Müasir dünyada siyasi proseslərin xüsusiyyətlərindən əlaqədar olaraq, hər bir ölkənin strateji siyasi prioritetlərinin adekvatlığından çıxış etməklə, dövlət qulluğu sistemində xidmət göstərən qulluqçuların peşəkarlığının artırılması vacib şərtlərdəndir. Hər bir dövlət qulluqçusu tutduğu vəzifəsindən asılı olmayaraq, xidmət etdiyi dövlətin adından müəyyən qərarlar verir, vəzifələri yerinə yetirir və icraları təmin edir. Bu işlər əlbəttə, kifayət qədər mürəkkəb və məsuliyyətlidir, qəbul edilən hər bir qərarın və atılan addımın peşəkarcasına icra edilməsi dövlətin nüfuzunu artırır, dövlətlə insanlar arasında inamı yüksəldir, dövlət strukturlarına cəmiyyət arasında etimad artırır və s. Dövlət qulluqçusu öz üzərində daimi olaraq çalışmalı, bilik və bacarığını artırmalı, peşəkarlıq səviyyəsini yüksəltməli və milli maraqlar əsas götürülməklə, öz vətəninə, dövlətinə sədaqətlə xidmət etməlidir. Ölkə Prezidenti İ.Əliyev qeyd etmişidr ki, hər bir dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər [1].
Dövlət qulluqçusu öz fəaliyyətində dövlət idarəçilik sisteminin mühüm və toxunulmaz prinsiplərinə peşəkar səviyyədə əməl etmək qabiliyyətinə malik olmalıdır. İlk növbədə qanunçuluq ali prinsip kimi əsas götürülməklə dövlət qulluqçusu öz vəzifə borcunu şərəf və ləyaqətlə, qərəzsiz və obyektiv yerinə yetirməlidir. Dövlət qulluqçusunun davranışında və hərəkətlərində, qəbul etdiyi qərarlarda, ədalət və bərabərliklə eyni səviyyədə məsuliyyət və hesabatlılıq olmalıdır. Bu meyarlar baxımından dünyanın müxtəlif ölkələrində dövlət qulluqçularının öz peşəkarlıq səviyyəsinin artırılması məsələləri kifayət qədər prinsipial və mühüm əhəmiyyət kəsb edir. Dövlət strukturları bununla əlaqədar olaraq, sistemli və ardıcıl surətdə tədbirlərin reallaşdırılmasını təmin edirlər. Kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların yenidən hazırlanması, qlobal təsirlər altında baş verən dəyişikliklərin dövlət qulluqçuları tərəfindən obyektiv reallaıqlar əsasında qavranması və mənimsənilməsi, yeni biliklərin əldə edilməsi dövlət qulluqçusunun öz vəzifəsinin öhdəsindən peşəkar gəlməsində vacib meyarlardandır. Dövlətin gücü və müdrikliyi ondadır ki, dövlət qulluqçularının peşəkarlığını təmin etmək üçün milli maraqlara adekvat olan işlək mexanizmlər hazırlayaraq tətbiq edə bilsin və bu mexanizmlər mütləq şəkildə ölkədə baş verən obyektiv reallıqlara, proseslərə adekvat olmalıdırlar. Ümumiyyətlə, hər bir ölkənin uğurlu inkişafı onu idarə edən rəhbər kadrların uzaqgörənliyindən, strateji düşünmə qabiliyyətindən, bütövlükdə dövlət qulluğunda çalışanların ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla yerinə yetirilməsindən, öz işinə nə dərəcədə məsuliyyətlə yanaşmasından, müasir dünyanın tələblərini bilməsindən, öz bilik və bacarığını daim təkmilləşdirməsindən çox asılıdır. Bu baxımdan dövlət qulluqçularına verilən tələblər çox yüksəkdir [2]. Dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin təmin edilməsi üçün optimal norma və qaydalar hazırlanmalı, kadrların bilikli və savadlı olması təmin edilməsi, hər bir kadrın nəzəri bilikləri mənimsəməklə yanaşı, onun praktiki fəaliyyətində bu biliklərdən bacarıqla istifadə edə bilməsi səviyyəsi formalaşdırılmalıdır.
Qeyd edək ki, dövlət qulluqçularının peşəkarlığının yüksəldilməsi dünyanın bir çox ölkələrində strateji yanaşmalar səviyyəsinə qaldılımışdır. Bu məqsədlə sistemli tədbirlərin görülməsi, peşəkar kadrların maksimum səmərəli fəaliyyət göstərməsi üçün əlavə stimullaşdırıcı mexanizmlərin hazırlanması və tətbiqi nümunələri də diqqət çəkir. Məsələn, bir çox ölkələrdə, Böyük Britaniya, ABŞ və Almaniyada dövlət qulluqçularının karyera yüksəlişlərinin maddi stimullaşdırılması sistemi mövcuddur [3]. Böyük Britaniyada dövlət qulluqçuları ilə xüsusi saziş imzalanıb və burada dövlət qulluğunda nümunəvi xidmət, həmçinin karyera yüksəlişləri ilə bağlı maddi stimullaşdırmanın şərtləri və hədləri göstərilir. Burada dövlət qulluqçularının daha çevik, mobil və dürüst işləmələri üçün stimullaşdırıcı mexanizmlərin olması diqqət çəkir [4]. Tətbiq edilmiş stimullaşdırıcı mexanizmlər dövlət qulluqçularını daha yaxşı işləməyə və xidmət göstərməyə sövq edir, onlar daha inamlı olurlar, ictimaiyyətlə münasibətlərində sadəliklərini və diqqətli olmalarını üstün tuturlar, adi vətəndaşların problemlərindən yan keçmirlər. Çox vaxtı isə dövlət qulluqçuları şəxsi nümunələr göstərməklə diqqət çəkirlər. Məsələn, dünyanın ən iri paytaxt şəhərlərindən olan – London merinin işə piyada, sadə vətəndaşlarla bir sırada getməsi ilk baxışdan adi görünsə də, insalar arasında şəhər rəhbərliyinə, dövlət qulluqçusuna qarşı daha geniş inam və rəğbət yaradır.
Dövlət qulluqçularının karyera uğurlarının təmin edilməsi, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məsələləri dünyanın ən güclü və modern dövlət idarəetmə sisteminə malik ABŞ üçün də xarakterikdir. Hər bir dövlət qulluqçusu bu ölkədə özünün karyera yüksəlişi planına malikdir. Bundan əlavə, dövlət qulluğu sistemində yuxarı vəzifələrə təyinat üçün namizədlərin seçilməsi və təklif edilməsi üzrə xüsusi seçim komitələri mövcuddur və bu cür qurumlar ABŞ-ın müxtəlif nazirlik və digər federal, həmçinin ştatlar səviyyəli dövlət orqanlarında da mövcuddur. Hər bir dövlət məmuru və dövlət qulluqçusu özündən bir-iki pillə aşağı vəzifələrdə çalışanlar üçün xüsusi peşəkar kadr səviyyəsini və dövlət qulluğu üzrə fəaliyyətin xarakteristikasını hazırlayır və bununla da dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün obyektiv informasiyalar toplanılır. Qeyd edək ki, ABŞ-da XX əsrin 70-80-ci illərində kadr potensialının yenilənməsi, dövlət qulluğu sistemini təkmilləşdirilməsi, dövlət qulluqçularının hazırlıq səviyyəsinin yüksədilməsi məqsədilə uzunmüddətli dövrü əhatə edən strateji tədbirlər və islahatlar həyata keçirilmişdir. 1978-ci ildə ABŞ-da dövlət qulluğunun islahatına dair qanun qüvvəyə minmişdir. Bu qanuna görə, dövlət qulluqçusunun seçilməsi və irəli çəkilməsi prinsipləri sırasında əsasən kadrın hazırlıq səviyyəsi, bacarığı, bilik və peşəkarlıq elementləri yer almışdır [5]. Dövlət qulluqçusunun bu qeyd olunan keyfiyyətlərə malik olması onun məsul olduğu sahədə daha səmərəli və faydalı işləməsinin əsas zəmini kimi çıxış edir. Dövlət qulluqçuları peşəkarlıqları ilə fərqlənməli və dövlətin məlum siyasətinin optimal olaraq reallaşdırılmasıda üzərlərinə düşən vəzifələri vicdanla, həm də dürüst, vaxtında yerinə yetirməlidirlər. Buna görə də, dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi müasir dövrdə dövlətlərin ali idarəetmə strukturlarının mühüm vəzifələrindən hesab olunur [6]. 1993-cü ildən başlayaraq ABŞ-da dövlət sisteminin idarə edilməsinin yenidən qurulması prosesləri intensivləşmişdir. Belə ki, həmin ildə ABŞ-da hökumətin səmərəli və məhsuldar işləməsinə dair Qanun imzalanmışdır. Bu qanunda dövlət qulluqçularının fəaliyyətinin nəticələri və onların qiymətləndirilməsi ilə bağlı mühüm müddəalar yer almışdır. Artıq XXI əsrin əvvəllərinə olan dövr üçün ABŞ-da dövlət qulluğu sistemində dövlət qulluqçularının vəzifə və məsuliyyətləri, karyera yüksəlişləri, onların motivasiyasının artırılması ilə bağlı optimal meyarlar və qiymətləndirmə mexanizmləri formalaşdırılmışdır. Ölkədə dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması üçün çoxlu sayda tədris mərkəzləri fəaliyyət göstərir. ABŞ-da rəhbər dövlət qulluğu kadrlarının vəzifə yüksəlişləri ilə bağlı məsələlər də maraq doğurur. Belə ki, karyerayönlü dövlət qulluğu vəzifələrinə yalnız yüksək peşəkarlıq səviyyəsinə malik kadrlar təyin olunur, ümumi dövlət qulluğu vəzifələrinə isə müxtəlif sahələrin nümayəndələri təyin olunur.
Dünyanın iri dövlətlərindən olan Almaniyada da dövlət qulluqçularının fəaliyyətinin yüksək səmərəliliyinin təmin edilməsinə sistemli yanaşma diqqət çəkir. Burada da güclü şəkildə maddi stimullaşdırma mexanizmləri mövcuddur və həmçinin bonus sistemindən də fəal istifadə olunur. Almaniyada dövlət qulluğu strukturlarında rəhbər şəxslər öz tabeliyində olan dövlət qulluqçularını bacarıq və keyfiyyətlərinə, peşəkarlıq səviyyələrinə görə mükafatlandırmaq səlahiyyətlərinə malikdirlər. Bu ölkədə üç səviyyədə: federasiya, torpaqlar və icmalar səviyyəsində dövlət qulluğu məsələləri vahid sistemdə tənzimlənir. Hər üç sistem üçün eyni hüquqlar və vəzifələr, həmçinin qaydalar müəyyənləşdirilmişdir. Dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün ali dövlət idarəetmə məktəblərindən fəal istifadə olunur.
Kanadada dövlət qulluğu sistemi iki pilləli olmasına baxmayaraq, vahid prinsiplər əsasında tənzimlənir. 2000-ci ildə bu ölkədə qəbul edilmiş dövlət qulluğu sisteminin islahatları proqramında dövlət qulluqçularının bilik və bacarıqlarının, peşəkarlıq səviyyəsinin yüksəlidlməsi məsələlərinə ciddi önəm verilmişdir. Kanadada dövlət qulluqçularını kateqoriyalr üzrə təsnifləşdirərkən, ilk sırada elmi və peşəkar kadrlar əsas götürülür, sonrakı yerlərdə köməkçi heyət, idarəetmə funksiyalarını həyata keçirənlər və digərləri yer almışlar. Dövlət qulluğuna qəbul isə müsabiqələr əsasında aparılır. Maraqlıdır ki, bu ölkədə dövlət qulluqçularının dövlətin apardığı siyasəti tənqid etməyə ixtiyarları yoxdur. Fransada dövlət qulluğu ilə bağlı məsələlərin tənzimlənməsinə yüksək səviyyədə yanaşmalar mövcuddur. Bu məqsədlə ali şura fəaliyyət göstərir və bir çox regional səviyyəli mərkəzlər vardır. Ölkənin beş şəhərində dövlət qulluqçularının hazırlanması və peşəkarlıq səviyyəsinin artırılması üçün regional inzibatçılıq institutları fəaliyyət göstərirlər. İtaliyada dövlət qulluğu sistemi ilə siyasi hakimiyyət bir-birindən ayrı fəaliyyət göstərirlər. Amma məmurların və dövlət qulluqçuların seçilməsi, irəliyə çəkilməsi siyasi hakimiyyət tərəfindən həyata keçirilir. Dövlət qulluqçularının hər biri özlərinin ranq səviyyəsinə malikdirlər. Onların peşəkarlıq səviyyəsinin artırılması üçün mütəmadi tədbirlər görülür. İtaliyada 1962-ci ildən Ali dövlət idarəetmə məktəbi fəaliyyət göstərir [7].
Dövlət qulluqçularının tutduqları vəzifələrə adekvat olaraq yeni biliklər əldə etməsi, öz peşəkarlıq səviyyəsini artıması, dövlətin reallaşdırdığı siyasi və iqtisadi prioritetlərə uyğun olaraq səmərəli fəaliyyət göstərməsi mühüm məsələlər kimi xarakterizə olunur. Bunun üçün hər bir dövlət qulluqçusunun öz işinə peşəkar yanaşması ilə bərabər, fərdi keyfiyyətləri, ümumi bacarıqları, bir sözlə kadr resursu potensialı əsas götürülməklə karyera strategiyasının olması vacibdir. İstənilən hər bir dövlət qulluqçusu karyera motivasiyasının təsiri altında işlədikdə daha çox səmərəli fəaliyyət göstərir və fayda verir. Tədqiqatçı Y.Biliktuyeva haqlı olaraq qeyd edir ki, dövlət qulluqçusunun karyera strategiyasının olması onun kadr potensialının görünməyən tərəfinin daha tez üzə çıxmasına, bacarığının reallaşdırmasına əlavə stimullar verir [8, s.31]. Karyera motivasiyası və müəyyən strategiyaya malik dövlət qulluqçusu öz işinə daha məsuliyyətlə yanaşmağa çalışır, adətən çox nadir hallarda ciddi səhvlərə yol verir və s. Karyera strategiyasına malik dövlət qulluqçuları konfliktlərə yol açmır, məhsuldar işləməyə səy göstərir, qanunlara hörmətlə yanaşır, ədaləti qoruyur, haqsız qərarlar vermir, dövlət siyasətinin əsas müddəalarına, dövlətçiliyə sədaqətlilik göstərir. Buna görə də, dövlət qulluğu sisteminin təkmilləşdirilməsi və dövlət qulluqçularının peşəkarlıq səviyyələrinin artırılması üçün meyarların hazırlanması proseslərində dövlət qulluqçularının karyera strategiyası məsələlərinə ciddi yer verilməlidir. Hər bir dövlət qulluqçusunun maraqları ilə dövlət strukturlarının maraqları arasında balans qorunmalıdır. Dövlət qulluqçuları müasir yenilikləri qısa müddət ərzində və çevik olaraq mənimsəməli, öz peşəkarlıq səviyyələrinin artımına qarşı ciddi tələbkarlıq nümayış etdirməlidirlər [9]. Dövlət qulluqçuları mənəvi-psixoloji baxımından yetkin olmalı, real həyatda digərlərinə nümumə göstərməli, anormal hallara qarşı qətiyyətli olmalı, öz işində şəffaflığı qorumalı, yerlibazlıq, qohumbazlıq, rüşvətxorluq və korrupsiya hallarına yol verməməli, cəmiyyətin və ölkənin davamlı və dayanıqlı inkişafına əngəl olan bu kimi neqativ proseslərdən uzaq durmalıdır. Bunun üçün dövlət qulluqçusu dərin biliklərə yiyələnməli və mürəkkəb məsələlərin həlli yollarının optimal tapılması təcrübəsinə malik olmalı, öz üzərində daha çox çalışmalı, yüksək təşkilatçılıq keyfiyyətləri göstərməlidir. Belə olduğu təqdirdə dövlət qulluqçularının fəaliyyətinin nisbətən daha məhsuldar olması üçün əlavə imkanlar və potensial formalaşır. Dövlət qulluqçuları bürokratik baryerləri operativ aradan qaldırmalı, dövlət orqanlarının daha səmərəli fəaliyyət göstərməsi təmin edilməlidir. Dövlət qulluqçularının dürüst və şəffaf fəaliyyəti ölkədə sosial-iqtisadi proseslərə müsbət təsir göstərməklə bərabər, korrupsiya hallarına və rüşvətxorluğa qarşı mübarizədə də əhəmiyətli rol oynayır [10]. Dövlət qulluğu sisteminin fəaliyyətinin təkmilləşdirilməsi, institusional islahatların aparılması, mərkəzi, regional və yerli dövlət idarəetmə orqanlarının fəaliyyətinin yeni mexanizmlərinin tətbiqində kadr potensialının rolu həlledici əhəmiyyət kəsb edir. Məhz dövlət qulluqçularının səmərəli fəaliyyəti nəticəsində, dövlətin qarşıya qoyduğu strateji məqsədlərə və inkişaf səviyyəsinə çatmaq mümkündür [11; 12]. Bunun üçün hər bir dövlət qulluqçusunun bilik və bacarağından, peşəkarlıq səviyyəsindən adekvat olaraq səmərəli istifadə edilməsi vacib şərtlərdəndir. Dövlət qulluqçusunun inkişafı ilə bağlı məsələlərdə kadr ehtiyatı bazasının formalaşdırılması problemi də diqqət mərkəzində saxlanılmalıdır [13]. Bundan əlavə, hər bir dövlət qulluqçusunun vəzifə və hüquqları kifayət qədər optimal olmalıdır [14]. Dövlət qullquçularının hazırlanması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi tədbirlərində, əsasən ölkənin siyasi və iqtisadi inkişaf proseslərinin xüsusiyyətləri, milli konsepsiya və təfəkkürlər, adət və ənənələr mütləq şəkildə nəzərə alınmalıdır. Dövlət qulluqçusu peşəkarlıq səviyyəsi baxımından yetkin formaya çatmalı və öz fəaliyyətində yüksək məhsuldarlıqla işləmək bacarığına yiyələnməlidir [15; 16; 17; 18; 19].
Beləliklə, müasir dövrdə dövlət qulluğu sistemində peşəkarlığın artırılması, dövlət qulluqçularının bilik və bacarıqlarının yüksəldilməsi, onların qlobal təhdidlər şəraitində yüksək hazırlıq nümayiş etdirmələri kifayət qədər aktuallaığı ilə fərqlənən problemlərdəndir. Ölkəmizdə strateji yol xəritələrinin reallaşdırıldığı bir şəraitdə universal hazırlığa və peşəkar səviyyəyə malik dövlət qulluqçularının hazırlanması və inkişaf etidirlməsi ciddi zərurət kimi ortaya çıxmışdır. Bu baxımdan, yaxın perspektivdə ölkəmizdə dövlət qulluğu sistemində fəaliyyət götərən dövlət qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması üçün mütərəqqi dünya təcrübəsnin daha çox dərindən öyrənilməsi və ölkəmizin siyasi-iqtisadi prioritetlərinə adekvat səviyyədə tətbiqinin təmin edilməsi üzrə kompleks və sisyemli tədbirlərin həyata keçirilməsi vacibdir.
Ədəbİyyat
1. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans. Bakı, 06 fevral 2014-cü il.
2. İsmayılov S. Peşəkar kadrlar dövlət qulluğunun hərəkətverici qüvvəsidir. http://www.azerbaijan-news.az.
3. Беккужин Р.Ж, Ешенкулов Т.И., Ибраева М.С. Зарубежный опыт материального стимулирования и планирования карьерного роста государственных служащих // Вестник КарГУ, 2016. http://www.articlekz.com.
4. Pyper, Burnham J. The British civil service: Perspectives on “Decline” and “Modernization” // The British journal of Politics and International Relations (Political Studies Association), 2011, №3.-P. 44-48.
5. Государственная служба: комплексный подход/Отв. Ред. А.В.Оболонский. Москва: Дело, 2009.-522 с.
6. Луковцева Е.Н. Профессиональная переподготовка и повышение квалификации государственных гражданских служащих: опыт и практика (на примере ГАУ ДПО «Высшая школа инновационного менеджмента при Главе РС (Я)») // Лидерство и менеджмент, Том 4, №1, январь-март 2017.-С. 25-37.
7. Зенков М.Ю. Зарубежный опыт управления: Государственная служба. Новосибирск: НГАУ, 2004.-130 с.
8. Биликтуева Е.Б. Карьерные стратегии государственных гражданских служащих. Дисс. канд. социол. наук. Москва, 2010.-178 с.
9. Правдин А.А. Зарубежный опыт профессиональной подготовки государственных служащих // Вестник экспертного совета, 2016. http://www.cyberlennka.ru.
10. Камназарова М.М., Сарсенов А. Анализ национальных законодательств зарубежных государств в сфере борьбы с коррупцией (Сингапур, Южная Корея, США, Россия). http://www.sud.gov.kz/rus/print/48.
11. Клищ Н.Н. Повышение результативности деятельности государственных служащих. Автореферат дисс. канд. экон. наук. Москва, 2006.-27 с.
12. Клищ Н.Н. Показатели эффективности и результативности деятельности органа государственной власти и профессиональной служебной деятельности федеральных государственных, гражданских служащих // Стратегия реформы государственного управления в России и ее реализация на региональном уровне. Москва, Издательство «Алекс», 2005.
13. Эйдемиллер М.А. Зарубежный опыт подготовки и формирования кадрового резерва на государственной службе // «Экономика и социум», №1 (32), 2017. http://www.iupr.ru.
14. Макаров В.В. Административно-правовой статус государственного гражданского служащего. Дисс. канд. юрид. наук. Санкт-Петербург, 2008.-171 с.
15. Анисимов Д.П. Организационная культура как фактор социального регулирования поведения государственных гражданских служащих. Дисс. канд. социол. наук. Белгород, 2008.-168 с.
16. Лобода А.Е. Система подготовки, переподготовки и повышения квалификации государственных гражданских служащих: российский опыт и практика зарубежных стран // ЭГО: Экономика. Государство. Общество.-2015, №4. http://www.ego.uapa.ru.
17. Шамахов В.А., Морозов В.И. Подготовка кадров государственных служащих в России: к вопросу о преемственности // Управленческое консультирование.-2012.-№1.-С. 5-17.
18. Заика Е.В. Подготовка кадров государственной службы: зарубежный опыт // Государство и регионы. Государственной управление, 2006, №4.-С. 70-75.
19. Слюсаренко А.Н. О роли кадрового резерва в профессиональном совершенствовании и развитии карьеры государственных служащих // Государство и регионы. Государственной управление, 2006, №2.-С. 205-212.
Açar sözlər: dövlət qulluğu, dövlət qulluqçularının hazırlığı üzrə dünya təcrübəsi, dövlət qulluqçularının peşəkarlığı, kadr siyasəti, dövlət qulluğu sistemi.
Ключевые слова: государственная служба, мировой опыт по подготовке государственных служащих, профессиональность государственных служащих, кадровая политика, система государственной службы.
Key words: civil service, world experience in the training of civil servants, professionalism of civil servants, personnel policy, civil service system.
Резюме
Важность мирового опыта и проблемы внедрения повышения профессиональности в системе государственной службы
В статье исследована важность мирового опыта и проблемы внедрения повышения профессиональности в системе государственной службы. Анализированы важность постоянного повышения профессионального уровня государственных служб, освоение профессиональных навыков, новых знаний. Рассмотрен опыт ряда стран мира, таких как США, Канада, Великобритания, Германия и Италия по обеспечению стимулирования карьерного роста и повышения профессионального уровня государственных служащих. Обоснована необходимость рассмотрения мирового опыта по повышению профессионального уровня государственных служащих в Азербайджане с учетом национальных интересов и государственной политики страны в нынешних условиях. Обобщены современные взгляды по изучению и применению мирового опыта по повышению профессиональности в системе государственной службы.
Abstract
The importance of the world experience and the problem of introducing an increase in professionalism in the civil service system
The importance of world experience and the problem of introducing the increase in professionalism in the public service system are studied in the article. The importance of constant improvement of professional level of public services, development of professional skills, new knowledge is analyzed. The experience of a number of countries of the world, such as the USA, Canada, Great Britain, Germany and Italy, to provide promotion of career growth and professional development of civil servants is considered. The necessity of considering the world experience on raising the professional level of civil servants in Azerbaijan, taking into account national interests and state policy of the country in the current conditions is justified. The modern views on the study and application of world experience in raising the level of professionalism in the public service system are generalized.
AZƏR BAYRAMOV
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyası
"GEOSTRATEGİYA" jurnalı №01 (43) YANVAR-FEVRAL 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM