Mədəniyyətlərin dialoqu: nəzəri-fəlsəfi təhlil

11:00 / 26.05.2018

Bütün bəşəriyyət tarixi hər biri özünəməxsus dəyərlər sisteminə və fəaliyyət üsuluna malik olan xalqların qarşılıqlı təsir prosesi kimi səciyyələndirilə bilər. Oxşar qarşılıqlı təsirlərin əsas modusları rəqabət və əməkdaşlıq olmuşdur. İstər rəqabət, istərsə də əməkdaşlıq müxtəlif şəkillər almış, fərqli formalarda təzahür etmişdir. Məsələn, rəqabət beynəlxalq hüququn normaları çərçivəsində qarşıdurmalar və onun neqativ və fəlakətli nəticələri kimi gerçəkləşə bilər. Məlumdur ki, xalqların əməkdaşlığı da ö təzahür üsul və formalarına görə çoxçeşidlidir. Heç şübhəsiz ki, xalqlar arasında qarşılıqlı münasibətlər, istər rəqabət, istərsə də əməkdaşlıq daha çox iqtisadi və siyasi amillərlə şərtlənib. Lakin bir çox hallarda iqtisadi və siyasi amillər arxasında daha fundamental amillər, mənəvi dəyərlər gizlənir. Hər bir xalqın mədəniyyət nüvəsini təşkil edən bu dəyərlər nəzərə alınmazsa heç bir uzunmüddətli əməkdaşlıq mümkün ola bilməz. Yazılmış məqalə də xalqların əməkdaşlığının əsas moduslarından biri kimi çıxış edən “mədəniyyətlərin dialoqu” probleminin təhlilinə, onun mahiyyəti və inkişaf vektorlarının müəyyənləşdirilməsinə həsr olunub.
Ümumiyyətlə qeyd etməliyik ki, mədəniyyətlərin qarşılıqlı təsiri, onların dialoqu etniklərarası, millətlərarası münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli zəmin yaradır. Məsələ təkcə xalqlar arasında normal münasibətlərin qurulması ilə bitmir. Mədəniyyətlərin qarşılıqlı təsiri həm də milli mədəniyyətlərin inkişafı üçün ciddi zəmin hazırlayır. Bu haqda rus tədqiqatçısı A.Karmin yazır: “İndiki dövrümüzdə aydın olur ki, heç bir milli mədəniyyəti özünəkafi hesab etmək olmaz. Onlardan hər biri qeyri-kamil və məhduddur. Hər bir mədəniyyət “özündən kənara çıxmağa” ehtiyac duyur, çünki o, yalnız digər mədəniyyətlərin təcrübəsinə müraciət etmək və onu mənimsəməklə imkanlarını inkişaf etdirə bilər. Digər mədəniyyətlərlə təmas qurmayan və onların təsirinə məruz qalmayan mədəniyyət, hər hansı ölkə iqtisadiyyatının dünya iqtisadi bazarından kənarlaşdıqda labüd olaraq durğunluq zolağına düşdüyü kimi, labüd olaraq dünya mədəniyyətinin inkişaf templərindən geri qalmağa məhkumdur”. (1, s.57)
Dialoq ideyası qədim tarixə malikdir. Qədim Hind mədəniyyətinin yazılı nümunələrində xalqlar və onların mədəniyyətlərinin, mikro və makro-kosmosun vəhdəti, insan sağlamlığının onu əhatə edən ətraf mühitlə əlaqələrindən asılılığı haqqında kifayət qədər məlumatlara rast gəlinir. Qədim yunan filosofları: sofistlər. Sokrat. Platon, Aristotel, Ellin dövrünün filosofları da dialoq probleminə biganə qalmamışlar. Onlar fikirlərin plüralizmi və nöqteyi-nəzərlərin bərabərliyi çərçivəsində dialoq məkanı yaratmışlar. Lakin, nəzəri planda həyata keçən dialoq praktik olaraq gerçəkləşməsi uzun müddət ləngimişdir. Bunun əsas səbəbi qədim yunanların qeyri-yunanları birmənalı olaraq “barbar” hesab edilməsi olmuşdur. Filosof və natiq İsokratın mövqeyi vəziyyəti aşkar şəkildə özündə əks etdirir. Belə ki, Afinanın makedoniyalar tərəfindən işğalı zamanı onlarla hansı münasibətlərin qurulması məsələsində iki fikir yaranır: əgər Demosfen Afinanın müstəqilliyini dəstəkləyib, makedoniyalıları qəbul etmirdisə, İsokrat buna normal yanaşmış, bütün ellinlərin birləşməsi və “barbarlara” qarşı vahid cəbhədən çıxış edilməsinin zəruriliyini bildirmişdir. Ümumiyyətlə, “İsokratı “Şərq-Qərb” problemi sahəsində ilk nəzəriyyəçi hesab etmək olar. O, Avropa və Asiyanı öz mədəni səviyyəsinə görə iki prinsipial müxtəlif region olaraq qarşı-qarşıya qoymuş, bütün Asia xalqlarını barbar kimi mühakimə etmiş və asiyalıların ellinlərdən varlı olmasını ədalətsizlik və avropalılar üçün eyib hesab etmişdir”.(2, s.11) Mövzudan kənarlaşmamaq üçün qısa şəkildə qeyd etmək olar ki, parlaq yunan mədəniyyətinin böhranının səbəblərindən biri kimi də, onun özünə qapalılığını göstərmək olar.
Orta əsrlərdə dialoq problemi daha çox mənəvi-etik məqsədlər üçün ön plana çıxarılıb. Qərb sxolastikasının parlaq nümayəndəsi P.Abelyarın “Filosof, yəhudi və xristian arasında dialoq” traktatında təkcə müxtəlif dinlər deyil, eyni zamanda mədəniyyətlər arasında dialoq probleminə də toxunulmuşdur.
Yeni dövr filosofları içərisində İ.Herderin dialoq probleminə münasibəti xüsusi maraq doğurur. Belə ki, alman filosofun fikirincə mədəniyyətlərin qorunub saxlanılması və inkişafı üçün bu mədəniyyətlərin digərləri ilə ünsiyyəti zəruridir. Çünki mədəniyyətlərin qapalılığı həmin mədəniyyətlərin məhvinə aparır. Lakin bununla belə İ.Herder mədəniyyətlərin öz orijinallığının qorunmasının, mədəniyyətlərin təməl prinsiplərinin toxunulmaz qalmasının zəruriliyini də qeyd etmişdir.
Bu gün dünyada baş verən bütün proseslər, təbii-tarixi olsa da XX əsrin ortalarından geniş vüsət almış qloballaşma proses ilə əlaqələndirilir. Qloballaşma prosesləri nəticəsində dünyanın “qlobal kəndə” çevrilməsi baş verir. Lakin bu proses heç də rəvan getmir. Qloballaşma prosesinin ayrı-ayrı millət-dövlətlərin inkişafı üçün yaratdığı imkanlarla yanaşı, onun gətirdiyi problemlər də az deyil. Təbii ki, burada söhbət təkcə siyasi-iqtisadi amillərlə məhdudlanmır. Əsas problemlərdən biri məhz mədəniyyətlə bağlıdır. Belə ki, əsrlər boyu bir-birindən kənarda yaşamış fərqli dini və mədəni identikliyə malik olan xalq və millətlər bu gün qonşu olmağa “məhkumdurlar”. Məhz bu səbəbdən qloballaşma şəraitində mədəniyyətlərin qarşılıqlı təsiri və dialoqu xüsusi aktuallıq kəsb edir.
Mədəniyyətlərin dialoqu XX əsrin əsrin fəlsəfi publisistikasında geniş əksini tapmış anlayışlardandır. Çünki, məhz XX əsrdə mədəniyyət insan varlığının episentrinə doğru yerdəyişmə edir ki, bu da ictimai həyatın bütün sferalarında özünü biruzə verir. Mədəniyyətlərin dialoqu isə çoxsaylı unikal fərdlərin ünsiyyəti olub, onun əsas aparıcı qüvvəsi dərketmə yox, qarşılıqlı anlamadır. Bu anlayışa daha çox belə bir məzmun verilir: “... müxtəlif tarixi, yaxud müasir mədəniyyətlərin qarşılıqlı təsiri, bir-birinə nüfuz etməsi, yaxud kənarlaşması”.(3, s.659) Yuxarıda əksini tapmış tərifi, o cümlədən müasir dövrlərdə mövzuya dair aparılmış tədqiqatlarda əksini tapmış təriflərə əsaslanmaqla mədəniyyətlərin dialoqu anlayışına belə tərif vermək mümkündür: Mədəniyyətlərin dialoqu müxtəlif mədəniyyətlər arasında yaranan qarşılıqlı təsir, münasibət və əlaqələrin məcmusu, həm də bu münasibətlərin gedişində meydana çıxan qarşılıqlı dəyişikliklər sistemidir. Bu dəyişikliklər məhz qarşılıqlı, ikitərəfli olmalıdır. Bu amil, mədəniyyətlərin dialoqunun sadə iqtisadi, siyasi və mədəni əməkdaşlıqdan prinsipial fərqini əks etdirir.
Lakin, fikirimizcə mədəniyyətlərin dialoqu anlayışına verilən bütün təriflər müəyyən mənada birtərəfliliyi ilə seçilir. Bu birtərəfliyi aradan qaldırmaq üçün onun məzmununun aşkarlanmasının, yaxud ona tərif verilməsinin fərqli yolları tapılmalıdır. Hesab edirik ki, əsas optimal üsullardan biri növ və cins fərqinin müəyyənləşdirilməsinə görə verilə bilər. Burada cins rolunu “mədəniyyətlərin qarşılıqlı təsiri” oynayırsa, növ rolunu “mədəniyyətlərin dialoqu” oynayacaq. Məhz bu məqsədlə “mədəniyyətlərin qarşılıqlı təsiri” anlayışının verilmiş bir neçə təsnifini nəzərdən keçirəcəyik.
Belə təsnifatlardan biri V.P.Branskiyə məxsusdur. O təklif etdiyi sosial ideal nəzəriyyəsi çərçivəsində zidd idealların daşıyıcısı olan mədəniyyətlərin qarşılıqlı təsirinin dörd tipini fərqləndirir:
1.Fundamentalizm prinsipi (barışmazlıq);
2.Güzəşt prinsipi;
3.Arbitraj prinsipi (bitərəflik);
4.Gönvergensiya prinsipi (sintez).(4, s.161)
Digər bir təsnifat isə amerikalı tədqiqatçı F.Boka məxsusdur. Tədqiqatçı mədəniyyətlərin qarşılıqlı təsirinin optimallaşdırılmasının beş modelini fərqləndirir:
1.Gettolaşdırma (özünəməxsus qapalı mədəni mühitin yaradılması və dəstəklənməsi vasitəsilə özgə mədəniyyətlə bütün təmaslardan imtina);
2.Assimilyasiya (öz mədəniyyətin imtina və özgə mədəniyyətinin həyat üçün zəruri olan bütün dəyərlərinin mənimsəməyə cəhd);
3.Mədəni mübadilə və qarşılıqlı təsir (hər iki tərəfin xoşməramlığı və açıqlığını ehtiva edən aralıq üsul);
4.Qismən assimilyasiya (ictimai həyatın yalnız bir sferasında özgə mədəniyyətə güzəşt etmə, digər sferalarda isə öz ənənəvi mədəniyyətinin əsas dəyərlərinə sadiq qalma);
5.Müstəmləkəçilik (özünə məxsus dəyər, norma və davranış modellərinin özgə mədəniyyətə fəal şəkildə qəbul etdirilməsi). (5, s.17-19)
F.Bokun təsnifatı atropoloji yönümlü və daha çox detallara diqqət yetirməsi səbəbindən əvvəlki təsnifatla müqayisədə daha az mücərrəddir. Bu təsnifatda həmçinin qarşılıqlı təsirlərin məzmunu da nisbətən aşkar şəkildə təqdim edilir. Lakin, fikrimizcə burada əsas diqqət qarşılıqlı təsirlərin sosial məzmununa yönəldilir. Həmçinin təsnifat zamanı bölgü əsasıının qarışdırılması müşahidə edilir. Belə ki, əgər burada məzmunca kifayət qədər yaxın olan assimilyasiya və müstəmləkəçilik bir-birindən fərqləndiyi halda, konvergensiya prinsipi ümumiyyətlə nəzərə alınmır.
Müasir tədqiqatlarda mədəniyyətlərin qarşılıqlı təsirlərinin digər təsnifatlarına da rast gəlmək mümkündür. Belə ki, qərbdə aparılan tədqiqatları ümumiləşdirən N.K.İkonnikovaya təsnifatın daha mürəkkəb variantını təklif etmişdir. Bu təsnifat mədəniyyətlərin qarşılıqlı qavranılmasının mütərəqqi inkişafının xətti sxeminə əsaslanır:
1.Mədəniyyətlər arasındakı fərqlərin inkarı;
2.Özünün mədəni üstünlüyünün müdafiəsi;
3.Fərqlərin azldılması;
4.Mədəniyyətlərarası fərqlərin mövcudluğunun qəbulu;
5.Özgə mədəniyyətə adaptasiya;
6.Həm özünün, həm də özgənin mədəniyyətinə inteqrasiya.(6, s.31)
Bu təsnifatın əsas üstünlüyü mədəniyyətlərin qarşılıqlı təsirinin sosial-psixoloji məzmununun aşkarlamasında və qarşılıqlı qavrama qaydalarının ikisəviyyəliliyinin fərqləndirilməsindədir. Zəif tərəfi isə, F.Bokda olduğu kimi qarşılıqlı təsirin sosial və mədəni vəziyyətə sadələşdirilmiş yanaşmadır: burada özgə mədəni mühitdə fərd, yaxud kiçik qruplar ön plana çəkilir, eyni zamanda mədəniyyətin özünə “mexaniki” yanaşma müşahidə edilir.
Yuxarıda deyilənləri ümumiləşdirərək mədəniyyətlərin qarşılıqlı təsirlərinin aşağıdakı təsnifatını vermək və onda mədəniyyətlərin dialoqunu müəyyən etmək olar:
1.İnteqrasiya (sintez). Bu tip özündə üç əsas variantı ehtiva edir: a)konvergensiya –mədəni sistemlərin keyfiyyətcə yeni mədəni sistemdə tədrici qovuşması; b)inkorparasiya –bir mədəniyyət sisteminin “sub-mədəniyyət” qismində digərinə qoşulması; c)bir mədəni sistemin digəri işərisində tamamilə “əridilməsi”.
2.Qarşılıqlı təcridçilik. Qarşılıqlı təsirdə olan mədəniyyətlərin hər biri digər mədəniyyətə münasibətdə “getto” mövqeyi seçir;
3.Permanent münaqişə. Periferiya məkanları uğrunda “legitimləşmə müharibəsini” bildirir. Bir mədəniyyət üçün səciyyəvi olan sosial gerçəkliyin interpretasiyası zamanı digər mədəniyyətlərin malik olduğu dəyərlərin həqiqətlə uyğunluğu olmadığı nəzərdə tutularaq inkar edilməsi;
4.Bir-birini qarşılıqlı tamamlama. Qarşılıqlı təsirdə olan mədəniyyətlərin hər birinin nüvəsini təşkil edən strukturlar öz orijinallığını və avtonomluğunu qoruyaraq müəyyən ixtisaslaşmaya məruz qalır və özünəməxsus “simbioz” əmələ gətirirlər.
5.İnkişafda parallelizm. Bu tip müxtəlif mədəniyyətlərin “həyat dünyalarının” heç bir ortaq dəyərə malik olmadıqlarını ehtiva edir. Məhz bu səbəbdən də, həmən mədəniyyətlərin koqnitiv sistemi müstəqil inkişaf edir. Deməli, bu tipi heç də sözün əsl mənasında qarşılıqlı təsir forması hesab etmək olmur.
6.Fəal mübadilə –dialoq.
Deməli, mədəniyyətlərin qarşılıqlı təsirinin yuxarıda əksini tapmış təsnifatına əsaslanıb deyə bilərik ki, mədəniyyətlərin heç də hər qarşılıqlı təsiri yox, yalnız hər iki tərəfin fəal mübadiəsi dialoq amilini şərtləndirə bilər.
Mədəniyyətlərin qarşılıqlı təsiri, həmçinin dialoqu müxtəlif səviyyələrdə gerçəkləşə bilər. Tədqiatçılar üç əsas səviyyəni göstərirlər:
1.Etnik səviyyə: lokal etnoslar, tarixi-etnoqrafik, etnokonfessional sosial birliklər arasında;
2.Millətlərarası səviyyə: bu səviyyədə müxtəlif dövlət-siyasi struktur və siyasi elitaların dialoquna əsaslanır.
3.Sivilizasiya səviyyəsi: bu səviyyə prinsipial müxtəlif sosiallıq tiplərinə, dəyərlər sistemi və mədəniyyət yaradıcılığı formalarının görüşünə əsaslanır. Mədəniyyətlərin dialoqu bu səviyyədə mədəni-innovasion fəaliyyət nöqteyi-nəzərincə daha məhsuldar hesab edilir. Məhz Şərq və Qərb mədəniyyətlərinin, Avropa və Afrikanın incəsənət yollarının antik və ərəb dünyası ənənəılərinin kəsişməsi tarixdə radikal dönüş ocaqları olmuşdur. (7, s.405-406)
Buradan aydın olur ki, mədəniyətlərin dialoqunda sivilizasion özünüdərk və sivilizasion dəyərlər xüsusi rola malikdirlər. Etnik, yaxud milli mədəni dəyərlərdən fərqli olaraq sivilizasion dəyərlər daim universallığa, insan varlığının fundamental ziddiyyətlərinin həllinə, bəşəriyyəti birləşdirmək qabiliyyətinə və dünyəvi mədəniyyətin əsası olmağa iddia edir. Ona görə də, sivilizasiyaların dialoqu həmişə dünyagörüşlərinin fundamental əsasları, ətrafında mürəkkəb sosiomədəni sistemlərin birləşdiyi ilkin simvollar, sakral dəyərlər haqqında dialoqdur.
Hal-hazırda sivilizasiyalar arasında münasibətlər ön plana çıxır. Belə ki, millət-dövlətlərin sərhədləri daha da şəffaflaşır, dövlətlərüstü (dövlətlər birliyi) qurumların rolu artır. Düzdür, millət-dövlətlər dünya arenasının əsas aktorları olaraq qalır, lakin onların siyasətini daha çox sivilizasion xüsusiyyətlər diktə edir. Məhz bu səbəbdən bəzi tədqiqatçılar, xüsusən amerikalı politoloq S.Hantinqton qeyd edirlər ki, bu gün dünyada mövcud olan bütün münaqişələr sivilizasion mahiyyət daşıyır. Təbii ki, bu fikrlə tam razılaşmaq olmur, lakin onda həqiqət yükü də az deyil. Belə ki, bu gün dünyada baş verən münaqişələrin, hərbi qarşıdurmaların iştirakçılar siyahısına baxsaq, bu münaqişələrin heç də məhz iki dövlət arasında qarşıdurma olmadığını görərik.
Sivilizasiyalar arası münaqişələr sivilizasion fərqlilikdən (tarix, dil, din, ənənə vəs.) irəli gəlir. Sivilizasiyaları qarşılıqlı təsiri (dialoqu yox) sivilizasion özünüdərkin, öz dəyərlərinin qorunub saxlanılmasına cəhdlər artır. Bu da öz növbəsində onlar arasında münasibətlərdə münaqişəliliyin artmasına gətirir.
Lakin o da qeyd olunmalıdır ki, hər bir sivilizasiyanın nüvəsini təşkil edən özünəməxsus dəyərlərlə yanaşı, bütün sivilizasiyaylara məxsus ümumibəşəri dəyərlər də az deyil. Bu, dialoq qurulması üçün kifayət qədər mühüm amildir. Buradan çıxış etməklə, bəşəriyyətin gələcəyi naminə dialoq mədəniyyətinin formalaşdırılması hər bir millət-dövlətin əsas vəzifəsi olmalı, yaranmış münaqişələri vaxtında və sülh yolu ilə həllinə nail olmaq üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir.

Ədəbİyyat
1. Кармин А. Философия культуры в информационном обществе: проблемы и перспективы./ Вопросы философии, 2006, №2, ст.52-60
2. Чанышев А.Н. Курс лекций по древней и средневековой философии. М.: Высш. шк., 1991, 512 с.
3. Новая философская энциклопедия: в.4 т. Т.1. М.: Мысль, 2010, 744 с.
4. Бранский В.П. Теоретические основания социальной синергетики // Петербургская социология.– 1997.– № 1., ст.158-167.
5. Ионин Л.Г. Социология культуры.– М.: Логос, 2004, 427 с.
6. Иконникова Н.К. Механизмы межкультурного восприятия // Социологические исследования.– 1995.– № 11., ст. 26-34
7. Философия: учеб. пособ. Минск: Выш. школа, 2012, 474 с.

Açar sözlər: mədəniyyət, dialoq, sivilizasiya, qloballaşma.
Key words: culture, dialogue, civilization, globalization.
Ключевые слова: культура, диалог, цивилизация, глобализация.

д.ф.п.ф Эльшан Байрамзаде
Диалог культур: теоретико-философский анализ
Резюме
В статье прояснено содержание понятия диалога культур. Он определен как особый случай понятия взаимодействие культур, которые имеют более широкое содержание. Предлагается новая классификация взаимодействия культур. Показаны различные уровни диалога культур, обосновывается значимость цивилизационной уровня.

Phd. Elshen Bayramzadeh
Dialogue of cultures: theoretical and philosophical analysis
Summary
The content of the concept of dialogue of cultures is clarified in the article. It is defined as a special case of the concept of interaction of cultures, which have a broader content. A new classification of interaction of cultures is proposed. Various levels of the dialogue of cultures are shown, the significance of the civilization level is justified.

 

Elşən Bayramzadə
Fələfə üzrə fəlsəfə doktoru

 

"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM