Ermənistanda "məxməri inqilab"dan ağızdolusu danışanlar nədənsə susublar. Onlar bir neçə gün əvvələ kimi ölkədə ciddi siyasi, sosial, iqtisadi və sair dəyişikliklərin olacağından, "erməni demokratiyası"ndan dəm vururdular. Deyirdilər ki, Ermənistan regionda islahatların aparılmasında yeni səhifə açacaq. Xaricdəki ermənilərin də bu prosesə marağı get-gedə sönür, çünki hər kəs görməyə başlayıb ki, İrəvan Moskvanın qoyduğu çərçivədən kənara çıxmaq iqtidarında deyil. Bu baxımdan burada kimin baş nazir olmasının əhəmiyyəti yoxdur. Əsas məsələ Ermənistan rəhbərliyinin müstəqil siyasət yeridib-yeritməməyə qabil olması ilə bağlıdır. Məhz bu məqamla əlaqədar Nikol Paşinyanın Soçidə nələrdən danışacağı maraq doğururdu. O isə gözlənildiyi kimi, fərqli heç nə deyə bilmədi. Ekspertlər bütün bunların işığında Ermənistanın xarici siyasəti ilə bağlı müəyyən fikirlər ifadə edirlər. Həmin aspekt üzərində bir qədər geniş dayanmaq olar.
Nazir yeni, problem köhnə: "erməni demokratiyası"nın əsl siması
Küçədən olan təzyiqlə "Yelk" partiyasının rəhbəri Nikol Paşinyan baş nazir seçiləndən sonra Ermənistanın xarici siyasətində nə kimi dəyişikliklərin ola biləcəyi ilə bağlı müzakirələr intensivləşdi. Ekspertlər daha çox iki məsələni – Rusiya ilə əlaqələrin taleyini və Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarını diqqətə gətirirlər. Gözlənilirdi ki, N.Paşinyan fəaliyyətinin ilk günlərindən bu iki məsələ ilə bağlı konkret fikirlər ifadə edəcək. Ancaq o, real heç nə deyə və addım ata bilmədi. N.Paşinyan hələ də öz populist siyasi mövqeyində qalmaqdadır. Aydın olur ki, bu personanın müasir tələblərə cavab verə biləcək siyasi, ideoloji və diplomatik hazırlığı yoxdur. Görünür, onu "küçə naziri" kimi tanımaqda davam edəcəklər.
N.Paşinyan Soçidə Avrasiya İqtisadi İttifaqının (Aİİ) toplantısına qatılmazdan öncə jurnalistlərə verdiyi müsahibədə bir sıra fikirlər ifadə edib. O, daha çox Rusiya məsələsi üzərində dayanaraq, Moskva ilə bütün sahələrdə əlaqələrin inkişafına çalışacağını bəyan edib. Lakin bir sıra məqamlara yenidən baxmağın lazım gəldiyini də vurğulayıb. Çünki o, "rusiyapərəst" deyil, "ermənistanpərəst" siyasətçidir. Ekspertlər bu sözlərin feyk olduğunu deyirlər. Çünki Ermənistanın bütün prezidentləri belə danışıb. İndi onları N.Paşinyan "ruspərəst" kimi qiymətləndirirsə, özü kimdir? Onun "Rusiya ilə hərtərəfli strateji əməkdaşlıq" modelinin yeni elementi nədən ibarətdir?
Ermənistanda verdiyi müsahibədən bu cəhət qətiyyən görünmür. Əvəzində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli mexanizmi barədə dumanlı və qeyri-obyektiv təsəvvürə malik olduğu aydınlaşır. Bu haqda hətta Ermənistanın siyasətçiləri belə açıq danışırlar. Hələlik Paşinyan onları Dağlıq Qarabağ məsələsində üz-üzə qoya bilib. Proses N.Paşinyanın "Ermənistan münaqişədə bir tərəfdir" fikrindən başlayıb. Dərhal onu vəziyyəti mürəkkəbləşdirməkdə və Ermənistanı pis vəziyyətə salmaqda ittiham ediblər. Özü də ittiham müxalifətin iki ciddi fiquru olan Levon Ter-Petrosyan və Robert Koçaryan tərəfindən gəlir.
Əslində, keçmiş prezidentləri qıcıqlandıran – N.Paşinyanın Dağlıq Qarabağ cəbhəsində ermənilərin hərbi və diplomatik məğlubiyyətində Petrosyanla Koçaryanı günahlandırması burada başlıca rol oynayıb. L.T.-Petrosyan bəyan edib ki, məhz R.Koçaryan Dağlıq Qarabağ separatçılarının danışıqlardan uzaqlaşdırılmasına səbəb olub. R.Koçaryan isə sərt şəkildə buna cavab verib və günahkarın L.T.-Petrosyan olduğunu bildirib. Bu zaman hər iki keçmiş prezident bir-birini təhqir edən ifadələr işlədiblər.
Bunlar dolayısı ilə erməni diplomatiyasının Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda məğlub olduğunu göstərir. İndi N.Paşinyanın Dağlıq Qarabağdakı erməni separatçıları danışıqlara qatmaqla bağlı dediklərinin bir qəpiklik əhəmiyyəti yoxdur. Birincisi, N.Paşinyanın özü etiraf edir ki, Ermənistan münaqişə edən tərəfdir. "Dqr" adlanan qondarma qurumun bütün strukturları əslində Ermənistana aiddir. Ermənistan vətəndaşları Dağlıq Qarabağda işğal altında olan ərazilərdə hərbi xidmət keçirlər. Buna görə də Dağlıq Qarabağdakı separatçı-terrorçular danışıqlarda tərəf ola bilməzlər.
İkincisi, münaqişə ilə bağlı aparılan danışıqların formatı çoxdan müəyyənləşib. ATƏT-in Minsk qrupu bu işlə məşğuldur. Bu formatın dəyişməsini həmsədrlər qəbul etmirlər. Ermənistan isə onların hər üçünün əlaltısıdır. Bu səbəbdən danışıqların formatında hansısa dəyişikliyin olması gözlənilən deyil. Digər yandan, elə bir addıma cəhd edilsə, Azərbaycan, ümumiyyətlə, Minsk qrupunun həmsədrlərinin vasitəçilik missiyasından imtina edib problemi bütövlükdə başqa müstəviyə çıxara bilər. Onsuz da Bakı həmsədrlərin fəaliyyətsizliyi və birtərəfli mövqeyi barədə dəfələrlə fikir bildirib. Çətin ki, Azərbaycanın bu cür narazılığının olduğu bir şəraitdə həmsədrlər hansısa qıcıqlandırıcı addım atsınlar.
Vassalın taleyi: bir populistin imkanları nəyə yetərlidir?
Deməli, real olaraq Nikol Paşinyanın münaqişə ilə ilgili dedikləri sırf populizmdir. Bir sıra ekspertlər məsələnin bu tərəfinə diqqət çəkərək, N.Paşinyanın faktiki olaraq Ermənistanı uçuruma doğru apardığı haqqında fikir ifadə edirlər.
Bunların fonunda N.Paşinyanın "Rusiya siyasəti"nin də qeyri-müəyyənliklərlə dolu olduğu qənaəti yaranır. Soçidəki görüşdə o, çıxışı zamanı yeni heç nə deyə bilməyib. Rusiyaya olan sədaqətini nümayiş etdirib. Vladimir Putinlə görüşü zamanı da N.Paşinyanın hansısa fərqli imicə sahib olduğu hiss edilməyib. Rusiya Prezidenti danışıqda anladıb ki, Ermənistan əvvəlki kimi Rusiyanın forpost-vassalıdır. Bu ölkənin kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının 38 faiz artması Moskvanı daha çox maraqlandırır. İkinci dərəcəli məsələlərdən başqa, Kremli Ermənistanın sərbəst hərəkəti maraqlandırmır. O cümlədən təhlükəsizlik, enerji və müdafiə sahələri Moskvanın tam nəzarətində qalmaqda davam edəcəkdir.
Rusiya Prezidenti bütün bu incəlikləri nəzərdə tutaraq N.Paşinyanın ağıllı davranacağına işarə verib. Əslində, Ermənistanın indiki prezidenti A.Sarkisyan da V.Putin kimi düşünür. O, jurnalistlərə bildirib ki, Rusiyanın hərbi bazasının Türkiyə sərhədinə yaxın bir ərazidə (Gümrüdə) yerləşməsi çox məqamlardan xəbər verir və buna görə də Rusiya-Ermənistan əməkdaşlığı əbədi olaraq strateji xarakterli olmalıdır. N.Paşinyan Soçidə bu çərçivədən kənara çıxa biləcək bir kəlmə belə işlətməyib.
Bunlardan əlavə, ekspertlər Soçidə Aİİ-yə üzv dövlətlərin başçılarının N.Paşinyana heç bir maraq göstərmədiklərini də vurğulayırlar. Bundan psixoloji narahatlıq keçirən erməni nümayəndə heyəti yerində qurcalanmaqdan başqa bir iş görə bilməyib.
Belə çıxır ki, yeni baş nazir faktiki olaraq Rusiya ilə münasibətlərə heç bir yenilik gətirə bilməyəcək. Sadəcə olaraq o, buna qadir deyil. Moskva onun fəaliyyətinə ciddi nəzarət edir və istəmədiyi hansısa addımın atılmasına imkan verməz. Bu da reallıqda İrəvanın xarici siyasətdə əsaslı dəyişiklik edə bilməyəcəyini təsdiq edir. N.Paşinyanın "ermənipərəst" siyasətdən dəm vurması isə söz oyunundan və boş vəddən başqa bir şey deyildir. İrəvanın Qərblə münasibətlərə yeni məzmun gətirmək istəyi də absurddur. Avropa İttifaqı ilə əlaqələr Moskvanın müəyyən etdiyi çərçivədən kənara çıxa bilməz.
Bu bağlılıqda İran faktoru maraqlı görünür. N.Paşinyan bununla əlaqədar heç nə demir. Görünür, o, Vaşinqton və Brüsseldən ehtiyat edir. Onların qorxusundan İrəvanın Tehranla real və geniş əməkdaşlığa getməsi ehtimalı azdır. Burada N.Paşinyanın manevr etməyə çalışacağını gözləmək olar. Yəni üzdə Tehranla əməkdaşlıqdan danışacaq, ancaq konkret əmələ gəldikdə, qeyri-müəyyənliklər qalacaq. Ancaq bu mövqenin uğurlu olacağını demək çox çətindir. Çünki artıq ABŞ və İsrail İrana qarşı kifayət qədər sərt mövqe tutublar. Bu qarşıdurmada Ermənistan çox kiçikdir. Ona kimsənin ehtiyacı yoxdur.
Yuxarıda vurğulanan məqamlar Ermənistanın yeni iqtidarının fəaliyyətinin geosiyasi aspektləri barədə müəyyən nəticələr çıxarmağa imkan verir. Hər şeydən öncə, İrəvan Dağlıq Qarabağ məsələsində qeyri-konstruktiv mövqedə qalmaqda davam edəcək. Danışıqların konkret nəticə verə biləcəyini gözləmək çətindir.
Ermənistanın regional miqyasda geosiyasi mənzərəyə hansısa müsbət çalar gətirəcəyini düşünmək də sadəlövhlük olardı. Belə görünür ki, İrəvan regionda vəziyyətin mürəkkəbləşməsində maraqlıdır. O, əvvəlki kimi, terror mənbəyi olaraq qalır. Bütövlükdə xarici qüvvələrin təsiri altında olduğundan, Ermənistanın yaxın perspektivdə fərqli xarici siyasi kursa reverans etməsi ehtimalı çox aşağıdır. Buna rəğmən, bu kiçik və asılı ölkədə iqtidarların bir-birini sürətlə əvəz etməsi prosesi intensivləşə bilər. Ermənistan hələ uzun müddət qeyri-müəyyən, zəif və perspektivsiz ölkə olaraq qalacaq.
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM