Müxtəlif "beyin mərkəzləri" dünyada baş verən ciddi geosiyasi proseslər haqqında təhlillər aparır və proqnozlar verməyə çalışırlar. Bu cür yazılarda müəyyən faydalı fikirlər ifadə edilir. Lakin bir sıra hallarda bəzi dairələr öz niyyətlərini obyektiv reallıq kimi qələmə verməklə insanları çaşdırmağa cəhd edirlər. Beynəlxalq Böhran Qrupunun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırladığı son hesabat-məruzə də bu qəbildəndir. Orada müəllif münaqişə ilə əlaqəli üç mümkün ssenaridən bəhs edir. İlk baxışdan obyektiv təhlil təsiri bağışlayan məruzəyə daha diqqətlə yanaşdıqda, ortaya başqa məqamlar çıxır. Onlar üzərində daha geniş dayanmağa ehtiyac görürük. Çünki Azərbaycan haqqında yanlış təsəvvürlər formalaşdırmaq kimi bir məqsədin olduğunu duyuruq.
Analiz və proqnoz: "beyin mərkəzləri"nin "obyektivliyi"
Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra analitik mərkəzlər Cənubi Qafqazda geosiyasi proseslərlə bağlı müxtəlif proqnozlar verməyə çalışırlar. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yarana biləcək yeni situasiyanı xarakterizə etməyə cəhd edirlər. Kütləvi informasiya vasitələri bu bağlılıqda Beynəlxalq Böhran Qrupunun (BBQ) təhlil və proqnozları haqqında məlumatlar yayıb (bax:Unprecedented Uncertainty Ahead for Armenia / crisisgroup.org, 3 may 2018).
Öncə vurğulayaq ki, BBQ müstəqil, qeyri-kommersiya və çoxmillətli təşkilat kimi təqdim olunur. Onun 5 qitədə 80-dən çox əməkdaşının olduğu bildirilir. Təşkilat yerlərdə situasiyanın analizi və aktiv surətdə hüquq müdafiəsi işləri ilə məşğuldur. Bununla təhlükəli münaqişələrin qarşısını almağa çalışır. Fəaliyyətində BBQ həm də analitik materiallar dərc etməyi nəzərdə tutur, hətta siyasi qərarlar qəbul edən liderlərə belə praktiki tövsiyələr göndərməyə cəsarət edir.
Ancaq bütün bunlar məsələnin, necə deyərlər, rəsmi tərəfidir. BBQ heç də həmişə obyektiv və dərin məqamlara toxunan təşkilat təsiri bağışlamır. Bir sıra hallarda qərəzli və subyektiv mövqe ortaya qoyur. O cümlədən Azərbaycanda insan haqları ilə bağlı yazdıqlarında xeyli dərəcədə sünilik özünü göstərib. Buna baxmayaraq, BBQ Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar zaman-zaman geniş material dərc edir ki, orada müəyyən proqnostik məqamlar da yer alır. Deyək ki, 2013-cü ilin sentyabr ayının 26-da bu təşkilat "Azərbaycan və Ermənistan: risklər mövsümü" adlı hesabat-məruzə hazırlamışdı (bax: Armenia and Azerbaijan: A Season of Risks / Crisis Group Europe Briefing №71, 26 September 2013, 13 p.).
Bu məruzədə müəlliflər əsaslandırmağa çalışıblar ki, münaqişə riskli, həssas və təhlükəli bir mərhələyə daxil olub. Əsas səbəblər tərəflərin öz mövqelərində qalmaları, 2011-ci ildən başlayaraq danışıqların faktiki olaraq dalana dirənməsi və ATƏT-in Minsk qrupunun lazımi səviyyədə səmərəli fəaliyyət göstərməməsi ilə bağlıdır (bax: əvvəlki mənbəyə, s. 2-5). Bunlara məruzə müəllifləri Ermənistan və Azərbaycanın daxili siyasi vəziyyətini də əlavə edirlər.
Göstərməyə çalışırlar ki, ölkələrdən hər hansında daxili situasiyanın qeyri-müəyyənliyə meylliliyi Dağlıq Qarabağ məsələsinə hiss ediləcək təsir göstərə bilər. Məsələn, Ermənistanda siyasi vəziyyət kəskinləşdiyi halda müəyyən siyasi qüvvələr Dağlıq Qarabağ faktorundan öz xeyrinə yararlanmağa çalışa bilərlər. Azərbaycanla bağlı bunu deyə bilmirlər, çünki burada daxili siyasi vəziyyət kifayət qədər sabit və dayanıqlıdır.
Əvəzində başqa məqamı qabartmağa cəhd edirlər. Onlar Azərbaycanın güclənməsinin Ermənistan tərəfindən işğal edilmiş torpaqların hərbi yolla azad olunmasına təkan verəcəyindən bəhs edirlər. Başlıca diqqət yetiriləsi məqam da məhz bundan ibarətdir. Çünki BBQ də daxil olmaqla, "beyin mərkəzləri" və beynəlxalq təşkilatlar Azərbaycanın öz torpaqlarını azad etməsi variantını qəbul etmək istəmirlər. Bunu sanki aksiom kimi qafalarına yerləşdiriblər.
Üç "risk", yaxud təcavüzkarın dolayı müdafiəsi
Məqsəd isə aydındır: Ermənistanın işğal etdiyi əraziləri ermənilərin xeyrinə müxtəlif üsullarla və dolayısı ilə qanuniləşdirmək, Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə imkan verməmək! Bu məqsədi fərqli yollarla ört-basdır etməyə çalışsalar da, reallıqdır. Beynəlxalq Böhran Qrupu da risklərdən danışarkən, daha çox Azərbaycanın öz torpaqlarını azad etməsi "riski"nin artdığını nəzərdə tutur. Sübut üçün bu təşkilatın son hesabat-məruzəsindəki üç "proqnoz"un məzmununa baxaq.
Maqdalena Qrono yazır ki, birinci proqnoza görə, Dağlıq Qarabağdakı separatçılar (o, bu termini işlətmir, zira, reallıq budur) önləyici zərbə vura bilərlər. Niyə? Çünki Azərbaycanın hərbi əməliyyatlara başlamasından ehtiyat edirlər. Onlar 2016-cı ilin Aprel döyüşlərində itirdikləri əraziləri geri qaytarmağa çalışarlar. Belə çıxır ki, 2016-cı ildə Azərbaycan ermənilərin işğal etdiyi ərazilərinin bir qismini azad etməyib, separatçılar torpaq itiriblərmiş! Onda günahkar Azərbaycandır ki, döyüşüb ərazisinin bir qismini azad edib. Bu, birinci risk.
İkinci proqnoza görə, Azərbaycan özü yeni döyüşə başlaya bilər. Səbəb? Ermənistanda siyasi vəziyyətin qarışıqlığı! Guya Azərbaycan rəhbərliyi Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasından istifadə edib, qondarma "dqr"-ə hücum edə bilər. Bu, qərəzli, sadəlövh və proqnoz xatirinə irəli sürülən növbəti cəfəngiyatdır. Əvvəla, Azərbaycanın istənilən situasiyada öz ərazi bütövlüyünü bərpa etmək haqqı var. Bu, BMT-nin Nizamnaməsinin uyğun maddəsində də dəqiq təsbit edilib.
İkincisi, Azərbaycanın bu məqsədə çatması üçün Ermənistandakı daxili siyasi vəziyyətin necə olmasının elə bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan Ermənistandan bütün parametrlər üzrə dəfələrlə güclüdür və onu qısa müddətdə milçək kimi əzər. Azərbaycan üçün problemi son nəticədə Ermənistanın böyük dövlətlər arasında olan havadarları yaradırlar. Bu, açıq etiraf edilməyən konkret reallıqdır.
Üçüncüsü, diqqət edin, məruzə müəllifi pərdəarxası Ermənistanı məsum və mümkün təcavüzün potensial qurbanı kimi təqdim etməyə çalışır. Yəni, Azərbaycan hər hansı hərbi əməliyyata başlasa, bu, özlüyündə risk və vəziyyəti sabitlikdən çıxarmaqdır. Əslində isə risk və vəziyyəti sabitlikdən çıxaran Ermənistanın işğalçı siyasətini davam etdirməsi, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda və onun ətrafında olan Azərbaycan rayonlarında yerləşməsidir. Bunun beynəlxalq hüquqda adı təcavüz və işğaldır ki, ona qarşı da atılan istənilən addım risk deyil, mövcud riski aradan qaldırmaqdır. Məsələn, Suriyada, yaxud İraqda beynəlxalq koalisiya adı altında Qərbin minlərlə insanı məhv etməsinin adını necə qoyurlar: terrorla mübarizə! Dünyanı İŞİD-dən xilas etmək! Halbuki onlar beynəlxalq hüququ kobudcasına pozaraq, başqa ölkələrin ərazisində hələ də kimliyi bilinməyən silahlı qruplara qarşı hərbi əməliyyatlar aparırlar və orada milyonlarla insan didərgin düşür, yüz minlərlə insan isə məhv edilir!
Bütün bunlar dura-dura, BBQ və ona bənzər təşkilatlar Azərbaycanın öz torpaqlarını azad etmək cəhdlərini risk adlandırmağa çalışırlar. Budurmu obyektiv, müstəqil analiz? Yaxud proqnoz? Əsla elə deyil, sadəcə, növbəti dəfə təcavüzə haqq qazandırmaq və münaqişənin ədalətli həllini ləngitmək üçün növbəti beyin hücumu ediblər. Üçüncü "proqnoz"dan da bu, aydın hiss edilir.
Orada yazılır ki, "bütün tərəflər gərginlik yarada biləcək hər hansı addımlardan qaçmalıdırlar" (bax: Unprecedented Uncertainty Ahead for Armenia / crisisgroup.org, 3 may 2018). "Bütün tərəflər" dedikdə, Dağlıq Qarabağdakı separatçılar da tərəf kimi nəzərdə tutulur. Əlavə olaraq, yenə də təcavüzkar Ermənistan "günahsız"dır, Azərbaycan isə vəziyyəti nəzarətdən çıxara biləcək addım ata bilər. Axı, öncəki iki "proqnoz"da qeyri-sabitliyi Azərbaycanın hücumlarının yarada biləcəyi sətiraltı olaraq vurğulanıb, Ermənistanın işğalçılığı haqqında bir söz belə deyilməyib!
Belə çıxır ki, yenə də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən narahat olanlar vardır. Onlar hər nə olsa da, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini istəmir və bunun üçün bütün vasitələrdən yararlanmağa cəhd göstərirlər. Yəni Azərbaycan, əslində, yalnız Ermənistanla mübarizə aparmır, əsas onun arxasında dayanan qüvvələrdir. Beynəlxalq Böhran Qrupunun "proqnoz"ları da məhz həmin qüvvələrin növbəti oyunbazlığıdır.
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM