Rəsmi olaraq “TRT Haber “ə istinad olaraq seçki qutularının 99.2%-i açıldıqdan sonra R.T.Ərdoğan seçicilərin 52.55%-nin etimadını qazanaraq növbəti 5 illik müddətə ölkə prezidenti seçilib. Onun ən yaxın rəqibi Cümhuriyyət Xalq Partiyasının namizədi Muharrem İnce isə 30.67% səslə ikinci olub.Eyni zamanda prezident seçkiləri ilə yanaşı keçirilən parlament seçkilərinin nəticələri də “Cümhur İttifaqı”nın qələbəsini əks etdirir.Belə ki,AKP 42.49%,MHP isə 11.13% səs toplayaraq birgə parlamentdə əsas çoxluğu əldə edə bilmişlər(ümumilikdə 53.62% və ya 343 yer).Buna qarşılıq olaraq Millət İttifaqı 34.04% və ya parlamentdə 190 yer qazanıb.Ən maraqlı gözlənilən isə kürdyönümlü HDP-nın(Xalqların Demokratik Partiyası) 10%-lik seçki bariyerini aşa biləcəyi idi.Bu partiya da 11.17% səs toplayaraq parlamentdə 67 namizədlə təmsil oluna biləcək.
Əlbəttə ki,bu qələbə anti-Ərdoğançıların əlinə “seçki saxtalaşdırılmışdır”,”ölkə xaosa doğru gedəcək” və s. kimi bəhanələr verib.Bu cür qarayaxmalar mövcud olub və olacaq da.Yaxın Şərqdə xüsusilə Türkiyə kimi olduqca əhəmiyyətli strateji mövqeyə malik bir dövlətin güclənməsi xarici dairələri ciddi narahat etməkdədir.Odur ki,onlar da mətbuat vasitəsilə xalqa təsir edərək,ciddi nailiyyətləri gözardına vurmaq istəyirlər ki,bununla da AKP-nın reputasiyasına xələl gətirə bilsinlər.Amma faktlar faktlığında qalır.
2002-ci ildə AKP ilk dəfə parlament seçkilərində qələbə çalanda ölkədə iqtisadi durum olduqca bərbad idi.Türkiyə ,həqiqətən də, iqtisadi böhran keçirirdi.Ona görə də,ilkin olaraq bu böhrandan başlayaraq son dövrə qədər 10 iqtisadi fakt barəsində danışmaq istəyirəm:
Rəqəmlərlə Ərdoğanın Prezidentlik dövrü
1) Hal-hazırda Türkiyənin ÜDM-si 857 milyard dollardır.2002-ci ildən başlayaraq(2008-2009 Dünya İqtisadi Böhranı istisna olmaqla) 2015-ci ilə qədər ÜDM-də ildə 5% artım müşahidə edilib.Baxmayaraq ki,həmin dövr ərzində Türkiyə əhalisi 6 milyon nəfər artıb,ancaq adambaşına düşən ÜDM 2 dəfə yüksəlib.2017-ci ildə isə bu göstərici 7.4% təşkil edib.
2) AKP və Ərdoğandan əvvəl kasıblıq faizi 32 olduğu halda,aparılan strukturlu siyasət bu rəqəmin 10%-dək enməsinə səbəb olub.
3) Rekreasiya və kurort zonalarının abadlaşdırılması,turizmin inkişafına dövlətin investisiya qoyuluşu nəicəsində 2017-ci ildə ölkəyə 32 400 000 turist cəlb olunmuşdu.2014-2016-cı illərdə terror aktları,dövlət çevrilişinə cəhd və s. səbəblərə görə bu say azalmışsa da,2017-ci ildə bir növ “özünə gəlmişdir”.Bu isə ölkəyə kütləvi valyuta axını və əlavə vəsaitin daxil olması deməkdir.ÜDM-də xidmətin payı 92 mlrd ABŞ dollarına yaxındır və Türkiyə təkcə turizmdən keçən ilin oktyabrın 31-i üçün 11.39 mlrd ABŞ dolları gəlir əldə edib.
4) Türkiyə hal-hazırda 3 900 000 qaçqına məskən verib.Bu kifayət qədər böyük məsuliyyət və xərc tələb edir.Odur ki,ölkə büdcəsindən 25 mlrd + Aİ-dən 3 mlrd ABŞ dollarına yaxın məbləğdə vəsait qaçqınların himayədarlığı üçün ayrılmışdır.İlk əvvəl xalq tərəfindən rəğbətlə qarşılansa da,iqtisadi vəziyyətin son dövrlərdə qəlizləşməsi,işsizlərin say artımı yerli vətəndaşların onları rəqib gözündə görməsinə gətirib çıxarıb.
5) 2002-ci ildən bəri ölkədə urbanizasiya 74% qalxıb.Şəhərli əhalinin payının artmasının bir səbəbi də əlavə gəlirlər hesabına vətəndaşların şəhər yerlərindən mənzil almaq imkanına malik olmalarıdır.
6) 200 339 nəfər həbs olunub(2017-ci ilin statiskası).Həddən artıq böyük rəqəmdir.Düzü,mən də bu məsələdə bu cür siyasətin əleyhinəm,ancaq görünən odur ki,bu kursun da hansısa Ərdoğan üçün əsaslı səbəbləri var.
7) AKP qələbəsindən bəri 92% uşaq tam olaraq ibtidai təhsil alıb.İbtidai və orta təhsildə problemlər ,əsasən, mərkəzi və Şərqi Anadoluda müşahidə edilir ki,bu da yerli əhalinin milli-mental və mühafizəkar xüsusiyyətləri ilə əlaqədardır.
8) Ölkədaxili uçuş dövriyyəsi.Əgər 2002-ci ildə bu rəqəm 8 milyon idisə,2016 üçün 100 milyondan çoxdur.İqtisadiyyatçılar üçün Türkiyə kimi böyük bir ölkədə bu rəqəm kifayət qədər əhəmiyyətə malikdir.Əlavə olaraq,maşınların sayı 3 dəfə artaraq 12.3 mln-a çatmışdır.Yəni əhali artan rifah hesabına özünü maşınla təmin edə bilir.Düzdür,ətraf mühit üçün yan təsirləri inkarolunmazdır,lakin bu heç də ölkə daxilində və dünya miqyasında dəyişiklik edə biləcək səviyyədə deyil.
9) Orta ömür müddətinin statistik göstəriciləri.Bu il doğulan oğlan üçün 72.5,qız üçün isə 79 il yaşamaq proqnozlaşdırılır.Bu isə orta ömür müddətinin 16 il ərzində 5 yaş qalxdığını göstərir.
10) Sonuncu fantastik bir rəqəmdir.Təkcə İstanbulda 3-cü hava limanının tikilməsi ilə bura 200 000 000-dan çox “Fluggäste(Flight guests)” gələcək.Bahalı və ekoloji cəhətdən mənfi rəy yaratması hələ ki,tikintinin gedişatını ləngidir.
Yuxarıdakı 10 göstəricidən əlavə Sizdən “Spiegel-Online”-dan götürdüyüm aşağıdakı göstəricilərlə də tanış olmağınızı istəyirəm.
Aşağıdakı qrafikdə siz Türkiyənin “Economic Complexity İndex(hərfi:İqtisadi Mürəkkəblik İndeksi)” ilə tanış ola bilərsiniz.ECİ xalq təsərrüfatının istehsal etdiyi məhsulların təkmilləşmə dərəcsini göstərir.Yəni ki,milli məhsulların keyfiyyət göstəriciləri və dünya bazarında rəqabətədavamlılığı burda əsas götürülür.Türkiyədə müxtəlif sahələr üzrə şirkətlər son dövrlərdə beynəlxalq miqyasda kifayət qədər rəqabətə davamlılıq qazanıblar.Dünyanın ən güclü 100 tikinti şirkətləri içərisində 7-si məhz türk şirkətidir.Məişət texnikası istehsal edən “Arçelik” firmasının 7-si xaricdə olmaqla 14 zavodu fəaliyyət göstərir.Və bu şirkət bir neçə il əvvəl Almaniyanın eyni sahəli “Grundig” şirkətini alıb.Hal-hazırda Türkiyə dünyada ECİ-yə görə xeyli irəli yüksələrək 43-cü yerdə qərarlaşıb.
İnfilasiya 2002-ci ildən bəri 4 dəfə azalıb.Düzdür hal-hazırda infilasiya dərəcəsi 12%-ə yaxındır,amma seçkilərdən sonra R.T.Ərdoğan problemi çözəcəyinə söz verib.Xüsusilə milli valyutanın ucuzlaşmasının digər bir səbəbi birbaşa da olmasa,dolayısı ilə 2016-cı il dövlət çevrilişi ilə əlaqəsi vardır.
Ümumiyyətlə,ölkə iqtisadiyyatındakı son təlatümlərin əsas səbəblərindən biri də investorların ölkə bazarlarını tərk etməsidir.Bu da ki,təsadüfən olan iş deyil.Türkiyənin Suriyada apardığı “müharibə”,həmçinin sonuncu “de coup”dan sonra onların investisiyalarının təhlükəsizliyi təhdid altındadır.Böyük ehtimalla Mənbic azad olunandan və PKK və YPG terrorçu qruplaşmaları Suriyanın şimalından çıxarıldıqdan sonra Ərdoğan yenidən investorları şirnikləndirə biləcək.Türkiyəni itirmək kifayət qədər itgi ilə üzləşmək deməkdir.Həqiqətən də,bu bazar sahibkarlar üçün böyük gəlir mənbəyidir.
Aşağıdakı qrafikdə isə xarici turistlərin ölkəyə axınının miqyası əks olunub.Qrafikdən də göründüyü kimi,2015-2016-ci illərdə bu rəqəm 10 milyona qədər azalıb.Hal-hazırda 2017-ci il üçün göstərici 31.9 mln nəfər təşkil edir və artması da gözləniləndir.
Beləliklə,16 il ərzində AKP hökümətinin Türkiyədə gördüyü işlərin sadəcə müəyyən hissəsisə(iqtisadi) ilə tanış olduq.Ərdoğan ölkənin kifayət qədər siyasi imicini də qaldırıb.Xüsusilə,Türkiyə son dövrlərdə islam dünyasında Fələstinin həm mənəvi,həm də maddi dəstəkləyicisi,Körfəz ölkələri içərisində təklənmiş Qətərin İranla bərabər yardımçısı,Bosnia və Herseqovinada müsəlman Bosniakların himayədarı,Şimali Suriyada böyük və uğurlu hərbi əməliyyatların təşkilatşısı və qlobal arenada söz sahibi bir ölkə olaraq tanınmışdır.Tam əminəm ki,bu parlaq qələbədən sonra da,Türkiyə Ədalət və İnkişafa doğru gedən yolda daha böyük nailiyyətlər əldə edəcək və müasir dövrün inkişaf tendensiyalarını üstələyərək iqtisadiyyatını Böyük 7-lik ölkələri səviyyəsinə qaldıra biləcəkdir.
Cənab Prezident İlham Əliyev R.T.Ərdoğanı bu qələbə münasibətilə təbrik edən ilk ölkə başçıları sırasındadır.Təbrik məktubunda Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edən ölkə rəhbəri ona gələcək fəaliyyətində uğurlar arzulayıb və Türkiyə-Azərbaycan əlaqələrindən məmnunluğunu bildirib.Məktubda Türkiyə-Azərbaycan əməkdaşlığının parlaq nümunələri qismində iyunun 12-də açılışı gerçəkləşən TANAP layihəsinə də toxunulub.Xatırladım ki,TAP və TANAP layihələri Şahdəniz mərhələ 2 çərçivəsində hasil olunan qazla təmin olunacaq Cənub Qaz Dəhlizini tərkib hissələridir.TANAP-la ildə 6 mlrd m3 Türkiyəyə,10 mlrd m3 isə Avropaya olmaqla 16 mlrd m3 qaz nəql ediləcək.
Bizə isə sadəcə bu əməkdaşlığın daha da çiçəklənməsini arzulamaq qalır. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!
MƏNBƏLƏR
Rafiq İBRAHİMOV
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası,
Siyasi idarəetmə fakültəsinin
Beynəlxalq münasibətlər ixtisası üzrə
2-ci kurs tələbəsi
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM