Son zamanlar mütəxəssislər dünyanın böyük dövlətləri arasında faktiki olaraq "ticarət müharibəsi"nin başladığından bəhs edirlər. ABŞ-la Çin, Hindistan, Rusiya və Avropa İttifaqı ölkələri arasında belə bir situasiya yaranıb. Bu tendensiyanın meydana gətirə biləcəyi geosiyasi mənzərə də aktual mövzu hesab olunur. Bir sıra ekspertlərin fikrinə görə, bu prosesdə aparıcı rolu Amerika-Çin münasibətləri oynayacaq. Onun mümkün inkişaf ssenarilərindən asılı olaraq dünyada fərqli geosiyasi mühit yarana bilər. Mütəxəssislərin irəli sürdükləri dörd mümkün təkamül ssenarisinə görə, bütövlükdə dünyada qeyri-müəyyənlik arta bilər. Lakin istənilən halda geosiyasi ağırlıq mərkəzinin Asiya qitəsinə keçməsi proqnozlaşdırılır. Bu isə Zbiqnev Bjezinskinin məlum proqnozunun özünü doğrultmaqda olmasını göstərir. Deyilənlər məsələ üzərində daha geniş dayanmaq zərurətini şərtləndirir.
Ziddiyyət və təkamül: dünya fərqli seçimlərin astanasında
Ekspertlər dünyanın böyük dövlətləri arasında "ticarət müharibəsi"nin başlayacağı haqqında xəbərdarlıq etmişdilər. Artıq bu prosesin getdiyini təsdiq edən faktlar mövcuddur. ABŞ, Rusiya, Çin, Hindistan, Avropa İttifaqı ölkələri arasında ticarət müharibəsi bir reallıqdır. Onun qısa mahiyyəti belədir ki, tərəflər bir-birinin mallarına vergini yüksəldirlər. Bu rəqəm təqribən 25 faiz civarındadır. Öncə Amerika prosesə başladı. Sonra Çin, Hindistan, Rusiya və Aİ cavab tədbirləri gördülər. Fakt ondan ibarətdir ki, dünya üzrə ticarətin aparılmasında yeni əngəllər meydana gəlir. Bu da bir tərəfdən iqtisadi qloballaşmaya zərbədir, digər tərəfdən isə geosiyasi proseslərə ciddi təsir edə bilər.
Hazırda analitiklər ABŞ-Çin münasibətlərində dörd ssenarinin reallaşa biləcəyini proqnozlaşdırırlar. Onlardan birincisi "Vaşinqton konsensusu 2.0" adlanır (bax: Андрей Кортунов. Китай и США в Азии: четыре сценария на будущее / РСМД, 8 iyun 2018). Bu ssenari heç olmazsa müvəqqəti də olsa, Asiyada geosiyasi status-kvonu saxlamağı nəzərdə tutur. ABŞ-la Çin arasında qüvvələr balansı pozulmur. Həmin proses iki ölkə arasında ticarət nisbəti defisitinin hiss ediləcək dərəcədə azalması ilə mümkün ola bilər. Deməli, bu ssenari ABŞ və Çin arasındakı "ticarət müharibəsi"nin nəticələri ilə sıx bağlı götürülür (bax: əvvəlki mənbəyə).
İkinci ssenari "hind-çin oxu" adlanır. Amerika Çinin sürətli inkişafına əngəl ola bilməsə, qüvvələr nisbəti Pekinin xeyrinə dəyişəcək. Amerikanın daxili siyasi parçalanması dərinləşsə, bu vəziyyət daha real cizgilər əldə edəcək. Digər tərəfdən, Vaşinqtonun böyük dövlətlərlə başladığı "ticarət müharibəsi" onun Asiyadakı mövqeyini daha da zəiflədə bilər ki, bunun da mümkün nəticələrindən biri Çinin Asiyada əsas ticarət subyektinə çevrilməsi olar.
Bu halda Pekin Hindistana ciddi güzəştlər edə bilər. Məsələn, sərhəd problemlərini yoluna qoyar və Hindistanı Cənubi Asiyanın supergücü kimi qəbul edər və s. Hindistan isə "Bir qurşaq, bir yol" layihəsinə qoşular. Yəni Hindistanla Çin arasında əlaqələr daha çox ticarəti, tədricən isə siyasi sahəni də əhatə edər. Bu proses Asiyada "Hindistan-Çin" geosiyasi oxunun yaranmasına aparıb çıxarar. Moskva isə Hindistan-Çin tandeminin Hindistan-Çin-Rusiya "üçlüyü"nə qədər genişlənməsinə çalışa bilər (bax: əvvəlki mənbəyə).
Üçüncü ssenari kimi "qüvvələrin çoxqütblü balansı" götürülür. Bu ssenari regionda Amerikanın hegemonluğunun qorunub saxlanması variantı üzərində qurulur. Lakin hesab olunur ki, Asiyada sosial-iqtisadi problemlər kəskinləşir. Məsələn, Çin və Hindistanda sosial-iqtisadi problemlərin ağırlaşması millətçiliyin və siyasi radikalizmin yüksəlməsinə təkan verir. O cümlədən sərhəd və digər ərazi problemləri milli prioritetlərə daxil olur və populistlərin mövqeyi möhkəmlənir. Onun nəticələrindən biri də silahlanma yarışının güclənməsidir.
Bütün bunlar həm regionda siyasi sabitsizliyə yol açır, həm də iqtisadiyyatda proteksionizmə yeni təkan verir. Bu proseslər Asiyada nüfuz uğrunda müxtəlif böyük güclərin mübarizəsini gücləndirir. Rusiya, Avropa və ABŞ arasında gərgin rəqabət başlayır. Ancaq Vaşinqton bir qədər kənara çəkilərək, digər qüvvələrin mübarizəsini izləyə və onlara balanslaşdırıcı rol təklif edə bilər. Paralel olaraq Hindistanı özünə daha da yaxınlaşdırar. Eyni zamanda, Çinə regionda ona rəqib olan dövlətlərlə münasibətləri tənzimləməkdə yardımını təklif edər. Məsələn, Pekinin Yaponiya, Koreya, Vyetnam, Avstraliya, Hindistan, Yeni Zelandiya ilə münasibətlərinin müəyyən çərçivədə saxlanmasına kömək edər. Bu isə Amerikaya öz liderliyini qoruyub saxlamaqla qüvvələrin çoxqütblü balansını təmin etməyə imkan yaradar.
Nəhayət, dördüncü ssenari "yeni ikiqütblülük" adlanır (bax: əvvəlki mənbəyə). Bu, eyni zamanda, Çinin güclənməsini və Asiyada sosial-iqtisadi və hərbi-siyasi sabitliyin ümumi azalmasını nəzərdə tutur. Region dövlətləri Pekinlə Vaşinqton arasında seçim etməkdə çətinlik çəkirlər. Öncə Asiya regionu, sonra isə bütövlükdə beynəlxalq sistem "çin" və "amerikan" bloklarına bölünürlər. Onlar siyasi, hərbi-strateji və mümkündür ki, iqtisadi qarşıdurma şəraitində mövcud olurlar. Yeni ikiqütblülük tədricən yeni oyun qaydalarını formalaşdırır, uyğun sənədlər qəbul edilir və silahlanma üzərində yeni nəzarət mexanizmləri yaradılır.
"Böyük qırılma xətti": tənəzzülün sərhədi
Mütəxəssislər hesab edirlər ki, bu ssenaridə əsas məqam "böyük qırılma xətti"nin haradan keçməsi ilə bağlı olacaq. Bu ifadə altında ABŞ və Çinin nüfuz sferasını necə bölüşəcəyi və hansı dövlətin vasitəçi rolunu oynayacağı nəzərdə tutulur. Bu rolda Hindistan nəzərdən keçirilir ki, onun da konkret məzmunu aydın təsəvvür olunur. Çünki situasiya çoxlu sayda faktorlarla bağlıdır. Məsələn, gözlənilir ki, bu ssenaridə Çin-Yaponiya münasibətləri daha da gərginləşə, Rusiyanın Çindən asılılığı isə güclənə bilər (bax: əvvəlki mənbəyə).
Ancaq bütün variantlarda yeni ikiqütblülüyün təhlükəli və daha az sabit ola biləcəyi ehtimal edilir. O, gec-tez öncəki üç ssenaridən birinə təkamül edə bilər (bax: əvvəlki mənbəyə).
Belə görünür ki, hazırkı geosiyasi-hərbi və iqtisadi vəziyyətdə qlobal "ticarət müharibəsi" dünyada qüvvələr balansına ciddi təsir edə biləcək təkamül ssenarilərinə yol aça bilər. Burada aparıcı rolu ABŞ və Çin münasibətlərinin oynaya biləcəyi ehtimal edilir. Yuxarıdakı ssenarilərdən aydın olur ki, məhz bu iki dövlətin qarşılıqlı münasibətlərindən asılı olaraq fərqli yeni əməkdaşlıq və ya ixtilaf xətləri formalaşa bilər.
Bununla yanaşı, mütəxəssislər sanki sinxron olaraq geosiyasi mübarizə meydanının Asiya olacağını qəbul edir, bundan sonrakı qlobal proseslərin mərkəzində Uzaq Şərqin, Sakit okean hövzəsinin və Cənubi Asiyanın sürətlə inkişaf edən dövlətlərini görürlər. Bu, süni olaraq belə edilir, yoxsa geosiyasi və iqtisadi-hərbi proseslərin məntiqi nəticəsi kimi təqdim olunur? Bu suala indi cavab vermək çətindir, çünki dünyada o dərəcədə mürəkkəb proseslər müşahidə edilir ki, onları vahid "məntiqi sapa düzmək" olduqca çətindir.
Ancaq bu vəziyyətdə bir məqamı vurğulamağa əsas vardır. Belə ki, "ticari müharibə" bütövlükdə dünyanın geosiyasi mənzərəsini gərginliyə sürükləyir. Böyük dövlətlər arasında artıq formalaşmış əlaqələr qırılır. Özü də bu, yalnız iqtisadi sferanı əhatə etmir. Siyasi, hərbi, mədəni sahələrdə əlaqələr ya zəifləyir, ya da tamamilə qırılma təhlükəsi qarşısında qalır. Ən pisi də odur ki, bütün bunlar dövlətlərarası ixtilafların meydana gəlməsi ilə müşayiət olunur.
Belə çıxır ki, qlobal "ticari müharibə", ümumiyyətlə, dünyanın mövcud nizamını poza bilər. Beynəlxalq sistemdə yeni problemlər meydana gələr. Bu dərəcədə geniş təsirə malik prosesin hansı məqsədlə körükləndiyi aydın deyil. Əgər bu, bütövlükdə antiqloballaşma hərəkatdırsa, onda daha səmərəli alternativ irəli sürülməlidir. Bunu isə hələlik müşahidə etmək olmur. Yalnız dağılma və xaosa apara biləcək davranışlar gözə dəyir.
Deməli, bütün dünya üçün risk faktoru artır. Qlobal "ticarət müharibəsi" bu tendensiyanı daha da gücləndirir. Risklərin və intensivliyin artması ilə dünya siyasəti daha çox qeyri-müəyyən vəziyyətə transformasiya olunur. Təbii ki, belə olan halda beynəlxalq münasibətləri tənzimləmə mexanizminin hüquqi aspekti də müəyyən çətinliklərlə üzləşir. Hətta bir sıra məqamlarda o, işləmir. Buradan ayrı-ayrı dövlətlərin beynəlxalq hüquqa qarşı fəaliyyət göstərməsi ehtimalının da artdığını demək olar. O cümlədən terrorizmin və radikalizmin yüksəlişi gözləniləndir.
Cənubi Qafqazla bağlı bu, erməni terroru və separatizminin əl-qolunun açılması anlamına gəlir. Böyük dövlətlər ticarət sahəsində sərt rəqabətə girib, hüququ pozurlarsa, Ermənistan kimi izqoy ölkələr "bulanıq suda balıq tutmaq" həvəslərini artıra bilərlər. Onlar başqa cür varlıqlarını saxlaya bilmirlər. Yəni getdikcə gərginləşən qlobal geosiyasi vəziyyətdə hər an regional müharibə alovlana bilər. Ölkələr bunu göz önündə tutmaq məcburiyyətindədirlər.
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM