Giriş
XXI əsrdə cərəyan edən geosiyasi proseslər əsasən ötən əsrdən miras qalmış problemlərin həlli kimi nəzərdən keçirilə bilər. Müasir mərhələdə cərəyan edən proseslərə dərindən nəzər salmış olsaq, onda onların köklərinin həqiqətən də, XX əsrdən qalmış strategiyalarla və ya məsələlərlə birbaşa bağlı olduğuna əmin ola bilərik. Ötən əsrin 90-cı illərindən start götürmüş proseslərin məntiqində SSRİ-nin süqutunun təsirləri aşkar hiss edilməkdədir. Hər şeydən öncə, SSRİ-nin süqutu ilə həmin dövrə qədər dünyada cərəyan edən olduqca mühüm bir prosesə sona çatdı. Belə ki, SSRİ ilə ABŞ arasındakı qarşıdurma aradan qalxmış oldu. Bu, dünyanın bütün geosiyasi mənzərəsini tam dəyişdir. Dünyanın ən böyük iki supergücündən birinin-SSRİ-nin siyasi xəritədən yox olması demək olar ki, bütün dövlətləri öz xarici siyasi strategiyalarını yeniləməyə məcbur etdir.
Dövlətin xarici siyasəti müxtəlif çoxsaylı amillərin təsiri altında formalaşır. Bu amillər içərisində dünyadakı mövcud real geosiyasi vəziyyət mühüm əhəmiyyət kəsb edir. Bu mənada Sovet İttifaqının süqutu həm İranın, həm də Səudiyyə Ərəbistanının xarici siyasi strategiyasının yeni trendlər qazanmasını şərtləndirmişdir.
Yeni geosiyasi reallıqlar və iki dövlətin diplomatiyası
Nəzərə almaq lazımdır ki, SSRİ-nin mövcudluğu dönəmində dünya iki düşərgəyə bölünmüşdür. Müvafiq olaraq, İran və Səudiyyə Ərəbistanı fərqli düşərgələrdə qərar tutmuşlar. Yəni, İslam İnqilabından sonra, İran SSRİ-nin yaxın müttəfiqlərindən birinə çevrilmişdir. Səudiyyə Ərəbistanı ilə ABŞ arasında əməkdaşlığın daha sıx olduğu aydın müşahidə olunurdu. SSRİ-nin süquta uğradılmasından sonra isə, İran yeni münasibətlər sistemində özünün geosiyasi yönünü müəyyənləşdirməyə çalışmışdır. Ümumiyyətlə, müasir mərhələ üçün qeyd edə bilərik ki, İranın xarici siyasəti özündə tədqiqatlar üçün çoxüzlü istiqamətlər təqdim edir. Bütün hallarda İran diplomatiyasında milli maraqların etibarlı təmin olunması hər şeydən öndədir. Belə ki, İran hazırkı mərhələdə əməkdaşlıq vektorlarını şaxələndirməklə yanaşı, yerləşdiyi regionda ciddi nəzarət imkanlarına malik olmağa çalışır.
İslam dünyanın maliki olduğu zəngin karbohidrogen ehtiyatları regionda nəzarət uğrunda mübarizənin sərtliyini şərtləndirir. Bu baxımdan, neçə ki, Qərb Yaxın Şərqdə geosiyasi və geoiqtisadi prioritetlərini tam reallaşdırmayıb, İranla münasibətlərdə hazırkı kəskin ritorika qalacaqdır. Qərbin İrana qarşı tətbiq etdiyi sanksiyalarla yanaşı, müəyyən diplomatik təzyiq rıçaqlarına əl atması təbiidir. Bu istiqamətdə Səudiyyə Ərəbistanın da regiondakı kifayət qədər ciddi təsir imkanları effektiv alət kimi nəzərdən keçirilmişdir. Ümumiyyətlə, həm İranın, həm də Səudiyyə Ərəbistanının diplomatiyasının əhatə dairəsi başlıca olaraq, yerləşdikləri regionu əhatə edir. Başlıca fərq ondan ibarətdir ki, İran əsasən öz maraqları çərçivəsində çıxış etdiyi halda, Səudiyyə Ərəbistanı həm də Qərb müttəfiqlərini kifayət qədər ciddi maraqlarını nəzərə almalı olur. Məlumat üçün qeyd edək ki, Səudiyyə Ərəbistanı Yaxın Şərq subregionu çərçivəsində xarici siyasətini 1981-ci ildə yaradılmış Fars körfəzi ərəb ölkələrinin əməkdaşlıq şurası vasitəsilə həyata keçirir.[12, s.4] Bu, Səbuyyəyə daha səmərəli diplomatiya həyata keçirməyə imkan verir. Çünki, təşkilatda aparıcı mövqe məhz ona məxsusdur və digər üzvləri də özünün xarici siyasəti strategiyasını dəstəkləməyə cəlb edə bilir.
Səudiyyə Ərəbistanın hərbi-texniki cəhətdən güclü olması təkcə onun özü deyil, həm də yaxın müttəfiqləri üçün əhəmiyyətli idi. Çünki, regionda maraqların təmin olunması üçün yaxşı, güclü müttəfiqə ehtiyac vardır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanının hərbi arsenalını inkişaf etdirməsi elə ABŞ-ın özü ilə hərbi-texniki sahədə əməkdaşlıq üçün yeni imkanlar açmışdır. ABŞ öz növbəsində ümumilikdə ərəb ölkələri ilə hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsini milli maraqlarının təmin olunmasının effektiv aləti kimi nəzərdən keçirirdi.[13, s.2]
ABŞ-ın da yaxından dəstəyi ilə Səudiyyə Ərəbistanı regionda aparıcı rolunu təmin edib, saxlamağa çalışır. Səudiyyə Ərəbistanı üçün regionun təkcə iqtisadi nəhəngi olmaq yetərli deyildir. İran kimi, Ərəbistan da islam dünyasının lideri olmaq iddialarını heç vaxt gizlətməmişdir. Həmçinin, Səudiyyə Ərəbistanının İrana münasibətdə həyata keçirdiyi siyasət də müəyyən səciyyəvi cəhətləri ilə diqqəti cəlb edir. İran İslam İnqilabından sonra Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətləri əsasən ziddiyyətli olması ilə diqqəti cəlb etmişdir. İnqilabdan sonra İran islamı “təmziləməyi” özünün əsas vəzifəsi kimi müəyyənləşdirmişdir.[10, s.83] Bu “təmizləmənin” vacib vektorlarından birini də məhz Səudiyyə Ərəbistanı təşkil etmişdir. Həm də artıq qeyd etdiyimiz kimi, İran özünü təkcə şiə azlığının deyil, dütün islam dünyanın liderliyinə iddialı kimi göstərməkdədir. Ən əsası isə, İran Qərbə qarşı mübarizədə maraqlı olan islam dövlətlərini ətrafında birləşdirməyə çalışmışdır və çalışmaqdadır. İrandan fərqli olaraq, Səudiyyə Ərəbistanı Qərbə qarşı çıxmaq kimi niyyətdən uzaqdır. Əksinə, Qərblə eyni cəbhədə çıxış edərək, İranının nüvə proqramına qarşı olmuşdur. Yəni, Qərb ölkələri kimi, Səudiyyə Ərəbistanı da İranın öz nüvə proqramını dayandırmasını istəyirdi. Hətta, Səudiyyə Ərəbistanı nüvə proqramını həyata keçirən dövlətə və ya dövlətlərə qarşı siyasi, iqtisadi və hərbi sanksiyaları işə salmağın təşəbbüskarı kimi çıxış etmişdir.[5, s.8] Səudiyyə Ərəbistanın diplomatiyasının yaxın onillikdə nəzərə alacağı digər mühüm məqamlardan biri İranın Küveytdə, Livanda və Yəməndə siyasi və ideoloji fəallığının artması ilə bağlıdır.
Son illər ABŞ-la Səudiyyə Ərəbistanı arasında müəyyən gərginliyin yaşandığı müşahidə olunur. Xüsusilə də, ABŞ-ın sabiq prezidenti B.Obama dəfələrlə ölkəsinin Səudiyyə Ərəbistanının neftindən əvvəlki kimi asılı olmadığını səsləndirmişdir. Yəni, Ərəbistanla artıq əvvəlki isti münasibətlərə də ehtiyac qalmaya bilər. Şist nefti hətta, ABŞ-ı Səudiyyənin rəqibinə çevirməkdədir. 2016-cı ildə ABŞ Konqressi ölkədən neft ixracı məhdudiyyətini aradan qalmışdır. Bundan başqa, 2001-ci il 11 sentyabr hadisələrində Səudiyyə Ərəbistanın rolunun müəyyənləşdirilməsi ilə bağlı konqressmenlərin bir qrupunun çağırışlar etməsi də münasibətlərdə müəyyən soyuqlaşmaya gətirib çıxarmışdır.[8] Bu baxımdan, son illərdə Səudiyyə Ərəbistanının diplomatik vektorunun həm də Çinə və Hindistana doğru yönəlməsi təsadüfi deyildir. Lakin bütün hallarda ABŞ Səudiyyə ilə münasibətlərinin səviyyəsinə həssas yanaşmaqda davam edir. Ən azından, ABŞ silah sənayesinin maliyyə təminatında Səudiyyənin imkanlarından maksimum yararlanmaqda maraqlıdır. Məsələn, hələ “ərəb baharı” başlamamışdan öncə, yəni, 2010-cu ildə Səudiyyə Ərəbistanı ABŞ-dan 60 milyard dollar dəyərində silah almışdır.[6, s.65] ABŞ regionda öz maraqları çərçivəsində yeni geosiyasi reallıqların yaranması istiqamətində kompleks addımlar atmaqdadır. Regionda belə yeni geosiyasi reallıqların formalaşmasına qarşı çıxan əsas dövlətlərdən biri isə İrandır. Yəni, İran dövlətinin diplomatiyası digər istiqamətlərlə yanaşı, ABŞ-ın regionda təsir imkanlarının tamam aradan qaldırılmasına yönəlmişdir. ABŞ-da öz növbəsində İrana qarşı bütün diplomatik alətlərini işə salmışdır. Xüsusilə də, SSRİ-nin süqutundan sonra münasibətlərdəki gərginlik özünü daha qabarıq büruzə verdi. Daha geniş imkanlara malik ABŞ-ın mübarizə xətti 1991-ci il körfəz müharibəsindən sonra tam üzə çıxdı. Həmin ildən İraq və İranın blokadaya salınmasını nəzərdə tutan “ikili təçrid strategiyası” elan edildi. Amma BMT ilə qarşı-qarşıya gələn İraqdan əlavə fərqli olaraq İran yalnız onun öz sanksiyaları ilə üzləşdi. Çünki Avropa Birliyi ABŞ-ın etirazlarına baxmayaraq nisbətən mülayim “tənqidi dialoq” strategiyasını seçdi. ABŞ səviyyəsində İrana sərt sanksiyalar verməyə vadar edə bilmədi. Yalnız ingiltərə 90-çı illərin sonuna qədər İranla diplomatik əlaqə saxlamadı. ABŞ-ın İran neftinə kapital qoyulmasını qadağan edən sanksiyaları isə dəfələrlə pozuldu.[7, s.75]
Diplomatik xəttlərdə dönüş nöqtəsi və perspektivlər
İranın Qərbə və ABŞ-a döğru xarici siyasət xəttinin müəyyənləşdirməsində zaman, şərait məsələləri elə səviyyədə güclü idi ki, inqilabdan başlayaraq müasir dövrədək İranı idarə edən iühafizəkar xarakterli adlandırılan adamlar da deyilən amillərə müqavimətin özləri üçün də faydasızlığını başa düşürdülər. Gələcəkdə hakimiyyətin nisbətən liberal xətt tutduqları bildirilən qüvvələrlə verilməsində bunun da köməyi olacaqdı. İran xarici siyasətinin 1997-çi ildən başlayaraq dəyişikliklərlə qarşılaşacağı mərhələ isə çatdırdı. Bu yolda inkişafın enib qalxma xarakterli gdəcəyi əvvəldən görünürdü. Ziddiyətlərə zəmin hazırlayan amillər deyildiyi kimi ənənəvi siyasətlə zamana uyğun siyasətin toqquşmasından irəli gəlirdi. Xatəminin prezident seçkisində o qədər də çətinliyə rast gəlməyərək qalib gəlməsi tisə ənənəvi siyasətin başqasıyla dəyişməsinə aparan yolun bütün çətinliklərə baxmayaraq başlanmasıydı. İran rəhbərliyində müxtəlif xəttlərin sakit mübarizəsi İslam Respublikasına beynəlxalq siyasətində xeyli qazanclar gətirəcəkdi.
XXI əsrdə də vəziyyət dəyişmədi. İran diplomatiyası əsasən Qərblə mübarizəyə, Səudiyyə Ərəbistanı diplomatiyası isə, Qərbin regionda maraqlarının lobbiçiliyinə köklənmiş oldu. Nəzər yetirsək, dəqiq müəyyənləşdirmiş olarıq ki, həm İranın, həm də Səudiyyə Ərəbistanın diplomatiyası əsasən özlərinin yerləşdikləri regionda cərəyan edən proiseslərə adekvat cavab reaksiyasını ifadə edir. Regionda baş vermiş “ərəb baharından” öncə, ABŞ-ın İraqa hərbi müdaxailəsi İranın maraqlı reaksiyasına səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, İranla İraq arasında səkkiz illik müharibə baş vermişdir və ondan sonra münasibətlərin istiləşməsi əlamətləri müşahidə olunmamışdır.[11, s.7] Bu baxımdan, ABŞ-ın İraqa hücumu əslində İran tərəfindən təqdir olunmalı idi. Həqiqətən də, Londonda çıxan qəzetlərdən biri Amerika Birləşmiş Ştatlar və Böyük Britaniyanın İraqı bombalamasından İranın razı qaldığını yazdı. Əl-Şərq əl-əvsət adlanan qəzet İran hərbi rəhbərliyinin nümayəndələrindən birinin məlumatını çap etmişdi. Məlumatda deyilirdi ki, İran belə zərbələri gözləyirdi və müttəfiqləri İraqda yerləşən Mücahid Xalq Təşkilatının bazası haqqında məlumatlandırmışdı, yerləşdiyi yerin xəritələriylə təchiz edib. İran bilirdi ki, İraq bütün kimyəvi, bioloji silahları, atom layihəsi sənədlərini həmin təşkilatın bazasına köçürüb. Qəzet həmçinin BillKlintonun İran-İraq müharibəsi vaxtı mülki əhaliyə qarşı kimyəvi silah işlədilməsi barədə bəyanatının İran mətbuatında razılıqla qarşılandığını yazmışdı. Lakin bu mövqenin əksini iddia edən çoxsaylı KİV-lərə də rast gəlmək mümkün idi. Belə ki,Qətərin paytaxtı Doha şəhərində fəaliyyət göstərən məşhur Əl-Cəzirə televiziyasının məlmatında ABŞ-ın İraqa zərbələrinin İran uçun təhlükə olduğu söylənilirdi. Təbii ki, İranın ABŞ zərbələrindən narahatlığı üçün ciddi əsasların olduğu söyləmək mümkündür. Çünki, İran aydın dərk edirdi ki, ABŞ-ın ona yaxın ərazilərdə hərbi-siyasi mövqe tutması gec-tez onun özü üçün də baş ağrısına çevrilə bilər. Bu baxımdan, İran İraqa hərbi müdaxilə zamanı özünü tam təhlükəsizlik şəraitində hiss edə bilməzdi. Hətta, ABŞ-ın həmin dövrdə İrana qarşı da geniş miqyaslı hərbi kampaniyaya başlayacağı haqqında informasiyalar da yayılmaqda idi. Həmin dövrdə Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlərdə gərginliyin dərinləşməsi bu istiqamətdəki ehtimalları ciddiləşdirirdi. Qeyd etmək lazımdır ki, həmin dövrdə İranda hakimiyyətə müxalifətdə duran bir neçə yazıçının şübhəli qətli də müəyyən şübhələrə yol açmışdır. Belə ki, bundan sonra, Amerika Birləşmiş Ştatlarının bundan istifadə edərək raketləri İrana doğru çevirə biləcəyi fərziyyəsi irəli sürülürdü. Həmin dövrdə həm Səudiyyə Ərəbistanı, həm də Amerika Birləşmiş Ştatları İranın Avropa ölkələri ilə münasibətlərindəki gərginliyin qalmasını və dərinləşməsini şərtləndirəcək addımlar atırdılar. Məqsəd isə, aydındır. Yəni, İran təcrid olunmuş vəziyyətdə daha aciz durumda idi və onu sıradan çıxarmaq tam real kimi görünürdü. Həmçinin, nəzərə almaq lazımdır ki, İraqa hücum məsələsində Səudiyyə Ərəbistanın ABŞ-ı yaxından dəstəkləməsi həm də İraq tərəfindən real təhlükənin mövcudluğu ilə bağlı idi. Belə ki, ötən əsrin 90-cı ilinin avqustunda İraqın Küveytə hərbi müdaxiləsi Səudiyyə Ərəbistanı üçün ciddi siyasi, hərbi və iqtisadi fəsadlara səbəb olmuşdur. Küveyt ərazilərində nəzarəti ələ aldıqdan sonra, İraq hökuməti hərbi qüvvələrini Səudiyyə Ərəbistanı ilə sərhəddə toplamağa başlamışdır ki, bu da ikinci tərəfindən hərbi-siyasi təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirilmişdir. Bu mənada, Səudiyyə Ərəbistanı ABŞ-ın simasında ən güclü və etibarlı müttəfiqini görürdü. Həqiqətən, İraq təhlükəsini aradan qaldırmaq üçün Səudiyyə Ərəbistanı hərbi səfərbərlik elan etmişdir və bunun ardınca kömək üçün ABŞ-a müraciət etmişdir. Elə bunun özü ABŞ strategiyasının həyata keçirilməsi mərhələsi kimi qiymətləndirilə bilərdi. Çünki, Səudiyyənin rəsmi müraciətindən sonra ABŞ-ın və müttəfiqlərinin çoxsaylı hərbi qüvvələri onun ərazisində yerləşdirilmişdir ki, bu ABŞ-ın bütövlükdə hərbi-siyasi mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirmişdir. Bu, müvafiq olaraq, Səudiyyə Ərəbistanı ilə İran arasında gərginliyin dərinləşməsinişərtləndirmişdir.[3, s.21] Ümumiyyətlə ötən əsrin 90-cı illərində regionda cərəyan edən proseslər Səudiyyə Ərəbistanı üçün müəyyən təhdidlər yaratsa da, onun və ABŞ-ın xeyrinə idi. Birincisi, Səudiyyə Ərəbistanı İraqdan və Küveytdən alınan nefti kompensasiya etmək üçün öz hasilatını bir neçə dəfə artırmışdır ki, bu da ona ciddi iqtisadi dividentlər gətirmişdir. İkincisi, ABŞ cərəyan edən prioseslərdən regionda öz hərbi-siyasi mövcudluğunu təmin etmək və möhkəmləndirmək üçün istifadə etmiş oldu.Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Fars körfəsində baş vermiş müharibə Səudiyyə Ərəbistanın xarici və daxili siyasətinin konturlarının daha dəqiq müəyyənləşməsində əhəmiyyətli rol oynamışdır. Belə ki, bundan sonra Səudiyyə Ərəbistanın xarici siyasi kursunun yönü tam bəlli olmuşdur. İrak böhranın həlli prosesində Səudiyyə Ərəbistanı ilə ABŞ arasındakı qarşılıqlı münasibətlər köklü şəkildə dəyişmişdir. Səudiyyə Ərəbistanın öz təhlükəsizliyini təmin etmək üçün ABŞ-dan hərbi yardım alması həm onun özü üçün, həm də ABŞ üçün həlledici məqam olmuşdur. Yəni, bundan sonra, Səudiyyə Ərəbistanı əsasən regionda ABŞ-ın geosiyasi və geoiqtisadi maraqlarının qoruyucusu rolunda çıxış etməyə başlamışdır. ABŞ-ın yaxından dəstəyi isə, Səudiyyə Ərəbistanın regionda əhəmiyyətli dərəcədə nüfuz qazanmasını şərtləndirmişdir. Belə ki, Səudiyyə Ərəbistanı digər ərəb ölkələrini öz təsir çətiri altına ala bilmişdir. Təbii ki, bu da ABŞ-ın strateji maraqlarına cavab verirdi. Çünki, Səudiyyənin təsiri dairəsində olan digər ərəb ölkələri də bu və ya digər dərəcədə ABŞ-ın maraqlarına həssaslıqla yanaşmalı olurdurlar. Həmin dövrdən başlayaraq, Səudiyyə Ərəbistanın diplomatiyasının xarakterini açmağa imkan verən əsas məqam rolunda məhz bu reallıqlar çıxış etmişdir. Müvafiq olaraq, ABŞ-ın İrana olan münasibətini Səudiyyə Ərəbistanı öz davranışlarında açıq ifadə etməyə başlamışdır.
İran diplomatiyası hazırkı mərhələdə dünya dövlətləri ilə təmasların normalaşdırılmasınaistiqamətlənmişdir. Bunu sübut edən ciddi məqamlar vardır. Məsələn, 2015-ci ilin iyulunda nüvə anlaşmasının imzalanması İranla Qərb ölkələri arasındakı münasibətlərdə müəyyən mənada dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bəzi analitiklərin fikrincə, bu anlaşma Yaxın və Orta Şərqdə yeni geosiyasi vəziyyətin yaranmasını şərtləndirmişdir. İranla Avropa ölkələri arasındakı münasibətlərin normalaşmasından ən ciddi narahatçılıq keçirən ABŞ və onun Yaxın regionunda ən etibarlı müttəfiqi olan Səudiyyə Ərəbistanı oldu. Belə ki, amerikalı tədqiqatçılar açıq şəkildə bildirirdilər ki, İrana qarşı sanksiyaların birtərəfli qaydada qaldırılması onun regionda rolunun əhəmiyyətli dərəcədə artmasını şərtləndirəcəkdir.[4] ABŞ-ın İran hakimiyyəti ilə hər hansı bir səviyyədə kompromissə getməsi mümkünsüz kimi görünür. Çünki, ABŞ Yaxın Şərq siyasətində əsasən iki müttəfiqinə istinad edirdi. Birincisi, Səudiyyə Ərəbistanı idisə, ikincisi İran idi. Bu baxımdan, ABŞ İran İslam İnqilabını heç cür həzm edə bilmir. İnqilabdan sonra ABŞ Yaxın Şərq siyasətinin reallaşdırılması alətlərini və mexanizmlərini tamamilə yenidən nəzərdən keçirilməli oldu.[1, s.28]
Son zamanların müşahidələri göstərir ki, Səudiyyə Ərəbistanın diplomatiyasında kardinal dönüşlər haqqında düşünməyə əsas vermişdir. Yəni, Səudiyyə Ərəbistanı diplomatiyası üçün yeganə prioritet artıq ABŞ deyildir. Artıq maraqlar, müvafiq olaraq, prioritetlər dəyişməkdədir. Əlavə olaraq, enerji sektorunda Səudiyyə Ərəbistanı ilə ABŞ arasında rəqabətin meydana gəlməsi də münasibətlərin xarakterinin əvvəlki kimi olmadığına dəlalət edir.[2, s.6] Bundan başqa, artıq Səudiyyə Ərəbistanı hakimiyyəti də ABŞ-ın regionda jandarm rolundan məmnun olmadığını aşkar büruzə verməkdədir. Çünki, belə rol Səudiyyə Ərəbistanın özünün də siyasi manevr imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Həmçinin, Səudiyyə Ərəbistanın avtoritar rejimi ABŞ-ın liberal dairələri tərəfindən müsbət qarşılanmır.[9, s.144] Səudiyyə Ərəbistanın öz maraqları çərçivəsində müstəqil siyasət yeritmək cəhdləri ABŞ tərəfindən birmənalı qarşılanmır. Belə ki, Yəmən hadisələri zamanı davranışları ABŞ-ın dəstəyini qazanmadı. Səudiyyə Ərəbistanı da öz növbəsində ABŞ-ın belə mövqeyini İrana siyasi jest kimi qiymətləndirmişdir. Nəzərə almaq lazımdır ki, Yəmənin əsas əhalisi şiələrdən ibarətdir və İranın hərtərəfli dəstəyinə güvənir. Ümumiyyətlə, Səudiyyə Ərəbistanı Qərbin son illərdəki İran siyasətini ciddi tənqidlə qarşılayır və iddia edir ki, Qərb “Nüvə anlaşması” ilə İranın iqtisadi, siyasi və hərbi potensialının artmasını şərtləndirir. Əksər analitiklər hesab edirlər ki, Səudiyyə Ərəbistanı Rusiya ilə təmasların sıxlaşdırılması taktikasını seçməklə Qərbə mesaj göndərir. Ümumiyyətlə, Səudiyyə Ərəbistanın diplomatiyasının Rusiya yönünün güclənməsi davam edəcəkdir. Hətta, gələcəkdə İranla münasibətlərin də normallaşması ehtimalları kifayət qədər güclüdür. Çünki, Yaxın Şərqdə cərəyan edən proseslərə Rusiyanın və onun yaxında İranın təsir imkanları artıq göz önündədir. Bu baxımdan, Səudiyyə Ərəbistanın Rusiya ilə İranla əməkdaşlıq strategiyasına üstünlük verməkdən başqa yolu yoxdur.
Nəticə
Apardığımız təhlillərə əsasən qeyd edə bilərik ki, İran və Səudiyyə Ərəbistanı diplomatiyası kifayət qədər fərqli elementlərə malikdir. Hər iki tərəfin fərqli siyasi yönü mövcuddur. Bununla yanaşı, xarici siyasət strategiyasının konturlarının dəyişməsini yeni yaranan geosiyasi reallıqlar şərtləndirməkdədir. Ümumilikdə, Səudiyyə Ərəbistanı ilə İran arasındakı münasibətlər gərginliyi ilə seçilir. Bununla yanaşı, yaxın gələcəkdə münasibətlərdə yeni mərhələnin başlanması ehtimalları vardır. Bu mənada Rusiya amili həlledici rol oynaya bilər.
Ədəbiyyat
1. Alvandi R. Nixon, Kissinger, and the Shah: The United States and Iran in the Cold War. New York, NY: Oxford University Press., 2014, pp.28-64
2. Blanchard C.M. Saudi Arabia: Background and US Relations. Congressional Research Service, 2016, September 20, pp. 1-34
3. Hart T. Parker Saudi Arabian and the United States: Birth of a Security Partnership. 1999, 312 P.
4. James Phillips. The Dangerous Regional Implications of the Iran Nuclear Agreement. the Heritage Foundation. URL: http://www.heritage.org/research/reports/2016/05/the-dangerous-regionalimplications-of-the-iran-nuclear-agreement (müraciət tarixi: 25.01.2018)
5. Middle East: Focus on the Future // Finance and Development. 2013, vol. 50, № 1, pp. 8–9.
6. Russel J. A. Saudi Arabia in the 21st Century: A New Security Dilemma / J. A. Russel // Middle East Policy. – 2012, Vol. 12, № 3, P. 64–78
7. Бжезинский З. «Великая шахматная доска». М., "Международные отношения" 1998, 112 c.
8. Гюмюш, Н.Т. Почему саудовский король не встретил Обаму. // Hurriyet. – 2016. – 22 апр. – Электрон. текстовые дан. – Режим доступа: http://inosmi.ru/politic/20160422/236266207.html (дата обращения: 24.01.2018)
9. КрючковИ. В. Внешняя политика Саудовской Аравии на Ближнем Востоке в начале XXI века//Вестник ВолГУ. Серия 4, История. Регионоведение. Международные отношения. 2017. Т. 22. № 3, с. 142-149
10. Кузьмин А.Ю. Некоторые особенности выстраивания региональных внешнеполитических ориентиров Королевства Саудовская Аравия в начале XXI в.// Вестник Вятского государственного гуманитарного университета. 2014, c. 83-87
11. Кухестани Иеджад М. Отношения между Ираном и Ираком в первой половине двадцатого века // История международных отношений. 2004. № 19. с. 5-40.
12. Нейматов А.Я. Внешняя политика и дипломатия Саудовской Аравии в контексте цветных революций. М., Научное издание, 2015, 146 с.
13. Суворова В.В. Военно-техническое сотрудничество США и Саудовской Аравии (90-ые годы ХХ – начало XXI вв.)//Вестник Адыгейского государственного университета. Серия 1: Регионоведение: философия, история, социология, юриспруденция, политология, культурология. 2012, с.1-10
Açar sözlər: İran, Səudiyyə Ərəbistanı, diplomatiya, maraqlar, Yaxın Şərq, ABŞ, Rusiya.
Şəms Əsgərli
Azərbaycan Dillər Universiteti
"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM