Amerikanın dövlət başçısı Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktuba ekspertlər həssas reaksiya veriblər. Səbəbi ondan ibarətdir ki, həcmcə kiçik olan bu məktubda iki ölkənin qarşılıqlı münasibətləri geniş əks edilib. ABŞ Prezidenti dörd istiqamət üzrə əməkdaşlıq etməyi təklif edib. Onlar təhlükəsizlik, sosial təminat, enerji sferası və regional münaqişələrin dinc yolla həlli ilə bağlıdır. Bunlarla yanaşı, məktubda Vaşinqtonun Azərbaycandakı prezident seçkisinə münasibəti də dolayısı ilə ifadə olunub. Açıq duyulur ki, Amerika rəhbərliyi Azərbaycan iqtidarı ilə birgə hərəkət etməyə böyük əhəmiyyət verir. Vaşinqton Azərbaycanı, faktiki olaraq, Cənubi Qafqazın lider dövləti olaraq qəbul edir. Onun müstəqil xarici siyasət kursu həyata keçirdiyini yüksək qiymətləndirir və hörmətlə yanaşır. ABŞ rəhbərliyi ümid edir ki, Azərbaycanla əməkdaşlıq həm regional, həm də qlobal problemlərin həllinə yardım edə bilər. Konkret olaraq, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Bakı yüksək rol oynaya bilər. Bu məqamlar üzərində daha geniş dayanmağa ciddi ehtiyac duyuruq.
AntiAzərbaycan kampaniyasına zərbə: Tramp seçkinin nəticələrini tanıyır
Qlobal miqyasda müşahidə edilən proseslərin mürəkkəbliyi və ziddiyyətliliyi hamıya məlumdur. Dünya sanki bir gərginlik içində boğulur. Hadisələr sürətlə cərəyan edir. Bütövlükdə dünya nizamının, beynəlxalq münasibətlər sisteminin böhran mərhələsini yaşadığı hiss edilir. Belə bir şəraitdə ABŞ-ın yeni Prezidenti Donald Trampın siyasi-diplomatik addımları da diqqətlə izlənir. O, özündən əvvəlki Amerika prezidentlərindən həm xaraktercə, həm də siyasi mövqeyinə görə fərqlənir. D.Trampın özünün Tvitter səhifəsində yazdıqları qeydlər bir sıra hallarda dünya siyasətinin gündəmini dəyişə bilir. Amerikanın dövlət başçısının rəsmi məktub yazması isə daha ciddi diplomatik jest olaraq qəbul edilir.
Bu bağlılıqda D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi məktub göndərməsi ekspertlərin böyük marağına səbəb olub. ABŞ rəhbəri yazdığı məktubda lakonik tezislərlə Azərbaycanın dövlət başçısının yeritdiyi siyasətin regional və qlobal əhəmiyyətini ifadə edib (bax: Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan / AZƏRTAC, 27 aprel 2018).
Məktubun məzmununa keçməzdən öncə bir mühüm məqamı vurğulayaq. Azərbaycanda son prezident seçkisindən sonra bir sıra dairələr çox qərəzli və çirkin iftira kampaniyasına başladılar. Onlar seçkinin demokratikliyini və beynəlxalq standartlara uyğunluğunu şübhə altına almağa çalışdılar. Hətta böyük hay-küy qoparmağa da cəhd edildi. Ancaq, birincisi, həmin dairələri dəstəkləyən tapılmadı. Öncəki illərdən fərqli olaraq, ekspert dairəsi də, siyasi dairələr də laqeyd qaldılar, ikincisi, iftira uyduranlar tutarlı faktlar ortaya qoya bilmədilər. Bununla da növbəti dəfə qarayaxma, ləkələmə kampaniyası onu yaradanların rüsvay olmaları ilə sona yetdi.
Həmin kontekstdə D.Trampın məktubu da bir ibrət dərsi oldu. ABŞ Prezidenti Azərbaycan rəhbərinə ünvanlandığı məktubda yazır: "Mən Amerika və Azərbaycan xalqları üçün qarşılıqlı maraq doğuran bir çox sahələrdə Sizinlə birgə işləmək əzmindəyəm" (bax: əvvəlki mənbəyə).
Burada aydın ifadə edilib ki, ABŞ Prezidenti İlham Əliyevi Azərbaycan xalqının və dövlətinin lideri kimi tam qəbul edir. Ona müraciət edərək Azərbaycan və Amerika xalqlarının rifahı üçün çalışmağı təklif edir. Bu cümlədəki digər məqam ondan ibarətdir ki, Amerikanın dövlət başçısı iki ölkə üçün qarşılıqlı maraq doğuran məsələləri İlham Əliyevlə müzakirə etmək fikrindədir. Bu mövqenin arxasında duran məqam isə D.Trampın Azərbaycan Prezidentinin müstəqil siyasət yeritdiyini, heç bir kənar qüvvənin təsiri altında olmadığını və başlıca olaraq milli maraqlara uyğun kurs həyata keçirdiyini qəbul etməsidir. Razılaşaq ki, bütün bunlar dövlətçilik və suverenlik baxımından çox ciddi məqamlardır.
Müqayisə üçün deyək ki, ABŞ Prezidenti postsovet məkanında heç də hər bir ölkə başçısına belə müraciət etmir, əməkdaşlıq təklif etmir. Ancaq prezident seçkisindən çox keçmədən və müəyyən dairələrin antiAzərbaycan kampaniyası apardığı bir şəraitdə D.Trampın İlham Əliyevin müstəqil və milli maraqlara uyğun siyasət yeritdiyini vurğulaması və həmin kontekstdə də əməkdaşlığa dəvət etməsi ayrıca əhəmiyyət kəsb edir.
Nəhayət, vurğulanan aspektdə D.Tramp İlham Əliyevlə birgə çalışmağın faydalı olacağına tam inandığını ifadə edib. "Əzmlə çalışacam" ifadəsi isə bu qərarında qəti olduğunu göstərir. Amerika Prezidentinin İlham Əliyevlə bağlı mövqeyi qəti və davamlıdır.
Əməkdaşlığın əsas istiqamətləri və geosiyasi proseslər: yeni məqamlar işığında
Donald Tramp məktubun sonrakı hissəsində faktiki olaraq əməkdaşlığın vacib "yol xəritəsi"ni də təqdim edib. Onları aşağıdakı kimi göstərib: terrorçuluqla mübarizə, yeni iş yerlərinin açılması, Avropanın enerji təhlükəsizliyinin təmini və Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həlli (bax: əvvəlki mənbəyə). Bu tezislərdə iki geosiyasi məqam özünü göstərir.
Birincisi, o, özü üçün dörd vacib əməkdaşlıq sferasını müəyyənləşdirib (Azərbaycanla bağlı). Onlar təhlükəsizliyi, enerji sahəsini, sosial təminatı və regional münaqişələrin dinc yolla həllini əhatə edir. Bu məqamların bir-biri ilə əlaqələndirilməsi ABŞ-ın Cənubi Qafqaz siyasətində üstünlük verdiyi aspektləri aydınlaşdırır. Buraya terrorla mübarizənin təhlükəsizliyin təmini üçün vacib element olması ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinin də təmini daxildir. Maraqlı əlaqələndirmədir və onun geosiyasi baxımdan başqa bir mühüm nəticəsi ola bilər.
Biz D.Trampın hansı terrorla mübarizəni nəzərdə tutduğunu demək istəyirik. İŞİD-i, "əl-Qaidə"-ni, yoxsa başqa radikal dini qruplaşmaları? Ola bilər. Bunlarla yanaşı, Azərbaycan üçün erməni terroru ilə mübarizə də çox əhəmiyyətlidir. Amerika Prezidenti Azərbaycanın dövlət başçısı ilə qarşılıqlı maraqların ödənməsi kontekstində terrorla mübarizədə birgə işləmək əzmindədirsə, onda o, erməni terroru ilə mübarizə məsələsini arxa plana ata bilməz. O halda Dağlıq Qarabağ məsələsinin dinc yolla həllinin regionda terrorun bütün qaynaqlarının aradan qaldırılması yolu ilə mümkünlüyü nəticəsini çıxarmaq güclü ağıl tələb etmir.
İkincisi, D.Trampın əməkdaşlıq tezisləri göstərir ki, Amerika artıq Azərbaycanı tam formalaşmış, müstəqil və güclü iqtisadiyyatı olan dövlət kimi qəbul edir! Çünki edilən təkliflərdə heç bir yardım, kömək məqamı yoxdur. Əksinə, dünyanın ən qüdrətli dövlətinin başçısı qarşı tərəfin də müstəqil və səmərəli iqtisadi sistemə malik olan ölkə olduğunu qəbul edir. Bu isə o deməkdir ki, Vaşinqton Azərbaycanın yeritdiyi xarici siyasət kursunu diqqətlə izləyir və onun əldə etdiyi nailiyyətləri tam olaraq etiraf edir.
Onu da nəzərə almaq lazımdır ki, D.Tramp hətta avropalı tərəfdaşlarına qarşı belə iqtisadi-maliyyə məsələlərində çox konkret mövqe ortaya qoyur – "Amerikaya sərf edirsə, əməkdaşlıq var, etmirsə, yoxdur"! Ağ Evin başçısı NATO-dakı müttəfiqlərinə də "xərcləri artırın, biz sizin yerinizə xərc çəkmək fikrində deyilik", kimi mesaj verib.
Azərbaycana münasibətdə, məktubdan açıq görünür ki, D.Tramp çox inamlıdır. Əmindir ki, Cənubi Qafqazın lider dövləti ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq edə bilər!
Nəhayət, məktubda ifadə edilən bir fikir üzərində bəzi dairələr xüsusi dayanırlar. Donald Tramp Azərbaycan Prezidentinə korrupsiyaya qarşı birgə mübarizə aparmağı da təklif edir. Bundan bəzi qüvvələr, yanlış olaraq, Azərbaycanda korrupsiyanın müəyyən səviyyədə olması nəticəsini çıxarmağa çalışırlar. Əslində, fikir çox sadə və aydındır: korrupsiya dünyanın bütün dövlətlərində, o cümlədən ABŞ-da da var. Bunu sübut edən çoxlu sayda faktlar keçmiş iş adamı kimi D.Trampa da məlumdur. Azərbaycanda da korrupsiya ilə məşğul olanlar mövcuddur. Amma ölkəmizdə korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə son illərdə bir sıra tədbirlər həyata keçirilib, mübarizə metodlarının daha səmərəli olması üçün qanunvericilik bazası gücləndirilib. D.Trampın məktubunda vurğuladığı məqam da məhz bununla bağlıdır. Yəni Amerika Prezidenti bilir ki, İlham Əliyev korrupsiya ilə ciddi mübarizə aparır və D.Tramp da bu istiqamətdə birgə fəaliyyət göstərməyi təklif edir. Başqa sözlə, burada ABŞ Prezidentinin Azərbaycanın dövlət başçısına olan inamının bir aspekti də ifadə edilib.
Bütün bunların fonunda Azərbaycanda bir sıra qrupların iqtidara qarşı apardıqları qarayaxma kampaniyasının, uydurma və iftiraların iflasa uğradığı aydın görünür. Bütün dünya görür ki, Azərbaycan hakimiyyətinin legitimliyi həm xalq, həm də dünyanın aparıcı dövlətləri tərəfindən tam qəbul edilir. Bunlara İlham Əliyevə xitabən "Sizə və Azərbaycan xalqına ən xoş arzularımı bildirirəm", deyən Donald Tramp da aiddir.
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM