Ulu Öndərin 95 illik yubileyi: tarixlə müasirliyin işığında

09:11 / 09.05.2018

Heydər Əliyev müasir Azərbaycan tarixinin əvəzolunmaz şəxsiyyətidir. Ulu Öndərin 95 illik yubileyi bütün xalq üçün böyük əhəmiyyət daşıyan hadisədir. Heydər Əliyev elə bir dövlət xadimi və siyasətçidir ki, daim fəaliyyəti öyrəniləcək və müstəqil dövlət quruculuğu prosesində Ümummilli Liderin zəngin təcrübəsindən bəhrələniləcək. Ulu Öndərin həyat fəaliyyətinin, siyasi kursunun, diplomatik peşəkarlığının, müstəqil və demokratik dövlət quruculuğunun incəliklərini hələ çox tədqiq etməliyik. Azərbaycan dövlətinin və xalqının bu gün əldə etdiyi nailiyyətlər işığında da Ulu Öndərin irsinin nə dərəcədə əhəmiyyətli olduğu bir daha aydın olur. Çünki dövlət quruculuğunun bütün istiqamətləri üzrə əldə edilən nailiyyətlərdə Heydər Əliyevin birbaşa imzası vardır. Məhz onun ideyalarının həyata keçməsi sayəsində Azərbaycan müstəqillik yolunda inamla addımlamaqdadır. Bu bağlılıqda bir daha Heydər Əliyevin fəaliyyətinin bir sıra məqamlarına yenidən təhlili nəzər salmaq zərurəti mövcuddur.

"Müstəqil Azərbaycan" ideyasının banisi: tarix və müasirliyin kəsişməsində

Tarixin gözəl sürprizidir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü eyni ayda – may ayında qeyd olunur. AXC Şərqdə ilk demokratik dövlət olub. Bu, Azərbaycanda müstəqil dövlət quruculuğu ideyasının keçən əsrin əvvəllərində artıq praktiki məzmun kəsb etməyə başlamasını da təsdiq edir. Azərbaycanın siyasi xadimləri, ideoloqları və mütəfəkkirləri müsəlman Şərqində daha aktiv fəaliyyətləri ilə demokratik respublikanın ideya-siyasi, ideoloji konseptini ərsəyə gətirdilər. Təbii ki, Azərbaycanda qədim dövlətçilik ənənəsinin və fəlsəfi, siyasi və hüquqi konsepsiyaların mövcudluğu burada başlıca rol oynamışdı. Bununla yanaşı, konkret tarixi şərait də öz təsirini göstərməyə bilməzdi. Hər bir halda, məhz Azərbaycan müsəlman Şərqində demokratik respublikanın yarandığı ilk məmləkət oldu.

Lakin proseslərin gedişi göstərdi ki, müstəqillik ideyasını nəzəri formalaşdırmaqla yanaşı, onu qorumaq və milli dövləti praktiki olaraq saxlamaq daha fərqli yanaşma tələb edir. Liderlərdən siyasi peşəkarlıqla yanaşı, diplomatik ustalıq və mövcud geosiyasi situasiyanı dolğun şəkildə dərk etmək tələb olunur. Təcrübə göstərdi ki, AXC-ni qoruyub saxlamaq üçün nəzəri və praktiki imkanlar kifayət deyilmiş. Düşmən daha hiyləgər və uzaqgörən çıxdı.

Ancaq məhz həmin illərdə tale Azərbaycan xalqı üçün başqa bir imkan yaradırmış. O zaman cəmi 5 yaşında olan Heydər Əliyevin taleyinə yeni mərhələdə müstəqil Azərbaycan ideyasını formalaşdırmaq və onu praktiki olaraq həyata keçirmək missiyası yazılırmış. Keçən əsrin 90-cı illərinin əvvəllərində tarixi şərait Heydər Əliyevə həmin müqəddəs ideyanı həyata keçirməyə imkan yaratdı.

Bəli, hələ sovet dönəmində Ulu Öndər müstəqil Azərbaycan qurmaq üçün mümkün olan addımları atırdı. Heydər Əliyev xalqın mənəvi-əxlaqi keyfiyyətlərini qoruyub inkişaf etdirməklə yanaşı, gələcək müstəqil dövləti idarə edə biləcək kadrlar da yetişdirir, onların azərbaycanlılaşdırılması prosesini ustalıqla aparırdı. Bunun bəhrəsini Azərbaycan xalqı 1993-cü ilin iyunundan əyani olaraq görməyə başladı. Həmin tarixdən müstəqil Azərbaycan ideyası artıq konkret reallaşma mərhələsinə qədəm qoydu.

Heydər Əliyev müstəqil Azərbaycan ideyasının bütün aspektlərini incəliklərinə qədər işləyib hazırlaya bildi. Burada siyasi, iqtisadi, energetik, geosiyasi, ideoloji, diplomatik və praktiki aspektlər harmoniya şəklində yer aldı. Onlar bütöv halında elə bir sistem formalaşdırıb ki, müstəqil dövlət quruculuğunu istənilən dinamik situasiyada uğurla aparmaq mümkündür. Burada, təbii ki, çoxlu sayda şərtləri nəzərə almaq gərəkdir. Ancaq Prezident İlham Əliyev bu prosesi böyük ustalıqla inkişaf etdirir və buna görədir ki, Ulu Öndərin müstəqil Azərbaycan ideyası davamlı olaraq həyata keçirilir.

Heydər Əliyevin müstəqil Azərbaycan ideyasında geosiyasi reallığın nəzərə alınması mühüm yer tutur. Məhz bu faktorun sayəsində keçən əsrin 90-cı illərindən bu yana Azərbaycanın müstəqilliyini qorumaq və dövlətin suverenliyini təmin etmək mümkün olub. Geosiyasi reallıq o dərəcədə böyük əhəmiyyət kəsb edir ki, onu inkar etmək birbaşa dövlətçiliyi məhvə aparardı. Əslində, Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gələnə qədər səriştəsiz siyasi liderlər ilk növbədə məhz həmin faktoru nəzərə almadıqlarına görə Azərbaycanı ciddi təhlükələrlə üz-üzə qoymuşdular. Proseslər, ümumiyyətlə, ölkənin var olub-olmaması məsələsinə aparıb çıxarırdı. Belə bir vəziyyətdə siyasi liderin üzərinə ikiqat ağır vəzifə düşürdü. Onun öhdəsindən Heydər Əliyev böyük ustalıqla gəldi.

Mürəkkəb geosiyasi vəziyyətdə, təbii ki, xarici siyasətin düzgün qurulması və həyata keçirilməsi çox önəmlidir. Təcrübə göstərdi ki, bir çoxları üçün dərk edilməsi belə çətin olan xarici siyasət kursunu formalaşdırmaq zəruri imiş. Heydər Əliyev o zaman balanslaşmış xarici siyasət kursunu formalaşdırdı və inamla reallaşdırmağa başladı. Hamı bilir ki, 1994-1995-ci illərdə Azərbaycanın müstəqil siyasət yeritməsinin və dövlət quruculuğunun qarşısının alınması üçün sui-qəsdlər təşkil edildi, dövlət çevrilişlərinə cəhdlər göstərildi. Əminliklə demək olar ki, bu hadisələr Heydər Əliyevin müstəqil Azərbaycan ideyasının ən çətin sınaq mərhələsi idi. Bu sınaqdan ideya və onun sahibi uğurla çıxdı. Müstəqil Azərbaycan dövləti qorunub saxlandı və inkişaf etdirildi.

Həmin mərhələdə xarici siyasətin prioritetləri müəyyənləşdirildi və həyata keçirilməyə başlandı. Azərbaycan regionun böyük dövlətləri olan Rusiya, Türkiyə və İranla praqmatik və qarşılıqlı faydalı münasibətlər qura bildi. Sirr deyil ki, bu dövlətlərlə dil tapmaq asan deyildi – hər birinin öz iddiası vardı. Lakin Ulu Öndərin müstəqil Azərbaycan ideyasında başqasına tabe olmaq anlayışı, yaxud prinsipi yox idi. Bu səbəbdən gec və ya tez regionun böyük dövlətləri məhz Heydər Əliyevin müstəqil Azərbaycan ideyasına uyğun münasibətlər formalaşdırmağa razı oldular. Bunu xarici siyasətin ən böyük uğurlarından biri, balanslaşmış xarici siyasət kursunun parlaq qələbəsi kimi xarakterizə etmək olar.

Xarici siyasətdə Qərb istiqamətində qazanılan uğurlar da məlumdur. ABŞ və Avropanın böyük dövlətləri ilə əlaqələrin qarşılıqlı faydalı və bərabərhüquqluluq prinsipinə əsasən qurulmasına nail olundu. Burada da nə qədər çox çətinliklərin qarşıya çıxarıldığı məlumdur. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycan diplomatiyası mürəkkəb və ziddiyyətli məqamların dünya ictimaiyyətinə çatdırılmasında böyük fədakarlıq göstərdi. Ulu Öndər bütün mötəbər görüşlərdə dəqiqlik və əhatəliliklə məsələnin mahiyyətini izah edir və insanlara problemin ədalətli həllinin nədən ibarət olduğunu anladırdı. Bu fəaliyyət xarici siyasətdə Qərb dünyası ilə müstəqil dövlət kimi səmərəli əməkdaşlıq qurmağa və münaqişə ilə bağlı obyektiv təsəvvür formalaşdırmağa böyük təkan verdi. Məhz Ulu Öndərin birbaşa siyasi-diplomatik fəallığı beynəlxalq təşkilatların sənədlərində Ermənistanın Azərbaycana təcavüzünün əsl mahiyyətinin və işğalçı dövlətin real niyyətlərinin əks olunmasına imkan yaratdı.

Bu bağlılıqda Azərbaycanın xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin xüsusi yer tutmasını çox uğurlu bir addım hesab etmək gərəkdir. Bu, xarici siyasətdə dövlətçilik baxımından çox mühüm olan bir məsələni ədalətli həll etmək imkanını yaratmaq demək idi.

Ulu Öndər Heydər Əliyev Çin istiqamətində də çox səmərəli siyasət həyata keçirdi. Ulu Öndər postsovet məkanında ilk lider idi ki, bu ölkənin dünya siyasətində önəmini və geosiyasi aktuallığını öncədən gördü və bunu ciddi surətdə nəzərə aldı. Heydər Əliyevin Çinə olan səfəri iki ölkə arasında perspektivli əlaqələrin inkişaf etməsinə zəmin yaratdı. Üstəlik, "Yeni İpək Yolu" layihəsində Azərbaycanın əsas iştirakçı dövlətlərdən biri olması üçün lazım olan şərtləri formalaşdırdı. İndi ölkəmiz Çinlə geniş və bərabərhüquqlu əlaqələr şəbəkəsi yaratmağa nail olub.

Biz Heydər Əliyevin xarici siyasət kursundan bəhs edərkən mütləq enerji layihələri və nəqliyyat dəhlizləri məsələsini də vurğulamalıyıq. Bu məsələlər bütövlükdə müstəqil dövlətin milli təhlükəsizliyinin mühüm elementləri sırasına daxildir. Heç şübhə yoxdur ki, Heydər Əliyev bu istiqamətlərdə düzgün siyasi kurs seçdiyinə görə hazırda böyük uğurlar əldə edilir. Məhz bu kimi uğurların məntiqi nəticəsidir ki, dünyanın ən qüdrətli dövlətinin başçısı Donald Tramp Azərbaycan Prezidentinə ünvanlandığı məktubunda açıq ifadə edib ki, enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Dünyanın digər böyük dövlətlərinin rəhbərləri də eyni arzu və istəklərini dilə gətiriblər.

Bütün bunlar onu deməyə əsas verir ki, keçən əsrin 90-cı illərindən Ulu Öndər Heydər Əliyevin reallaşdırmağa başladığı müstəqil Azərbaycan ideyasından çox ağır şərtlər altında belə imtina edilmədi. Əksinə, ötən 15 il ərzində Prezident İlham Əliyev Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını daha da möhkəmləndirdi. Və Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Kütləvi informasiya vasitələri məsələnin bu aspekti ilə bağlı geniş məqalələr dərc etdiyindən, onun üzərində dayanmağa ehtiyac görmürük. Ancaq həmin bağlılıqda güclü iqtisadiyyat və güclü dövlət ideyası kontekstində əhəmiyyətli məqamları vurğulamaq zəruridir.

Güclü iqtisadiyyat, güclü dövlət və müasirlik: yeni inkişaf pilləsi

Bəli, Ulu Öndər Heydər Əliyevin siyasi lider və dövlət xadimi kimi tarixi xidmətlərini daha aydın təsəvvür etmək üçün Prezident İlham Əliyevin həyata keçirdiyi proqramların əhəmiyyətini dərk etmək çox vacibdir. Statistik məlumatlara görə, 2003-2017-ci illərdə Ümumi Daxili Məhsul 3,2 dəfə artıb. Sənaye məhsulu istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı isə 1,7 dəfə çoxalıb. Bu zaman əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə artıb.

2003-cü ildə Azərbaycanın dövlət büdcəsi 1,3 milyard manat idi. Bu rəqəm 2018-ci ildə 20 milyard manata çatıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq 44 milyard manat olub. İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda adambaşına düşən gəlir 7,2 dəfə artıb. Orta aylıq əməkhaqqı 6,8 dəfə çoxalıb. Əhalinin banklardakı əmanətləri isə 30 dəfə artıb.

Cari illə əlaqədar isə Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasdakı dərin məzmunlu nitqində Prezident İlham Əliyev ifadə edib: "...birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir".

Bütövlükdə son 15 ildə Azərbaycan iqtisadiyyatının bütün sferaları üzrə ciddi və əhəmiyyətli irəliləyişlər özünü göstərib. Bunların sırasında, əlbəttə, enerji layihələrini ayrıca vurğulamaq gərəkdir. Ulu Öndərin əsasını qoyduğu neft strategiyası sürətlə dəyişən geosiyasi şəraitin irəli sürdüyü tələblər çərçivəsində yeni çalarlar kəsb edib və hazırda bütün dünyada uğurlu hadisələrdən biri kimi qəbul edilir. Mütəxəssislər TAP, TANAP, "Cənub Qaz Dəhlizi", Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa və s. layihələrin qlobal səviyyədə oynadığı rolu daim vurğulayırlar.

Son illər Azərbaycanın "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin əsas punktu kimi geosiyasi rolu ilə əlaqədar maraqlı araşdırmalar işıq üzü görür. Bunlara "Cənub-Qərb" beynəlxalq nəqliyyat dəhlizi də əlavə olunub. Özü də həmin proseslər bütün dünyanın iqtisadi və maliyyə böhranı ilə gərgin mübarizə apardığı dövrdə gedir. Bu o deməkdir ki, Azərbaycanda vurğulanan istiqamətlərdə siyasətin təməli çox düzgün qoyulub və Prezident İlham Əliyev böyük ustalıqla onu inkişaf etdirir. Deməli, faktiki olaraq dövlət başçısı respublikamızın postneft dövrünə uyğunlaşdırılması və böhranın milli iqtisadiyyata şok təsirlərinin aradan qaldırılması istiqamətlərində ardıcıl və səmərəli siyasət yeritməklə ölkənin sürətli inkişafını təmin etməkdədir. Bu bağlılıqda sahibkarların hərtərəfli dəstəklənməsi sayəsində qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramları ayrıca vurğulamaq lazımdır.

Sözsüz ki, Azərbaycanın sosial, iqtisadi və energetika sahələrində əldə etdiyi nailiyyətlər haqqında daha geniş faktlar gətirmək çətin deyil. Birincisi, bütün bu inkişafın təməlində Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı səmərəli daxili və xarici siyasət kursunun dayandığını unutmamalıyıq. İkincisi, İlham Əliyev Ulu Öndərin siyasi varisi olaraq bütün istiqamətlərdə müstəqil dövlət quruculuğu prosesini aparmaqdadır. Bu, sosial, siyasi, humanitar, ideoloji, mədəni, hərbi və digər sferalarda özünü göstərir. Bu bağlılıqda güclü iqtisadiyyata dayanan güclü dövlət quruculuğunda güclü cəmiyyətin oynadığı rola ayrıca diqqət yetirmək lazımdır. Güclü cəmiyyətlə güclü dövləti harmoniya halına gətirən faktor isə idarəetmə üsuludur.

Son illərdə Azərbaycanda Heydər Əliyevin idarəçilik kursu daha sürətlə təkmilləşdirilir. Onun iki əlaməti üzərində bir qədər geniş dayana bilərik. Əvvəla, 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq referendumu ilə Azərbaycanda vitse-prezidentlik institutunun tətbiqi prosesi başladı. Bu, prezident üsul-idarəsinin yeni şərtlərə uyğun olaraq daha da təkmilləşdirilməsi istiqamətində atılan vacib addım idi.

Onu da vurğulayaq ki, başqa postsovet respublikalarından fərqli olaraq, Azərbaycan vitse-prezidentlik institutunun tətbiqi zamanını çox uğurlu seçdi. Bunun kökündə məhz Heydər Əliyevin yaratdığı dövlət idarəçiliyi fəlsəfəsi və kursu dayanır. Məsələ ondan ibarətdir ki, bir sıra postsovet ölkələrində vitse-prezidentliyi tətbiq etməyə cəhdlər oldu, ancaq elə bir uğur qazanılmadı. Rusiyada hətta ciddi daxili ziddiyyətlər də ortaya çıxdı. Azərbaycanda isə bu institut idarəetmə sisteminə elə daxil edildi ki, dərhal öz müsbət nəticəsini verdi və bu proses davam edir. Həmin çərçivədə ölkənin Birinci vitse-prezidentinin Mehriban xanım Əliyevanın təyin edilməsi çox uğurlu kadr seçimi idi. Bunun çoxlu səbəbləri vardır. Onların sırasında Mehriban xanımın uzun illərdir ki, səmərəli fəaliyyət göstərməsi və idarəçilik sistemində kifayət qədər təcrübə qazanması, əlbəttə, ayrıca yer tutur. Bununla yanaşı, Mehriban xanımın beynəlxalq aləmdə çox humanist, sülhsevər və müasir düşüncəli siyasi xadim imici vardır. Bu iki cəhətin sintezi Azərbaycanın Birinci vitse-prezidentinin uğurlu seçim olması nəticəsini çıxarmağa tam əsas verir.

İkincisi, 2018-ci ilin 11 aprel seçkiləri Azərbaycanda siyasi liberallaşma və modernləşmə proseslərinin uğurla aparıldığı və onun yeni səviyyəyə yüksəldiyini bir daha təsdiq etdi. Bu, bir tərəfdən ölkədə siyasi mübarizə mədəniyyətinin xeyli artdığının göstəricisi, digər tərəfdən isə səmərəli, şəffaf və hesabatlığa əsaslanan dövlət idarəçilik sisteminin yeni mərhələyə yüksəlməsi əlamətidir. Mütəxəssislər vurğulayırlar ki, bu proses bütövlükdə cəmiyyətə, o cümlədən iqtidar komandasına yeni ruh və müasirlik çalarları gətirib. Bu bağlılıqda ayrıca vurğulamalıyıq ki, Prezident İlham Əliyevin həyata keçirdiyi struktur və kadr islahatları ümumilikdə sistem islahatlarının yeni mərhələyə yüksəldilməsi istiqamətində daha geniş imkanlar açıb.

Bütün vurğulanan məqamlardan bir sıra vacib nəticələr çıxarmaq olar. Hər şeydən əvvəl onu qeyd edək ki, Ulu Öndər Heydər Əliyev dərin strateji düşüncəli tarixi şəxsiyyət olub. Onun əsasını qoyduğu müstəqil dövlət quruculuğu kursu heç zaman aktuallığını itirməyəcək. Çünki bu kursun mənbəyində müstəqil Azərbaycan ideyası dayanır. Başlıca fəaliyyət prinsiplərindən biri isə azərbaycançılıq ideologiyası ilə bağlıdır. Bu ideologiya daim cəmiyyəti bütövləşdirəcək və inkişaf etdirəcək. Təsadüfi deyil ki, artıq Azərbaycanın nümunə kimi qəbul edilən öz multikulturalizm modeli var. Eyni zamanda, azərbaycançılıq ideologiyası sivilizasiyalar, dinlər və mədəniyyətlər arasında real dialoqun yaradılmasına böyük imkanlar yaradır və ölkə rəhbərliyi bu istiqamətdə əhəmiyyətli proqramlar həyata keçirir.

Digər nəticə ondan ibarətdir ki, Azərbaycanda Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi güclü iqtisadiyyat əsasında güclü dövlət və güclü cəmiyyət quruculuğu modeli özünün səmərəliliyini tam sübut etməkdədir. XXI əsrin ilk illəri bunu təsdiq edən kifayət qədər faktlarla zəngindir. Həmin aspektdə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əhəmiyyətini daha dərindən dərk etmək olar. Azərbaycan müstəqillik yolunda inamla addımlayır.

Nəhayət, təcrübə sübut edir ki, Heydər Əliyev siyasi varis seçməkdə qətiyyən yanılmamışdır. Prezident İlham Əliyev bütün dünyada yüksək nüfuza sahib siyasi liderdir. İlham Əliyevin reallaşdırdığı inkişaf proqramları dövlətin daha da güclənməsinə və insan kapitalının yeni səviyyədə nəzərə alınmasına geniş imkanlar yaratmaqdadır. Şübhə yoxdur ki, bu proses bundan sonra da bütün sürəti ilə davam edəcəkdir.

Azərbaycan hazırda Cənubi Qafqazın geosiyasi mərkəzi rolunu oynayır. Mütəxəssislər ölkəni Avrasiya coğrafiyasının mühüm nəqliyyat punktu və geosiyasi faktoru kimi qiymətləndirirlər. Bu proses genişləndikcə, Ulu Öndər Heydər Əliyevin müstəqil və demokratik dövlət quruculuğu prosesinin nə qədər dərin məqamları nəzərə aldığının şahidi oluruq. Bir kərə yüksələn bayrağın bir daha enməyəcəyinə daha çox inanırıq. Ulu Öndərin məşhur "Azərbaycan dünyaya günəş kimi doğacaq!" tezisinin təsdiqini görürük.

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM