1774-cü ildə imzalanan Kiçik Qaynarca sülh müqaviləsi və Amerika istiqlaliyyət müharibəsi zamanı 1776-cı ildə yazılan “Vətəndaşlıq haqqında Bəyannamə” XVIII əsrin sonlarında yunanlarda millətçilik fikirlərinin dirçəlməsində və formalaşmasında böyük təsirə malik olmuşdur. (10, s.144.) Bu tarixi hadisələrin ardınca 1789-cu ildə baş vermiş Fransa İnqilabının ortaya çıxardığı millətçilik axını, yunanlar arasında, xüsusilə Napoleonun Yeddi Adada məskunlaşmasından sonra daha da yayıldı. Avropa ilə əlaqələri olan yunan aristokratlarının atdığı addımlar da millətçilik ideyasının sürətlə yayılmasına səbəb oldu. Bunlar isə, yunanların üsyana başlamasında mühüm təsirə malik oldu və müstəqillik fikirlərinin formalaşmasına gətirib çıxardı. (18, s.160.)
Yunanların Osmanlı dövlətinin tərkibində əldə etdikləri imtiyazları, demək olar ki, muxtar yaşayış formaları, Aralıq dənizindəki ticarət vasitəsilə xarici dövlətlərlə qurduqları xarici əlaqələr yunanlarda Osmanlı imperiyasına qarşı üsyan etmək düşüncələrini və fəaliyyətlərini inkişaf etdirirdi. Digər tərəfdən isə avropalılar da “yunan məsələsi” ilə yaxından maraqlanmağa başlamışdılar. Əslində yeni dövrün əvvəllərinə kimi hiss olunmayan və heç bir narahatçılıq təşkil etməyən “yunanların varlığı” o dövrdə meydana gələn humanizm və intibah hərəkatları ilə birlikdə gündəmə gəlməyə başladı (6, s.112-113.)
Aralıq dənizində Venesiya və Cenevrə dənizçiliyinin yoxa çıxmasından sonra onların yerini yunan dənizçiləri tutmağa başladı. Bu isə yunanların Avropa incəsənəti və mədəniyyəti ilə tanış olmasına şərait yaratdı. Xüsusi ilə də Fransa inqilabının təsiri ilə Avropadan qayıdan yunanlar öz aralarında həm siyasi sahədə, həm də təhsil, mədəniyyət və incəsənət sahələrində təşkilatlanırdılar. Üsyanda iştirak edənlər arasında Napoleon ordusunda, eləcə də koalisiya ordularında hərbi xidmət göstərən yunanlar olduqca çox idi.(8, s.257.)
Avropa maarifçilərinin azadlıq ideologiyası ilə tanış olan bir çox yunan maarifçiləri yunanlara millətçilik şüurunu aşılayırdılar. Bu istiqamətdə əsas məqsədləri əvvəlcə özlərinin yeni siyasi strukturlarını formalaşdırmaq idi. İkinci isə vahid milli birlik yaratmaq idi. (7, s.51.)
Fransa inqilabının gətirdiyi yeniliklər Avropanın bir çox bölgələrində zorla qəbul etdirilirdi. Buna baxmayaraq, yunan xalqının əksəriyyəti bu yenilikləri böyük ümidlə qəbul etdi. İnqilabın tezislərini mənimsəyən yunan maarifçiləri Fransadakı inqilabçıları nümunə götürürdülər. Fransız inqilabçılar feodal aristokratiyasına və kilsə qurumlarına qarşı çıxırdılar. Yunan maarifçiləri də fransız feodal aristokratlara bənzətdikləri və Bizansın davamçısı olaraq gördükləri Osmanlı dövlətinə qarşı çıxırdılar. Fənər Yunan Patriarxlığı və ona bağlı qüvvələr isə üsyanda iştirak edəcək xristiyanların müdafiəsi vəzifəsini öz öhdələrinə götürmüşdülər. (14, s.143.)
Maarifçilik fikrinin Peloponnes yarımadasında və adalarda yayılmasında ən böyük pay yunan tacirlərinə aid idi. Yunan tacirləri Peloponnes yarımadasına və bu yarımadanın şimalında qurduqları məktəblərə kitab və ləvazimat göndərərək, uşaqlarını Avropa şəhərlərində oxudurdular. Volter, Lokk, Russo kimi maarifçi mütəfəkkirlərin kitablarını tərcümə edirdilər. (6, s.109.) Bu proses müəllim, jurnalist, ədəbiyatçı, tacir və rahiblərdən ibarət mütəşəkkil yunan “ziyalı” təbəqəsini meydana gətirdi. Bu təbəqə yunan dilində qəzet, kitab və risalələr yazaraq, məktəb və digər təhsil ocaqları vasitəsilə müstəqillik fikirlərini yayırdılar. (3, s.495.)
Osmanlı imperatorluğu daxilindəki imtiyazlı mövqeləri nəticəsində var-dövlət sahibi olmuş yunan aristokratları Avropa ilə daimi əlaqədə idi. Avropada meydana gələn millətçilik, müstəqillik kimi fikirlərə aludə olurdular. Artıq XVIII əsrin 1-ci yarısından etibarən yunan şair, tarixçi və yazıçıları Yunanıstanın müstəqilliyinin, hətta keçmiş Bizans İmperatorluğunun yenidən bərpa olunmasının planlarını qurmağa başlamışdılar. (18, s.160.)
Bu kimi fikirlər, yeni açılan məktəblərdə kilsənin də köməyi ilə kiçik yaşlarından etibarən yunanlar arasında yayılmağa və güclənməyə başladı. Bu hərəkatın nümayəndələri din adamları kimi geyinirdilər. Onlar Osmanlı imperiyasında xristiyan dininə verilən azadlıqlardan istifadə edərək zəifləmiş dövlət idarəçilik sisteminin təzyiqlərindən uzaq şəkildə öz fəaliyyətlərini həyata keçirirdilər. Beləliklə, böyük təsir gücünə malik yunan maarifçiləri qrupu meydana gəldi və burjuaziya daxilində öz yerini tutdu. (4, s. 62-63.)
Yunanlarda bu düşüncələri oyadan Fransa inqilabında ortaya çıxan “İnsan Hüquqları haqqında Bəyannamə” olmuşdu. Bundan başqa, Napoleon yunanlar arasında Antik Yunan, Ellinizm duyğularının daha da artırılması məqsədi ilə Adalar Dənizindəki bütün adalara xəfiyyələr göndərmişdi. Napoleonun 1826-cı ildə yazdığı “Ellin xatirələri”ndə yunanları dustaqlıqdan qurtarmaq barədə bunları yazır: “Yunanıstan bir xilaskar gözləyir. Bu xilaskar görkəmli və şanlı bir tac ilə zəfər əldə edəcəkdir.” (2, s. 221-223.)
Maariflənmə istiqamətində gedən üsyana hazırlıq işləri daha asan yolla həyata keçirilirdi. XVIII əsrin son 25 ilində yunan dilində nəşr olunan kitabların sayı 700-ü keçirdi. XIX əsrin ilk iyirmi ili içərisində isə yunan dilində nəşr olunan və tərcümə edilən əsərlərin sayı isə 1300-ə çatırdı. Avropada da şərəfli və zadəgan bir addım olaraq dəyərləndirilən yunan üsyanına aid bir çox şer kitabları nəşr olunurdu. Bu şəkildə Fransada, 1821-ci ildə 9, sonrakı ildə isə 18 kitab nümayiş olunmuşdu. ( 19, s. 181–182.)
Osmanlı dövlətinin bu sahədə heçbir təzyiqinə məruz qalmayan yunan ədəbiyyatçıları və şairləri, xüsusilə 18-ci əsrdən etibarən yunan ədəbiyyat və incəsənətini canlandırmağa başladılar.(1, s.257.) Velestinlis Ferrarios Riqas, Adamantios Korais və Demetrios Katartizis kimi maarifçilər XVIII əsrin sonları və XIX əsrin əvvəllərində maarifçilik və millətçilik kimi fikirləri yaymağa çalışırdılar. (3, s.497.)
Peloponnesdə maarifçilik fikrinin xalq arasında yayan məşhur simalar arasında ən önəmli yerə Riqas ve Korais sahib idi. XVIII əsrin sonlarında yunanların fikir və ideyalarını açıq şəkildə ifadə edən Adamantis Korayis idi. O, Fransa inqilabı zamanı Parisdə olduğundan azadlıq və inqilabi fikirlərin təbliğinə yaxşı bələd idi. Korayis Osmanlı hökumətinə və idarəçiliyinə qarşı çıxırdı. Yunanları Osmanlı imperiyasının hakimiyyətindən qurtarmaq üçün elmi yoldan istifadə edirdi. Bu məqsədlə yunan dilində ilk kitabxananı təsis etdi. (22, s.19.)
Koraislə eyni məqsəd arxasınca gedən və elmi fəaliyyət göstərən yunan şairi Riqas XVIII əsrin sonlarında Vyanaya gedərək Yunanıstanın istiqlaliyyətinə nail olmaq üçün 1796-cı ildə bir cəmiyyət yaratdı. Riqas 1797-ci ildə mövcud sərhədlərdən olduqca fərqlənən və geniş hüdudlara malik olan “Müstəqil Böyük Yunanıstan”ın xəritəsini çap etdirərək yaydı.(13, s.16) Burada bütün Balkanlar, Anadolu və adalar yunan torpaqları olaraq göstərilmişdi. Bu xəritə daha çox böyük yunan ideyasının lahiyəsinə bənzəyirdi. (22, s.19. )
Riqas şerlərində xalqın azadlıq uğrunda mübarizə ruhuna toxunmağa çalışırdı. Onun fikrinə əsasən, insanlar dinindən və irqindən asılı olmayaraq bərabər hüquqlara sahib olmalıdır. Fransadakı həmkarlarından ilhamlanaraq hazırladığı Konstitusiyada və təklif etdiyi marşda Fransa inqilabının təsiri aydın görünür. (8, s.257.)
Riqas inqilab proqramı və konstitusiya hazırlayıb 1797-ci ildə nəşr etdirdi. Onun qurmaq istədiyi dövlət “Ellin respubliskası” adlandırılacaq və Osmanlı torpaqlarını əhatə edəcəkdi. (16, s.26.) Riqasın hazırladığı konstitusiyanın maddələrinin bəziləri belədir: “7-ci maddə: Bu dövlətin əhalisi din, dil, şivə, məhzəb fərqi nəzərə alınmadan yunanlar, albanlar, rumınlər, ermənilər, türklər və digər soylardan olanlardır; 21-ci maddə: Millətin təmsilçisi bütün xalqdır. Zəngin və adlı-sanlılar üçün fərqli hüquqlar ola bilməz; 53-cü maddə: Dövlətin rəsmi dili yunan dilidir; 122-ci maddə: Qanuni idarəçilik bütün yunanlara, türklərə bəarabər münasibət bəsləməyi, azadlığı və havadarlıq etməyi vəd edir”.(13, s.16.)
Riqasın təsəvvür etdiyi respublikada 1798-ci ildə yunan əhalisi 150 min nəfərə qədərdi. Bu hətta o zaman İstanbulda yaşayan türk əhalisindən də az idi. O zaman Balkanlarda yaşayan türk əhalisi 5mln.-dan çoxdu. (13, s.17)
Riqas üsyana hazırlıq görmək istərkən Avstriya polisi tərəfindən yaxalanaraq 1797-ci ildə türklərə təslim edildi. 1798-ci ildə edam edildikdən sonra onun yaratdığı cəmiyyət dağıldı. (15, s.44)
Yunanlar tərəfindən üsyana hazırlıq məqsədilə başqa təşkilatlar da qurulmuşdu. Avropanın müxtəlif yerlərində “Yunanpərəstlər Cəmiyyəti” ( və ya “Ellin Dostluq Cəmiyyəti”) quruldu. Bu yollarla da avropalı ziyalıları yunanlara köməyə çağırdılar.(18, s.160.) Həmin təşkilatlar yalnız Rusiyadan deyil, Fransadan və başqa dövlətlərdən də gizlicə yardım alırdılar. Qurulan təşkilatların əsas mərkəzləri Paris, London və Vyana idi.( 13, s.15) Onlara aşağıdakılar daxildir:
•1800-cü illərin əvvəllərində arasında şair Adamantios Koraisin də olduğu, lakin üzvlərinin sayı bilinməyən Afina adında təşkilat quruldu. Haqqında elədə çox məlumat olmayan bu cəmiyyətin fəaliyyətini 1813-cü ildə Parisdə Konte Çoseul – Quffiyerinin liderliyində, “Hotel Grec” adlı bir təşkilat davam etdirdi. Aralarında məşhur “Filiki Eterya”nın qurucularından Anastosion Çakalofun da olduğu “Hotel Grec”də katiblik vəzifəsi Babialinin Parisdəki məsləhətçisi yunan Angelopulosa verilmişdi.(16, s.69) Bunlar daha çox Fransa dövlətinə rəğbət bəsləyirdilər.
•1812-ci ildə Afinada, tərkibində xeyli sayda ingilislərin də olduğu, “İncəsənət Tanrısnın Dostları” Cəmiyyəti quruldu. “Filomusi” deyə adlanan bu cəmiyyət yunanların təhsili məsələsi ilə məşğul olurdu. ( 9, s. 73.)
•1814-cü ildə Parisdə “Yunan dilində danışanlar oteli” adlı bir təşkilat quruldu. Təşkilatın qurucuları arasında Angelopulos da var idi. “Filiki Eterya”nın üç qurucusundan biri yanyalı bolqar Arnaş Çakalof da bir müddət bu təşkilatın üzvü oldu.
•Yenə 1814-cü ildə Vyanada “İncəsənət Cəmiyyəti” adlı bir yunan təşkilatı quruldu.
Yunanların Avropa ictimaiyyətindən gördükləri dəstəyin arxasındakı amillərdən biri, Avropada antik Yunan (Ellin) mədəniyyətinə qarşı böyük marağın olması idi. Qədim Yunanıstanın Avropa mədəniyyətinin beşiyi olması anlayışı yayılmağa başladı. Bu isə zamanla avropalı ziyalıların keçmiş yunan mədəniyyəti ilə daha çox maraqlanmasına gətirib çıxartdı. Bir çox avropalı ziyalı (Volter, Biron, Göte kimi) antik Yunanıstana heyranlığın təsiri ilə yunanların müstəqillik uğrunda mübarizəsinə rəğbətlə yanaşırdı. (5, s.36) Mənası “Yunan dostluğu” olan “ Filellinizm” Avropada yunanlara heyranlıq dərəcəsinə kimi gəlib çıxdı. (20, s.28) Avropalılar “Yunan dostluğu” altında yunanların müstəqillik mübarizəsinə dəstək verməyə başladılar. Avropalı ziyalılar üsyançılara hər cür köməkliyi təmin etmək üçün əllərindən gələni edirdilər. Bu isə yunanlara cəsarət verməklə yanaşı, Osmanlı imperiyasında öz mənfəətləri olan dövlətlərin də yunanların xeyrinə hərəkətə keçmələrinə səbəb oldu. (5, s.37)
Avropalı yunanpərəstlər incəsənət, ədəbiyyat və mətbuat sahəsində yazdıqları yazılar və elmi fəaliyyətləri ilə yunanların azadlıq uğrunda mübarizələrini dəstəkləyirdilər. Təbliğat xüsusiyyəti daşıyan bu elmi nəşrlərdə yunanlarla əlaqədar ədəbi və tarixi təsvirlərlə yanaşı, türklər haqqında keçmişdən bəri mövcud olan mühakimə xarakterli fikirlər ifadə edilirdi. Onlar türkləri barbarlar kimi qələmə verirdilər. Yunanların xristian olduqları tez-tez vurğulanaraq, müsəlman - xristiyan düşmənçiliyi ön plana çəkilirdi.( 19, s. 181–182.)
Türklərin əleyhində, yunanlara dəstək məqsədilə yazılan bu yazıların təsiri ilə Avropa xalqı üsyançılara daha da yaxınlıq göstərməyə başladı. Yunanpərəst ədəbiyyatçıların və incəsənət adamlarının təbliğat xarakterli fəaliyyətləri Avropa ictimaiyyətini də öz tərəfinə çəkməyi bacardı. Burada yunanların Avropada yaydıqları yalan məlumatlar da böyük rol oynadı. Onlar türkləri barbarlar kimi qələmə verirdilər. (23, s. 141.)
Avropalı mütəfəkkirlər arasında yunanpərəstlərin əsas təmsilciləri Volter, Andre Chenier, Lord Biron idi. (8, s.257.)
İngiltərədə yunanpərəstlərin simvolu, köhnə Ellin mədəniyyətinin və ədəbiyyatının pərəstişkarı, şair və yazıçı Lord Biron qələmə aldığı atəşli yazıları ilə avropalıların aristokrat təbəqəsi üzərində böyük təsir yaradırdı. Biron, sonralar könüllü olaraq Yunanıstana döyüşməyə getdi. Eyni zamanda admiral olan Lord Kokran və General Çörç də yunan meylli olan məşhur ingilislər idi. (24, s. 209–210.)
Türklərin Avropadan çıxarılması fikrinə üstünlük verildiyi bu yazılardan biri, tanınmış din adamı olan Tomas Hyugesin üsyan ərəfəsində gəzdiyi Yunanıstanı təsvir edən “Səyahətnamə” əsəri idi. Hyugesin “dünyanı çirkləndirən və insanlıq üçün təhlükə ünsürü” olaraq gördüyü türklərin yox edilməsinin bir insanlıq vəzifəsi olduğu barədə düşüncələri türklərə olan düçmənçiliyin dərəcəsini açıq şəkildə ortaya qoyurdu. ( 17, s. 183.)
Fransada yunanlara duyulan rəğbət daha geniş bir ictimai dayağa sahib idi. Ziyalı təbəqə, kralçılar, liberallar və Bonapartçılar bu məsələdə ortaq düşüncə nümayiş edirdilər. Burada da Türk və Müsəlman düşmənçiliyini önə çıxardan yazılar nəşr edilirdi. Katebriand, Viktor Hüqo, Volter, Lamartin və Andre Kenyer yunanpərəst yazılarla tanınırdılar. (23, s. 144.)
Nazir vəzifəsini icra etdiyi dövrdə Katebriand, Yunanıstanla bağlı çap etdirdiyi yazısında “... Fransa Yunanıstanın ən böyük qızıdır” ifadəsini işlətmişdi. O, yenidən dirçəlməkdə olan ellinlərin Osmanlı tərəfindən məhv edilməsinin sivilizasiya üçün böyük ayıb olduğunu ifadə edirdi. Fransız Dili Akademiyasında söylədiyi nitq ilə hökuməti silahlı müdaxiləyə təşviq edərək, burada yunanpərəst qüvvələrin sayını artırmağa çalışırdı. İstefaya göndərilməsindən sonra da yunanları dəstəkləməyə davam edən Katebriand, Avropa ictimaiyyəti və siyasi dairələrinə böyük təsir göstərirdi. (25, s.86-87.)
Fransız liberallar da yazdıqları yazılarda türkləri barbar olaraq xarakterizə edir, bütün xristianları osmanlılarla döyüşməyə çağırırdılar. Onlar, türklərin yenidən Asiyaya sürgün edilməsini və Ayasofiyanın keçmiş günlərinə qaytarılmasını istədiklərini öz yazılarında vurğulayırdılar. (21, s. 96)
Almaniyada da yunanlara qarşı böyük maraq var idi. Almaniya küçələrində əldən-ələ gəzən bir yazı yunanlara göstərilən yaxınlığı və dəstəyi ortaya qoyurdu. Alman gəncliyinə xitabla başlayan bu yazı belə idi:
“... Din, həyat və azadlıq uğrunda mübarizə bizi silahlanmağa çağırır. İnsanlıq bizi qardaşlarımıza, alicənab yunanlara köməyə qaçmağa çağırır. Müsəlmanların Avropadakı hakimiyyətinin sonu yaxınlaşır. Avropanın ən gözəl ölkəsi azad olmalı, qurdların əlindən qurtarılmalıdır. “ Almaniyada yunanlara verilən dəstəyin arxasında din faktoru dururdu. Xristianlıq naminə insanları döyüşə çağıran bu yazı ilə sanki İslama qarşı yeni bir Xaçlı yürüşünə təşviq edilməkdə idi. (11, s.81)
Avropada yunanlara qarşı ən çox sevgi və yaxınlıq göstərən digər millət ruslar idi. Ancaq burada göstərilən maraq daha çox dini həmrəylik, tarixi türk düşmənçiliyi və rus hökmranlığı arzusunun bir təzahürü idi. (12, s.324) Rusiyada isə öz yazıları ilə ictimaiyyətə təsir edən şəxs Puşkin idi. (21, s.498.)
Ədəbİyyat
1. Adolph Slade, Kapitan Paşa. Boğaziçi neşriyyat evi. İstanbul 1976.
2. Albert Hourani. Batı Düşüncesinde İslam. Çev: Mehmed Kürşad Atalar. Pınar Yay. İstanbul, 1996.
3. Aşkın Koyuncu Yunanıstanda Bağımsız Devlet. Balkanlar El Kitabı. C: 1.
KaraM/Vadi yayınevi. Dergi O.Karatay-B.A.Gökdağ. Ankara, 2006.
4. Bilal Eryılmaz. Osmanlı Devletinde Gayrimüslim Tebaanın Yönetimi, 2. Baskı, Risale Yay., İstanbul 1996.
5. Bilal N. Şimşir. Ege Sorunu - Belgeler (1912 – 1913). C. I, 2. Baskı TTK Yay. Ankara, 1989.
6. Enver Ziya Karal. Osmanlı Tarihi. Türk Tarih Kurumu Yayınları. Ankara, 1983.
19. 7. Eric J. Hobsbawm. 1780-den günümüze milletler ve Milliyetçilik “Program, Mit, Gerçeklik”. Çev: Osman Akınhay. Ayrını. İstantı yayınları. İstanbul, 1995.
21. 8. Fahir Armaoğlu. 19. Yuzyıl Siyasi Tarihi. İstanbul. Alkım yayınevi. 2006. 1152 s.
25. Hasan Demirhan. Büyük Güçlerin gölgesinde Yunan isyanı. İdil yayıncılık. İstanbul, 2016.
10. Hasan Şahin, “Küçük Kaynarcadan (1774) Paris Barışına (1856) Kadar Şark Meselesi Perspektifinde Osmanlı-Rus Münasebetlerine Genel Bir Bakış”. Türkler,C. XII. Ed. Salim Koca vd. Yeni Türkiye Yay. Ankara, 2002.
11. Kula Onur Bilge. Alman Kültüründe Türk İmgesi, Gündoğan Yay. Ankara, C. I-II-III.
12. Kurat A. N. Rusya Tarihi, TTK, Ankara 1993.
13. Məmməd Fətəliyev. Türkiyə,Yunanıstan və Böyük dövlətlər. Birinci dünya müharibəsi ərəfəsind və illərində. Bakı universiteti nəşriyyatı. Bakı, 2005.
14. Millas Herkül. Geçmişten Bugüne Yunanlılar Dil ve Din Kimlikleri. İletişim yayınları. İstanbul, 2003.
15. Murat M. . Hatipoğlu Yunanıstandakı Gelişmelerinin işığında Türk-Yunan ilişkilerinin 101 yılı (1821-1922) Ankara Üniversitesi basımevi. Ankara, 1988. 180 s.
16. Nureddin Tursan. Yunan Sorunu. Ankara, 1987.
17. Thomas Hughes, Considerations Upon the Grek Revolution’ dan aktaran Sonyel.
18. Rıfat Uçarol. Siyasi Tarih. 1789-2014. 10-cu Baskı. Ankara, 2015.
19. Salahi Sonyel, Minorities and the Destruction of the Ottoman Empire, TTK, Ankara 1993.
20. Vamık D. Volkan- Norman Itzkowıtz,Türkler Ve Yunanlılar: Çatışan Komşular, Bağlam Yay., İstanbul 2002.
21. Vladimir Potyemkin, Uluslararası İlişkiler Tarihi, Çev. Attila Tokatlı, I, May Yayınları, İstanbul,1977.
22. Yusuf Halaçoğlu. Derbend. TDVİA. İstanbul, 2009. IX.
23. Jezernik Bozidar.Vahşi Avrupa Batı’da Balkan İmajı, Küre Yay., İstanbul 2006.
24. J. A. Marriot, The Eastern Question, Oxford, 1958.
25. http://dergiler.ankara.edu.tr/dergiler/19/1132/13300.pdf
Açar sözlər: Fransa burjua inqilabı, Avropa maarifçilik hərəkatı, Riqas Feraios, Adamantios Korais, Yunan üsyanı.
Ключевые слова: Французская революция, Движение европейского просвещения, Ригас Фереос , Адамантиос Корейс, Греческое восстание.
Key words: France’s bourgeois revolution, European enlightenment movement, Rigas Feraios, Adamantios Korais, Greek Revolution.
ABSTRACT
On the the greek was strong. Many greek educators became acquainted with the liberty ideology of European educators. The greeks have a sampleg French Revolutionories. Ferrarios Rigas and Adamantios Korais were prominent figures who spread the idea of enlightement in the Morea. Rigas prepared a revolutionary program and constitution. Then published it in 1797.The state he wanted to build was called the Ellin Republic. European writers, poets and artists supported the struggle of the Greeks for freedom in their workes.
РЕЗЮМЕ
Произощедшая в 1789-ом году Французская буржуазная революция,оказала сильное влияние на греков.Многие греческие просветители познакомились с революционерной идеологией Европейских просветителей.Греки брали пример с французских революционеров. Известные лица, распростронявшие идеи просветительства среди народа в Пелопоннесе были Феррариос Ригас и Адамантис Кораис. Ригас составил программу революции и конституцию,и напечатал в 1797 году.Государство которое он хотел создать должно было называться «Эллинская Республика». Европейские писатели,поэты и деятели исскуства в своих произведениях поддерживали борьбу греков за свободу.
Gülnarə Sədrəddinova
Bakı Dövlət Universiteti
"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM