Mərkəzi Asiya geosiyasi cəhətdən önəmli çəkiyə malik, təbii sərvətlərlə zəngin və bəşər tarixinin mühüm sivilizasiyalarına ev sahibliyi etmiş əhəmiyyətli bir regiondur. Regionun istər coğrafi mövqeyi, istərsə də zəngin təbii sərvətləri Mərkəzi Asiyanı böyük və regional güclərin geosiyasi maraqlarının toqquşduğu məkana çevirir. Mərkəzi Asiya hazırda yüksələn Çin və regionda öz üstün nüfuzunu qorumağa çalışan Rusiya, həmçinin xüsusi maraqları və baxışları olan ABŞ arasında regional dominantlığa nail olmaq uğrunda mübarizə meydanına çevrilmişdir. Bu ölkələrdən əlavə Türkiyə, İran və Hindistan kimi önəmli ölkələrin də regionda xususi maraqları və qeyd edilən “geosiyasi oyunda” özünəməxsus rolları vardır. Xəzər vasitəsilə Azərbaycanla həmsərhəd olan Mərkəzi Asiya ölkəmiz üçun ortaq tarix, dil, din və ənənələrin daşıyıcısı olan xalqların yaşadığı, çoxsaylı azərbaycanlı diasporasına ev sahibliyi edən, ortaq enerji və nəqliyyat maraqlarını paylaşan region, həmçinin önəmli bazar və investisiya məkanı kimi əhəmiyyətlidir.
Mərkəzi Asiya ölkələri ilə ilkin təmaslar və onlar arasında ilk rəsmi sənədlərin imzalanması hələ bu ölkələrin öz mustəqilliyini elan etməsi prosesi tam başa çatmamışdan əvvəl reallaşmışdır. 1991-1993-cu illərdə bütün Mərkəzi Asiya dövlətlərinə Azərbaycanı təmsil edən müxtəlif səviyyəli numayəndə heyətlərinin səfərləri və region dövlətlərinin rəsmi şəxsləri ilə görüşləri keçirilmiş, bir çox istiqamətlərdə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanmışdır (1,s.277). Müxtəlif
beynəlxalq tədbirlərdəki görüşləri nəzərə almasaq, Azərbaycanın dövlət başcıları son 25 il ərzində Mərkəzi Asiya dövlətlərinə 22 səfər etmiş və beş region dövlətinin prezidentlərinin Azərbaycana 22 rəsmi və işguzar səfəri baş tutmuşdur (7,s.132). Azərbaycan üçün Mərkəzi Asiya bilavasitə qonşuluğumuzda yerləşən, ortaq dil, din, tarix və sivilizasiyanın daşıyıcıları olan xalqların yaşadığı əhəmiyyətli bir regiondur. Belə ki, regionun 5 dövlətindən dördü (Tacikistan istisna olmaqla) türkdilli dövlətlərdir ki, bu dövlətlərlə təkcə ikitərəfli deyil, həmçinin türkdilli ölkələrin müxtəlif inteqrasiya platformaları çərçivəsində də əməkdaşlıq edilir. Eləcə də postsovet məkanının tərkib hissəsi kimi region Azərbaycan üçün xususi əhəmiyyət kəsb edir. Mərkəzi Asiyanı Azərbaycan üçün maraqlı edən amillərdən biri də region ölkələrində mövcud olan diasporamızın fəaliyyətidir. Regionda Azərbaycan diasporası 30-cu illər sovet repressiyaları, ikinci dünya müharibəsi və nisbətən sonrakı dövlərdəki zorla köçurmələr hesabına formalaşmışdır. Hazırda Qazaxıstanda 90 min, Özbəkistan və Türkmənistanın hər birində 60 min, Qırğızıstanda 15 minə yaxın soydaşımız yaşayır (2).
Mərkəzi Asiya fonunda Qırğızıstanla olan əlaqələrimizə nəzər yetirsək ilk öncə onu qeyd etməliyik ki, diplomatik münasibətlər yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı ənənəvi şəkildə qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf etmişdir. Bu münasibətlərə daim qarşılıqlı etibarın mövcudluğu, ikitərəfli maraq kəsb edən bir çox aktual beynəlxalq və regional məsələlər üzrə mövqelərin yaxınlığı və ya onların tam üst-üstə düşməsi xarakterikdir (7,s.174).
Azərbaycanla Qırğızıstan arasında diplomatik munasibətlər 1993-cü ilin əvvəllərində qurulsa da, bu əlaqələr ilk vaxtlar özunun intensivliyi ilə seçilməmişdir. Mustəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri, Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən beynəlxalq və regional təşkilatların tərkibində əməkdaşlıq çərçivəsində həyata keçirilmişdir. İki ölkənin dövlət rəhbərləri arasında ilk görüş 1993-cu ilin sonlarına təsadüf etmişdir. Belə ki, həmin ilin dekabrında Türkmənistanda Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə Qırğızıstan Respublikasının Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin Bişkekə ilk işguzar səfəri iki il sonra baş tutmuşdur. 1995-ci ilin avqustunda Türkdilli Ölkələrin Dövlət Başcılarının III Sammitində iştirak etmək üçün Qırğızıstana gedən Heydər Əliyev Əsgər Akayevlə görüşmuş, səfər çərçivəsində həmçinin Bişkekdə “Manas” dastanının 1000 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak etmişdir (4). 2007-ci il mayın 16-da Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 2008-ci il yanvarın 18-də isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib. Müstəqilliyin ilk illərində Qırğızıstan-Azərbaycan əlaqələrinin genişlənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Azərbaycan Respublikasında İlham Əliyev prezident seçildikdən sonrada qonşu və regional ölkələrlə münasibətlər yüksək xəttlə inkişaf etdirilmişdir ki, bunu Qırğızıstanla olan münasibətlərə də aid edə bilərik. 2006-cı il noyabrın 17-də Antalyada keçirilən Türkdilli Ölkələrin Dövlət Başcılarının VIII Zirvə görüşu çərçivəsində Prezident İlham Əliyevin Qırğızıstan Respublikasının Prezidenti Kurmanbek Bakiyevlə görüşu baş tutmuşdur. 2009-cu ilin sentyabrın 28-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) açılışı baş tutdu ki, təsisçi dörd ölkə-Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlament nümayəndələri iştirak ilə iki günlük sammit olmuşdu. Gərargah şəhəri Bakıda yerləşən TürkPA-nın baş katibliyi təsis edilmişdir. Qırğızıstan Toraqa Joqorku Keneşinin (parlament) spikeri A.Taqayev sammitdə TürkPA-nın əhəmiyyətindən bəhs edərək-“türkdilli ölkələrin sammitinin bu ölkələrin bir-birlərinə yaxınlaşmasında böyük rol oynamasını” qeyd etmişdir (8,s.133).
Son dövürdə Qırğızıstan və Azərbaycan arasında parlamentlərarası əlaqələr kifayət qədər inkişaf edir. Belə ki, 2014-cü il iyunun 11-də Bakıda səfərdə olan Qırğızıstan Respublikası parlamentinin sədri A.Jeenbekov TürkPA-ya üzv ölkələrin 5-ci plenar iclasında iştirak etmişdir. Səfər zamanı Azərbyacan Respublikasının prezidenti İlham Əliyev və Milli Məclisin sədri Oktay Əsədov ilə görüşlər keçirilmişdir.
2009-cu il oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində keçirilən Türkdilli Ölkələrin Dövlət Başcılarının IX Zirvə görüşundə K.Bakiyev iştirak etmiş və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişini və zirvə görüşunun yekunu olaraq “Naxçıvan Bəyannaməsi”ni imzalamışdır. 2012-ci ilin 30-31 mart tarixlərində Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Respublikasına rəsmi səfərə gəlmiş, dövlət başçısı və hökümət nümayəndələri ilə görüşlər keçirmiş, o cümlədən Milli Məclisdə çıxış etmişdir (7,s.177).
2012-ci ilin 23 avqustunda Azərbaycan Respublikasının Baş Naziri A.Rasi-zadə Bişkekedə keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II Zirvə görüşündə “Ala Arça” dövlət iqamətgahında Qırğızıstan Respublikasının Baş naziri O.Babanovla görüşü olmuş və ikitərəfli münasibətlər müzakirə edilmişdir. Müzakirədə əlaqələrin və görüşlərin müntəzəmliyi, ölkələrin rəhbərləri arasında səmimi və konstruktiv münasibətlər, yüksək səviyyəli qarşılıqlı siyasi təsirin göstəricisinin əla səviyyədə olması qeyd olunmuşdur.
2013-cü ilin avqustun 15-16-da Qəbələdə (Azərbaycan), 2014-cü ilin iyununun 4-5-də Bodrumda (Türkiyə), 2015-ci ilin sentyabr ayının 11-də Astanada (Qazaxıstan) keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşlərinin bu ölkələrin gələcək inkişaf proqramlarının müəyyən edilməsində, habelə Qırğızıstan-Azərbaycan əlaqələrinin daha da dərinləşməsində misilsiz rolu olmuşdur.
Qırğızıstan Azərbaycanın ərazi bötövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Bu münaqişə ilə bağlı BMT-nın Təhlükəsizlik Şurasının 822; 853; 874 və 884 saylı qətamələrinin qəbulu zamanı Qırğızıstan onun lehinə səs verən ölkələrdən biri olmuşdur (10).
İki ölkə arasında son dövrdə səfirliklər səviyyəsində də müəyyən işlər görülmüşdür. Burada əsas məsələ azərbaycanlı iş adamlarında qırğız sənayesinə olan marağın artırılması və investisiya qoyulmasıdır. Bununla bağlı Qırğızıstan Respublikasının səfirliyi orada keçiriləcək auksiyonlar haqqında Azərbaycan Respublikasının rəsmi dairələrini tez-tez məlumatlandırır. Beləki, Qırğızıstan Respublikasının Ak-Suy, Terrekan, Min-Kuş, Sulyunktiskoe №12, Mərkəzi Çanaç, Teqene, Çakuşskoe, Kara-Keçei və s. kimi rayonlarına sənaye və kənd təsərrüfatı sahəsində investisiya qoyuluşu üçün çox daim təşviq edir. Qırğız səfirliyi bununla belə azərbaycanlı iş adamları və iri şirkətlərin münayəndələri ilə görüşlər keçirərək Qırğızıstanın gələcək inkişaf mexanizmlərini işləyib hazırlayır. Bundan əlavə keçirilən görüşlərdə ölkəmizdə qırğız sənaye və kənd təsərrüfatı məhsulları üçün əlverişli satış bazarının əldə olunması da müzakirə edilir.
Qırğızıstan-Azərbaycan əlaqələrinin başlıca istiqamətlərini tənzimləyən əsas sənəd 1997-ci il aprel ayının 23-də Bakıda imzalanmış “Dostluq və əməkdaşlıq haqqında müqavilə” hesab olunur. Bu müqavilədə tərəflər arasında ikitərəfli münasibətlərin əsas prinsipləri müəyyən edilmişdir ki, bunlara da dövlət müstəqilliyinə və suverənliyinə qarşılıqlı hörmət; hüquqbərabərliyi; bir-birinin daxili işlərinə müdaxilə etməmək; dövlət səviyyəsində olduğu kimi, eləcə də təsərrüfat subyektləri səviyyəsində qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın yaradılmasına ikitərəfli səy göstərmək (5,s.180).
2009-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4.8 milyon, 2011-ci ildə 11.4 milyon dollar olmuşdur. 2012-ci ildə isə ticarət dövriyyəsi hiss olunacaq dərəcədə düşmüşdür. 2014-cü ildə isə bu yüksələrək Qırğızıstanın ölkəmizdən şəkər tozu, zeytun, günəbaxan və təbii bitki yağlarını idxal etməsi ilə xarici ticarət dövriyyəsi 25.8 milyon dollar həcmində olmuşdur. 2015-ci ilin yanvar-avqust aylarında isə ticarət dövriyyəsi enərək 4.2 milyon dollar olmuşdur (11). Göründüyü kimi, beynəlxalq iqtisadi əlaqələrin “dairəvi” hərəkətini nəzərə alsaq göstərilən illərdə xarici ticarət dövriyyəsində baş verən belə əyri xəttli inkişaf Qırğızıstan-Azərbaycan münasibətlərinə xələl gətirməmişdir. Bununla belə, Azərbaycan rəhbərliyi “Günəşli” yatağında baş verən bədbəxt hadisə ilə bağlı çətin vəziyyətdə olsada 2015-ci ilin dekabrında Qırğızıstanın Oş vilayəndə baş vermiş zəlzələ ilə əlaqədar öz qardaşlıq əlini uzatmış və 72 milyon som (som-Qırğızıstan milli valyutası) dəyərində humanitar yardım göstərmişdir. 2015-ci ildə enerji resurslarının böyük ixracatçısı kimi Azərbaycan milli valyutasının devalvasiyaya düçar olması onun sonda maliyyə sektoruna öz mənfi təsirini göstərmişdir. Həmin il də habelə, ümumdünya neft bazarında qiymətlərinin aşağı düşməsi və ABŞ dollarının məzənnəsinin yüksəlməsi ikili münasibətlərdə öz dərin izini qoymuşdur. Lakin, bütün bunlara baxmayaraq öz iqtisadi sitabilliyini sosial proqramlardan imtina etməmək şərti ilə saxlamağı bacarmışdır. Bişkek-Bakı münasibətlərinin inkişaf etdirilməsində məhz bu faktor əsas “açar rolu”nu oynamışdır. Burada Qırğızıstan tərəfdən sabiq pezidentlər Kurmanbek Bakıyev, Almaz Atambayev, Azərbaycan tərəfdən isə prezident İlham Əliyevin xidmətləri olmuşdur.
İqtisadi əlaqələrdə 2017-ci ilin oktyabrın 30-da rəsmi açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu Böyük İpək yolunun qərbə doğru uzantısı kimi Mərkəzi Asiya ölkələrini Avropa ilə əlaqələndirən müəkəmməl kamunikasiya xəttidir ki, gələcəkdə Qırğızıstan Respublikasının Qazaxıstan, Türkmənistan və Özbəkistan Respublikaları kimi də bu xəttə qoşulması həm beynəlxalq səviyyədə, həm də regional səviyyədə Qırğızıstan-Azərbaycan əlaqələrinə böyük töhvə verəcəkdir.
Qloballaşan dünyada baş verən inteqrasiya prosesləri çərçivəsində Qırğızıstan-Azərbaycan arasında mədəni əlaqələr özündə maraqlı hadisələri əks etdirməklə çox qədim köklərə malikdir. Çağdaş dövürdə iki ölkə arasındakı mədəni əlaqələr iki xalqın bir-birlərinin mövqelərini tanıması, uzunmüddətli və etibarlı əməkdaşlığa zəmin yaratmışdır. Hələ müstəqilliklərinin ilk illərində Azərbycan Respublikasının Prezidenti Heydər Əliyev 1995-ci ildə Qırğızıstan Respublikasına səfər edərək “Manas” dastanının 1000 illik yubileyində iştirak etmişdir. 2000-ci ildə isə Qırğızıstan Respublikasının sabiq prezidenti Əskər Akayev qarşılıqlı olaraq Azərbyacana səfər edərək “Dədə-Qorqud” dastanının 1300 illik yubileyində iştirak etmişdir. Bu müstəqillik illərində hər iki dövlətin mədəni sahədə ilk qarşılıqlı əlaqələri kimi hesab etmək olar. Elə həmin ildə Azərbaycan münayədə heyəti Qırğızıstanda Oş şəhərinin 3000 illik yubileyində iştirak etmişdir (12).
2005-ci ilin dekabrında Azərbaycan Respublikasının M.F.Axundov adına Milli Kitabxanası ilə Qırğızıstan Respublikasının Milli Kitabxanası əməkdaşlıq haqqında saziş imzalanmışdır. Bu hadisə ölkələrarası mədəni sahə ilə birlikdə elm və təhsil əlaqələrinin möhkəmlənməsinə xidmət etmişdir. Mədəni əlaqələr sonrakı illərdə daha da genişlənmişdir. Belə ki, 2006-ci il sentyabrın 5-8-də Bakıda “Şərq-Qərb” kinofestivalı çərçivəsində müasir dövrün qazax-qırğız kinomatoqrafçılarının birgə hazırladıqları filimlər nümayiş etdirilmişdir. 2008-ci il fevralın 25-də Azərbaycanda məşhur qırğız yazıçısı Çingiz Aytumatovun 80 illik yubileyi keçirilmişdir. Yubileydə iştriak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yazıçını Azərbycan-Qırğızıstan əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərinə görə “Dostuq” ordeni ilə təltif etmişdir. Bu istiqamətdə unudulmaz tədbirlərdən biri də 2008-ci il martın 13-də Qırğızıstandakı Azərbaycan səfirliyinin Qırğızıstanın Mədəniyyət və Turizim Nazirliyi ilə birgə Azərbaycan bəstəkarı Qara Qarayevin adan olmasının 100-illik yubileyinə həsr olunmuş festivalı təşkil etməsi idi. Festival bədii istiqaəmtdə təşkil olunmuş və musiqili hissəsi Azərbaycan dirijoru Yalçın Adıgözəlovun rəhbərliyi ilə keçirilmişdir (12).
Yaxın keçmişdə Qırğızıstan-Azərbaycan arasında mədəni əlaqələrin müqavilə-hüquqi bazasını 2012-ci il martın 30-da mədəniyyət sahəsində və həmin ilin aprelin 23-də turizim sahəsindəki əməkdaşlığa dair saziş təşkil edir. Azərbaycanda olduğu kimi Qırğızıstanda da milli mədəniyyət və dilin inkişafı üçün bütün şəraitlər yaradılmışdır. Bu sahədə ilk addım kimi Qırğızıstandakı diasporumuzun “Azəri” ictimai birliyini təşkil etməsidir. “Azəri” ictimai birliyinin nəzdində Azərbaycan məktəbi, ansamblı fəaliyyət göstərir, milli-mənəvi, mədəni, dini dəyərlərimiz qorunub saxlanılır. Birliyinin sədri Akif Allahverdiyevdir (6). Mütərəqqi hadisədir ki, 2009-cu il sentyabrın 14-də Qırğızıstanın Çuy vilayətinin Kant şəhərində 4 nömrəli gimnaziyasında Azərbaycan dili sinfinin açılışı olmuşdur. Sinifdə təmir bərpa işləri aparılıb, son texnoloji avadanlıqlarla təhciz olunub və peyk vasitəsi ilə Azərbaycanın Qırğızıstanandakı səfirliyinə bağlanmışdır. Açılışda Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında səfiri A.Ağayev, Qırğızıstan Xarici işlər Nazirliyinin əməkdaşları B.Kenenbayev və Qırğızıstandakı “Azərbaycan ictimai birliyi”nin prezidenti A.Alaferdov iştirak etmişlər (14).
İki tərəfli əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində də özünü ehtiva edir. Belə ki, 2016-ci il aprelin 26-da Bakıda BMT-nın “Sivilizasiyalar ittifaqı”nın 7-ci qlobal formu öz işinə başlamışdı. Forumda 140 ölkə təmsil olunmuşdu. Forumda Qırğızıstan Respublikası nümayəndə heyətinə sədirlik edən mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutov form iştirakçılarına “Beynəlxalq Köçəri Oyunu”nu haqqında məlumat vermiş və onların hər birini Qırğızıstanda keçiriləcək bu oyuna dəvət etmişdir (9). Forumda Altınbek Maksutov Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşmüşdü. Görüşdə mədəniyyət, informasiya, idman və turizm sahəsində ikitərəfli əlaqələr müzakirə edilmişdi. Tərəflər həmçinin, Qırğızıstanda “Azərbaycan günləri”nin Azərbaycanda isə “Qırğızıstan günləri”nin keçirilməsi haqqında fikir mübadiləsi aparmışlar (8,s. 136).
Beləliklə, tarixən mədəni, dil, din və etnik cəhətdən bir-birinə bağlı olan Qırğızıstan-Azərbaycan əlaqələri yeni imkanlar və impulslar əldə etməkdədir. Bunun ən bariz nümunəsi qlobal maliyyə böhranlarının və ölkələr arasında coğrafi cəhətdən məsafə olmasına baxmayaraq ictimai-siyasi, iqtisadi istiqamətdə dövlətlərarası komissiyanın təsis edilməsi və onun bu istiqamətdə icra etdiyi işlərdir. Təbii ki, bütün bunlar qarşılıqlı inkişaf və prespektiv cəhətdən gələcəyə böyük ümidlər verir.
Ədəbİyyat
1. Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri (1991-2016) /məqalələr toplusu /. Bakı: “Poliart” MMC, 2017, 904 s.
2. Azərbaycan diasporasının məskunlaşma coğrafiyası, Azərbaycan Respublikasının Diaspora ilə İş uzrə Dövlət Komitəsi. - http:// diaspora.gov.az/ index. Php? Options =content &id=86 (01.06.16)
3. Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə MDB Dövlət Başcıları Şurasının iclasında iştirak edib. http:// azertag.az / xeber/ Azerbaycan_Prezidenti_ Ilham_ Aliyev_ Biskekde_MDB_Dovlet_ Baschilari_ Surasinin_ iclasinda_ istirak_ edib__YENILANIB_VIDEO-992980
4. Azərbaycan–Qırğızıstan munasibətləri. /Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi. –http://www.mfa.gov.az/files/file/Qirgizistan.pdf
5. İkitərəfli munasibətlər: Asiya. / Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi. – http://mfa.gov.az/ content/37 86
6. Qırğızıstan azərbaycanlıları- http://olaylar.az/news/diaspora/65428
7. Müstəqil Azərbaycanın 25 ili səfirlərin gözü ilə / məqalələr toplusu /. Bakı, “BEST-TMS”MMC, 2016, 645 s.
8. Буранов А.В. Развитие кыргызкого-азербайджанскогомежгосударственного,
экономического и культурного сотрудничества на современном этапе // Вестник КРСУ, Политология, Москва, 2016. Том 16. № 10, с. 132-136
9. В Азербайджане презентовали проморолик Всемирных игр кочевников // URL: http://ru.sputnik. Kg/culture/20160427/1024754382.html
10. В Баку открывается саммит Парламентской ассамблеи тюркоязычных стран // URL: http:// www.vesti.az/news.php?id=17717
11. В одной из гимназий Канта открылся класс азербайджанского языка // URL: http://kg.akipress. Org/news:120081
12. Двусторонние отношения // URL: http://bishkek. mfa.gov.az/
13. Посол КР в Азербайджане: “Нашим межгосударственным связям характерны взаимное доверие и близость позиций по многим актуальным вопросам” // URL: www.kabar.kg/interview/ full/105762
14. Товарооборот Азербайджана и Кыргызстана не отвечает их потенциалу –посол // URL: http:// kyrtag.kg/economy/tovarooborot-azerbaydzhana ikyrgyzstana-
ne-otvechaet-ikh-potentsialu-posol
15. Garibov A.,Ibrahimov R., Geopolitical Competition in the Central Asia. The Dynamics of Relations with Azerbaijan / SAM Comments, Baku, Volume IX, 2013, p 81.
Açar sözlər: Qırğızıstan, Azərbaycan, əlaqələr, beynəlxalq və regional təşkilatlar.
Ключевые слова: Киргизия, Азербайджан, отношения, международные и региональные организации.
Key words: Kyrgyzstan, Azerbaijan, relations, international and regional organizations.
Резюме
ОТНОШЕНИИ КИРГИЗСКОЙ РЕСПУБЛИКИ С АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКОЙ
(1993-2016 гг.).
Азербайджанский и кыргызский народы связаны очень тесными узами с точки зрения исторических, языковых, религиозных и культурных ценностей. Отношения между этими двумя народами уходят корнями в глубины истории. В первые годы независимости азербайджано-кыргызские связи как и связи с другими тюркскими государствами Центральной Азии осуществлялись, в основном, в рамках сотрудничества в работе международных и региональных организаций. В расширении же двусторонних отношений имел неоценимые заслуги Общенациональный лидер Гейдар Алиев.
Summary
RELATIONS THE KYRGYZ REPUBLIC WITH THE AZERBAIJAN REPUBLIC (1993-2016 YEARS).
The Azerbaijani and Kyrgyz peoples are bound by very close ties in terms of historical, linguistic, religious and cultural values. Relations between these two peoples are rooted in the depths of history. In the first years of independence, the Azerbaijani-Kyrgyz relations as well as relations with other Turkic states of Central Asia were carried out, basically, within the framework of cooperation in the work of international and regional organizations. In the expansion of bilateral relations, the national leader Heydar Aliyev.
"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017
VASİF NƏBİYEV
Bakı Dövlət Universiteti
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM