Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında qeyd olunmuşdur ki, əsas prioritet kimi ölkədə insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin təmin edilməsi məqsədilə əhalinin, xüsusilə də, sosial cəhətdən həssas qrupların mənzil şəraitinin yaxşılaşdırılması və bu sahənin inkişafı həyata keçirilməlidir.
İlk əvvəl sosial inkişaf anlayışını mahiyyətini açıqlayaq. Sosial inkişaf cəmiyyətdəki hər bir fərdin rifahının yüksəldilməsi vasitəsilə öz potensiallarından tam istifadə edə biləcək səviyyəyə çatdırılmasıdır. Cəmiyyətin uğuru hər bir fərdin rifahının yüksəldilməsi ilə bağlıdır. Sosial inkişaf anlayışı mahiyyət etibarilə insanlara investisiya qoyulması deməkdir.
Sosial inkişaf prosesi özündə bir neçə mərhələni birləşdirir. Bunlardan birincisi erkən yaşdan etibarən öyrənməyə başlamaqdır. Erkən tədris təşəbbüslərinə yatırılan investisiya insanlar arasında daha yüksək uğur üçün zəmanət ola bilər. Uşaqların öz təhsillərinə mükəmməl başlaması onların rifah və uğurlarının davamlı və uzunmüddətli olmasına əsas yaradır. İkincisi uşaq qayğı sistemidir. Valideynlər övladlarının bağçalarda, məktəblərdə vəziyyətlərinin yaxşı olduğunu, onlara yüksək qayğı göstərildiyindən əmin olsalar öz işlərinə daha arxayın köklənəcəklər. İşəgötürənin işçiləri yüksək səmərəliliklə çalışsalar onun biznesi uğurlu olacaqdır. Tək-tək bizneslərin uğurlu olması ümumilikdə cəmiyyətin rifah halının yüksəlməsinə və sağlam iqtisadiyyatın yaranması şərait yaradır. Beləliklə, bu gün uşaq qayğı sisteminin inkişaf etdirilməsi üçün yatırılan investisiya uzunmüddətli dövrdə iqtisadi səmərə olaraq geri qayıdacaqdır. Üçüncüsü yaşayış yerlərinin insanlar üçün əlçatan olmasıdır. Mənzillər ailə həyatının əsasıdır; onların təhlükəsiz yaşa biləcəkləri, övladlarını böyüdə biləcəkləri, ictimai münasibətlər qura biləcəkləri və yaşlanan valideynlərinin qeydinə qala biləcəkləri bir məkandır. Dördüncüsü ictimai həyatın digər sahələrinə yatırılan investisiyadır. Buraya gənclərin inkişafı üçün xidmət və proqramların təklif olunması, ali təhsil imkanlarının yaradılması, iş yerlərinin açılması, insanların sağlam və aktiv həyat tərzinə təşviq olunması daxildir.
Təbiidir ki, sosial inkişafın olması üçün ilk əvvəl iqtisadi inkişaf olmalıdır. İqtisadi inkişaf anlayışının nə olduğunu müəyyən etmək üçün bu məsələyə iqtisadi artım – iqtisadi inkişaf kontekstində yanaşmaq lazımdır. İlk əvvəl iqtisadi artımın nə olduğunu aydınlaşdıraq. İqtisadi artım iqtisadi kateqoriya olmaqla yanaşı statistik göstəricidir. Belə ki, iqtisadi artım ölkədə Ümumi Daxili Məhsulun artım tempini göstərir. Ümumi Daxili Məhsul bir il ərzində ölkə daxilində istehsal olunan məhsul və xidmətlərinin bazar qiyməti dəyəridir.
Dövlətin sosial siyasəti ilə cəmiyyətin iqtisadi inkişafı arasında qarşılıqlı əlaqə mövcuddur. Birincisi, iqtisadi inkişafın məqsədi birbaşa və dolayı yolla sosial siyasətdə birləşir. Aydındır ki, iqtisadi fəaliyyət cəmiyyətin bütün üzvləri üçün əlverişli yaşayış şəraitinin yaradılması naminə həyata keçirilir. İkincisi, sosial siyasət sahəsində bir çox məsələlərin həyata keçirilməsi, dövlətin onların reallaşdırılması üçün yönəldilə biləcəyi iqtisadi ehtiyatlardan asılıdır. Üçüncüsü, sosial siyasətə iqtisadi amilin mühüm amili kimi baxmaq olar. Əgər iqtisadi inkişaf xalqın həyat səviyyəsinin yüksədilməsinə təsir etmirsə, insanların həyat fəaliyyətilə məşğul olmasına, iş qüvvəsinin keyfiyyətinin artırılmasına maraq azadılmış olur, cəmiyyətdə sosial gərginlik artır.
Sosial siyasətin xarakteri və məzmunu sosial proseslərin idarə edilməsinə dövlətin müdaxilə etməsi səviyyəsindən də asılıdır. Bu baxımdan inkişaf etmiş ölkələrdə dövlətin hal-hazırda bütün mövcud olan sosial siyasət növlərini iki qrupa bölmək olar.
Birinci qrupu şərti olaraq qalıq prinsiplərinə əsaslanan sosial siyasət adlandırmaq olar. Bu halda sosial siyasət bazarın sosial səviyyədə tam həyata keçirə bilmədiyi funksiyaları həyata keçirir. Bu öz miqyası və əhatə dairəsinə görə məhdud sosial siyasət olub, əsasən passiv və kompensasiyalaşdırıcı (bərpaedici) xarakter daşıyır. Belə sosial nəzarətin sosial əsasları liberal bazar iqtisadiyyatı modelinin ideyaları əsasında formalaşır. Bu variantın tipik nümunəsi bazarın amerikan modeli ola bilər.
İkinci qrup - instututsial sosial siyasət adlanır. Burada dövlətin sosial siyasəti əhalinin sosial xidmətlərlə təmin olunmasında mühüm rol oynayır və xüsusi instutlar sisteminə nisbətən daha səmərəli vasitə kimi çıxış edir. Bu, yenidən bölgü siyasətidir. Belə siyasətin formalaşmasında konseptual baxımdan sosial-demoqratik ideyalogiyanın böyük təsiri vardır. Hər iki qrup arasında fərq bu və ya digər amillərin hansının olub-olmasında deyil, onlar arasında mövcud olan nisbətlərdən, dövlətin sosial sahəyə müdaxiləsi və yenidən bölgü prosesində iştirakından asılıdır.
Bütün bazar iqtisadiyyatı ölkələrində sosial siyasət bu iki qrup arasında yerləşir. Skandinav ölkələrində sosial siyasəti əsasən sosial - demokratik modeli olsa da, bu ölkələrdə dövlətin sosial siyasətində liberal elementlərdəndə istifadə edilir. Dövlətin sosial siyasəti-üzvi surətdə uzlaşan aspektlərə (iqtisadi, ekoloji, hüquqi, psixoloji, mədəni və s.) malik olan mürəkkəb strukturlu bir anlayışdır. Siyasətin işlənib hazırlanması bütün aspektlərin həm kompleks şəklində həm də ayrı-ayrılıqda təhlilini tutur. Dövlət siyasəti aşağıdakıların mövcüdluğunu nəzərdə tutur:
1. İctimaiyyət tərəfindən dəsdəklənən sosial doktiranı;
2. Konstusiya və qanunvericilikdə müəyyən edilmiş aktlar;
3. Dövlət sosial öhdəliklərinin bilavasitə icrası resursları;
4. Monitorinq və təşkilati nəzarət;
5. Dövlətin sosial öhdəliklərinin icrasının təşkilinin mexanizmləri.
Dövlətin sosial siyasətinin məqsədi-cəmiyyətdə əhalinin həyati təlabatlarının ödənilməsinin təmin edən əlverişli sosial iqlim və həmrəylik şəraitinin yaradılmasıdır. Geniş ictimayyətin iştirakı ilə dövlətin sosial siyasətinin məqsədlərinin, vəzifələrinin formalaşdıran və konkret tarixi şəraitdə onun reallaşdırılması üzrə praktiki işi həyata keçirən qanunverici, icraedici və məhkəmə orqanları dövlətin sosial siyasətinin subyektlərinə aiddir.
Sosial siyasətin əsas struktur həlqələri bunlardır: Sosial rifahın pulsuz təqdim edilməsi və bunların cəmiyyətin hər bir vətəndaşının əldə edilməsi prinsipininə əsaslanan təlabata görə bölgüyə istiqamətlənməsi sosial təminat sistemi. Sosial təminatın qarantı dövlətdir. Sığorta ödəmələrinin məcburi verilməsi. Sosial rifahların qarşılıqlı əlaqəsi prinsiplərinə əsaslanan sosial sığorta sistemi. Burada sosial həmrəylik və dövlətin öz vətəndaşlarına görə sosial məsuliyyəti prinsipləri işləyir. Sosial cəhətdən zəif olan cəmiyyət üzvlərinə dövlətin sosial qayğısı prinsipinə əsaslanan sosial müdafiə sistemi. Bu sistem əhalinin ehtiyac dərəcəsinə görə aztəminatlı qrupların müəyyənləşdirilməsinə diferiansanal yanaşmanı və belə qruplara pulsuz sosial yardımın göstərilməsinin nəzərdə tutur.
Sosial müdafiənin yaradılması sistemi sosial siyasətin əsas funksiyalarından biridir. Sosial müdafiə sistemi yerinə yetirilməsi vacib olan tədbirlərin ümumi məcmusunu birləşdirir. Sosial müdafiənin fəaliyyət və miqyası ən çox bu və ya digər ölkənin iqtisadi potensialında sosial siyasətin yerinə yetirilməsi üçün vacib olan makroiqtisadi şərtlərin məcmusundan ibarətdir. Sosial müdafiənin mexanizmi özündə cəmiyyətin bütün üzvlərinə aid olan tədbirləri eyni zaman ayrı-ayrı sosial qruplara ünvanlanmış tədbirlər kompleksidir. Sosial müdafiənin ayarı-ayrı qruplara olan tədbirləri özündə kasıblara sosial kömək və xeyriyyə fondlarından onları pulla təmin etməsini birləşdirir. Sosial müdafiə tədbirləri aktiv və passiv formada yerinə yetirilir. Aktiv formaya kadrların hazırlanması, yeni iş yerlərinin yaradılması və s. aiddir. Passiv formaya isə ehtiyacı olanlara maddi köməyin göstərilməsi nəzərdə tutulur. Hər bir cəmiyyət üçün onun sosial dayanıqlığı vacibdir. Sosial müdafiə instutları transformasiya dövründə onun dayanaqlığının saxlanılmasına kömək edir. Sosila instutlar-qaydaların prinsiplərin göstərişlərin kompleks istifadə etmə üçün istifadə edilən insanın müxtəlif fəaliyyətlərinin sferalarının tənzimləyən analayışdır. Sosial müdafiə termini "sosial instut" termini ilə sinonimdir. Sosial müdafiə terminin dar və geniş mənada müəyyənləşdirmək olar. Geniş mənada sosial müdafiə termini insanların iqtisadi hüquqi, tibbi, mənəvi müdafiəni, onların həyatının təhlükəsizliyinin təminatını, cinayətdən müdafiəsini təbii fəlakətlər zamanı fövqəladə hallarda yardım göstərilməsini ifadə edir. Dar mənada sosial müdafiə termini qeyd olunanan müdafiə növlərindən birinin və ya bir neçə növünün həyata keçirilməsi ilə əlaqədar istifadə edilə bilər. Beləliklə sosial müdafiə termini ilə iqtisadi müdafiəni təmin etmək olar və elə bu terminlə eyni vaxta həyata keçirilən iqtisadi hüquqi və mənəvi müdafiəni göstərə bilərik. Belə nəticəyə gələ bilərik ki, sosial müdafiə sistemi hər bir şəxsin özünün və ailəsinin taleyinə məsuliyyət daşıması prinsipinə əsaslanır. Sosial müdafiə proqramları adətən əmək qabiliyyətinin itiriləməsi, işin olmaması və digər səbəblərdən ailəsinin tələblərinin ödənilməsi üçün kifayət qədər vəsaitə malik olmayan vətəndaşlar üçün nəzərdə tutulur. Belə vətəndaşlara qanunvericilikdə müəyyənləşdirilmiş arzu edilməyən hadisələr baş verərkən pul və natural formada yardım təqdim edilir. Bununla yanaşı sosial müdafiə sistemi arzu edilməyən hadisələrin qarşısının alımasına yönəldilmiş tədbirlər həyata keçirilir. Sosial müdafiə sisteminin əsas istiqamət və formalar kompleksi:istehlak qiymətlərinin dövlət tənzimlənməsi. Ümumdövlət miqyasında kifayət qədər dar çərçivədə əsasən də təbii inhisarların və dövlət mülkiyyəti sektorunun fəaliyyəti (qaz, elektrik, enerji, rabitə) ilə bağlı olan qiymətlər tənzimlənir. Qiymətlərə təsir müxtəlif üsullarla həyata keçirirlir. Güzəştli vergilərin köməyi ilə və s. İmtiyazlaırn verilməsi (güzəşt və maddi yardım). İmtiyaz dedikdə müəyyən əhali qrupuna şamil edilən ümumi fəaliyyət qaydaları ilə müqayisədə xüsusi üstünlük başa düşülür. Güzəştlərə misal olaraq, əlillərə müharibə iştirakçılarına pulsuz və güzəştli qiymətlərlə verilən dərmanları nəqliyyayda pulsuz və güzəştli gediş və s. göstərmək olar. Bizdə güzəştlər yalnız əmək qabiliyyətindən məhrum olanlara yox, həm də bir sıra işləyən kateqoriya üçün də (polis hərbiçilər məhkəmə işçiləri və s.) mövcuddur ki bu da tutduqları vəzifə ilə bağlıdır. İmtiyazların problemi onların maliyyə təminatsızlığı ilə bağlıdır. Buna görə də güzəştlərin ünvanlı maddi yardım (subsidiya) formasında olmasına keçid baş verir. Sosial yardım daimi xarakter daşımır. Heç də bütün sosial öhdəçiliyə və dəstəklənməyə ehtiyacı olanlara şamil edilmir. O konkretdir, ehtiyac dərəcəsinin yoxlanılmasını nəzərdə tutur. Sosial yardım müavinətlərinin ölçüsü ailənin üzvlərinin sayı mənzil haqqı və digər kommunal xərclər nəzərə alınıb differensiallaşdırılır və müəyyən olunmuş yaşayış minimumu ilə ailənin mövcud gəliri arasında fərqi təşkil edir. Sosial yardım aşağıdakı formalarda göstərilə bilər:
Nağd və nağdsız pul ödənişləri (maliyyə yardımı müxtəlif növ güzəştlər), natural mədaxil (pulsuz yeməkxanalar, müvəqqəti yaşayış yerləri və s.) və pulsuz güzəştli xidmətlər (təhsil, səhiyyə, və sosial xidmətlər və s.).
İnsan kapitalı konsepsiyasına görə müasir cəmiyyətin əsas dominantı yaradıcı insandır və insan kapitalı davamlı rəqabət qabiliyyətliliyin, sabit inkişafın və həyat səviyyəsinin yüksəldilməsinin əsas təminatçısıdır. O, kreativ kapital olduğundan onun nəzəriyyəsinin əsasında ənənəvi klassik nəzəriyyədəki “iqtisadi insan” modelindən və paradiqmasından tamamilə fərqli olan “kreativ insan” modeli və yeni iqtisadi paradiqma və davranış prinsipi durur. Modelin əsas müddəası müasir insanın öz yaradıcı imkanlarını reallaşdırmaq, şəxsi keyfiyyətlərini inkişaf etdirməkdən ibarətdir. Bu müddəa kreativ iqtisadiyyatın paradiqmasını və prinsiplərini əks etdirir. Bu konsepsiyada fərdin ictimai rolu onun sərvəti ilə deyil, şəxsi keyfiyyətləri ilə müəyyənləşir. O, sosiallaşır və ictimai insana çevrilir.
Kreativ iqtisadi nəzəriyyədə yaradıcı insan mikroiqtisadiyyatın yeganə subyekti kimi qəbul olunur və onun məqsədi özünün kreativ rifahını maksimallaşdırmaqdan ibarətdir. Cəmiyyətin inkişafının müasir mərhələsində yaradıcı əmək, onun məhsulları və onların mübadiləsi əsas yer tutur. Cəmiyyətin bu mərhələsində insanlararası qarşılıqlı fəaliyyət sistemində daha çox sosial əlaqələr və sosioloji metodlardan istifadə üstünlük təşkil edir. İnsan kapitalı dominant olan iqtisadiyyat sosial iqtisadiyyat kimi çıxış etdiyindən ilk əvvəllər insan kapitalına inkişafın sosial amili və insana qoyulan sərmayələrin məcmusu kimi baxılmışdır. Bu cür yanaşma iqtisadi artım nəzəriyyələri baxımından insan kapitalı məsrəf amili hesab olunmuşdur. Lakin sonradan ona iqtisadi yanaşma formalaşmış və hal-hazırda insan kapitalına iqtisadi inkişafın və əmək fəaliyyətinin sosioloji və həm də ən intensiv və məhsuldar iqtisadi amili kimi baxılır. İnsan kapitalı müasir innovativ iqtisadi inkişafın əsası və hərəkətverici qüvvəsidir. İnsan kapitalının inkişaf səviyyəsi bilik ehtiyatları və biliklərin alınmasına və mənimsənilməsinə çəkilən sərmayələrlə müəyyən olunur. İnsan kapitalı digər kapitallardan fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlər onun yığılan və təkrar istehsal oluna bilməsi, öz sahibindən ayrılmaz olması və yalnız onun bilavasitə iştirakı ilə fəaliyyət göstərə bilməsi, onun nə satıla, nə də vərəsəlik qaydasında verilə bilməməsi, onun xidmət müddəti insanın əmək fəaliyyətinin müddəti ilə müəyyənləşməsidir. Bunlardan başqa digər xüsusiyyəti isə ona daim yüksək sərmayə qoyulması lüzumunun olması və bu sərmayənin geri qayıtmasında xeyli vaxt müddətinin olmasıdır. İnsan kapitalı istər əlavə dəyər yaratmaq, istər faydalılıq əmsalı və istərsə də sosial yönümlülük baxımından ən səmərəli kapital növüdür. O, təkcə müasir cəmiyyətin və iqtisadiyyatın hərəkətverici qüvvəsi və əsası olmamış, həm də sənaye cəmiyyətində inkişafın və iqtisadi artımın əsas məhsuldar amili olmuşdur. Bu müasir dövrdə mövcud olan endogen və neoklassik iqtisadi artım nəzəriyyə və modellərin əksəriyyətində öz əksini tapmışdır.
Müasir dövrdə dünya ölkələrinin inkişaf səviyyəsinin fərqli olması məhz insan kapitalının inkişaf səviyyəsi və insan kapitalının yığım norması ilə fərqlənir. Bunu sivilizasiyanın inkişafının və inkişaf etmiş ölkələrin inkişafının empirik tədqiqi və tarixi təcrübəsi göstərir. İqtisadi ədəbiyyatlarda inkişaf etmiş ölkələrin müasir innovativ inkişafını alim-iqtisadçılar inkişafın əvvəlki mərhələlərində intellektual dəyərlərin inkişafına yönələn sərmayələrin qoyulmasının, insan kapitalının yığımının və innovasiya fəaliyyətinin nəticəsi hesab edirlər. Onlar göstərirlər ki, inkişaf etmiş ölkələr xammal-resurs iqtisadiyyatından innovasiya yönümlü iqtisadiyyata insan kapitalının inkişafı sayəsində keçə bilmişlər. Müasir dövrdə güclü inkişafa stimul verən yenə də insan kapitalıdır, ABŞ və aparıcı Avropa ölkələri inkişaflarını insan kapitalı nəzəriyyəsi əsasında müvəffəqiyyətlə təkmilləşdirirlər və özlərinin rəqabətqabiliyyətli milli iqtisadiyyatlarını yaratmağa nail ola bilirlər. Bu ölkələrdə milli sərvətin əsas hissəsini insan kapitalı müəyyən edir. Dünya bankının mütəxəssislərinin hesablamalarına görə bu ölkələrin milli insan kapitalı onların milli sərvətinin 70- 80%-dən çoxunu təşkil edir. Onlar milli büdcələrindən insan kapitalına digər və inkişaf etməkdə olan ölkələrlə müqayisədə 2, 5-3 dəfədən çox vəsait yönəldirlər. Bütün bunlar onu göstərir ki, iqtisadi inkişafda həlledici rolu təbii resurslar, sənaye kapitalı və ümumiyyətlə əmək deyil, yüksək məhsuldarlığa malik olan, intellektual və yaradıcı əməyi formalaşdıran insan kapitalı oynayır. Göründüyü kimi onlarda milli sərvət torpaq rentası və sənaye mənfəəti hesabına deyil, intellektual renta hesabına formalaşır. Deməli müasir iqtisadi inkişafın zəruri şərti xammal və industrial iqtisadiyyat deyil, insan kapitalını formalaşdıran sosial sahələrə, onların institutlarına vəsait qoyuluşuna üstünlük verilməsidir. Mənimsəmə xarakteri daşıyan xammal iqtisadiyyatı industrial və innovativ iqtisadiyyatla müqayisədə sərvət yaradan və onu çoxaldan iqtisadiyyat deyil, o yalnız təbii sərvətləri dəyərə çevirib, onu tükəndirir. Yüksək inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, onlarda iqtisadi inkişafın əsası daha məhsuldar insan kapitalı olmuşdur. İqtisadi cəhətdən inkişaf etmiş ABŞ və aparıcı Avropa ölkələrində son onilliklərdə insan kapitalına sərmayə qoyuluşu fiziki kapitala sərmayə qoyuluşunu əhəmiyyətli dərəcədə üstələmişdir. Mütəxəssislərin hesablamalarına görə, sərmayələrin 70% insan kapitalına, 30% isə fiziki kapitala yönəlmişdir. İnsan kapitalına yönələn vəsaitlər əsasən dövlət vəsaitləri hesabına formalaşır. Bu göstərir ki, müasirlik baxımından bir çox ölkələrin zəif inkişafının və onların sosial-iqtisadi inkişafının geri qalmasının əsas səbəbi insan kapitalının keyfiyyətinin aşağı olması, onun zəif inkişaf etməsi və innovativ fəaliyyət üçün əlverişli mühitin olmamasıdır.
Azərbaycanda iqtisadiyyatın transformasiyası istiqamətində həyata keçirilən islahatların tərkib hissəsi kimi insan kapitalının inkişafında fasiləzisliyin təmin edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi və bütün iqtisadi inkişafda rolunun artırılması ilə bağlı tədbirlər davam etdirilir. Bu, iki səviyyədə (birincisi, insan kapitalının formalaşması və inkişafı üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, ikincisi, əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının fasiləsiz inkişafının, araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması yolu ilə) aparılır.
Dünya İqtisadi Forumunun 2015-ci il üçün açıqladığı “İnsan kapitalının indeksi” hesabatında Azərbaycan 124 ölkə arasında orta sıralarda (63-cü yerdə) qərarlaşmaqla Türkiyə, Çin, İndoneziya və Küveyt kimi ölkələri qabaqlamışdır. Təşkilatın 2016-2017-ci illər üçün açıqladığı Qlobal Rəqabətlilik Hesabatında isə ölkəmiz 138 ölkə arasında 37-ci olmuşdur. Bu, Azərbaycanın formalaşmış insan kapitalına və rəqabət qabiliyyətini yüksəltmək imkanlarına malik olduğunu göstərir. Həmin imkanlardan səmərəli istifadə etməklə qısa və orta müddətli perspektivdə ölkəmizdə insan kapitalını daha da inkişaf etdirmək və rəqabət qabiliyyətini artırmaq mümkündür.
Ötən illər ərzində Azərbaycanda insan kapitalının inkişafı ilə bağlı bir sıra tədbirlər müəyyən edilərək icra olunmuşdur. Hazırda da icra edilən bir çox strategiya, dövlət proqramları və konsepsiyalarda insan kapitalının inkişafı önə çəkilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalının inkişafı, eləcə də bilik və innovasiyalara əsaslanan inkişaf prioritet təşkil edir.
Azərbaycanda insan kapitalının və qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın diversifikasiyası istiqamətində islahatlar aparılır. Həmin islahatların davam etdirilməsi orta və uzunmüddətli dövrdə təhsilin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun və “elm-təhsil-istehsal” əlaqələrinin çevik idarəetmə mexanizminin qurulması, eləcə də şirkətlərin qlobal dəyər zəncirinə qoşulmaqla dünya bazarlarına inteqrasiyası üçün əhəmiyyətlidir.
Daha keyfiyyətli insan kapitalının formalaşdırılması daha çox maddi-mənəvi fayda əldə etməyə və rəqabətqabiliyyətliliyi yüksəltməyə imkan verir. Ali təhsil insan kapitalının formalaşmasında və inkişafında mühüm mərhələ hesab olunur. Onun insan kapitalının formalaşması və inkişafına təsiri özünü iki şəkildə büruzə verir: insan kapitalının formalaşmasında birbaşa iştirak edən ixtisaslı mütəxəssislərin hazırlanması və yeni biliklərin yaranmasında, tətbiqində, eləcə də ötürülməsində birbaşa iştirak. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda yaxın və uzaq gələcəkdə də insan kapitalının inkişafı diqqət mərkəzində olacaqdır.
Ədəbİyyat
1. İnsan kapitalının inkişafı iqtisadi strategiyanın əsas hədəflərindən biridir. http://ucnoqta.az/news/14075
2. İnsan kapitalının inkişafı strateji hədəf kimi yaxın və uzaq gələcəkdə də diqqət mərkəzində olacaq. http://www.azerbaijan-news.az/index.php?mod=3&id=127344
3. Березина А. С. Интеграция скандинавской модели //ББК 63+ 66 В74. – 2012. – С. 160.
4. Корчагин Ю. А. Широкое понятие человеческого капитала. Воронеж: ЦИРЭ, 2009.
5. Корчагин Ю. А. Эффективность и качество национальных человеческих капиталов стран мира. Воронеж: ЦИРЭ, 2011. С. 3
6. Корчагин Ю. А. Эффективность и качество национальных человеческих капиталов стран мира. Воронеж: ЦИРЭ, 2011. С. 3
7. Нестеров Л. , Аширов Г. Национальное богатство и человеческий капитал. // ВЭ. 2003. № 2
8. Gary S. Becker. Human Capital and Poverty Alleviation. http://documents.worldbank.org/curated/en/121791468764735830/pdf/multi0page.pdf
Lamiyə Bağırlı
Azərbaycan Turizm və Menecment
Universiteti
"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM