Ən qədim dövrlərdən başlayaraq bəşəriyyətin mənəvi inkişaf tarixində binar qarşıdurmalar (oppozisiyalar) böyük rol oynamışdır. Onların bir hissəsi öz rolunu oynayaraq mövcudluğunu başa vurmuş, yaxud insan psixikasının təhtəlşüuri səviyyəsinin nailiyyətinə çevrilmişdir. Digər binar qarşıdurmalar günümüzə qədər mövcudluğunu saxlamışdır ki, bu da insan fəaliyyətinin bütün sferaları və təfəkküründə onların mühüm əhəmiyyət daşımasına şəhadətlik edir.
Sonunculara nümunə olaraq ilk növbədə “mən-özgə” binar qarşıdurması etiraf olunmalıdır. “Mən-özgə” binar qarşıdurması tarixən, ən qədim dövrlərdən özünəməxsus dəyər sistemləri ilə bir-biri ilə rəqabətdə olan müxtəlif sosial institutlarlın (mif, din, konfessiya, etniklik, sivilizasiya, mədəniyyət, ideologiya və s.) fəaliyyəti ilə əlaqəli olmuşdur. Məhz permanent rəqabət bu binar qarşudurmanın günümüzə qədər mövcud olmasını təmin etmişdir.
Heç şübhəsiz ki, belə bir bölgü əsasında müxtəlif növlərin təbii-bioloji inkişafının xüsusiyyətləri dayanır. Buraya növlərin təkamülün lap əvvəlindən mövcudluq və daim qıtlığı hiss edilən təbii resurslar (qida məhsulları) uğrunda mübarizəsi də əlavə edilərsə mənzərə tam aydın olar. Növlərin ən ümumi rəqabətinə əsaslanan bioloji təkamül qarşıdurmaların təməlini qoymuşdur. Qaşıdurmalar isə qərarlaşmaqda olan şüur və təşəkkür səviyyəsində insan birliklərinin müxtəlif qruplara bölünmə modelinə çevrilmişdir.
Bu haqda Ə.S.Abasov yazır: “Bəşəriyyət tarixində, “özünkü-özgəninki” həyat düsturu ilə meydana gəlmiş dözümsüzlük həmişə mövcud olmuş, insanlar, etnoslar və xalqlar arasında saysız-hesabsız toqquşmalar törətmişdir. Mövcudluq uğrunda sərt tarixi şərtlər insana çoxsaylı, fiziki baxımdan daha güclü rəqiblərlə mübarizədən qalib olmaq imkanı yaradan davranış normaları formalaşdıra bilərdi”. (1, s.218) Bununla bağlı olaraq müəllif, kanada alimi F.Rastonun fikirlərinə əsaslanaraq fərz edir ki, “özününkü-özgəninki” binar qarşıdurması tarixən konkret bioloji mexanizmlər əsasında formalaşa bilərdi. Belə ki, F.Rastonun fikrincə etnik özünüdərk insana genlərini “öz yaxınlarına” daha effektiv yolla ötürməyə kömək edən altruizm və qarşılıqlı yardım biologiyasının təsiri altında formalaşır. Bu mənada “etnik millətçilik və ksemofobiya altruizmə əlvadir, çünki bir genetik fondun digərinin ixtisarı hesabına yayılmasına yardımçı olur”.(2, s.158) Bundan əlavə, “genlər insanlarda, onlarda genetik uyğunlaşma qabiliyyətini gücləndirən ideyaları mənimsəməyə meyl yaradır. Millətçilik, din və sinfi maraqlar müəyyən dərəcədə mədəni “evlər” olub insanların müəyyən qrupuna sığınacaq verir və onlara öz genlərini irsi olaraq ötürməyə kömək edir, ona görə də, əminliklə söyləmək olar ki, “mədəniyyətlərin müharibəsi” mahiyyətcə elə “genlərin müharibəsidir””. (2, s.161)
Əgər ibtidai insanların həyat şəraiti daha əlveişli olsaydı, onda genetik-bioloji xüsusiyyətlərin “özününkü-özgəninki” binar qarşıdurmaların meydana gəlməsinə rolu bu qədər əhəmiyyətli olmazdı. Onlarin insanların ilkin identiklik və davranış tərzini müəyyənləşdirən mədəniyyətə güclü təsir göstərə də bilməzdi. Deməli, buradan belə nəticə çıxarmaq olar ki, mədəniyyət insanın xüsusi tip mənəviyyatının əsasını qoymuş təbii və sosial xüsusiyyətlərinin nəticəsidir. İnsanın keçmiş və müasir fəaliyyətinin təhlili zamanı məhz bu amil nəzərə alınmalıdır. “Yalnız insanların müəyyən dəyərlər ətrafında vəhdətləşməsi şəraitində mövcudluğu mümkün olan mədəniyyət məcburən onların antipodlarının –bu dəyərlərin “düşmənlərini” obrazlarını da formalaşdırır. Uyğun olaraq, “müharibə mədəniyyəti” və “müharibə dili” bəşəriyyətin tarixi inkişafında formalaşmış gerçəklikdir”. (1, s.219)
Belə olduğu təqdirdə, iqrar etmək zəruridir ki, oxşar praktika insanın bütün xarici dünyasını, onun yaxın və uzaq ətrafının “özününkü” və “özgəninki”nin özünəməxsusluğu ilə nisbətdə götürülmüş dəyər normalarını verən özünəməxsus psixika tipi də formalaşdırmışdır.
Beləliklə, ibtidai insanların dünyagörüşünün yaranması fonunda onların, əks qütblü pozitiv və neqativ baxışların təsiri ilə formalaşan xarici məkanları müəyyənləşmişdir. Qeyd etmək zəruridir ki, məhz bu müəyyənləşmənin gedişində coğrafi məkan sosiomədəni məkana çevrilmişdir. Sosiomədəni məkan isə əvvəlcə mifik və dini, sonrakı mərhələdə isə ideoloji və siyasi baxışlar və konsepsiyalarla tamamlanmışdır. Eyni zamanda, “öz” konsepsiya və baxışlar norma, sarsılmaz nizam kimi qəbul edidiyi halda, “özgə”ninkilər anormal, hətta xaos, “özünün” nizamına düşmən qismində səciyyələndirilir.
Artıq qeyd etdiyimiz kimi, belə proseslərin təsiri ilə, “özünün” və “özgəninkinin” müxtəlif qarşılıqlı təsir tipləri insanın təfəkkürünün (şüurunun) inkişaf amili olmuş və sosial fəaliyyətin özünəməxsus kodunu formalaşdırmışdır. Belə sosial fəaliyyətin gedişində “başqası” və “qeyrisi” kimi aralıq anlayışların ara-bir cəlb olunması yolu ilə mürəkkəbləşən “özününkü” (tezis) və “özgəninki”nin (antitezis) sintezi sonsuz gerçəkləşmişdir. Aşkardır ki, müxtəlif insan birliklərini fərqləndirən bütün bu anlayışlar nəinki öz mənasına görə dəqiq fərqlənmiş, həmçinin qarşılıqlı əlaqədə olan sıralar əmələ gətirmişdir. Belə ki, “başqası” və “qeyrisi” daha neytraldır və “özününkü-özgəsinki” kimi sərt qarşıdurmanı yumşaltmağa imkan verir, bununla da insanlara onların dəyər və həyat fəaliyyəti tipinə birbaşa təhlükə və risk törətməyən çoxobrazlı münasibətlər qurmağa imkan vermişdir.
Bununla əlaqədar olaraq “özgə” fenomeninin “özününkü” fenomeninə qarşı qoyulmasını sosiomədəni məkanın formalaşmasının ilkin amili kimi izah etmək lazımdır. Məhz sosiomədəni məkanın formalaşması bəşəriyyətin əks qütblü ziddiyyətlərə əsaslanmış tarixi dialektik inkişaf perspektivini müəyyənləşdirmişdir. Bu proses sosiomədəni məkanda, müxtəlif növ kommunikasiyaların gerçəkləşdiyi xüsusi “aralıq” sahəni formalaşdırıb.(3)
“Özgə” amili kommunikasiyanın aktiv tərkib elementidir, çünki onun meydana gəlməsinə və inkişafına kömək edir. Bununla birlikdə, İ.V.Paxolovanın qeyd etdiyi kimi, “bu, hansısa yolla fəaliyyət göstərir, həmçinin fəaliyyətə məcbur edir, daha doğrusu, “özgə” müstəqil fəal qüvvə kimi təzahür edir”. (4, s.15)
Sivilizasiya və mədəniyyətlərin qarşılıqlı təsiri kontekstində “özününkü-özgəninki” qarşıdurmasının əsas təzahürü müxtəlif sivilizasion-mədəni zonaların dayanıqlı qarşı-qarşıya qoyulması qismində formalaşıb. Sonradan belə zonalar geopolitika və kulturologiyada rəqabət amili olaraq mərkəzi rollardan birini oynayan Qərb və Şərq, Şimal və Cənubun qarşı-qarşıya qoyulmasında təcəssüm etmişdir. Yaranmış rəqabətin tarixi inkişafın mühüm səbəblərindən biri olmasına baxmayaraq, o həm də daha çox müharibələrlə sonuclanan münaqişələrin yaranmasına da yardımçı olmuşdur.
Tarixi situasiyadan asılı olaraq “özününkü-özgəninki”, konkret zaman ərzində üstünlük təşkil edən dəyərlərin toxunma və rəqabət nöqtələrində əhəmiyyətinə görə dərəcələnir. Belə ki, dini dəyərlər arasındakı rəqabət ideologiyaların bloklar şəklində qarşıdurması ilə əvəzlənmiş, “soyuq müharibə” başa çatdıqdan sonra isə müxtəlif dəyərlərə əsaslanan sivilizasiyaların rəqabəti müşahidə edilmişdir (məsələn, S.Hantinqton hesab edir ki, bu etno-konfessional dəyərlərdir, F.Fukuyama isə ön plana ideoloji və siyasi doktrina dəyərlərini çıxarır). Xarakterik haldır ki, “hal-hazırda beynəlxalq münasibətlər sferasında etiraf edilir ki, milli və regional identiklik “özününkü” obrazının, onun özünəməxsus neqtivi olan Qeyrinin obrazı ilə müqayisə əsasında formalaşır”. (4, s.17)
“Özününkü-özgəninki” qarşıdurmasının bitib-tükənməyən axını onların aradan qaldırılmasının nəzəri və praktik konsepsiya və metodologiyasının yaranmasına səbəb olmuşdur. Tarixən belə olmuş, “özününkü-özgəninki” qarşıdurması ilə bilavasitə, yaxud bilvasitə əlaqəli olan sferaların əhatəli şəkildə tədqiq olunduğu müasir dövrdə də bu davam edir.
Bununla əlaqədar olaraq dilin tədqiqi xüsusi maraq doğurur. Ümumiyyətlə son dövrlər dilin əyani gerçəkliklə əlaqəsi qəti şəkildə yenidən nəzərdən keçirilir. Belə ki, bir qrup tədqiqatçı Eduard Sepir və Bencamin Uorfun hipitezinə əsaslanaraq belə hesab edirlər ki, “...müəyyən mənada sosial gerçəklik dildə qurulur və kateqoriallaşdırılır. Bu onu bildirir ki, diskursiv praktikada Qeyrinin adlandırılması sosial gerçəkliyin qrupları arasında sərhədlər qoyur, yaxud bu sərhədləri möhkəmləndirir”. (5, s.73)
Deməli insanın daxili və zahiri nitqi də “özününkü-özgəninki” qarşıdurmasına məruz qalmışdır və bununla əlaqəli olaraq belə nitq monoloq səciyyəsi daşıyır: insan həm öz adından, həm də onun ixtiyari olaraq öz fikir və sözlərini aid etdiyi Qeyrinin (özgənin) adından fikirləşir və danışır. Qeyrisi ilə birbaşa münasibətdə olmağlı bildirən dialoq ilk əvvəl insan üçün əsl şok effekti yaratmışdır. Çünki o, gerçəkliyin onun öz uydurduqlarından kəskin fərqləndiyini bilavasitə anlayır.
Monoloq və dialoq kommunikasiya formaları olub, qəti şəkildə bir-birindən fərqlənirlər. Onlardan birincisini bir mədəniyyət daxilində kommunikasiya forması, ikincisini isə iki, fərqli mədəniyyətlər daxilində kommunikasiya forması adlandırmaq olar.
Son zamanlar monoloji və dialoji qarşılıqlı təsir polioloji, yəni üç və daha artıq tərəfin qarşılıqlı təsiri ilə tamamlanır ki, bu da poliloqun mürəkkəblik və sistemliyinin göstəricisidir. Bununla əlaqədar olaraq, yuxarıda qeyd olunduğu kimi, “yad” binar qarşıdurması “qeyrisi” termini ilə əvəzlənir. Bu da qarşıdurmanın səviyyəsini əhəmiyyətli dərəcədə yumaşltmağa imkan verir. “Poliloq başqacürəliyin etirafı və ona hörmət, mədəni və sivilizasion fərqlərin aradan qaldırılması yox, onların kultivasiyasıdır, o sivilizasion identikliyi bir yox, çoxsaylı “Qeyrilər”lə qarşılıqlı təsirini formalaşdırır”. (6, s.9) Beləliklə: monoloq müharibə və düşmənçilik amilinə çevrilir, eyni zamanda dialoq etibar və anlaşmanın başlanğıcı, poliloq isə sülhün dili və mədəniyyəti olur.
Belə bir tezis formulə etmək olar: Günümüzə qədər mövcud olan fasiəsiz bəşər mədəniyyəti “müharibə mədəniyyətidir”. Tarixə aid kitablara baxmaq kifayətdir, demək olar ki, onların hamısı qəddar zorakılıqların, insanların bir-biri ilə mübarizəsinin, qanlı müharibə və inqilabların təsviri ilə doludur. Onların əsas qəhrəmanları olan krallar və sərkərdələr bəşər mədəniyyəti və sivilizasiyasını yaradan sadə insanların üzərinə kölgə salır. Əslində tarix yalnız müharibələr yox, əsasən insanların dünyanı yaxşılaşdırma yollarının axtarış tarixi olmalıdır.
Qeyd etmək lazımdır ki, müharibə və sülh cəmiyyət həyatının iki əsas vəziyyətidir.Alimlər aşkarlamışlar ki, aqressiv davranış heyvanlarda da müşahidə olunur. Belə davranış onlara mövcudluq uğrunda sərt mübarizə şəraitində sağ qalmağa kömək edir. Mübarizə həm eyni növün nümayəndələri arasında, həm də müxtəlif növ heyvanlar arasında baş verir. Adətən eyni növdən olan heyvanlar qida, ərazi, qrupda birincilik uğrunda mübarizə aparırlar. İnsan nəinki bu mübarizəni davam etdirmiş, hətta onun qaydalarını dəyişmişdir. Mədəniyyətin inkişafı insanın özünü müdafiə və düşmən qüvvələrlə mübarizə şəraitində sağ qalmaq qabiliyyətini daha da artırmışdır. Məhz mədəniyyətin inkişafı insana həyatda öz yeri uğrunda daha qorxunc rəqiblər üzərində qələbə qazanmaq imkanı vermişdir. Əvvəlcə bu rəqiblər təbiətin özü və yırtıcı heyvanlar olub. Sonra bu düşmən qismində üzərində qələbə qazanmağın və hakimiyyətin bərqərar etməyin lazım olduğu digər insan çıxış edir. Digər insan üzərində hakimiyyət daha çox üstünlük və müdafiə imkanı verir, ona görə də hakimiyyətə canatım insanın yaşam şərtlərindən biri olur. Hakimiyyətin əldə edilib möhkəmləndirilmə vasitəsi isə heyvanlara bəlli olmayan insanın ixtirası –müharibə olur. Alimlərin hesablamalarına görə 40 nəfərdən ibarət qədim tayfaya yaşamaq üçün 100 kv.km ərazi lazım olmuşdur ki, onu da mübarizə ilə əldə etmək və yadlardan qorumaq lazım gəlmişdir. Digər tayfa nümayəndəsi düşmən hesab olunur, onu insan saymırdılar. O vəhşi heyvan hesab olunurdu, onu öldürmək olardı və lazım idi. Müharibələr zəifləri məhv edir, güclülərə geniş imkanlar verirdi. Tayfanı məhz güclülər səfərbər edir, tayfa insanlarını toparlayırdı. Müharibə inasana çoxlu üstünlüklər verir və eyni zamanda onun əmək qabiliyyəti və zəkasını inkişaf etdirərək insanın özünü dəyişirdi. Məhz müharibələr insanın Yer üzərinə yayılmasına yardımçı olmuşdur.
Müharibə rəhbərin (başçının) kişilər və bütün kişilərin isə qadınlar üzərində hakimiyyətini möhkımləndirir. Aclıq və ölüm adi hala çevrilir və bəşəriyyətin inkişafını ləngidir. Dəfələrlə aclıq və xəstəliklər səbəbindən insan nəslinin növ olaraq Yer üzərindən silinməsi təhlükəsi yaranmışdır.
Belə sərt şəraitdə rəhbərin digər insanlar üzərində hakimiyyəti hüdudsuz olmuşdur: o hər hansı insanı həyatdan və qida məhsullarından məhrum, hakimiyyətini qorumaq üçün güc tətbiq edə bilərdi. Xüsusilə insanların, hakimiyyətin seçilmiş insana Allah tərəfindən əta olunduğuna inamları buna şərait yaradırdı. Müharibə tədricən rəhbərin insanlar üzərində hakimiyyətini möhkəmləndirməyə və dövlətin yaranma səbəbinə çevrilir. Hakimiyyət və müharibədən istifadə edən dövlət qul əməyi və sərvətin hesabına varlanır.
Bəşəriyyət, tarixi inkişafında müharibə və sülh mədəniyyətlərinin qarşı-qarşıya durub mübarizə apardığı həddə yaxınlaşıb. Amma, əgər bəşəriyyətin böyük narazı əksəriyyətinin müqavimətini qırmaq məqsədilə təcavüz metodlarından istifadə olunduğu müharibə mədəniyyəti azsaylı güc və hakimiyyət sahiblərinə fayda gətirirsə, güc tətbiq etməmə, dialoq və tolerantlıq metodlarından istifadə edən sülh mədəniyyəti planetin bütün insanlarına münasibətdə ədalətli olacaq yeni dünya qurmağa cəhd edir. Yer planetində qələbə qazanmaqdan öncə, sülh mədəniyyəti insanın şüur və təşəkküründə müharibə mədəmiyyətinə qalib gəlməlidir. İnsan dünyada zorakılığa qarşı yönəlmiş yeni şüur, yeni təşəkkür və yeni davranış hazırlamalıdır. Bu gün insanın sağ qalması üçün onun öz təşəkkürünü dəyişməli olduğundan çox danışılır. Yeni insan təşəkkürü ekoloji olmalıdır, yəni insanı bu dünyada canlı və cansız təbiətlə harmoniyada yaşamağa öyrətməli və buna məcbur etməlidir. Lakin bu yolda yenə də dünyanı fəth etməyə çalışan, insanın güc və qüvvəsini vəsf edən müharibə mədəniyyəti dayanır. Deməli, sülh mədəniyyəti, insanın növ olaraq eqoizmini dəf edən, onu özü haqqında bütün canlı və cansız dünyanın bir hissəsi kimi düşünməyə vadar edən yeni istiqamət ekologiya qismində yeni müttəfiq tapır.
Etik və dünyagörüşü idealları, humanist tolerantlıq prinsipləri, sülh mədəniyyəti prinsipləri son dərəcə vacibdir. Lakin onların cəmiyyətdə geniş yayılması, opponentlər tərəfindən etirafı, yaxud ciddi əsaslandırılmış inkarını tələb edən yoxlanılmış və təsdiqlənmiş faktlar əsasında mümkündür. Mahiyyətcə bütün bu prinsiplər opponentlərin prinsipləri ilə diqloqa girməli və öz həyatiliyini sübut edərək insan cəmiyyətinin inkişafına səmərəli şəkildə yardımçı olmalıdır. Son nəticədə söhbət iki mədəniyyətin dialoqundan gedir. Onlardan biri (müharibə mədəniyyəti) praktiki olaraq bəşər cəmiyyətinin bütün inkişaf təcrübəsinə malikdir, ikincisi (sülh mədəniyyəti) hələ indi, həm də praktiki deyil, sırf nəzəri planda bəşəriyyət tərəfindən mənimsənilir.
Artıq uzun müddətdir ki, fərdi insan psixologiyası ilə yanaşı, sosiumun psixikasını bütövlükdə quran və ona görə də onda əvvəllər məlum olmayan sferaları aşkarlamağa imkan verən sosial psixologiya sahəsində tədqiqatlar aparılır. (7, s.128)
Belə bir fakt aşkar olur ki, ümumi prosesə qoşulmuş və vahid sistem əmələ gətirən qarşıduran tərəflər müxtəlif dövrlərdə bir-birindən fərqlənən psixoloji qaydalardan çıxış etməklə düşünür və fəaliyyət göstərirlər. Onlar ictimai şüur və sosial fəaliyyətin müxtəlif qaydalarını formalaşdıran psixi fəaliyyətin müxtəlif səviyyələrinin əsiridirlər. Qarşıdurmaların necə cərəyan etməsindən asılı olaraq tərəflər psixoloji qaydalarını “dəyişə”, bəzən də “güzgü” effektinə müvafiq olaraq bir-birinin əvvəlki və sonrakı davranış mövqelərini təkrarlaya bilərlər. Tərəflərin hər bir dialoqunun başlanğıc şərtləri problemlərin “vahid psixoloji sahədə” müzakirəsinə hazırlıqdır. Bu zaman “özününkü-özgəninki” sistemində münasibətlər, qətiyyən sərhədlərin yuyulmasını yox, daimi, gərgin, hər iki tərəfin maraqlı olduğu dialoqu ehtiva edir. Heç bir halda özgəsi özününkü kimi ortaq məxrəcə gətirilməməlidir. Hər iki tərəfin maraqlı olduğu dialoqa, bəşəriyyət məhz öz çoxobrazlığında vəhdətdədir faktının anlaşılması da əlavə edilməlidir.
Antimilitarist şüurun qərarlaşması və sülh mədəniyyətinin formalaşması, bütün siyasi sistemin deyil, hələ ki, yalnız vətəndaş cəmiyyəti çərçivələrində olsa belə “monoloq fəlsəfəsinin” ilk aşınma elementidir. Deməli, vətəndaş cəmiyyətində sülh mədəniyyəti mentallığının inkişafı, xüsusilə totalitarizmdən demokrtiyaya keçid mərhələsində yaşayan ölkələr üçün zəruri olan formalaşmış ümmbəşəri dünyagörüşünün dəyişdirilmə yoludur. Başlamış XXI əsr bəşəriyyətin, münaqişələrin güclə həll metodlarının virtuallaşdırma yollarının mənimsəmə dövrü ola bilər. Bu isə sülh mədəniyyətinin və “dialoq fəlsəfəsinin” inkişafını tələb edir. Bunun üçün isə “müharibə dili” monoloqunun “sülh dili” dialoqu ilə əvəzlənmə praktikasını öyrənmək lazımdır.
Yuxarıda deyilənləri ümumiləşdirərək belə nəticələr çıxarmaq olar:
İnsanların şüurunda ən qədim zamanlardan günümüzə qədər “özününkü-özgəninki” binar qarşıdurması (yaxud, onların müxtəlif variantları) mühüm rollardan birini oynayıb. Tədricən bu qarşıdurmalar insan həyatının bütün sferalarını əhatə etmiş və sosial institutlar və mədəniyyətin əsasına çevrilmişdir. Nəticədə insanların şüur və təfəkküründə bu qarşıdurmaların dominantlığı, bəşəriyyətin tarixi inkişafının gedişini, onun sivilizasiya və mədəniyyətinin tipini əhəmiyyətli dərəcədə müəyyənləşdirən bitib-tükənməyən düşmənçiliyə çevrilmişdir.
“Özününkü-özgəninki” qarşıdurması əsasında qurulmuş mədəniyyət insanın səciyyəvi mənəviyyat tipi yaradan təbii, bioloji-genetik və sosial xüsusiyyətlərinin nəticəsidir.
Tarixi şəaraitdən asılı olaraq “özününkü-özgəninki” qarşıdurmasının dərəcələndirilməsi konkret zaman müddətində dominantlıq edən dəyərlərin təmas və rəqabət nöqtələrində baş verir.
“Özününkü” və “özgəninkiyə” bölünmənin nəticələrinin aradan qaldırılmasının nəzəri və praktiki konsepsiya və metodologiyası kollektiv şüur, KİV, kütləvi mədəniyyət və ideoloji-siyasi doktrinalar sahəsində hazırlanır.
“Özününkü-özgəninki” qarşıdurması insanın daxili və zahiri nitqinə də nüfuz edib, bununla əlaqəli olan nitq “monoloq” səciyyəsi daşıyır; “”özgə ilə birbaşa münasibəti ehtiva edən dialoq isə gerçəkliyin uydurmalardan kəskin şəkildə fərqləndiyini göstərir.
Monoloq və dialoq kommunikasiya formasıdır: birincisi bir mədəniyyət daxilində kommunikasiya forması, ikincisi isə biri digərindən fərqlənən iki mədəniyyət arasında kommunikasiya formasıdır.
Poliloq –üç və daha artıq tərəfin qarşılıqlı təsirdə olmasıdır, bu zaman binar qarşıdurmadakı “özgəsi” termini “qeyrisi” termini ilə əvəzlənir. Bu isə tərəflərin qarşıdurmasını əhəmiyyətli dərəcədə yumşaltmağa imkan verir.
Monoloq müharibə və düşmənçilik amilidir, dialoq etibar və anlamanın başlanması, poliloq –sülh dili və mədəniyyətinin başlanğıcıdır. Kommunikasiyanın hər üç tipini klassik, qeyri-klassik və post-qeyri-klassik idrak tipləri ilə uzlaşdırmaq olar.
Müharibə və sülh kimi iki mədəniyyət qarşı-qarşıya dayanır və bir-biri ilə mübarizə aparır. Sülh mədəniyyəti müxtəlif sivilizasiya və mədəniyyətlərin dəyər elementlərinin daxil olacağı ümumbəşəri mədəniyyətin bərqərar olması yolunda atılmış ilk addımdır.
Ədəbiyyat
1. Abasov Əli. Müasir dövrünün sosiomədəni problemləri. B., 2006, Səda nəşriyatı, 376 s.
2. Растон Ф. Теория генетического сходства и корни этнических конфликтов. Реферативный журнал: Социальные и гуманитарные науки. Философия. М., №4, 1999, с.158-163.
3. Илиополова К. С. Противоречие " Свой-Чужой» в социокультурной коммуникации (социально-философский анализ). Автореф. диссер. на соискание ученой степени кандидата философ. наук по специальность 09.00.11 - социальная философия. Ростов-на-Дону 2010., 24 с.
4. Пахлова И. В. Социокультурный опыт чужого. Автореф. Диссерт. на соискание ученой степени кандидата философ. наук по специальности 09.00.11 - социальная философия. Самара, 2010, 24 с.
5. Понарин Э. и др. Индекс (ин)толерантности прессы С.72 - 106., в кн.: Язык вражды против общества.
6. Зарова Е. Д. Образ Другого» в становлении цивилизационной идентичности. Автореф. Диссерт. на соискание ученой степени кандидата философ. наук по специальности 09.00.11 — социальная философия по философским наукам. Саратов., 2009, 24 с.
7. Основы социального психоанализа. РЖ. Социальные и гуманитарные науки. Социология. М., №1, 1998, с.127-150.
Açar sözlər: binar qarşıdurma, monoloq, dialoq, poliloq.
Key words: binry opposition, monologue, dialogue, polilogue.
Ключевые слова: бинарная оппозиция, монолог, диалог, полилог.
Зульфугар Фарзалиев
Роль бинарных оппозиции в жизни человека и общества.
Резюме
В статье выявлено зарождение бинарных оппозиций «свой – чужой» и их роль в жизни общества. Обосновывается влияние этих оппозиций на формирование «культуры войны» и «культуры мира». Исследуется роль выступающих в формах коммуникации монолога, диалога и полилога в преодолении негативных последствий бинарных оппозиций.
Zulfugar Farzaliev
The role of binary oppositions in the life of man and society.
Summary
The article reveals the origin of binary oppositions "one's own" and "another's" and their role in the life of society. The influence of these oppositions on the formation of a "culture of war" and a "culture of peace" is substantiated. The role of the monologue, dialogue and polylogue in the forms of communication in the overcoming of negative consequences of binary oppositions is investigated.
Zülfüqar Fərzəliyev
AMEA-nın Fəlsəfə İnstitutu
"GEOSTRATEGİYA" jurnalı №01 (43) YANVAR-FEVRAL 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM