2012-ci il oktyabrın 1-də parlament seçkilərində “Gürcü arzusu” siyasi koalisiyası qalib gəldikdən sonra Gürcüstanın Rusiya ilə münasibətlərinin perspektivləri dəyişdi. Koalisiyaya başçılıq edən B.İvanişvili Gürcüstanın baş naziri səlahiyyətlərini əldə etdi. Yeni hökumətin nümayəndələri ölkənin xarici siyasətində başlıca prioritetlərdən biri olaraq Rusiya Federasiyası ilə münasibətləri normallşadırmağı bəyan etdi, lakin diplomatik münasibətlərin bərpa edilməsi məsələsi nəzərdən keçirilmədi. Tbilisi yenə də Cənubi Osetiya və Abxaziyanı işğal olunmuş ərazilər hesab edir və onların müstəqil statusu ilə razılaşmır. Moskvanın mövqeyi isə ondan ibarətdir ki, bu respublikaların müstəqilliyinin tanınması onların təhlükəsizliklərinin təmin edilməsi üçün yeganə yol idi və Gürcüstanda qalib gələn siyasi gücün Rusiyaya münasibəti nə qədər dostcasına olsa da, Rusiya öz qərarını dəyişməyəcək.
Gürcü ekspertlərinin fikrincə, Rusiya-Gürcüstan münasibətlərinin əvvəlki məcraya düşməsi üçün həm ölkə daxilində, həm də ölkənin hüdudlarından kənarda olan bədxahları qıcıqlandırmamaq məqsədilə “kiçik addımlar” atmaq lazımdır. Bəzi gürcü siyasətçiləri isə hesab edirlər ki, Gürcüstan və Rusiya dostluğunun əsas rəqibi ABŞ-dır, Amerikanın Qafqaz siyasəti və Gürcüstana münasibəti və NATO-dur. Onların qənaətinə görə, Rusiya ilə sıx münasibətlərin inkişafı üçün Gürcüstan postsovet məkanında bütün inteqrasiya proseslərinə doğru hərəkət etməli və MDB-yə qayıtmalıdır.
Gürcüstan iqtisadiyyatının çoxşaxəli sahələrində təmsil olunan Rusiya investorlarının fikrincə, Gürcüstan və Rusiya arasında siyasi münaqişələrin tənzimlənməsi maliyyə bazarlarında, həmçinin bütün növ əmtəə qrupları bazarlarında iki dövlətin əməkdaşlığının inkişaf perspektivlərinə yol açır. Burada daha perspektivli sahə kimi ət və ət məhsullarının, dərman və əczaçılıq məhsullarının, dəmir və poladın, həmçinin yol-nəqliyyat vasitələrinin təchizatı qiymətləndirilir.
İkitərəfli əməkdaşlığın növbəti mərhələsində artıq sabit şəkildə qurulmuş qarşılıqlı əməkdaşlıq sahələrinin inkişaf etdirilməsi və daha da dərinləşdirilməsi məqsəd kimi qarşıya qoyulur. Xüsusilə, ticarət sahəsində Rusiya şirkətləri süd məhsulları, quş əti məhsulları, enerji daşıyıcıları və elektrik enerjisi sahəsində rəqabətqabiliyyətlidirlər. Rusiya istehlakçıları isə öz tərəflərindən, ənənəvi gürcü məhsulları olan spirtli içkilər, çay, meyvə, efir yağı və onlardan hazırlanmış məhsulları almağa meyillidirlər.
İnkişaf etdirilməsi daha çox vaxt tələb edən iqtisadi sahələr üzrə ikitərəfli ticarət əlaqələrinin qurulması zamanı əsas perspektivli sahələr kimi istehsal sənayesi (maşınlar, nəqliyyat və kənd təsərrüfatı texnikaları), kimya sənayesi (sürtkü materialları, mineral yanacaqlar), həmçinin tütün məmulatları sahəsi müəyyənləşdirilmişdir. Təsəvvür etmək olar ki, investisiya əməkdaşlığı məhz bu sahələr üzrə inkişaf etdiriləcəkdir. (1/22)
Müsbət təcrübələr əldə edilmiş sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi birmənalı şəkildə görünür: təbii qaz, faydalı qazıntıların çıxarılması, energetika, neft emalı, qida sənayesi, telekommunikasiya və maliyyə sahəsi.
Xidmətlər bazarı xüsusi diqqətə layiqdir. Burada ənənəvi sahə kimi turizm sahəsini vurğulamaq olar. 2000-ci illərin sonunda Rusiya və Gürcüstan arasında turist mübadiləsi praktiki olaraq dayandırılmışdı. Lakin, 2012-ci ildə Gürcüstan birtərəfli olaraq, Rusiya vətəndaşları üçün viza rejimini ləğv etdikdən sonra, bu ölkəyə gələn rus turistlərinin sayı kəskin şəkildə artmışdır (vizasız rejimin tətbiqi ilə təkcə ilk ildə turistlərin sayı 75,5% artıb).
Bununla yanaşı, bir çox faktlar da var ki, ikitərəfli əlaqələrin inkişaf etdirilməsində çətinliklər yaradır. Rusiya tərəfi müştərək Çin-gürcü layihələrinin artmasına, həmçinin ABŞ və Türkiyə tərəfdən yatırılan həcmli investisiyalara diqqət yetirməlidir. Kəskin rəqabət şəraitində Rusiya ya yeni, daha sərfəli və rəqabətqabiliyyətli layihələrin təşəbbüskarı kimi çıxış etməli, ya da artıq mövcud olan və ya yeni yaradılan proqramlara qoşulmaqla hərtərəfli aspektdə əməkdaşlığı inkişaf etdirməlidir.
Lakin aydındır ki, gələcəkdə həm ticarət sahəsində, həm də investisiya sahəsində Rusiya-Gürcüstan münasibətləri iki ölkə arasında siyasi münasibətlərin inkişaf etdirilməsi ilə müəyyənləşəcəkdir. Mehriban qonşuluq münasibətləri qurulmayanadək qarşılıqlı ticarət həcminin artırılması praktiki olaraq mümkün deyil.
Başa düşmək lazımdır ki, siyasi münaqişələrin həll edilməsi uzunmüddətli xarakter daşıyır. “Amerikanın səsi” agentliyi tərəfindən aparılan qiymətləndirmədə gürcülərin 63%-i hələ də hesab edir ki, Rusiya Gürcüstan üçün daha çox siyasi və iqtisadi təhlükə daşıyır. Lakin, həmin məlumatlara əsasən, Gürcüstan əhalisinin 82%-i Rusiya ilə dialoqun həll edilməsini tamamilə dəstəkləyir.
Yüksək səviyyəli görüşlərdən yan keçməklə siyasi münaqişələrin həlli kimi, əhali ilə qarşılıqlı münasibətlərin qurulması xüsusi əhəmiyyət kəsb edir. Rusiya Statistika Komitəsinin məlumatına əsasən, ümumilikdə xaricdə yaşayan gürcü diasporunun 40%-i, yəni təxminən 157 min Gürcüstan vətəndaşı Rusiya ərazisində yaşayır. (14) Eyni zamanda, Gürcüstan əhalisinin üçdə biri rus dilində danışa bilir. Ona görə də əməkdaşlığın bu istiqamətdə intensiv inkişaf etdirilməsi əmtəə və xidmətlərin qarşılıqlı hərəkət etdirilməsinə və qarşlıqlı maliyyə axının artmasına təsir edəcək.
İkitərəfli əməkdaşlığın inkişaf etdirilməsində sərhədyanı əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Son illərdə bu istiqamətdə ciddi uğurlar müşahidə edilmir. Rostov vilayəti və Şimali Osetiyanın Gürcüstanın həmsərhəd regionları ilə əməkdaşlıq etməsi məhdud xarakter daşımasına baxmayaraq böyük potensiala sahibdir.
Mükəmməl nəqliyyat əlaqəsinin qurulması xüsusi əhəmiyyət kəsb edir. Avtomobil əlaqəsinin qurulmasından sonra Hərbi Gürcüstan Yolunun modernləşdirilməsi layihəsi və mükəmməl hava əlaqəsinin qurulması aktual məsələlərdən hesab edilir.
Aydındır ki, Rusiya və Gürcüstan arasında qarşılıqlı iqtisadi əlaqələr bu gün məhdud xarakter daşıyır. Lakin, düşünülmüş şəkildə ikitərəfli əlaqələrin qurulması bu sahədə müsbət dəyişikliklərin baş verməsinə ümid yaradır. “Gürcü arzusu” siyasi partiyasının 2012-ci il parlament seçkilərində qalib gəlməsi və 2013-cü ilin yanvar ayında Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda B.İvanişvili ilə D. Medvedyev arasındakı danışıqlar Gürcüstan və Rusiya arasında dialoq üçün yeni imkanlar yaratdı.
Gürcüstan-Rusiya münasibətləri gərginlik mərhələsini adlasa da, öz mürəkkəbliyini saxlamaqdadır. Hal-hazırda iki ölkə arasında dialoq Cenevrə danışıqları çərçivəsində dəstəklənir. 2012-ci ildə Rusiyameyilli olması barəsində şayiələr gəzən B. İvanişvilinin rəhbərlik etdiyi “Gürcü arzusu” partiyası hakimiyyətə gəldikdən sonra iki dövlət arasında yaxınlaşma müşahidə edilir. Amma bəzi Gürcüstan siyasətçilərini bu qane etmir [13]. Rusiya ilə Gürcüstan arasında münasibətlərdəki yaxınlaşma artıq bütün sahələrdə hiss olunmaqdadır. Gürcüstanda parlament seçkilərində qələbədən sonra “Gürcü arzusu”nun sürətlə Rusiyaya doğru yaxınlaşdığı artıq heç kimə sirr deyil. "Qazprom”la əldə olunan razılaşma ölkədə geniş narazılıq doğursa da, hakimiyyət narazılıqlara məhəl qoymayaraq, Rusiyanın qaz nəhəngi ilə sazişi qüvvədə saxladı. Artıq əməkdaşlıq digər məsələləri də əhatə etməyə başlamışdır.
"İnterfaks” Agentliyinin yaydığı xəbərə görə, Rusiya və Gürcüstan Abxaziya və Cənubi Osetiyadan nəqliyyat dəhlizlərini fəaliyyətə başlatmaq barədə razılıq əldə ediblər. Agentliyin Gürcüstanın "Rezonansi” və Fransanın “RFİ” radiosuna istinadən yaydığı xəbərdə vurğulanır ki, Rusiya Gürcüstan-Rusiya sərhədinin abxaz və Cənubi Osetiya hissəsində yüklərin daşınmasının monitorinqinin aparılması barədə sazişə “yaşıl işıq” yandırıb. (13) 2011-ci ildə imzalanan bu saziş yüklərin kompleks, müasir auditinin yaradılmasını nəzərdə tuturdu. Qeyd edilirdi ki, İsveçrə şirkətlərindən biri sərhədlərin auditini həyata keçirəcək. Maraqlıdır ki, Tbilisidə və Moskvada bunu müxtəlif cür izah edirlər. Məsələn, Tbilisi hesab edir ki, bu razılaşma Abxaziya və Sxinvalini Gürcüstanın ərazisi kimi tanıyan yeganə sənəddir. Rusiya tərəfi isə belə hesab edir ki, iki ölkə arasındakı münasibətlərdə müəyyən bir istiləşmə hiss olunur və indi tərəflər birbaşa ticarət üçün yeni dəhlizlər açırlar.
Yeri gəlmişkən, Qərb nəşrləri yazır ki, Cenevrədə tərəflər arasında keçirilən müzakirələrdə ilkin olaraq ticarət münasibətlərinin genişləndirilməsi nəzərdə tutulur. Artıq müxtəlif düşüncə mərkəzləri diqqəti Rusiya ilə Gürcüstanın yeni ticarət marşrutları barədə razılığa gəldiklərinə çəkirlər. Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib ki, onlar ruslarla üç ticarət marşrutunu razılaşdırıblar. Yeni ticarət yolları Gürcüstandan ayrılan Abxaziya və Cənubi Osetiyadan keçəcək. Üstəlik, Moskvanın da Tbilisinin beynəlxalq müşahidəçilər barədə tələbiylə razılaşdığı bəlli olub. Məlumata görə, Gürcüstan Rusiyanın Cənubi Osetiya və Abxaziya ilə sərhədlərindən keçirilən məhsullara nəzarət etməkdən ötrü beynəlxalq müşahidəçi məntəqələrinin yaradılmasını istəyir. Gürcüstanla ondan ayrılmış ərazilərin sərhəd xətlərinə də məntəqələrin yerləşdirilməsi planlaşdırılır. “Stratfor” analitik mərkəzi yazır ki, razılaşdırılmış marşrutlar üzrə ticarət Rusiya-Gürcüstan iqtisadi münasibətlərini yaxşılaşdıra bilər. Hazırda bu iki ölkənin ticarət dövriyyəsi 800 milyon dollardır, Rusiya Federasiyası Gürcüstanın üçüncü ən böyük ticarət tərəfdaşıdır. (8/34)
Ticarət marşrutu Moskva və Tbilisinin əldə etdiyi yeganə razılaşma deyil. Bu yaxınlarda onlar həm də Rusiyanın Ermənistana göndərdiyi təbii qazın Gürcüstan vasitəsilə nəqli haqda anlaşıblar və bu, Gürcüstanın enerji sektoru üçün mənfəət deməkdir.
Məlum olduğu kimi, 2008-ci ildə - Rusiyanın Gürcüstan ərazisinə müdaxiləsindən sonra bu iki ölkə arasındakı münasibətlər pozulmuş, diplomatik əlaqələr tamamilə kəsilmişdi. Cəmi bir neçə il öncə indiki razılaşmaların mümkün olacağı kimsənin ağlına gəlməzdi. “Amma bu gün Kreml Gürcüstan hökumətinə barışmaq niyyətində olduğunu çatdırmaqdadır, heç olmasa, iqtisadi sahədə”, - deyə “Stratfor” yazır. Mərkəz, həmçinin Gürcüstanın daxilində Rusiyaya meylin əvvəlkiylə müqayisədə artdığını qeyd edir. Sorğular göstərir ki, hazırda gürcülərin 53 faizi Avropaya inteqrasiyanın tərəfdarıdır. Bu rəqəm əvvəlki illə müqayisədə, az qala, 10 faiz aşağıdır. Lakin respondentlərin təxminən 31 faizi Rusiya ilə münasibətlərin yoluna qoyulmasını istədiyini bildirib. Bu rəqəmsə keçən illə müqayisədə 10 faiz yuxarıdır.
“Stratfor” təhlil mərkəzinin mütəxəssisləri hesab edirlər ki, bu dəyişikliklər gürcülərin təkcə ruslarla deyil, həm də Gürcüstandan ayrılan ərazilərin əhalisi ilə münasibətlərini yaxşılaşdırır. 2016-cı ilin sonunda Rusiya və Gürcüstan, eləcə də tanınmamış Abxaziya nümayəndələri toqquşma zonasında münaqişələrin önlənməsi haqda danışıqları başa çatdırıblar. Digər tanınmamış respublikanın – Cənubi Osetiyanın rəsmiləri isə Gürcüstanla ticarət məntəqəsi açmağı planlaşdırdıqlarını deyirlər. Bütün bunlar o deməkdir ki, Gürcüstan ondan ayrılmış bölgələrlə ticarəti bərpa edə bilər. Tbilisidə konstitusiyaya dəyişikliklə bağlı yeni ideya da var. İdeya sahibləri deyirlər ki, separatçı Abxaziya və Cənubi Osetiyaya gedən turistlər (çox vaxt ruslar olur) Tbilisidən icazə almadıqlarına görə cinayət məsuliyyətinə cəlb olunmasınlar, sadəcə, cərimələnsinlər. “Stratfor” Gürcüstanda geosiyasi durumun hərəkətdə olduğunu yazır. “Avropa İttifaqında fikir ayrılıqları güclənməkdədir. Yeni ABŞ administrasiyası Rusiya ilə əməkdaşlığa meyilli olduğunu bildirib. Ona görə də keçmiş sovet ölkələrinin, o cümlədən Gürcüstanın Moskvayla münasibətlərə yenidən baxması çox vacibdir”, - deyə “Stratfor” mütəxəssisləri bildiriblər. (9)
Bir faktı da qeyd edək ki, Rusiya ilə Gürcüstan arasında münasibətlərin nizamlanması barədə xəbərlər qismən blokadada olan ermənilərin sevincinə səbəb olub. Lakin Rusiya Gürcüstan rəsmiləri ticarətdə bəzi istiləşməyə baxmayaraq prinsipial mövqe nümayiş etdirirlər. (10) Vəziyyəti mürəkkəbləşdirən Gürcüstanın qəbul etdiyi “İşğal haqqında” qanundur ki, onun mövcudluğundə iki dövlət arasında münasibətlərin normallaşacağı real görünmür.
Ədəbİyyat
1. ГРУЗИЯ – РОССИЯ: Сборник статей две перспективы по вопросам политики, безопасности и экономики. Tbilisi. 2014. 60 s.
2. Бжезинский З. Великая шахматная доска: американское превосходство и его геостратегические императивы. Москва, 2010- 254 s.
3. Hüseynova İ. Heydər Əliyev və Qafqazda sülh prosesi: Ali məktəblər üçün dərslik. Bakı: Çaşıoğlu, 2008, 672 s.
4. Həsənov Ə. Geosiyasət: Dərslik. Bakı: Aypara-3, 2010, 604 s.
5. Зурабашвили Г. Южный Кавказ на пути к Европе. // Центральная Азия и Кавказ. Швеция. №4, 2004.
6. Иголкин А.. Независимое закавказье: уроки 1917—1921 гг.
7. Исмаилов Э., Полухов Э. Противостояние «старых» и «новых» игроков на политической карте Кавказа. // Центральная Азия и Кавказ. Швеция. №4, 2004.
8. Московский Государственный Институт Международных Отношений (университет), МИД России, Институт международных исследований «Актуальные проблемы современной мировой политики» Ежегодник ИМИ 2014 выпуск 2 (8)
9. https://worldview.stratfor.com/article/russia-quietly-encroaches-georgia
10. http://www.kaspi.az/az/az/rusiya-gurcustan-elaqelerinde-yeni-merhele/
11. http://www.mid.ru/osobennosti-rossijsko-gruzinskih-otnosenij
12. https://sputnik-georgia.ru/politics/20170327/235362152/Kukava-prizval-RF-udelit-vnimanie-uregulirovaniu-otnoshenij-s-Gruziej.html
13. http://www.interfaks.ru
14. http://www.cisstat.com/
Açar sözlər: ABŞ, Gürcüstan, Gürcü arzusu, Rusiya, Avropa, investisya, böhran, əlaqə.
Key words: USA, Georgia, Georgian dream, Russia, Europe, investment, crisis, relations.
Ключевые слова: США, Грузия, Грузинская мечта, Россия, Европа, инвестиции, кризис, отношения.
Резюме
Самым важным вопросом на сегодня является перспектива российско-грузинских экономических отношений. Чтобы ответить на этот вопрос, нам необходимо определить перспективные направления сотрудничества, оценить существующие проблемы и угрозы и найти пути их решения.
Summary
The most important issue for today is the perspective of Russian-Georgian economic relations. To answer this question, we need to identify prospective directions of cooperation, evaluate challenges and threats that are present and future, and find ways to resolve them.
Əzİm Heydərov
Bakı Dövlət Universiteti
Qafqaz xalqları tarixi kafedrası
"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM