Fövqəladə hallar siyasətinin konseptual əsasları: dünya dövlətlərinin təcrübəsinin müqayisəli təhlili

08:00 / 30.05.2018

Fövqəladə hallarının qarşısının alınması və fəsadlarının aradan qaldırılması dövlətlərin milli qanunvericiliklərində özünə xüsusi yer tutur. Bu yanaşma tərzi hüquqi-normativ bazanı formalaşdırdığı kimi, hüquqi baza da öz növbəsində konseptual əsasları təsis edir. Təcrübələrində fövqəladə hallarla tez-tez üzləşən dövlətlər istər konseptuallıq, istərsə də detallar nöqteyi-nəzərindən hazırlıqlı olurlar. Müasir dövrdə texnologiyaya duyulan ehtiyac gündən günə artmaqdadır. Gündəlik həyatımızın mühüm ünsürləri olan avtomobil yolları, limanlar, dəmir yolları, anbarlar, böyük binalar, nüvə stansiyaları, elektrik stansiyaları, qaz və su şəbəkələri, telefon xətləri qarşısı alına bilməyən təbii və ya antropogen mənşəli fövqəladə hallarla yox edilə bilər. 2010-ci ildə 350 mindən çox insanın sel, torpaq sürüşməsi, zəlzələ kimi təbii fəlakətlərdə həyatını itirməsi və minlərlə də insanın xəsarət alması diqqəti çəkən bir məsələ idi. 12 yanvar 2010-cu ildə Haiti zələzələsi xeyli sayda insanın dünyasını dəyişməsinə, xəsarət almasına, onsuz da zəif olan ölkə iqtisadiyyatının bərbad günə düşməsinə gətirib çıxarmışdı (2, c.35-42). İndoneziyada 2010-cu ilin oktyabr 25-də baş verən 7.7 bal gücündə zəlzələ özü ilə dəhşətli bir sunami gətirmişdi (32.; 35).
Bütün bu misallar texnogen problemlərdən doğmuşdur. Burada müxtəlif dövlətlərin hüquqi normativ sistemində fövqəladə halların qarşısının alınması və eləcə də onların fəsadlarının aradan qaldırılması ilə bağlı nümunələrə toxunulacaqdır. Hər bir ölkənin fəlakət və fövqəladə halların idarəetmə sistemi o ölkənin keçmişdə yaşadığı təcrübələrin nəticəsində yaradılmışdır. Bu hər ölkənin müəyyən təbii fəlakətlərə qarşı digərlərindən daha çox tədbir almasına səbəb olmuşdur. Əgər bir ümumiləşdirmə etsək görərik ki, hər ölkə ən çox çətin vəziyyətdə qaldığı fəlakətə qarşı tədbir almaqda inkişaf etmişdir.
ABŞ-da fövqəladə hal və fəlakətlərin idarə edilməsində məsul koordinasiyaedici qurum ABŞ Federal Fövqəladə Halların İdadə Edilməsi Agentliyidir (FEMA – Federal Emergency Management Agency). FEMA fəlakət baş verdikdə hər an və dərhal məsələyə müdaxilə etməyə hazır bir mexanizmə malikdir. ABŞ-da milli təcili yardım, mülki müdafiə və xilasetmə işləri yerli və federal səviyyədə, rəsmi və xüsusi qurum, habelə təşkilatların iştirakı ilə aparılır. Bütün bu təşkilatların bir yerdə necə işləyəcəyi isə “Federal Müdaxilə Planı”na görə müəyyən edilir. Bu plana görə, 12 müxtəlif təcili yardım funksiyası müəyyənləşdirilmiş və yanğınsöndürmədən tibbi xidmətlərə, dağıntıların təmizlənməsindən qida maddəsi ilə təmin etməyə qədər bütün bu funksiyaların hansı qruplar tərəfindən, hansı qaynaqlar ilə nə şəkildə təmin ediləcəyi əvvəlcədən təşkil edilmişdir. ABŞ-da bizim üçün bir nümunə ola biləcək zəlzələ təhlükəsinin fəsadlarının azaldılması ilə məşğul olan “Milli Zəlzələ Təhlükələrinin Azaldılması Proqramı (NEHRP - National Earthquake Hazards Reduction Program)” (36) da vardır. NEHRP dörd milli qurum ilə yaxın təmasdadır. Bunlar Fedaral Fövqəladə Hallar Agentliyi (FEMA - Federal Emergency Management Agency), ABŞ Geoloji Araşdırmalar Təşkilatı (USGS - U.S. Geological Survey), Milli Elm Fondu (NSF - National Science Foundation), Milli Standartlar və Texnologiya İnstitutudur (NIST - National Institute of Standards and Technology). ABŞ-da müəyyən bir yer və ya bölgədə “fövqəladə hal” elan edilməsi üçün müvafiq altı mərhələ var. Prezidentin ABŞ-dakı bir yeri fəlakət və fövqəladə halların bölgəsi olaraq elan etməsi üçün lazım olan mərhələlər bunlardır:
1. İlk olaraq yerli təcili yardım təşkilatı müdaxilə edir;
2. Əgər yerli müdaxilə qeyri-kafidirsə qubernatorluqdan kömək istənilir;
3. Əgər bunların müdaxiləsi də qeyri-kafi olsa Qubernator hökumətdən kömək istəyir;
4. FEMA Region Müdirliyi kömək tələbini qiymətləndirərək araşdırılması üçün mərkəzinə göndərir;
5. FEMA Ümumi Müdirliyi rəyini ABŞ Prezidentinə bildirir;
6. Prezident fövqəladə hal bölgəsi elan etdikdən sonra FEMA-nın rəhbərliyi ilə dövlət yardımı fəlakət və fövqəladə hal bölgəsinə çatdırılır (17).
Yaponiya hökuməti fəlakətlərin qarşısının alınması üçün ən təsirli üsullardan birini fəlakətlərin əvvəlcədən proqnozlaşdırılması üzərində qurmuşdur. Xüsusilə Yaponiya sahillərinin şərqində yer alan və “dərin zəlzələ” zonası olan bölgələr davamlı bir şəkildə nəzarətdədir. Bu proseslərin izlənilməsi ilə məşğul olan qurum “Yaponiyada Zəlzələ Fəlakətlərinə qarşı əks tədbirlər Təşkilatı” (EDCJ - Earthquake Disaster Countermeasure in Japan) dır. Bundan başqa “Okean Seysmik Xəbərdarlıq Sistemi” (OBS – Ocean Bottom Seismic Sensor System) fəaliyyət göstərir. Həmçinin ölkənin Coğrafi İnformasiya Sistemi (GIS - Geographical Information System) ilə nəzarət həyata keçirilir. Yaponiya fövqəladə hallarla bağlı olaraq fəaliyyətini aşağıdakı səviyyədə qurur:
• Milli Hökumət səviyyəsi,
• Regional Hökumət səviyyəsi,
• Bələdiyyələr səviyyəsi,
• Xalq - Fərd səviyyəsi (29)
Kanadada 1988-ci ildə mövcud Səfərbərlik və Müharibə Qanunu qüvvədən qaldırılmış, əvəzinə xalqın təhlükəsizliyini təhdid edən bütün təhlükələri əhatə edəcək şəkildə hazırlanan Fövqəladə Hallar Qanunu qüvvəyə minmişdir. Ardınca 1998-ci ildə Fövqəladə Hallara Hazırlıq Qanunu qəbul edilmiş və federal hökumət səviyyəsində Müdafiə nazirinə bağlı Fövqəladə Hallara Hazırlıq Təşkilatı (EPC) qurulmuşdur.
EPC-nin vəzifə və məsuliyyət sahələri:
-Federal fövqəladə hal planlaması,
-Federal hökumət ilə əyalət rəhbərliyi işbirliyi
-Beynəlxalq işbirliyi,
-Qeyri-hökumət təşkilatları ilə işbirliyi,
-Araştırma və xüsusi layihələrin hazırlanması
-Təhsil və xalqın maarifləndirilməsi
-Təxirəsalınmaz əməliyyatlar (16 s.7-17.; 30).
Böyük Britaniyanı meydana gətirən İngiltərə, Şotlandiya, Uels və Şimal İrlandiya fövqəladə halların qarşısının alınması və fəsadlarının aradan qaldırılmasına rəhbərlik edən sistem və təşkilatlarını ayrılıqda təsis etmişlər. Terrorizm birinci prioritet təhdid olaraq qəbul edilmiş və terrorizmin hər növü ayrı bir fövqəladə hal olaraq nəzərdən keçirilmişdir. Bundan başqa bütün təbii fəlakətlər, təxribat üsulları, peyk və göy cismi hadisələri, nəqliyyat, idman, inşaat, sənaye qəzaları, su və qida zəhərlənmələri, elektronik və kompüter proqram təhdidləri, heyvan xəstəlikləri daxil olmaqla 28 böhran növü üçün təfərrüatlı planlama hazırlanmışdır (21, s.57).
Fransada böhrana müdaxilə və böhran idarə edilməsi – 1959-ci ildə qəbul edilən qanunla təşkil olunur. Daxili İşlər Nazirliyinə bağlı olan Mülki Müdafiə Təşkilatı tərəfindən həyata keçirilir. Böhran hallarında tapşırıq yerinə yetirəcək bütün funksional təşkilatlar, hərbi birliklər Mülki Müdafiə Müdirliyinin tabeliyinə verilir. Ölkə 9 Böhran İdarəetmə Bölgəsinə ayrılmış, hər bölgədə kənd, bələdiyyə və rayon səviyyəsində təşkilatlanma aparılmışdır. Mərkəzi Mülki Müdafiə Müdirliyinin bu bölgələrdə də Mobil dəstələri var. Böhran İdarəedilməsi Planlaşdırma, Ümumi Yardım və Təcili Yardım Planlaması olmaq üzrə iki yerə ayrılmışdır. Ümumi Yardım Planlaması daha çox ümumi əsasları və böhrandan əvvəl görüləcək tədbirləri əhatə edir. Ümumi Yardım Planlamasına uyğun olaraq bölgə, rayon, diyar və kəndlər əsasında fəaliyyət planları hazırlanır. Təcili Planlar isə nüvə və digər kritik vəziyyətlərdə meydana gələ biləcək böhranlarda tətbiq olunmaq üçün təsis edilir. Fransa Böhran Rəhbərliyinin xarakteristik xüsusiyyəti böhran zamanı böhrana müdaxilə ünsürlərinin, ölkə ehtiyaclarına görə təşkil edilmiş, vəzifə və məsuliyyətlərinin dəqiq olaraq təyin olunmuş, ən əhəmiyyətlisi isə bu ünsürlərin tam olaraq professionallaşmış və vəzifəli personalının mütəxəssisləşmiş olmasıdır. Bundan başqa Fransada hər bir şəhər Ehtiyat və Yanğın Departament xidmətinə malikdir (11).
Almaniyada Federal hökumət, böhran vəziyyətlərinin idarəedilməsinin koordinasiyasını planlama mərhələsində təmin edir. Böhran vəziyyətlərinin idarəedilməsində silsilə həyəcan tədbirləri həyata keçirilir. Bu tədbirlər böhran müddəti içində Federal Təhlükəsizlik Şurasının qərarları əsasında icra olunur (22). Böhran vəziyyətlərinin idarəedilməsi zamanı sistem iki yerə - mülki və hərbi müdafiə sisteminə bölünür. Böhran vəziyyətlərinin idarəedilməsi məlumatlandırma, böhran halının qarşısının alınması və mübarizə mərhələləri olmaq üzrə üç mərhələdən ibarətdir. Almaniya mülki təhlükəsizlik sistemi bütün təhlükələrə qarşı çalışır. Yerli səviyyədə dinc mülki təhlükəsizlik sisteminin xüsusi əhəmiyyəti vardır. Xilasetmə briqadaları, könüllü kömək təşkilatları, polis və regional böhran idarə orqanları müntəzəm olaraq fövqəladə vəziyyət və böhranlar ilə məşğul olurlar (18, s.30).
İsraildə hər cür böhran halı ilə əlaqədar fəaliyyətlər Mülki Müdafiə Komandanlığı tərəfindən icra edilir (19; 23). Mülki Müdafiə Komandanlığı sülh dövründə Müdafiə Nazirinə, müharibə dövründə isə Baş qərargah rəisinə tabedir. Fövqəladə halların aradan qaldırılması ilə birbaşa əlaqəli şəsxlər Mülki Müdafiə Komandanlığı ilə Daxili İşlər Nazirliyi tabeçiliyindəki Fövqəladə Hal Xidmətləri və Xüsusi Hallar İdarəsi daxilində ölkənin 6 bölgəsində fəaliyyət göstərirlər. Mülki Müdafiə və könüllü xilasetmə orqanları geniş bir sistem təşkil edirlər. Bundan başqa İsraildə yetkin əhalinin 20%-ə qədəri səhiyyə və ictimai sahələr olmaq üzrə 278 könüllü təşkilatda fəaliyyət göstərir ki, bunlar da fövqəladə hallar zamanı dərhal xilasetmə orqanarının işinə yaxından köməklik göstərirlər (1, s.161-163).
Avstraliyada təbii fəlakət və fövqəladə halların idarə edilməsi isə bir qədər fərqlidir. Altı əyalət və iki bölgədə yaşayan vətəndaşların can, mal və mülklərinin qorunması Avstraliya Konstitusiyasında zəmanət altına alınmışdır. Avstraliya bu qanuna əsaslanaraq məsuliyyətlərin yerinə yetirilməsi məqsədi ilə bəzi qaydalar müəyyənləşdirmişdir. Əyalət (Federal) hökuməti təbii fəlakət və fövqəladə halların idarəedilməsi məqsədi ilə qərarlar qəbul edir. Buraya xəbərdarlıq və monitorinq xidmətlərinin təmin edilməsi, informasiya təminatı fəaliyyətinin, xalqın təhsilinin, təşkili də daxildir. Eyni zamanda federal hökumət digər ölkələrə yardımının təmin edilməsində rəhbər funksiyanı öz üzərinə götürür (14, s.1-24.; 34). Son illərdə, Avstraliyada təbii fəlakət idarəedilməsi dörd təməl yanaşmaya söykənmişdir. Bu yanaşmalar aşağıdakılardır:
1. Bütün təhlükələrə ümumi yanaşma tərzi;
2. Əhatəli yanaşma tərzi - potensial fəlakətlərdə risk idarəetməsi;
3. Bütün dövlət təşkilatlarının birgə yanaşma tərzi;
4. Hazırlanmış prinsipi.
Hindistanda təbii fəlakət və fövqəladə halların idarəedilməsinin də özünəməxsus üsulları vardır. Hindistan dünyada fəlakətə ən çox meyilli ölkələrdən biridir. Yer və coğrafi xüsusiyyətləri ölkədə qasırğa, quraqlıq, su basqını, zəlzələ, yanğın, torpaq sürüşməsi və uçqun kimi bir çox təbii fəlakətlərin meydana çıxmasına rəvac vermişdir. Ölkə əyalət, region və alt-region səviyyələrindəki təbii fəlakət və fövqəladə halların idarəedilməsi inteqrasiya edilmiş idarəetmə bir mexanizminə malikdir. Hindistan konstitusiyasında müəyyən Əyalət Hökumətlərinin rolu ilə birlikdə federal hökumətin təbii fəlakət və fövqəladə halların idarəedilməsində xüsusi rolu qeyd edilməkdədir. Təbii fəlakətlərin meydana gəlməsi zamanı tədbirlərin mərkəzlə əlaqələndirilməsi həyata keçirilir (3, s.16-26.; 33).
Hindistanda fəlakət və risklərin idarəetmə sistemini daha yaxşı anlaya bilmək üçün fəlakətlərə müdaxilə mexanizminin necə çalışdığının araşdırılması lazımdır. Bunlar aşağıdakılardır:
İnzibati müdaxilə. Təbii fəlakətlərin meydana gəlməsi zamanı müvafiq tədbirlərin əsas məsuliyyəti mərkəzi hökumətin inzibati aparatına aiddir.
Ümummilli müdaxilə. Hindistan federal sistemi altında, təbii fəlakət və fövqəladə halların idarəedilməsində əyalət hökumətlərinin məsuliyyətindədir.
Fövqəladə Fəlaiyyət Planı. Fövqəladə tədbirlərin planlaşdırılması və idarəedilməsi məqsədi ilə “Fövqəladə Fəlaiyyət Planı” (CAP – Contingency Action Plan) yaradılmışdır. Bu plan yardım əməliyyatlarının təxirə salınmadan başladılmasını asanlaşdırır.
Maliyyə Kömək Qaydaları. Təbii fəlakətlərin ardınca yardım fəaliyyətlərinin maliyyə xərcləri üçün yaradılan layihələr, hər beş ildə bir Hindistan hökuməti tərəfindən təyin olunmuş maliyyə komissiyaları tərəfindən təklif edilən tövsiyələrə görə idarə olunur (3, s.116-154).
Çin nümunəsi. 1998-ci ilin aprelində Çin hökuməti, Çin Xalq Respublikasının “Milli Fəlakət Müdaxilə Planı”nı (NDRP – National Disaster Response Plan – 1998-2010) qəbul etmişdir. NDRP, “9-cu Beş illik Milli İqtisadi və Sosial İnkişaf Planı” və “2010-cu ilə qədər planlaşdırılan hədəflər layihəsi” də göstərilən ümumi tədbirlərə əsaslanan milli səviyyədə hazırlanmış ilk plandır. Bu plan fəlakət zərərlərinin azaldılması fəaliyyətlərindən əldə edilən təcrübələr əsasında yaradılmışdır (15, s.1-17).
Cənubi Koreyada təbii fəlakət və fövqəladə halların idarə edilməsi. Koreya höküməti hər il 15 iyundan 15 oktyabra qədər olan zaman kəsiyini “Fəlakətə Qarşı Tədbirlər Dövrü” olaraq həyata keçirir. Sellər əsnasında meydana gələn zərərlə əlaqədar məlumatlar, yerli rəhbərlik bürolarında toplanılır və analizlər aparılır, selə qarşı tədbirlərin həyata keçirildiyi “Koreya Milli Fəlakətlərin Qarşısının alınması üzrə Tədbirlər Qərargahı”na (KNDPCH – Korea National Disaster Prevention and Countermeasures Headquarters) hesabat verilir (28). Koreya Milli Fəlakətlərin qarşısının alınması üzrə Tədbirlər Qərargahının can və mal itkinlərini azaltmaq, fövqəladə vəziyyətə qarşı tədbirləri, yaralıların qurtarılması və xəbərdarlıqla əlaqədar bütün işləri idarə edir (4, s.1-16). “Fəlakətlərin qarşısının alınması üzrə Koreya Milli İnstitutu” (KNIDP – Korea National Institute for Disaster Prevention)” 2 sentyabr 1997-ci ildə sistematik elmi araşdırmalar aparmaq məqsədiylə qurulmuşdur. Qurulduğu ildən KNIDP 9 tədqiqat layihəsi icra etmişdir (20, s.7-11; 27; 31).
Keçmiş SSRİ məkanında fövqəladə halların qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində müəyyən hüquqi-normativ baza formalaşmışdır. Rusiya Federasiyasında 1994-cü ildə Mülki Müdafiə Fövqəladə Hallar və Təbii fəlakətlərin Azaldılması, qısa adı ilə Fövqəladə Hallar Nazirliyi qurulmuşdur. Rusiyada fövqəladə halların planlanması, idarə olunması, bu mövzuda xalqın öyrədilməsi və beynəlxalq əməkdaşlıq vəzifələri FHN tərəfindən icra edilir. FHN mərkəzi aparatında fövqəladə hallar ilə əlaqədar idarə və komissiyalar vardır (25).
Qazaxstan qanunvericiliyinə görə Fövqəladə Halların xəbərdar edilməsi və fəsadlarının aradan qaldırılmasının Dövlət Sistemi formalaşdırılmışdır (13). Qazaxstan Respublikası Fövqəladə Halların xəbərdar edilməsi və fəsadlarının aradan qaldırılmasının Dövlət Sistemi istər dinc və istərsə də müharibə dövründə fəaliyyət göstərir. Onun vasitəsi ilə müxtəlif dövlət təsisatları, qurum və təşkilatlarının fövqəladə halların qarşısının alınması və eləcə də xəbərdar edilməsi istiqamətində gördüyü işlər koordinasiya edilir.
Orta Asiya ölkələrindən olan Özbəkistan Respublikasında da eyni ilə Fövqəladə Halların xəbərdar edilməsi və fəsadlarının aradan qaldırılmasının Dövlət Sistemi mövcuddur (12). Dövlət Sistemi fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsi üzrə məsələləri həll etmək səlahiyyətinə malikdir. Silahlı qüvvələri, milli və yerli hakimiyyət orqanlarının resurslarını, müəssisələrin, təşkilat və quruluşların imkanlarını bir araya gətirən və fəlakət sahəsində fəaliyyətinin təşkili və həyata keçirilməsi ilə məşğul olan Dövlət Sistemi respublikanın baş nazirinə tabedir.
Qırğızıstanda müstəqil dövlətin formalaşdığı illərdə sovet qanunları və digər qəbul edilmiş normativ aktlara müəyyən dəyişikliklər edilərək tətbiq edilirdi. “Mülki Müdafiə haqqında” 24 fevral 2000-ci il Qanunu (8), “Təbii və texnogen xarakterli fövqəladə hallardan əhalinin və ərazilərin mühafizəsi haqqında” Qırğızıstan Respublikasının qanunu (9) Rusiya Federasiyasının qanunlarına oxşar hazırlanmışdır. Hazırda 2009-cu ildə qəbul edilmiş “Mülki müdafiə haqqında Qanun” fəaliyyət göstərir (10; 24).
Nümunə verəcəyimiz dövlətlərdən biri də Türkiyədir. Fəlakətlərin sıx olaraq yaşandığı və forma müxtəlifliyinə sahib olduğu bir ərazi arealında yerləşən Türkiyə və xüsusilə də İstanbul istər-istəməz ölkənin konseptual bazasının formalaşmasına təsir göstərmişdir. Türkiyə qanunvericiliyində “Afət və Təcili Durum Yönətimi Başkanlığının Təşkilat və Vəzifələri Haqqında Qanun” nəzərdən keçiriləcək. Türkiyə qanunvericiliyinin fövqəladə hallar və eləcə də vəziyyətlərlə bağlı istilahları vardır. Türkiyədə fövqəladə halların qarşısının alınması və fəsadlarının aradan qaldırılması mərkəzi hökumətin məsuliyyət dairəsinə daxildir. Mərkəzi hökumət nəzdində bu işləri icra etmək üzrə bəzi qurumlar təsis edilmişdir. Fövqəladə hallar və Təcili Yardım Ali Qurumu müvafiq planların, proqramların və hesabatların hazırlanmasına cavabdeh olan təşkilatdır. Zəlzələlərlə bağlı xüsusi Məsləhət Şurası yaradılmışdır. (5902 saylı qanun, maddə 5). Bu orqanın vəzifələri, Zəlzələdən qorunmaq, zəlzələ zərərlərini azaltmaq, zəlzələ sonrası həyata keçiriləcək fəaliyyətlər haqqında təkliflər təqdim etmək formasında müəyyən edilmişdir. Şura bu funksiyalarına əlavə olaraq zəlzələrlə əlaqədar araşdırmalar üçün plan və prioritetləri müəyyənləşdirmək vəzifəsini də icra edir. 2009-ci il 5902 saylı Qanun ilə fövqəladə hallar ilə bağlı bütün təşkilatların vəzifə, funksiya və imkanları bir orqanında toplanmışdır. Yeni qurulan Afət və Təcili Durum Yönetimi Başkanlığı (AFAD) Türkiyədə böhran və fəlakət hallarının fəsadlarının aradan qaldırılması ilə məşğul olan icra hakimiyyəti orqanıdır (7).
Azərbaycanın fövqəladə hal sistemi. Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında təbii fəlakətlərin, texnogen xarakterli qəzaların və yanğınların qarşısının alınmasını, onların nəticələrinin aradan qaldırılmasını, belə hallarda xilasetmə və bərpa işləri üzrə müvafiq orqanların fəaliyyətinin vahid mərkəzdən idarə olunmasını, ölkədə mülki müdafiə işinin təşkilini və həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır (5). FHN öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanun və qanun qüvvəli aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, FHN haqqında Əsasnaməni və digər normativ hüquqi sənədləri rəhbər tutur. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi fəaliyyətə başladığı ilk günlərdən etibarən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında qüvvə və vasitələrin operativ idarə olunması, müxtəlif mənbələrdən daxil olan məlumatların toplanılması, ümumiləşdirilməsi, təhlili və müvafiq qərarların qəbul olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir, beynəlxalq təcrübəni iş prosesində uğurla tətbiq edir. Fövqəladə Hallar Nazirliyi ilə respublikanın digər mərkəzi icra hakimiyyəti orqanları arasında “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində qarşılıqlı Fəaliyyət Plan”ları mövcuddur. Böhran Vəziyyətlərində İdaretmə Mərkəzi bu qarşılıqlı fəaliyyət planlarına əsasən mərkəzi icra hakimiyyətləri ilə məlumat mübadiləsini həyata keçirir və müvafiq işlər aparır (26). Azərbaycan Respublikası ilə digər ölkələrin, xüsusilə sərhədyanı dövlətlərin müvafiq orqanlarının aidiyyəti qurumları ilə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi arasında mütəmadi olaraq məlumat mübadiləsi aparılır. Belə ki, Rusiya Federasiyasının FHN Milli Böhran Vəziy-yətlərində İdarəetmə Mərkəzi (video konfrans sistemi mövcuddur), RF FHN-nin Moskva Regional Mərkəzi, RF FHN-nin Şimali Qafqaz Regional Mərkəzi, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan respublikalarının Fövqəladə Hallar nazirliklərinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzləri ilə, eləcə də Türkmənistan Respublikasının Müdafiə Nazirliyi Mülki Müdafiə və Fövqəladə Hallar Baş İdarəsi, Moldova Respublikasının Daxili İşlər Nazirliyinin Mülki Müdafiə və Fövqəladə Hallar Xidməti, Gürcüstan Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamenti, Türkiyə İl Afet Yönetim Mərkəzi Müdürlüyü ilə qarşılıqlı məlumat mübadiləsi və xidməti fəaliyyətlə bağlı mütəmadi tərəfdaşlıq çərçivəsində əlaqələr qurulmuşdur. Mərkəz beynəlxalq təşkilatlarla da sıx əməkdaşlıq fəaliyyəti həyata keçirir (6).
Beləliklə, görmək olur ki, fövqəladə halların qarşısının alınması və fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində müxtəlif ölkələrin kifayət qədər zəngin təcrübəsi vardır. Hər bir ölkənin inkişaf etdiyi sahə daha çox üzləşdiyi fövqəladə hallar və təbii fəlakətlərlə bağlıdır. Beynəlxalq miqyasda mövcud olan bu təcürbədən istifadə edərək milli sistemimizin dövrü inkişaf etdirilməsi mühüm bir zərurətdir. Beynəlxalq təcrübədən istifadə edilməsi məqsədi ilə bir çox işlər görülmüşdür.


Ədəbiyyat
1. İsrail hakkında gercekler.Yayına hazırlayan: Ruth Ben-Haim. Kudus, İsrail, 2008, 353 s., s.161-163.
2. В. В. Хижняк, В. П. Деденок, А. А. Ткаченко. Ионосферные возмущения перед сильными землетрясениями на Гаити (М=7.2) и в Японии (М=9.0) по данным спутниковых радионавигационных систем. // Космічна наука і технологія. 2012. Т. 18. № 6. c. 35-42.
3. Disaster Management in India. Ministry of Home Affairs Government of India. India, 2013. p. 257., pp.116-121, 138, 154.
Disaster Management in India.Ministry of Home Affairs Government of India. India, 2013. p. 257., pp.16-26
4. Ministry of Government Administration and Home Affairs, Republic of Korea, Country Report 1998, pp.1-16.
5. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı / http://www.fhn.gov.az/?aze/menu/18/64/4
6. FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi: imkan və perspektivlər. http://www.fhn.gov.az/newspaper/?type=view_news&news_id=4395
7. Afet ve Acil Durum Yönetimi Başkanlığının teşkilat ve görevleri hakkında kanun. Kanun Numarası: 5902 Kabul tarihi: 29/5/2009 Yayımlandığı R.Gazete: Tarih: 17/6/2009 Sayı : 27261 Yayımlandığı düstur : Tertip: 5, Cilt: 48 / http://www.mevzuat.gov.tr/MevzuatMetin/1.5.5902.pdf
8. Закон Кыргызской Республики «О внесении изменения в Закон Кыргызской Республики О гражданской обороне» 27 января 2000 г., N 5, ст. 264. / http://cbd.minjust.gov.kg/act/view/ru-ru/444?cl=ru-ru
9. Закон Кыргызской Республики «О защите населения и территорий от чрезвычайных ситуаций природного и техногенного характера» 27 января 2000 г., N 5, ст.270. / http://cbd.minjust.gov.kg/act/view/ky-kg/450/10?cl=ky-kg
10. Закон Кыргызской Республики Гражданской Защите. 20 июля 2009 года N 239. / http://mes.kg/ru/regulatory/pravovaya_baza/Zakon_o_grajdanskoi_zashite/
11. Киченина В.С. Правовые Основы Деятельности Противопожарной Службы Франции /
http://agps-2006.narod.ru/ttb/2013-1/15-01-13.ttb.pdf
12. Постановление Кабинета Министров Республики Узбекистано Государственной Системе Предупреждения и Действий в Чрезвычайных Ситуациях Республики Узбекистан. г. Ташкент, 24 августа 2011 г., № 242. / http://base.spinform.ru/show_doc.fwx?rgn=46851
13. Постановление Правительства Республики Казахстан от 28 августа 1997 года N 1298 О государственной системе предупреждения и ликвидации чрезвычайных ситуаций (внесены изменения и дополнения на 03.10.2013г. №1048). / http://all-docs.ru/index.php?page=7&vi1=10536
14. Australian Emergency Management, Australia Country Report 1998, p.1-24 / https://www.emknowledge.gov.au/; http://www.em.gov.au/aemi
15. China National Committee for International Decade for Natural Disaster Reductio. China Country Report 1999, s.1-17 /http://www.adrc.asia/countryreport/CHN/CHNeng99/China99.htm
16. Federal Emergency Response Management System //Federal Emergency Response Plan. December 2009., 54 p. pp.7-17 / http://www.cpa.ca/docs/File/Emergencies/ferp_2009_EN.pdf
17. FEMA, 2002, Federal Response Plan, 9230.1-P Supersedes FEMA 229, April 1992 / http://biotech.law.lsu.edu/blaw/FEMA/frpfull.pdf
18. Hegemann H. and Bossong R. Analysis of Civil Security Systems in Europe. Country Study: Germany Berlin, 12 April 2013. (Institute for Peace Research and Security Policy at the University of Hamburg) p.57., pp.30 / http://anvil-project.net/wp-content/uploads/2013/12/Germany_v1.0.pdf
19. Jerusalem Post 17-03-2008 / http://www.jpost.com/Israel/Israel-to-hold-massive-emergency-drill
20. Republic of Korea. National Reporting and Information on Disaster Reduction for the World Conference on Disaster Reduction South Korea p.15., pp.7-11 / http://www.unisdr.org/2005/mdgs-drr/national-reports/South-Korea-report.pdf
21. Responding to Emergencies the UK Central Government Response Concept of Operations / https://www.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/192425/CONOPs_incl_revised_chapter_24_Apr-13.pdf p.57
22. The Crisis Management System in Germany. December 2015 / https://www.bmi.bund.de/SharedDocs/Downloads/EN/Broschueren/2012/system_krisenmanagement_en.pdf?__blob=publicationFile
23. Yaakov Katz. Israel to hold massive emergency drill
24. /http://mes.kg/ru/regulatory/pravovaya_baza/Zakon_o_grajdanskoi_zashite/
25. http://en.mchs.ru/
26. http://fhn.gov.az/?aze/menu/5
27. http://nidm.gov.in/easindia2014/err/pdf/country_profile/south_korea.pdf
28. http://www.acronymfinder.com/National-Disaster-Prevention-and-Countermeasures-Headquarters-(South-Korea)-(NDPCH).html
29. http://www.adrc.asia/management/JPN/edj.html#earthquakedisastercountermeasuresintokaiarea
30. http://www.afn.ca/uploads/files/emi-forum/4.pdf
31. http://www.apec-vc.or.kr/?p_name=website&gotopage=123&query=view&unique_num=52
32. http://www.ioc-unesco.org/index.php?option=com_content&view=article&id=274:the-25-october-2010-sumatra-tsunami&catid=14&Itemid=100063
33. http://www.ndmindia.nic.in/
34. http://www.preventionweb.net/organizations/129/profile
35. https://earthobservatory.nasa.gov/NaturalHazards/view.php?id=46607
36. https://www.fema.gov/national-earthquake-hazards-reduction-program


Açar sözlər: fövqəladə hallar, təcrübə, terror, mülki müdafiə, böhran, müdaxilə, texnogen.

Ключевые слова: чрезвычайные ситуации, опыт, террор, гражданская оборона, кризис, вмешательство, техногенные.

Keywords: emergency situations, experience, terror, civil defence, crisis, intervention, technogenic.

Акиф Марифли
Резюме
Концептуальные основы политики чрезвычайных ситуаций: анализ сравнительного опыта мировых стран
В статье затронуты такие вопросы как предотвращение чрезвычайных ситуаций в юридической нормативной системе разных стран, а также устранение их результатов, в работе анализировались концептуальные основы мировых стран в этой сфере и выдвигалась практика различных стран, которые в своём опыте часто сталкиваются с чрезвычайными ситуациями с концептуальной и с детальной точки зрения.
Справедливо можно отметить что, управленческая система катастроф и чрезвычайных ситуаций каждой страны создавалась на основе пережитого прошлого опыта.
В статье говорится о существующих в мире и развитых в сфере чрезвычайных ситуаций структурах, агентствах и институтах, а также взаимное применение их опыта в разных странах.
Значимость данной статьи актуальна благодаря предоставлению таких факторов как различные и аналогичные подходы к реакции на чрезвычайные ситуации стран Европы и Азии, а также применение взаимного опыта при устранении их последствий. В тоже время, в статье есть интересный тематический анализ различных подходов местных и зарубежных исследователей, а также дано объяснение о различиях между исследованиями.
В итоге, анализируя необходимость циклического развития национальной системы автор ссылается к довыдам местных и зарубежных экспертов, используя опыт Азербайджана в этой сфере , опыт от участия в международных семинарах, совместный “План действий в сфере предотвращение чрезвычайных ситуаций и устранение их результатов», а также применение существующих практик в международном масштабе.

Akif Marifli
Summary
Conceptual bases for the emergency management policy: the compared analysis of the international experiences
The article discusses the issues related to the prevention of emergencies in the legal normative system of different countries, as well as the elimination of their repercussions. The author analyzed existing international conceptual frameworks and proposed the practices of different countries that often deal with the emergencies from conceptual and detailed perspectives.
It can be justly noted that the management system of catastrophes and emergency situations of each country was established on the basis of past experience.
The article refers to the existing agencies, networks and institutions developed in the field of emergency situations, as well as the joint application of their practices in different countries.
The relevance of this article is determined by the provision of such factors as contrasting and comparable approaches to responding to the emergency situations in Europe and Asia, as well as the application of the joint experience in the elimination of their consequences. Along with that, the article offers an interesting thematic analysis of the different approaches of local and foreign researchers, as well as an explanation of the differences in the studies.
As a result, by analyzing the need for a cyclical development of the national system, the author refers to the arguments of the local and foreign experts, drawing on the experience of Azerbaijan in this field, the experience from participation in international seminars, the joint “Action Plan for the Prevention of Emergencies and Elimination of Their Results”, as well as existing international practices.

 

AKİF MARİFLİ
Tarix üzrə fəlsəfə doktoru

 

 

"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM