Hərbi alyanslar və kollektiv təhlükəsizlik: NATO-nun sammiti öncəsi düşüncələr

09:08 / 12.07.2018

Dünyanın ciddi təhlükələrlə üz-üzə qaldığı barədə indi yazmaq və danışmaq bir dəbdir. Məsələ həqiqətən aktualdır. Ancaq adətən müzakirə olunan aspektlərdə deyil, daha ciddi müstəvidə. Çünki real olaraq dünyanın təhlükəsizliyini təmin etmək modeli kökündən yanlış görünür. Burada geosiyasi korporativ maraqlara üstünlük verildiyi hiss edilir. Böyük dövlətlər özlərinə yaxın ölkələrlə birlikdə müəyyən hərbi alyanslar yaradır, ancaq bütün dünyanın maraqları adından danışırlar. Bu sırada NATO və KTMT-nin fəaliyyəti diqqəti daha çox çəkir. Doğrudanmı bu alyanslar fərq qoymadan dünyanın hər bir dövlətinin təhlükəsizliyini təmin edə bilərlər? Doğrudanmı onlar ədalətli surətdə haqqı nahaqdan ayıra bilirlər və ya heç olmasa ona cəhd edirlər? Təcrübə bu kimi suallara cavab verməyin çətin olduğunu göstərir. Çünki ortada xeyli sayda şübhələr vardır. Bu kontekstdə NATO-nun növbəti sammitindən nələr gözləmək olar? Qoyulan suala qlobal geosiyasətin reallıqları müstəvisində necə cavab vermək mümkündür? Məsələnin bu tərəfi üzərində geniş dayanmaq istərdik.

Maraqların toqquşması: hərbi bloklaşmanın işığında

Şimali Atlantika Alyansının sammiti öncəsi mütəxəssislər, ümumiyyətlə, qlobal təhlükəsizliyin aktual problemləri haqqında fikirlər ifadə edirlər. Maraqlıdır ki, artıq müzakirə bütövlükdə hərbi alyansların lazım olub-olmadığı kontekstində aparılır. Əvvəllər aksiom kimi qəbul edilirdi ki, dünyada təhlükəsizliyi təmin etmək üçün çoxlu sayda dövlətlərin hərbi ittifaqını yaratmaq gərəkdir. Belə görünür ki, bu yanaşmadan imtina mərhələsi ya başlayıb, ya da daha uzağı görən Qərb siyasi-analitikləri artıq bu məsələni gündəmə gətirirlər. Bizcə, çox haqlıdırlar. Yalnız hər hansı hərbi alyansın taleyi baxımından deyil (onlar daha çox NATO-nu nəzərdə tuturlar), bütövlükdə bu tip hərbi ittifaqların bəşəriyyətin təhlükəsizliyinə hansı faydanı verməsi aspektində də haqlıdırlar.

Əlbəttə, bu problemə nəzəri yanaşma ilə praktiki, yaxud real siyasi mühitin özəllikləri arasında xeyli fərq ola bilər. Məsələn, Qərb dövlətləri bəyan edirlər ki, Çin və Rusiya onların özlərinə və dostlarına təhlükə yaradırlar. Deyək ki, Baltikyanı ölkələr və Polşa daim bu barədə danışırlar. Qafqaz istiqamətində Rusiyanın hərbi addımlarını da təhlükə kimi təqdim edirlər. Mərkəzi Asiyada isə Çin, Rusiya, İran, ABŞ arasında gərgin geosiyasi-hərbi mübarizə gedir. Bunlara terror təşkilatları yaradıb, müəyyən ölkələrin dövlətçiliyinə təhlükələr yaratmaq cəhdlərini də əlavə etmək gərəkdir.

Müxtəlif regionlarda özünü göstərən konkret münaqişələr də hərbi alyansların yaradılmasını sanki zərurət kimi ortaya qoyur. Yaxın Şərqdə müsəlman dövlətlərinin belə bir alyans yaratmasına bütün İslam aləmi çox sevinərdi. Çünki daim kənardan hərbi təhlükələr olduğunu, dünyanın böyük dövlətlərinin ya terror təşkilatları yaradıb İslam adından dağıdıcı fəaliyyət göstərmələrini, ya da utanmadan "ən müasir silahlarımızı Suriyada sınaqdan keçiririk" kimi militarist bəyanatlar verməkdən çəkinməmələrini adi şüur belə dərk edir. Onda buna qarşı birgə mübarizə aparmaq kimi bir fikrə hər bir müsəlman sevə-sevə razı olar.

Amma maraqlıdır ki, müsəlman dövlətlərin heç bir real hərbi alyansı yoxdur. Bəlkə də bu, strateji aspektdə üstünlükdür. Ancaq indiki dövrdə hərbi alyanslara ABŞ başda olmaqla Qərb dövlətləri və Rusiya başda olmaqla postsovet məkanının bir qrup dövləti sahibdirlər: NATO və KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı). İndi mütəxəssislər də məhz bu iki alyansın qarşılıqlı münasibətləri kontekstində sualı belə qoyurlar: bu cür hərbi qruplaşma qlobal təhlükəsizliyi təmin etməyə faydalıdırmı? Bütövlükdə dünya belə hərbi təşkilatlardan xilas olsa daha yaxşı vəziyyət yaranmazmı?

Doğrudan da maraqlı və aktual sualdır. Həm də ona görə ki, bizim regionda özünü göstərən bir sıra neqativ geosiyasi-hərbi proseslər alyanslararası mübarizənin birbaşa nəticəsi kimi görünür. Məsələyə Rusiya-Gürcüstan və Ermənistan-Azərbaycan münasibətləri kontekstində baxaq.

Rusiya Gürcüstanın iki bölgəsini zəbt edib və burada hökmranlığını davam etdirir. Abxaziya və Cənubi Osetiyada Moskvanın hər şeydən öncə hərbi varlığı mövcuddur. Bu şəraitdə Kreml KTMT-dəki müttəfiqlərindən tələb edir ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanısınlar. Onlar da, Belarus və Ermənistan da daxil olmaqla, bunu etmək istəmirlər. Çünki özlərinin təhlükəsizliyini düşünürlər. Ermənistan isə əsl həyasız mövqe tutub. O, KTMT-yə üzv olan ölkələri Azərbaycana qarşı müharibəyə səsləyir. Bəzən onları təhrik etməyə çalışır.

Bəşəriyyətdə sülh: səmərəli model mövcuddurmu?

Ancaq hər dəfə də sərt təpki ilə qarşılaşır. Qazaxıstan və Belarus ermənilərin təhriklərini qətiyyətlə rədd edirlər. Moskva da həmin mövqedədir. Belə çıxır ki, KTMT hətta ən yaxın münasibətlərdə olan ölkələr arasında fikir ayrılığı yarada bilir. Elə məsələlər vardır ki, hərbi alyansa daxil olan ölkələrin ona yanaşması prinsipial olaraq fərqlənir. O halda belə bir hərbi qruplaşmanın qlobal təhlükəsizlikdə rolu necə ola bilər?

NATO-da vəziyyət daha təhlükəli və qeyri-müəyyəndir. Bu hərbi təşkilat KTMT-dən qat-qat güclü və nüfuzludur. Onu başlıca olaraq Qərb dövlətlərinə ola biləcək təhlükələri aradan qaldırmaq üçün yaradıblar. Təhlükə haradan gözlənilirdi? Əsas olaraq Rusiyadan. İndi buna beynəlxalq terroru, nüvə qaçaqmalçılığını, miqrasiyanı və s. faktorları da əlavə ediblər. Lakin maraqlı və düşündürücüdür ki, hazırda NATO-nu genişləndirməyə xüsusi diqqət yetirirlər. Hətta Rusiyanı və onun müttəfiqlərini ora dəvət edirlər. Fərz edək ki, bu istiqamət baş tutdu və dünyanın ən böyük güclərini özündə birləşdirən nəhəng hərbi struktur formalaşdı. Onda NATO kiminlə savaşacaq? Müsəlmanlarla, yoxsa xəyali kənar planetlilərlə?

Deməli, genişlənmə siyasəti haradasa absurd məzmun kəsb edir. Reallıqda bunun əksi götürülməlidir, yəni NATO tədricən ixtisar olunmalı və sonda, ümumiyyətlə, ləğv edilməlidir. Dünyada sülh üçün heç bir alyansa ehtiyac yoxdur. Sülhü hərb yox, sivil siyasət, dialoq fəlsəfəsi, qarşılıqlı faydalı əməkdaşlıq formatları təmin edə bilər. Başqasını hərbi güclə qorxutmaqla qalıcı sülhə nail olmaq imkansızdır. Bu mənada hər hansı hərbi alyansı möhkəmlətmək və genişləndirmək son nəticədə müharibəyə xidmət etmək deməkdir. İxtilafı, münaqişələri körükləməkdir. Bəs onda NATO və ya KTMT kimi hərbi təşkilatları nəyə görə saxlayırlar?

Məsələnin vacib aspekti də bu məqamla bağlıdır. Bu o deməkdir ki, dünyada hələlik geosiyasətdə korporativ maraqlara haqq qazandıran böyük güclər mövcuddur. Onlar bütövlükdə dünyanın deyil, özlərinin və onlara yaxın olan dövlətlərin maraqlarının təmin edilməsini ümumən dünyanın maraqları kimi təqdim etmək mövqeyindən əl çəkmirlər. Məsələn, amerikalılar və onların müttəfiqləri "dünyaya təhlükə" deyəndə ancaq özlərini nəzərdə tuturlar, eynilə ruslar ancaq özlərinə olan təhlükələri bütün dünyaya ola bilən təhlükə kimi təqdim edirlər. Bu mövqeni qəbul etməyənləri isə "arxadan zərbə vuranlar" kimi xarakterizə etməyə çalışırlar. Belə çıxır ki, dünyanın mərkəzi ya Vaşinqton, ya da Moskvadır və bunların hər birinə üz tutanlar "demokrat", "etibarlı dost", "humanist", "müasir", "başa düşən" dövlətdir, üz tutmayanlar isə "terroru dəstəkləyən", "ekstremist", "arxadan zərbə vuran", "məhv edilməli ölkələr" və s. mənfi xarakterə malik dövlətlərdir. Belə düşüncə olar? Bu cür eqoizm, özündən razılıq və başqasına yuxarıdan aşağı baxmaq haqdırmı? Bu, çoxlu sayda xalqların haqqı və hüququnu bəri başdan tapdalamaq deyilmi?

Geosiyasi kontekstdə daha ciddi sual belədir: bu cür şəraitdə kollektiv təhlükəsizlik necə mövcud ola bilər? Belə görünür ki, bu sualın cavabının müsbət olması hazırda imkansızdır. O halda NATO və ya KTMT-nin hansı sammiti necə keçirməsinin də qlobal təhlükəsizliyə fayda vermək baxımından ciddi bir əhəmiyyəti yoxdur. Bir sammit bitər, digəri başlayar, dünyada isə göz yaşları bitməz! Qəribədir ki, kollektiv təhlükəsizliyi təmin etmək hazırda aktiv olaraq müzakirə olunan məsələ deyil. Böyük güclər daha çox bir-birini ittiham etməklə məşğuldurlar.

Əslində, hesab edirik ki, çıxış yolu vardır. O da beynəlxalq hüququ tam təmin edə bilən və bütün dünya dövlətlərinin maraqlarını eyni qaydada nəzərə alan beynəlxalq təşkilata aparıcı-tənzimləyici rolun verilməsindən ibarətdir. Bunun nümunəsi kimi BMT-ni seçmək olar.

Əgər hərbi alyanslar modelindən qarşılıqlı imtina edilsə və kütləvi silahsızlaşdırma siyasəti əsas götürülsə, BMT-nin vurğulanan funksiyasını yerinə yetirməsi üçün geniş imkan yaranar. Deməli, öncə beynəlxalq münasibətləri tənzimləmək hüququna və icra mexanizmlərinə malik beynəlxalq təşkilat formalaşdırılmalıdır. Sonrakı addımlarda konkret hərbi alyansların taleyi ilə bağlı ortaq müzakirələrlə, dialoqla qərar qəbul etmək mümkündür.

Lakin bu, indiki şərtlər daxilində realdırmı? İnanmaq çətindir. Ancaq dünyanın aqibəti hər kəsi düşündürməlidir. İlk növbədə siyasi liderləri. Böyük dövlətlərin rəhbərləri bunu düşünmürlərsə, qarşılarında duran ən ciddi sual budur: bizdən sonrakı nəsillər təhlükəsiz dünyadamı yaşayacaqlar?

Newtimes.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM