Müharibə və sülh konsepsiyalarının müqayisəli təhlili

08:00 / 31.05.2018

Müharibə mədəniyyəti bütün bəşər tarixində mövcud olub və de-yure olmasa da, de-fakto (yəni sözdə yox, əməldə) bu gün də mövcuddur. Müharibə mədəniyyətinin istisnasız həyatiliyinə inanmaq üçün, ikiqütblü dünyanın dağılmasından sonra S.Hantinqtonun təklif etdiyi tipologiyanı xatırlamaq kifayətdir.Tarixi inkişafda qarşıdurma subyektləri dəyişir, lakin texnologiyalar, müharibə dili və mədəniyyəti dəyişməz qalır. Mədəniyyətlərin yeni müharibəsində sivilizasiyaları toqquşduran və dövrümüzün əsas ziddiyyəti qismində S.Hantinqton tərəfindən etno-konfessional komponent daxil edilişdir.
Sülh mədəniyyəti sporadik (ara-sıra) olaraq tarixi inkişafın müxtəlif mərhələlərində təzahür edib. Lakin o, yalnız XX əsrin ikinci yarısında konseptual xarakter kəsb edərək fəlsəfi və humanitar təhlilin obyektinə çevrilib. Bununla belə insanların şüurunda sülh mədəniyyətinin elementlərinin təşəkkülü şüurlu seçimin nəticəsi deyil. Bu daha çox kütləvi qırğın silahlarının daim təkmilləşdiyi və istər sosial, istərsə də qlobal məkanda ekoloji problemlərin son dərəcə kəskinləşdiyi şəraitdə özünümüdafiə və sağ qalmanın məcburi, çarəsizlikdən irəli gələn formasıdır.
Ən mühüm elementinin sülh mədəniyyətinin olduğu ümumbəşəri mədəniyyətin formalaşması əvəzinə biz, kütləvi mədəniyyət formasına çevrilmiş müharibə mədəniyyətinin hegemoniyasını müşahidə edirik. Çünki, hərbi fikir və fəaliyyət məkanına cəlb olunmuş insanların, daha doğrusu xalqların sayı davamlı artır. “Mədəniyyətlə qarşılıqlı təsir prosesində müharibə sanki ona qoşularaq onda özünə mökəm yer edir və sosiomədəni tarixi prosesin ayrılmaz tərkib hissəsinə çevrilir”.(1)
Yaranmış vəziyyət həm iki tip mədəniyyət strukturunun tədqiqini, həm də müharibə mədəniyyətinin aradan qaldırılmasının və sülh mədəniyyətinin yayılmasının gerçək sosial texnologiyalarının yaradılmasının zəruriliyini diktə edir. Bundan əlavə o, sülh şəraitində etno-konfessional qrupların tarixi tiplərinin tədqiqini tələb edir.
Mahiyyətcə, hələ ki, bəşəriyyət müharibə mədəniyyətini dəf etmək üçün texnologiyalara malik deyil. Bundan əlavə, müharibə mədəniyyətinin tarixi inkişafın gedişini müəyyənləşdirən bir hissəsi diktə edir ki, bu mədəniyyət –“zəruri və qaçılmaz şərdir”, onunla mübarizə mümkün olsa da, hər bir halda öz vaxtında olmur. Müharibə mədəniyyətinin labüdlüyünü iddia edənlər tarixi nümunələr əsasında sülh mədəniyyətinin permanent məğlubiyyətini əks etdirən inandırıcı dəlillər göstərirlər. Digər tərəfdən onlar iddia edirlər ki, müharibə mədəniyyətinin məhv edilməsi bəşəriyyətin məhvinə gətirə bilər. Çünki, insanların istifadə etdikləri bütün iqtisadiyyat tipləri bu və ya digər formada “müharibə iqtisadiyyatıdır”. Belə ki, istehsalın böyük hissəsi hərbi səciyyə daşıyır. Buradan belə bir paradoksal nəticə çıxarılır ki, sülh mədəniyyəti iqtisadiyyatı durğunluğa səbəb olacaq, bəşəriyyətin tədricən cırlaşmasına və son nəticədə növ olaraq məhvinə gətirəcək. Ədalət naminə qeyd etmək lazımdır ki, doğrudan da hələ ki, öz səmərəliliyini nümayiş etdirən, elə buna görə də “müharibə iqtisadiyyatını” əvəz edəcək inandırıcı, ən əsası isə işlək iqtisadi inkişaf modeli mövcud deyil. Bax elə bu səbəbdən də, “Müharibə beynəlxalq münaqişələrin legitim həll vasitəsi olmuş və belə də qalmaqdadır. Ona görə də “müharibə mədəniyyətinə” “sülh mədəniyyətinin” mütləq antipodu kimi baxılması problemin sadələşdirilməsi olardı: onlar əks işarəli statik qütblər yox, bir keyfiyyətdən digərinə ziddiyyətli keçiddir. “Müharibə mədəniyyəti” bəşəriyyətin anlayış aparatında prinsipial yeni fəlsəfi-idraki kateqoriyadır, onun əsasında tarixi, sosial, siyasi, iqtisadi, psixoloji, hüquqi, etik-mənəvi və kulturoloji kimi bazis amillər dayanır”.(2)
Müharibə mədəniyyətinin prinsipial yeni fəlsəfi-idraki kateqoriya olması səbəbindən, onun dərki həm də özündə fəlsəfi biliyin sosial və etik problemlərinə münasibəti də ehtiva etməlidir. Lakin məsələnin belə qoyuluşu həm də daha yeni kateqoriyanın –sülh mədəniyyətinin də paralel təhlilini məqsədəmüvafiq edir. Burada isə birgə təhlil üçün yeni yollar açılır: sosial fenomenlər, psixoloji qaydalar, tarixi nümunələr, dil streotipləri və anlayışlar, futuroloji proqnozlar və s. səviyyədə.
Sülh mədəniyyətinin, onun əsas əlamətlərini özündə ehtiva edən tərifinə diqqət yetirək: “...mütərəqqi, demokratik, humanist, fəlsəfi-etik dəyərlərin, insanların bir-birinə, təbiətə və bütövlükdə ətraf mühitə münasibətinin prinsip və normalarının, adət və ənənələrin, sağ qalma, özünüqoruma və bütün insan birliyinin inkişafının tarixi təcrübəsinə əsaslanan davaranış və həyat tərzlərinin məcmusudur, bu isə həyata, insan şəxsiyyətinə, onun ləyaqət və hüquqlarına hörmətdə; zorakılıqdan imtina və onun qarşısını almaqda; kişi və qadın hüquqlarının bərabərliyinin etirafında; demokratiya, azadlıq, ədalət, həmrəylik, tolerantlıq prinsiplərinə sadiqlikdə; mədəniyyət, hüquq və adətlər, inam və etiqadlarda, insanlar arasındakı fərqliliyin anlaşılması və qəbulundə; həm xalqlar, həm də etnik digər qruplar arasındakı qarşılıqlı anlaşmada ifadəsini tapır”. (2)
Göründüyü kimi tərifdə əksini tapmış və ümumbəşəri dəyərlərə uyğun olan prinsiplərin bir çoxu hələ ki, deklorativ səciyyə daşıyır. Onların beynəlxalq sənədlərdə əksini tapması yalnız ondan xəbər verir ki, onlar mahiyyət yox, gərəklilik kateqoriyalarıdır. Digər tərəfdən, beynəlxalq sənədlərin normativliyi ondan xəbər verir ki, bəşəriyyət bu prinsiplərə mövcud olma imkanı verir, onları insanların təfəkkür və davranış normalarına çevirməyə hazırlaşır.
Fikrimizcə, L.M.Semaşko “ənənəvi sülh mədəniyyəti” və “harmoniya kimi sülh mədəniyyəti” anlayışlarının çox mühüm fərqini göstərib. Əsas fərqləri izah edən L.M.Semaşko yazır: “İndustrial cəmiyyətə xas olan ənənvi sülh mədəniyyəti –siyasi və hərbi güclərin tarazlıq mədəniyyətidir. Bu qüvvələr həmişə dayanıqsızdır və heç də müharibələrin aradan qaldırılmasına yox, onları məhdudlaşdırmağa, yaxud gecikdirməyə və silahlanmanın qarşısını almağa yönəlib ona görə də bu mədəniyyət müharibə və terrorizmin qarşısını almq üçün səmərəli iştirakçılar və institutlara malik deyil. Bunu isə təqribən qırxa yaxın müasir lokal müharibələr və demək olar ki, hər gün baş verən terror aktlarının baş verməsi təsdiq edir. Onların davamlı olmasını təmin edən mənbə isə pulun hökmranlığına əsaslanan industrial cəmiyyətin mədəniyyəti və sosial disharmoniya nizamıdır”.(3)
L.M.Semaşko yeni sülh mədəniyyətini informasiya cəmiyyəti ilə əlaqələndirir: “... bu sosial qrup və etnosların dayanıqlı tarazlığı kimi çıxış edən sosial harmoniya düzənidir. Bu sosial qrup və etnosların əsas hissəsini uşaqlar, valideynlər, xüsusilə uşaqların qayğı yükünün əsas hissəsini üzərinə götürən analar, həmçini pedaqoqlar, həkimlər və tərbiyəçilərdir: onlar müxtəlif ölkələrdə əhalinin 50-80%-ni təşkil edirlər. Bu qruplar sülhsevərlik enerjisinin daşıyıcılarıdır, onlar harmonik dünyanın yeni mədəniyyətinin sosial dayaqlarıdır. Yalnız yeni, harmonik və dayanıqlı dünyanı yaradan sosial harmoniya müharibə, terror və yoxsulluğun qarşısını almağa qadırdir. İnformasiya (qlobal) cəmiyyət bizim prioritetləri dəyişir və harmonik dünya yaradır”.(4) Fikrimizcə deyilənlərə qloballaşma prosesləri ilə bağlı olan yeni mədəniyyət tipini də əlavə etmək lazımdır. Məlumdur ki, müasir şəraitdə ən çox müzakirə olunan problemlərdən biri də qloballaşma proseslərinin mədəniyyətə təsiridir. Mədəniyyətlərin unifikasiyası prosesləri, onun çoxobrazlığının vahid (Qərb) standartlarla eyniləşdirilməsi, ənənəvi dəyər və normaların əsaslarını dağıtmaq cəhdlərinə qarşı düşmən əhval-ruhiyyəsində olan xalqların təbii müqavimətini törədir. Ona görə də üçüncü anlayışın –qloballaşma epoxasının mədəniyyəti anlayışının daxil edilməsi məna kəsb edərdi. Bu məsələyə bir daha qayıdacağıq.
Hələlik diqqəti etno-konfessional qruplarda sülh və müharibə konsepsiayalarının tarixi və müasir vəziyyətinə yönəldək. Bu zaman, məlum səbəblərdən xristian və müsəlman icmaları ilə kifayətlənəcəyik.
İslamın təşəkkülü və geniş miqyaslı müsəlman istilaları, öz növbəsində məhdudlaşdırıcı tədbirlərin görülməsini tələb edən xristianlarla amansız hərbi toqquşmalara səbəb olub. Burada müharibələrin aparılmasının o dövr üçün sərt norma və qaydalar sistemini hazırlamış cəngavərlik institutu əhəmiyyətli rol oynayıb. Əgər səlib yürüşlərinin iştirakçıları –xaçlılar ilə müsəlmanlar arasındakı ilk toqquşmalarda bu qaydalara riayiət olunmurdusa, bu müsəlmanların tamamilə yad, xristian dinini məhv etməyə çalışan düşmən qüvvə kimi qəbul edilməsinin nəticəsi olmuşdur. İisusun (İsa) müsəlmanlar tərəfindən ehtiramla anılması, onlar tərəfindən Əhdi-Ətiq və Əhdi-Cədidin müqəddəslik statusunun etiraf edilməsi də xaçlılar üçün gerçək kəşf olmuşdur. Lakin, bütün bunlar kifayət qədər gec baş vermişdir.
Müharibələrin aparılmasının müsəlman qaydaları məcəlləsi hərtərəfli hazırlanmışdır: “Şəriətə görə müharibə zamanı müsəlman ordusu bu qaydalara riayət etməli idi: uşaqları, qadınları, qocaları öldürmək, ictimai və şəxsi rifahın mənbəyi olan əkin sahələri və otlaqları məhv etmək qadağan edilir. İslam peyğəmbəri hərbi cihadı “kiçik cihad” adlandırmış, “böyük cihad” dedikdə isə qurbanlar bahasına olsa da cəmiyyət və insanın kamilləşməsini nəzərdə tutmuşdur. Ona görə ki, insanlar həqiqət, ədalət, bərabərlik və insana hörmət kimi əxlaqi dəyərlərə üstünlük verməklə insanı qoruya bilsin. Bu amil xoşbəxt insan cəmiyyətini qurmağa kömək edir”. (4)
XVII-XVIII əsrlər müharibələrin aparılma qaydalarının təkmilləşməsi dövrüdür. Lakin rəqibə tolerantlıq münasibətin seçici səciyyə daşıdığı “özününkü-özgəninki” prinsipi hələ də işlək olmuşdur. Beləliklə, hərbi əməliyyatlar sahəsində reqlamentasiya, dövlətlər tərəfindən qanunlar səviyyəsində qəbul edilən universal norma olmamışdır. Müstəmləkəçilik, kapitalizm və millət-dövlətlərin yaradılması kimi dünyəvi tarixi proseslər istər “özgələrə”, istərsə də “özününkülərə” qarşı silah gücünə gerçəkləşib. Lakin bu, müəyyən dövrə qədər, daxili və xarici ticarətin milli bazarının yaranmasına, onların beynəlxalq və sonra dünya bazarına çevrilməsi üçün sülhün qorunub-saxlanılması tələb edildiyi zamana qədər davam etmişdir.
Müharibə haqqında daha kamil hazırlanmış və dövlətlər tərəfindən qəbul edilən sənəd, beynəlxalq humanitar hüququn ilkin normalarını təqdim edən Haaqa konfransının materialları olmuşdur. 1907-ci il Haaqa konvensiyasının Preambulasında yazılır: “Əvvəlki dövrlərdə, müharibə qanunlarının daha tam məcəlləsinin formalaşdırmaq imkanı olmadığı zamanlarda, Ali Razılaşmanın tərəfləri şəhadət verməyi lazım bilirlər ki, onların qəbul etdiyi qaydalarda nəzərdə tutulmamış hallarda, əhali və döyüşən tərəflər beynəlxalq hüququn əsasları tərəfindən müdafiə olunur, çünki bu təhsilli xalqların formalaşmış adətlərdən, insanlıq qanunundan və ictimai şüurun tələblərindən irəli gəlir”.(5) Bu isə beynəlxalq hüququn hələ ki, tam kamil olmadığını bildirirdi.
Əgər nəzərə alsaq ki, bəşəriyyət hələ o zaman dünya müharibəsi təcrübəsinə malik deyildi, atdın olar ki, belə hüquq tam yetkin ola bilməz, o daim təkmilləşməlidir.
1949-cu ilin dörd Cenevrə konvensiyası belə inkişafa nümunə ola bilər: “Bu aktlarla hərbi əməliyyatların aparılmasının yeni humanist qaydaları müəyyənləşir: yerli əhalinin statusu müəyyənləşir, dənizdə qospital gəmilərin vurulması qadağan olunur, əsir götürmə, əsrlərin saxlanılması, hərbi əsrlərin əmək şəraiti qaydaları tənzimlənir. Cenevrə konvensiyaları ilə hərbi əsrlərin düşərgələrinin və səhra qospitallarının beynəlxalq işarələnməsi bərqərar edilir”.(5)
Bu gün terrorizm tənqidçiləri əsas hədəf kimi İslamı götürürlər. Əlbəttə ki, bu zaman onlar bu dinin dünyəvi proseslərə getdikcə artan təsirini və “Taliban”, İŞİD, “Boko haram” və s. kimi çoxsaylı fundamentalist müsəlman təşkilatlarının mövcudluğuna istinad edirlər. Bu haqda M.Kudeymi yazır ki, terrorizmin islamın təbiəti və ehkamları ilə əlaqələndirmək və bu zaman xristianlığın inkişaf tarixində analoji dövrün mövcudluğunu inkar etmək kobud səhvdir: “Yeni dövrdə bəşəriyyət dağıdıcı müharibələrin dəhşətlərini görüb, bu müharibələrin hərəkətverici qüvvələri isə ağalıq və istismara can atanlar, yaxud amoral müddəalara əsaslanmış nəzəriyyələri həyata keçirməyə cəhd göstərənlər olmuşdur. Birinci və ikinci dünya müharibəsinin, Vyetnam müharibəsinin, çoxsaylı regional münaqişələrin nəticəsi olan dağıntılar, aclıq, xəstəliklər, xalqları yurd-yuvasız qalması bəşəriyyəti dəhşətə gətirmişdir. Belə müharibələrin islam nəzəriyyəsi ilə nə aidiyyəti var? İslam rəhmə, ədalətə və xeyrə çağırış edir. Müharibənin islam konsepsiyasının humanist aspektləri ilə tanışlıq həm də ona görə zəruridir ki, insanlar islamın müssiyasının əhəmiyyətini və onun humanizminin əhəmiyyətini düzgün anlaya bilsinlər”.(6)
Beləliklə hamının xoşbəxt olması üçün öz bacarığı və zəkasını istifadə edə biləcəyi dünyanın qurulması islamım əsas məqsədidir. İslamın ali idealları və prinsiplərini bilmək zəruridir. Biz öz borcumuz bilirik ki, bu ideal və prinsiplərə, yaxud bəzi müsəlmanların yanlış ideyaları və fəaliyyətlərinin təsiri ilə islam haqqında həqiqətə uyğun olmayan təsəvvürləri formalaşmış insanlara bütün bu ideal və prinsipləri çatdıraq. Məhz bu insanların da islamın məhəbbət, ədalət və humanizm prinsiplərini bilmələri zəruridir.
Çoxsaylı müharibələrin baş verdiyi Roma imperiyasının sərt şəraitində yaranmış xristianlıq dini IV əsrə qədər müharibəyə kəskin neqativ yanaşmışdır. Böyük Konstantinin bu dinə dövlət ststusu verməsindən sonra vəziyyət dəyişmişdir. Müharibənin mümkünlüyünü, xristian təlimi çərçivəsində müdafiə və ədalətin bərqərar edilməsi naminə aqressiv müharibələrin aparılmasını qəbul edən ilk mütəfəkkir Müqəddəs Avqustin olmuşdur.
Müharibə və sülh problemin ətrafında rəsmi xristian və müsəlman strukturlarının mövqeyindəki oxşarlığı nəzərə alaraq, bu suallar ətrafında artıq əlli ildən çoxdur ki, aparılan dialoqu davam etdirilməsinin zəruriliyi qeyd olunmalıdır.
İslam hansı prinsiplər çərçivəsində dialoqu mümkün sayır? Burada ən mühüm olan köğnüllü razılıq, hər iki tərəfin dialoq üzrə həmsöhbətinə hörmətlə yanaşması ön plana çəkilir. Dialoq iştirakçıları ədalət və xeyirxahlıq prinsiplərini əsas götürməli və bir-birinin dəyər oriyentasiyaları və motivlərini düzgün anlamalıdırlar. Nəhayət, “dinlərarası dialoq yalnız o halda ictimai razılığın əldə edilməsinə səbəb ola bilər ki, bu dialoq sosial, iqtisadi, ekoloji və digər problemlərin həllinə yönəlsin. Dinlər arasındakı fərqlərin yox edilməsini, yaxud onların birləşdirilməsini dialoqun məqsədi elan etmək mənasız, və hətta təhlükəlidir”.(7)
O da qeyd edilməlidir ki, XX əsrin əvvəllərində dünyada vəziyyət kəskin şəkildə gərginləşmişdir. Dünya siyasətində ABŞ-ın onillik inhisarçı hegemoniyası praktiki olaraq beynəlxalq hüququn müntəzəm şəkildə pozulmasına, öz suverenliklərini qoruya bilməyən ölkələrin daxili siyasətinə müdaxilə edilməsi ilə nəticələnib. Həmçinin bu, ilk növbədə müsəlman ölkələrinə də şamil oluna bilər. Müsəlman ölkələri də buna cavab olaraq əvvəllcə fundamentalist, sonra isə terrorçu strukturlar formalaşdırmağa başlamışlar.
Deyilənləri aşağıdakı kimi ümumiləşdirmək olar:
Müharibə mədəniyyəti öz forma və yaranma motivlərini dəyişərək bəşəriyyəti bütün tarixi boyu müşayiət etmişdir. Tarixi inkişafda qarşıdurma subyektləri dəyişir, lakin müharibənin texnologiyaları, dili və mədəniyyəti dəyişməz qalır: bu gün müharibə etno-konfessional səciyyə daşıyır.
Sülh mədəniyyəti yalnız XX əsrin ikinci yarısında konseptual səciyyə daşımağa başlamış, fəlsəfi və humanitar təhlilin tədqiqat obyektinə çevrilmişdir. İnsanların şüurunda sülh mədəniyyətinin elementlərinin formalaşması dərk olunmuş seçimin nəticəsi deyil. Bu kütləvi qırğın silahlarının daimi təkmilləşməsi və ekoloji problemlərin son dərəcə kəskinləşməsi şəraitində özünümüdafiə və sağ qalmanın məcburi formasıdır.
Son zamanlar müharibə mədəniyyətinin təzahürləri tez-tez müşahidə edilir və bu mədəniyyət beynəlxalq və lokal terrorizmlə birlikdə sülh mədəniyyəti üzərində qələbə çalır. Müharibə mədəniyyətinə monoloq, sülh mədəniyyətinə isə dialoq kimi kommunikasiya tipləri uyğun gəlir. Müharibə mədəniyyəti istisnasız olaraq öz maraqlarından çıxış edən kommunikasiya tipidir, həm də o bütün mümkün, o cümlədən zorakılıq metodlarından istifadə edir.
Müharibə mədəniyyəti formaları gah pozitiv (sosial prosesin dinamikasını sürətləndirməklə), gah da neqativ (maddi mədəniyyətin dağıdılması və mənəvi dəyərlərin boğulması) rol oynamaqla daim dəyişmişdir. Özünəməxsus bu tarzlıq, müharibə mədəniyyətinin maddi əsasları bəşəriyyətin mövcudluğu üçün birbaşa təhlükə səciyyəsi alana qədər sərhədlərə malik olub.
Bəşəriyyət hələ ki, müharibə mədəniyyətini dəf etmək üçün texnologiyalara malik deyil. Belə bir rəy formalaşıb ki, bu mədəniyyət “zəruri, labüd şərdir”. Onunla mübarizə mümkündürsə də, bu mübarizə heç zaman vaxtında aparılmır. Belə iddia edilir ki, müharibə mədəniyyətinin məhvi bəşəriyyətin məhvinə səbəb ola bilər. Çünki insanların istifadə etdikləri bütün iqtisadiyyat tipləri bu və ya başqa formada “müharibə iqtisadiyyatıdır”. Belə ki, istehsalın böyük hissəsi hərbi səciyyə daşıyır.
Müharibə mədəniyyəti və sülh mədəniyyətlərinin dərki uzlaşdırılmalıdır. Birgə təhlilin yeni yolları müxtəlif səviyyələrdə: sosial fenomenlər səviyyəsində, psixoloji qaydalar səviyyəsində, tarixi nümunələr səviyyəsində, dil stereotipləri və anlayışlar səviyyəsində, futuroloji proqnozlar səviyyəsində və s. gerçəkləşə bilər. Əlbəttə ki, müharibə və sülh mədəniyyətinin genezisini konstruksiya və onu inkişaf etdirməyə, həmçinin onu qloballaşma dövrü ilə tamamlamağa imkan verəcək müqayisəli tarixi tədqiqat səviyyəsində gerçəkləşə bilər.


Ədəbiyyat
1. Ларкин Л.Г. Социокультурные параметры взаимодействия войны и культуры.- ЛГПУ- https://cyberleninka.ru/article/n/sotsiokulturnye-parametry-vzaimodeystviya-voyny-i-kultury.
2. От культуры войны к культуре мира: концептуальная парадигма перехода
(«постановка проблемы) - http://userdocs.ru/geografiya/6349/index.html?page=18 (s.179)
3. Семашко Л. М. Культура мира http://russika.ru/t.php?t=1785
4. Муткогло И. Джихад большой и малый. http://www.islam.ru/content/obshestvo/41418
5. Культура войны и мира – http://ru.wikipedia.org/wiki/
6. Кудейми М. Концепция войны в исламе : Дис. ... канд. политол. наук : 23.00.04 : Москва, 1994, 149 с.- http://www.dslib.net/glob-razvitie/koncepcija-vojny-v-islame.html
7. Ислам и свобода вероисповедания 3 Сентябрь 2009 - http://islamdag.ru/analitika/1542

Açar sözlər: müharibə, sülh, dialoq, mədəniyyət
Key words: war, peace, dialogue, culture
Ключевые слова: война, мир, диалог, культура.

Зульфугар Фарзалиев
Сравнительный анализ концепции войны и мира
Резюме
В статье рассматривается проблема войны и мира, их роль в истории человечества. Дается теоретический философский анализ соответствующие типы культуры - культуры войны и мира, анализируется проблемы терроризма. Рассматриваются правила ведения войны и важность этих правил для будущего мира.

Zulfugar Farzaliev
Comparative analysis of the concept of war and peace
Summary
The article deals with the problem of war and peace, their role in the history of mankind. The theoretical philosophical analysis of the corresponding types of culture - the culture of war and peace - is given, and the problems of terrorism are analyzed. The rules of warfare and the importance of these rules for the future peace are considered.

 

Zülfüqar Fərzəlİyev
AMEA-nın Fəlsəfə İnstitutu

 

 

"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM