Qloballaşma şəraitində milli-mənəvi dəyərlərin, milliliyin, milli özünəməxsusluğun qorunub saxlanmasına xüsusi əhəmiyyət verilməlidir. Qloballaşmanın, ümumbəşəri dəyərlərin ön plana çəkilməsi, milli-mənəvi dəyərlərin isə arxa plana keçirilməsi xalqın özünəməxsusluğunun, unikallığının itirilməsinə, digər xalqlar arasında əriməsinə gətirib çıxara bilər. Çünki istər fərdi, istərsə də ictimai səviyyədə bütün insanları, xalqları bir-birindən fərqləndirən də elə mədəniyyətdir. Çıxış yolu milliliklə ümumbəşəriliyin vəhdətindədir: biz başqalarından öyrəndiyimiz kimi, başqaları da bizdən öyrənməlidir. Lakin bu cür yanaşma açıq cəmiyyət modelinə zidd olmamalı, əksinə bu sahədə istənilən problemi dialoq müstəvisinə gətirməyi nəzərdə tutmalıdır.
Əsrlər boyu yaranan milli-mənəvi dəyərlər, o cümlədən dini-mənəvi sərvətlər cəmiyyətin sosial tənzimləmə və ideoloji sistemində mühüm rol oynayır. Dövlət dini-mənəvi dəyərlərin sosial-mənəvi məzmununa varislik prinsipilə yanaşaraq onlardan ideoloji tərbiyədə istifadə edir. R.Əliyev düzgün olaraq varislik prosesində irsən keçmiş dəyərlərin yenidən dirçəldildiyini və inkişaf etdirildiyini qeyd edərək müsəlman ölkəsi olan Azərbaycan şəraitində sosial-psixoloji varislik mexanizmi vasitəsilə keçmişin gözəl əxlaqi dəyərlərilə yanaşı, o dövrün sosial bəlaları – dini təəssübkeşlik, mövhumat və xurafatın da müasir nəsillərin şüuruna və əməli həyatına yol tapdığını, buna görə də dini-mənəvi dəyərlərə münasibətdə mövqeləri müəyyən edərkən bu amilləri də nəzərə almağı tövsiyə edir.Burada dövlətin bütün ideoloji və tərbiyəvi təsir mexanizminin gücündən səmərəli istifadə olunmalıdır. Hər şeydən əvvəl müstəqillik şəraitində adət-ənənələrə şüurlu varislik münasibəti təbliğ edilməlidir. Bu zaman əsas meyar kimi adət-ənənələrin sosial-mənəvi potensialı açıqlanmalıdır. (1, 65)
Bu gün islamı dəyərlərin düzgün təbliğində, eləcə də dini mühitin sabitliyində ulu öndərimiz Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası da mühüm yer tutur. Bu mənada, azərbaycançılıq ideologiyası özündə neokonservatizmin diktə etdiyi bir sıra aktual şərtləri cəmləşdirir. Ümummilli liderimizin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-əxlaqi dəyərləri qoruyub saxlamağa, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formasıdır. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, bu günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyasıdır. Ulu öndərimiz Heydər Əliyevin bəyan etdiyi kimi, azərbaycançılıq ideologiyası hər bir vətəndaşın qarşısında ilk növbədə dövlətçiliyi qorumaq və inkişaf etdirmək, onu hər cür təhdidlərdən qorumaq vəzifəsi müəyyənləşdirir.
Müasir Azərbaycan cəmiyyəti üçün ən çox qəbul edilən, hamının şüuruna, mənəviyyatına çökmüş olan ideologiya azərbaycançılıq ideologiyasıdır. Bu, əslində inteqrativ ideologiyadır. Belə ki, azərbaycançılıq ideologiyası özündə həm vətənpərvərliyi, həm milli ideologiyanı, həm dövlətçiliyi, həm də fundamental əsas olan milli mentaliteti birləşdirir. Burada indiki dövrdə hamı tərəfindən birmənalı qəbul edilən, hamının mənəviyyatında, düşüncəsində özünə yer tapmış olan komponent vətənpərvərlikdir. Səbəbi aydındır. Azərbaycanın torpaqlarının iyirmi faizini işğal etmiş ermənilər bu torpaqların onlara məxsus olması iddiasındadırlar. Bu torpaqları əldə saxlamaq üçün onları müdafiə edən beynəlxalq havadarlarından və geniş yayılmış erməni diasporundan istifadə edirlər. Lakin hər bir azərbaycanlı həsrətlə bu torpaqların azad olunmasını gözləyir və onun azad olunması üçün əlindən gələni etməyə, silah götürüb döyüşə getməyə hazırdır.
Lakin vətənpərvərlik ideologiyası yalnız işğal olunmuş, itirilmiş torpaqları geri qaytarmaq əzmi ilə tamamlanmır. Burada vətənpərvərlik ideologiyası ideologiyanın digər komponentləri ilə üzvi əlaqəyə girir. Şübhəsiz ki, milli ideologiyanın ən mühüm komponentlərindən biri dövlətçilik ideologiyasıdır. Dövlət və dövlətçilik həmişə əhalinin bütün təbəqələri arasında ən çox müzakirə olunan, haqqında müxtəlif fikirlər söylənilən məsələlərdən biridir. Lakin bu fikirlər təəssüf ki, heç də dövlətin strukturu, bu strukturun elementləri arasındakı sinxron əlaqə və strukturun özünün həyatın gedişi prosesində dəyişdirilməsi istiqamətində deyil, mövcud strukturda hər hansı bir həlqədə isə oturmaq onu hansı yolla olursa-olsun ələ keçirmək istiqamətində gedir. Əsas məsələ cəmiyyətin özünün onun təhsil, elm və idarəetmə sistemin ilə yanaşı bütöv siyasi sistemin əsas dövlət adamı yetişdirə bilməsidir. Belə dövlət adamı mənəvi əxlaqi keyfiyyətləri ilə yanaşı, ölkə konstitutsiyasının qarantı rolunda çıxış etməli, müstəqil analitik qabiliyyəti, təşəbbüskarlığı, kreativliyi və iradəliliyi ilə fərqlənməlidir. O, düzgünlüyün, ədalətliliyin və halallığın simvoluna çevrilməlidir. Əlbəttə, sual oluna bilər ki, axı bir adamda bu qədər müsbət və yüksək səviyyəli keyfiyyətləri haradan tapmaq olar. Cavabında isə demək olar ki, əlbəttə, bunlar idealdır, lakin bu idealı heç cürə kənara atmaq olmaz. Həmişə bu ideala doğru getmək lazımdır. Çünki bu ideal reallıqda, yaxud reallaşan zaman həmişə bu və ya digər cəhətdən aşağı əmsala malik olur. Əlbəttə, cəmiyyəti, yaxud onun hər hansı bir sahəsini idarəetmə sahəsində işləmək, rəhbərlik etmək çox hörmətli, nüfuzlu və şərəfli bir işdir və bu sahədə çalışanlar yüksək sosial və hüquqi-inzibati statusa malik olurlar. Onlar həmişə diqqət mərkəzində dururlar. Lakin onlar öz dövləti və sosial statuslarından düzgün, əxlaqi və hüquqi normalara uyğun istifadə etmədikdə, öz vəzifələrini yerinə yetirə bilmədikdə bütövlükdə dövləti nüfuzdan salırlar. Siyasi və elmi elita məsələsinin məhz bu qəbildən olan xüsusiyyətlərinə diqqət verməlidir ki, vaxtında idarəetmə sahəsində profilaktik tədbirlər həyata keçirilsin və bu iş ardıcıl surətdə aparılsın.
Artıq göstərildiyi kimi, mühüm siyasi və ideoloji anlayışlar bir-birilə sıx surətdə bağlıdır. Buna görə də bunların heç birini ayrılıqda, başqalarından təcrid olunmuş halda götürmək mümkün deyildir. Belə hal yalnız abstraksiyada mümkündür, real gerçəklikdə, praktikada isə bu mümkün deyildir. Buna görə də milli ideologiya, azərbaycançılıq və dövlətçilik ideologiyası milli mentalitetlə bağlıdır. Elə mentalitet sözünü Azərbaycan dilinə çevirsək o milli ağıl, milli düşüncə, yaxud fəlsəfi dilə çevirsək milli-ictimai şüur, milli mənəviyyat kimi səslənəcəkdir. Milli ictimai şüur özü də elə milli şüurdur. Əlbəttə, burada çıxış nöqtəsi fərdi şüurdur. Çünki fərdi şüur olmadan milli şüur anlayışı quru abstraksiyadır. Məhz fərdi şüurların ümumi, ictimai məqamları milli şüuru, yaxud milli mentaliteti əmələ gətirir. Başqa sözlə, fərdi şüur fərdə məxsus olan maraq və keyfiyyətləri saxlamaqla digər fərdlərə də məxsus olan ictimai şüur məqamları ilə qovuşur və ictimai şüuru yaradır.
Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu tutan Azərbaycanda din dövlətdən ayrı olsa da dini-mənəvi dəyərlər xalqın mənəviyyatı, dünyagörüşü, həyat tərzi və ideologiyasından ayrılmazdar. Bir sözlə, Azərbaycanda milli və dini ideya üstünlük təşkil edir. Hazırda Azərbaycanın ictimai həyatında iki başlıca kommunalist ideya – azərbaycançılıq ideyası ilə dini islamçılıq ideyası üstünlük təşkil edir və bu ideyalardan hər biri getdikcə öz sosial bazasını gücləndirir.(2, 58) Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Qərb demokratiyasına əsaslanan yeni sosial dövlət quruculuğu, Avroatlantik məkana inteqrasiya kontekstində vətəndaş cəmiyyətinin bərqərar olub formalaşması prosesinə start vermiş, sürətli tərəqqi və ikişaf yoluna qədəm qoymuşdur. Bu durum həm də ölkədə hüquqi dövlət quruculuğunun əsas şərtlərindən biri qismində çıxış etmişdir.
Akademik R. Mehdiyevin qeyd etdiyi kimi, azərbaycançılıq xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvətdir. Bu, ilk növbədə, real müstəqilliyə nail olmağın, vahid və bölünməz Azərbaycanın qorunub saxlanması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Filosof xüsusi vurğulayır ki, azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır: "ideologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil edir. Bu deyilənlərdən görünür ki, ideya-nəzəri və siyasi baxımdan azərbaycançılıq və neokonservatizm bir-biri ilə sıx bağlıdır".(3, 396)
Xalqın məhz böyük potensial ehtiyatlarının və ölkəni tərəqqiyə, firavanlığa doğru aparmağa qadir siyasi elitanın olması onu göstərir ki, neokonservatizmin milli forması kimi azərbaycançılıq Azərbaycan dövlətçiliyi tarixinin yaxın gələcəyi ərzində milli ideologiyanın əsası olaraq qalır. Məhz bu ideologiya Azərbaycan xalqını Avropanın və Qərbin mütərəqqi inkişaf meyillərini mənimsəməklə yanaşı, özünün milli-əxlaqi, dini dəyərlərini qoruyub saxlamağa, ona sadiq qalmağa sövq edir. Bu gün islami dəyərlər sırf dövlətçilik və xalq maraqları çərçivəsində təbliğ olunmalı, cəmiyyətdə mənəvi-əxlaqi normaların möhkəmlənməsinə xidmət etməlidir.
Ölkəmizdə aparılan mükəmməl və düşünülmüş siyasətin həyata keçirilməsinə bariz misal isə 2017–ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan olunmasıdır. Son dövrlərdə müsəlman dünyasında baş verən ziddiyyətlər, iğtişaşlar. qarşıdurmalar, terrorçu qruplaşmaların dövlətləri ələ keçirmələri kimi neqativ proseslər fonunda Azərbaycan artıq İslam platformasının ən müasir, sabit ölkəsinə çevrilib, təriqətlərarası sülh və etimad mühiti burada etibarlı qorunur. Hazırda müsəlman dünyasında müasirliyin, kamilliyin, sabitliyin, inkişafın, humanizmin ən favorit ünvanı olan Azərbaycan öz üzərinə yeni missiya götürüb. Belə ki, İslam aləmində böyük nüfuza, siyasi xarizmaya sahib olan Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi respublikamızın sərhədlərini aşan, bütövlükdə müsəlman dünyasını birliyə, həmrəyliyə, nəcibliyə, humanizmə çağıran mesajdır və bu, həm də dövlətimizin, onun başçısının ümumbəşəri problemlərə yanaşma tərzinin ən bariz və yüksək nümunəsidir.
2016-cı ildə 80 ölkədən 400 nümayəndənin iştirak etdiyi V Bakı Humanitar forumunun da milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyəti böyükdür. Forumun mövzuları da son dərəcə maraqlı və əhatəlivə fərqli olmuşdur: “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişaf və ekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiya və müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər”. “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu da ekspertlər tərəfindən müzakirəyə cəlb edilmişdir.
Forumda Azərbaycan Prezidentinin dərin mənalı çıxışı, milli ideologiya və milli-əxlaqi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının son illərdə bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir. Şübhəsiz. hər bir xalqın milli-əxlaqi və dini dəyərlər qədər birləşdirən ikinci qüvvə yoxdur. Azərbaycanlıları da vahid məqsədlər ətrafında birləşdirən məhz onların zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələridir. Azərbaycan xalqının miIli mədəniyyətinin yad təsirlərdən qorunması üçün, ilk növbədə, milli-əxlaqi və əxlaqi dəyərlərin cəmiyyətdə tam intişar tapmasına, ictimai şüurda daha da möhkəmlənməsinə çalışmaq lazımdır.
Prezidentimiz Forumda qeyd edir ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkə olsa da Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər. Biz çalışırıq və çalışacağıq ki, bundan sonra da humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəmizi verək. Çünki bizim siyasətimiz bundan ibarətdir, eyni zamanda, bizim tariximiz multikulturalizm əsasında qurulubdur. Düzdür, multikulturalizm bir anlayış olaraq yeni bir ifadədir, ancaq bu həmişə Azərbaycanda olub. İctimai-siyasi quruluşdan asılı olmayaraq Azərbaycan bütün dövrlərdə sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma məkanı olmuşdur və biz bu ənənələri yaşadırıq. Bu gün biz müstəqil dövlət kimi belə tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəmizi veririk və Azərbaycanda aparılan siyasət bu müsbət meyilləri gündəlik həyatda gücləndirir. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşayır, heç vaxt ölkəmizdə dini-milli zəmində heç bir qarşıdurma, yaxud da anlaşılmazlıq olmamışdır. Bu, bizim böyük sərvətimizdir. (4, internet resurs)
XIX əsrin ikinci yarısından etibarən başlayan, ötən əsrin əvvəllərində daha geniş miqyas alan milli maarifçilik dalğasının da əsas məramı məhz İslamın mənəvi təsirləri ilə kifayətlənməyi, dinin siyasi proseslərə qoşulmamasını, ictimai həyatda mütləq üstün mövqedən uzaqlaşdırılmasını diktə edirdi. Dinin bir qrup nadanın əli ilə cəhalət, mövhumat mənbəyinə çevrilməsi, xalqın inkişaf səviyyəsinə əsaslı zərbələr vurması vətənpərvər sələflərimizi bu istiqamətdə fəal hərəkətə keçirdi. İslamın yanlış təmayüllərdən uzaqlaşaraq, insanların mənəvi yüksəlişinə rəvac verən, cəmiyyətdə mərhəmət hisslərini aşılayan sülh və etimad dini kimi təşəkkül tapması onların və elə indi də müasir ziyalıların dəyişməz istəyidir.
Azərbaycan xalqı son bir əsrdir ki, ateizm və mövhumat arasında ən doğru orta yolu formalaşdırır. Bu yol dini cəhalətdən dünyəvi maarifçiliyə keçidi və bu kontekstdə İslamın cəmiyyət həyatında yalnız müsbət rol oynamasını təşviq edir. Bu proses müstəqillik illərində dövlətin əsas prioritetlərindən birinə çevrilib. Heydər Əliyev tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan bu siyasətin əsas mahiyyəti çoxəsrlik inanc dəyərlərimizin milli xüsusiyyətlərimizləuzlaşdırılması və İslamın Azərbaycanı digər ölkələrdə olduğu kimi, savaşa, məzhəblərarası konfliktlərə, cəmiyyətdə mənəvi durğunluğa sürükləməməsidir. Əksinə, əsl İslam fəlsəfəsinə uyğun olaraq insanların mənəvi zənginliyinin artmasına təkan verməsidir.
Azərbaycan Prezidenti İlham Əliyev azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir. Dövlət başçısı respublikamızda bütün milli və dini azlıqların birgə yaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir: "Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır Biz fəxr edirik ki, Azərbaycanda müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşma mövcuddur. Başqa dövlətlər də Azərbaycanın bu təcrübəsindən faydalana bilərlər".
İ.Məmmədzadə müsəlman dünyasında baş verən proseslərə, islamdakı islahatlara da toxunaraq Şərq ölkələrindəki modernizm, qloballaşma, qərbləşmə və özünəməxsusluq, millilik problemi haqqında danışarkən Azərbaycanın XIX əsrdən başlayaraq türkçülük, islamçılıq və qərbçilik yönümündə inkişafını, hətta sovetləşmənin də bir növ qərbləşmə olduğunu, yerli milli-mənəvi dəyərlərə və mədəniyyətə təsir edən yad mədəniyyət olduğunu göstərir. Qərbləşmə sovet Azərbaycanında, yad ideologiya olub siyasi partiya elitası və sovet ziyalıları tərəfindən qəbul edilmişdi. Lakin 50-ci illərdən başlayaraq qərbləşmədə dəyişikliklər baş verdi. Sovet, kommunist dəyərlərinin milli dəyərlərlə sintezi yarandı. Lakin bu sintez prosesini 50-ci illərin sonlarındakı başa çatmayan iqtisadi islahat və ziddiyyətlər, eləcə də 80-cı illərin sonlarındakı yenidənqurma dövrünün ziddiyyətləri dayandırdı. Azərbaycandakı sovetləşmə prosesinin təcrübəsinin müasir reallıqlar mövqeyindən öyrənilməsi və dərk edilməsi, bugünkü problemləri həll etməyə kömək edə bilər.
Ölkəmizdə mövcud olan etnik-dini tolerantlıq hazırda bəzi inkişaf etmiş ölkələrə də nümunə göstərilə bilər. İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda müxtəlif dini konfessiyalar arasındakı münasibətlərin yüksək səviyyədə olduğu, dini azlıqların maraq və mənafelərinin qorunduğu razılıqla bildirilir. Respublikamızda rusların, yəhudilərin və digər milli azlıqların öz ana dillərində təhsil alması üçün çoxsaylı məktəblərin mövcudluğu da bunun əyani göstəricisidir. Azərbaycan xalqı sivil, demokratik və dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan etmişdir və respublikamızda din dövlət siyasətindən ayrıdır. Respublikamızın bu konstitusion quruluşu səviyyəsində dini-mənəvi dəyərlərin inkişafı naminə atılan addımlarla, habelə xalqın qəlbində yer tapmış islami dəyərlərlə qətiyyən ziddiyyətə girmir. 70 illik totalitar sovet rejimi belə, xalqın bu ülvi hiss və duyğularına hakim kəsilə bilməmiş, onu öz milli-əxlaqi, dini dəyərlərindən, adət-ənənələrindən ayıra bilməmişdir. Hələ ötən əsrin 70-80-ci illərində məhz ulu öndərimiz Heydər Əlİyevin himayəsi altında neçə-neçə məscid tarixi abidə adı altında qorunub saxlanılmış, əsaslı təmir edilmiş, xalqa qaytarılmışdır. Lakin açıq demək lazımdır ki, son illərdə islami dəyərlərin təbliğində bəzi hallarda ifratçılığa, xürafata varma, dini ayinləri qəlbən dərk etmədən, imitasiya və görüntü naminə kor-koranə icra etmə, nəticə etibarilə islami dəyərlərin mənəvi-əxlaqi təsir gücünün zəifləməsinə gətirib çıxarır.
Tarixən Azərbaycanda etnik və dini icmalar arasında möhkəm dözümlülük və dostluq əlaqələri mövcud olub, milli, irqi və dini zəmində heç bir ayrı seçkilik baş verməyib. Odur ki, bir Şərq dövləti, müsəlman ölkəsi kimi Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan olunması təkcə İslam dünyası üçün deyil, bütövlükdə, bəşəriyyət üçün böyük önəm daşıyır. Bu istiqamətdə əldə edilmiş ən böyük uğur isə Bakıdakı “Heydər Məscidi”ndə məzhəbindən asılı olmayaraq, ölkə müsəlmanlarının bir araya gələrək eyni vaxtda, bir yerdə, bir sırada vəhdət namazı qılmasıdır. Bu hal ənənəyə çevrilərək bu gün digər məscidlərdə də tətbiq olunur. Həm ölkə daxilində çoxsaylı tədbirlər keçirməklə biz Azərbaycanda vəhdət namazı formasında həmrəyliyimizin daha geniş yayılmasına nail olmalı, həm də konfessiyalararası, sivilizasiyalararası münasibətlərin formalaşması sahəsində əldə etdiyimiz təcrübəni, uğuru müsəlman ölkələri ilə bölüşməliyik. Müsəlman ölkələrinin təmsil olunduqları regional təşkilatlarda bu məsələləri müzakirəyə çıxarıb müvafiq qətnamələrin, qərarların qəbul edilməsi üçün çalışmalıyıq.
Ədəbİyyat
1. Əliyev R.Y. Heydər Əliyev, din və mənəvi dəyərlər. Bakı, “İrşad”, 1998, 76 s.
2. Əliyev R.Y. İslam və Azərbaycan mədəniyyəti. Bakı, “İrşad”, 1998, 117 s.
3. Mehdiyev R. Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə. İyun, 1971-iyul 2001. Bakı: XXI YNE. 2006, 622 s.
4. V Bakı Humanitar Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı. (elektron resurs) https://azertag.az/xeber/Bakida_V_Beynelxalq_Humanitar_Forum_ise_baslayib_Azerbaycan_Prezidenti_Ilham_Aliyev_Forumun_resmi_achilis_merasiminde_istirak_edib_YENILANIB_VIDEO-996910
5. Hüseynov S., Heydər Əliyev və İslam həmrəyliyi ideyası. 4 may 2017, “Olaylar” qəzeti
6. “Respublika” qəzeti, Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik. 12 iyul 2015
Açar sözlər: milli-əxlaqi dəyərlər, azərbaycançılıq ideologiyası, vətəndaş cəmiyyəti, dini dəyərlər.
Key words: national-moral values, ideology of Azerbaijanism, civil society, religious values.
Ключевые слова: национально-нравственные ценности, идеология азербайджанства, гражданское общество, религиозные ценности
Resume
National-moral values in Azerbaijan and the ideology of Azerbaijanism
The article examines the national-moral values and the ideology of Azerbaijanism in Azerbaijan's civil society building process. In the course of the research, the author presented interesting ideas about the proper propagation of national values, Islamic values, the ideology of Azerbaijanism in the process of civil society building, as well as references to interesting ideas of philosophers and thinkers.
Резюме
Национально-нравственные ценности Азербайджана и
идеи азербайджанства
В статье рассматриваются процесс построения гражданского общества в Азербайджане на основе национально-этических ценностей и идеологии азербайджанства. В ходе исследования автор разъяснил интересные идеи об национально-этической, исламской пропаганде, идеологии азербайджанства, а также ссылки на интересные идеи философов и мыслителей в процессе построения гражданского общества.
Elçin Əhmədov
AMEA Fəlsəfə İnstitutu
"GEOSTRATEGİYA" jurnalı №02 (44) MART-APREL 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM