Müasir dövrdə ictimai həyatın müxtəlif sferalarını əhatə edən problemlərin həlli, o cümlədən ictimai inkişaf strategiyalarının hazırlanması qloballaşma fenomenini nəzərə almadan mümkün deyil. Ümumdünya tarixinin qanunauyğun inkişaf prosesində meydana çıxmış qloballaşma dövlət və xalqların inteqrasiyasının keyfiyyətcə yeni mərhələsi kimi çıxış edir. Qloballaşma millət dövlətlərin inkişafına birbaşa təsir göstərir, lakin bu təsir tədqiatçılar tərəfindən heç də birmənalı dəyərləndirilmir. Yazılmış məqalədə əsas məqsəd qloballşama prosesinin daha çox təsir göstərdiyi mədəni sferada baş verən fundamental transformasiyalara diqqət yetirmək, onun milli mədəniyyətlərə təsirini araşdırmaqdır. Bunun üçün ilk növbədə bütövlükdə qloballaşma prosesinin mahiyyətinə qısa şəkildə aydınlıq gətirilməsi zəruridir.
Qloballşama prosesinin mahiyyətinə müxtəlif baxışlar mövcuddur. Bəzi tədqiqatçılar onu millət-dövlətlər üçün ziyanlı proses kimi dəyərləndirirsə, digərləri hər bir dövlətin qloballaşma prosesinə qoşulmasının zəruriliyini vurğulayırlar.
Qeyd edək ki, qloballaşma prosesi ictimai həyatın bütün sferalarını əhatə etdiyi üçün fərqli sferalarını, yaxud formalarını ayırır, siyasi, iqtisadi, sosial, hərbi, mədəni və s. qloballşamanı fərqləndirirlər. Vahid prosesin müxtəlif aspektləri kimi çıxış edən qloballaşma formaları içərisində mədəni qloballaşma, yaxud mədəniyyətin qloballaşması xüsusi maraq doğurur. Onun mahiyyəti, lokal mədəniyyətlər üçün faydalı, yoxsa ziyanlı olmasını müəyyənləşdirmək məqsədilə qloballaşma prosesə fərqli tədqiatçıların yanaşmasına diqqət yetirək.
Rus alimi A.İ.Utkinə görə: “Qloballaşma milli iqtisadiyyatların kapitalın sürətli yerdəyişməsinə, dünyanın yeni informasion açıqlığına, texnoloji inqilaba, inkişaf etmiş sənaye dövlətlərinin əmtəə və kapital yerdəyişmələrinin liberallaşmasına, kommunikasion yaxınlaşmaya, planetar elmi inqilaba əsaslanaraq vahid ümumdünyəvi sistemdə qovuşmasıdır”. (1, s.181) Digər rus alimi A.S.Panarin isə qloballaşmanın tərifini belə formulə etmişdir: “Qloballaşma- xalqların bir-birindən ənənəvi proteksionist baryerlər və sərhədlərlə ayrılmadığı vahid, vəhdətdə olan dünyanın yaranması prosesidir”. (2, s.183)
C.Soros qloballaşma fenomeninə çoxsaylı məqalə və kitab həsr etmişdir. O, qloballaşmaya tərif verərkən qeyd edir ki,: “Mən qloballaşmanın dar tərifini qəbul etmişəm: qloballaşma dedikdə kapitalın azad yerdəyişməsini və milli iqtisadiyyatların qlobal maliyyə bazarları və transmilli korporasiyalardan asılılığını başa düşürəm”. (3, s.5)
Qloballaşmaya verilmiş təriflərin elmi və nəzəri əhəmiyyətinə xələl gətirmədən bəzi məqamlara diqqət yetirək. Bu təriflər faktiki olaraq çoxcəhətli və ictimai həyatın bütün sferalarını əhatə edən qloballaşma prosesini onun yalnız bir aspektinə müncər edir. Məhz bu baxımdan qloballaşma prosesinə daha əhatəli tərif verməyə ehtiyac yaranır. Qeyd edək ki, cəmiyyətin daxilində sosial əlaqə və qarşılıqlı münasibətlərin məcmusunu fransız sosioloq E.Dürkheym “cəmiyyətin sosial sıxlığı” kateqoriyası ilə işarələmişdir. (4, s.333) Əgər biz bəşəriyyətə bütöv cəmiyyət kimi yanaşsaq, onda qloballaşmanı ən ümumi şəkildə belə təyin edə bilərik: Qloballaşma – subyektləri millət-dövlətlər (və yaxud onların digər tarixi formaları) olan qlobal (planetar) cəmiyyətin sosial sıxlığının tədricən artması prosesidir.
Verilmiş tərif qloballaşma prosesinin iki mühüm səciyyəvi xüsusiyyətini də özündə ehtiva edir. Onlardan birincisi budur ki, tərifdə qloballaşmanın tarixi sərhədlərini cızmaqla, onun heç də yeni hadisə olmadığını göstərilməsidir. Belə ki, bəzi tədqiqatçılar qloballaşmanı yeni hadisə, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının yaranması və sürətli inkişafı ilə əlaqələndirirlər. Lakin, tərifdən də göründüyü kimi cəmiyyətlər arasında müxtəlif münasibətlər formaca fərqlənsə də qədim tarixə malikdir. İkinci amil isə prosesin obyektiv səciyyə daşımasıdır. Yəni qloballaşma bəzi qlobal güclərin (hegemon dövlətlər, tarnsmilli şirkətlər və s.) öz mənafeləri üçün həyata keçidikləri layihə yox, obyektiv-tarixi prosesdir. Başqa sözlə desək, dünya qloballaşdırılmır, qloballaşır. Çünki, cəmiyyətlər arasındakı münasibətlər subyektiv yox, obyektiv səciyyə daşıyır.
Deyilənləri ümumiləşdirməklə obyektiv tarixi proses olan qloballaşmanın əsas cizgilərinə aid fikirləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1) ölkə və xalqların insan fəaliyyətinin müxtəlif sferalarında qarşılıqlı əlaqə və qarşılıqlı asılılıqlarının artması; bunun nəticəsində insanların planetar birliyi, bütöv dünyanın formalaşması baş verir;
2) ümumdünya maliyyə-iqtisadi məkanının, qlobal miqyaslı bazarın yaranması, milli iqtisadiyyatların ümumi qaydalara malik qlobal sistemdə qovuşması;
3)dövlətin funksiyasının dəyişməsi, milli sərhədlərin “silinməsi”, fövqəldövlət təşkilatların və trans-milli birləşmələrin fəaliyyət sferalarının genişlənməsi;
4) dünyanın universallaşması, avroatlantik sivilizasiyada toplanmış liberal- demokratik və sosiomədəni dəyərlərin geniş yayılması.
Qloballaşmanın mədəniyyətə birbaşa təsirinin ilk əlamətləri özünü “Böyük coğrafi kəşflər dövründə mədəni əlaqə və kommunikasiyaların bəşəriyyət tarixində ilk dəfə mahiyyətcə planetar meydan əldə etdiyi zamanlarda göstərib. Məhz bu zamandan etibarən maddi və mənəvi dəyərlərin unifikasiyası olmasa da, qlobal miqyasda əxz edilməsi və yayılması başlamışdır”. (5, s.213) Lakin bununla yanaşı “… mədəni qloballaşma qeyri- adi qədim tarixə malikdir”. (6, s.391) Çünki, qloballaşma prosesi bütün təzahür formalarında bu və ya digər dərəcədə mədəni komponentlərə malik olmuşdur.
Bütövlükdə qloballaşma prosesinə yanaşmalarda olduğu kimi, mədəni qloballaşmaya yanaşmaları da iki istiqamətə ayırmaq mümkündür: optimistlər, yəni mədəni qloballaşmanı faydalı və zəruri proses kimi qiymətləndirənlər, pessimistlər, yəni prosesi milli mədəniyyətlər üçün təhlükə hesab edənlər. Ümumiyyətlə, ilk növbədə onu qeyd edək ki, qloballaşmanın müasir mərhələsi sosiomədəni məkanın həddindən artıq informasiya-kommunikativ zənginliyi ilə xarakterizə edilir. Bu amil fasiləsiz proses olan mədəni qloballaşmanın baza xarakteristikalarından biri kimi çıxış edir. Mədəni qloballaşmanın dəyərləndirilməsi onun mənfi nəticələrinin anlaşılmasından və milli birliklərə təsirindən asılıdır. Tədqiqatçılar mədəni qloballaşmanın mümkün nəticələri haqqında fərqli fikirlər söyləyirlər. Bu fikirlər aşağıdakılardır.
1) dünya Amerika kütləvi mədəniyyəti və yaxud Qərb istehlakçı mədəniyyətinin himayəsi altında homogenləşməyə (bircinsləşmə) doğru hərəkət edir;
2) mədəni fərqlərin artımı dünyanın nəhəng sivilizasiyalarının geopolitik sərhədlərində münaqişələrə aparır;
3) mədəniyyətlərin və xalqların qarışması nəticəsində mədəni hibridlər və qlobal mədəni şəbəkələr meydana çıxır. (6, s.386)
Mədəni qloballaşmaya optimist yanaşma, onu işıqlı gələcək naminə insanları birləşdirəcək ümumbəşəri humanist dəyərlərin könüllü və obyektiv təsdiqi prosesi kimi şərhi ilə bağlıdır. Məsələn, rus tədqiqatçısı A.İ.Qolışevin fikrincə: “mədəni qloballaşma dövlətlər, millətlər və etnosların mürəkkəb, universal, çoxobrazlı və çoxqatlı sosiomədəni inteqrasiya prosesi olub Yer üzərində varlıq imkanını müəyyənləşdirən könüllü humanist vəhdətin formalaşmasıdır” (7, s.74). Mədəniyyətlərin qloballaşmasını mümkün hesab edən müəllif qeyd edir ki, hər bir xalqın məsəniyyətində “ən ümumi, ümuminsani kimi qavranılan oxşar dəyər və predmetlər, davranışın ümumi qəbul edilmiş norma və qaydaları əksini tapır”.(7, s.75)
Mədəniyyətin qloballaşmasını nəinki mümkün, hətta faydalı sayan tədqiqatçılardan biri də ingilis tədqiqatçısı Malkolm Uotersdir. Tədqiqatçı belə hesab edir ki, qloballaşmaya daha çox məruz qalmış sferalardan biri də mədəni məkandır. Çünki, mədəniyyət obraz və simvollar məkanı olub iqtisadiyyat və siyasət kimi ərazi bağlılığı olan sferalardan daha tez yayılır. M.Uoters bu prinsipdən çıxış edərək qloballaşma prosesini faktiki olaraq mədəniyyətlərin qloballaşmasına müncər edir və ona belə tərif verir: “qloballaşma sosiallığın, simvolik mübadilələrin ekspansiyası ilə şərtlənən ərazisizləşdirməyə aparan təmayüllərin məcmusudur”. (8, s.29) Heç şübhəsiz ki, M.Uoters qloballaşmanın ideoloqu kimi çıxış edir və dünyanın gələcəyini qlobalist mövqedən şərhinə çalışır. O, mahiyyətcə gələcəkdə vahid, ümumbəşəri mədəniyyətin formalaşacağını mümkün sayır. Tədqiqatçı iddia edir ki, ümumdünya mədəniyyəti təbii yolla və könüllülük əsasında formalaşacaq. Lakin, bunula belə o qeyd edir ki, yeni formalaşacaq mədəniyyət qərb dəyərlərinin və milli mədəniyyətlərin deqradasiyası əsasında formalaşacaq.
Mədəni qloballaşmanı mümkün və zəruri sayan tədqiqatçıların fikrincə bu proses bir sıra müsbət keyfiyyətlərə malikdir. Xüsusilə Devid Held və d. birgə yazdığı “Qlobal transformasiyalar: Siyasət, iqtisadiyyat, mədəniyyət” adlı fundamental əsərdə qeyd edirlər ki, “müasir mədəni qloballaşma bir sıra nailiyyətlərlə, o cümlədən mədəniyyət elementlərinin sərhədləri aşması və onlardan istifadənin maya dəyərinin azaldılması üçün böyük imkanlar yaradan misilsiz miqyaslı yeni qlobal infrastrukturla, mədəni mübadilə və bütün növ kommunikasiyaların intensivlik, həcm və sürətinin artması; Qərb kütləvi mədəniyyətinin yayılması, mədəniyyət məhsullarının istehsalı və paylanması üçün infrastrukturlar və təşkilatların yaradılmasında çoxmillətli mədəniyyət sənayesinin üstünlüyü; qlobal mədəni qarşılıqlı təsirin coğrafiyasında dönüşlə assosiasiya olunur”. (6, s.402-403)
Problemə belə yanaşmaya görə mədəniyyətlərin qloballaşması nəinki gerçək, hətta insan inkişafının davamlı olması üçün zəruri prosesdir. Yalnız mədəniyyətlərin bir-birinə nüfuz etməsi, onların ümumbəşəri dəyərlər əsasında sintezi bəşər sivilizasiyasının sonrakı inkişafına stimul yarada bilər. Lakin bununla belə, dominat mədəniyyət qismində, daha çox mütərəqqi hesab olunan Qərb məəniyyəti göstərilir. Mədəni sferaya keçirilmiş Qərb modernizmi bu mövqeni müdafiə edən əsas arqumentə çevrilir.
Onu da qeyd edək ki, bu mövqe heç bütün tədqiqatçılar tərəfindən dəstəkləınmir. Onların fikrincə bu gün inkişaf edən mədəni qloballaşma, əslində Qərbin qeyri-qərbə yaydığı modernizasiya prosesinin davamıdır. Nəticədə, bütövlükdə mədəniyyət deyildikdə Qərb mədəniyyəti, xüsusilə kütləvi mədəniyyət başa düşülür. Buna paralel olaraq ənənəvi milli mədəniyyətlər arxaikləşir və unudulur. Rus tədqiqatçısıV.S.Styopin bu haqda yazır: “İndustrial epoxada gerçəkləşmiş modernizasiya proseslərində texnogen mədəniyyətin, ənənəvi mədəniyyətlə müqayisədə daha yüksək inkişaf mərhələsinin sinvolu kimi qəbul edilən tərəqqi idealı ilə eyniləşdirmişdir. Bu mövqe hələ ki, müasir qloballaşma prosesində dominant mövqe tutmaqdadır”. (9, s.262) Beləliklə, V.S.Styopinin təklif etdiyi təfsirdə mədəniyyətlərin qloballaşması mədəniyyətdə elə bir dəyişiklikdir ki, bu dəyişikliklər sosial-iqtisadi sferanın qloballaşmasının təsiri altında baş verir və milli-mənəvi mədəniyyətin deformasiyası, ümumplanetar texniki sivilizasiyanın formalaşmasında təzahür edir.
Zəruri olaraq qeyd edək ki, istər mədəni qloballaşma tərəfdarları, istərsə də əleyhdarları bir fikirdə yekdildirlər ki, bu proses qaçılmaz, labüddür. Bu isə öz növbəsində dünyada baş verən sosial-iqtisadi dəyişikliklər və bir regiondan digərinə böyük insan axınları ilə izah olunur. Miqrasiya axınları özü ilə mədəniyyətlərin də köç etməsini şərtləndirir. Fransız iqtisadçısı Jak Attalinin fikrincə, şərti olaraq köçərilik doktrinası həm insanların həyat tərzini, həm də mədəniyyətin vəziyyətini müəyyənləşdirir. Köçəri insan (dünya vətəndaşı) heç bir mədəni identikliyə, nə də heç bir ərazi bağlılığına malik deyil. Belə insanın dəyərləri hansısa millət-dövlət kontekstinə bağlılığı olmayan ümumbəşəri dəyərlərdir. (10, s.35)
Yuxarıda verilmiş təhlildən görünür ki, tədqiqatçılar arasında mədəni qloballaşmaya münasibət birmənalı deyil. Təbii ki, bunun subyektiv səbəbləri ilə yanaşı obyektiv səbəbləri də var. Bu ilk növbədə qloballaşma prosesinin ziddiyyətli xarakteri ilə əlaqədardır. Onun müsbət cəhətləri ilə yanaşı mənfi cəhətlərinin də olması özünü mədəni qloballaşma prosesində də göstərir. Belə olduqda, qloballaşmanın, xüsusi halda mədəni qloballaşmanın neqativ nəticələrindən, yaxud amerikalı iqtisadçı C.Stiqlizin təbirincə desək, gətirdiyi “narahatlıqlardan” necə sığortalanmaq olar sualı vacib olduğu qədər, ona birmənalı cavab vermək də çətindir. Tam əhatəliliyə iddia etmədən, suala qısmən də olsa cavab verməyə çalışacağıq.
Hər bir cəmiyyət konkret situasiyadan asılı olaraq qloballaşma nəticəsində meydana çıxmış mütəqəqqi və humanist yenilikləri qəbul etməyə, bəzən onlara uyğunlaşmağa, zəruri olduğu təqdirdə neqativ nəticələrdən qorumağa hazır olmalıdır. Qloballaşma nəticəsində yaranmış “qlobal mədəniyyətin” nə tam şəkildə qəbul edilməsi, nə də bütövlükdə inkarı düzgün olmazdı. Bu münasibətdə cəmiyyət çevik və praqmatik olmalıdır. Xüsusilə cəmiyyətin yaradıcı və intellektual elitası qloballaşmanın dinamikası və təmayüllərinə adekvat reaksiya verməli, onları düzgün dərk edərək mümkün nəticələr çıxarmalıdır.
Qloballaşma dövründə milli-mənəvi dəyərlərin üstünlük problemi daha da aktuallaşır. Məhz bu dəyərlərin təbliği, təlim və təhsil prosesində gənclərin milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsi kütləvi və qlobal mədəniyyətin neqativ təsirlərinə qarşı dayana bilər.
Qloballaşma heç bir halda insanlar və mədəniyyətlər arasında fərqi tam şəkildə aradan qaldıra, onları tamamilə məhv edə bilməz. Hər bir insanda yaradıcılıq imkanı və qabiliyyəti mövcud olacaq. Deməli insanda daim yeniləşmə imkanı qalır. Bu isə öz növbəsində insanlara öz unikallıq və identikliyini qorumaq imkanı verir. Məhz bu səbəbdən qətiyyətlə demək olar ki, “qloballaşma prosesi insanları “kütləyə” çevirir” müddəası həqiqəti əks etdirmir. Ona görə də, hər bir millət qloballaşma çağırışlarına hazır olmalı, onun verdiyi və inkişaf üçün zəruri olan imkanlardan yararlanmaqla yanaşı, onun neqativ nəticələrindən qorunmaq üçün işlək mexanizmlər hazırlamalıdır. Burada tam şəkildə təcridçilik mövqeyi tutmaq da düzgün olmazdı. Çünki, heç bir mədəniyyət özünə qapalı formada inkişaf edə bilməz. Belə bir inkişaf üçün o, daim yenilənməli, özündə ümumbəşəri dəyərləi daşıyan qlobal mədəniyyət artefaktları ilə zənginləşməlidir.
Ədəbiyyat
1. Уткин А.И. Глобализация / Глобалистика: Энциклопедия. М.: Радуга, 2003, с.181
2. Панарин А.С. Глобализация/ Глобалистика: Энциклопедия. М.: Радуга, 2003, с.183
3. Сорос Дж. О глобализации. М.: Эксмо, 2004, 224 с.
4. Белл Д. Социальные рамки информационного общества / Новая технократическая волна на западе. М.: Прогресс, 1986, с.330-342
5. Чумаков А.Н. Метафизика глобализации. Культурно- цивилизационный контекст. М.: Реабилитация, 2006, 516 с.
6. Хелд Д., и др. Глобальные трансфор¬мации: Политика, экономика, культура. М.: Праксис, 2004, 576 с.
7. Голышев А.И. 2014. Глобализация: культурологический подход. – Вестник Псковского государственного университета. Сер. Социально-гуманитарные науки. № 6. С. 70-81.
8. Waters M. Globalization, London: Routledge. 1995, 268 p.
9. Степин В. С. 2011. Цивилизация и культура. СПб: СПб ГУП. 2011, 407 с.
10. Аттали Ж. 1993. На пороге нового тысячелетия. М.: Международные отношения, 1993, 70 с.
Açar sözlər: qloballaşma, mədəniyyət, modernizm, dəyər.
Key words: globalization, culture, modernism, value.
Ключевые слова: глобализация, культура, модернизм, ценность.
д.ф.п.ф Эльшан Байрамзаде
Глобализация культуры: проблемы, перспективы
Резюме
В статье рассматривается влияние глобализации на культурную сферу. Прежде всего, раскрывается сущность процесса глобализации и обосновывается как обьективно-исторический процесс. Изучается влияние процесса глобализации на национальные культуры, выясняются негативные и позитивные аспекты. В то же время определяются способы устранения негативных последствий глобализации для национальных культур.
Phd. Elshen Bayramzadeh
Globalization of culture: problems, perspectives.
Summary
The article examines the impact of globalization on the cultural sphere. First of all, the essence of the globalization process is revealed and justified as an objective historical process. The influence of the globalization process on national cultures is studied, negative and positive aspects are revealed. At the same time, ways of eliminating the negative consequences of globalization for national cultures are being determined.
Elşən Bayramzadə
Fəlsəfə üzrə fəlsəfə doktoru
"GEOSTRATEGİYA" jurnalı №01 (43) YANVAR-FEVRAL 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM