Azərbaycan Səfəvi İmperiyasında nüfuz uğrunda Avropa dövlətlərinin mübarizəsi (“Karmelit xronikası” əsasında)

12:00 / 24.01.2018

Aparılan araşdırmalar göstərir ki, Avropa kapitalının Səfəvi dövləti hüdudlarındakı bazara çıxışı uğrunda XVI əsrdə başlanmış mübarizə XVII əsrin əvvəllərində daha da güclənir. Şərq bazarında hökmranlıq uğrunda Hollandiya, Venesiya, Portuqaliya və İngiltərə kapitalları arasında mübarizənin gedişində Venesiya kapitalı arxa plana keçir. Bunun əsas səbəbi o idi ki, Venesiya ticarət kapitalı tacirlərin kapitalından təşkil olunmuşdu və onun inkişafı yerli istehsal məhsullarının digər ölkələrə ixracı ilə deyil, Şərq ölkələri ilə kapitalist Avropası arasında ticarət vasitəçiliyi ilə şərtlənirdi [5, 340-341]. Odur ki, XVII əsrin əvvəllərindən etibarən Şərqdəki satış bazarlarında nüfuz dairələri uğrunda mübarizə əsasən 3 ölkə - İngiltərə, Portuqaliya və Hollandiya arasında cərəyan etməyə başlayır.
Məlum olduğu kimi, Portuqaliya və İspaniya taxt-tacı II Filippin şəxsində birləşdikdən sonra Portuqaliya dənizdə super qüvvəyə çevrilir. Məğlubedilməz armada 1588-ci ildə dənizdə məğlubiyyətə düçar olduqdan sonra birləşmiş dövlətin dənizdə ... şəksiz hökmranlığı sarsılır. Bundan sonra Böyük Britaniyanın dəniz əlaqələrini genişləndirmək iddiaları daha da artır [2, 545]. G.Kurzon yazır ki, artıq 1591-ci ildə London tacirləri şəxsi təşəbbüslə şərqlə dəniz vasitəsilə ticarət etməyə cəhd edirlər, lakin bu, müvəffəqiyyətsizliklə başa çatır. Bir il sonra 1592-ci ildə Portuqaliyanın “Madre di Diaz” adlı gəmisi ingilislər tərəfindən ələ keçirilir, Dortmunda gətirilir. Onun içərisində böyük miqdarda şərqdən gətirilmiş mallardan başqa Portuqaliyanın şərqdəki ticarəti və mülkiyyəti barədə qeydiyyat jurnalı da aşkarlanır. 1599-cu ildə “Şərqi Hind Kompaniyası” yaradıcılarının Yelizavetaya (Yelizaveta Tüdor (1558-1603) – S.M.) göndərdikləri memorandum məhz bu sənədə əsaslanırdı [2, 546]. G.Kurzonun fikrincə, ingilislərin ambisiyalarını gücləndirən daha bir informasiya 1598-ci ildə Lissabonda borclu olduğuna görə saxlanılmış hollandiyalı tacir Corneli van Houtmanın Portuqaliyanın Hindistanla ticarətinin əsaslarını işləyib hazırladığı haqda məlumat alınır. Artıq İngiltərə səhnə arxasında qala bilməzdi. 1600-cü ilin 31 dekabrında ... Londonun Şərqi Hind Kompaniyası Kraliça Yelizavetadan ilk razılıq sənədi – pakt alır və gələn il Ceyms Lankasterin komandanlığı altında dörd gəmi ilk ekspedisiyaya Gravesenddən yola düşür [2, 546]. Venesiya və başqa Qərb ölkələri ilə ipək ticarətini genişləndirməyə Ağqoyunlular kimi,Səfəvilərdə çalışırdılar.Şah Abbas Səfəvi –Avropa ticarət əlaqələrini genişləndirməyə xüsusilə böyük cəhd göstərirdi. Lakin həm Səfəvilərin (xüsusilə Səfəvilərin), həm də Qərb ölkələrinin müvafiq siyasətdə uğursuzluqlarının səbəbi bu idi ki, hər iki tərəf öz aralarında qarşlıqlı əlaqələri genişləndirmək üçün Osmanlı imperiyası ilə anlaşmaya çalışmır, onun mənafeyini nəzərə almır,əksinə onu aradan götürməyə çalışırdılar [ 4,279]. 1622-ci ildə ingilislər yaranmış siyasi vəziyyətdən şah hökumətinin rəğbətini qazanmaq üçün istifadə edirlər. Belə ki, ingilis donanması I Şah Abbasa, portuqaliyalıları, zəbt etdikləri Hörmüzdən və İran körfəzindəki bir neçə adadan qovub çıxartmaqda yardım göstərdi. 1621-ci ildə Şah Abbas ingilis tacirlərinə xam ipəyi birinci əldən almağa razılıq verir. Məlumat üçün onu da qeyd edək ki, yerli tacirlərə belə bir hüquq 1629-cu ildə onun ölümündən sonra, I Şah Səfi tərəfindən bəxş edilir [7, 98]. Məlumatlar da təsdiq edir ki, Şah Səfinin hakimiyyətə gəlişindən sonra Səfəvi dövlətində əlverişli bazar uğrunda İngiltərə-Portuqaliya rəqabətindən sonuncu məğlubiyyətlə ayrılır.
G.Kurzon yazır ki, 1613-cü ildən başlayaraq şərikli əsasda səfərlər edilir. Artıq 1617-ci ildə İsfahanda həm də Britaniya ticarət məntəqəsi bərqərar olunur. Həmin il ... cənab Konnok Şah Abbasla ticarət müqaviləsi imzalayır. 1619-cu ildə Caskda da ticarət məntəqəsi yaradılır [2, 547]. İngilis səfiri daimi olaraq Səfəvi dövlətində qala, öz nümayəndələrini istədiyi zaman ticarət məntəqələrinə təyin edə bilərdi. İngilis mənşəli şəxslərə öz dinlərinə sitayiş azadlığı təmin edilirdi. Bundan əlavə, Şah, Şərqi Hind Kompaniyasını hər il öz qiymətilə 1000-3000 tay ipəklə təmin etməyə söz verir və bu ipəyin Cask limanından gömrük rüsumu ödəmədən keçirilməsinə icazə verir [8, 114].
“Karmelit xronikası”nda Səfəvi-İngiltərə yaxınlaşması və bu yaxınlığı şərtləndirən başlıca amillər belə şərh olunur: “İmam Qulu Xanın Səfəvi imperiyasında böyük nüfuzu var. Yeni şah onunla mərhum Şah Abbasın çağırdığı adla – Xan deyə rəftar edir. Bizə qarşı səmimi və xoşniyyətlidir. Öz səlahiyyətləri çərçivəsində bizə xeyli üstünlüklər verib, biz daha artıq istəklərin də həyata keçirilməsini gözləyirik. Həqiqətən də, İmam Qulu Xan Şərqi Hind Kompaniyasının xəfiyyələrini təşviq etmək, yardım və bu kimi yollarla 1633-cü ildə Portuqaliyaya qarşı Körfəzin girişində ərəb sahillərindəki qalaya yeni bir ekspedisiya təşkil etməyə sövq edirdi” [1, 312]. Məlumatlardan belə nəticə çıxır ki, Səfəvi dövlətində siyasi vəziyyətin stabil olmaması ingilislərin ticarətini genişləndirməsinə mane olur. “Karmelit xronikası” isə məlumat verir ki, İmam Qulu Xanın qardaşı Davud Xan Şahın müdaxilə edəcəyindən ehtiyat edərək, qaynı Gürcü şahzadəsi Teymurazın yanına qaçır, sonradan Türkiyədən sığınacaq alır. Bundan sonra İmam Qulu Xan Saraya çağrıldı, itaət göstərməsinə baxmayaraq 15 övladı ilə birlikdə ölüm hökmünə məhkum edildi, yalnız bir övladı anası tərəfindən babasının yanına, Ərəbistana aparıldı. Belə qanlı hadisələr Şah Səfinin xarakterik xüsusiyyəti deyil. Əvvəlki sadiq xidmətçi İmam Qulu xanın hakimiyyətə yiyələnmək istəyindən xəbər verirdi. Belə ehtimal etmək olar ki, İmam Qulu Xan ölməmişdən əvvəl Şah Səfi ilə münasibətləri korlanmışdı. Digər tərəfdən isə, İran körfəzində Portuqaliya qərargahına hücum planlaşdırılmasını izah etmək çox çətin idi. 17 mart 1631-ci ildə Edvard Hayns və Vilyam Gibson tərəfindən Şərqi Hind Kompaniyasına göndərilən məlumatda deyilirdi: “Portuqaliyalılar Xirazla yenidən ticarət əlaqə-lərini bərpa edib, xüsusi güzəştlər qazanıblar. Avqustin və Karmelitlər İsfahanda Şah tərəfindən yaxşı qarşılanır və Fransız Kappuçinlər (Qeyd: hələ 1627-ci ildə Kardinal Rişelyö Səfəvi dövlətinə Şah I Abbasdan İsfahan və digər yerlərdə kapuçin missiyasının bərqərar olunması üçün icazə almaq məqsədilə xüsusi elçilik göndərmişdi. Belə ki, o vaxtadək Səfəvi dövlətində avqustinçilər (kapuçinlər məhz bu ordenə daxil idilər – S.M.) ordenini yalnız portuqaliyalılar təmsil edirdi. Nəticə etibarilə İsfahan və Bağdadda missiya fəaliyyətə başlayır. Kapuçin missiyasının başçısı Fransa kralının Səfəvi dövlətindəki nümayəndəsi sayılırdı. Pyer Rafael dü Man onlardan biri idi ki, 1644-cü ildən ömrünün sonunadək Səfəvi dövlətində olmuşdu [7, 120]) şahla Fransız Kompaniyasına ipək satışını təmin etmək üçün müqavilə imzalamışlar” [1, 313]. Göründüyü kimi, Şərqi Hind Kompaniyasının nümayəndələri Səfəvi imperiyasında əlverişli məqam axtarır, bəzən isə Səfəvi bazarında artıq mövcud olan Portuqaliya və digər rəqiblərini sıxışdırıb çıxarmaq üçün Şahdan imtiyazlar qoparmağa çalışırdılar.
G.Kurzon yazır ki, britaniyalıların hər yeni şahdan əldə etdikləri fərmanlar əvvəlkiləri təsdiqləyir, bir qədər də mükəmməlləşdirir və indiyədək əldə olunmuş razılaşmaları modifikasiya edirdi ki, bu da Səfəvi monarxlarının ciddi kommersiya instinktlərinin formalaşmasından xəbər verirdi. Belə ki, Şah I Səfi öz sələfinin ingilislərə etdiyi güzəşt şərtlərini yenidən bərpa edərkən, onların qarşısında hər il 1500 livres bəxşiş edilməsini, hər il onun özündən 60 min livres dəyərində ipək alacaqları və ödənişin 1/3-nin pul, 2/3-nin isə əmtəə şəklində həyata keçirilməsi barədə şərt qoyur [2, 551]. Bir daha göründüyü kimi, məlumatlar Şah Səfinin öz sələflərinin yolu ilə gedərək, Avropa ilə ticarət əlaqələrinin möhkəmləndirilməsində maraqlı idi.
Tədqiqatlar göstərir ki, yuxarıda bəhs olunan məlumatları Avropada “türk təhlükəsi”nin yenidən alovlanması kimi qələmə verən xristian dövlətləri yenidən Səfəvi imperiyası ilə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını ortaya qoyurlar. Papa X İnnokenti (Pamfili) Şah II Abbasa 30 yanvar 1646-cı il tarixli məktubunda da deyilənlər öz əksini tapmışdır. Məktubda deyilir: “Çox möhtərəm hökmdar, Uca Yaradandan Sizə salam olsun. Zati-alinizin yaxın və uzaq dünyada böyük şöhrəti sizin hakimiyyətinizin bölünməz qüdrətinə çox böyük ümid yaradır. Əlbəttə, Siz taxt-tacınızı qoruyur və bunu təkcə düşmənlərinizin işğallarını,onların gücü və şücaətini silahlar vasitəsilə dəf etməklə deyil, lakin həm də Sizin hakimiyyətiniz və ölkəniz indi bütün dünyada qəddar Türk tiraniyasına qarşı mübarizə aparmalı olacaq. O, hazırda Venesiya Respublikasına qarşı çox təhlükəli bir vəziyyət yaradıb, Krit adasını işğal edib və gözlənilmədən Kanea şəhərini tutub ... Buna görə də xristian şahzadələri onun çirkin hücumlarına qarşı bir cəbhə yaratmaq istəyir və bu sizin üçün çox ehtiyatlı bir plan olacaq, birgə güclü ordu ilə onun sərhədlərinə qarşı düşmənçiliyə başlaya bilərsiniz. Onlarla birlikdə siz əvvəlki itirilmiş əraziləri də geri qaytara biləcəksiniz. Əlbəttə, qüvvələr az ola bilər, bununla belə, onlar xristianlar əleyhinə döyüşdə onlar böyük itki görəcəklər. Ümid edirik ki, Uca Yaradanımızın mərhəməti sayəsində onları məğlub edib, əvvəlki mövqelərinə çəkilməyə məcbur edəcəyik ... Zati-aliləri, Sizdən gizli deyil ki, bu ərazilər üçün türk tiraniyası necə təhlükəli bir vəziyyət yarada bilib ... Beləliklə, biz cəhdlərimizi imkanlarınız sayəsində birləşdirməyə ümid edirik. Qoy Uca Yaradan birgə düşmənə qarşı mübarizədə bizə öz mərhəmətini əsirgəməsin. Bu məktubları Sizə gətirən şəxsdən Sizə tam əminlik ifadə edir, şəxsinizə uğurlar diləyirəm ...” [1, 356]. Məktubun mətnindən də aydın olur ki, incə və ehtiyatlı siyasət yürüdən Papa və ardıcılları “türk təhlükəsi”ni həzm edə bilmədiklərindən Səfəvi imperiyası timsalında özlərinə dayaq axtarır, Osmanlı dövlətini qəddar və tiraniya rejimi kimi qələmə verir, özlərinin yürütdükləri xristian missiyasını isə ümumi siyasətin fonunda “unudurdular”.
Aparılan araşdırmalar göstərir ki, Hollandiya ticarət kompaniyaları Şərqdə öz rəqabət qabiliyyətlərini gücləndirmək üçün 1602-ci ildə bir təşkilatda – Hollandiya Şərqi Hind Kompaniyasında birləşir və 20 il ərzində İran körfəzində ticarət sahəsində demək olar ki, inhisar hüququna malik olur. Hollandlar Səfəvi dövləti ilə ticarətdə ön plana çıxırlar [3, 317]. 1652-ci ildə Bəndər-Abbasda olmuş Tavernye isə göstərir ki, hollandiyalılar 100.000-120.000 funt-sterlinq məbləğində ticarət edirdilər. Hollandiyalıların Səfəvi dövləti ərazisində ticarət sahəsində müstəsna hüquqlar əldə etməsi məsələsinə aydınlıq gətirən A.Vilson yazır: “İran körfəzinə böyük donanma gətirmiş hollandiyalılar 1645-ci ilin payızında ... Qişmdəki qalaya hücum təşkil edirlər. Bundan qorxuya düşmüş Şah ... hollandlara daha əlverişli ticarət hüquqları bəxş olunması müqabilində sülh bağlamağı təklif edir. Müəllif daha sonra yazır ki, hollandiyalılar 1649-cu ildə İran hökumətindən ... daha yeni güzəştlər əldə edirlər ki, bu, sonuncunun (Səfəvi şahının – S.M.) onlara olan ehtiramından deyil, qorxusundan irəli gəlirdi. 1650-ci ildə hollandiyalıların üstünlüyü portuqalların Məsqətdən qovulub çıxarılması ilə daha da güclənir” [9, 164]. G.Kurzon isə yazır ki, 1652 və 1666-cı illərdə Hollandiyalı səfirlər İsfahana gələrək, ticarət əlaqələrini daha da yaxşılaşdırmaq məqsədilə danışıqlar aparırdılar. J.Şardenin yazdığı kimi, heç bir millət əsrin ortalarında (XVII əsr – S.M.) İran ticarəti sahəsində hollandiyalılarla müqayisə ediləcək belə səviyyədə deyildi və onlar İranla ticarətin ustaları idilər. İngilislər hollandiyalılarla rəqabətdən çox əziyyət çəkirdilər və bu səbəbdən XVII əsrdə İran körfəzində təəccüb doğuracaq qədər pis vəziyyətdə idilər [2, 550].
Yuxarıda qeyd olunan bu məlumatlar “Karmelit xronikası”nda da əksini tapmıışdır. Keşiş İqnatius Bəsrdən Romaya 10 yanvar 1644-cü il tarixli mək-tubunda yazırdı: “İmam, Ərəb Kralı Məsqət uğrunda mübarizə aparır. O, Suharı ələ keçirib” [1, 358]. 15 fevral 1647-ci il tarixli məlumatda isə deyilirdi: “Bu il Məsqət dəhşətli müharibə meydanı olub, qonşu ərəblər buraya tez-tez hücum edir.”[1, 358].Bəsrədən verilən 18 avqust 1652-ci il tarixli digər bir məlumatda isə deyilirdi: “Portuqaliyalılar çox güclü ordu ilə ərəblərə qarşı vuruşur və böyük irəliləyiş əldə ediblər” [1, 359]. Məlumatların müqayisəli təhlili də göstərir ki, Səfəvi ticarəti uğrunda Portuqaliya, Hollandiya və İngiltərə qarşıdurması XVII əsrin ortalarında toqquşmalara gətirib çıxarmışdır. Müstəmləkə və ticarət məntəqələri uğrunda mübarizədə isə yerli xalqların hüquqları o dərəcədə alçaldırılırdı ki, hətta müxtəlif vaxtlarda çoxsaylı insan itkiləri ilə müşahidə olunurdu. Bununla yanaşı, müstəmləkə siyasətini dəstəkləyən Papa və onun regiondakı rahibləri öz qanlı əməllərinə elə don geyindirirdilər ki, sanki Hind okeanı və Fars körfəzi sahili ərazilərin əsarətdə saxlanılması xristianların hüquqlarının qorunması şüarı ilə eyniyyət təşkil edirdi.
Karmelitlərin sonrakı məlumatlarında isə ticarət sahəsində mövcud rəqabət, mənafelərin toqquşması, ingilis-holland və ingilis-portuqaliya qarşıdurmasından bəhs olunur. Bu baxımdan 1653-cü ilin müxtəlif ayları ərzində göndərilmiş məktublar olduqca maraq kəsb edir. Bəsrədən 6 fevral 1653-cü ildə rahib Feliks tərəfindən göndərilən məktubda deyilirdi: “... Hollandlar Körfəzdə Portuqaliya gəmisini ələ keçirib. Onlar özlərini Fars Körfəzinin sahibi kimi aparır ... Hollandlar bütün Hindistan və İran ticarətinin sahibi olaraq qalır. Bu il Bəsrə limanına nə İngiltərə, nə də Portuqaliya gəmiləri gəlib, burada biz maliyyə çətinlikləri ilə üz-üzəyik ... ” [1, 360].
Beləliklə aparılan araşdırmalar göstərir ki, Avropa kapitalının Səfəvi dövləti hüdudlarındakı bazara çıxışı uğrunda XVI əsrdə başlanmış mübarizəsi XVII əsrin əvvəllərində daha güclənir. Şərq bazarında hökmranlıq uğrunda Hollandiya, Venesiya, Portuqaliya və İngiltərə kapitalları arasında mübarizənin gedişində Venesiya kapitalı arxa plana keçir. XVII əsrin əvvəllərindən etibarən Şərqdəki satış bazarlarında nüfuz dairələri uğrunda mübarizə əsasən 3 ölkə - İngiltərə, Portuqaliya və Hollandiya arasında cərəyan etməyə başlayır.
XVII əsrin əvvəllərindən etibarən İsfahandan Karmelit ordeninin üzvləri tərəfindən göndərilən məlumatlarda Hollandiyanın Portuqaliya və İngiltərə üzərində şəriksiz qalibiyyətindən bəhs olunurdu.
Şərqi Hind Kompaniyasının nümayəndələri Səfəvi imperiyasında əlverişli məqam axtarır, bəzən isə Səfəvi bazarında artıq mövcud olan Portuqaliya və digər rəqiblərini sıxışdırıb çıxarmaq üçün Şahdan imtiyazlar qoparmağa çalışırdılar.
Roma Papalarının və Avropa səfirlərinin Səfəvi hökmdarları ilə yazışma-larının mətni isə açıq-aşkar göstərir ki, incə və ehtiyatlı siyasət yürüdən Papa və ardıcılları “türk təhlükəsi”ni həzm edə bilmədiklərindən Səfəvi imperiyası timsalında özlərinə dayaq axtarır, Osmanlı dövlətini qəddar və tiraniya rejimi kimi qələmə verir, özlərinin yürütdükləri xristian missiyasını isə ümumi siyasətin fonunda “unudurdular.”

 

Ədəbİyyat
1. A Chronicle of Carmelites in Persia: The Safavids and the Papal Mission on the 17th and the 18th centuries. Editor H Chick, Introduction Rudi Matthee. Publisher: İ.B.Tauris: In 2 volumes. London, 2012.
2. Curzon G.N. Persia and Persian question. Vol. 2, London, 1892.
3. Dadaşova R. Səfəvilərin son dövrü. Bakı: Nurlan, 2003.
4. Mahmudov Y.M. Azərbaycan diplomatiyası. Bakı : Təhsil, 2006.
5. Маркс К. Капитал. Т. 3, Госполитиздат, 1951.
6. Мюллер А. История Ислама.с основания до новейших времен (пер. с немецкого под. ред. Н.А. Медникова). Т. 3, Спб, 1896.
7. Новосельцев А.П. Города Азербайджана и Восточной Армении в 17-18-го вв. История СССР, 1959.
8. Savory R.M. Iran under the Safavids.
9. Wilson A.T. The Persian Gulf.A historical Sketch from the earliest times to the beginning of the 20th century. Oxford.

 

Ключевые слова: Империя Сафавидов, Османская империя, Англия, Нидерланды, Португалия, Хроника Кармелит.

Keywords: Empire of Safavids, Ottoman Empire, England, Netherlands, Portugal, Chronicle of Carmelite.

 

Резюме
Борьба европейских государств за влияние в империи Сефевидов (на основе «Хроники кармелитов»)
В статье рассматривается фактор антитурецкой коалиции в борьбе за европейское влияние в империи Сефевидов. Исследования показывают, что борьба за европейский капитал в XVI веке для выхода на рынок империи Сефевидов была сильнее в начале 17 века. На переднем плане стояла одна линия в ходе борьбы между голландскими, венецианскими, португальскими и британскими столицами за господство на восточном рынке. Папа римски и европейские послы правителей Сефевид переписки, но тексты ясно показывают, что тонкая и тщательная политика пап и последователей «турецкой угроза» пищеварительная система не в состоянии Сефевид империи в лице и бил их, ища Османскую империю жестока и тиранию, как способ письма, который они «пропустили» свою христианскую миссию на фоне общей политики.

SUmmary
The struggle of the European states for influence in the Azerbaijan Safavid Empire (based on the "Carmelite Chronicle"
The article considers the factor of the anti-Turkish coalition in the struggle for European influence in the Safavid empire. Studies show that the struggle for European capital in the 16th century to enter the market of the Safavid empire was stronger in the early 17th century. In the foreground there was one line in the struggle between the Dutch, Venetian, Portuguese and British capitals for domination in the eastern market. Rome papalarının and European ambassadors of the Safavid rulers correspondences, but the texts clearly show that the subtle and thorough policy of popes and followers of the "Turkish threat" of the digestive system is not able to Safavid Empire in the face and beat them, seeking the Ottoman Empire cruel and tyranny as a way of writing, which they "missed" their Christian mission on the background of a common policy.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017


Sevİnc Məlİkzadə
AMEA-nın Tarix İnstitutu



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM