Tanınmamış "dövlət" fenomeni

08:38 / 04.04.2018

Beynəlxalq münasibətlər sisteminin aktorları olmayan tanınmamış ''dövlətlər" haqqında günümüzdə bir sıra tədqiqatların aparılmasına baxmayaraq, onların mövcudluğunu və davamlı inkişaf ssenarilərini mümkün edən amillərin müəyyənləşdirilməsi müstəsna əhəmiyyət təşkil edir.

Tanınmamış "dövlətlər'' termini deyəndə əsasən sessesiya süarı aıtında güc tətbiq etməklə de fakto müstəqillik əldə etmiş, lakin beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış qondarma qurumlar nəzərdə tutulur. Nina Kaspersen hesab edir ki, ''onlar öz müqəddəratını təyin etmək hüququna israr edirlər, lakin ondan daha güclü olan ərazi bütövlüyü prinsipi ilə qarşılaşırlar''[i]. Ümumilikdə götürdükdə, ekspertlərin fikrincə öz yaranma səbəbləri, inkişaf və eləcə də iflas ssenariləri ilə bir-birindən köklü şəkildə fərqlənən belə "dövlətlər", çox az hallarda müstəqillik əldə etməyə nail olurlar. Əksər hallarda onlar hərbi cəhətdən məğlubiyyətə uğradılır və hüquqi cəhətdən ərazisində yerləşdiyi suveren dövlətlərə yenidən inteqrasiya edilirlər. Buna misal olaraq Biafranı (Nigeriya, 1967-70), Çeçenistanı (Rusiya, 1991-94; 1996-99), Srpska Krajina Respublikasını (Xorvatiya, 1991-95), Tamil Eelamı (Şri Lanka, 1986-2009) və s. qeyd etmək olar.[ii]

Digər tərəfdən, Kosovo, Cənubi Osetiya və Abxaziya nümunələri tanınmamış "dövlətlər'' fenomeni altında özünəməxsusluğu ilə seçilir.

2008-ci ilin fevralında Serbiyadan müstəqilliyini elan etdikdən sonra ötən illər ərzində BMT-yə üzv olan 114 dövlət tərəfindən tanınmış Kosovo Respublikası 1999-cu ildən bu günədək BMT tərəfindən idarə edilməkdədir[iii]. Lakin o hələ də BMT-nin üzvü deyil.

Xatırlatmaq lazımdır ki, mövcud prosedura əsasən BMT-yə üzv qəbul edilmək üçün namizəd ölkə BMT-nin Təhlükəsizlik Şurası (BMT TŞ) tərəfindən BMT-nin Baş Assamleyasına tövsiyə edilməli və səsvermə zamanı səslərin üçdə ikisini əldə etməlidir.[iv] Eyni zamanda BMT TŞ tərəfindən tövsiyə edilmək üçün ilk növbədə keçiriləcək səsvermədə 15 səsdən BMT TŞ-in 5 daimi üzvü də daxil olmaqla 9 səs qazanmaq lazımdır. Lakin BMT TŞ-in beş daimi üzvündən ikisi - Rusiya Federasiyası və Çin Xalq Respublikası – Kosovo Respublikasını bu günə qədər tanımamışdır. Eləcə də Kosovo Respublikasını tanıyan dövlətlərin sayı bu gün BMT-yə üzv olan 193 dövlətin üçdə ikisindən (yəni 129 dövlət) daha azdır. Beləliklə, ümumilikdə götürdükdə onu Avropa İttifaqının beş üzvündən (İspaniya, Rumıniya, Slovakiya, Kipr və Yunanıstan) əlavə Azərbaycan da daxil olmaqla 70-dən artıq dövlət hələ də tanımamışdır.

Kosovo  Respublikasının müstəqilliyinin elan edilməsindən dərhal sonra onun ABŞ və bəzi Avropa dövlətləri tərəfindən tanınması son nəticədə separatçı Cənubi Osetiya və Abxaziyanın da Rusiya-Gürcüstan müharibəsindən sonra 2008-ci ilin avqustunda Rusiya Federasiyası tərəfindən tanınmasına gətirib çıxartmışdır[v]. BMT-yə üzv olan daha üç dövlət – Nikaraqua, Venesuela və Nauru qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır.

Lakin 10 il keçməsinə baxmayaraq, bu gün nə Kosovo Respublikası, nə Abxaziya, nə də Cənubi Osetiya müstəqil dövlət deyillər. Tam müstəqillik qazanmaq, beynəlxalq təşkilatlarda iştirak etmək və beynəlxalq münasibətlər sisteminin aktoru olmaq üçün onlar ilk növbədə ərazisində yerləşdikləri suveren dövlətlər – Serbiya və Gürcüstan tərəfindən tanınmalıdırlar, bu isə qeyri-mümkündür.

Ermənistan da daxil olmaqla dünyanın heç bir dövləti tərəfindən tanınmamış qondarma "Dağlıq Qarabağ Respublikası" (bundan sonra "DQR") bir sıra səciyyəvi xüsusiyyətləri ilə yuxarıda qeyd edilmiş hallardan fərqlənir:

"Qohum dövlətin"[vi] himayədarlığı. Qondarma "DQR"-in yaranması və davamlı olaraq qorunmasında "qohum dövlət" kimi keçmiş Ermənistan SSR-in və 1991-ci ildən sonra müstəqilliyini elan etmiş Ermənistan Respublikasının rolu danılmazdır. Bu gün "DQR"-in Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazinin beşdə bir hissəsində faktiki olaraq mövcudluğu məhz Ermənistanın Silahlı Qüvvələrinin hərbi dəstəyi nəticəsində mümkün olmuşdur. Məhz Ermənistanın və qondarma qurumun hərbi birləşmələrinin birgə fəaliyyəti nəticəsində bu ərazilər işğal edilmiş, azərbaycanlılar və digər etnik qruplar daimi yaşayış yerlərindən məcburi olaraq deportasiya olunmuş və ya öldürülmüşdür.

Ötən illər ərzində tanınmamış "DQR" faktiki olaraq Ermənistan Respublikasının hərbi, siyasi, diplomatik, maliyyə və iqtisadi dəstəyi hesabına fəaliyyət göstərir. Məhz Ermənistan Respublikası tərəfindən verilmiş pasportlar vasitəsilə bu bölgənin əhalisi xaricə səfərlər edir, əsas pul vahidi kimi burada erməni dramından istifadə edilir. Qondarma qurumun büdcəsinə hər il Ermənistan tərəfindən mütəmadi olaraq ayrılan kreditlər bu tanınmamış qurumun və Ermənistanın müvafiq strukturlarının iqtisadi və büdcə baxımından bir-birinə sıx inteqrasiya etdiyini göstərir[vii].

Digər tərəfdən, Ermənistan və "DQR" arasında çox sıx siyasi əlaqələrin olması Ermənistanın indiyədək hakimiyyətdə olan üç prezidentinin ikisinin Qarabağdan olması ilə nəticələnmişdir. Qondarma qurumun vaxtilə prezidenti olmuş Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistan Respublikasını idarə etmiş, daha sonra isə "DQR"in özünümüdafiə qüvvələri komitəsinə rəhbərlik etmiş Serj Sarkisyan 2008-ci ildən 2018-ci ilin 9 aprel tarixinədək Ermənistan Respublikasının prezidenti vəzifəsini aparmaqdadır.

"Bufer zonanın" mövcudluğu. Yuxarıda qeyd edilən işğal yalnız keçmiş Dağlıq Qarabağ Muxtar Respublikasının (DQMV) ərazisini deyil, eləcə də DQMV ilə qonşu olan Azərbaycanın 7 inzibati rayonunu – Laçını, Kəlbəcəri, Ağdamı, Fizulini, Cəbrayılı, Qubadlını və Zəngilanı da əhatə edir. Ermənilər bu əraziləri "bufer zona" adlandıraq, onlardan ötən illər ərzində aparılan danışıqlar prosesində siyasi üstünlük qazanmaq vasitəsi kimi istifadə etməyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini "müstəqillik müqabilində ərazilər" formulu əsasında həll etməyə çalışmışlar. Lakin ATƏT-in 2005-ci ilin 31 yanvar – 5 fevral tarixlərində fakt-araşdırıcı missiyasının[viii] və eləcə də ATƏT-in Minsk Qrupu həmsədrlərinin 2010-cu ilin 7-12 oktyabr tarixlərində sahə qiymətləndirmə missiyasının[ix] Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlarına səfərləri zamanı hazırladıqları hesabatlarda işğal olunmuş ərazilərin inzibati sərhədlərinin dəyişdirildiyi, bu ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin, infrastruktur dəyişikliklərin, iqtisadi fəaliyyətin və s. həyata keçirildiyi qeyd edilmişdir. Beləliklə, zaman keçdikcə, bu ərazilərin keçmiş DQMV-in ərazisinə daha sıx inteqrasiya edilməsi nəticəsində erməni tərəfi onların Azərbaycana qaytarılması ilə bağlı müxtəlif təklifləri qulaqardına vurmağa çalışır və onların geri qaytarılmasına mane olur.

Qarabağda demoqrafik göstəricilərin dəyişdirilməsi. "DQR"-i Kosovo Respublikasından və eləcə də Abxaziyadan və Cənubi Osetiyadan fərqləndirən daha bir cəhət hazırda onun etnik baxımdan yalnız erməni əhalisindən ibarət olmasıdır. Əgər hələ də Kosovo Respublikasının şimalında serblər və ya Abxaziya və Cənubi Osetiyada gürcülər yaşayırsa, Azərbaycanın işğal altındakı torpaqlarda azərbaycanlı əhali iyirmi beş ildən artıqdır ki, mövcud deyil. Eyni zamanda Suriya, Livan və digər yerlərdən olan qaçqınların işğal olunmuş torpaqlarda qanunsuz olaraq yerləşdirilməsi burada yaşayan əhalinin süni olaraq sayının və milli tərkibinin dəyişdirilməsinə xidmət edir. Bu mənada Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən 2016-ci ilin martında hazırlanmış ''Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər'' adlı hesabatda[x] Ermənistan Respublikası tərəfindən məskunlaşmanın həyata keçirilməsi, şəxsi və dövlət mülkiyyətində olan obyektlərin, maddi-mədəniyyət abidələrinin, təbii və digər sərvətlərin istismar və talan edilməsi, qeyri-qanuni ticarətin davamlı şəkildə həyata keçirilməsi və s. məsələlər öz əksini tapmışdır.

Erməni diasporun töhfəsi. Birinci dünya müharibəsindən sonra çoxlu sayda ermənilərin Avropaya, ABŞ-a, Yaxın Şərq ölkələrinə və s. mühacirət etməsi nəticəsində dünyanın müxtəlif bölgələrində erməni icmaları formalaşmışdır. Ən böyük erməni icmaları hazırda Rusiyada (2,25 milyon), ABŞ-da (1,5 milyon) və Fransada (450 000 yaxın) fəaliyyət göstərir. Eyni zamanda Gürcüstanda, Argentinada, Livanda, İranda, Polşada, Ukraynada, Almaniyada, Avstriyada, Braziliyada, Kanadada da onların sayı az deyil[xi]. Məhz ötən illər ərzində erməni diaspor təşkilatlarının maliyyə və informasiya baxımından "DQR"-ə töhfəsi bu tanınmamış qurumun mövcudluğu və davamlı inkişafına əlverişli şərait yaratmışdır. "DQR''-dəki infrastrukturun yaradılması və inkişaf etdirilməsi də erməni diaspor təşkilatlarının maliyyə dəstəyi ilə həyata keçirilir.[xii]

Beləliklə, ümumilikdə götürdükdə, tanınmamış ''dövlətlər''in yaranma səbəbləri və inkişaf ssenariləri arasında xarici dəstək amili önəmli yerlərdən birini tutur. Bu amil altında həm xarici ''himayədar'', həm də diaspor təşkilatları nəzərdə tutula bilər.

Eyni zamanda təbiidir ki, müharibə nəticəsində işğal etdikləri ərazilərdə nəzarəti gücləndirərək, mövcud status kvonu qoruyub-saxlamağa çalışan tanınmamış ''dövlətlər'' üçün beynəlxalq ictimaiyyət tərəfindən tanınmaq əsas hərəkətverici qüvvədir. "DQR''-in separatçı rejimi də Ermənistan Respublikası və erməni diasporun dəstəyi ilə bu istiqamətdə ardıcıl çalışır. Bu məqsədlə Ermənistan Respublikasının rəsmiləri də daxil olmaqla ölkənin dövlət qurumları, vətəndaş cəmiyyətini təmsil edən təşkilatların nümayəndələri  və eləcə də dünyanın müxtəlif bölgələrində yerləşən erməni diaspor təşkilatları mütəşəkkil formada fəaliyyət göstərirlər.

Şübhəsiz ki, heç bir dövlət tərəfindən tanınmayan bu separatçı rejimin 2007-ci ildən "prezidenti" vəzifəsini yerinə yetirən Bako Sahakyanın son dörd ay ərzində Fransaya (19-25 noyabr, 2017-ci il) və ABŞ-a (12-18 mart, 2018-ci il) səfərləri Azərbaycan tərəfindən etirazla qarşılanmışdır. Məhz bu dövlətlərin Rusiya Federasiyası ilə birlikdə 1997-ci ildən ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində 20 ildən artıq vasitəçilik missiyasını aparması onlar üzərinə daha böyük məsuliyyət qoymalıdır. Lakin əfsuslar olsun ki, Cohanna Popyanevskinin də fikrincə, ATƏT-in Minsk Qrupu çərçivəsindəki fikir ayrılığı, xüsusən həmsədrlərin Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın hərbi mövcudluğu ilə bağlı qəti mövqeyi ortaya qoya bilməməsi əsasən siyasi mülahizələrin nəticəsidir və bu ölkələrdə yaşayan erməni diasporu ilə əlaqədardır. Ehtimal etmək olar ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi aspektləri ilə bağlı da bir qeyri-müəyyənlik vardır. Bu yalnız bu bölgənin gələcək statusu məsələsinə deyil, eləcə də işğal faktına, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində hərbi mövcudluğunun qanuniliyinə və separatçı rejimin nümayəndələrinə qeyri-məhdud dəstək məsələsinə də aid edilə bilər[xiii].

Digər tərəfdən, Bako Sahakyanın ABŞ-a etdiyi son səfəri, əlbəttə, ABŞ hökuməti tərəfindən təşkil edilməmişdir və onu yalnız şəxsi səfər kimi qəbul etmək olar[xiv]. Erməni tərəfi bunu nə qədər şişirtməyə çalışsa da reallıqda bu yalnız dünya ermənilərinin birgə həyata keçirdiyi fəaliyyətin bir hissəsidir. Bu səfər zamanı separatçı rejimin təmsilçisi ABŞ-da fəaliyyət göstərən erməni diaspor təşkilatlarının – Amerika Erməni Milli Komitəsi (AEMK), Amerika Erməni Assambleyası (AEA), bir sıra Amerika erməni icmalarının və partiyalarının (Daşnaksütyun və Ramkavar Azadlıq partiyası) nümayəndələri ilə görüşmüş, Müqəddəs Məryəm və Müqəddəs Xaç erməni kilsələrini ziyarət etmişdir. Eləcə də o, Vaşinqtonda yerləşən aparıcı beyin mərkəzlərindən biri olan "Milli Maraq" Mərkəzinin bəzi əməkdaşları ilə fikir mübadiləsi etmiş və ABŞ Konqresində "DQR" dəstək göstərən və qeyri-qanuni olaraq ora səfər etmiş senator və konqresmenləri (senator Jack Reed, Xarici Münasibətlər Komitəsinin sədri Ed Royce, Eliot Engel, David Cicilline, Jim Costa, Brad Sherman, Adam Schiff and David Valadao) medallarla təltif etmişdir[xv]. Bu kontekstdə xüsusi olaraq qeyd etmək lazımdır ki, məhz erməni maraqlarını ABŞ-ın Nümayəndələr Palatasında təmsil edən daha bir qanunverici Frenk Pallonenin sponsorluğu ilə 2018-ci ilin 17 yanvar tarixində təqdim edilmiş qətnamə (H.Res. 697) ABŞ-ın Nümayəndələr Palatasının ABŞ və qondarma "Artsax Respublikası'' arasında vətəndaş cəmiyyətinin və hökumətin bütün səviyyələrində səfərlərin və ünsiyyətin dəstəkləməsi məsələsinə həsr edilmişdir[xvi]. Şübhəsiz ki, hazırda bu qətnamənin daha çox səs toplaması və qəbul edilməsi üçün ABŞ-dakı erməni diaspor təşkilatları və lobbistlər tərəfindən müvafiq fəaliyyət aparılır.

Bu baxımdan qondarma qurumun beynəlxalq səviyyədə təcrid edilməsi istiqamətində məqsədyönlü fəaliyyət daha da artırılmalıdır. Azərbaycanın vətəndaşları olan bu şəxslər Ermənistanın verdiyi diplomatik pasportlarla xaricə səfər etməklə heç bir ölkə tərəfindən tanınmamış qurumu təşviq etməməlidirlər. Diaspor təşkilatları tərəfindən göstərilən dəstəyin beynəlxalq təcridə davam gətirmək üçün müvafiq imkanlar yaratmasına baxmayaraq, beynəlxalq münasibətlər sisteminin aktorları olan suveren dövlətlərlə Azərbaycan Respublikası arasında mövcud olan ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində müvafiq hüquqi normalardan istifadə etməklə separatçıların azad şəkildə xaricə səfərlərinin qarşısı alınmalıdır.

Gülşən Paşayeva,

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini


[i] Nina Caspersen. Unrecognized states. Cambridge, 2012, p.1 

[ii] Yenə orada, səh.2 

[iii] Mandate. The official site of the United Nations Mission in Kosovo (UNMIK) - https://unmik.unmissions.org/mandate; Valon Krasniqi, Ylber Aliu. The Role of the International Administration in the Process of the State-Building in Kosovo. In:Academic Journal of Interdisciplinary Studies, vol. 4, №3, 2015 

[iv] About UN Membership - http://www.un.org/en/sections/member-states/about-un-membership/index.html 

[v] Johanna Popjanevski. International Law and the Nagorno-Karabakh Conflict. In: Svante E. Cornell (Ed.). The International Politics of the Armenian-Azerbaijani conflict. The Original "Frozen Conflict" and European Security, 2017, p. 33. 

[vi] "Qohum dövlət" (kin-state) termini altında milli azlıqları qonşu dövlətlərin ("ev sahibi olan dövlət" (host state)) tərkibində yaşayan dövlətlər nəzərdə tutulur 

[vii] P.Kolsto and H.Blakkisrud. Living with non-recognition: State- and nation-building in South Caucasus quasi-states. Europe-Asia Studies, 2008, 60 (3), p.496 

[viii] Report of the OSCE Fact-Finding Mission (FFM) to the Occupied Territories of Azerbaijan Surrounding Nagorno-Karabakh. Available at:  http://www.europarl.europa.eu/meetdocs/2004_2009/documents/fd/dsca20050413_08/dsca20050413_08en.pdf 

[ix] Executive Summary of the "Report of the OSCE Minsk Group Co-Chairs' Field Assessment Mission to the 

 Occupied Territories of Azerbaijan Surrounding Nagorno-Karabakh". OSCE, 24 March 2011. Available at: https://www.osce.org/mg/76209?download=true 

[x] "Illegal economic and other activities in the occupied territories of Azerbaijan". Report by the Ministry of Foreign Affairs of the Republic of Azerbaijan, 2016. Available at: http://www.mfa.gov.az/files/file/MFA_Report_on_the_occupied_territories_March_2016_1.pdf 

[xi] http://www.oikonomia.it/index.php/en/48-oikonomia-2014/febbraio-2014/219-armenians-in-the-world-today-the-formation-of-the-big-diaspora 

[xii] Nina Caspersen. Unrecognized states. Cambridge, 2012, p 60. 

[xiii] Johanna Popjanevski. International Law and the Nagorno-Karabakh conflict. In: S.E. Cornell (ed.), The International Politics of the Armenian-Azerbaijani Conflict, Washington, DC, USA, 2017, p. 41 

[xiv] Bryza: Sahakyan's US visit should have no impact on strategic partnership with Azerbaijan. Trend, 18 March 2018 - https://en.trend.az/azerbaijan/politics/2874947.html 

[xv] Armenia’s Diplomatic Initiatives in the Nascent Cold War. Mirrorspectator.com, 22 March 2018 - https://mirrorspectator.com/2018/03/22/armenias-diplomatic-initiatives-in-the-nascent-cold-war/ 

[xvi] H.Res.697 - Expressing the sense of the House of Representatives supporting visits and communication between the United States and the Republic of Artsakh at all levels of civil society and government - Available at: https://www.congress.gov/bill/115th-congress/house-resolution/697


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM