Əsrlər boyu Azərbaycanın elm, mədəniyyət və siyasi mərkəzlərindən biri olan Dərbənd şəhəri Azərbaycan tarixinə olduqca böyük töhfələr vermişdir. Qədim tarixə malik olan Azərbaycanın bu şəhərində, müxtəlif zamanlarda onlarla görkəmli şəxsiyyətlər yetişmiş, elm, təhsil, maarif və digər sahələri inkişaf etmişdir. Bu şəhərin elm və təhsil sahəsi haqqında, müxtəlif dövrlərdə yaşamış tarixçilər, coğrafiyaşünaslar, səyyahlar olduqca maraqlı məlumatlar vermişlər.
Rusiya işğalına qədər Dərbənd(1806) şəhərində təhsil sistemini əsasən məhəllə məscidlərinin nəzdindəki ibtidai məktəblər təşkil edirdi. XVIII əsrdə Dərbənddə olmuş coğrafiyaşünas Zəkəriyyə əl-Qəzvini yazırdı ki, şəhərdə "…çoxlu qüllələr var və hər bir qüllədə dini elmlərlə məşğul olanlar üçün mədrəsə var". Məscid nəzdindəki məktəblərdən başqa, bəzi mollalar öz evlərində məktəblər açırdılar və bu məktəblərdə 10-20 uşaq təhsil alırdı. Bir qayda olaraq məktəblərdə oğlanlar və qızlar ayrılıqda təhsil alırdılar. Qızlar məktəbində qadınlar, oğlanlar məktəbində isə kişilər dərs deyirdi (2, 107-108).
Dərbənd şəhərində 1849-cu ildə yeni bir məktəb açılmışdır. Lakin məktəb 6 ildən sonra bağlandı. 1855-ci ilə məktəb Temir-Xan Şuraya köçürüldü.
1877-ci ildə qəza məktəbi 3 illik sinif şəhər məktəbinə, 1898-ci ildə isə 4 illik sinif məktəbinə çevrilmişdir. 1893-cü ildə məktəbdə 135 nəfər təhsil alırdı. Onlardan 50 nəfər – pravoslav. 50 nəfər – erməni, 29 nəfəri – müsəlman və 6 nəfəri başqa dinlərdən idi.
Məktəbdə rus və fars dillərini tədris etmək üçün Mirzə Mehdibəy Həşimbəyov dəvət olunmuşdu.
1864-cü il sentyabrın 7-də Dərbənddə qızlar üçün məktəb açıldı. Bu məktəbdə aşağıdakı millətlərin nümayəndələri təhsil alırdı:
- Müsəlman qızları – 11 nəfər;
- Tabasaran dairəsindən – 2 nəfər;
- Kürinsk xanlığından – 2 nəfər;
- Rus qızları – 4 nəfər;
- Erməni qızları – 1 nəfər
Bu məktəb 1873-cü il iyunun 20-də bütün təbəqələrdən olan qızlar üçün 4 illik təhsil məktəbinə çevrilmişdir. 1898-ci ildə məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev bu məktəbə 400 rubl yardım etmişdir. 1900-cü ildə məktəb 3 illik təhsilli progimnaziyaya çevrilmişdir. 1904-cü ildə isə gimnaziya olmuşdur.
XX əsrin əvvəllərində Dərbənd şəhərində tədris müəssisələrinin sayı artmaqda idi. Biz bunu 1915-ci il statistikasından da görə bilərik:
1915-ci ildə şəhərdə olan tədris müəssisələrinin sayı
Məktəblərdə oxuyan şagirdlərin milli tərkibi:
1. Yadellilər 297 nəfər;
2. Ruslar 244 nəfər;
3. Gürcülər 10 nəfər;
4. Ermənilər 214 nəfər;
5. tatarlar 86 nəfər;
6. Dağlılar 12 nəfər;
7. Avropa yəhudiləri 14 nəfər;
8. Dağ yəhudiləri 32 nəfər;
9. Digər millətlər 14 nəfər.
Statistik məlumatlara görə 1891-ci illə müqayisədə 1915-ci ildə şəhərdə şagirdlərin sayı 4,12 dəfə artmışdır. 1000 nəfər sakinə 66,3 şagird düşürdü və bu rəqəm 1891-ci ilə nisbətən 1,8 dəfə çox idi. Bu dövr ərzində qız şagirdlərin sayı 8,3 dəfə artmışdır (10, 355).
1917-ci ilə qədər Dərbənd şəhərinin təhsil müəssisələrinin statistikası aşağıdakı kimidir: (10, 355)
1917-ci ilə qədər olan Dərbənd təhsil müəssisələrində şagirdlərin sayı:
Bu dövrdə dövlət məktəbləri ilə yanaşı məscidyanı məktəblərdə öz mövqeyini qorumaqda idi. 1832-ci ilin məlumatına əsasən məscidyanı məktəblərdə kişi cinsindən olan 250 uşaq təhsil alırdı. Onlardan 130 nəfəri imkansız ailələrdən, 70 – tacir, 25 – bəy, 25 – ruhani ailəsindən idi.
1834-cü ildə icazəsiz fəaliyyət göstərən bütün məktəblərin bağlanması haqqında Əlahəzrətin əmri çıxdı. Əlahəzrətin əmrinə baxmayaraq, şəhərdə məscidyanı məktəblər fəaliyyət göstərməkdə davam edirdi. Hətta şəhərdə kübar məktəblər açıldıqdan sonra da məscidyanı məktəblər haqqında məlumatlar rəsmi statistikaya daxil edilmişdir.
1873-cü ildə şəhərdə 394 nəfər şagirdi olan 18 məscidyanı məktəb, 1887-ci ildə 164 şagird olan 6 məktəb, 1913-cü ildə 270 nəfər şagirdi olan 10 məktəb (onlardan 40 nəfəri qız, 1915-ci ildə 213 nəfər şagirdi olan 10 məktəb (52 qız) fəaliyyət göstərmişdir (10, 394).
1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra məscidyanı məktəblər qadağan olundu.
Rus qəza məktəbi – Dərbənddə açılmış Dağıstanda ilk rus tədris müəssisəsi olmuşdur.
Şəhərdə dövlət tədris müəssisəsinin açılması haqqında məsələ rəsmi olaraq 1828-ci ildə general Saqin tərəfindən qoyulmuşdur. O, kənd təsərrüfatı bağçılıq üzrə tədris kursunun Azərbaycan dilində olmasını təklif etmişdir.
Oxşar vəsatət 1829-cu ilin aprelində Qafqaz canişini general-feldmarşal İ.F.Paskeviç (1827-1830) tərəfindən, 1834-cü ilin fevralında isə Qafqazda baş komandan olan baron Rozen tərəfindən təkrar olunmuşdur. 1835-ci ilin sonunda 12 may 1835-ci il tarixli "Zaqafqaziya texnikumları haqqında Əsasnamə"yə əsasən Dərbənddə Rus qəza məktəbinin açılması rəsmi elan olunmuşdur. Məktəbdə yalnız oğlanlar təhsil alırdı. Məktəb 3 sinifli planlaşdırılmışdır – hazırlıq və 2 təhsil sinfi. 3-cü sinifdə tədris fənləri rus dilində, 1 və 2 siniflərdə tədris fənləri Azərbaycan dilində aparılırdı. Ona görə də Azərbaycan dilinin öyrənilməsi vacib sayılırdı.
Məktəbdə 5 müəllim işləyirdi. Onlardan biri tərbiyəçi idi. Şəhərin komen-dantı podpolkovnik Şnitnikov məktəbin fəxri tərbiyəçisi təyin olunmuşdur.
1838-ci il yanvarın 2-də məktəbdə dərslər başlanmışdır. Şəhərin yuxarı hissəsində yerləşən 6 və 3 otaqlı iki yaşayış evi məktəb üçün icarəyə götü-rülmüşdür.
Məktəb açılan ili bura 35 şagird qəbul olunmuşdur. 1867-ci ildə rus şagirdlərinin Azərbaycan dilini öyrənməsi ləğv olunmuş və onun əvəzinə latın və fransız dilləri tətbiq olunmuşdur. İllik təhsil haqqı 8 rubl idi.
1877-ci ildə qəza məktəbi 4 sinifli şəhər məktəbinə çevrilmişdir. Məktəbin 50 illik yubileyi zamanı (2 yanvar 1888-ci il) bu tədris müəssisəsində 1410 cild kitabı olan fundamental kitabxana, 273 cildli kitabı olan şagird kitabxanası, 117 cihazlı fizika kabineti fəaliyyət göstərmişdir.
Məktəbdə 50 il ərzində təhsil alan şagirdlərin sayı
Məktəbdə 1913-cü ildə 133 nəfər, 1915-ci ildə isə 94 şagird təhsil almışdır. Sovet hakimiyyəti ölkədə təhsil islahatı aparanadək məktəb fəaliyyət göstərmişdir.
Müsəlman məktəbi – 1848-ci ilin may ayında Dərbənd şəhərində açılmışdır. Bu rus qəza məktəbindən sonra şəhərdə ikinci dövlət təhsil müəssisəsi idi. Dərbənddəki müsəlman məktəbi canişin M.S.Voronsovun göstərişi ilə Qafqazda açılmış 8 məktəbdən biri idi. Məktəbin nizamnaməsində deyilirdi ki, burada təhsil almaq üçün "bütün azad təbəqədən olan" müsəlmanların uşaqları qəbul olunur. Məktəbdə Azərbaycan, rus, ərəb dilləri, coğrafiya, tarix, hesab, hüsnxət, "rus qanunları" haqqında ümumi anlayış, geniş istehsalının qayda və formaları tədris olunurdu. Burada uşaqlar pulsuz təhsil alırdılar və dövlət himayəsində saxlanılırdılar (10, 338).
Qafqaz müsəlman məktəblərinin təşkilində o dövrdə Qafqaz canişininin xüsusi işlər üzrə məmuru işləyən məşhur rus oriyentalisti N.Xanıkovun böyük rolu olmuşdur. Məktəbin plan və proqramlarının işlənməsi, onun müəllimlərlə komplektləşdirilməsi Xanıkovun məsləhətləri nəzərə alınmaqla aparılırdı. Onun məsləhəti ilə "…məktəbin baş müəllimi vəzifəsinə Dağıstanda ilk alim mollalardan sayılan Ayqun-kadi Canqutay dəvət olunmuşdur". Rus və fars dillərini tədris etmək üçün podporuçik Mirzə Mehdi bəy Haşımbəyov dəvət olunmuşdur. Məktəbin otaqları xüsusi evdə yerləşirdi və illik icarə pulu 300 rubl idi. Birinci il məktəbə 30 şagird sənəd vermişdir. Onlardan 10 nəfəri Dərbənddən idi.
1849-cu ildə artıq məktəbdə 64 şagird var idi. Onlardan 10 nəfəri Dərbənddən idi. 1850-ci ildə – 42 şagird, 10-u Dərbənddən idi. 1851-ci ildə – 56 şagird, 8-i Dərbənddən idi. Sonrakı illərdə şagirdlərin miqdarı azalmağa başladı və 1854-cü ildə məktəbdə yalnız 20 şagird qaldı.
Xəzəryanı vilayətdə qoşun komandanı olan knyaz Orbeliani məktəbi Temir-Xan Şuraya köçürməyi təklif etdi. 1856-cı il yanvarın 16-da Dərbənddəki məktəb bağlandı və Temir-Xan Şura şəhərinə köçürüldü (10, 339).
Qadın məktəbi – Dərbənd şəhərində 1873-cü il iyunun 20-də müsəlman qızları üçün ibtidai məktəbin bazasında yaradılmışdır.
Qadınlar üçün gimnaziya – Dərbənd şəhərində 1900-cü ilin sentyabr ayında müsəlman qızları üçün ibtidai məktəbin bazasında yaradılmışdır. Bu gimnaziya 3 sinifli, ödənişli təhsildən (illik təhsil haqqı 20 rubl) ibarət idi. Bu məktəb Bakı quberniyasının xalq məktəbləri direktorunun nəzarəti altında idi.
1904-cü ildə bu gimnaziya Qadın gimnaziyasına çevrildi (10, 202-203).
Realnı məktəb. Dərbənddə oğlanlar üçün orta təhsil müəssisəsinin açılması məsələsi uzun müddət həll olunmamış qalırdı. Hələ 1882-ci ildə şəhər ictimaiyyəti Qafqazda mülki hissələrin baş rəisi knyaz Dondukov-Korsakova bu məsələnin həll edilməsinə kömək etmək üçün müraciət etmişdir. Hətta, 1884-cü ildə Dərbənddə oğlanlar gimnaziyasının saxlanması üçün xərclərin maddəsi də təhsil Nazirliyinin smetasına daxil edilmişdir. Lakin smetanın təsdiqi zamanı bu maddəni çıxarmışlar. 1897-ci ildə şəhər müvəkkil olunmuşların iclası bu məsələni yenidən qaldırdı, lakin bu məsələ dövlət rəhbərləri tərəfindən qəbul edilmədi. 1899-cu ildə yenidən ali hakimiyyət orqanlarına şəhərdə oğlanlar üçün gimnaziyanın açılması barədə müraciət etdilər və hər il bu məktəbə şəhər vəsaitlərindən 2 min rubl, binanın tikilməsi üçün təmənnasız torpaq sahəsi və avadanlıq almaq üçün 5 min rubl ayırmağa söz verdilər. Lakin Dağıstan vilayətinin hərbi qubernatoru general Tixanov bu dəfə də xahişi rədd etdi.
Şəhər hakimlərinin hesabına görə yeddisinifli və bir hazırlıq sinifli gimnaziyanın saxlanması üçün illik xərc 40 min rubldan yuxarı deyildi. Avadanlıq, kitab, dərs vəsaitlərinin alınması üçün ayrıca smeta tərtib edilmişdir. Şagirdlərin sayı belə planlaşdırılmışdır: hazırlıq sinfi – 40 nəfər, 1, 2, 3 və 4 siniflərdə – hər sinifdə 35 nəfər, 5, 6 və 7 siniflərdə – hər sinifdə 30 nəfər şagird. İllik təhsil haqqı 50 rubl müəyyən edilmişdir. Bütün bunlara baxmayaraq, vəsait olmadığı üçün yenidən şəhər sakinlərinin xahişi rədd edilmişdir.
1902-ci il avqustun 27-də şəhər müvəkkili olunmuşların iclası Qafqaz tədris dairəsinin hamisindən teleqram almışdır. Teleqramda deyilirdi: "Maarif Naziri 19 avqust teleqrammı ilə Dərbənddə realnı məktəbin şəhər vəsaitləri hesabına açılmasına icazə verilmişdir". 1902-ci il oktyabrın 1-də məktəbin açılışı olmuşdur. S.D.Netatkeviç məktəbin ilk direktoru olmuşdur (10, 405-408).
Ümumiyyətlə, XIX əsr - XX əsrin əvvəllərində Dərbənd şəhərində istər məscidyanı mədrəsələr, istərsə də dövlət məktəbləri geniş şəkildə fəaliyyət göstərmişdir. Bunun da nəticəsində şəhər əhalisinin ictimai şüuru və təfəkkür tərzində yeni mütərəqqi baxışlar meydana gəlmişdir. Heç təsadüfi deyildir ki, XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi proseslərdə Dərbənd şəhərində yetişən siyahıların və mütəfəkkir siyasi xadimlərin xüsusi rolu olmuşdur.
Ədəbİyyat
1. Azərbaycan Milli Ensiklopediyası. Bakı, 2007.
2. Azərbaycan tarixi. Yeddi cilddə. IV cild. Bakı, 2007.
3. Azərbaycan tarixi. (1900-1920-ci illər). Yeddi cilddə. V cild. Bakı, 2007.
4. Абдуллаев М.А. Мыслители Дагестана XIX - нач. ХX вв. Махачкала, 1963 г.
5. Абдуллаев М.А. Из истории научной и педагогичепской мисли досоветского Дагестана. Махачкала, 1986 г.
6. Бартольд В.В. Дербент. Соч., т.3 М., 1965 г.
7. Гаджиев М.Г., Даудов О.М., Шихсаидов А.Р. История Дагестана. Махачкала, 1996.
8. Гаджиева С.С. Дагестанские азербайджанцы. М., 1999.
9. Гаджибабаев С.Ш. Культура Азербайджана в период первой русской революции (1905-1907). Баку, 1990.
10. Гусейнов Г. Энциклопедия города Дербента. Москва, 2009.
11. Гусейнова Д.С. Интеллигенция Азербайджана в конце Х1Х-начале ХХ в., Б, 1993.
12. Джахиев ГА. Россия и Дагестан в начале XX века; Махачкала, 1985.
13. Каймаразов Г.Ш. Очерки истории культуры народов Дагестана. М., 1967.
14. П а ш а е в А. Очерки истории начального образования на Кавказе (в XIX - начале XX вв.), Баку, 1991.
15. Xəlilov N. Azərbaycanda məktəb və pedaqoji fikir tarixindən. Bakı, 1998.
16. Селимханов А.Г. Из истории просвещения в Дагестане ХIХ веке. Учебные записки ДГЖПИ. Махачкала, 1959.
17. Таирзаде.Н.А. К истории создания учебных пособий по Азербайджанскому языку, для русских, учебных заведений Закавказья в 30-50-е гг. XIX в. // Известия АН Азерб. ССР. Серия общ. наук, 1963, № 2, стр. 39-54.
18. Таирзаде Н.А. О мусульманских училищах в Азербайджане в 40-50-е годы XIX в. // Труды музея истории Азербайджана. Б., 1962.
19. Таирзаде Н.А. К участию кавказцев студентов Московского университета в рев. движении России в конце 60-х годов XIX в. // Известия АН Азерб. ССР. Серия ист. филос. и права. 1964, № 4, стр. 27-41.
20. Таирзаде Н.А. Численность и состав учащихся русских учебных заведений в Азербайджане в 40-50-х гг. XIX в. // Известия АН Азерб. ССР. Серия ист. филос. и права. 1964, № 1.
Açar sözlər: Təhsil, Dərbənd, Azərbaycan, Rusiya
Ключевые слова: Образование, Дербент, Азербайджан, Россия
Key words: Education, Derbent, Azerbaijan, Russia
Н.М.Гаджиев
Некоторые вопросы просвещения города Дербента
ХIХ-ХХ веков
РЕЗЮМЕ
Дербент издревле являлся одним из центров азербайджанской науки и культуры. В исследуемый период в Дербенте действовали как медресе, так и государственные школы. В результате развития просвещения и образования формировалось национальное самосознание местного населения.
N.M.Hajiyev
Some educational problems of Derbent nineteenth
and twentieth centuries.
ABSTRACT
Derbent ancient times was one of the centers of Azerbaijani science and culture. In the analyzed period in Derbent acted as madrassas and public schools. As a result, the development of teaching and education formed the national consciousness of the local population.
Niyaməddin Hacıyev
Gəncə Dövlət Universitetinin baş müəllimi
"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM