Ermənistanda bir neçə gündür davam edən etirazlar özünün yeni mərhələsinə qədəm qoyub. Müxaliflərə rəhbərlik edən Nikol Paşinyan tədricən tələblərini dilə gətirib. O, başlıca olaraq parlament tərəfindən baş nazir seçilən Serj Sarkisyanın istefasını tələb edirdi. Hətta S.Sarkisyanı dialoqa gedə bilməyəcəyi yeganə adam adlandırırdı. Lakin İrəvan otellərinin birində N.Paşinyanla S.Sarkisyanın bir neçə dəqiqəlik "dialoqu" baş tutub. Nəticəsi olmayan söz mübahisəsindən sonra görüş yerini S.Sarkisyan tərk edib. Ondan əvvəl N.Paşinyan meydanda prezident Armen Sarkisyanla görüşmüşdü. Prezident söhbətdən sonra konkret bir şey deyə bilməyib, qeyri-müəyyən ifadələr işlətmişdi. Ekspertlər hesab edirlər ki, vəziyyət çox gərgin səviyyəyə çatıb. S.Sarkisyan isə özünü lider adlandıraraq dövlət üçün işləməli olduğunu deyirdi. Xüsusilə Qarabağ məsələsini "layiqli həll etməli" olduğundan dəm vururdu. Yalnız bundan sonra "lider başqa işlə məşğul ola bilər"miş. Bu gülünc xülyaların fonunda S.Sarkisyanın istefası və Ermənistanda siyasi proseslərin daxili məntiqi və onun region üçün mümkün nəticələri üzərində bir qədər geniş dayanmaq zərurəti özünü göstərməkdədir.
İki haqsız: kim daha çox "haqlıdır"?
Bir sıra dairələrin "azad ölkə" adlandırdığı Ermənistanda iğtişaşlar yeni səviyyəyə yüksəlib. Vətəndaşların ən adi hüquqlarının təmin olunmadığı bir məmləkətdə proseslərin gedişatı göstərir ki, demokratiya və insan haqları deyilən faktorlardan əsər-əlamət yoxdur. Bir tərəfdə radikal davranışlar edən etirazçı qrup, o biri tərəfdə isə hakimiyyətdən iki əllə yapışmış Serj Sarkisyan. Hər iki tərəf də özünü haqlı sayırdı. Ancaq sonradan S.Sarkisyan "mən haqsızam, Nikol Paşinyan haqlıdır" dedi. Bu ibarələrin arxasında hansı məqamlar dayanır?
Aydındır ki, siyasətçinin hansının haqlı olmasından asılı olmayaraq meydana çıxan gərginliklərdən sadə insanlar zərər görürlər. Rusiya KİV-lərinin yaydığı informasiyaya görə, İrəvanda keçirilən aksiyada iştirak edənlərdən 300 nəfər həbs edilmişdi, sonradan hamısını azadlığa buraxdılar. Polis etirazçıların parlamentə daxil olmasına imkan verməmişdi, sərt güc tətbiqi ilə nümayişçilər uzaqlaşdırılmışdı.
Etirazçıların liderləri Nikol Paşinyanın ABŞ-da fəaliyyət göstərən bir musiqi qrupunun erməni rəhbərinə müraciəti də yadda qaldı. Musiqiçi videomüraciətdə bildirib ki, islahatlar paketi təqdim edin və ətraf mühitin təmizliyi uğrunda mübarizə aparın. Bununla yanaşı, o da S.Sarkisyana "artıq bəsdir" mesajını göndərmişdi.
Bütövlükdə N.Paşinyanın tələbləri belə idi: baş nazirin istefası, parlamentin xalqdan olan namizədi seçməsi ("xalq" deyəndə nə nəzərdə tutulur bilinmir, çünki siyasi diferensiasiyanın mövcud olduğu bir cəmiyyətdə siyasi səhnədə xalq olmur), müvəqqəti hökumətin formalaşdırılması, hökumətin qəbul etdiyi proqramın rədd edilməsi, növbədənkənar parlament seçkisinin keçirilməsi, bunlardan başqa, seçki məcəlləsinə və partiyalar haqqında qanuna dəyişiklik edilməsi (bax: Президент Армении провел встречу с лидером оппозиции / РИА Новости, 21 aprel 2018).
Bu şərtlərdən görünür ki, etirazçılar ölkədə demokratiyanın olmadığına qəti əmindirlər. Çünki tələblərdə həm seçki mexanizminə, həm seçki qanununa, həm hökumətin fəaliyyətinə, həm də parlamentin qəbul etdiyi qərarlara iradlar vardır. N.Paşinyan faktiki olaraq bütün seçki prosedurunun və hakimiyyəti formalaşdırma mexanizminin yenilənməsində israrlıdır. Bəs onda illərdir ki, S.Sarkisyanın seçkilərini "azad ölkə", "Cənubi Qafqazda demokratiyanın gözləndiyi ölkə", "insan haqlarının əməl olunduğu ölkə" kimi epitetlərlə qiymətləndirərək qulaqları deşən beynəlxalq ekspertlər hansı məqsədlə ağ yalan danışırlarmış?
Əslində məqsədləri bilinir. Onlar dini təəssübkeşlik və islamofobiya xəstəsidirlər. Əsrlərdir ki, erməni terrorunu müxtəlif bəhanələrlə dəstəkləyənlər indi yeni yalanlar uydurmaqdadırlar. Lakin bu dəfə bir qədər fərqli situasiya yaranıb. Məsələ ondan ibarətdir ki, erməniləri qonşu ölkələrin dövlətçiliyini zəiflətməyə istiqamətləndirmək bir şeydir, artıq əsrlərdir etirazçı, böhtançı, iftiraçı ruhunda yetişdirilmiş bir toplumun müstəqil dövlət qurmasını təmin etmək başqa şeydir. Ermənilər artıq etirazdan, radikallıqdan və separatçılıqdan başqa bir şey bacarmırlar. Bu keyfiyyətlərlə isə dövlət qurmaq mümkün deyildir. Onların siyasi və mənəvi şüuru kökündən yanlış meyarlar üzərində qurulub.
Siyasi-ideoloji iflas: Ermənistan cəmiyyəti yeni qeyri-müəyyənlik yolunda
Nə isə, bu gün Ermənistanda müşahidə edilən proseslərin daxili məntiqinə qayıtsaq, görürük ki, iki tərəf bir-birinə qarşı düşməncəsinə mövqe tutub. Baxmayaraq ki, Nikol Paşinyan "kimsəyə düşmən münasibət göstərmirik" kimi fikirlər işlədir, ekspertlər Qarabağ klanına qarşı total hücumların ola biləcəyini vurğulayırlar. Bu da artıq monoetnik dövlətin siyasi məqamlar üzrə parçalanması əlamətidir. Bəzilərinin bütöv erməni cəmiyyəti kimi xülyaları puç olub gedib. Siyasi barrikadaların əks tərəfində duran qüvvələr bir-birini didməyə hazırdırlar. Onları Qarabağ məsələsi də ortaq mövqeyə gətirə bilmir. Deməli, illərdir ki, süni surətdə sadə ermənilərin psixologiyasına yeridilən bu qondarma məsələ ilə bağlı da müəyyən dəyişikliklər baş verməkdədir. Bir sıra etirazçılar "Azərbaycan torpaqlarında nə işimiz var" kimi fikir bildirməkdən çəkinmirlər.
Bəs Serj Sarkisyan bütün bunlara sözdə necə reaksiya verib? Gülüncdür! Birincisi, S.Sarkisyan istefa vermək fikrində olmadığını dəfələrlə dolayı da olsa bəyan edib. O, hakimiyyətdə qalmaqda israrlı olduğunu konstitusiyada dəyişiklik edib, parlament üsul-idarəsinə keçəndə gizli olaraq ifadə etmişdi. Belə ki, sözdə deyirdi ki, baş nazirliyə iddia etməyəcək. Ancaq komandasının üzvləri daim onun Ermənistanı idarə edə biləcək yeganə namizəd kimi təbliğ edirdilər.
Burada qeyri-adi bir şey yoxdur, çünki onun arxasında Ermənistan miqyasında böyük sayıla biləcək siyasi qruplaşma durur. Bu qruplaşmanın öz iqtisadi, maliyyə, energetik və hərbi dayaqları vardır. Korporativ maraqları sərt şəkildə müdafiə edirlər. Həmin qrup heç zaman müxalif qüvvənin tələbi ilə bu maraqlardan imtina edə bilməz – dərhal məhv edərlər!
Bunlar onu göstərir ki, küçədən S.Sarkisyanın istefasını tələb etmək aysberqin görünən tərəfidir. Əsas məqam ondan ibarətdir ki, Ermənistanda mürəkkəb korrupsiya sistemi yaratmış və siyasiləşmiş qruplar havadarlarının əmri ilə daxildə savaşa başlayıblar. Onların bir qrupunun arxasında Qərb, digərinin arxasında isə Rusiya dayanır. Təbii ki, belə şəraitdə nə xalqın iradəsindən, nə də müstəqil dövlət qurmaq istəyindən söhbət gedə bilməz. Tərəflər kimin daha çox hakimiyyət və geosiyasi nüfuz əldə etməsi üçün savaşırlar. İndiki mərhələdə S.Sarkisyan qruplaşması geri çəkildi, ancaq bu, savaşın sonudurmu? Ekspertlər bu suala müsbət cavab verməkdə çətinlik çəkirlər. Çox şey S.Sarkisyanın təmsil etdiyi klana olacaq münasibətdən asılıdır.
Bu prosesdə maraqlı olan bir ideoloji cəhət də var. Biz, daşnakların S.Sarkisyanla bir cəbhədə olmasını nəzərdə tuturuq. Belə çıxır ki, etirazçılar bilərəkdən, yaxud bilməyərəkdən milliyyətçilikləri ilə daim seçilən daşnaklara qarşı da çıxış edirlər. Bu, bütövlükdə Ermənistanda siyasi-ideoloji şüurda dəyişikliyin baş verməsi anlamına gəlirmi? Bunu proseslərin gedişatı göstərəcək. Hər bir halda, ermənilərə görə, daşnaklar da satqın Sarkisyanla bir sırada dayanmaqdadırlar.
İkincisi, nə qədər gülməli də olsa, S.Sarkisyan özünü "lider" adlandırıb. Bu keyfiyyətdə Ermənistanın təhlükəsiz inkişafına və "Dağlıq Qarabağ məsələsinin layiqli həllinə nail olmadan" vəzifədən getmək fikrində olmadığını bəyan edib (bax: Серж Саргсян назвал условия отставки / РИА Новости, 22 aprel 2018). Ancaq bu qədər gurultulu sözlərdən sonra "mən səhv etmişəm", deyib. Belə çıxır ki, S.Sarkisyan hər kəlməsində saxta və yalançıdır. O, hər an mövqeyini dəyişə bilər.
Ekspertlər də S.Sarkisyanın özünü "lider" adlandırması məqamı üzərində dayanırlar və bunu real saymadıqlarını vurğulayırlar. Digər tərəfdən isə etirazçılar məhz S.Sarkisyanın liderlik keyfiyyətinin olmamasına görə küçələrə axışmışdılar. Onlar Ermənistanı naşı adamların idarə etdiyini bəyan edirlər. Bildirirlər ki, həmin naşıların başında S.Sarkisyan dayanır. Belə çıxır ki, S.Sarkisyanla müxalifət arasında siyasi liderlik anlayışında ciddi fərqlər vardır. Və bu fərqlərin aradan qaldırılma ehtimalı minimumdur, çünki yanaşma meyarları tamamilə əks-qütblərdədir. Nəticə də bunu təsdiq etdi.
Normallaşma, yoxsa yeni səviyyədə gərginlik: ekspertlər sonuncuya üstünlük verirlər
Bütün bunlardan məntiqi olaraq siyasi qənaətlər alınır. Ermənistanda siyasi vəziyyət daha gərgin mərhələyə qədəm qoyur. Müxalifətin bir qrupu o qədər dərinə gedib ki, artıq geriyə dönüş yoxdur. Yəni qarşı duran tərəflərdən biri mütləq sıradan çıxarılmalıdır. Ya Serj Sarkisyan öz komandası ilə siyasi səhnəni tərk etməlidir, ya da "Yelk" adlı siyasi fraksiya məhv edilməlidir. Bu məqam Ermənistanın siyasi mühitinə kifayət qədər radikal ruh verir və proseslərin getdikcə daha çox iğtişaş xarakterli olmasına aparıb çıxara bilər.
Məsələnin bu tərəfi xüsusilə region üçün aktualdır. Yəni situasiyanın S.Sarkisyanın istefa verməsi ilə normallaşacağını proqnozlaşdırmaq xeyli risklidir. S.Sarkisyanın istefasına olan xarici reaksiyalar da belə bir fikir söyləməyə əsas verir. Bu reaksiyalar fərqlidir. Lakin maraqlıdır ki, həm Qərb, həm də Rusiya Ermənistanda gedən prosesləri müsbət qiymətləndirirlər. Hər halda, mətbuatda belə informasiyalar yayılır.
Əvvəlcə Rusiya KİV-lərində verilən proqnozlara nəzər salaq. Öncə Moskvanın Ermənistandakı proseslərə münasibətindəki ziddiyyətlər diqqəti çəkdi. Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin bəyan edib ki, "biz hələ cənab Paşinyanın nə istədiyini və kimə qulluq etdiyini bilmirik". Alınan informasiyalara görə, o, Qərb meyllidir, Ermənistanın Rusiyadan uzaq düşməsini və rus hərbi bazasının Gümrüdən çıxarılmasını tələb edir. Belə çıxır ki, Moskva Nikol Paşinyanın başçılıq etdiyi hərəkata ya inanmır, ya da ikili oyun oynayır. Hər bir halda, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova "Facebook" səhifəsində yazdı ki, "erməni xalqı birlik nümayiş etdirdi, ən çətin zamanda belə parçalanmadığını və qarşıdurmaya getmədiyini göstərdi. Ermənistan, Rusiya həmişə səninlədir".
Təbii ki, rus diplomatiyası dərindir və yalnız zaman Zatulinin, yaxud Zaxarovanın həqiqəti söylədiyini göstərə biləcək. Bununla yanaşı, Rusiya ekspertləri kifayət qədər konkret mövqe ortaya qoyurlar. Onların əksəriyyəti Ermənistanın Rusiyaya sadiq qaldığını və hətta başqa yol olmadığını yazırlar. Onlar vurğulayırlar ki, Ermənistan dövlətini Rusiya yaradıb və indiyə qədər də Moskva erməniləri qoruyub, onlara havadarlıq edib. Bu funksiyanı Rusiyadan başqa heç kəs yerinə yetirə bilməz. Nə ABŞ, nə Fransa, nə də Almaniya buna qadir deyil.
Ermənistana gəldikdə isə, Rusiya ekspertləri yazırlar ki, onu Türkiyə və Azərbaycan əhatə edib. Moskva əlini çəksə, Ermənistan dövlət kimi məhv olacaq. Əslində, Rusiya siyasi və analitik dairələrində bu cür fikirlər həmişə mövcud olub. Məsələn, özünün ermənipərəst və anti-azərbaycan mövqeyi ilə fərqlənən "Regnum" agentliyinin başçısı Modest Kolerov bir zamanlar yazmışdı ki, Rusiyasız Ermənistan yoxdur. Yəni ermənilər özlərini müstəqil dövlət kimi hiss etməyə cəsarətlənməsinlər. Rusiya kənarda dursa, Ermənistan bir an içində yox olar.
Lakin bu dəfə ekspertlərin S.Sarkisyanın istefası ilə bağlı bu cür fikir bildirməsi, ortada Rusiyanın maraqlarına qarşı hansısa məqamların olması anlamına gəlir. Və bunun işartıları N.Paşinyanın S.Sarkisyanın istefasından sonra ifadə etdiyi fikirlərdə vardır. Müxalifətçi deyib ki, biz işimizi yarımçıq buraxmamalıyıq. O, Karen Karapetyanla görüşməyə hazır olduğunu bəyan edib. Tələblər isə vardır – parlamentin yeni seçki qanunu tərtib etməsi və xalqın irəli sürdüyü namizədi seçməsi, müvəqqəti hökumətin yalnız bundan sonra formalaşdırılması və növbədənkənar yeni seçkinin keçirilməsi.
Kimin arxasınca: ermənilərin geosiyasi seçim qeyri-müəyyənliyi
Nikol Paşinyan onu da vurğulayıb ki, istefa məsələsi son deyil, çünki Serj Sarkisyan və onun tərəfdarları arxa plandan ölkəni idarə etməyə çalışırlar. Yəni bir növ Gürcüstan ssenarisi təkrarlana bilər. Buna görə də, "məxməri inqilab" sona çatdırılmalıdır – yalnız xalqın namizədi baş nazir ola bilər və o, müstəqil fəaliyyət göstərməlidir. Anlaşılır ki, Karen Karapetyanı müxalifət həmin keyfiyyətdə görmür.
Bunlar faktiki olaraq, "Qazprom"un kadrı olan K.Karapetyanı inkar etmək deməkdir. Təbii ki, bu, Moskvanı qane etməz və prosesə mütləq müxtəlif kanallarla müdaxilə edəcək. Görünür, elə bu səbəbdəndir ki, Rusiya KİV-lərində aparılan analizlərdə daim "Ermənistan və Rusiya birdir" şüarı yer alır. Bu, gələcək mümkün müdaxilələrə ideoloji-informasiya bazası yaradır.
Qərbin reaksiyasında ermənilərin tərifi başlıca yer tutmaqdadır. Onlar ermənilərin "mədəni inqilab" etdiyindən, "erməni baharı"ndan dəm vururlar. Belə proqnozlaşdırılır ki, Ermənistan diasporun köməyi ilə Avropa İttifaqına yaxınlaşmağa çalışacaq. Çünki erməni diasporunun Qərbdə mövqeyi möhkəmdir. Ancaq Rusiyada yaşayan ermənilər hesab edirlər ki, belə deyil. Erməni diasporu Rusiyada daha güclüdür və onların sayı təxminən Ermənistanda yaşayan ermənilər qədərdir.
Belə çıxır ki, Qərb Ermənistanda baş verənləri geosiyasi və ideoloji-siyasi aspektlərdə özü üçün faydalı sayır. Bu məqamda onlar ermənilərə haqq qazandırırlar, onlarla bir olduqları mesajlarını verirlər.
Qərb və Rusiyanın Ermənistanda baş verənlərə münasibətlərinin geosiyasi müqayisəsi hansı nəticələri çıxarmağa əsas verir? Açıq görünür ki, Ermənistanın geosiyasi yönünü dəyişmək cəhdi vardır. Qərb arzulayır ki, oraya Rusiyanın təsiri azalsın. Bunun üçün hətta rus qoşunlarının Ermənistandan çıxarılmasını və ölkənin KTMT-ni tərk etməsini tələb edə bilərlər.
Bu tələb nə dərəcədə realdır? Məsələ ondan ibarətdir ki, Rusiya tamamilə Ermənistana sahib dövlətdir. Ölkənin bütün infrastrukturu, strateji obyektləri Moskvanın nəzarəti altındadır. Ermənilər ancaq Kremlin birbaşa himayədarlığı sayəsində ayaqda dura bilirlər. Hazırkı geosiyasi vəziyyət elədir ki, Rusiyanın Ermənistanda zəifləməsi özünün çökməsinə təkan verə bilər. Yaxın Şərqdə Amerika və Avropanın böyük dövlətləri ilə geosiyasi-hərbi savaş aparan Rusiyanın tam nəzarət etdiyi kiçik Ermənistanda mövqeyini kiməsə verəcəyi absurd deyilmi?
Rusiya KİV-lərində işıq üzü görən yazılarda K.Karapetyanın baş nazirliyə real namizəd olduğunu da vurğulayırlar. Onun qarşısını S.Sarkisyanın korrupsiya şəbəkəsinin aldığını qeyd edirlər. Onda belə çıxır ki, S.Sarkisyan siyasi səhnədən getdikdən sonra K.Karapetyan daha geniş miqyasda fəaliyyət göstərə bilər. Məhz bu tezis analitiklərin məqalələrində birbaşa və ya dolayı olaraq ortaya atılır. Ancaq onu nəzərə almaq lazımdır ki, N.Paşinyanın təmsil etdiyi "Yelk" fraksiyası parlamentdə dəfələrlə Ermənistanın Qərblə yaxınlaşması tələbini qoyub. Yuxarıda vurğuladığımız kimi, onlar S.Sarkisyanın Avrasiya İqtisadi İttifaqına üstünlük verməsini böyük fəlakət adlandırıblar.
Bunlardan belə çıxır ki, "Paşinyan hərəkatı" ya kimlərinsə gözə kül üfürməsidir, ya da kiçik millətçilərin şıltaqlığıdır. Gec və ya tez onlar Ermənistanın əsl sahibinin kim olduğunu bir daha anlayacaqlar. Lakin məsələ bununla bitmir. Belə ki, hələlik baş verənlərə Levon Ter-Petrosyan və Robert Koçaryanın tərəfdarları qarışmırlar. Onların gözləmə mövqeyində olması da müəyyən şübhələr yaradır. Yəni N.Paşinyanı meydana konkret dairələrin atdığı təəssüratı formalaşır ki, onların sırasında L.T.-Petrosyan və R.Koçaryan da var. Yaxud da L.T.-Petrosyan, R.Koçaryan və S.Sarkisyan eyni dairənin adamlarıdırlar. Bu məsələ də yaxın gələcəkdə aydın ola bilər.
Bunlar Ermənistanda suların nəinki durulduğunu, hətta daha da bulandığını göstərir. Hazırda bu ölkə regionun ən həssas məkanına çevrilib. Orada istənilən an vəziyyət nəzarətdən çıxa bilər. Bunun fonunda isə bütövlükdə Cənubi Qafqazda risklər çoxalar.
Bütün hallarda Ermənistanın dərin siyasi böhrana düçar olduğu haqqında nəticə çıxarmaq olar. Nə qədər gizlətsələr də, Serj Sarkisyanın yaratdığı korrupsiya şəbəkəsi ilə rəqiblərinin toqquşması ehtimalı çoxdur. Eyni zamanda, uzun müddətdir ki, yalan üzərində qurulan daxili və xarici siyasət tam iflasa uğrayıb. İnsanlar ölkəni kütləvi surətdə tərk edirlər. İqtisadi böhran xarici siyasətdəki uğursuzluqlar və absurd addımlarla bir-birini tamamlayır. Kənardan olan təsirləri də nəzərə alsaq, Ermənistanın növbəti qaranlıq vəziyyətə düşməkdə olduğunu deyə bilərik. Yuxarıda vurğuladığımız kimi, Amerika və Rusiya Cənubi Qafqaz uğrunda daha sərt savaşa başlayıblar. Onlar üçün regionda ən zəif həlqə isə Ermənistandır. İndi siyasi cəhətdən silkələnən vassal erməni dövləti Cənubi Qafqazda təlatümlərə səbəb ola bilər. Bu bağlılıqda ekspertlərin "erməni baharı" adlandırdığı proseslər çox yaxın gələcəkdə bütövlükdə postsovet məkanının xaos qaynağı ola bilər. Bu, "ərəb baharı"ndan daha "şaxtalı" ola bilər. Çünki böyük bir geosiyasi məkanı əhatə edər və çoxlu sayda millətlərin buxovuna çevrilər.
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM