Etnik tarixin öyrənilməsi, habelə etnik sərhədlərin müəyyən edilməsi özünəməxsus çətinliklərlə bağlıdır. Hər şeydən əvvəl bu dövrün mənbələrinin azlığı və siyahıyaalma materiallarında əhalinin çox zaman dinə görə qeyd edilməsi ilə bağlıdır. Belə ki, XIX əsrə aid olan bir çox mənbələrdə Azərbaycanın və eləcə də Zaqafqaziyanın İslam dininə məxsus olan əhalisi “musilmani” kimi qeyd edildiyindən, bu, həmin zümrəyə daxil olan əhalinin etnik mənsubiyyətini dəqiqiklə müəyyən etməkdə çətinlik törədir. Deməliyik ki, inqilabaqədərki ədəbiyyatda bu baxımdan tez-tez rast gəldiyimiz digər dəqiqsizlik əhalinin, xüsusilə azərbaycanlıların düzgün olmayaraq “tatarı”, “Kavkazckie tatarı”, “Zaqafkazskie tatarı” və bəzən də “turki” kimi adlarla qeyd edilməsidir. Bütün bunlarla xalqımıza verilən qeyri-elmi adlar olub, müasir tədqiqatçını çaş-baş salan faktlardır. Odur ki, tədqiqatçıların XIX əsr ədəbiyyatına, tarixi sənədlərinə tənqidi yanaşması tələb olunmaqla yanaşı, bu ədəbiyyatların həm də saf çürük etməsi unudulmamalıdır (5,5).
Bunu da etiraf etməliyik ki, ümumiyyətlə ta qədim dövrlərdən başlayaraq, son dövrlərədək Azərbaycanın etnik tarixşünaslığımızda demək olar ki, öyrənilib tədqiq edilməmişdir. Etnik tarixin XIX əsrə aid olan cəhətlərinə gəldikdə isə tarixçilərimizin bu sahədə az da olsa xidməti vardır. Hər şeydən əvvəl bu dövrdə Azərbaycan əhalisinin etnik tərkibində baş verən dəyişikliklər, bu əraziyə gələn qeyri-azərbaycanlı etnosların məskunlaşması məsələlərinə aid müəyyən tədqiqat işləri aparılmış, elmi məqalələr nəşr edilmiş, dissertasiya işləri yazılmışdır. Bu Azərbaycana rus əhalisinin köçürülməsi və burada rus kəndlilərinin əmələ gəlməsi probleminı aid Azərbaycan tarixçiləri xeyli tədqiqiat işi aparmışlar. Tədqiqatçılarımızdan H.Ə.Orucovun, D.İ.İsmayılzadənin əsərlərində bu məsələr öz əksini tapmışdır (3;8).
XIX əsrin tarixi ədəbiyyatında da biz bu problemlə bağlı müəyyən materiallara rast gəlirik. Bu materiallar Azərbaycanda olmuş digər xalqların nümayəndələri tərəfindən öz nöqteyi-nəzərlərindən yazılsa da, hər halda bir mənbə olmaq baxımından bu gün də əhəmiyyət kəsb edir. Bu baxımdan Yelizavetpol quberniyası statistika komitəsinin katibi işləmiş İ.Z.Seqalin bu quberniyada məskunlaşan rus kəndləri, habelə rus kəndlərindəki məktəblərdə müəllim işləyən İ.Caşinin Slavyanka, İ.Jabinin Privolnoe, İ.Petrovun Novo- Saratovka və Novo- İvanovka kəndləri haqqında yazdıqları məqalələri xüsusilə qeyd etməliyik. Adları çəkilən məqalələrdə Yelizavetpol quberniyasında məskunlaşan ilk rus kəndləri, əhalisinin sayı və başqa məsələlər haqqında maraqlı məlumatlar verilmişdir (5).
Ümumiyyətlə 1830- cu ili ərzində çar höküməti rusların Zaqafqaziya ərazisinə köçürülməsinin qanunvericiliklə rəsmiləşdirilməsinə başlandı. Həmin ilin oktyabr ayının 20-də Zaqafqaziya diyarına kəndlilərin və sektantların köçürülməsi başlandı. Bu qərar ilə onların Novorosiya əyalətinə köçü dayandırılmışdır (8, 35). Bu zaman Rusiyanın cənubunda çoxlu sektantlar fəaliyyət göstərirdilər. Bunlar duxobarlar, malakanların və digərlərinin təriqərçilik təşkilatları idi ki, bunlar bir qayda olaraq, Rusiyanın müxtəlif kəndli təbəqələrinin təhkimçilik sistemi, mülkədar istismarı və onları müqəddəs sayan pravoslav kilsəsi əleyhinə çevrilmiş kortəbii sosial-siyasi protestin əsasında meydana gəlmişdir.
Öz sosial ideyalarını həyata keçirən istər duxoborlar və istərsə də malakanlar kommunalarda birləşirdilər Duxobor kommunası – Moloçnıx Vodax XIX əsrin əvvəllərində meydana gəldi. XIX əsrin 30-cu illərində varlı kəndli olan Mixayıl Popov Saratov quberniyasında Malakan kommunasının əsasını qoydu. Bütün kommunalar tamamilə qapalı yaradılmışdılar (7,67).
Malakanlar iki sektora ayrılırlar: Priqon və Bastiyan. Çox hallarda bir Bastiyan bir Priqonun dəfnində iştirak etməz. Bir Priqon məcbur olmasa bir Bastiyandan qız almazdır (10).
XIX əsrin əvvəllərində duxoborlar, malakanlardan fərqli olaraq, yerli Rusiya quberniyasında aktiv dini fəaliyyətlərini zəiflətdilər. Bu vaxt duxoborların kütləvi şəkildə Tavriçesk quberniyasına, sonra isə Zaqafqaziyaya kütləvi köçü başlandı (7,100).
Duxoborların təliminə hörmət bəsləyən Lev Tolstoy yazırd: “... duxoborlar Qafqaza köşürüldükdə: zəgin əxlaqi qanunlarına icra edilməsi zəiflədi, onlar öz pəhriz karlıqlarından əl çəkdilər, araq içdilər, siqaret çəkdilər, məhkəmədə mühakimə olundular, əsası isə onlara əks olan hökümətin dini həyatına tabe oldular, hərbi xidmətə getməyə başladılar” (7,129).
V.Z.Veliçko öz əsərində yazırdı”: əvvəllər doxoborlar ətrafdakı vəhşiliyə və zülmə qarşı ən gözəl silahdan istifadə edərək tatarlara (azərbaycanlılara- müəl) hörmət təlqin edir, onlarla mehriban, ürəyiaçıq qonşuluq əlaqələrində olurdular (8,203). V.Z.Veliçko daha sonra qeyd edirdi ki, duxobor cəmiyyəti labüd olan erməni özbaşınalığının qarşısını alırdı (8,206).
A.İ.Kulibanov qeyd edirdi ki, çarizmin represiya tətbiq etməklə duxoborlardan yaxasını qurtarmaq istəyir, XIX əsrin əvvəllərində isə onları bir yerdə cəmləmək istəyirdi. Duxoborların əsas kontingenti Vorenej, Tambov, Yukaterinoslav, Xarkov quberniyalarından Novorosiysk quberniyasının Maripolsk qəzasına köçürmüşlər (1804-1816). Hökümət və Mərkəzi kilsə tez-tez antifeodal əhval ruhiyyə ilə çıxış edən, islahatdan əvvəlki rus kəndlilərinə qarşı kəskin mübarizə aparırdı.
Bu vaxt təhkimlilərin və sektantların ilk köçü başlandı. 23000 duxobavor (köşürülmə tarixi məlum deyil) Tiflis quberniyasının Axalsixi qəzasına gəldi (9,35).
Malakanlar XIX əsrdə Rusiyada, əsasəndə Zaqafqaziyada, əsl dükançı və fermer idilər, əlavə olaraq kənd təsərrüfatında və sənayedə fəhlə, proletariatlaşmış kəndli və kiçik tacir idilər (7,106).
Artıq XX əsrin əvvəllərində malakanlar Rusiyada əsasən üç mərkəzdə - Zaqafqaziyada, Uzaq Şərqdə və Orta Rusiyada mərkəzləşmişdi. Malakanların ümumi sayı 200 min nəfər idi (7,135).
Zaqafqaziyada əyalətinə köçürülən rus kəndlilərinin əksəriyyətini duxoborlar, malakan, subbotnik, priqunov, skopçsov təşkil edirdi. Onlar Tambov, Voronej, Ekaterinoslav, Xarkov, Tavriçes, Həştərxan, Samara, Penzens, Ryazan quberniyasından köçürülürdülər.
Təhkimli və sektantların köçürülməsinə dair səmərəli əsasnamə hazırlanmışdır ki, buna əsasən məhkəmənin qərarı ilə suçlu olan kəndli hərbi xidmət üçün Qafqaz korpusuna göndərilirdi (9,36).
Rusların Zaqafqaziyaya birinci köçünün tarixi bir qayda olaraq 1838-ci il müəyyən edilmişdi. Belə ki, həmin vaxt Azərbaycan ərazisində, Lənkəran qəzasında Vəl kəndi təşkil edilərək buraya rus əhalisi köçürülmüşdür. Əslində isə rusların Azərbaycana köşürülməsi (təhkimli və sektantlar nəzərdə tutulur) 1834 və hətta 1832- ci ildə başlanmışdı. Rusların ilk köçürdükləri yerlərdə Şamaxı quberniyasının Şamaxı və Şuşa qəzaları idi (9,37). XIX əsrin 30-50-ci illərində bu quberniyada bir-birinin ardınca Altıağac (1830-cu il), Vəl (1838-ci il), Privolnoye (1839), Prişib (1840), Nikolayevka (Lənkəran qəzası), Mərəzə (1843), Xilmili kimi rus kəndləri meydana çıxdı. Bu proses əsrin 80-90-cı illərinədək davam etdirildi. Quberniyanın ayrı-ayrı qəzalarında əsrin sonunda artıq 22-dən çox rus kəndi mövcud idi ki, burada da 19000 nəfər əhali yaşayırdı. Qəzalar üzrə rus kəndləri aşağıdakı kimi yerləşirdi. Şamaxı qəzasında 8, Lənkəranda 7, Göyçayda 3, Cavadda 3,Quba qəzasında 1 (5).
Yelizavetpol quberniyasında xristian təriqətçi köçkünlərinin salqıdları ilk yaşayış məntəqələri “Rus Borisi” (1842-ci il) və Slavyanka (1844-cü il) kəndləri olmuşdur (1,24). Sonralar isə Qoreloe, Nova Troitskoe, Nova Spasskol, Nova Mixaylovka, Novo Saratovka (1847-ci il), Novo İvanovka (1850-ci il), Nadel (keçmiş Molla Osman) (1861-ci il), Mixaylovka (Gəncə basarda) (1870-ci il) kəndlərinin əsasını qoymuşdular. Gəncə şəhərində isə köhnə təriqətçilər sonralar yerli əhali tərəfindən Malakanlar və Kələmlik adlandırılan Xan bağında yerləşdirilmişdi. Şəhər daxilində əkinçilik üçün müəyyən məhdudiyyət qoyulduqdan sonra malakanlar Kələmliyin bir hissəsini ermənilərə satmışdılar. Onlardan bir qismi öz sənətini dəyişərək şəhərdə qalmış, digər hissəsi isə şəhərətrafı ərazilərdə torpaq yeri götürərək Gəncəbasar kəndlərinə səpələnmişdilər (3,99).
XIX əsrin 30-40-cı illərində Yelizavetpol qəzasında 7 kənd salınmışdı. Bütün Zaqafqaziya ərazisinə 1 yanvar 1849-cu ilədək köçürülən ruslar 3259 ailə, sayı isə 19341 nəfər idi (9, 38).
1873-cü il məlumatına görə Yelizavetpol quberniyasındakı 593784 nəfərdən 8891 nəfəri rus idi, yəni ümumi əhalinin 1,5 faizi (9,57). 1884-1885-ci illərdə Yelizavetpol qəzasındakı 51594 dövlət kəndlisindən 4987 nəfəri rus kəndlisi, yəni ümumi dövlət kəndlilərinin 9,7 faizini təşkil edirdi (9,63).
XIX əsrin 60-cı illərindən başlayaraq artıq yalnız sektantlar deyil, ümumiyyətlə, provaslav əhalisi köçürülməyə başlanır. 1897-ci ildə Yelizavetpol qəzasında 4782 pravoslav, 5996 köhnə təriqətçi yaşayırdı ki, onlardan müvafiq olaraq 2800 nəfər pravoslav və 340 nəfər malakan Gəncədə məskunlaşmışdı (3,100).
Ümumiyyətlə, XIX əsrin sonu-XX əsrin ilk illərində Bakı quberniyasında 18, Yelizavetpol quberniyasında isə 10 yeni rus kəndi salındı (4,16). Təkcə 1905-ci ildə Azərbaycanın hər iki quberniyasına icazə ilə köçən kəndlilərin sayı 2790 nəfərə çatırdı (4,16). Cavad qəzasındakı Pokrovka, Alekseyevka, Şamaxı qəzasındakı Novo-Postovka kəndləri məhz 1905-ci ildə meydana çıxmışdı. Faktlardan məlum olur ki, 1905-ci ilin əvvəllərində Yelizavetpol quberniyasında məskunlaşan rus ailələrinin sayı 588-ə çatırdı, bunlardan da 215-i Yelizavetpol, 240-ı Şuşa, 85-i Cavanşir, 11-i isə Qazax qəzasının payına düşürdü (4,17-18).
Pravoslav əhalisinin Yelizavetpol qəzasındakı Frezevka (Atabəy kəndinin yerində), Kovalevka, Rozalinovka (Düz yurd), Semyonovka, Qolitsıno və s. kəndləri əsasən 1905-1916-cı illərdə salınmışdı (3,100).
1 yanvar 1914-cü il məlumatına görə Yelizavetpol qəzasında 248015 (56305 nəfər Gəncə şəhərində, 191710 nəfəri isə qəza ərazsində idi) nəfər əhalidən 18740 nəfəri (Gəncə şəhərində 5694, qəzada isə 13046 nəfəri) rus idi. Qəzadakı ümumi əhalinin 7,5 faizini (Gəncə şəhəri üzrə 10,1 faizini, qəza üzrə isə 6,8 faizini) rus əhalisi təşkil edirdi (9,237).
Ümumiyyətlə, 1917 –ci ilədək Zaqafqaziya diyarındakı 342 rus məskənindən 185-i Azərbaycan ərazisində idi (6,86).
XIX əsrdə Azərbaycanda, onun etnik xəritəsində baş verən dəyişikliklərdən biri də burada alman koloniyalarının meydana gəlməsidir ki, bu da əsasən Yelizavetpol quberniyasına aiddir. Almanların Zaqafqaziyaya gəlməsi haqqında inqilabaqədərki ədəbiyyatda müəyyən məlumatlar varıdr. Bu baxımdan İ.Petrovun Yelizavetpol qəzasındakı alman koloniyaları və F.Tsimmeren Yelizavetpol quberniyasındakı Yelenendorf koloniyası haqqında yazdıqları məqalələri qeyd etməliyik.
Məlum olur ki, Zaqafqaziyaya və istərsə də Azərbaycana almanlar Almaniyanın Vurtsenburq krallığından gəlmişlər ki, bu da 1813-1816-cı illərə təsadüf edir. Belə ki, Almaniyanın daxilində baş verən aclıq, habelə dini münaqişələr təqiblər almanların Rusiyaya köçməsini sürətləndirirdi. 1816-cı ildə çar I Aleksandr Ştutqartda olarkən almanlar ondan Zaqafqaziyaya köçməyə icazə verməyi xahiş etmişlər. İmperatorun razılığını alan 1440 ailə 1817-ci ildə Zaqafqaziyaya yola düşdülər. Dörd minə yaxın bu əhalinin min yüz nəfərə qədəri yolda həlak oldu, qalanı isə Odessaya çatdı. 1818-ci iln yazında 500 ailə Odessa – Xerson – Taqaroq – Rostov – Georgiyevsk – Stavropol – Mozdok – Tiflis maşrutu ilə hərəkət edib, 40 nəfər sənətkardan ibarət bir dəstə Tiflisdə qalaraq Yeni Tiflis adlı koloniyanın əsasını qoydular. Bundan sonra gələn kolonistlər üçün Tiflisin yaxınlığında münasib yer olmadığından hökümət onları Yelizavetpol quberniyasında yerləşdirmək qərarına gəldi. Kolonistlərin etirazına baxmayaraq onlar məcburi olaraq Yelizavetpola köçürüldülər. Bu vaxt artıq payızın son ayı idi. Qışı burada qaldılar. Lakin şəhərin 7 verstliyində Gəncə çayı boyuncada onlara torpaqlar ayrıldı və 1819-cu ilin Pasxa bayramından sonra almanlar bu ərazidə məskunlaşaraq Yelenendorf koloniyasının əsasını qoydular. Beləliklə Azərbaycan xəritəsinə ilk alman koloniyası daxil oldu. 31 dekabr 1898-ci ildə bu koloniyada artıq 1806 alman yaşayırdı (5). Bunun ardınca Anenfeld koloniyası yaradıldı.
1883-cü ildə Yelenendorf kolonistləri həmin sahəni 150 təsərrüfat arasında bölüşdürdülər. Həmin sahələrdə iki il ərzində üzüm tənəkləri əkib – becərən əhali nəhayət 1885-ci ilin iyununda daimi olaraq bu əraziyə köçməyə başladılar. 1889-cu ilin 1 mayında isə dövlət tərəfindən kolonistlərin yeni yaşayış məntəqəsi salması qanuniləşdirildi. 13 noyabr 1895-ci il tarixli məktubunda kolonistlər qubernatora məlum edirdilər ki, həmin koloniya Böyük knyaz Georgi Aleksandroviçin şərəfinə Georgiyevski adlandırılır. 1895-ci ilin sonunda Georgiyevski müstəqil koloniya kimi qəbul edilməsi, 1896-cı ilin fevralın 10-da isə quberniya idarəsinin göstərişi ilə onun kəndə çevrilməsi qanuniləşdirildi. Yelizavetpol qubernatorunun 2 yanvar 1897-ci il tarixli fərmanı ilə Georgiyevski kənd elan olundu. Kəndin ixtiyarında 1910 desyatin 800 kv. sajin torpaq sahəsi var idi. 1904-cü il məlumatına görə kənddə 344 kişi, 324 qadın yaşayırdı. Həmin kənd daha sonralar, yəni 1941-ci ildə Lelinkənd adlandırıldı.
Sayca dördüncü alman koloniyası Qazax qəzasında yaradıldı. Bu 1911-ci ilin ortalarında 15 ailədən təşkil edilmiş Qrunfeld idi. Beşinci koloniya Eyqenfelq adlanırdı ki, bu da ilk alman koloniyalarının yaxınlığında, indiki Göygöl rayonu ərazisində yerləşirdi. Sonralar bu koloniyalar Engelsfeld, 1941-ci ildə isə indiki Şəmkir rayonunda qəsəbə kimi mövcud olan Enkelskənd adlandırıldı (2,22).
Deyilənlərdən əlavə Qazaxda Alekseyevka və Qrubenfeld adlı alman koloniyaları da fəaliyyət göstərirdi.
Beləliklə XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın o cümlədən Gəncəbasar bölgəsinin etnik xəritəsində Rusiyanın Tambov, Saratov, Orenburq, Voronej quberniyalarından, habelə Almaniyada almanların köçürülməsi ilə xeyli miqdarda rus kəndliləri və alman koloniyaları, rus və alman toponimləri meydana çıxdı ki, bu da istər-istəməz əhalinin istər sayının və istərsə də milli tərkibinin dəyişməsinə səbəb oldu.
Ədəbİyyat
1. Abdulla Əhədov “Azərbaycanda din və dini təsisatlar” Bakı. 1991
2. Almanlar Azərbaycanda. Tətib edənlər: Ç.Abdullayev,B.Quliyeva. Bakı 1992.
3. F.Əhmədov “Gəncənin tarixi yaddaşı” // “El” jurnalı, 1992.
4. H.Ə.Orucov “Azərbaycanda rus kəndlərinin əmələ gəlməsi tarixinə dair” // Azərb.Xəbərlər, 1969, №2
5. Qəmərşah Cavadov “XIX əsrdə Azərbaycanın etnik xəritəsinə dair” // “Elturan” jurnalı, 1994, №1-2
6. N.İbrahimov “Azərbaycan tarixinin alman səhifələri” Bakı, 1997
7. А.И.Кулибанов «Делигсозное сектантство в праилом и настояшем» М.1973
8. В.А.Величко «Кавказ: русское дело и междуплеменние вопросы» Б.1990
9. Деляра Исмаилзаде “Русское крестьянство в Закавказье (30 – е годы XIX- начало XX в)” М.1982
10. Prof. Dr. Orhan Türkdoğan “Karsta bir etnik qrup: Malakanlar”// “Türk dünyası araştırmaları”, İstanbul, nisan, 1996, №101.
Açar sözlər: köçürülmə, demokrafik dəiyişiklik, Anenfeld,Yelenendorf, Qrubenfeld, malakanlar, duxobarlar
Ключевые слова: переселение, демографические изменения, Анненфельд, Еленендорф, Грюнфельд, молоканы, духоборы
Key words: resettlement, demographic changes, Annenfeld, Elenendorf, Gryunfeld, Molokans, dukhobors.
В.Д. Аббасов, Э.Мехдиев, А.М.Джалилов
Влияние русских и немцев переселенных в Гянджинское губернаторство на этнический состав региона.
Резюме
В этой статье анализируется результат влияния переселенных в Гянджинское губернаторство (Елизаветполь) Азербайджана немцев и русских, являющееся частью колониальной переселенческой политики царской России в XIX и начале XX века, на демографическую ситуацию. В исследовании также на основе исторических материалов выявлено влияние процесса переселения на социально-экономическую жизнь местного населения.
V.D. Abbasov, E. Mekhdiyev, A.M. Dzhalilov
Influence of the Russians and Germans moved in the Ganja governorship on ethnic structure of the region.
Summary
In this article the result of influence moved in the Ganja governorship (Elizavetpol) of Azerbaijan of Germans and Russians which is a part of colonial resettlement policy of imperial Russia in XIX and the beginning of the 20th century on a demographic situation is analyzed. In a research also on the basis of historical materials influence of process of resettlement on social and economic life of local population is revealed.
Vüqar Abbasov,
Eldar Mehdİyev,
Azər Cəlİlov
Gəncə Dövlət Universiteti
"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM