Nəsiminin fəlsəfi görüşlərində ideal insan obrazı

12:01 / 26.01.2018

Nəsimi şerində insan ən yüksək qatda təqdim edilir. Bu səbəblə Nəsiminin insan konsepti ayrılıqda nəzərdən keçirilməlidir. Nəsimi yaradıcılığında insan “vəhdəti – vücud” fəlsəfəsinin tərkibidir, ancaq bu baxış İslama inancı ilə tamlıq təşkil edir. Nəsimi Allahı danmadan insanı onun tərəfindən yaradılan ən kamil varlıq kimi qələmə verir. Nəsimi insanların batini xüsusiyyətlərinin zahirdə biruzə verdiyini söyləyir, Allahın insanı gözəl yaratdığını düşünür. Kamillik məqamına çatdıqda kafir və mömin insanlar yoxdur, yaradıcısı ilə bütünləşmiş, tamamlanmış insan var. Nəsimi hesab edirdi ki, insan həm fiziki, həm mənəvi anlamda mükəmməl olmalı, möhkəm iradəyə, inama sahib olmalıdır. Hürufilik Nəsiminin yaşadığı zamanda proqressiv ideya, dünyagörüşü kimi geniş yayılmışdı. Bu təlimin əsasını insana yeni baxış, insan daha fərqli mövqe təşkil edirdi. Bu düşüncə xalqımızın ruhu, onun ictimai – siyasi mövqeyi və həyat tərzi ilə bağlı idi [1, 312]. Hürufilikdə səcdə edilən insan idi. Hürufiliyin ən görkəmli siması Nəsimiyə görə, varlığın əsasın qoyan tək qanun səsdir. Səs görüntüyə sahibləndikdən sonra hərfə çevrilir. Bu səbəbdən səs əsasdır, hərf isə törəmə. İnsan hərflərdən ibarət bir tamdır. Tanrı əvvəl səs, sonra görünüşə yiyələnib hərf oldu, insanda ən yetkin formasını tapdı. İnsan danışan Quran, Quran isə canlanmış insandır. Bunu anlamaq üçün mükəmməlliyin ən yüksək zirvəsinə çatmaq lazımdır. Buna görə insanın üzündə yeddi hərf var: ağız, burun, qulaq, qaş, göz, bığ, saqqal. Bunlar yeddi yaradıcı özüldür, Quranı təzahür etdirir. Quranın Fatihə surəsi yeddi ayədən ibarətdir, insanın cismi torpaq, axar sular isə qandır. İnsan kainatın özüdür, bütün varlıq növlərinin yekunudur, bu səbəblə müqəddəsdir. Tövrat, Zəbur, İncil, Quran kimi dörd müqəddəs kitab insanın varlığında əksini tapmışdır. Buna görə də insana inanmaq Tanrıya ibadət etməkdir, Tanrıya inanmaq isə insana ibadət etməkdir. Nəsimi deyirdi ki, varlıq vahiddir.
Hürufilikdə yaradılış gözəgörünməzlikdən görünən hala bir keçiddir. Yaratmaq yoxdan var etmək deyil, gözəgörünməz ikən görünən olmaqdır. Nəsimi düşüncəsincə, varlıq təkdir, bu səbəbdən öz - özünə səbəbdir, yetərlidir.
Nəsiminin qəzəllərindən yaradıcıya sevgi duyulur, o bizə Allahın müdriklik, xeyirxahlıq kimi simalarını göstərməyə çalışır, onun hər şey qadir olduğunu deyir. O, Allahı özündən, aləmdən kənarda görmür, yaradıcını öz içində görür, elə İblisi də. “Məndə sığar iki cahan ...” deməklə pis və yaxşı başlanğıcın hər bir insanda olduğunu söyləyir və belə qənaətə gəlir ki, insanların qərarları və davranışı hansı tərəfə daha çox meyl etdiyini göstərir. Ancaq öz vicdanı qarşısında insan cavabdehdir. Öz özümüzdən günahlarımızı gizlədə bilmərik. Allahı başqa yerdə axtarmayın, Allah sizə şah damarınızdan daha yaxındır, o hər bir hərəkətinizi görür, hər niyyətinizi bilir. Onun ölçüsü və şəkli yoxdur. Quranın bir çox surələri Nəsiminin ifadələrində bu şəkildə izahını tapır. Nəsimi hər şeyin insanın öz əlində olduğu – yolunu özü seçdiyini demək istəyir.
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri laməkan mənəm, könvü məkana sığmazam
misraları ilə Nəsimi bəlkə də tamamən fərqli bir fikir ifadə edirdi. Məndə iki dünya – yaşadığım və öləndən sonra gedəcəyim dünyalar qarışır, birləşir. Ancaq Allah o qədər böyükdür ki, bü dünyalara sığmır. O hər şeyin əsasıdır, hər yerdədir, ancaq mövcud olan hər şeyə sığışmır. Allah bizi özünəbənzər yaratmışdır, öz ruhundan bir parçanı bizdə yerləşdirmişdir. Həmin misralar bədən və ruhun uyuşmazlığı kimi də başa düşülə bilər, ruhum bədənimə sığmır sanki anlamında.
Nəsimi lirik şerlərində sadəcə inandığı fikir və fəlsəfəni yaymaq və başqalarına da öyrətmək məqsədi güdməmiş, həm də belə bir təfəkkür və inancın öz ruhunda oyandırdığı, qəlbinə sığmayan həyəcanları tərənnüm etmək ehtiyacı ilə yazmışdır. Nəsimi kainatın bir bütün olduğunu; varlıqların Xaliq və məxluq deyə iki hissəyə bölünmədiklərini; bütün varlıqların əzəldən bəri ilahi bir eşqlə sərxoş olduqlarını söyləyərkən, bütün varlığı ilə inandığı həqiqi inamını tərənnüm edirdi.
Nəsimi Nəimi, Şibli, Həllac Mənsurun təlimlərinə uyğun ruhda əsərlər yazırdı. Nəsimi şeri ehkamçılıqdan, məişət zəminli düşüncədən uzaqdır. Nəsiminin “haqq mənəm, haqq məndədir, haqq söylərəm” müddəaları onun kafir damğası alması üçün əsaslı səbəb idi orta əsrlərdə. Nəsimi şerində insan islam dinində olduğu kimi yer üzünün əşrəfidir, Allahın bir zərrəsidir. İnsan bu şairin şerində bir daha yüksəlir və bəşəriyyət uca məqama çatmış olur. Nəsiminin əsl məqsədi insan müqəddəs məqama, haqq mərtəbəsinə yüksəltmək, ona ilahi varlığın bir zərrəsi kimi layiq olduğu dəyəri qazandırmaq olmuşdur.
Nəsimi qeyd edirdi ki, vətəni qorumaq, onun bütövlüyü uğrunda mübarizə aparmaq, ədəalətsizliyə qarşı çıxmaq üçün vətən oğulları, şübhəsiz, cəsur, güclü olmalıdırlar. Düşmənlə döyüşlərdə layiqli mübarizə aparmaq üçün fiziki və mənəvi cəhətdən güclü insanların tərbiyəsi hər zaman ən önəmli məsələlərdən biri kimi diqqət mərkəzində olmalıdır.
Nəsimi islam dininin bəzi prinsiplərinə, özəlliklərinə qarşı çıxır, dini ayrı seçkiliyi tənqid edir, qeyri – müsəlmanlara hörmətlə yanaşır, bəzi dini ənənələrin formallığı və birtərəfliliyinə qarşı mübarizə aparırdı. Nəsimi hökmran təbəqənin zülm, özbaşınalığına. ədalətsizliyinə qarşı çıxış edir və iddia edirdi ki, yüksək vəzifələri buna layiq olmayan insanlar tutur və gözəl idarəedicilik qabiliyyətinə malik insanlar isə kasıbçılıq içərisində səfil vəziyyətdə yaşayırlar. Dahi şair ömrünün sonuna qədər öz ideyalarına sadiq qaldı.
Şair hesab edirdi ki, əgər insan acgözlük və başqa mənəvi cəhətdən pis vərdişlərə qarşı mübarizə apara bilirsə, bu elə əqlin hislər üzərində üstünlüyünün sübutudur. Vacib olduğu məqamda pis əməllərdən çəkinmək dərhal mümkün olmur. Bu insandan möhkəm iradə, dözüm, güclü xarakter tələb edir. Bu və digər müsbət keyfiyyətlər tərbiyə fiziki kamilləşmə prosesində formalaşır. Nəsimiyə görə, acgözlüyü dəf etmiş insanları şərqin Zöhrab, Rüstəmi – zal kimi qəhrəmanları ilə müqayisə etmək olar [2, 635 – 636].
İlin dörd fəslinin hər birində özünəməxsus əhval – ruhiyyə olduğu kimi insan həyatının hər bir dövrünün fərqli xüsusiyyətəri vardır. Nəsimiyə görə, dinin iddia etdiyi kimi əsl gözəllik o biri dünyada deyil, dörd vacib ünsürdən ibarət olan yaşadığımız real dünyadadır.
Bir söz de mənə, Nəsimi, vəsf elə məni, şair.
- Vəsf zamanı deyil, afət – Ölümə gedirəm, yalvarıram.
- Seni bu hüsn-ü camal, bu kamal ile görüb,
Qorxdular həqq deməyə, döndülər insan dedilər.
Nəsimi özü əqli, fiziki və mənəvi anlamda sağlam idi və bu onun əsərlərində əksini tapırdı. Şerlərində mərdlik, cəsurluq kimi xüsusiyyətləri mədh edir, yaltaqlıq, zəif iradəliliyi tənqid edirdi. Akademik M.Quluzadə Həllac Mənsurun ideya ardıcıllarından biri olan Nəsimi haqqında yazmışdı: “Həllac Mənsur əsrlər boyu Yaxın Şərq ədəbiyyatında mərdlik, cəsarət, özünə inamın simvolu kimi tanınmışdı. Nəsimi də gənc yaşlarında bu panteist şairi dərindən mənimsəmiş, əsərlərində onu həqiqətə sadiq möhkəm iradəli və cəsur insan kimi mədh etmişdir. Həllac Mənsurun panteist düşüncələri, iradə və inanc azadlığı ruhunda yazılmış şerləri Nəsimi zövqünə uyğun idi” [4, 8].
Şah İsmayıl Xətai də Nəsiminin mətanəti və əyilməzliyi qarşısında baş əyirdi. Şerlərinin birində qeyd edirdi ki, Nəsimi də Həllac Mənsur kimi ölümündən öncə sözündən dönmür [5,116]. Nəsiminin adı Yaxın Şərq ədəbiyyatında və tarixində məğlubedilməzliyin, sədaqətin rəmzinə çevrilmişdi. Onu dərin zəkaya, incə ruha malik biri kimi yad edirdilər. Hürufi mütəfəkkirləri işərisində Həllac Mənsura daha çox üstünlük verərək, onu dövrünün ən ağıllı, igid, patriot insanı hesab etmişdir. İnancına sonuna qədər sadiq qaldığı üçün ona hörmət etmiş, ənəlhəqq ideyasını qəbul etmişdir. O bu həqiqət uğrunda mübarizin ideya ardıcılı olması ilə qürur duyurdu [2, 5].
Bütün yaradıcılığı boyu Nəsimi ənəlhəqq ideyasından çəkinməmişdir. Nəsimi yaradıcılığınin tədqiqatçısı akademik H.Arazlı dahi şairin mərdliyinə xüsusi önəm vermişdir. O qeyd etmişdir ki, türk dünyasının igidlik simvolu olan şəxslərin arasında Nəsiminin yeri özəldir: “Artıq beş əsrdən artıqdır ki, Nəsimi adı Yaxın Şərqdə igidlik, iradə və fədakarlıq simvolu kimi səslənir...Əqidəsinə görə dərisini soysalar da o öz düçüncələrinə sadiq qaldı. Həbsxanada olduğu zamanlarda da ölümdən qorxmadığını, hər zaman məqsədi və ideyaları uğrunda mübarizəyə hazır olduğunu, bu yolda hər şəkildə əzaba dözəcəyini şerlərində ifadə etmişdi [2, 5-6]. Artıq 600 ildir ki, Nəsimi dünya ədəbiyyatında yaradıcılığı ilə cəsurluq, iradə, mərdlik heykəlinə çevrilmişdir. Nəsimi soydaşların zəhmətkeş, dözümlü, fiziki cəhətdən baxımlı görməyi arzulayır, onları sosial ədalətsizlik, özbaşınalıqla barışmamağa çağırırdı. Şerlərində döyüş meydanına yalnız güclülərin çıxmalı olduğunu, qorxaqların döyüşdə gərəksiz olduğunu söyləyirdi [2, 512].


Ədəbİyyat
1. Сафарли А., Юсифли Х. История азербайджанской литературы в древний период и в средних веках. Баку: Озан, 1988
2. Насими И. Избранные произведения. Баку: Азернешр, 1973
3. Карамов Н.К. Туристы и географы страны огней. Баку: Азернешр, 1984
4. Хатаи. Дехнаме. Баку: Азернешр, 1959. - 184 с.
5. Гулузаде М. Поэт великих идеалов. Баку: Гянджлик, 1973


Açar sözlər: kamil insan, ədalətli cəmiyyət, yaradan

Ключевые слова: совершенный человек, справедливое общество, создатель
Keywords: perfect man, just society, creator


Резюме
Гюнель А.Гараева
В статье рассматриваются проблема волевого совершенства человека в творчестве великого азербайджанского поэта и мыслителя Имадеддина Насими. Определена галерея героев, воспетых поэтом, наделенных твердым убеждением, силой воли, стойкостью и духовным совершенством.
Основу его учения составляло новое отношение к человеку, новое его понимание.

Summary
Gunel A.Qarayeva
The article deals with the problem of strong-willed human perfection in the work of the great Azerbaijani poet and thinker Imadeddin Nasimi. A gallery of heroes, sung by the poet, endowed with firm conviction, will power, steadfastness and spiritual perfection is defined. The basis of his teaching was a new attitude to man, his new understanding.

 

"GEOSTRATEGİYA" jurnalı №06 (42) NOYABR-DEKABR 2017

 

Günel Qarayeva
BDU-nun Fəlsəfə tarixi və Mədəniyyətşünaslıq
kafedrası


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM