Azərbaycanın dövlət başçısının hər addımı erməniləri təşvişə salır. Onlar İlham Əliyevin apardığı siyasətin potensialını və real gücünü yaxşı bilirlər. Dəfələrlə təcrübədə bunun şahidi olublar. Bu dəfə də Azərbaycan Prezidentinin Naxçıvana səfərinə Ermənistanda çox əsəbi reaksiya veriblər. Bu ölkənin rəsmi şəxsləri o dərəcədə reallıq hissini itiriblər ki, "Naxçıvanı geri qaytarmaq lazımdır" kimi absurd sayıqlamalara uyublar. Naxçıvan harada idi ki, geri qaytarırlar? Bu qədim və gözəl Azərbaycan diyarı həmişə aid olduğu yerdədir – Azərbaycanda! Təbii ki, bu həqiqəti hətta ermənilər belə bilirlər. Lakin Ermənistan siyasi və analitik dairələrinin ifadə etdiyi bir sıra fikirlərin işığında meydana çıxa biləcək geosiyasi vəziyyət üzərində bir qədər ətraflı dayanmağa dəyər.
Erməni xülyası: acizlikdən yaranan çaşqınlıq
Ermənistanda hakimiyyət dəyişikliyinin cəmiyyətdə bir nikbinlik yarada biləcəyi ilə bağlı bəslənən ümidlər puça çıxıb. Yenə də Azərbaycanın atdığı addımlardan, Ermənistan rəhbərləri də daxil olmaqla, bütövlükdə siyasi dairələr təşvişə düşüb. Bu da sadə insanlarda, əslində, Ermənistanda hakimiyyət dəyişikliyinin qondarma bir proses olduğu rəyini yaratmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri zamanı ifadə etdiyi fikirlərə Ermənistan rəhbərliyinin reaksiyası bu tezisi bir daha təsdiq edir.
Naxçıvanda İlham Əliyev Ordunun hərbi əməliyyatlara yüksək səviyyədə hazır və düşmənə dağıdıcı əks-zərbə endirmək qüdrətində olduğunu bəyan etmişdi. Naxçıvanda yerləşən hərbi hissələrimiz müasir silahlarla təchiz edilib və lazım gəldikdə, əks-hücuma keçərək Ermənistan ordusunu darmadağın edə bilər.
Dövlət başçısının bu fikirlərinə dərhal İrəvan reaksiya verib. Ermənistanın müdafiə və xarici işlər nazirləri Naxçıvanla sərhəddə olan ərazilərə gedərək bir neçə hay-küylü fikir bildiriblər. İrəvanda isə Naxçıvanı işğal etməklə bağlı fikirlər səslənməyə başlayıb. Ermənilərin İlham Əliyevin məhz yuxarıda xatırlanan fikirləri ifadə etməsindən sonra belə hay-küy salmaları onu göstərir ki, qorxularından absurd şeylər uydurmağa başlayıblar. Onlar yaxşı bilirlər ki, nəinki Naxçıvana bir qarış belə daxil ola bilməzlər, hətta işğal etdikləri bütün Azərbaycan torpaqlarından tezliklə qovulacaqlar. Lakin erməni rəsmi dairələri üçün daxildə nüfuzunu qoruyub saxlamaq çox önəmlidir. İnsanlar anlamağa başlayırlar ki, Nikol Paşinyanın hakimiyyətə gəlişi faktiki olaraq müsbət heç nə vəd etmir. O, bir xəyalpərəst populist, məhdud düşüncəli ultramillətçidir. Bunun fonunda N.Paşinyan və onun komandasına etibar sürətlə azalır. Təbii ki, bu nüfuz itkisini kompensasiya etmək lazımdır. Erməni işğalçıları üçün indi ən asan üsul məqsədli hərbi əzələ nümayiş etdirməkdən ibarətdir.
Reallıqda isə rəsmi erməni dairələri başa düşürlər ki, Azərbaycan Ordusu onlardan qat-qat güclüdür. Çox qısa zamanda bu Ordu İrəvana belə daxil ola bilər. Bunun üçün Ermənistanın havadarlarının bitərəf mövqe tutmaları kifayətdir. Ancaq təəssüf ki, bu, hələ baş vermir, əksinə, okeanın o tayından Ermənistana yeni təklif gəlib. ABŞ-ın müdafiə naziri yazıb ki, Ermənistanla idarəçilikdə islahatlar üçün 140 milyon dollar yardım məsələsini müzakirə edə bilərlər. Ekspertlər bunu həm də Vaşinqtonun Ermənistanda Rusiya maraqlarına hücumu kimi də qiymətləndirirlər.
Konkret deyilsə, ABŞ hakimiyyəti N.Paşinyana çatdırır ki, hökumətə dəstək məqsədilə maliyyə yardımı edə bilər, lakin bir şərtlə: hakimiyyətdə real islahatlar aparılmalı və müstəqil siyasət yeridilməlidir. Hamı bilir ki, bu, faktiki olaraq Moskvanın Ermənistandakı dayaqlarına zərbə vurmaqdır. Ermənistanda həqiqi islahatlar aparmaq mümkün olsaydı, bu günə qədər onlar aparılardı. İslahatların qarşısında dayanan başlıca maneə bu ölkənin kənar qüvvələrin təsiri altında olmasıdır.
Bunların fonunda Naxçıvanla bağlı yalan informasiyalar yaymaq çaşqınlığın əlamətidir. Burada Azərbaycan rəhbərliyinin Ermənistanın Azərbaycan torpaqları üzərində süni olaraq yaradıldığı ilə bağlı söylədiyi əsaslı fikirləri də unutmaq olmaz. Bununla rəsmi Bakı qətiyyətli mövqedə olduğunu, tarixi həqiqətləri bərpa etməkdən çəkinmədiyini bəyan edir. Bunun qarşılığında da erməni təbliğat maşını Naxçıvanla bağlı aqressiv fikirləri yaymağa çalışır. Təbii ki, ermənilərin bu xülyası boşa çıxacaq və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edəcək. Bunlarla yanaşı, ekspertlər geosiyasi çalarlı başqa bir məqamı da vurğulayırlar.
Uğurlu siyasətin xofu: Ermənistan geosiyasi dalanda
Məsələ ondan ibarətdir ki, Naxçıvan strateji bir coğrafi mövqeyə malikdir. Onun Türkiyə və İranla sərhədləri vardır. Bundan başqa, Naxçıvanın təhlükəsizliyinin təmini ilə əlaqədar Türkiyənin rəsmi öhdəliyi də mövcuddur. Deməli, Naxçıvana ola biləcək hər hansı bir təhdidə qarşı Türkiyə cavab verə bilər. Bu da Ankaranın savaşa cəlb edilməsi demək olardı. Türkiyənin İraq və Suriya istiqamətlərində faktiki olaraq savaş apardığı, Balkan istiqamətində qarşısına süni maneələr çıxarıldığı bir zamanda Naxçıvan istiqamətində də hər hansı gərginliyin yaradılması neqativ nəticələrə səbəb ola bilər.
Bununla müəyyən dairələr İranı da təhdid etmək imkanı qazanarlar. Bu işlərdə kimlərin maraqlı olduğu məlumdur. Həmin dairələr çoxdandır ki, müsəlman ölkələrində qarışıqlıq yaratmaqla məşğuldurlar. Onlar Yaxın Şərqdə başladıqları prosesi genişləndirmək arzusundadırlar. Buna görə də müxtəlif bəhanələrlə müsəlman ölkələri üçün süni problemlər yaradır və ona uyğun hərəkət etməyə çalışırlar.
Bu kimi planlar haqqında bir neçə vaxtdır ki, danışılır. Şübhə yoxdur ki, ermənilər də fürsətdən istifadə edib, nələrsə əldə etməyə cəhd göstərə bilərlər. Ancaq indi reallıq tamam başqa faktları ortaya qoyur. İlk növbədə Azərbaycanın güclü iqtisadiyyata, möhkəm sabitliyə və güclü Orduya sahib olması düşmənlərin qarşısında keçilməz sədd kimi dayanıb. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət ölkəni çox gücləndirib, müdafiə qüdrətini artırıb, eyni zamanda, beynəlxalq nüfuzunu yüksəldib. Hər kəs anlayır ki, artıq Azərbaycanla güc dilində danışmaq faydasızdır. Onun Ordusu ölkəni qorumağa tam qadirdir, dostları və müttəfiqləri də kifayət qədər güclüdürlər.
Azərbaycan rəhbərliyi ardıcıl, təmkinli və qətiyyətli siyasəti ilə dayanıqlı inkişafa nail olub. İqtisadi, energetik, mədəni, sosial və təhlükəsizlik sferalarında əldə edilən nailiyyətlər Azərbaycanın regionun lider dövləti funksiyasını yerinə yetirməsi üçün yetərlidir. Bunlarla yanaşı, Azərbaycan geosiyasi aspektdə də son dərəcə aktivlik nümayiş etdirir. Azərbaycan diplomatiyası bütün istiqamətlərdə uğurlar əldə edir, beynəlxalq təşkilatlarda uyğun qərarların qəbuluna nail ola bilir. Bakı müxtəlif beynəlxalq layihələrdə uğurla iştirak edir, dünyada özünün etibarlı tərəfdaş olduğunu tam sübuta yetirib.
Bütün bunların fonunda Ermənistan hakimiyyətinin heç bir müsbət nəticəsi olmayan, hay-küylə dolu bəyanatları olduqca zavallı və gülünc görünür. Nəticədə, işğalçının münaqişədə məğlub olması zamanının yaxınlaşdığı haqqında konkret təsəvvür formalaşır. Bu vəziyyətdən çıxmaq üçün forpost ölkənin məntiqsiz olsa belə, müəyyən addımlar ata biləcəyi gözləniləndir. Artıq tam təcrid vəziyyətində olan Ermənistanın mövcud reallığı dəyişdirə bilmək gücündə olmadığı hamıya məlumdur. Azərbaycan rəhbərliyinin müdrik, düşünülmüş və müstəqil siyasi addımları nəticəsində Ermənistan elə bir durumdadır ki, çıxış yolu görünmür. Ermənistan nəinki hücum əməliyyatı aparmaq, heç mövcudluğunu belə qorumaq iqtidarında deyil. Prezident İlham Əliyevin uğurlu təcrid siyasəti faktiki olaraq Ermənistanın siyasi, iqtisadi, sosial və hərbi iflasını şərtləndirməkdədir.
Bunlardan bir məntiqi nəticə çıxara bilərik: Naxçıvan barədə erməni rəsmi dairələrinin sayıqlamaları, əslində, onların Azərbaycandan çox qorxduqlarını, eyni zamanda, çıxış yolu tapa bilmədiklərini göstərir. Ermənistan təcriddən yaxa qurtarmaq üçün heç bir səmərəli üsul müəyyənləşdirə bilmir. Əslində, onlar üçün ən uyğun olanı işğal etdikləri Azərbaycan torpaqlarını tərk etmələri olar. Bunu etməsələr, Azərbaycan əsgəri onları məcbur edəcək.
Beləliklə, Nikol Paşinyan yeni baş nazir oldu, ancaq Ermənistanın siyasi kursu öz əvvəlki vəziyyətində qalır. Orada hər hansı real dəyişiklik müşahidə edilmir. Bunun nə qədər davam edəcəyi məlum deyil. Hər bir halda çətin ki, Ermənistanda ağlı başında olan kimsə hakimiyyətə gəlsin. Çünki bu ölkə kənardan idarə edilir və yalnız kənardakıların maraqlarına uyğun addımlar atır. Bunun günahı isə Azərbaycanda deyil. Erməni dövlətçilik şüurunun özü qüsurludur və Ermənistan süni olaraq yaradılıb. Bu süniliyə nə zamansa son qoyulmalıdır.
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM