AZƏRBAYCAN CÜMHURİYYƏTİNİN BÖYÜK DÖVLƏTLƏRLƏ MÜNASİBƏTLƏRİNİN YARANMASINDA NEFT AMİLİ

12:00 / 16.07.2018

İyunun 4-ə Batumda Güney Qafqaz dəmiryolunun hərəkət heyətinin bölüşdürülməsi haqqında Azərbaycan, Gürcüstan, Ermənistan və Osmanlı nümayəndələri müqavilə imzaladılar. Müqavilədə Güney Qafqaz dəmiryolunun bütün hərəkət heyətinin müqavilə imzalayan dörd dövlət arasında onların ərazisindən keçən xətlərə uyğun bərabər bölüşdürüldüyü deyilirdi.
Gürcüstan tərəfdən N.Ramişvili, Q.Qvazova, J.Odişelidze, Q.Retkiladze, Azərbaycan tərəfindən M.Hacınski və M.Ə.Rəsulzadə, Osmanlı tərəfindən Xəlil bəy Menteşe və Vehib Paşa 1918-ci il iyunun 4-də Bakı-Batum arasında neft ixracı ilə əlaqədar olaraq saziş imzaladılar. Sənəddə Bakı ilə Batum arasında neftin davamlı olaraq axıdılması; Bakı ilə Batum arasındakı neft mənbələrinin mühafizə edilməsi; bu ölkələrin sərhədləri daxilində qalan neft mənbələrinin qorunması; neftin nəqli üçün vergi müəyyənləşdirilməsi və ərazisindən keçən boru xəttinin uzunluğuna uyğun olaraq müvafiq ölkəyə gəlir verilməsi; bütün bunlar üçün müvafiq komissiya yaradılması nəzərdə tutulurdu. Saziş Azərbaycan neft sənayesinin bərpasına, neft istehsalına və sənayenin işinə müsbət təsir edərək xarici bazarda satışa əlverişli şərait yaradırdı (1, s.166).
Antanta ölkələrinə qarşı müharibədə müttəfiq olmalarına baxmayaraq Qafqaz məsələsində Osmanlı dövləti ilə Almaniya arasında ixtilaflar var idi. Bu ixtilafların təməlində başlıca olaraq Qafqazın bu dövlətlərdən hansının nüfuz dairəsində olacağı, əlverişli strateji mövqedə yerləşən Azərbaycana, onun zəngin təbii sərvətlərinə və Xəzər dənizinə kimin sahib olacağı dururdu. Əlbəttə, bu ixtilaflar düşmənçilik səviyyəsində də deyildi.
Almaniya ilə Osmanlı arasında ixtilafların başlıca səbəblərindən biri Bakı neftinə sahib olmaq üstündə idi. Əhməd İzzət Paşa öz xatirələrində Bakı üstündə almanlarla ixtilaflar olduğunu etiraf edirdi (2, s.280). Nuru Paşa isə 1918-ci il iyunun 18-də orduya verdiyi əmrdə göstərirdi ki, Almaniya Bakının yalnız Osmanlı imperiyası tərəfindən tutulmasına mane olmaq niyyətindədir. Vehib Paşa əməliyyatı mümkün qədər həyata keçirtməyi xahiş edir. Sizin məqsədimiz Bakı olacaqdır.
Almaniya türklərə mane olmaqdan ötrü bütün mümkün vasitələrdən istifadə etdi. Türkiyə tarixçisi Kamuram Gürün Almaniya ilə Osmanlı arasında Bakı nefti üzərində münaqişədən danışarkən yazır ki, Almaniya öz müttəfiqi olan türklərin Bakı neftini əllərinə keçirməmələri üçün hər çarəyə baş vurdu, hətta ermənilərə yardım da göstərdi (3, s.5).
“Neftyanoe delo” jurnalının 1918-ci il 27 avqust tarixli 13 – 16-cı sayında dərc olunmuş “Cari vəziyyət” adlı məqaləsində deyilirdi: “Bakı rayonu döyüşən dövlətlərin koalisiyasının toqquşması və mübarizəsi meydanıdır. Sovet Rusiyası, həmçinin Bakı üzərində öz təsirini saxlamağa can atır, əlbəttə, bunu etməkdə gücsüzdür, belə ki, bunun üçün lazım olan şərait, yəni dövlətin az və yox dərəcədə mütəşəkkil olmasının olkin əsasları sovet hakimiyyəti ideoloqlarının özləri tərəfindən dağıdılmışdır. Sovet hakimiyyətinin nüfuz dairəsindən Rusiyanın nəhəng vilayətləri çoxdan ayrılmışlar, bu mənada Bakı istisna təşkil etmir. Beləliklə, Bakı rayonunda fəaliyyət göstərən qüvvələrdn başlıca olaraq döyüşən dövlətlərin koalisiyalarının marağı qalmışdır. Əlbəttə, indi Bakı rayonunda baş verənlər müttəfiq ingilislər dəvət olunarlarsa, şəhərdən və neft mədənlərindən uzaqda da baş verə bilərdi. Lakin bu ola bilməzdi və olmadı da, çünki bolşevik-sovet hakimiyyəti hökmran idi. Cəbhə indi lap Bakının yaxınlığındadır.
Yaxın perspektivləri aydınlaşdırmaqdan ötrü xatırlamaq lazımdır ki, Bakı ətrafında mühüm əhəmiyyətli məsələlər həll edilməlidir. Almaniyaya və onun müttəfiqlərinə Bakı nefti və onun məhsulları xeyli dərəcədə lazımdır. Almaniyanın benzini olmadığından təyyarələri, avtomobilləri, sualtı qayıqları hərəkət edə bilmir, sürtkü yağları yoxdur, belə ki, onun sərəncamında olan Rumıniya və Qalisiya neft sənayesi rayonlarının ehtiyatları İngiltərə və Birləşmiş Ştatların sərəncamında olan ehtiyatlar qarşısında kifayət deyildir. Bakı neft rayonunu ələ keçirtdikdən sonra Almaniya müharibəni nisbətən uzun müddət davam etdirə bilər. Digər tərəfdən, alman koalisiyasının əksinə olan maraqlar Bakı benzininin və ya kerosininin alman sualtı qayıqlarına daxil olmasına və sualtı müharibənin Almaniya tərəfindən davam etdirilməsinə imkan verməməlidir. Əlbəttə, Almaniyanın nefti və neft məhsulları vardır, lakin o, sərəncamında olan dünya neft hasiltının 3-4 %-ni düşmənlərinin sərəncamında olan 78-79 %-ə qarşı necə qoya bilər. Və bir sıra başqa cəhətdən də çoxlu malların tranzit məntəqəsi, Xəzər dənizindən Türküstana, Əfqanıstana və Hindistana aşılan yol kimi Bakı əhəmiyyətlidir. Bununla belə indi Bakının əhəmiyyəti onun əvvəllər, yanacaq rolunu, xüsusən neft tsərrüfatında necə oynaması ilə bağlıdır, bu da indi bütün müharibənin gedişinə güclü təsir edə bilər.
Neft sənayesinin spesfik özünəməxsusluğu bundan ibarətdir ki, onu asanlıqla dağıtmaq olar və hər halda Bakının alınmasını çox uzatmaq olar. Almanlara dağılmış mədənlər deyil, Bakı nefti lazımdır. Almaniya indiyədək hamıya aydn olan bu maraqlarını Türkiyənin və yeni doğulmuş Azərbaycan Respublikasının və b. maraqları ilə ört-basdır etmişdir. Bakının uzaqda yerləşməsinə və başqa cəbhələrdəki vəziyyətə görə almanların yeni uzaq sahələrə böyük qüvvə göndərmək imkanları olmasada, hər halda Bakı üçün onların qüvvələri tapılardı. Onlar müharibəni davam etdirmək niyyətində olduqlarından Bakıdan imtina edə bilməzlər, belə ki, bu, onların İngiltərənin və müttəfiqlərinin malik olduqları neft ehtiyatları üstünlüyü qarşısında tslim olmaları, onun tərəfindən müharibənin uduzulmasının etiraf edilməsi demək olardı. Beləliklə, müharibə davam etdikcə, Bakıya indi hücum edən qüvvələrə (türklərə) Mərkəz dövlətlərindən maksimum yardım gələcəyini gözləmək olar və buna görə də ona müqavimət göstərməkdən ötrü Bakı şəhərinin müdafiəsi üçün müvafiq tədbirlər görmək labüddür. Beləliklə, indi Bakıda yaranmış vəziyyət bir qədər üzücü forma ala bilər” (3, s.3).
Deməli, Bakıya və Bakı neftinə sahib olmaq müharibədə qələbənin və müharibədən sonrakı niyyətlərin həyata keçirilməsinin başlıca şərtləndirən biri idi.
Alman diplomatiyası türklərin hücumunu dayandırmaq üçün Almaniyaya Bakı neftinin bir hissəsini verməyi işarə etdi. Sovet hökuməti Bakı neftinin bir hissəsini Almaniyaya vəd verdi. Əvvəllərdə qeyd etdiyimiz kimi, bunu bilən Nuru Paşa komandanlığa bildirdi ki, almanlar türklərin Bakını azad etməsinə mane olmaq üçün Azərbaycan cəbhəsinə qarışmaq istəyirlər. Vehib Paşa ondan Bakıya sahib olmaq məqsədilə baş hücuma hazırlaşmağı xahiş etdi (3, s.34).
1918-ci ildən başlayaraq ABŞ Azərbaycana xüsusi maraq göstərməyə başladı. Amerikanın marağında neft başlıca yer tuturdu. “Nyu York Times” qəzeti 1918-ci il iyulun 17-də yazırdı ki, Şimali İranda (Güney Azərbaycan) və Qafqazda istifadə etmək üçün böyük qüvvələr hazırlamaq lazımdır. Görünür, bu istiqamət müttəfiqlər üçün çox vacibdir. Müttəfiqlərin birinci vəzifəsi Qafqazın ən mühüm neft rayonlarına sahib olmaqdır.
Lakin İngiltərə Azərbaycan neft rayonunun ABŞ-ın təsiri altına düşməsinə yol vermək istəmirdi. İngiltərə özü Bakı neftini ələ keçirməklə ABŞ-ın dünya neft bazarında nüfuzunu zəiflətməyə çalışırdı (4, s.110-111).
Müharibənin yekununda dünya siyasətində ABŞ-ın rolunun artmasına çalışan prezident V.Vilson bütün Güney Qafqaza mandat almaq iddiasında idi. Onun müşaviri, polkovnik Hauz 1918-ci il iyulun 5-də gələcəkdə çağrılacaq sülh konfransı haqqında yazırdı: “Sülh konfransında böyük dövlətlər elə ədalətli plan təklif etməlidirlər ki, bütün kiçik dövlətlər onu həvəslə qəbul etsinlər” (5, s.20).
1918-ci ilin yayında Azərbaycanda baş verən proseslər qətiyyən bolşevik Rusiyasının xeyrinə getmirdi. Bu tərəfdən, Qafqaz İslam Ordusu bolşevik ordusunu bir-birinin ardınca məğlub edərək Bakıya yaxınlaşırdı. Bir tərəfdən də, ingilislər Bakıya can atırdılar. Bolşeviklərin qüvvədən istifadə etməsi heç bir nəticə verməsə də, necə olursa-olsun Bakını türklərə təslim etmək istəmirdilər. Onlar başa düşürdülkər ki, Qafqaz İslam Ordusu Bakını azad etsə, əbədi olaraq şəhər Rusiyanın nəzarətindən çıxacaqdır və Osmanlı qələbə çalacaqdır. Çünki Bakı Azərbaycanın təbii paytaxtı idi, əhalinin böyük əksəriyyəti türklər və müsəlmanlar idi. Bakı Azərbaycanın elm və mədəniyyət mərkəzi idi.
Bolşeviklər Bakını ingilislərə də vermək istəmirdilər. Hesab edirdilər ki, böyük müsəlman imperatorluğu olan İngiltərənin şəhəri ələ keçirməsi Rusiya üçün çoxlu çətinliklər yaradardı. Çünki ingilislər Azərbaycanı “Asiya btulkası”nın tıxacı adlandırırdılar. “Tıxac” kimdə olacaqdısa, o da Asiyaya nəzarət edəcəkdi. Lakin Bakıya sahib olmadan Azərbaycanda möhkəmlənmək mümkün deyildi.
Bolşeviklər ən pis halda şəhərin almanlara verilməsini mümkün sayırdılar. Şəhər almanlara verilərdisə, sonradan almaq mümkün olardı.
Lakin türk hücumu ilə bolşeviklərin istəkləri baş tutmadı. Şəhərdə sosial dayağı olmayan və azərbaycanlıların müdafiə etmədiyi bolşevik hökuməti iflasa uğradı. İngilis ordu hissələri Ənzəlidən Bakıya gəldi. Qurulan koalisyon hökumət olan Sentrokaspidiktaturası hətta ingilislərin köməyi ilə də türk hücumunun qarşısını ala bilmədi. Belə şəraitdə bolşevik Rusiyası Bakının azad edilməsinə heç cür razı olmadığından Almaniya ilə separat danışıqlara getdi. Brest müqaviləsinə əlavə olaraq 1918-ci il avqustun 27-də rus-alman müqaviləsi və siyasi, maliyyə və xüsusi hüquqi sazişlər imzalandı. Müqavilə 17 maddədən ibarət idi. Sənədləri Berlindəki rus səfiri İoffe, Almaniya tərəfindən fon Hinçe və Krihe imzaladılar. Bu müqavilənin 13-cü maddəsi ilə Rusiya Gürcüstanın müstəqil dövlət olduğunu tanıdı (6, s.437).
Müqavilənin Azərbaycana aid hissələrinə diqqət yetirək. 14-cü maddə Azərbaycana aid idi. Rusiya Almaniya-Osmanlı münasibətlərini korlamaq üçün Almaniya nüfuz dairəsində olan Gürcüstanın müstəqilliyini tanısa da, Azərbaycanın türk nüfuz dairəsinə verilməsinə və dövlət müstəqilliyinin tanınmasına razı deyildi. Bu maddədə deyilirdi ki, Almaniya Qafqazda Gürcüstan hüdudlarından knarda və diyarda müqavilənin 4-cü maddəsinin III abzasına uyğun olaraq üçüncü dövlətin heç bir hərbi əməliyyatlar aparmasına imkan daxilində yardım göstərməyəcəkdir (6, s.443). Üçüncü dövlət dedikdə yalnız Osmanlı nəzərdə tutulurdu. Müqavilənin 4-cü maddəsində isə deyilirdi ki, Moskva müqaviləsində və ya əlavə müqavilədə başqa bir şey qərara alınmadığı üçün Almaniya Rusiya dövləti ilə onun ayrı-ayrı vilayətləri arasında münasibətlərə heç cür qarışmayacaqdır və xüsusən bu vilayətlərdə müstəqil dövlət orqanizmlərinin yaradılmasına çağırmayacaqdır və kömək etməyəcəkdir. Slində bu maddə birbaşa olaraq Azərbaycanın dövlət müstəqilliyinin əleyhinə yönəldilmişdi (6, s.439).
Bu maddədə göstərilirdi ki, Almaniya Qafqazda üçüncü dövlətin döyüş qüvvələrinin aşağıdakı xəttləri keçməyəcəyinə öz təsirini etməlidir: Kür mənsəbindən Petropavlovsk kəndinədək, sonra düz xətlə Bakı, Şamaxı və Quba qəzalarının kəsişdiyi nöqtəyə qədər, sonra Bakı qəzasının şimal sərhədi ilə dənizə qədər.
Rusiya bunun müqabilində üzərinə müəyyən öhdəliklər götürdü. O, Bakı vilayətində neft və neft məhsullarının çıxarılmasına imkan daxilində kömək etməli və çıxarılan neftin dörddə birini, müəyyənləşdirilmiş miqdar ton nefti hər ay (hələ müəyyənləşdirirlmişdi) almanların tutduğu Donetsk hövzəsindən Almaniyaya aparılan daş kömürün əvəzində verməli idi. Lakin Bakı vilayətində çıxarılan neft bu miqdar üçün kifayət olmadığından o, başqa məqsədlər üçün istifadə edilə bilərdi və ona, həmçinin, başqa yerdə çıxarılan neft də əlavə olunmalıydı.


Ədəbİyyat
1. Qasımov M. Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər). 3 hissədə, II hissə. Bakı, 2001.
2. Ahmet İzzet Paşa. Feryadım. I c. İstanbul, 1992.
3. Kaymakam Rüştü E. Büyük harpte Bakü yollarında 5 Kafkaz piyadı firkası // Askeri mecmua. Tarih kismi. İstanbul, 1954, № 34.
4. Swietochowski T. Rus Azerbaycan 1905-1920. İstanbul, 1989.
5. Архив полковника Хауза. т. IV. Москва, 1944.
6. Документ внешной политики СССр. т. 1. Москва, 1959, док. № 319.

Açar sözlər: Azərbaycan Cümhuriyyəti, Batum müqaviləsi, Azərbaycan Osmanlı münasibətləri, Neft sənayesi
Key words: Azerbaijan democratic republic, the contract of Batumi, Azerbaijan-ottoman relations, oil industry
Ключевые слова: Азербайджанской Республики, договора в Батуми, нефтяной промышленности

Hajiyev Niamaddin Mazahir oglu
The factor of oil in the formation of relation of the Azerbaijan
republic with great states
Summary
In the article`s deals with the role of the factor in the policy of Azerbaijan Democratic Republic in establishing relations with the world`s leonding states, measures taken by the ottoman and German States on the Baku oil after the Batumi treaty, and the work that the ADR has taken to rehabilitate the oil industry after the release of Baku.

Гаджиев Ниямеддин Мазахир оглы
Установление связей между Азербайджанской Республикой и крупными странами на основе нефтяных факторов
Резюме
В статье говорится о влиянии нефтяных факторов на налаживание связей Азербайджанской Республики с передовыми странами мира о мероприятиях в Османской империи и Германии связанных с бакинской нефтю и проводимых после заключения договора в Батуми а такие исследуются работы проводимые в нефтяной промышленности АДР после освобождения Баку.




Niyaməddin Hacıyev
Gəncə Dövlət Universiteti

 

 

"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM