Vaşinqtonun Rusiya, Çin, Yaponiya, Kanada, Meksika və Avropa İttifaqına qarşı sözün əsl mənasında "ticarət müharibəsi" açması bütün dünyanı narahat etməyə başlayıb. Amerika hökuməti sadalanan dövlətlərə əlavə gəlir vergisi tətbiq etməyi qərara alıb. Eyni zamanda, Asiya istiqamətində neftin satış həcmini və qaz ixracını artırmaqdadır. Bu hadisələri ekspertlər qlobal nizam üçün təhlükəli gedişat adlandırırlar. Onlar ehtiyat edirlər ki, vəziyyət dünya dövlətləri arasında müharibənin yaranmasına aparıb çıxara bilər. Ümumiyyətlə isə beynəlxalq münasibətləri tənzimləmə qaydaları iflasa uğrayar. Yeni dünya nizamının yaranmasına işarə verən əlamətlər isə görünmür. Bu mənzərə dünyanı hansı istiqamətə aparır? Vəziyyətdən çıxış yolu varmı? Bu kimi suallara geosiyasi cavab axtarışını aktual hesab edirik.
Trampın qəzəbi: əlavə vergi təzyiqi
Ekspertlər hesab edirlər ki, 2018-ci il iyunun 1-dən dünya düzəni üçün həlledici mərhələ başlayıb. Səbəb geosiyasi, yaxud hərbi faktorlarla bağlı deyil. ABŞ-ın ticarət naziri Uilbur Ross bəyan edib ki, Avropa İttifaqı, Kanada və Meksikadan polad idxalına 25 faiz və alüminium idxalına 10 faiz rüsumların tətbiq ediləcəyi planlaşdırılıb. Mart ayının 1-dən etibarən isə oxşar əlavə vergi Çin, Rusiya və Yaponiya üçün tətbiq edilməyə başlanmışdı. Donald Tramp Aİ, Kanada və Meksikaya düşünmək üçün 3 ay vaxt vermişdi. İndi isə o, səbrinin tükəndiyini bəyan edib.
Amerika Kanada, Meksika və Aİ ilə azad ticarət zonası ilə bağlı aparılan danışıqların nəticəsiz qaldığını bildirib. Tərəflər ortaq mövqeyə gələ bilməyiblər. Avropa, Kanada və Meksika Vaşinqtonun yeni tələblərinin qəbuledilməz olduğunu deyirlər. Həmin şərtlər daxilində azad ticarət zonasının fəaliyyət göstərməsi imkansız hesab edilir. Başlıca maneə ondan ibarətdir ki, Amerika daha çox özünə sərf edən şərtlərin qoyulmasını tələb edir. Çünki indiyə qədər əsas güzəşt edən tərəfin ABŞ olduğu iddia edilir. Məsələn, ABŞ Avropada istehsal olunan avtomobillərə az vergi qoyur, ancaq avropalılar amerikan məhsullarına bir qədər çox vergi qoyublar. Eyni vəziyyət Çinlə ticarətdə özünü göstərir.
Çin Amerika mallarına və şirkətlərinə güzəştli yanaşmaq istəmirdi. Ancaq Vaşinqton sərtləşdikdən sonra Pekin güzəştlərin mümkünlüyündən bəhs etməyə başladı. Artıq bu istiqamətdə müəyyən razılıqların əldə olunduğu barədə informasiyalar yayılıb.
Lakin bütövlükdə qlobal ticarətdə vəziyyət gərgindir. ABŞ-ın yeni şərtləri ilə dövlətlərin heç də hamısı razılaşmır. Onlar da əks addımlar atırlar. Bu sırada Rusiya və Meksikanı göstərmək olar. Almaniya da müəyyən sərbəst addımlar barədə düşünür. Bütövlükdə Aİ öz ərazisində Amerikanın İrana tətbiq etdiyi sanksiyaların qüvvədən düşdüyünü bəyan edib. Vaşinqtonun alman avtosənayesi ilə bağlı irəli sürdüyü yeni iddia isə aranı tamamilə qatıb. Belə ki, D.Tramp avtomobil idxalında Amerikanın milli təhlükəsizliyi üçün təhdidlər gördüyünü ifadə edib. Buna qarşılığında Aİ Dünya Ticarət Təşkilatına (DTT) müraciət edəcəyini bəyanlayıb.
Brüsselin bu cür reaksiyasının səbəblərini Avropa Komissiyasının sədri Jan-Klod Yunker belə ifadə edib: "ABŞ bizə onların davranışlarını DTT-də müzakirəyə çıxarmaqdan və amerikan istehsalı olan bir neçə məhsula əlavə vergi qoymaqdan başqa çıxış yolu qoymadı" (bax: Победителей не будет: "Грохнутся все" / Rambler.ru, 4 iyun 2018). Avrokomissiyanın hesablamalarına görə, amerikan vergiləri avrozonadan 6,4 milyardlıq məhsulun ixracına təsir edir. Brüsseli başa düşmək olar.
Ekspertlər başqa bir əhəmiyyətli məqam kimi son zamanlar ABŞ-ın Asiya istiqamətində həyata keçirdiyi enerji siyasətini göstərirlər. "Reuters"in məlumatına görə, iyun ayında Amerika 2,3 milyon barel neft istehsal etməyi planlaşdırıb ki, bu da yeni tarixi rekorddur. Bu miqdarın yarıdan çoxu – sutkada 1,3 milyon barel Asiya ölkələrinə satılır. Çinin "Sinopec" şirkəti ABŞ-dan aldığı nefti 2 dəfə artırmaq qərarına gəlib və bunu iki ölkə arasındakı ticari disbalansı tənzimləmək üçün etdiyini bəyan edib. Amerikan neftinin digər alıcıları Hindistan, Cənubi Koreya, Tayvan və Tailanddır.
Geosiyasi maraq: hədəfdə kim var?
Ancaq ekspertlərə görə, burada ziddiyyət yaradan rəqabətin güclənməsi deyil. Problem ABŞ-ın enerji ticarətində təşəbbüsü ələ almaqla güddüyü əsas məqsədlə bağlıdır. Belə ki, Vaşinqtonun əsas hədəfinin İran olduğu iddia edilir. Asiya ölkələrinə nefti satmaqla Amerika İranın bu funksiyanı yerinə yetirməsinin qarşısını almaq istəyir. Bundan əvvəlki mərhələdə İran Çin və Hindistana kifayət qədər ucuz qiymətə çoxlu neft sata bilirdi. İndi Vaşinqton Tehranı bu imkandan məhrum etməyə çalışır.
Beləliklə, Amerikanın başladığı yeni "ticarət müharibəsi" yalnız iqtisadi-maliyyə sferası ilə məhdudlaşmır. Bunun geosiyasi aspekti daha çox narahatlıq yaradır. Ekspertlər hesab edirlər ki, bütövlükdə dünya nizamı silkələnir. Yəni ABŞ-ın enerji həmləsi dünyanın geosiyasi düzənini xaotik hala sala bilər. Dünyanın bu vəziyyətdən necə çıxa biləcəyi məlum deyil.
Amerikanın daha ucuz neft təklif etməsi başqa ölkələrin də qiyməti aşağı salmasına səbəb ola bilər. Bu halda isə əsasən xammaldan gəlir götürən dövlətlərdə vəziyyət pisləşəcək. Onların gəlirlərinin azalması birbaşa əhalinin həyat səviyyəsinə neqativ təsir göstərəcək. Təbii ki, həmin ölkələr belə bir tendensiyanın qarşısını almağa çalışacaqlar. Bununla da ABŞ-la onlar arasında "ticarət müharibəsi" daha geniş miqyas alacaq.
Mütəxəssislərin rəyinə görə, ABŞ İranı küncə sıxışdırmaq iqtidarındadır. Amerika bütün sferalarda çox güclüdür. Ancaq İranın təcrid edilməsi prosesi avtomatik olaraq ciddi geosiyasi problemləri meydana çıxaracaq. O cümlədən Tehranın geosiyasi müttəfiqləri əks gedişlər etməyə məcbur qalacaqlar. Bu proses zəncirvarı olaraq bütün bəşəriyyəti ticari və geosiyasi kataklizmlərin ortasına atacaq.
Belə çıxır ki, ticari rəqabət getdikcə daha çox geosiyasi kontekstə aid edilir. ABŞ-ın İrana qarşı tutduğu siyasi mövqe məlumdur. İndi Vaşinqtonun dünyanın bütün ölkələrindən eyni mövqeyi tələb etməsi bu baxımdan çox risklidir. Hətta böyük dövlətlər seçim qarşısında qalırlar: ya Amerikanın tələbinə uyub, İrana düşmən olmaq ki, sonrakı mərhələdə də eyni vəziyyətə onlar özləri düşə bilər, ya da Vaşinqtonun iradəsinə qarşı çıxıb, onun qəzəbinə tuş gəlmək!
Bu proses özlüyündə dünyanı iki cəbhəyə bölə bilər. Təbii ki, əsəblər Vaşinqtonun təzyiqinə tab gətirməyə bilər. Ancaq elə böyük dövlətlər var ki, Amerikaya qarşı durmaqdan başqa yolu yoxdur. Onda dünya iki aspektdə daha riskli vəziyyətə düşmüş olur. Onlardan biri beynəlxalq hüququn ciddi təzyiqlərə məruz qala bilməsi ilə bağlıdır. Beynəlxalq təşkilatlar baş verənlərə hər hansı reaksiyanı bildirməlidirlər. Bu cəhətdə qarşılıqlı ittihamlar və öz marağını təmin etmək üçün hüququ tapdalamaq cəhdləri istisna deyil.
İkinci aspekt geosiyasi münasibətlərin fraqmentarlaşması ilə əlaqədardır. Dünya geosiyasi mövqe baxımından iki düşərgəyə bölünəndə, korporativ maraqlar, yəni müəyyən qrup dövlətlərin sırf öz maraqlarını önə çəkməsi prosesi də güclənir. Müxtəlif regionlarda bu cür qruplaşmalar meydana gələ bilər ki, bu da özlüyündə dünya geosiyasi mühitinə qeyri-müəyyənlik gətirir. Şübhə yoxdur ki, belə bir vəziyyətin bütövlükdə qlobal geosiyasi proseslərə təsiri mənfi olacaq. İntriqaların silahlı müharibələrə çevrilməsi ehtimalı yüksələcək. Artıq bu barədə siyasi liderlər daha konkret və açıq danışırlar.
Hər şeyə rəğmən, dünyanın xeyli həssas və riskli bir hala gəldiyini deyə bilərik. Ekspertlər haqlı olaraq qlobal nizamın pozulma ehtimalının artmasından narahatdırlar. Lakin bu bədbin prosesin sonrakı mərhələnin başlanğıcı ola bilməsini də istisna etmək olmaz. Əgər bəşəriyyət rasional davransa, indi müşahidə edilən və risk daşıyan hadisələri konstruktiv məcraya yönəltmək mümkün olacaq. Bunun üçün nə lazımdır?
Təbii ki, bir çox şərtlər ödənməlidir. Lakin biz düşünürük ki, həmin sırada iki məqam daha vacibdir. Onlardan biri ikili standartlardan imtina, digəri isə ədalət prinsipinə əməl etməkdir. Bu iki məsələ birbaşa beynəlxalq hüququn təmin edilməsi şərtinə bağlıdır. Beynəlxalq hüququn ən səmərəli təminatçısı isə beynəlxalq təşkilatların konstruktiv çalışmasıdır. Bununla hazırda çətin vəziyyətdə olan beynəlxalq münasibətlər sistemini daha işlək duruma çıxarmaq mümkün ola bilər. Deməli, dünyanın ədalətə və hüquqa ehtiyacı var!
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM