QLOBAL ŞƏRAİTDƏ SIĞORTA ŞİRKƏTLƏRİNDƏ MALİYYƏ SABİTLİYİNİN İDARƏ OLUNMASI PROBLEMLƏRİ

12:02 / 14.07.2018

Qlobal şəraitdə sığorta şirkətlərinin fəaliyyətinin tənzimlənməsi və sabitləşdirilməsi böyük həcmli işlərin görülməsini tələb edir. Sığorta şirkətlərinin fəaliyyətinin uğurlu olub-olmaması, ilk növbədə onun maliyyə sabitliyindən bilavasitə asılıdır. Sığorta şirkətinin maliyyə sabitliyinin idarə olunması problemləri müasir dövrdə də kifayət qədər aktualdır. Belə ki, qlobal iqtisadi çağırışlar, dünya iqtisadiyyatında baş verən təlatümlər, çətinliklər, xüsusilə 2008-ci ilin sonlarından başlayan maliyyə böhranlarının mənfi fəsadları şirkət və komponiyaların, istənilən müəssisə və firmaların fəaliyyətinə mənfi baxımdan təsir göstərməyə bilməzdir və sığorta şirkətləri də bu sırada istisna təşkil etmirlər. Amma, bütün hallarda şirkətin maliyyə resursları üzrə optimal strategiyanın olması, balanslaşdırılmış və tarazlaşdırılmış maliyyə siyasətinin formalaşdırılması, onun uzunmüddətli dövr üçün nəzərdə tutulması, maliyyə resurslarının hərəkəti və istifadəsi üzrə ciddi intizamı təmin edilməsi, resurslardan təyinatı üzrə istifadəyə nail olunması, maliyyə ehtiyatlarının qorunmasının bütün prinsiplərinə mütləq şəkildə əməl edilməsi, maliyyə sabitliyinin gücləndirilməsi üçün zəruri tədbirlərin görülməsi və bütövlükdə maliyyə sabitliyinin idarə olunmasının daha səmərəli modelinin müəyyənləşdirilərək tətbiq edilməsi vacib şərtlərdəndir.
Dünya təcrübəsinə istinadən qeyd etmək mümkündür ki, qlobal şəraitdə sığorta şirkətlərində maliyyə sabitliyinin təmin edilməsi əsas amillərindən biri kimi dünyada baş verən iqtisadi proseslərə, qlobal çağırışlara və sığorta bazarlarının konyunkturasına, bazar seqmentlərinə uyğun adekvat tədbirlərin görülməsi, sığorta xidmətlərinin səviyyəsinin yüksəldilməsi, sığorta portfelinin mütləq şəkildə diversifikasiyalaşdırılması və onu gözləyən mümkün risklər üzrə preventiv tədbirlərin görülməsi, risklərin minimuma endirilməsi məqsədilə zəruri addımların atılması vacib şərtlərdəndir. Hər bir sığorta şirkəti mövcud situasiyadan çıxış etməklə öz fəaliyyət mexanzimlərini və strategiyalarını tələb olunan səviyyədə təkmilləşdirməli və praktiki alətlərin, yanaşmaların yenilənməsini təmin etməlidirlər. Bir qrup tədqiqatçılar bu problemlərlə bağlı araşdırmalar aparmış və elmi tədqiqat əsərləri ərsəyə gətirmişlər (Y.S.Yevlaxova, K.Deykin, V.K.Sençaqov, B.V.Qubin, J.V.Pisarenko, N.P.Kuznetsova, Q.A.Nasırova, A.Larkin, E.A.Çelışeva, E.İ.Skripkina, L.L.İqonina, Y.F.Bazık, K.N.Korişenko, V.O.Şokin, E,A.İrmatova, N.N.Mixaylova, S.V.Solonina, E.S.Ovsyanitskiy, A.N.Anufriyeva, O.Y.Aqapova, N.Xudiyev və V.A.Xankişiyev). Məlum olmuşdur ki, qlobal şəraitdə sığorta fəaliyyətinin və sığorta institutlarının əhəmiyyəti obyektiv şəkildə baxılmadığı və qiymətləndirilmədiyi halda, sığorta bazarının qlobal tendensiyalara uyğun şəkildə tənzimlənməsi və sığorta şirkətlərinin fəaliyyətinin maksimum optimal modelləşdirilməsi qeyri-mümkündür. Bu amilləri nəzərə alan beynəlxalq sığorta təşkilatları, o cümlədən Sığorta nəzarəti orqanlarının beynəlxalq assosiasiyası 2013-cü ildə sığorta kompaniyalarının qlobal sistem əhəmiyyətinin müəyyənləşdirilməsi metodologiyasını işləyib hazırlamışlar və konsepsiyasının əsasında sığorta şirkətləri ilə qlobal maliyyə sabitliyi arasındakı qarşılıqlı əlaqə, onun təsir dairəsi yer almışdır [1]. Belə bir şəraitdə sığorta şirkətləri və maliyyə qrupları ənənəvi sığorta fəaliyyəti ilə yanaşı, qarışıq və qeyri-ənənəvi sığorta fəaliyyətinə, həmçinin qeyri-sığorta maliyyə və qeyri-sığorta istehsal fəaliyyətinə üstünlük verilməsi məsələlərin optimal modelləşdirilməsi problemləri və prinsipləri birgə baxılmalı, maksimum adekvat tədbirlər görülməlidir. Tədqiqatçı Y.S.Yevlaxova belə hesab edir ki, qlobal sistem əhəmiyyətli maliyyə institutlarının formalaşdırılmasında və müəyyənləşdirilməsində əsas metodoloji yanaşmalar kimi yanaşmaların işlənmə dərəcəsi, məsələn, sığorta kompaniyaları üçün indikator metodlarına əlavələrin daxil edilməsi, o cümlədən sığorta şirkətinin ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə risklərin müəyyənləşdirilməsi və ölçülməsi, investisiya kompaniyaları üçün isə milli tənzimləyicilərin ekspert qiymətləndirilmələri əsas götürülməli, qlobal maliyyə sabitliyinə təsir göstərən mexanizmlərin tətbiqi təmin edilməlidir [2]. Bununla bərabər, sığorta şirkətlərinin maliyyə sabitliyinin idarəolunması məslələrinə kəmiyyət və keyfiyyət amilləri baxımından da xüsusi diqqət yetirilməlidir. Bir çox amillər var ki, onlar sığorta şirkətlərinin fəaliyyətinə ciddi təsir göstərə bilirlər və bu kimi təsiredici halların sistemli şəkildə öyrənilməsi, qiymətləndirilməsi, qlobal təsirlərə adekvat şəkildə tədbirlərin görülməsi vacib məsələlərdəndir. Sığorta şirkətlərinin fəaliyyətinə güclü təsir göstərən amillər sırasında bank faizlərinin dinamikası, infilyasiyanın səviyyəsi, qiymətli kağızlar bazarının və vergiqoyma sisteminin ümumi vəziyyəti mühüm yer tuturlar. Məsələn, vergiqoyma sisteminin qeyri-işləkliyi və boğucu olması iqtisadi fəallığın zəifləməsinə, investisiya mühitinin cəlbediciliyinin pisləşməsinə və ölkənin sığorta bazarından kapitalın çıxarılmasına səbəb ola bilər [3]. Digər tərəfdən, dövlətin sığorta təşkilatlarının işinə həddindən ziyadə müdaxilə etməsi də mənfi nəticələrə gətirib çıxara bilər və sığorta bazarındakı fəallığı minimuma endirə bilər. Sığorta portfelinin optimal formalaşdırılması və onunla bağlı risklərin uzunmüddətli dövr üçün proqnozlaşaıdırması da vacib hesab olunur. Ehtiyat fondlarının yaradılması, antiböhran xarakterli tədbirlərin görülməsi, fəaliyyət istiqamətləri üzrə optimal metodların seçilməsi, sığorta şirkətlərinin maliyyə resurslarından istifadənin çevikliyinin təmin olunması və bütövlükdə sığorta şirkətlərində maliyyə sabitiliyinin idarə olunmasının maksimum yüksək səviyyədə təşkil edilməsi təmin edilməlidir [4]. Bunlarla yanaşı, qlobal şəraitdən ortaya çıxan problemlərə məqsədli və sistemli yanaşma təmin olunmalıdır. Qlobal şəraitdə maliyyə sabitiliyinə təsir edən əsas amillər üzrə tədbirlərin görülməsi və bütövlükdə sığorta sisteminin qlobal maliyyə sisteminin tərkib hissəsi kimi gücləndirilməsi baxımından tələb olunan səviyyədə praktiki fəaliyyət mexanizmlərinin hazırlanması və dövriyyəyə cəlb edilməsi vacib məsələlərdəndir. Sığorta sisteminin ölkənin maliyyə sisteminin tərkib hissəsi kimi qlobal iqtisadi çağırşlara uyğun şəkildə inkişaf etdirilməsi prioritetləri və vəzifələri müəyyənləşdirilməlidir [5].
Qeyd edək ki, qlobal iqtisadi tendensiyalar dünya iqtisdadiyyatının inkişaf prioritetlərinə və fəaliyyət mexanizmlərinə əhəmiyyətli səviyyədə təsir göstərmişdir və bu proseslərdə maliyyə mexanizmlərinin rolu durmadan artmaqdadır. Dünya maliyyə sisiteminin və maliyyə bazarlarının inkişafında və tənzimlənməsində sığorta şirkətlərinin rolu da əhəmiyyəti də durmadan artmaqdadır. Dünya dövlətləri sığorta bazarlarının inkişafına və tənzimlənməsinə daha çox diqqət yetirməkdədirlər. Belə ki, sığorta xidmətləri ilk öncə sosial xarakter daşıyır və maliyyə bazarlarının sabitliyinə ciddi təsir göstərə bilər. Müasir dövrdə diqqət çəkən tendensiyalardan biri də əksər dünya ölkələrinin sığorta bazarlarının fəal şəkildə inkişaf etməsi və iqtisadiyyatın liberallaşdırılması ilə bağlı görülən tədbirlərdir. Bu ondan irəli gəlir ki, əksər dünya ölkələri özlərinin milli sığorta bazarlarının qlobal təsirlərə və xüsusilə transmilli sığorta şirkətlərinin edə biləcəkləri təsir dairəsinə hazırlanması vacib hesab edilib. Qlobal iqtisadi təhdidlərin artdığı bir şəraitdə əksər dünya dövlətləri milli və qlobal sığorta bazarlarının qarşılıqlı təsir dairəsi konteksində baxılması və tənzimlənməsini, bunlarla bağlı beynəlxalq əməkdaşlığın gücləndirilməsini daha məqbul hesab edirlər [6, s.28]. Sığorta şirkətlərinin qlobal iqtisadi təhdidlərə qarşı immunitetinin ölçülməsi və onun rəqabət mühitinə davamlılığının qiymətləndirilməsi təmin edilməlidir. Məsələn, keçmiş postsovet respublikalarında sığorta bazarlarının inkişafı hələ ki, daha intensiv fazaya keçməmişdir və burada güclü rəqabət mühiti formalaşdırılmamışdır. Buna görə də, yaxın perspektivdə əsas məqsəd bu respublikaların sığorta bazarlarında rəqabət mühitinin gücləndirilməsi, sığorta bazarınaa dövlət müdaxiləsinin minimuma endirilməsi, sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, özəlləşdirmə proseslərinin sürətləndirilməsi və iqtisadiyyatın inkişaf istiqamətlərinin sərbəstliyinin tam mənada təmin edilməsi problemləri həll olunmalıdır. Sığorta bazarlarının inkişafı ilə bağlı proseslər açıq və şəffaf olmalı, milli iqtisadiyyatın inkişaf prioritetləri çərçivəsində tənzimlənməli, sağlam rəqabət mühiti formalaşdırmalı, sığorta fəaliyyətinin məhdudlaşdırılmasına yol verən tənzimləmə mexanizmləri tətbiq edilməməli və sığorta şirkətlərinin maliyyə sabitliyi problemlərinə xüsusi diqqət yetirilməlidir [7, s.128]. Bu problemlərin həlli heç də sıravi məsələlər deyildir və sığorta şirkətlərinin maliyyə sabitliyinin gücləndirilməsi təkcə onların özləri üçün mühüm əhəmiyyət kəsb edən məsələ kimi baxılmamalıdır. Sığorta bazarlarının intensiv inkişaf etməsi və xidmətlərin çeşidinin genişləndirilməsi, sığorta xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün sığorta şirkətlərinin güclü maliyyə resurslarına malik olmalı və maliyyə sabitliyi şəraitində fəaliyyət göstərməlidirlər. Qeyd olunan problemlər və amillər baxımından dövlət və sığorta təşkilatlarının qarşılıqlı fəaliyyəti və əməkdaşlığı bütün istiqamətlər üzrə fəal şəkildə təşkil olunmalı, mövcud problemlərin həllində birgə tədbirlər görülməli və sığorta bazarının inkişafı istiqamətində maksimum optimal yanaşmalar təmin edilməlidir [8]. Ümumiyyətlə, milli sığorta təşkilatları qlobal iqtisadi təhdidlər şəraitində təkcə dövlətlə sıx əməkdaşlıq etməklə gözlənilən risklərdən və təhlükələrdən, xüsusilə qlobal risklərdən, onların mənfi fəsadlarından tam şəkildə qorunmaq imkanına malik deyildilər. Bu baxımdan, beynəlxalq səviyyədə nüfuzlu sığorta şirkətləri və beynəlxalq sığorta qurumları ilə fəal əməkdaşlıq münasibətlərinin yaradılması və qlobal dəyişikliklər şəraitndə sığorta fəaliyyətinin daha səmərəli modelləşdirilməsi üzrə birgə mexanizmlərin hazırlanması və reallaşdırılması daha müsbət nəticələrə gətirib çıxara bilər. Məsələn, dünyada ildən-ilə daha çox narahatçılıq doğuran problemlərdən biri kimi qlobal iqlim dəyişiklikliyi sığorta fəaliyyəti üzrə qlobal riskləri xeyli artırmışdır. Belə ki, tez-tez baş verən təbii və texnogen qəzalar, fəlakətlər, daşqınlar, zəlzələlər və digər təbiət hadisələri nəticəsində sığorta əməliyyatlarına daha çox vəsait tələb olunur. Proqnozlara və hesabatlara görə, 2030-cu ilədək olan dövrdə iqlim dəyişikliyi səbəbindən dünya ölkələrinin iqtisadi baxımından üzləşəcəkləri zərərin ümumi həcmi dünya ÜDM-in 3 %-dən çox olacaqdır və inkişaf etmiş ölkələr üzrə bu göstərici 3,2 %-dən 11 %-dək artacaqdır [9]. Qeyd etmək lazımdır ki, bu gözləntilər və proqnozlar nəzərə alınmaqla qlobal şəraitdə sığorta şirkətlərində maliyyə sabitliyinin idarə olunması mexanizmlərinin təkmilləşdirilməsi və yenilənməsi vacib əhəmiyyət kəsb edir. Bu bütövlükdə sığorta fəaliyyəti institutunun əsas mexanizmlərinə, prinsip və normalarına, standartlarına aid edilməlidir. Sığorta fəaliyyəti mexanizmlərinin dünya ölkələri səviyyəsində eyni yanaşmalarla və modelləşdirmə ilə tənzimlənməsi şübhəsiz qeyri-mümkündür və bu baxımdan daha optimal yanaşma ölkələrin inkişaf səviyyəsi, həmin ölkələrdə sığorta bazarlarının dərinliyi və həcmi, rəqabət mühiti mütləq şəkildə nəzərə alınmalıdır. Məsələn, 2015-ci ilin yekunuda ABŞ-da sığorta bazarı ölkə ÜDM-in 7,3 %-nə yaxın olduğu halda, bu göstərici Rusiyada 1,4 %, Qazaxıstanda isə 0,7 % təşkil edir [10, s.15]. Bu göstərici Azərbaycanda da xeyli aşağıdır. Belə ki, 2017-ci ilin yekununda sığorta sinifləri üzrə hesablanmış haqlarının və sığorta ödənişlərinin təhlili göstərir ki, bütün növ sığorta sinifləri üzrə ölkədə sığorta haqlarının ümumi məbləği 556,9 mln. manata yaxın olmuşdur [11]. Bu baxımdan, postsovet respublikalarında sığorta şirkətlərinin maliyyə sabitliyi ilə bağlı problemlərin və onların idarə olunması məsələlərinin həmin ölkələrin özlərinin iqtisadi inkişaf prioritetlərinə və xüsusiyyətlərinə uyğun şəkildə tənzimləmək daha məqsədəuyğundur. Amma, bununla belə, qlobal təsirlərin və çağırışların nəzərə alınması, əvvəldə qeyd etdiyimiz kimi mütləq şərtlərdən biri kimi nəzərə alınmalıdır. Əsas milli və beynəlxalq prinsiplər kimi sığorta fəaliyyətinin institusional təminatının təkmilləşdirilməsi və qlobal iqtisadi təhdidlərə immunitetinin gücləndirilməsi səviyyəsində yeni mexanizmlərlə gücləndirilməsidir. Bundan əlavə praktiki fəaliyyət mexanizmləri ilə yanaşı, sığorta fəaliyyətinin qanunvericilik bazasını gücləndirilməsi və xüsusilə sığorta bazarının iştirakçılarının maraqlarına uyğun şəkildə qanuvericilik aktlarının işlənib hazırılanması və qəbul edilməsi təmin olunmalıdır. Dövlət tənzimləyici mexanzimləri boğucu və məhdudlaşdırıcı olmamalıdır və sığorta şirkətlərinin fəaliyyətinin gücləndirilməsinə istiqamətlənməlidir. Ölkənin maliyyə sisteminin və maliyyə bazarlarının inkişafında sığorta sisteminin və sığorta bazarının rolunun artırılması xüsusi diqqət mərkəzində saxlanılmalıdır. Sığorta fəaliyyətinə və sığorta bazarına təsir edən mühüm indikatorlar üzrə optimal nəzarətedici mexanizmlər müəyyənləşdirilməli və mütəmadi xarakter daşıyan monitorinqlər aparılmalıdır. Sığorta bazarının və sığorta şirkətlərinin riskləri ilə bağlıə məsələlərin və problemlərin əsasında sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsinə prioritet vəzifə kimi yanaşılmalıdır. Sığorta şirkətlərinin beynəlxalq səviyyədə və qlobal sığorta bazarlarında rəqabətqabiliyyətliliyinin gücləndiriliməsi üçün beynəlxalq səviyyədə sığorta cəmiyyətləri və sığorta təşkilatları, nüfuzlu sığorta kompaniyaları ilə inteqrativ əməkdaşlığın genişləndirilməsi, maliyyə bazarlarının digər mühüm iştirakçıları, o cümlədən beynəlxalq investorlar, investisiya kompaniyaları, maliyyə institutları, iri banklarla əlaqələrin şaxələndirilməsi və qlobal səviyyədə sığorta fəaliyyətinə gözlənilən mənfi təsirlərin, risklərin minimuma endirilməsi üzrə birgə əməkdaşlığı təmin edilməlidir. Qlobal dəyişikliklər şəraitində sığorta xidmətlərinin genişləndirilməsi və korporativ sığorta bazarlarının fəaliyyətinin tənzimlənməsinə xüsusilə ciddi diqqət yetirilməlidir [12]. Belə bir şəraitdə sığorta şirkətlərinin əsas problemləri kimi sığorta şirkətlərinin öz üzərlərinə götürdükləri iri həcmli öhdəliklərin yeinə yetirilməsi ilə bağlı risklər, investisiyaların cəlbi baxımından alternativ variantların çox olmaması və investorların passivliyi, yaxud qlobal təhlükələr şəraitində sığorta bazarına daha ehtiyatlı yanaşmaları, sığorta haqlarından əldə edilən maliyyə resurslarından səmərəli istifadənin təmin olunması, onların gəlirliliyinin yüksəldilməsi və sığorta şirkətinin maliyyə sabitliyinin uzunmüddətli dövr üçün gücləndirilməsi və nəhayət qlobal təhdidlərin intensivləşdiyi şəraitdə rəqabət mühitinə uyğun şəkildə immunitetin formalaşdırılması daha çox diqqət çəkirlər. Sığorta şirkətlərinin maliyyə sabitliyinin idarə olunması məsələlərinə konseptual yanaşma müasir dövrdə birmənalı şəkildə təmin edilməlidir [13, s.69]. Digər tərəfdən, qlobal şəraitdə sığorta fəaliyyətinin vacib prinsiplərinin tənzimlənməsi və standartların qorunması istiqamətində əvvəldə qeyd etdiyimiz kimi, beynəlxalq səviyyədə əməkdaşlıq məsələləri kifayət qədər genişləndirilməlidir. Sığorta fəaliyyətinin milli iqtisadiyyatda yeri iqtisadi inkişaf prosesləri ilə qarşılıqlı təsir dairəsi, maliyyə sistemində və maliyyə bazarlarında digər iştirakçılarla əlaqələrinin səmərəliliyi problemlərinə daha çox diqqət yönəldilməlidir. Maliyyə sabitliyi amilinin sığorta təşkilatları üçün əsas götürülməklə, daha optimal mexanizmlərinin fəal şəkildə tətbiqi prosesləri təmin olunmalıdır. Bu məqsədlə maliyyə sabitliyini və maliyyə göstəricilərini əks etdirən indikatorlar üzrə təhlillərin aparılması və zəruri idarəetmə qərarlarının verilməsi problemlərinə xüsusi diqqət yetirilməlidir. Sığorta təşkilatlarında və kompaniyalarında maliyyə resurslarından istifadənin modelləşdirilməsi üzrə strateji yanaşmalar ortaya qoyulmalı və bu sahədə strateji menecmentin formalaşdırılması təmin edilməlidir. Risklərlə bağlı məsələlər sistemli şəkildə nəzərdən keçirilməli və sığorta portfelinin sığorta bazarının konyunkturasına uyğun təkmilləşdirilməsi problemlərinə kompleks formada yanaşılmalıdır. Sığorta şirkətlərinin maliyyə sabitliyinin idarə olunmasının optimal modelləşdirilməsi üçün bu prosesləri fasiləsiz şəkildə davam etdirmək iqtidarında olan sistemli idarəetmə sistemi və strukturu formalaşdırılmalıdır [14]. Sığorta şirkətlərində maliyyə sabitliyinin təminatı ilə bağlı strateji yanaşmada əsas fəaliyyət prinsipləri “gəlirlilik-risk-likvidlik” prinsipi əsasında və münasibətində formalaşdırılmalı və bunlarla bağlı tətbiq olunan praktiki fəaliyyət mexanzimlərinin məhsuldarlığına, etibarlılığına xüsusi diqqət yetirilməlidir. Bu sırada əsas problem sığorta portfeli ilə bilavasitə bağlıdır və sığorta şirkətinin maliyyə sabitiliyinin gücləndirilməsi üçün bir sıra mühüm amillər nəzərə alınmalıdır. Bunlara sığorta portfelinin balanslaşdırılması, yenidən sığorta edilməsi əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi və investisiya portfelinin optimallığının təmin olunması aiddirlər. Sığorta portfelində şaxələndirmə proseslərinə xüsusi fikir verilməli, sığorta xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi ön plana çəkilməli, maliyyə sabitliyinə imkan verən maliyyə resursları ehtiyatı yaradılmalı və ehtiyatların özünün səmərəli idarəedilməsi mexanizmləri olmalıdır. Bundan əlavə, qlobal iqtisadi mühitdə sığorta bazarlarının inkişaf prioritetləri və bu proseslərə dövlətin tənzimləyici mexanzimlərinin təsiri məsələləri də, sığorta şirkətlərinin maliyyə sabitliyinin idarə olunması strategiyasının hazırlanması zamanı nəzərə alınmalıdır. Hətta, dünyanın inkişaf etmiş ölkələrində belə sığorta fəaliyyətinə nəzarətedici orqanların sayı heç də az deyildir. Məsələn, ABŞ-da hər bir ştatda sığorta fəaliyyətini tənzimləyən orqanların olmasına baxmayaraq, federal səviyyədə də bir çox orqanlar analoji funksiyaları yerinə yetirirlər. Daxili gəlirlər üzrə federal xidmət, Əmanətlərin sığortalanması üzrə federal korporasiya, Ssuda-əmanətçilərin assosiasiyaların federal sığorta korporasiyası, Qiymətli kağızlar və fond birjaları üzrə komissiya, Federal ehtiyat sistemi və Federal valyuta nəzarətçisi kimi qurumlar bu və ya digər formada sığorta bazarlarına, sığorta şirkətlərinin fəaliyyətinə dövlət müdaxiləsi və tənzimləməsi funksiyalarını yerinə yetirmək səlahiyyətlərinə malikdirlər [15, s.20]. Bundan əlavə, ABŞ-da Sığorta Komissarlarının milli assosiasiyası fəaliyyət göstərir və onun əsas missiyası qlobal tendensiyalar nəzərə alınmaqla ölkənin bütün ştatlarında sığorta bazarının vahid norma və prinsiplərinin işlənib hazırlanması, tətbiq edilməsi ilə bilavasitə bağlıdır. Bu isə ABŞ-da sığorta bazarının federal səviyyədə tənzimlənməsinə imkan verir və zəruri hallarda sığorta şirkətlərinin maliyyə aktivləri qiymətləndirilir, müxtəlif yoxlamalar aparılır, bir sözlə sığorta şirkətlərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə və qlobal şəraitdə maliyyə sabitliyinin əsas indikatorlarının gözlənilməsinə nəzarət təmin olunur. Qlobal çağırışlar baxımından maliyyə sabitliyinə nail olmağın əsas yollarından biri də sığorta təşkilatının ödəmə qabiliyyətinin yüksək olmasıdır [16]. Bu ilk növbədə həmin sığorta təşkilatının sığorta haqları mənbələrinin və sığorta müqavilələrinin kifayət qədər diversifikasiyalaşdırılması ilə bilavasitə bağlıdır. Bu isə, iqtisadiyyatın dinamik inkişafı proseslərinin və cəmiyyətin yüksək səviyyədə sığorta xidmətləri ilə əhatə olnması baxımından xeyli əhəmiyyətlidir və həm də ölkənin iqtisadi təhlükəsizliyi nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Sığorta təşkilatının və şirkətlərinin maliyyə sabitliyinin idarə olunmasının daha optimal variantlarının müəyyənləşdirilməsində strateji marketinq fəaliyyətinin təşkili və marketinq kommunikasiyalarının yaradılması da vacib rol oynayır [17]. Bu təqdirdə sığorta şirkətinin fəaliyyətinin tənzimlənməsi, daxili və xarici amillərin təsirlərinin balanslaşdırılması, xüsusilə sığorta şirkətinin maliyyə sabitliyinin təmin edfilməsi üzrə zəruri tədbirlərin görülməsi və sığorta portfelinin dayanıqlılığının gücləndirilməsi tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi mümkünləşir.
Qlobal iqtisadi şəraitdə və ölkəmizin strateji iqtisadi hədəflərinin reallaşdırıldığı bir dövrdə sığorta sisteminin maksimum səmərəli fəaliyyət göstərilməsi aktuallığı ilə diqqət çəkir. Hazırda, milli iqtisadiyyatımızın iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi, yeni bir dövrə qədəm qoyması və ayrı-ayrı mühüm iqtisadiyyat sektorları üzrə strateji hədəflərin həyata keçirilkdiyi bir şəraitdə sığorta xidmətlərinin yüksək səviyyədə təşkil edilməsi vacib şərtlərdəndir [18]. Belə ki, ölkəmizdə maliyyə bazarlarının sabitləşdirilməsi, maliyyə sisteminin dayanıqlılığının təmin edilməsi tədbirləri sırasında sığorta xidmətlərinin çeşidinin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi mühüm tədbirlər kimi diqqət çəkir [19]. Amma, əvvəlcədən ölkəmizdə sığorta fəaliyyətinin daha səmərəli təşkili modellərinin hazırlanması və tətbiqi prosesləri intensivləşdirilməlidir. Sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi, sığorta şirkətlərinin maliyyə sabitliyinin idarəolunması mexanizmlərinin təkmilləşdirilməsinə xüsusi önəm verilməlidir [20; 21]. Bu məqsədlə, qlobal iqtisadi çağırışların təsir dairəsi də nəzərə alınmaqla sığorta şirkətlərində maliyyə sabitliyinin idarə olunmasının daha optimal modelləşdirilməsi üçün bunlara diqqət yetirmək məqsədəuyğundur:
- Ölkənin sığorta sisteminin mövcud vəziyyəti kompleks şəkildə öyrənilməli, adekvat qiymətləndirmələr aparılmalı və ortaya çıxan problemlər üzrə sistemli tədbirlər görülməlidir;
- Sığorta sisteminin qanunvericilik bazasının gücləndirilməsi məsələləri gecikdirlmədədn həll edilməli, qanunların işləkliyi təmin olunmalı və sığorta fəaliyyətinin çevikliyinə imkan verən hüquqi-normativ mexanzimlər hazırlanmalıdır;
- Sığorta şirkətlərinin maliyyə sabitliyinin idarə olunması məsələləri üzrə strateji yanaşmalar təmin edilməli və maliyyə sabitliyinin gücləndirilməsinə imkan verən tədbirlərin ardıcıl şəkildə reallaşdırılmasına nail olunmalıdır;
- Sığorta şirkətlərinin maliyyə sabitliyinin gücləndirilməsində həlledici rol oynayan sığorta portfelinin diversifikasiyalaşdırılması və onun fəaliyyətinin gəlirlilik prinsipi əsasında təmin olunması, kredit portfelinin fəaliyyətinə təhlükə yaradan risklərin öyrənilməsi və qabaqlayıcı tədbirlərin görülməsi üzrə konseptual yanaşmalar və strateji fəaliyyət planı olmalıdır və s.

 


ƏDƏBİYYAT
1. Основные принципы страхования, стандарты, инструкции и методология оценок. Международная ассоциация органов страхового надзора. 2015.- 269 с.
2. Евлахова Ю.С. Определение глобальных системно значимых финансовых институтов в страховом и фондовом секторах финансового рынка.// Журнал «Финансовый журнал», №5, 2015.- С. 113-119
3. О понятиях и факторах финансовой устойчивости страховых компаний. http://www.jourclub.ru
4. Крис Дейкин. Влияние глобального финансового кризиса на системы социального страхования и пенсионные системы. http://www.actuaries.ru
5. Сенчагов В.К., Губин Б.В. Современные системы развития финансовой системы в условиях глобализации.// Современные технологии управления. №3(57), 2015. http://sovman.ru
6. Писаренко Ж.В., Кузнецова Н.П. Регулирование страховой деятельности: учебник и практикум для бакалавриата и магистратуры/.- М.: Издательство Юрайт, 2014.- 437 с.
7. Проблемы современной экономики: глобальный, национальный и региональный контекст: сб. науч. ст. В 2 ч. Ч. 1/ ГрГУ им. Я. Купалы; редкол.: В.С.Фатеев (гл. ред.), Д.В.Примщиц (зам. гл. ред.) и др.- Гродно: ГрГУ, 2013.- 389 с.
8. Взаимодействие государства и страховых организаций: проблемы и перспективы развития: материалы Международного страхового форума (8-9 июня 2011 г., г. Пермь)/ гл. ред. И.Ю.Макарихин; отв. Ред. М.Ю.Молчанова; Перм. гос. ун-т.- Пермь, 2011.- 548 с.
9. Страхование в условиях глобального изменения климата все рискованнее. https://www.eg-online.ru.
10. Насырова Г.А. Институциональное обеспечение системы регулирования страховой деятельности. Санкт-Петербург, 2017.- 35 с.
11. 2017-ci il yanvar-dekabr ayları üzrə hesablanmış haqları və sığorta ödənişləri haqqında məlumat (təcili məlumatlar əsasında; sığorta sinifləri üzrə). Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası. https://www.fimsa.az.
12. Ларкин А. В мире глобальных перемен. http://nbj.ru.
13. Челышева Э.А., Скрипкина Э.И. Финансовая устойчивость страховых компаний: экономическое содержание и особенности концептуализации в современных условиях.// Научная статья, №8(14), 2016.- С. 68-72.
14. Игонина Л.Л., Базык Е.Ф. Особенности управления финансовой устойчивостью страховых организаций.// Журнал «Финансы страхования», №5(389), 2010. https://cyberleninka.ru.
15. Корищенко К.Н., Шокин В.О., Ирматова Э.А., Михайлова Н.Н. Глобальная экономика и страховой рынок Российской Федерации как объект государственного регулирования. Москва, 2017.- 76 с.
16. Солонина С.В., Овсяницкий Э.С., Ануфриева А.Н. Факторы обеспечения финансовой устойчивости и платёжеспособности страховой организации.// Научный журнал КубГАУ, №99(05), 2014.
17. Агапова О.Е. Продвижение продукта страховой компании средствами маркетинговых коммуникаций. http://www.pr-club.com.
18. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı. Bakı şəhəri, 06 dekabr 2016-cı il.
19. Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixi Fərmanı ilə təsdiq edilmişdir. Bakı, 2016.-59 s.
20. Xankişiyev B.A. Sığorta fəaliyyətinin əsasları. Bakı: “İqtisad Universitetləri” nəşriyyatı, 2006. – 274 s.
21. Xudiyev N.N. Sıgortanın əsasları. Bakı, 2013.

Açar sözlər: sığorta şirkətləri, sığorta sistemi, sığorta bazarı, transmilli sığorta kompaniyaları, sığorta şirkətlərinin maliyyə sabitliyi, qlobal çağırışlara uyğun sığorta şirkətlərinin maliyyə sabitliyinin idarə olunması problemləri.
Ключевые слова: страховые компании, система страхования, рынок страхования, транснациональные страховые компании, финансовая стабильность страховых компаний, проблемы управления финансовой стабильностью в страховых компаниях в соотвествии глобальным вызовам.
Key words: insurance companies, insurance system, insurance market, transnational insurance companies, financial stability of insurance companies, problems of managing financial stability in insurance companies in accordance with a global challenge.

РЕЗЮМЕ
ПРОБЛЕМЫ УПРАВЛЕНИЯ ФИНАНСОВОЙ СТАБИЛЬНОСТИ В СТРАХОВЫХ КОМПАНИЯХ В ГЛОБАЛЬНЫХ УСЛОВИЯХ
В статье исследованы проблемы управления финансовой стабильности в страховых компаниях в глобальных условиях. С этой целью анализировано место и значение система страхования в национальной экономике и финансовом секторе, деятельность страхового рынка. Определены внутренние и внешние факторы, влияющие на финансовые стабильности страховых компаний, и отмечены важности осуществления системных и последовательных мероприятий связанные с ними. Обращено внимание на вопросы расширения сотрудничество «государство -страховые компании» и возрастание роли государство в обеспечении финансовой стабильности в страховых компаниях в глобальных условиях. Подготовлено рекомендации и даны предложении по проблемам управления финансовой стабильности в страховых компаниях в глобальных условиях.

SUMMARY
PROBLEMS OF FINANCIAL STABILITY MANAGEMENT IN INSURANCE COMPANIES IN GLOBAL CONDITIONS
The article studies the problems of financial stability management in insurance companies in global conditions. For this purpose, the place and value of the insurance system in the national economy and financial sector, the activity of the insurance market, has been analyzed. The internal and external factors influencing the financial stability of insurance companies are determined, and the importance of implementing systemic and sequential activities related to them is noted. Attention is drawn to the expansion of cooperation between «state-insurance companies» and the growing role of the state in ensuring financial stability in insurance companies in global conditions. Recommendations and proposals on financial stability management in insurance companies under global conditions have been prepared.

 

 

KAMAL İBRAHİMOV
İqtisad üzrə fəlsəfə doktoru

 

"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM