Müharibə və ixtilaflar girdabında: dünya nizamını pozan qüvvələr

18:33 / 19.04.2018

Son zamanlar Rusiya ilə Qərb arasında açıq və ya gizli mübarizə daha da intensivləşib. Böyük Britaniyada Sergey Skripal ilə bağlı insident isə vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Bu hadisə müxtəlif prizmalardan təhlil edilir. Rusiya KİV-lərində onun arxasında dayanan və qlobal proseslərlə birbaşa bağlı olan faktorlar da qabardılır. Bütövlükdə dünya siyasətində əsrlərdir ki, həlledici rol oynayan, lakin hələ tam üzə çıxmayan dairələrin müəyyən planlarından bəhs edilir. Aydın olur ki, məsələ daha dərin və təhlükəli məqamlara bağlıdır. O cümlədən böyük dövlətlərin parçalanması, yaxud güclənməsi prosesi ilə bağlantılı analizlər verilir. Bütün bunlar faktiki olaraq dünya siyasətinə qeyri-ənənəvi müstəvidə nəzər salmaq imkanı yaradır.

Siyasətin həlledici dairələri: onlar kimlərdir?

Böyük Britaniya ilə Rusiya arasında "Skripalın işi" ilə əlaqəli meydana gələn gərginlik yeni mərhələyə qədəm qoyub. Tərəflər qarşılıqlı surətdə diplomatları deportasiya etdikdən sonra yeni addımların atılacağı haqqında Moskva və Londondan informasiyalar yayılır. Bəzən sual yaranır: bir nəfərə görə iki böyük dövlətin bu dərəcədə düşmən kəsilməsinə dəyərmi? Bu sualı başqa bucaq altında qoymaq olar: hansı səbəblərdən Skripal hadisəsi az qala Birinci və İkinci dünya müharibələrinin başlaması üçün bəhanə olmuş sui-qəsdlər səviyyəsinə yüksəldilib?

Təbii ki, burada xüsusi xidmət orqanlarının imici faktoru da mövcuddur. Yəni Böyük Britaniya ələ aldığı rusiyalı casusu öz adamı kimi qorumaq öhdəliyini tam yerinə yetirməlidir ki, digərləri də sabah onunla işləməyə inansın. Moskva isə göstərir ki, ona xəyanət edənlər gec, ya tez harada olmasından asılı olmayaraq cəzalarını alırlar.

Başqa bir versiyaya görə, hadisəni Böyük Britaniya kəşfiyyatının özü törədib və məqsəd Rusiyaya qarşı yeni təzyiq dalğasını alovlandırmaqdan ibarətdir. Bunun əsası kimi son illər Moskvanın dünya siyasətinə aktiv surətdə qarışmasını göstərirlər. O cümlədən Rusiya kəşfiyyatı Amerika və İngiltərədəki seçkilərə informasiya-təxribat hücumları edib. İngilislər indi onun cavabını verirlər.

Bütün hallarda aydın görünür ki, məsələ bir adamın taleyi ilə bağlı deyil. Ortada hansısa prinsipial geosiyasi maraq var və proseslər də gizli olaraq həmin faktora uyğun yeni dinamika alır. Burada əsas fərqli məqam Qərb ilə Rusiya arasında münasibətlərin daha da pisləşməsindən ibarətdir. Ancaq bir qədər əvvəl əsas gərginliyin ABŞ-la Rusiya arasında olduğu təəssüratı vardı. Belə söhbət dolaşırdı ki, Avropa ilə Rusiya ABŞ-dan asılı olmayaraq yaxınlaşa bilərlər. Skripal məsələsi bu ehtimalı minimuma endirdi.

Çünki ABŞ, Böyük Britaniya, Fransa və Almaniya rəsmi olaraq bəyanat yaydılar ki, adı çəkilən məsələdə Londonu müdafiə edirlər. Bununla da Rusiyaya qarşı vahid Qərb cəbhəsinin formalaşdığı nəticəsini çıxarmaq olar. Bu isə gözləniləndən də geniş təsiri ola bilən hadisədir. Rusiya mətbuatında dərc olunan bir analitik yazıda həmin kontekstdə maraqlı bir versiya irəli sürülüb. Onun Rusiya ilə yanaşı digər dövlətlərə də aidiyyəti ola bilər.

"Vzqlyad" nəşrində dərc edilən məqaləyə görə, real səbəb Skripal deyil, o, bir bəhanədir. Əsas məsələ dünya imperialist dairələrinin əsrlərdir ki, apardığı savaşın növbəti ssenarisinin oynanılması ilə bağlıdır (bax: Россия бьется со смертельно опасным противником / Vz.ru, 16 mart 2018). Müəllifin fikrinə görə, Rusiya dünya elitası ilə ziddiyyətdədir. Həmin elita dünya işlərinə həlledici təsir gücünə malikdir. Məhz indi həmin elita Moskva ilə T.Mey və B.Consonun dilində danışır. Bu mənada rusların Böyük Britaniyaya "xanım ingilis" kimi baxması böyük yanlışlıqdır. Bu, XIX əsrin sonlarından Rusiyada formalaşmış neqativ ənənənin nəticəsidir. Bu, rəqibi kiçik görmək kimi yanlış mövqedir. Reallıqda Rusiya millətlərüstü dünya hakimiyyəti və kapitalı ilə üz-üzədir. Onlar növbəti dəfə Rusiyanın axırına çıxmaq arzusundadırlar. Buna görə də əsas məsələ nə Krımdır, nə də Skripal. Başlıca səbəb Rusiyanın "onların sonuna çıxmasından ibarətdir" (bax: əvvəlki mənbəyə).

Konkret desək, Rusiya anqlo-sakson ssenarisi üzrə qloballaşma prosesinin qarşısına çıxıb. Bu layihə Qərbdən idarə edilən vahid dünyanın yaradılmasını nəzərdə tutur. "Qərb" termini də "atlantik", "anqlosakson" sözlərinin sinonimi kimi işlədilir. Son 100 ildə həmin layihənin açıqcasına reallaşdırılmasına çalışılır. Şirkətlərin və kapitalın böyüməsi, sivilizasiya və mədəniyyətlərin yaxınlaşması, qarışması və qarşılıqlı nüfuz etməsinin təmini bunun həyata keçirilməsi mexanizmləridir.

Bu zaman vahid qlobal institutlar, maliyyə, idarəetmə, nəzarət və s. kimi təsisatlar yaradılır, yeni əxlaq və transhumanizm fəlsəfəsi formalaşdırılır. Bununla bəşəriyyəti dövlətlərin, millətlərin olmayacağı "qızıl əsrə" doğru sürükləyirlər. Əgər kimsə buna qarşıdırsa, o, köhnəpərəst, mühafizəkar, tərəqqinin və insanlığın düşmənidir (təbii ki, onların qiymətləndirmələrinə görə).

Müstəqilliyin qorunması: zərbə haradan gələ bilər?

Bütün bunların hələlik rəsmi bəyannamələrdə öz əksini tapmaması prinsipial olaraq heç nəyi dəyişmir – hər şeyin zamanı var. Hələlik "Rusiyanı köhnə qaydada totalitarizmdən tutmuş terrorizmə qədər ittiham edirlər ki, bu, daha sadə və vərdiş halına keçmiş yoldur" (bax: əvvəlki mənbəyə). İttiham edən kimdir? Həmin "dünya ictimaiyyəti"dir ki, daha yaxından nəzər saldıqda, onun əslində Qərb olduğunu görürsən! Bir qədər də konkretləşdirsən, anqlosakson, daha dəqiqi isə – amerikan-ingilis elitası. Onlar "qərar qəbuletmə hüququna malik olanlardır" (bax: əvvəlki mənbəyə).

Formal olaraq onlar qapalı klublarda və ya açıq ordenlərdə, ictimai cəmiyyətlərdə və ya gizli lojalarda birləşə, bank sahibi, yaxud hersoq ola, senator və ya nazir statusu ala bilərlər. Vəzifə və hətta kapitalın miqdarı ikinci dərəcəlidir, əsas olanı dairəyə daxil olmaqdır. Həmin dairələr üçün V.Putinlə D.Tramp eyni dərəcədə düşməndirlər. V.Putin bəyan edir ki, Rusiya kənardan sırınan dünya nizamını heç zaman qəbul etməyəcək.

London əsrlərdir ki, vurğulanan dairələrin mərkəzi rolunu oynayır. Məsələ hərbi qüdrətdə və iqtisadi gücdə deyil. Əsas faktor ölkənin idarəetmə, intellektual, strateji və maliyyə imkanları ilə bağlıdır. Bu mənada ABŞ-ın Böyük Britaniyadan daha güclü olması başlıca müəyyənedici faktor deyil. Məhz Londonda cəmləşmiş dairələr İspan imperiyasını batırdılar, Çinə qarşı müharibə apardılar, Birinci dünya müharibəsində Rusiya ilə Almaniyanı toqquşdurdular, Çeçenistanda savaş yaratdılar və s. 1801-ci ildə imperator I Paveli və 1916-cı ildə Q.Rasputini öldürdülər (bax: əvvəlki mənbəyə).

Yekunda müəllif belə qənaətə gəlir ki, təhlükə mənbəyini düzgün müəyyənləşdirmədikdə və rəqibi kiçik gördükdə, "Böyük Rusiya"nı bərpa etmək mümkün olmayacaq. Belə çıxır ki, anqlosakslar Rusiyanı zəiflətmək xəttini seçiblərsə, Rusiyanın özünün məqsədi "Böyük Rusiya" yaratmaqdan, yəni təsir dairəsini daha da genişləndirməkdən ibarətdir.

Məsələyə hər iki aspektdə yanaşdıqda, türk-müsəlman dövlətlərinin necə mürəkkəb və ziddiyyətli geosiyasi savaş meydanında olduğunu da anlamış oluruq. Eyni zamanda, əsrlərdir ki, Osmanlıya, Səfəviyə və ümumiyyətlə, dövlətçiliyimizə qarşı regionun bəzi xırda xalqlarının əli ilə aparılan savaşların arxasında hansı qüvvələrin dayandığı barədə müəyyən təsəvvürlər yaranır. İndi də bir tərəf digərini zəiflətmək, o biri isə daha qüdrətli olmaq izindədirlər. Arada kimlər qalır? Belə şəraitdə müstəqil dövlətçiliyi necə qorumaq olar?

Deyək ki, Dağlıq Qarabağ münaqişəsini arxa planda körükləyən qüvvələr ədalətin bərpa olunmasında maraqlıdırlarmı? Təcrübə göstərir ki, hələlik maraqlı deyillər. Ümumiyyətlə, onlar haçansa maraqlı olacaqlarmı? Bu da cavabsız sualdır. Ən pisi isə ondan ibarətdir ki, belə şəraitdə beynəlxalq hüquq prinsipləri işləyə bilməz. Həmin qüvvələr onu öz maraqlarına xidmət edən və daim ədaləti pozan qaydalara çevirirlər. Beynəlxalq təşkilatların öz funksiyasını obyektiv yerinə yetirməsi də müşkül məsələyə çevrilir.

Deməli, bütün dünyanı çətinliklərə salanlar özlərini böyük sayan dövlətlərdir. Onlar sözdə demokratiya, təhlükəsizlik və əməkdaşlıqdan bəhs edir, əslində isə bütün bunları yalnız öz maraqları prizmasından görürlər. Dünya düzəni də ona görə düzəlmir!

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM