1941-ci ildə Hitler Almaniyası SSRİ-yə qarşı müharibəyə başlayanda ermənilər məkrli planlarını həyata keçirmək üçün fürsət yarandığını fikirləşdilər. Onlar “gələcək gün üçün” 1919-cu ildə daşnak hökumətinin başçısı olmuş A.Xatisyanı tapıb Adolf Hitlerə təqdim etdilər və ermənilərin almanların sadiq dostu, ədalət uğrunda mübarizə aparan xalq olduqlarını bildirdilər.
Müharibə başlayanda faşistlərin qalib gələcəyini mümkün hesab edən ermənilər yaltaqlıqla III Reyx rəhbərliyinə yol tapmağa cəhd edirlər. Bu yaltaqlanma prosesində general Dro (Drastamat Kanayan) xüsusi fərqlənirdi. Bu həmin Dro idi ki, 1918-1920-ci illərdə Zəngəzuda və Naxçıvan diyarında silahsız azərbaycanlılara hücum etmiş, əliyalın əhalini qətlə yetirmişdir.
Erməni yazıçısı Eduard Abramyan etiraf edirdi ki, erməni məsələsi Hitler Almaniyası üçün öz xarici işğal siyasətlərini reallaşdırmaq vasitəsi olmuşdur. Buna görə də, Reyx ermənilərlə əlaqəyə dair Almaniyada olan erməni mühacirlərlə yığıncaqlar keçirir, onlardan SSRİ-yə və Türkiyə dövlətinə qarşı istifadə etməyi planlaşdırırdılar. Berlin ermənilərə SSRİ-yə qarşı müqəddəs müharibəyə hazırlaşmağı tövsiyə edirdi.
Daşnak hökuməti dağıldıqdan sonra gizlənən A.Xatisyan 1942-ci ildə Hitlerin xidmətinə girir. Uzun illər Ermənistan SSR-də müxtəlif rəhbər vəzifələrdə işləmiş mərhum T.Musayev yazır ki, “Hitler onu (Xatisyanı-M.Ə.) Qafqaza-Rostov vilayətində ermənilər çoxluq təşkil etdiyi Armavir şəhərinə göndərir ki, erməniləri səfərbər edib Sovet dövlətinin məğlub olmasına yaxından kömək etsin, Qafqazı Hitler zəbt edən kimi Zaqafqaziya üzrə qubernator olub Zaqafqaziyada qalıb…azərbaycanlıların kökünü kəsə bilsin” (1,s.214-215). Daşnak hökuməti başçısı olmuş A.Xatisyanın Rostov vilayətinin ən çox erməni yaşayan Armavir şəhərinə gətirilib orada yerləşdirilməsi və onun planları barədə 1942-ci il iyul-avqust aylarında “Pravda” qəzeti öz nömrələrinin birində karikatura vermişdir. Karikaturada Hitler A.Xatisayanı maşa ilə zibil vedrəsindən çıxarıb ona vədlər edir. (1, s.214-215)
Faşistlərin qulbeçələri olan Drasamat Kanayan II Dünya müharibəsi zamanı Gareqin Njde ilə birlikdə, faşistlərin tərəfində döyüşür və erməni hərbi birləşmələrinin təşkilində fəal iştirak edirlər. Dro kəşfiyyat və təxribat məqsədləri üçün Simferopolda yerləşən “Dromedar” təşkilatı tərəfindən koordinasiya edilən erməni qrupları yaradır və rəhbərlik edir.
1942-ci ilin dekabrında general Drastamat Kanayan və erməni yazıçısı Garo Gevorkyan Henrix Himmlerin qəbulunda olur və ona pastor Lepsiusun “Erməni xalqının ölümcül yürüşü” kitabını təqdim edirlər. Himmlerin və general Dronun (Drastamat Kanayanın) çağırışı ilə 30 minə qədər erməni alman ordusuna qatılır və döyüşlərdə iştirak edir.
İkinci dünya müharibəsi illərində Dro alman ordusunda (Vermaxtda) ermənilərdən təşkil olunan 812-ci taborun rəhbəri təyin edilir. Almanlar Krım və Şimali Qafqazın işğal etmək istəyəndə Qafqaz cəbhəsində vuruşan Dro günahkar elan edilsə də, sonradan bağışanılır. Bundan sonra Beyrutda ticarət işlərinə başlayır, lakin xəstələndiyi üçün ticarət işini dayandırmağa məcbur olan Dro ABŞ-a aparılır, 1956-cı ildə Bostonda dünyasını dəyişir. Dronun məzarı 2000-ci ildə ABŞ-dan Ermənistana gətirilmişdir.
Dro Kanayanın məsləkdaşı və azərbaycanlıların düşməni olan Garegin Njde (əsil adı Garegin Yeğişe Ter-Harutünyan) 1912-ci ildə general Andranik Ozanyan ilə bərabər Trakiya və Makedoniyanın azadlığı üçün Balkan vuruşlarında Osmanlı imperiyasına qarşı Bolqar ordusunun “Makedon-Adriyanapol Könüllü dəstələri” adı altında Erməni taboru yaradır. İkinci Balkan müharibəsində yaralanan Njde Bolqarıstanın “Cəsarət xaçı” ilə mükafatlan- dırımışdır. (7)
I Dünya müharibəsi başlamamışdan əvvəl çar Rusiyası dövləti tərəfindən elan edilən əfvdən sonra Njde Osmanlı imperiyasına qarşı vuruşmaq üçün rus ordusu tərəfindən Könüllü Erməni dəstələri hazırlamaq məqsədilə Cənubi Qafqaza göndərilir. O, müharibənin ilk vaxtlarında-1915-ci ildə Erməni dəstələrinin komandiri Drastamat Kanayanın köməkçisi olur, 1916-cı ildə Xüsusi Erməni-Yezidi Əsgəri Birliyinə komandanlıq edir. Çar Rusiyası ordusunun geri çəkilməsindən sonra Njde Alajay döyüşündə Gümrüyə doğru geri çəkilən erməni könüllüləri üçün dəstə saxlayır. Türk ordu dəstələri Gümrüyə çatdıqdan çonra Njdenin rəhbərliyi altında olan erməni qüvvələri Cənubi Qafqaza keçirlər.
Ermənilərlə razılaşmaya görə Türkiyə dövlətinə qarşı hücum mqsədilə ermənilər Hitler Almaniyası üçün 100 minlik qoşun toplamalı idi. Bütün bu məsələlər detalları ilə erməni-alman razılaşmasında - “Gertrud” planında əksini tapmışdır. Əvəzində ermənilərə Şərqi Anadolu və Kilikiya vəd olunmuşdur. (4)
Erməniləri almanlar tərəfinə cəlb etmək, onları Hitlerə xidmət etməyə çağırmaq məqsədilə Almaniyada “Hayastan” qəzeti nəşr olunurdu. Qəzetin bütün redaksiya heyəti ermənilərdən təşkil olunmuşdu. Qəzet Hitler Almaniyası tərəfindən maliyyələşdirilir və III Reyxin təbliğat naziri Göbbesin birbaşa nəzarətində idi.
Türkiyə dövlətinə qarşı almanlara planlarını həyata keçirmək üçün daşnaklar 1943-cü ilin ortalarında daşnak könüllülərinin komandiri, Birinci dünya müharibəsinin iştirakçısı, hazırda “abidəsi İrəvanı bəzəyən” general Garaegin Njdenin rəhbərliyi altında yaradılmışdır. Njde “Tserakron” təşkilatının əsasını qoymuş və onun köməyi ilə gənc ermənilərin SS faşist təşkilatının və digər elit faşist təşkilatlarının üzvləri olmasına şərait yaradılmışdır. Almaniyada və işğal olunmuş Fransada yaşayan xeyli erməni Vermaxtın 10-cu ordusuna daxil olmuşdular.
Erməni daşnaqları faşistlərin xidmətində
Rozenberqin strateji planına əsasən Hitler Almaniyasının himayəsi altında “Ermənistan Baş Komissarlığı” yaradılmalı idi. III Reyx daşnakların sədaqət və xidmətləri müqabilində Qarabağın, Naxçıvanın və Axalkalakinin bir hissəsinin ermənilərə verilməsini vəd etmişdi. Bundan başqa Qarabağdan olan ermənilər SSRİ-yə qarşı üsyan qaldırmalı, bu əraziyə Almaniya ermənilərindən qanunsuz hərbi birləşmələr və xüsusi təhsil almış dəstələr göndərilməli idi. (3, s. 48, 52, 136)
Hitlerə sədaqətlə qulluq edən daşnakların siyahısında Artaşes Abeqyan, Vaçaq Abeqyan, Akop Aziyan, Vaqan Ayrapetyan, Qayk Asatryan, Tiqran Baqdasaryan, Suren Bekzadyan, Nikolay Gevorkyan, Aleksandr Xatisyan, Aram Mirimanyan, Alfred Muradyvn, Aleksiy Sarkisyan, Vartan Sarkisyan, Misak Torlakyan (2) və onlarca “yan”ların adları vardır.
Hitlerin sadiq qulluqçularından biri daşnak Artaşes Abeqyan idi. O, 1941-ci ildə bir neçə dəfə Rozenberqlə görüşmüş, SSRİ-yə qarşı ermənilərin köməyini təklif etmişdir. 1942-ci ildə “Erməni Milli Komitəsi” ni idarə edən Artaşes Jozef Göbbelsin əmri ilə “Hayastan” qəzetinin baş redaktoru işləmişdir. 1943-cü ildə Polşadakı ölüm düşərgəsində SSRİ-yə qarşı xüsusi təlimlər keçmişdir.
Vaçaq Abeqyan Almaniyaya mühacirət etmiş ermənidir. O, Rozenberqin rəhbərlik etdiyi nazirlikdə işğal olunmuş şərq regionları üzrə tərcüməçi işləmiş, düşərgələrə gedərək əsirlərdən “Daşnaksütyun” partiyasına üzvlər toplamış, “Erməni Milli Komitəsi” nin üzvü olmuşdur.
“AG-114 Dromedar” təşkilatının rəsmi üzvlərindən olan Akop Əsiryan almanların əsir götürdükləri sovet əsirlərinin sorğusunda iştirak etmişdir. Onun həmfikiri Qayk Asatryan da faşist Almaniyası ilə sıx əməkdaşlıq etmiş, Njdenin Türkiyə əleyhinə erməni hərbi hissələrində hazırlıq dərsləri aparmışdır.
Tiqran Baqdasaryan alman kəşfiyyatının casuslarından olmuşdur. Müharibə dövründə general Dro Kanayanın “AG-114 Dromedar” təşkilatında xüsusi xidmət etmiş, “Erməni Millli Komitəsi”nin üzvü olmuş, Jozef Göbbelsin qəzetində şöbə müdiri işləmişdir.
Suren Bekzadyan daşnak Ararat Respublikasının Azərbaycan Xalq Cümhuriyyətindəki səfirinin oğlu idi. Rozenberqin hakmiyyəti altında olan işğal olunmuş ərazilərdə “Osank” təşkilatında antisovet təbliğatı ilə məşğul olmuş, 1942-ci ildən milli sosialist “Paykar Xoassanak” təşkilatının üzvü olmuşdur. 1942-ci ilin sonunda “Erməni İnqilabçı Federasiyası” liderləri bu təşkilata Erməni Milli Şurasının da qəbul etmişlər. (5)
Nikolay Gevorkyan “AG-114 Dromedar” təşkilatının kəşfiyyatnda işləmişdir. Erməni əsirlərinə yardım adı ilə SSRİ əleyhinə casuslar hazırlamış, təbliğat işləri aparmışdır. Aram Mirimanyan da “AG-114 Dromedar” ın casusu olmuş, həmçinin “Hayastan” qəzetinin redaktoru işləmişdir. General Dronun yaxın ətrafı hesab olunan Aram Mirimanyan 1945-ci ildə əsir düşərgələrində antisovet təbliğatı apararaq əsirləri SSRİ əleyhinə işə cəlb etmişdir. Onun cəlb etdiyi əsirlər SSRİ-yə qaytmaqdan imtina etdiyindən A.Mirimanyan onları xarici pasportla təmin etmişdir.
Alfred Muradyan alman “ZEPPELİN” xüsusi xidmət orqanının casusu olmuşdur. Alman ordusunda hərbi rütbə alan A.Muradyan Almaniyada Nasional-Sosialist Partiyasına daxil olmuşdur. 1942-ci ildə alman hərbi qüvvələrinin də “Erməni Milli Komitəsi” nin rəsmi nümayəndəsi olan A. Muradyan ölüm düşərgələrində erməni könüllü dəstələrinin yaradılmasında fəallıq göstərmiş, Jozef Göbbelsin etibarını qazanmağa nail olumuşdur.
Aleksiy Sarkisyan 1938-ci ildə “Tserakon”-erməni hitleryunge” nin, 1942-ci ildə “Daşnaksütyun” un sıralarına daxil olmuşdur. 1943-cü idə Şimali Osetiyada ağır döyüşlərdə iştirak etməklə almanların hörmətini qazanmış, taqım komandiri və kapitan hərbi rütbəsinə yüksəlmişdir.
Vartan Sarkisyan 1918-ci ildə türklərə əsir düşmüş, ancaq Osmanlı dövlətinə erməni məsələsini nəzərdən keçirmək üçün gəlmiş amerikan generalı Xarbordun əmri ilə azadlığa buraxılmışdır. V.Sarkisyan 1919-cu ildə könüllü olaraq daşnak ordusuna daxil olmuş, general rütbəsinədək yüksəlmişdir. Vartan Sarkisyan müharibənin sonunda əsir düşmüş və sovet hərbçiləri tərəfindən güllələnmişdir.
Misak Torpakyan general Drastamat Kanayanın neft zavodunda işləmiş, “AG-114 Dromedar” təşkilatının üzvü olmuşdur. 1942-ci ildə Drastamat Kanayanla birlikdə Krıma gəlmiş, Krım daşnak bürosuna rəhbərlik etmişdir. Qafqaz və Türkiyə Cümhuriyyəti üçün strateji planlarının işlənməsində Rozenberqi gizli məlumatlarla təchiz etmişdir. 1944-cü ildə alman ordusu ilə birlikdə Almaniyanın Amerika işğal zonasında antisovet fəaliyyəti göstərmişdir.
“Dənizdən dənizə Böyük Ermənistan” xülyasında olan ermənilər, xüsusilə onların “vətənpərvər” liderləri heç vaxt onlara mənsub olmayan torpaqlarda fövqəladə dövlət yaratmaq arzusu ilə alman ordusu sıralarında vuruşaraq minlərlə dinc insanı, o cümlədən yüz minlərlə türkü qətlə yetirmişlər. Bu işdə sovet tərəfindən əsir düşən və mühacirətdə olan ermənilərdən təşkil olunan 812-ci erməni legionu öz qəddarlağı ilə seçilmişdir. Onlar faşist ordusu tərkibində Krımda, Şimali Qafqazda və Hollandiyada döyüşmüşlər.
Araşdırmalar göstərir ki, müharibənin birinci ili ərzində “Erməni İnqilabçılar Federasiyası” Türkiyədə və Orta Şərqdə III Reyxin kəşfiyyat orqanları ilə sıx əməkdaşlıq etmişlər. Milli mənsubluqdakı xəyanət xislətlərini yenidən nümayiş etdirən ermənilər 1944-cü ildə faşistləri birinci tərk etmiş, almanların əleyhinə olmuş, əslində növbəti dəfə ikiüzlülük nümayiş etdirmişlər.
Erməni legionları
Məlumdur ki, faşist Almaniyası SSRİ-yə hücum edərkən qarşısına SSRİ-nin çoxmilli tərkibini dağıtmaq və milli azlıqlardan birləşmələr yaratmaq istəyirdi. Bu məqsədlə Milli Azadlıq Komitələri yaradır, bu komitələrin işinə mühacirətdə yaşayan müstəqil dövlətlərin keçmiş liderlərini və sərkərdələrini cəlb edirdi. Hitlerin 1941-ci ilin noyabrında Türküstan legionu yaratmağa razılıq verməsindən sonra şərq xalqlarından hərbi birləşmələr yaradılması işi fəallaşır. 1941-ci il dekabrın 22-də silahlı qüvvələrin Ali Komandanlığı şərq xalqlarından 4 legion yaradılması barədə əmr verir, onların arasında erməni legionu da var idi. Legionların yaradılması haqqında dəqiq göstəriş 1942-ci il 8 fevral tarixli əmrdən sonra olur.
1942-ci ilin sonunda Polşadan cəbhəyə 2 erməni batalyonu-808-ci və 809-cu batalyonlar yola salınır. 1943-cü ilin əvvəlində onların ardınca 810-cu, 812-ci və 816-cı, 1943-cü ilin ikinci yarısından 814-cü, 815-ci və 816-cı batalyonlar gəlirlər. Bu dövrdə cəbhəyə ümumi sayı 20 min olan erməni göndərilmişdir. (6,s.185)
Səhra batalyonlarından başqa, müharibə dövründə erməni hərbi əsirlərindən alman ordusuna xidmət edən, ancaq döyüş əməliyyatlarında birbaşa iştirak etməyən 72 tikinti, dəmiryolu, nəqliyyat və digər köməkçi yarımbölmələr formalışdırılmışdır. Bütün bunlar SSRİ-nin Hitler Almaniyasındakı səfiri, ixtisasca çekist, uzun müddət Daxili İşlər Xalq Komissarlığında (Xarici şöbə) kəşfiyyata rəhbərlik etmiş milliyyətcə erməni Vladimir Dekanozovun gözü qarşısında baş verirdi. Səfirliyin ikinci katibi Beriyanın müavini Boqdan Kabulovun doğma qardaşı Amayak Kabulov idi. Müharibə ərəfəsində onların fəaliyyəti bu günədək tapmaca kimi problem olaraq qalır və araşdırılmamışdır. Samuel Uimsə görə 100 mindən artıq erməni Üçüncü Reyxin dəstələri tərkibində iştirak etimşdir. İlk vaxtlar Polşa ərazisində hərbi əsirlərin daxil olduğu Zaerjijdə hazırlıq düşərgəsi yaradılmış, erməni legionu Pulavedə dislokasiya olunmuşdur. Şəxsi heyət, təlim və erməni legionundan istifadə üzrə rəis kapitan Kuçer təyin edilmişdir. O, sonralar birinci erməni legionuna başçılıq etmişdir.
1941-ci ilin iyulundan 1943-cü ilin sonunadək 8 erməni batalyonu formalaşdırılmışdır. Erməni legionlarının formalaşdırlması və təlimindən başqa zabitlər məktəbi açılmışdı ki, orada gələcəyin zabitləri oxuyurdu. Belə məktəblərdən biri Polşanın Legionova şəhərciyində yerləşirdi.
1942-ci ilin mayından legion hissələrinin formalaşdırılması Ukrayna ərazisində də genişləndirildi. Loxvitsdə tədris mərkəzi və tədris düşərgəsi yaradılır və mayor Enqxolm rəis təyin edilir. 1942-ci ilin sentyabrından 1943-cü ilin mayına qədər Ukraynada erməni legionlarından 3 səhra erməni batalyonu-1/125-ci, 1/198-ci və II/9-cu batalyonlar formalaşdırmaq mümkün olmuşdur. Legionerlər fiziki və xüsusi hərbi ixtisas hazırlığı keçirdilər.
Adətən məşgələlərin müddəti gündə 7-9 saat olmaqla 4 ayadək davam edirdi. Vəziyyətdən asılı olaraq sürətləndirilə də bilirdi. Hərbi proqrama fiziki hazırlıq-sıra məşğələləri, alman ordusunun nizamnaməsinin mənimsənilməsi, rus və alman silahlarının öyrənilməsi, taktiki hazırlıq daxil idi. Hazırlıqla keçmiş hərbi əsirlərdən olan və iki həftəlik hazırlıq kursu keçmiş bölmə və taqım komandirləri məşğul olurdu. Sıra təlimini hazırlığına alay komandirləri rəhbərlik edirdi. Ümumi hərbi hazırlıqdan sonra hərbi ixtisaslar üzrə dar ixtisaslara hazırlıq keçirilirdi. Erməni legionlarının komandirləri almanlardan təyin edilirdi. Hər bir alay komandirinin yanında müşavir-alman feldfeberi olurdu. II dünya müharibəsi başa çatdıqdan sonra faşistlərlə əməkdaşlıq edən erməni legionerləri, o cümlədən “Dromedar” üzvləri SSRİ-yə verildi, bəziləri Qərbdə qalmağa müvəffəq oldu.
Hərbi hazırlıqla yanaşı legionlar arasında təbliğat işi aparılırdı. Təbliğat işin əsasını Slovakiya və Xorvatiya timsalında Ermənistanın müstəqilliyinin vədi dayanırdı. Bəzi məlumatlara görə, alman III Reyxində xidmət edən ermənilərin sayı 27 min nəfər olmuşdur, onlardan 3.000 nəfəri SS və alman “Abver” kəşfiyyatında xidmət etmişdir.
Qeyd edildiyi kimi, erməni legionlarının mərkəzi Pulavedə yerləşirdi. Erməni hərbi birləşmələrinin düşərgəsinin komendantı vəzifəsinə Tiflisdən olan erməni qadının oğlu ober-şturmanfürer Valdemar Frentsel təyin edilmişdir.
Fevralın sonunda generad Dro (Drastamat Kanayan) Berlinə gəlir, yerli təsirli ermənilər SS reyxsfüreri Himmlerin qəbuluna düşməyi təşkil edirlər. Onunla birlikdə yazıçı Karo Gevorkyan və Vyanadan olan tələbə tərcüməçi kimi qəbulda olurlar. Danışıqlar saatyarım davam edir. Söhbətin gedişində Himmler bildirir ki,…zəmanət üçün erməni legionu yaradılmalıdır, bu birləşmələr …əlbəttə bizim köməyimizlə öz vətənlərini qoruya bilərlər. Söhbətin sonunda Dro erməni hərbi düşərgəsinə gələcək legionerlərin hazırlandığı düşərgəyə baş çəkməyi arzu edir. Erməni hərbi əsirlərinin arasına düşən Dro özünün nitqi ilə düşərgədə olanların erməni legionu sıralarına daxil olmağa inandıra bilir. O, digər düşərgədə olan ermənilərlə əlaqə yaradaraq legiona daxil olmağa çağırış edir.
General Drastamat Kanayanın fəaliyyəti qısa zamanda öz nəticəsini göstərir. İlk aydan 3 düşərgədən 250-dən çox könüllü ermənilərlə biləşmək arzusunda olduğunu bildirir, sonra onların sayı 1500, daha 2500-ə çatır.
Drastamat Kanayan hərbi əsirlər arasında ilk daşnak partiyasının özəyini yaradır. Bu partiyaya sovet hökumətinə inamını itirmiş Ermənistandan olan ermənilər, hətta rus dilini bilməyən ermənilər daxil olurlar. İlk vaxtlarda legionlar sırasına Almaniyada, işğal olunmuş Polşada, Fansada və digər ölkələrdə yaşayan ermənilər də daxil olurdular. Almaniyadan olan legioner ermənilər arasında Vermaxtın erməni zabitləri, həmçinin SS zabitləri, məsələn, Vaffen-ştandartenfürer SS Vartan Sarkisyan, kapitan Misak Torlakyan, qruppenfürer Razmik Nazaryan və başqaları vardı.
Garegin Njde Berlində Ermənistana atılaraq antisovet əhvali-ruhiyyəsi və Almaniyanın himayəsi altında “Böyük Ermənistan” dövləti yaradılması təbliğatı aparan 20-30 nəfərlik təxribat qrupunun yaradılması üzərində işləyir. Almaniyada Njdeyə Almaniyanın Moskvadakı keçmiş səfiri, köhnə tanışı qraf Şulenberq köməklik edirdi.
Bir müddət sonra Berlinə “Paykar” nəşriyyatının əsasını qoyan, Bakıda AXC dövründə Ararat Respublikasının Fövqəladə və Səlahiyyətli səfirinin oğlu, Suren Bekzaryan gəlir. Onun məqsədi reyxdə yeni “Osank” (“Axın”) nəşriyyatını yaratmaq idi. Bu nəşriyyat Odessadan Rostova qədər işğal olunmuş ərazidə ermənilər üçün ideya hazırlığı mərkəzi olmalı idi. Bu cür mərkəzlər Sevastopolda və “Erməni Milli Komitəsi”nin qərargahlarının aktiv fəaliyyət göstərdiyi digər işğal olunmuş şəhərlərdə də formalaşdırılmışdır. Təbliğat işində Almaniyadan olan erməni Alfred Muradyan daha çox fərqlənirdi. Onu “Erməni legionunun himayədarı” adlandırırdılar. O, “Armenekan” (Aykakan) hərəkatının əsasını qoymuşdur.
Ararat Respublikasının keçmiş Baş naziri Aleksandr Xatisyan Şulenberqlə görüşlərində bir neçə dəfə gələcək Ermənistanın statusu məsələsini qaldırmış, fürerlə görüşmək üçün razılıq almağı ondan xahiş etmişdir. Ancaq fürer “tam qələbəyədək sovet dövlətlərinin statusu barədə heç bir danışıq” olmayacağını Şulenberq bildirmşdir.
1943-cü ilin sonunda Göbbelsin idarəsi erməni legionları üçün erməni və alman dillərində həftəlik dərc edir. Onun redaktoru Levon Şantın oğlu Viqen Şant idi. Həmin idarədə alman, fransız, rus və erməni dilində radio verilişləri aparılırdı və redaksiyalarda çoxlu erməni işləyirdi.
Berlində, Marseldə və Simferopolda erməni əhalisi üçün erməni dilində qəzetlər, “Azad Hayastan” (Azad Ermənistan) və “Hayrenik” (“Vətən”) həftəliyi nəşr olunurdu.
Qeyd edildiyi kimi, legionların komandiri ştandartenfürer Vartan Sarkisyan idi. O, Qızıl Ordu mayoru hərbi rütbəsində əsir düşmüş, “özünün hərbi qabiliyyətinə görə” generala qədər yüksəlmişdir. Reyxdə erməni legionlarının rəsmi nümayəndəsi Ararat Respublikasının xarici işlər nazirinin oğlu Armik Calayan idi. Onun anası alman qadını idi və alman Baş Komandanlığı ilə əlaqələri vardı. Hərbi attaşe Almaniya vətəndaşı, sənayeçi milyoner zondenfürer Alfred Muradyan, mətbuat attaşesi Arutyun Baqdasaryan idi.
Bütün Şərq legonlarından fərqli olaraq yalnız erməni legionu milli tərkibdə idi.
808-ci piyada erməni batalyonu 1942-ci ildə Polşada formalaşdırılmışdır. Tərkibində 914 erməni və 41 alman vardı. Batalyon komandiri Kuçer təyin olunmuşdur. Tuapse rayonunda döyüşlərdə iştirak edən batalyon özünü doğrultmamış, vermaxt komandanlığı tərəfindən şübhəli və etibarsız kimi qiymətləndirilmişdir. Batalyonda Qızıl Ordu tərəfinə keçməyə hazırlaşan gizli qrup fəaliyyət göstərmişdir. 1942-ci ilin oktyabrında batalyon tərkisilah edilmiş və yol-tikinti hissəsi kimi yenidən təşkil olunmuşdur.
809-cu erməni piyada “Zeytun” batalyonu 1942-ci il avqustun 29-da Polşada formalaşdırlımışdır. Tərkibində 913 erməni və 45 alman vardı. 48-ci piyada diviziyasının 128-ci qrenedar alayının hissəsi olmuşdur. Komandiri Xermann Bekker idi. Batalyon 1942-ci ilin noyabrın 18-dən Qafqazda-Nalçik və Mozdok rayonlarında döyüşlərdə, Kubanın və Kerç yarımadasının müdafiəsində iştirak etmiş, 1943-cü ilin oktyabrınadək Niderlandda xidməti davam etdirən batalyon Belçikaya gəlmişdir. 1943-cü ilin noyabrından dekabrın 20-dək batalyon yenidən hazırlanaraq Sisson tədris poliqonunda təlim keçmişdir. 1944-cü il yanvarın 8-də Cənubi Bevelandda yerləşdirilən batalyon Atlantik təpəsi müdafiə xəttndə müdafiə mövqeyi tutmuşdur. 1944-cü ilin əvvəlində batalyonda olan 844 nəfərdən 792 nəfəri erməni idi.
1944-cü ilin avqustunda batalyon müttəfiqlərin “Overlord” əməliyyatı nəticəsində böyük itki verir, erməni əsgərlərinin çoxu müttəfiqlərin tərəfinə keçdiyindən batalyon Normandiyaya atılır.
810-cu erməni piyada batalyonu da 1942-ci ildə Polşada formalaşdırılmışdır.
812-ci mühəndis-konstruktor batalyonu 1942-ci il əmri ilə yaradılmış və 1943-cü il fevralın 1- də sonunucu dəfə Polşada (Pulave şəhərində) yenidən formalaşdırılmışdır. Batalyon xidmətə Polşanın Qadon şəhərində başlamış, 1943-cü ildə Atlantik təpəsinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün Niderlanda göndərilmiş, Berqen-op-Zom şəhəri ətrafında yerləşdrilmişdir. Batalyonun ayrıca din xadimi olmuş və dini tədbirlər keçirilmiş, erməni təqviminə əsasən xristian bayramlarını qeyd etmiş, arzu edənləri xaç suyuna salınmışdır.
813-cü erməni piyada batalyonu 1943-cü ilin fevralında Polşada formalaşdırılmış, Atlantik təpəsində xidmət aparmışdır.
814-cü və 815-ci erməni piyada batalyonları 1943-cü ilin fevralında, 816-cı erməni batalyonu 1943-cü ilin sonunda Polşada formalaşdırılmışdır.
I/125 erməni batalyonu 1943-cü ili fevralında Ukraynada formalaşdırılmış, Cənubi Fransanın müdafiəsi üçün Qərb cəbhəsinə atılmış, Marsel şəhərindən 30 km şimalda, Eksan-Provans şəhəri yaxınlığında yerləşmişdir.
I/198-ci erməni batalyonu 1942-ci ilin sentyabrında Ukraynada formaşladırılmış, Cənubi Fransanın müdafiəsi üçün Qərb cəbhəsinə atışmış, cənubi-qərbi Tulonun sahillərində yerləşmişdir.
II/9-cu erməni batalyonu 1942-ci ilin sentyabrında Ukraynada formaşladırılmış, Cənubi Fransanın müdafiəsi üçün Qərb cəbhəsinə atılmış, Sen-Trop istiqamətində kiçik İyer şəhərciyində yerləşmiş, adada sahil mühafizəsi aparmışdır.
Nəticə
Vermaxtın xidmətində olan erməni batalyonlarının fəaliyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, bu legionların təşkili və ilhamvericisi 1918-1920-ci illərdə mövcud olmuş qondarma Ararat Respublikasının mühacirətdə yaşayan hökumət üzvləri, onların qohumları, yaxınları və “Daşnaqsütyun” partiyasının üzvləri olmuşlar. Bu birləşmələrin təşkilatçıları və üzvlərinin əsas ideyası “öz hərəkətləri ilə Ermənistanı və erməniləri Türkiyənin Ermənistana hücumlarından qorumaq” olmuşdur. Legionların və onların komandirlərinin hamısı hərbi əsirlər olmuşlar. Faşist Almaniyasının SSRİ-yə müvəffəqiyyətli hücumunu ermənilər, daşnaklara rəğbət bəsləyən mühacirlər Ermənistanın kommunistlərdən azad olunması üçün bir şans və “Böyük Ermənistan” yaratmaq kimi qiymətləndirmişlər.
Göründüyü kimi, Azərbaycan xalqı üç cəbhədə vuruşurdu. Birinci cəbhə döyüş bölgəsi idi. Azərbaycan oğulları ön cəbhədə faşistlərə qarşı mərdliklə döyüşür, əsl qəhrəmanlıq nümunələri nümayiş etdirirdilər. İkinci cəbhə arxa cəbhə idi. İnsanlar gecə-gündüz işləyərək cəbhəni silah-surat və ərzaqla təmin etmək üçün əmək fədakarlıqları göstərirdilər. Üçüncü cəbhə daha ağır və məsuliyyətli idi. Xalqımız faşistlərin antiazərbaycan milli siyasətindən yararlanan erməni təxribatlarına qarşı mübarizə aparmalı olurdu.
Ədəbİyyat
Azərbaycan dilində
1. Musayev Talıb. Ermənilər və faciələrimiz. (XX əsrdə ermənilər tərəfindən xalqımızın başına gətirilmiş faciələr). Bakı, 2008
2. Həsənov Fərrux., Zeynalova Gülnarə. http://vzglyad.az/news/62240/
rus dilində
3. Абрамян Эдуард, «Кавказцы в Абвере», М.: «Яуза», 2006
4. Буланова О. Армянская помощ фашистской Германии. Газ. «Эхо», 20017, 20 май, №86
5. Нифталиев Ильгар Историческая призма»: Армяне на службе у фашистов https://news.day.az/politics/804595.html\
6. Султанов Ч. Выстоли бы СССР и Европа против фашизма, в случае потери бакинской нефти? (К 60-летию победы), Баку: 2005
İnternet resursları
7. http://wikipedia/orq|wiki|drashamat_kanayan_note/Chalabian2010-1
8. http://wikipedia/orq|wiki
Açar sözlər: Faşizm, ermənilər, Ararat Respublikası, erməni legionları, daşnak quldurları
Ключевые слова: фашизм, армяне, Республика Арарат, армянские легионы, бандиты дашнаксютун
Key words: Фаscism, armenians, Republic of Арарат, Armenian legions, даshнак bandits
Армяне на службе у фашистов в годы
второй мировой войны
Резюме
В статье фактами указаны расширение антиазербайджанской и антитюркской деятельности армян с началом второй мировой войны, связь лидеров бывшей Республики Арарат и бандитов дашнаксютунской партии с фашистами для осуществления планов по созданию «Великой Армении», их участие при военных операциях и в ходе пропаганды, проводимых против СССР.
Факты по организации, структуре и по участию армянских легионов в военных операциях освещены на основе источников и литературы.
Armenians serving the fascist during the years of World War II
Summary
Extension of anti-turkish and anti-azerbaijani activity of armenians by the beginnings of world war II, dealing of the leaders of former Ararat Republic and dashnak bandits for realization of plans of establishment of “Great Armenia”, their participation in agitation and military operations against USSR were shown by facts in this article.
Maİs Əmrahov
Tarix üzrə elmlər doktoru, professor
"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM