Geosiyasi maraqların toqquşduğu arena: Yaxın Şərq və hadisələrin pərdəarxası

21:21 / 25.05.2018

Son dövrlərdə Yaxın Şərqdə baş verən hadisələr bütün dünya ictimaiyyətinin diqqətini öz üzərinə çəkib. Bütün dövlətlərin maraqları məhz bu regionda toqquşur. Əlbəttə ki, Şərqin təbii zənginliklərinin istismarına imkan verəcək yeni işğal planının arxasında bəzi mühüm məqamlar vardır. Ərəb baharı, Afrikadan Mərkəzi Asiyaya qədər əməliyyatların əsasında "fəlakət kapitalizmi”, yəni beynəlxalq terrorizmlə mübarizə adı altında qlobal sərmayəyə yeni pul kanallarının açılması dayanır. Xüsusilə müsəlman ölkələrində oyuncaq dövlətlər qurulmaqda, ölkələr terror bataqlığına çevrilməkdədir. 11 sentyabr 2001-ci ildən etibarən Yaxın Şərqdə eyni ssenari oynanır. Müharibələr, ölkələrin daxili işlərinə müdaxilələr, rejimlərin dəyişdirilməsi, terror qruplarının yaradılması, onlara silah və maliyyə dəstəyinin verilməsi, mülki vətəndaşların öldürülməsi, köçlər, təbliğatlar, qeyri-qanuni sərmayələr, işgəncələr və qanunsuz həbslər bu ssenarinin bir parçasıdır.

Böyük Orta Şərq layihəsi çərçivəsində 1916-cı ildə Sykes-Picot (Sayks-Pikot) anlaşması ilə yaradılan süni dövlətlərə əsaslanan Orta Şərq xəritəsi yenidən cızılmaqdadır. Demokratiya adı altında müharibəyə səhnə olan İraq bölünməkdə, Əfqanıstanın gələcəyi qaranlıq, Şimali Afrika ölkələrinin vəziyyəti qarışıq, Suriya daxili müharibələrlə parçalanmaqdadır. Yaradılan terrorist qruplar – İŞİD (İraq-Şam İslam Dövləti), Əl-Nusra, PKK, Boko Haram kimi çox sayda təşkilatlar Böyük Güclərin maraqlarına xidmət edir. Bu terror təşkilatları sayəsində ABŞ və müttəfiqləri başda neft ölkələri olmaqla zəngin təbii sərvətlərə sahib olan dövlətlərdəki rejimləri dəyişdirmək istəməkdə, xüsusi təyinatlı dəstələri ilə terroristlərə hərbi təlim keçirlər. Qısacası, ABŞ və müttəfiqləri terrorla mübarizə yerinə, terror sayəsində xarici siyasətlərini həyata keçirir, müxtəlif terror təşkilatları yaradaraq onlardan faydalanırlar. Heç şübhə yoxdur ki, gələcəkdə məqamı yetişdiyində fərqli adlar altında yeni terror təşkilatları da ortaya çıxacaqdır. Bütün bunların ortaq məxrəcində isə ABŞ-ın və onun müttəfiqlərinin məqsədlərinə xidmət edən xaos şəraiti, ələ keçiriləcək neft bölgələri və geosiyasi maraqlar dayanır.

Son dövrlərdə Yaxın Şərqdə, xüsusilə də Suriyada baş verən hadisələr Böyük Güclərin əsl plan və niyyətlərini üzə çıxardı. Kimyəvi silahlardan istifadə edilməsi məsələsi bəhanə edilərək Suriyaya müdaxilələr edildi. Məsələnin mahiyyətinə varmaq üçün hadisələrin dərinliyində gizlənən pərdə arxası məqamların ciddi şəkildə araşdırılıb təhlil edilməsi lazım gəlir. Burada diqqəti çəkən əsas cəhət isə enerji amilidir.

Enerji ehtiyatlarına duyulan ehtiyacın artması neft amilini strateji bir vasitə, Yaxın Şərqi də bu strateji vasitənin geoiqtisadi hövzəsi olaraq geosiyasi rəqabət meydanına çevirmişdir. Yaxın Şərqin dünya neft ehtiyatlarının önəmli bir hissəsinə sahib olması bölgənin strateji restrukturizasiyasına, eyni zamanda qlobal və regional güclərin bu restrukturizasiya içərisində tutduqları mövqeyə təsir etmiş və etməyə davam edəcəkdir.

Bu bir həqiqətdir ki, XXI əsrdə bütün dünya dövlətləri neftin əhəmiyyətini dərindən idrak edirlər. Keçmişdə olduğu kimi, günümüzdə də Böyük Güclər neftin mütləq hakimi olmaq niyyətindədirlər. Məlum olduğu kimi, neft dünyanın ən güclü təbii qaynağı və dünyanı idarə edən əsas qüdrəti olmuşdur, bu gün də vəziyyət eyni şəkildə davam edir. Neft neçə-neçə dövlətləri oyuncağa və alətə çevirmiş, böyük, kiçik bir çox yeni yaranan dövlətlərə azadlıq verdiyi kimi, qocaman imperiyaları və dövlətləri də tarix səhnəsindən silmişdir. Bu maye üçün insan deyilən varlığın zərrə qədər də olsun dəyəri yoxdur. Məşhur siyasətçi Uinston Çörçilin 1936-cı ildə İcmalar Palatasında neftin əhəmiyyəti barədə dediyi sözlər olduqca düşündürücüdür: "Bir damla neft bir damla qandan daha qiymətlidir”.

Bu baxımdan Yaxın Şərq bölgəsinin Böyük Güclərin geosiyasi maraqlarında necə önəmli bir yerə sahib olduğunu anlamaq o qədər də çətin deyil. Suriya müharibəsi sadəcə Suriya ilə məhdud qalan bir qarşıdurma olaraq dəyərləndirilməməlidir. Bəsrə Körfəzi sahil ölkələrindəki enerji yataqları, Şərq Aralıq dənizindəki enerji mənbələri və bunların dünya bazarlarına nəqli, Böyük Yaxın Şərq layihəsi və ya Genişləndirilmiş Yaxın Şərq layihəsi, bu bölgələrdən dünya hakimiyyəti strategiyasında yararlanmaq üçün işğal cəhdləri, Rusiyanın amerikan mühasirəsini Yaxın Şərqdə yarmaq niyyəti və s. kimi məsələlər nəzərə alınarsa, Suriyada baş verən hadisələrin geosiyasi maraqların toqquşduğu arena olduğu açıqca ortaya çıxar.

Mövzu ilə bağlı çoxsaylı suallar yaranır: Suriyadan kimlər nə istəyir? Suriya kimi nisbətən balaca bir ölkə nəyə görə Böyük Güclər arasındakı maraqların toqquşduğu arenaya çevrilib?

Cavab aydındır: Suriya amerikan imperializminin "Genişləndirilmiş Yaxın Şərq layihəsi”nin başlıca tərkib hissəsi olmasaydı və ya planın mərkəzində yer almasaydı, İsrail kimi bir dövlətlə qonşu olmasaydı, Bəsrə Körfəzindən Avropa və dünya bazarlarına enerji nəqli üçün boru xətti rəqabəti olmasaydı, İranın "şiə hilalı” anlayışından yola çıxaraq Şərqi Aralıq dənizinə enmə strategiyası olmasaydı, ən önəmlisi isə Şərqi Aralıq dənizində trilyonlarla dollar dəyərində neft-qaz yataqları kəşf edilməsəydi, Böyük Güclər arasındakı geosiyasi toqquşma bu bölgədə baş verməzdi.

Bu müharibədən məğlub çıxmaq amerikan imperializmi baxımından Yeni Dünya Nizamının çökməsi, rus imperializmi baxımından Yaxın Şərqdən uzaqlaşdırılmaq, Avropa ölkələri baxımından təbii ehtiyatlara möhtac olmaq və nüfuzunu itirmək, İran baxımından "şiə hilalı” strategiyasından əl çəkmək, Türkiyə baxımından bölgədə zəif vəziyyətə düşmək, hətta parçalanmaq təhlükəsi anlamına gəlir. Bu baxımdan Suriya və ümumi mənada Yaxın Şərq "qurdlar süfrəsi”dir. Bu süfrədə hər bir hegemon və regional dövlət öz gücünə görə yer almaq istəyir. Digər bir ifadə ilə, bu süfrə qlobal və regional olmaqla geosiyasi bir süfrədir. Vaxtilə yetişdirilib təlimatlandırılaraq siyasi arenaya çıxarılan müəyyən qruplar, xüsusilə də "Böyük Güclərin məkrli planlarının icraçıları” kimi xarakterizə oluna biləcək terrorist qruplar üzərindən aparılan bu müharibədə indi əsas aktorlar ortaya çıxmışdır. Şərqi Aralıq dənizinə hakimiyyət -hazırda Suriyaya hakim olmaqdan keçir. Bu baxımdan Suriyada baş verən hadisələr və müharibə kənar güclərin müdaxiləsi ilə bir-birinə təsir edən qlobal və regional mahiyyətli qarşıdurmadır.

Yeni Dünya Nizamı, "Genişləndirilmiş Yaxın Şərq layihəsi” əslində ABŞ-ın Avrasiya, daha dəqiq bir ifadə ilə Afro-Avrasiya geosiyasətinin bir parçasıdır. Bu geosiyasətin reallaşa bilməsi üçün bəzi bölgələrin və ölkələrin də nəzarət altına alınması zəruri hesab olunur ki, Yaxın Şərq bunların başında gəlir. Başqa sözlə desək, Yaxın Şərq Avrasiyanın qəlbidir. "Genişləndirilmiş Yaxın Şərq layihəsi” əslində bizim bildiyimiz Yaxın Şərqin sərhədlərini aşır, Afrikadan, onun Aralıq dənizinə sahildaş ölkələrindən Türkiyəyə, İrana, Əfqanıstana, Pakistana qədər uzanan əraziləri əhatə edir. Bu strategiya əslində Rusiya və Çini çənbərə almaq, bu dövlətləri sıxışdırmaq siyasətini güdür.

XXI əsrdə beynəlxalq siyasətdə hakim olan anlayış budur ki, bütün dünyaya hakim olmağın yolu Avrasiyaya hakim olmaqdan keçir. Günümüzdə "yeganə super güc” mövqeyində olduğu üçün Avrasiya geosiyasətini detallandıran, buna görə strategiya müəyyənləşdirən və addımlar atan tək ölkə ABŞ-dır. ABŞ ekspansionizminin dünya hakimiyyəti üçün müəyyənləşdirdiyi və inkişaf etdirdiyi geosiyasət təkqütblü hakimiyyəti hədəfləyir. Amerikan ekspansiyasının dünya hakimiyyəti üçün Avrasiyaya yönəldiyini görən digər aparıcı güclər bu geosiyasi anlayışın reallaşmaması üçün mübarizə aparırlar. Digər bir ifadə ilə, Avrasiya geosiyasəti günümüzdə böyük güclər arasındakı ziddiyyət və qarşıdurmaların kəskinləşdiyini göstərir. Bu baxımdan baş verən hadisələri və qarışıqlıqları Avrasiyaya hakim olmaq üçün müəyyənləşdirilən strategiyaların tərkib hissəsi kimi xarakterizə etmək mümkündür. Lakin bir məsələni də gözdən qaçırmamaq lazımdır ki, Avrasiya, üzərində qlobal hakimiyyət mübarizəsinin aparıldığı bir şahmat lövhəsidir. Bu lövhədə kimin "mat” olacağını isə əlahəzrət "Zaman” özü göstərəcək.

Emin Arif Şıxəliyev,

AMEA Naxçıvan Bölməsi, tarix üzrə fəlsəfə doktoru, dosent


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM