Bilirik ki, Azərbaycan müstəqil dövlət quruculuğunda hər yeni uğur qazandıqca, bir sıra dairələr bundan bərk narahat olur, imkanları daxilində Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa çalışırlar. 2018-ci ilə ciddi uğurlarla başlayan və əhəmiyyətli addımlar atan Azərbaycan rəhbərliyinin ünvanına bu dəfə də iftira, böhtan dolu fikirlər uydurmağa çalışanlar tapıldı. Təəssüf ki, AŞPA kimi qurum da onların əsirliyinə düşüb. Azərbaycan rəhbərliyi dünyada və regionda cərəyan edən geosiyasi proseslərin daxili məntiqini çox düzgün qiymətləndirərək, milli maraqları əsas tutub olduqca mühüm siyasi qərarlar qəbul etdi. Onların sırasında müstəqil dövlətçilik baxımından prinsipial əhəmiyyət daşıyan prezident seçkisinin vaxtının ölkəmiz üçün optimal olan bir tarixə keçirilməsi xüsusi yer tutdu. Bununla Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükələr yarada biləcək bir sıra hadisələrin qarşısı alındı. Bunu qonşu Türkiyə, İran və Rusiyanın öz maraqları müstəvisində atdıqları addımların fonunda da anlamaq mümkündür. Lakin hibrid müharibə aparanları bütün bunlar çox narahat edibmiş. Bu səbəbdən meydana gələn bir sıra proseslərin təhlilinə ehtiyac görürük.
İnformasiya müharibəsi: Azərbaycanın uğurları və ikili standartlar
Bizi artıq aldatmaq mümkün deyil. Azərbaycan ölkə və cəmiyyət olaraq kimin hansı mövqedə olduğunu çox gözəl bilir. Keçən əsrin 80-90-cı illərində dünyanı bürümüş liberalizmin "o biri üzünü" görənlərin də ilk sırasında məhz Azərbaycan oldu. Bir çoxları sözdə demokratiya çağırışlarına uyaraq öz ölkəsinin uçuruma yuvarlanmasına imkan yaratdılar. İndi onlar müstəqil dövlət quruculuğunu düzgün aparmadıqlarının əzabını əməlli-başlı çəkirlər. Nümunə – Ermənistan, Moldova, Ukrayna, Gürcüstan...
Ulu öndər Heydər Əliyev isə demokratik prinsipləri gözləməklə öncə güclü dövlət, güclü iqtisadiyyat və güclü cəmiyyət quruculuğuna diqqət yetirməyi aktual vəzifə kimi qarşıya qoydu. Azərbaycan bu kursun sayəsində ardıcıl olaraq bütün istiqamətlərdə – daxili və xarici siyasətdə, ordu quruculuğunda, təhlükəsizliyin təminində, müstəqil siyasət yeritməkdə, beynəlxalq əməkdaşlıqda ciddi uğurlar əldə etdi. Getdikcə aydın oldu ki, Cənubi Qafqazda heç bir dövlət Azərbaycan qədər inkişaf edə və beynəlxalq aləmdə nüfuzunu artıra bilmir.
Hətta Ermənistan, özü də güclü havadarlarının yardımı ilə Azərbaycanın əldə etdiklərinin kiçik qismini belə qazana bilməyib. İndi onun düşdüyü durum bunu bir daha aydın göstərir. Ermənistan sosial, siyasi və dövlət quruculuğu səviyyəsinə görə keçən əsrin 90-cı illərinin əvvəlinə dönüb. O, bataqlıqda çarəsiz çapalayan zavallıya bənzəyir.
Bunun fonunda Azərbaycana baxın! İqtisadi sahədə həyata keçirilən islahatlar, irəliləyişlər, infrastrukturun tamamilə yenidən qurulması, sosial sahədə ciddi islahatlar, əhalinin müdafiəsi və rifah halının davamlı olaraq yüksəlməsi və s. Bu gün Bakı dünyanın ən gözəl və qaynar şəhərlərindən birinə çevrilib. Sovet dönəmini xatırladan İrəvan və Tbilisi bunun fonunda çox sönük görünürlər.
Sonra, möhtəşəm enerji layihələri, nəqliyyat dəhlizləri, yüksək səviyyəli beynəlxalq layihələrdə aktiv iştirak (nümunə: Yeni İpək Yolu layihəsi). Xarici siyasətin prioritetləri üzrə konkret uğurların qazanılması. BMT TŞ-yə üzv seçilmə, beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlərin qəbuluna nail olma, xarici ölkələrdə Azərbaycanın həqiqi obrazını dünyaya tanıtdıran diaspor strukturunun yaradılması və s.
Yenə sadalayaqmı? İnanın, siyahı uzundur və bunu hər kəs bilir. Ancaq... nə yazıq ki, həm daxildə, həm də xarici dairələr sırasında Azərbaycan türk dövlətçiliyinin nəinki uğurlarını, hətta adi mövcudluğunu belə qəbul edə bilməyən ünsürlər vardır. Onlar hər fürsətdə erməni şovinizminin, yaxud bir sıra xristian ultramillətçilərinin təsiri altına düşürlər. İllərdir ki, bu acı həqiqəti görür, duyur və onunla mübarizə aparırıq.
Azərbaycan rəhbərliyi başda olmaqla, cəmiyyət bu mübarizəni gücləndirdikcə əks tərəf daha da quduzlaşır və sərhədsiz iftiralara, uydurmalara baş vurur. Ümumiyyətlə, tarixdən məlumdur ki, imperialist maraqlar və onun ermənilər kimi qulbeçələri olan yerdə mənəviyyat, əxlaq və ən əsası isə ədalət olmur! Təəssüf ki, belədir və tarixi təcrübə bunu göstərir.
AŞPA yanlış yolda: daxili səbatsızlara nə düşüb?
Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi bir təşkilatın da bu mənfur prosesdə yer alması böyük təəssüf hissi yaradır. Sirr deyil ki, Azərbaycan həmişə başqa beynəlxalq təşkilatlarda olduğu kimi, AŞPA-ya da böyük hörmət və nəzakətlə yanaşıb, onun işində fəal iştirak edib, proqramlarına diqqət göstərib, tövsiyələrini nəzərə almağa çalışıb. Lakin bunun fonunda AŞPA da, ATƏT kimi, Azərbaycana qarşı ikili standartlar siyasəti müstəvisində münasibət bildirməyi özünə rəva bilib. Oyun Azərbaycan müstəqil olandan aparılır. Əsas məqsəd belədir: nəyin bahasına olur-olsun Azərbaycan dövlətini gözdən salmaq, onu Ermənistan və Gürcüstandan aşağı səviyyədə göstərmək və Cənubi Qafqazda müstəqil dövlət quruculuğunun nümunəsi kimi məhz xristian ölkələrini təqdim etmək! Səmimi ifadə edirik: bunları yazmaq ağırdır, lakin artıq gizlətməli də deyil! Yalnız Cənubi Qafqazda deyil, dünyanın bütün regionlarında bu kimi ikili standartlara rast gəlinir. İstər Qərb, istər Rusiya, istərsə də digər böyük güclər tərəfindən olsun, bunlar vardır.
Buyurun, son günlərə qədər Ermənistanı regionun demokratik dövləti kimi təqdim etməyə çalışırdılar. Qərb deyirdi ki, ermənilər demokratik, azad seçki keçirib və Serj Sarkisyan beynəlxalq standartlara uyğun olaraq dövlətə başçı seçilib. Rusiya isə öz marağı daxilində istənilən vasitə ilə ermənilər haqqında müsbət rəy yaradıb. Yalnız erməni kölələr baş qaldırmaq istəyəndə, gözünü ağardıb və "sizi biz saxlayırıq, Ermənistan deyilən ölkə də Rusiyanın bir parçasıdır" mesajını verib. Bəlkə yalandır?
İndi isə hər tərəfdən qışqırırlar ki, S.Sarkisyan saxta yolla parlamentə tərəfdarlarını yerləşdirib və ondan öncə də iki dəfə hakimiyyəti qəsb edib. Cənablar, budurmu sizlərin demokratiya ideallarınız, beynəlxalq standartlarınız? Artıq XXI əsrdir, xalqları belə bəsit məntiqlə aldada bilməzsiniz, hamı hər kəsi çox yaxşı tanıyır.
Budur, AŞPA-da "demokratlar" növbəti antiazərbaycan kampaniyasını aparmağa çalışırlar. Onlar Azərbaycanda prezident seçkisinin beynəlxalq standartlara uyğun aparılmadığını iddia edirlər. Üstəlik, Azərbaycan iqtidarını absurd uydurmalarla ittiham edirlər. Onlar bilirlər ki, azərbaycanlılar bir müsəlman ümməti olaraq müəyyən hadisələrə çox həssasdırlar. İnsanları qıcıqlandırmaqla öz dövlətinə qarşı qaldırmağa cəhd edirlər. Bununla həm legitim hakimiyyəti gözdən salmaq, həm dövlətçilik prosesini əngəlləmək, həm də öz qulbeçələrini hakimiyyətə gətirmək fikrindədirlər.
Təbii ki, burada erməni lobbisinin də rolu vardır. Ancaq dərinliklərdə erməni lobbisinin özünü idarə edən və ona sifarişlər verənlər vardır. Bunlar da artıq məlumdur. Ən pisi odur ki, bu cür antidövlətçi oyunlarda hakimiyyətə gəlmək hərisliyi ilə, yaxud özünü demokrat kimi göstərmək yanğısı ilə bir sıra daxili qruplar da iştirak edirlər. Onlar hətta azərbaycanlılar üçün namus məsələsinin nə demək olduğunu unudaraq və ya qəsdən unutmuş kimi görünərək ağıllarına gələnləri sayıqlayırlar.
Bunlar Azərbaycan hakimiyyətinin bütün dünyada düşmənlərin informasiya təxribatları ilə ağır mübarizə apardığı bir dönəmdə baş verir. Düşündürücü və kədərləndirici hal da bununla bağlıdır. Əcəba, bunlar doğrudanmı zərrə qədər də milli təəssübkeşliyə malik deyillər? Onların sırasında "mən bu böhtanı öz xalqıma ata bilmərəm" deyə bilən birisi yoxdurmu? Öz şəxsi öfkəsinə uyub, Azərbaycan dövlətçiliyinin düşmənləri ilə bir sırada duran vətənpərvərdirmi, millətçidirmi, yoxsa kimdir?
2018-ci ilə bir-birinin ardınca ciddi siyasi, iqtisadi, diplomatik uğurlarla başlamış Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında bir nəfər də olsun azərbaycanlı iştirak etməməlidir. Edən varsa, xəyanətkardır! Bunu açıq deməyə məcburuq, çünki indi hibrid müharibə deyilən və ən çox informasiya sferasını əhatə edən fenomenə qarşı birgə durmaq zəruridir. Düşmən çox müxtəlif gəlişi və görünüşü gözəl məqamlardan, sözlərdən, təbliğat və təşviqat vasitələrindən istifadə etməyə çalışır. Dünyanın gedişindən az da olsa anlayanlar bunları bilir və düzgün mövqe seçir. Bilməyənlər və xarici ağalarına qulluq edənlər isə bu hibrid müharibəyə əlavə yanacaq atırlar.
İndi AŞPA-da "hesabat" hazırladılar, danışdılar və susdular... Çünki yalan uzun müddət təsirli ola bilməz. Dünyanın inkişaf etmiş dövlətlərinin başçıları, məsələn, D.Tramp, E.Makron, A.Merkel, R.T.Ərdoğan, V.Putin və digərləri İlham Əliyevi nəinki prezident seçkisində inamlı qələbəsi münasibətilə təbrik etdilər, hətta yaxın əməkdaşlığı inkişaf etdirməklə bağlı konkret təkliflərini də irəli sürdülər. İlham Əliyevin AŞPA-da iftira, böhtan, qərəzli kampaniya aparan qüvvələrə ən yaxşı cavabı Türkiyəyə və Böyük Britaniyaya etdiyi çox uğurlu və səmərəli səfərləri oldu. Eyni zamanda, AŞPA-da antiazərbaycan təbliğatına tutarlı cavab Prezident D.Trampın İlham Əliyevə ünvanlandığı məktub və Böyük Britaniyanın Baş naziri T.Meyin Azərbaycan Prezidentini şəxsən təbrik edib, yeni əməkdaşlıq sazişinin imzalanmasında iştirak etməsi oldu.
Hörmətli oxucu, indi özünüz düşünün: AŞPA-ya nə qaldı, ona Azərbaycanda züy tutanlar hansı vəziyyətə düşdülər? Elə deyilsə, indi niyə danışan yoxdur?
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM