün tələb olunan aylıq müavinətlərin müəyyən edilmiş yuxarı həddi qədər aylıq qazancı olmayan ailələrin övladlarının sığortalanmaması ilə əlaqədar problemlərin getdikcə böyüməsi idi. Qeyd etmək olar ki, dövlət sığortalanması sahəsində problemlərin həll edilməsi və yeni qanunvericilik aktlarının qəbul olmasında C.Klinton böyük səy göstərmiş, hətta 1993-1994-cü ildə onun həyat yoldaşı H.Klinton da bu işə fəal qoşulmuşdu.
Uşaqlara sosial qayğının göstərilməsi prosesində önəmli məsələlərdən biri də valideyn himayəsindən məhrum uşaqların uşaq mərkəzlərində yerləşdirilməsi idi. Bu istiqamətdə sosial məqsədli ictimai birliklərin fəaliyyəti dövlətin siyasi xəttinə dəstək idi. 1874-cü ildə “Uşaqlara Qarşı Qəddarlığın Önlənməsi Nyu-York Cəmiyyəti”nin yaranması ilə uşaqların müdafiəsi ilə bağlı görüləcək işlərin siqnalı rolunu oynamağa başladı. XX əsrdə bu tip sosial cəmiyyətlərin sayı sürətlə artmağa başladı və artıq əsrin ortalarında 250 belə ictimai qurum fəaliyyət göstərirdi.
1965-ci ildə ABŞ-da yalnız 18 ştatda dövlət tərəfindən təsis edilmiş ictimai əsaslı uşaq bağçaları fəaliyyət göstərirdi. Bu tendensiyanın artması nəticəsində 1970-ci ildə artıq beş yaşınadək olan uşaqların 80%-i ictimai uşaq bağçalarına gedirdi. 2000-ci ildə isə bütün ştatlarda universal tipli uşaq bağçaları fəaliyyət göstərirdi. 1998-ci ilə qədər ştatların 28-i məktəbəqədər təhsil verməyi öhdəsinə götürmüş uşaq bağçaları yaratmışdı.
Azyaşlı uşaqların təhsil, tibbi və sosial problemlərinin dövlət tərəfindən həll edilməsinə köməklik göstərilməsi məsələləri ABŞ-da Uşaqlara Erkən Təhsil və Qayğı Sistemi (ECEC) kimi tanınmışdır. Bu sistemə müxtəlif federal və ştat səviyyəli proqramlar, aktlar daxildir. Əmək marketinqi siyasəti, ictimai (sosial) dəstək siyasəti, təhsil sistemi, uşaqların rifahı siyasəti və uşaq inkişafı araşdırmaları ECEC-in genişləndirilməsi prosesində mühüm rol oynamışdır. Bu sistemin təsir imkanlarının genişləndirilməsində 1996-cı ildə kasıb və tənha analara, həmçinin uşaqlara sosial dəstək və yeni ictimai kömək göstərilməsini nəzərdə tutan və “rifah islahatı” adlandırılan bir sıra qanunvericilik aktlarının müzakirə və qəbulu olmuşdur. “Fərdi məsuliyyət və əmək imkanlarının razı-laşdırılması haqqında Akt”ın (PRWORA 1996) qəbul olunması onu göstərirdi ki, maddi rifahı yaxşı olmayan anaların əksəriyyətinin körpə uşaqlarının olmasına baxmayaraq daha çox işləməyə ehyitacları vardır (2, s.67).
Əlavə olaraq, ECEC-ə daxil olan uşaq qoruma, ailə dəstəkləmə proqramları valideynlik bacarıqlarının inkişaf etdirilməsinə köməklik göstərilməsi məqsədilə uşaqlara qayğının təklif edilməsi, informasiya və təbliğat işlərinin aparılması, həftəlik və ya aylıq ailələrin ziyarət edilməsi (evlərə baş çəkmə) valideynlik siniflərinin fəaliyyət göstərməsi kimi xidmətləri təşkil edilirdi. Onlar ümumilikdə üç yaş altında (daha böyük yaşlı uşaqlar da daxil ola bilərdi) uşaqları olan ailələrə xidmət göstərir, uşaqlara dəstəyi, ailələrə iş və təhsil istiqamətində təlim keçmə sahəsində əlaqələndirmə rolunu oynamağa cəhd edirdilər. Bu proqramlar daha çox az gəlirli insanları (qrupları) hədəf almışdı. Həmin ailələrə xidmət göstərən şəxslər sosial vəzifəli hesab olunurdular. Bu baxımdan ilk olaraq ananın qazancı ailənin dolanışığında əsas pay sahibi olduğu ailələrə və ya tək valideynli ailələrə müraciət edilirdi. Yoxsul (kasıb) analar övladlarını anadan olmasının üç aylı-ğından daha tez qayğı müəssisələrinə yerləşdirə bilərdilər (1, s.128).
1995-ci ildə uşaqların müdafiəsi, sosial dəstək, övladlığa götürülmə və s. kimi məsələlərə həsr olunan proqramlara federal diqqətin nəticəsi idi ki, bu sahəyə ayrılmış federal büdcə 11.2 milyard dollar təşkil edirdi. Qeyd etmək vacibdir ki, XX əsrin sonunda övladlığa götürülmə məsələləri olduqca aktual xarakter daşımış və uşaqların rifahı ilə bağlı ən böyük proqramlar məhz bu istiqamətdə maliyyələşənlər olmuşdu. Göstərilən proqramlar və layihələr içərisində “Müstəqil uşaqlı ailələrə yardım” proqramının xüsusi əhəmiyyəti var idi. Belə ki, bu proqram övladlıq edilən uşaqların federal və ştatlar səviyyəsində sosial müdafiəsinə hesablanmış və bu məqsədlə federal və ştatların büdcəsindən lazımı qədər maliyyə resursları ayrılmışdı (9, s.28).
Beləliklə qeyd edilən dövrdə ABŞ-ın uşaq siyasətində əsas prioritet olan problemlərin həlli istiqamətində federal səviyyədə xeyli işlər görülmüş oldu. Xüsusilə uşaqların sağlamlıq, təhsil, tibbi sığorta problemlərinin həlli istiqamətində mühüm işlərin həyata keçirilməsi öz müsbət nəticələrini vermiş oldu.


Ədəbiyyat
1. American Humane Association. Twenty years after CAPTA: A portrait of the child protective services system. Englewood, CO: AHA, 1994
2. B.Myers: Child protection in America: past, present, future. 2010
3. Children out of school in America. Children Defence Fund of the Washington R/P. 1974
4. Children’s Defence Fund. The State of America ’s Children. 1991
5. OECD Country note early childhood education and care policy in the USA. 2000
6. R. Pear: Many states fail to meet mandates on child welfare. The New York Times. March 17, 1996
7. R.Magen: Domestic violence in child welfare preventative services. New York 1997
8. R.Kelly: The children’s internet protection Act in public Schools. Fordham Law Rewiev/ V.71/I5. 2003
9. S.B.Kamerman, S.G-Gabel: Early childhood education and and care in the USA. İnternational Journal of Child Care and Education Policy. 2007, vol.1, 23-34
10. The Child abuse prevention and Treatment act – 40 Years of safeguarding America’s children. 2014

 

Açar sözlər: ABŞ, uşaq siyasəti, sosial rifah, sosial layihə, uşaqlara erkən təhsil.

Key Words: USA child policy, social welfare, social project, early childhood education.

Ключевые слова: США, детская политика, социальное благополучие, социальный проект, раннее детское образование


SUmmary
Important features of child policy at the federal level in the United States
This article is about realizaton of child policy of USA in federal level in the second half of the 20th century. Children's rights, organization of social services, adoption of legislative acts on education, helth problems and state policy implementation in this area during the mentioned period investigated in this article as well. Preparation and application programme and projects about state child welfare policy, their mechanism in federal and states level marked in this investigation. According to research of state policy in federal level we can say that by the increasing of state’s attention favoruable solution problems in the area of child welfare after Second World War positive results.


Резюме
Важные особенности детской политики на федеральном уровне в Соединенных Штатах.
Статья посвящена претворению в жизнь детской политики на федеральном уровне США во второй половине 20-го века. Излагаются права детей в США, организация социальных услуг, образование, здравоохранение и принятие соответствующих законодательных актов за рассматриваемый период. В статье, также, отражены процессы разработки и механизмы реализации программ и проектов на уровне штатов в связи с федеральной детской политикой в указанной сфере. Исследования в этой сфере демонстрируют, что в США значительно возросло внимание к детской политике на федеральном уровне и на уровне штатов за период после Второй мировой войны, что дало свои положительные результаты.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017


Elgün Əlİyev
Bakı Dövlət Universiteti



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM