Müasir dövr fərdin bütün dəyər, xüsusiyyət və müstəqilliyi ilə yenidən kəşf edildiyi, insan mərkəzli universal əxlaqın inkişafıyla yanaşı, insan hüquqları, bərabərlik və azadlıq anlayışlarının vacibliyinin daha çox diqqət mərkəzinə gəldiyi dövrdür [2, s.3].
Bu dövrün vacib elm sahələrindən biri olan bioetika yeni elmi-tədqiqat sahəsi və ictimai münasibətlər sistemi olub, sürətlə genişlənən elmi-texniki tərəqqinin uğurlarının, tibbi biliklərin nailiyyətlərinin cəmiyyətin mövcud əxlaqi və mənəvi dəyərləri ilə uzlaşdırılması mexanizmi kimi meydana gəlmişdir.
Başqa sözlə, insanın tibb və biologiya sahəsindəki fəaliyyətinin etik tərəflərini öyrənən bioetika, yeni texnika və texnologiyaların tibb sahəsinə daxil olması nəticəsində meydana gələn qeyri-adi, mürəkkəb, ziddiyyətli, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan problemləri həll etmək zərurətindən yaranmışdır.
1. Bioetikanın elm kimi yaranması, formalaşması və inkişafı
Bioetikaya müxtəlif təriflər verildiyi kimi, yaranması haqqında da fərqli fikirlər mövcuddur.
Bəzi alimlərə görə bioetikanın ilk yaranma tarixi 1874-ci ildə Amerika Tibb Assosasiyasının dərc etdiyi, ingilis həkim Thomas Percivalın araşdırmaları əsasında tərtib olunmuş Tibbi Etika Məcəlləsi hesab olunur [6].
Lakin elmi termin kimi bioetika sözü (yunan dilindən bios - həyat, yaşam; ethos - davranış) ilk dəfə 1926-cı ildə Fritz Jahr tərəfindən elmi araşdırmalarda heyvan və bitkilərin istifadəsi haqqında “bioetik məcburiyyət” ilə əlaqəli məqaləsində istifadə olunmuşdur [7].
Dünya ictimai və elmi fikrində bioetikanın formalaşmasını Nuremberq Tribunalı və 1947-ci ildə Nuremberq Məcəlləsinin qəbul olunması ilə bağlayanlar da vardır. Bu tribunalda həbs düşərgələrindəki məhbuslar üzərində qeyri-insani tibbi təcrübələr aparan, insanların məhv edilməsinə səbəb olan 20 faşist həkim və 3 tibb inzibatçısı da ittiham olunurdular [14]. Nuremberq Məcəlləsi insanlar üzərində bio-tibbi araşdırmaların etik tələblərini müəyyən etdi. Düzdür, bu Məcəllə mövcud standartlarla müqayisədə daha ümumi idi. Lakin məhz bu Məcəllə təcrübələrin keçirilməsinə limitləri təsbit edən ilk rəsmi və beynəlxalq sənəd oldu. Nuremberq Məcəlləsi bütün dünya üçün bioetika sahəsində bir növ etik tənzimləyici və intellektual hərəkətverici rolunu oynadı [9].
Bioetikanın başlanğıc tarixi kimi digər bir mənbə də 1970-ci ildə amerikalı həkim-onkoloq Van Rensselaer Potterin “Bioetika, sağ qalma elmi” adlı məqaləsi götürülür [12].
V.R.Potter bioetika haqda “Bioetika: Gələcəyə körpü” adlı ilk kitabını 1971-ci ildə dərc etdirdi [13]. Kitab elmi ictimaiyyət və siyasi-hüquqi dairələrdə ciddi müzakirələrə səbəb oldu. Məhz bundan sonra bioetika elm sahəsi kimi qəbul edildi və geniş tədqiq obyektinə çevrildi.
İlk dövrlər bəzi tədqiqatçılar, məsələn, B.Bolekker bioetikanın məzmununu “həkim-pasiyent” münasibətlərindəki etik problemlərlə məhdudlaşdıraraq, onu biotibbi etika ilə eyniləşdirməyə çalışırdı. Digərləri, məsələn, R.Melinda, D.Vasserman bioetikanın dairəsini genişləndirmiş, bir sıra sosial, habelə səhiyyə sistemi və insanın heyvanlara və bitkilərə münasibəti ilə bağlı problemləri də əhatə etmişlər [8, s.216]. Daha sonralar D.Şelton başda olmaqla bir qrup alim, bioetikanı yeni texnologiyaların bəşəriyyətin həyat və sağlamlığına təsirinin doğurduğu nəticə kimi izah etməyə başladılar [11, s.33]. Son dövrlərdə isə dünya alimləri bioetikanı insanın təbabət və biologiya sahəsində fəaliyyətinin mənəvi və hüquqi tərəflərini öyrənən elm sahəsi kimi xarakterizə edirlər.
Elmi ədəbiyyatda “yeni etika” da adlandırılan bu elm sahəsinin məqsədi insanı və cəmiyyəti elmi-texniki tərəqqi və sosial reformalar nəticəsində meydana gələn neqativ təsirlərdən qorumaq, onun həyata və ölümə, sağlamlığa münasibətini etik dəyərlər çərçivəsində öyrənmək və hüquqi normalar əsasında tənzimləməkdir.
2. Bioetika müxtəlif elm sahələrinin kəsişdiyi nöqtədir
Bioetika müxtəlif elm sahələrinin – fəlsəfə, etika, tibb, biologiya, texnologiya, sosiologiya, hüquq və başqalarının öyrəndiyi problemləri kompleks şəkildə tədqiq edir. Buna görə də, bioetika elminin tədqiqat problemləri təkcə bir sahənin alimlərinin, həkimlərin, hüquqşünasların, siyasətçilərin, filosofların, teoloqların, sosioloqların və digərlərinin monopoliyasında ola bilməyəcək qədər əhatəli mövzulardır. Göründüyü kimi, məsələ bioloji və etik olmaqdan çıxıb, daha geniş tibbi, fəlsəfi, sosial-siyasi, iqtisadi və hüquqi problemlər səviyyəsinə gəlmişdir.
Sürətlə inkişaf edən elmi-texniki tərəqqinin insan həyatı və sağlamlığı üçün təhlükəyə çevrilməsi təkcə elm adamlarını, həkimləri narahat edən problem deyil. İnsanların xoşbəxtliyinə, uzun ömürlülüyünə, sağlamlığına, rifahına xidmət etməli olan elmi kəşflər qlobal təhlükəyə çevrilib insan həyatını, hüquq və azadlıqlarını təhdid edir, bəşəriyyətin gələcəyini şübhə altına alır.
İnsanlığın qarşısında suallar durur: “Nə edilməlidir?”, “Nəyə hara qədər, hansı səviyyədə icazə verilməlidir?”, “Etmək mümkün olan hər şey edilməlidirmi, yoxsa bu və ya digər fəaliyyətə məhdudiyyətlər qoyulmalıdır?”, “Bu məhdudiyyətlər necə qoyulmalıdır?”, “Nəzarət mexanizmi necə olmalıdır?”, “Məhdudiyyətlər, qadağalar elmin inkişafına əngələ çevrilməyəcəkmi?”.
Digər çətin suallar isə bu veriləcək cavabların əsaslandırılması, yaranan münasibətlərin hüquqi tənzimlənməsi ilə əlaqədardır. Vacib olanla təhlükəli olan, icazə verilənlə qadağan olunan arasındakı sərhəd necə müəyyənləşəcək? Edilməsi zəruri olana icazə vermək necə əsaslandırılacaq? Qadağalar necə qoyulacaq?
Bütün bu suallara bir elm sahəsinin cavab verməsi mümkünsüzdür, ona görə də qeyd olunan bütün elm sahələri öz baxış bucağından bu mübahisəli məsələləri dəyərləndirir, ortaq qərara gəlməyə çalışırlar. Gəlinən qərarlar və ortaq dəyərlər isə bəşəriyyətin ümumi rifahı üçün mütləq şəkildə normalaşdırılmalıdır. Məhz bu anda dövrəyə hüquq elmi daxil olur.
3. Bioetika və hüquq
Bioetikanın araşdırdığı problemlər ümumbəşəri xarakter daşıdığından, insanlığın mövcudluğu ilə bağlı olduğundan o, bir ölkənin və ya bir regionun əhatəsindən çıxıb dünyəvi xarakter daşıyır. Ona görə də, beynəlxalq təşkilatlar bu məsələyə xüsusi diqqət yetirirlər. Eyni zamanda, qeyd edilməlidir ki, bioetikanın tədqiqat sahələri iqtisadi cəhətdən baha, elmi cəhətdən çətin olub bir ölkənin imkanları xaricindədir.
Bunu nəzərə alaraq, 1993-cü ildə BMT-nin təhsil, elm və mədəniyyət sahəsində əsas təşkilatı olan YUNESKO-nun Bioetika üzrə Proqramının əsası qoyuldu. 2002-ci ildən Bioetika proqramı təşkilatın fəaliyyətinin prioritet istiqamətlərindən birinə çevrildi [5].
19 oktyabr 2005-ci ildə YUNESKO-nun Baş Assambleyası “Bioetika və insan hüquqları haqqında” Ümumi Bəyannamə qəbul etməklə bioetikanın əsas prinsiplərini, bioetika, hüquq və insan hüquqlarının sıx əlaqəsini bəyan etdi [3]. Konfransda qəbul edilmiş
YUNESKO-nun Baş konfransı Bəyannamə ilə yanaşı, Qətnamə də qəbul etmişdir. Həmin sənəd üzv dövlətləri bu Bəyannamədə ifadə olunan prinsiplərin reallaşması üçün hər cür cəhd göstərməyə çağırır, Bəyannamənin daha geniş yayılması da daxil olmaqla, onun gerçəkləşməsi üzrə müvafiq tədbirlər görməyi təklif edir [4].
İnsanın varlığının mahiyyətini, cəmiyyətlərin dəyər sistemini, həyat və ölüm haqda dini-fəlsəfi və etik-əxlaqi təsəvvürləri kökündən dəyişən bu yeni münasibətlərin tənzimlənməsinin əsas prinsipləri Bəyannamə ilə beynəlxalq hüquqi-normativ xarakter almış, üzv dövlətlərin milli qanunvericiliyində təsbit edilməsi tövsiyyə edilmişdir.
Bununla da, tibb və biologiya sahəsində uzun illər davam edən müzakirələr hüquqi tənzimlənmə müstəvisinə və mərhələsinə keçməyə başladı.
Bioetika və hüquq insanın fəaliyyət və davranışlarına ictimai tənzimləyici qaydalar qoymasına görə bir-birinə çox yaxındır.
Bioetika etik anlamda, hüquq isə təsbit etdiyi normalarla insan həyatına və sağlamlığına müdaxilələrin tənzimlənməsini təmin edir.
Bəzən hüquq və etika arasında birbaşa qarşıdurma da ola bilər. İnsan həyatına münasibətdə qanunla icazə verilən hərəkətlər etik mənada mübahisəli ola, və ya qanunla qadağan edilmiş hərəkətlər bir çox insanlar və ya qruplar tərəfindən etik şəkildə əsaslandırıla və müdafiə edilə bilər.
İctimai münasibətlərin mürəkkəbləşdiyi, gərginləşdiyi indiki zamanda hüquq əvvəlkindən daha böyük əhəmiyyət kəsb edir. İnsan həyatının hər bir sahəsi normativ hüquqi aktlarla əhatə edilməli, bioetik dəyərlərin və fəaliyyətlərin tənzimlənməsi problemləri daha dərindən tədqiq edilməlidir. İnsan həyatının, hüquq və azadlıqlarının bioetik aspektdə qorunması cinayət qanunvericiliyində bu və ya digər əməlin kriminalizasiyası və ya dekriminalizasiyası ilə bu sahədəki mübahisələri konkret şəkildə həll etməlidir. Başqa sözlə, qanun cəmiyyətdə formalaşmış etik konsensusu normalaşdırmalı, onun qorunmasını təmin etməlidir.
Qeyd edilməlidir ki, hazırki Azərbaycan Respublikasının cinayət qanunvericiliyində bioetik pozuntuların böyük bir qismi cinayət əməli kimi öz əksini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Şəxsiyyət əleyhinə olan cinayətlər bölməsinin Həyat və sağlamlıq əleyhinə olan cinayətlər fəslinin Qəsdən adam öldürmə (Maddə 120), Qəsdən sağlamlığa ağır zərər vurma (Maddə 126), Evtanaziya (Maddə 135),Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiya (Maddə 136), İnsan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə (Maddə 137), Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə (Maddə 138), Qanunsuz abort etmə (Maddə 141), Xəstəyə kömək göstərməmə (Maddə 142) və s. maddələri bu sıraya daxildir [1]. Bununla yanaşı, bu sahədə hələ də öz həllini gözləyən, kriminalizasiyası və ya dekriminalizasiyası zəruri olan əməllər vardır. Bu istiqamətdə aparılan tədqiqatlar bioetik dəyərlərin hüquqi normalaşmasında mühim rol oynayacaqdır.
Təqdirəlayiqdir ki, Azərbaycan Respublikası Milli Məclisində “Bioetika haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi müzakirəyə hazırlanır. Həmin qanunun tətbiqi ilə əlaqədar meydana çıxa biləcək hüquqpozmaların qanunvericilikdə təsbit edilməsi, insanın həyatının və sağlamlığının qorunması ilə bağlı Azərbaycan Respublikasının cinayət qanunvericiliyində təsbit olunmuş normaların dairəsinin genişləndirəcəkdir. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən insan hüquq və azadlıqlarının bioetik aspektlərinin öyrənilməsi, nəhayət tibbi qanunvericiliyin bioetik dəyərlərə uyğunlaşdırılması məsələləri də olduqca önəmlidir.
Eyni zamanda, bioetika sahəsində milli qanunvericilikdə mövcud boşluğun aradan qaldırılmasına, beynəlxalq təcrübəni nəzərə alaraq mümkün olan mexanizmlərin Azərbaycan hüquq elmi və ictimai münasibətlər baxımından qiymətləndirilməsi, beynəlxalq sənədlərdə təsbit olunmuş norma və prinsiplərin Azərbaycan qanunvericiliyinə implementasiyası və bioetik pozuntuların kriminallaşması yolu ilə hüquqi çərçivənin müəyyənləşməsi günümüzün aktual məsələlərindəndir.
Nəticə
Göstərilənləri nəzərə alaraq deyə bilərik ki, bioetika elmi-texniki tərəqqi və insanın yaşam və sağlamlıq problemlərindən bəhs edən etik müzakirələrin və hüquqi qaydaların məcmusudur.
Bioetikanın inkişafı cəmiyyətin demokratikliyinin və insan hüquqlarının müdafiəsinin əsas göstəricilərindən biridir.
Yeni bioetik dəyərlərin yaranması, formalaşması və cəmiyyət həyatının tənzimləyici amilinə çevrilməsi üçün bu sahədə normativ hüquqi aktların qəbul edilməsi vacibdir.
Mövcud ictimai münasibətlər hüquqi və bioetik aspektdən tədqiq olunmalı, etik qaydalarla normativ hökmlər arasındakı uyğunsuzluqların azaldılması üçün konkret addımlar atılmalıdır.
ƏDƏBİYYAT
1.Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. 1 sentyabr 2000-ci il.
2.Ali B. Kutvan, İdarəetmə etikası. Bakı. “ULU”. 2016.
3.Aytən Mustafayeva, Vüqar Məmmədov. Bioetika, Hüquq və İnsan hüquqları. Bakı. 2013.
4.“Bioetika və İnsan hüquqları haqqında” Ümumi Bəyannamə. YUNESKO. 2005.
5.Bioetika: Sənədlər... Terminlər... Layihənin elmi rəhbəri və tərtibçi Aytən Mustafayeva. Bakı. Elm. 2009.
6.Code of Medical Ethics of the American Medical Association. 1847.
7.Lolas, Fernando. «Bioethics and animal research: A personal perspective and a note on the contribution of Fritz Jahr». Biological Research. Santiago. January 2010.
8.Melinda A.R., Wasserman D.T. Harming Future Persons: Ethics, Genetics and the Nonidentity Problem. International Library of Ethics, Law and the New Medicine. 2009.
9.Nuremberg Code. 1947. [last accessed December 26, 2008]
10.Reich Warren Thomas. Encyclopedia of Bioethics. I. New York. Macmillan. 1995.
11.Shelton D. Remedies in International Human Rights Law. Oxford. 1999.
12.Van Rensselaer Potter. Bioethics: The Science of Survival. 1970.
13.Van Rensselaer Potter. Bioethics: Bridge to the Future. 1971.
14.Weindling Paul Julian. Nazi Medicine and the Nuremberg Trials: From Medical War Crimes to Informed Consent. New York. Macmillan. 2006.
Açar sözlər: bioetika, hüquq, insan hüquqları, kriminallaşma, cinayət qanunvericiliyi.
Keywords: bioethics, law, human rights, criminalization, criminal legislation.
Ключевые слова: биоэтика, право, права человека, криминализация, уголовное законодательство.
Sevda Karimova
Legal aspects of bioethics
Scientific and technological progress, medical and biological development confronts mankind with serious problems, and forms new ethical values. Scientific discoveries which are supposed to make people happy, become a global danger, threaten his rights and freedom. To prevent these threats, the boundaries of scientific development and experiments should be defined. And to determine this boundary, normative legal acts should be adopted, and bioethical violations should be criminalized in criminal legislation.
Севда Керимова
Юридические аспекты биоэтики
Научно-технический прогресс, медико-биологическое развитие ставит перед человечеством серьезные проблемы, формирует новые этические ценности. Научные открытия, которые должны сделать человека счастливым, становятся глобальной опасностью, угрожают его праве и свободе. Чтобы предотвратить эти угрозы должны быть определены границы научного развития и экспериментов. А для определения этой границы должны быть приняты нормативно-правовые акты, а биоэтические нарушения должны криминализоваться в уголовном законодательстве.
Sevda Kərİmova
Azərbaycan Milli Elmlər Akademiyasının
Hüquq və İnsan haqları İnstitutu,
Azərbaycan Dövlət Pedaqoji
Universitetinin müəllimi
"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM