Beynəlxalq münasibətlərin əsas prinsiplərinin formalaşması və təkamülü

08:00 / 18.07.2018

Beynəlxalq münasibətlərdə ədalətin bərqərar edilməsi, dünya dövlətlərinin rifah içində yaşaması üçün müvafiq şəraitin yaradılması, beynəlxalq aləmdə hakimiyyətin, idarəçiliyin özbaşınalığa deyil, ədalətli qanunlara, dövlətlərin qarşılıqlı razılaşmasına əsaslanması, eləcədə güc tətbiqinin qadağan edilməsi problemi, mübahisələrin dinc vasitələrlə həlli yollarının axtarılması, daxili işlərə qarışmamaq, əməkdaşlıq etmək, hüquq bərabərliyi və müqəddəratını təyinetmə məsələsi, öhdəliklərin yerinə yetirməsi, insan hüquqlarına hörmət edilməsi, ərazi bütövlüyü problemi hələ qədim dövrlərdən ən mühüm məsələlərdən olmuşdur.
Beynəlxalq hüququn əsas prinsipləri onun universal və hamı tərəfindən qəbul olunmuş normalarıdır. Bu prinsiplərin nəinki hüquqi, həmçinin xüsusi siyasi və mənəvi qüvvəsi vardır. Diplomatik təcrübədə onları beynəlxalq münasibətlərin prinsipləri adlandırırlar. Hazırda dünya miqyasında qəbul edilən hər hansı siyasi qərar məhz beynəlxalq hüququn prinsiplərinə söykəndikdə etibarlı sayılır [4, s.246].
Beynəlxalq hüququn özünün və onun əsas prinsiplərinin təşəkkül tapması tarixləri üst-üstə düşmür. Əvvəlcə beynəlxalq hüququn özü təşəkkül tapmış, sonralar isə beynəlxalq hüququn əsas prinsipləri tədricən yaranmağa başlamışdır [2, s.29-30].
Beynəlxalq hüququn əsas prinsiplərinin yaranmağa başlaması əsasən feodalizm dövrünə təsadüf edir: Həmin dövrdə dövlətlərarası beynəlxalq münasibətlərdə dövlətlərin suverenliyinə hörmət etmək, dövlətlərin hüquq bərabərliyi, daxili islərə qarışmamaq beynəlxalq öhdəliyi yerinə yetirmək, habelə müharibə qanunlarını və adətlərini gözləmək kimi prinsiplər tətbiq edilirdi. Bu prinsiplər tez bir zamanda universal, hamılıqla qəbul olunmuş və icrası məcburi olan normativ ideyalar kimi tanınmağa başladı.
Yeni beynəlxalq hüquq normalarının təsdiqlənməsində təkanverici səbəb olaraq 1789-cu il İnsan və Vətəndaş hüquqları Bəyannaməsində, Fransanın 1791-ci il və 1793-cü il Konstitusiyalarında hüquqi fikirlərin möhkəmlənməsi göstərilə bilər. Burada digər dövlətlərin daxili işlərinə qarışmamaq, beynəlxalq müqavilələrə riayət etmək kimi prinsiplər öz əksini tapmışdı.
XIX əsrin axırlarında birinci (1899-cu il), XX əsrin əvvəllərində isə ikinci sülh konfransı (1907 –ci il) keçirildi. Bu konfranslar klassik beynəlxalq hüququn yeni əsas prinsiplərinin formalaşmasına əhəmiyyətli təsir göstərdi. 1917-ci ildə dünyada ilk sosialist dövlətinin (sovet Rusiyasının) yaranması, onun qəbul etdiyi birinci dekretlər və öz qonşuları (Baltikyanı ölkələr, Türkiyə və s.) ilə bağladığı beynəlxalq müqavilələr, SSRİ-nin təşkili və 1919-cu ildə Millətlər Cəmiyyətinin təsis edilməsi beynəlxalq hüququn bir sıra əsas prinsipinin formulə edilməsinə səbəb oldu [2, s.31].
1945-ci il iyun ayının 26-da San-Fransiskoda dünyanın 50 ölkəsi Birləşmiş Millətlər Təşkilatı adlanan beynəlxalq qurumun yaranmasını bəyan etdilər və onun Nizamnaməsini imzaladılar. BMT Nizamnaməsinin imzalanması beynəlxalq münasibətlər sisteminin yaranması və inkişafı tarixində yeni mərhələnin başlanğıcı oldu.
Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir. Lakin bunlardan bəziləri məqsəd və ya ümumi öhdəlik kimi ifadə olunmuşdur. Sonralar dövlətlər bu prinsiplərin məzmununu dəqiqləşdirməyə və onları məcəllələşdirməyə çalışmışlar. 1960-cı ildə BMT-də başlanan qurumun Nizamnaməsinin əsas prinsiplərinin kodifikasiyası işi 1970-ci ildə Baş Assambleya tərəfindən dövlətlər arasında əməkdaşlıq və dostluq münasibətlərinin tətbiqini nəzərdə tutan beynəlxalq hüquq prinsipləri haqqında Bəyannamə qəbul edilməsi ilə başa çatdırılıb. Bəyannamədə beynəlxalq hüququn yeddi prinsipi əks olunmuşdur:
1) güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi;
2) beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi;
3) dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi;
4) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi;
5) xalqların hüquq bərabərliyi və müqəddəratını təyinetmə prinsipi;
6) dövlətlərin suveren bərabərliyi prinsipi;
7) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri
öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi.
BMT-nin Nizamnaməsində sadalanan prinsiplər təkcə BMT Nizamnaməsinin prinsipləri deyildir; onlar yalnız BMT üzvü olan dövlətlər üçün deyil, ümumiyyətlə, bütün dövlətlər üçün formulə edilmişdir [7, s.9-10].
1975-ci il iyun ayının 30-da Helsinki şəhərində ATƏM-in 35 dövlətinin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən iclasın son mərhələsində, geniş müzakirələrdən sonra “Helsinki Yekun Aktı” adlanan və beynəlxalq münasibətlər sisteminin inkişafına mühüm töhfə hesab olunan fundamental bir sənəd imzalandı. “Helsinki Yekun Aktı” BMT Nizamnaməsindən sonra beynəlxalq münasibətlər sistemini inkişaf etdirən ən mühüm beynəlxalq hüquqi sənəd idi. Yekun Aktında dövlətlərarası münasibətlərin hamı tərəfindən əməl edilməsi vacib olan 10 əsas prinsipi bəyan olunurdu.
BMT Nizamnaməsində sadalanmış prinsiplərə burada daha üçü əlavə olunmuşdur:
1) sərhədlərin toxunulmazlığı prinsipi;
2) dövlətlərin ərazi bütövlüyü prinsipi;
3) əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi.
Qeyd etmək lazımdır ki, Helsinki Yekun aktı öz-özlüyündə beynəlxalq müqavilə deyildir və regional xarakterli bir sənəddir. Lakin bu sənədin təsbit etdiyi prinsiplər, o cümlədən bu üç prinsip onun qəbul olunmasına qədər artıq ümumi beynəlxalq adət hüququnun bir hissəsi idi və bütün dövlətlər tərəfindən tanınmışdı. Yəni Helsinki Yekun aktı, sadəcə olaraq, müasir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş on əsas prinsipini bəyan etmişdir [7, s.10].
1. Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin tanınmağa başlamasında XX əsrin əvvəllərində qəbul olunan iki beynəlxalq-hüquqi aktın rolu xüsusi olaraq qeyd edilməlidir. Həmin aktlar 1907-ci il tarixli Haaqa konvensiyalarıdır: 1) Beynəlxalq toqquşmaların dinc həlli haqqında Haaqa Konvensiyası, 2) Müqavilələrdən irəli gələn borcların alınması zamanı güc tətbiq etməyin məhdudlaşdırılması haqqında Haaqa Konvensiyası. Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi formalaşmağa məhz sözügedən bu iki konvensiyanın qəbul edilməsindən başlamışdır. Amma həmin konvensiyalar dövlətlərin müharibə etmək hüququnu (jus at bellum) ləğv etmirdi [2, s.46].
1917-ci il noyabrın 8-də II Ümumrusiya Sovetlər Qurultayında “Sülh haqqında” dekret qəbul edildi. Burada, ilk dəfə olaraq, təcavüzkar müharibə bəşəriyyətə qarşı edilən ən böyük cinayət elan edilirdi. Burada təcavüzkar müharibənin qadağan olunması prinsipi müəyyən edilmişdi ki, həmin prinsip güc tətbiq etməmək prinsipinin formalaşmasına böyük təsir göstərdi [6, s.49].
1919-cu ildə yaradılan Millətlər Cəmiyyətinin fəaliyyəti məhz müharibələrin qadağan edilməsinə yönəldi. Belə ki, Millətlər Cəmiyyəti təcavüzkar müharibələri qadağan edən və pisləyən bir sıra sənəd qəbul etdi. Bundan əlavə müharibələrdən “milli siyasi alət kimi” istifadə edilməməsini dövlətlər üçün çoxtərəfli öhdəlik kimi müəyyən edən 1928-ci il Paris Müqaviləsinin (Brian-Kelloq paktı) təcavüzün və müharibənin qeyri qanuni elan edilməsində mühüm əhəmiyyəti olmuşdur [4, s.257].
2. Hələ o dövrdə qədim Roma hüquqşünası Mark Tüli Siseron dövlətlər arasında mübahisələrin həllinin müzakirələr və zor tətbiq edilməsi yolunu fərqləndirmiş, ikinci yolun vəhşilər üçün xarakterik olduğunu qeyd etmişdir [4, s.279].
İlk dəfə 1883-cü ildə təşkil edilmiş Parlamentlərarası İttifaq beynəlxalq təşkilat kimi mübahisələrin sülh yolu ilə həlli vasitələrinə xüsusi diqqət yetirmişdir [4, s. 280].
1889 və 1907-ci illərdə Haaqada keçirilmiş sülh konfranslarında beynəlxalq münaqişələrin sülh yolu ilə həlli haqqında Konvensiya qəbul olunmuşdur. Konvensiya mübahisələrin sülh yolu ilə həlli vasitələri ilə yanaşı, beynəlxalq münasibətlərdə hərbi qüvvələrdən istifadə edilməsini də nəzərdə tuturdu [4, s.280].
Millətlər Cəmiyyətinin 1919-cu ildə qəbul olunmuş Statutunda da beynəlxalq mübahisələrin sülh yolu ilə həllinin dinc vasitələri ilə yanaşı müharibələr də qanuni vasitə hesab olunurdu [2, s.63].
İlk dəfə 1928-ci il avqustun 27-də 63 dövlət tərəfindən imzalanmış Paris müqaviləsi (Brian-Kelloq Paktı) beyəlxalq mübahisələrin müharibə vasitəsi ilə həllini qadağan etdi. Paris müqaviləsinə əsasən dövlətlər “aralarında baş vermiş mübahisə və münaqişələrin xarakter və mənşəyindən asılı olmayaraq onların nizama salınmasında ancaq sülh vasitələrindən istifadə etmək” barədə razılığa gəldilər [4, s.280].
3. Bir dövlətin digərinin daxili işlərinə qarışmaması məsələsi hələ feodalizm dövründə meydana çıxmışdır. O vaxt suverenlər arasında qarşılıqlı olaraq ərazilərində biri-birinin işinə qarışmamaq barədə ikitərəfli müqavilələr bağlanırdı. Lakin bu müqavilələr feodalizm dövrünün dövlətlərarası münasibətləri üçün xarakterik deyildi. Daxili işlərə qarışmamaq burjua inqlabları dövründə dövlətlərarası prinsip kimi formalaşmışdır. XVIII əsrin axırlarında Fransa inqilabı bu prinsipin hüququ qüvvə almasında böyük rol oynamışdır. 24 iyun 1793-cü ildə qəbul edilmiş Fransa Konstitusiyasının 119-cu maddəsində göstərilirdi ki, fransız xalqı başqa xalqların hökumətlərinin işlərinə qarışmır [4, s.336-337].
Həmin ideya XIX əsrin əvvəllərində ABŞ – ın milli doktrinasına çevrildi. Belə ki, Amerikanın beşinci Prezidenti C.Manronun 1823-cü il dekabrın 23-də Konqresə müraciətində Avropa dövlətlərinin Amerikanın işlərinə qarışmaması prinsipi irəli sürülmüş və gələcəkdə Amerikanın da Avropanın daxili işlərinə qarışmayacağı vəd edilmişdi [4, s.337].
XX əsrin 20-30-cu illərində qəbul olunan bir sıra beynəlxalq sənəd də müdaxilə etməmək ideyasından çıxış edirdi. Millətlər Cəmiyyətinin Statutu (1919) müdaxilə etməmək ideyasını tanıyaraq, ona vacib əhəmiyyət verirdi [2, s.113].
4. Dövlətlər arasında beynəlxalq əməkdaşlığın həyata keçirilməsi tarixi qədim dövrlərə təsadüf edir. Belə ki, dövlətlər yarandığı və meydana gəldiyi vaxtdan etibarən onlar həmişə bir-biri ilə əməkdaşlıq etmişlər; bunsuz beynəlxalq münasibətlərin inkişafı, məlum məsələdir ki, mümkün ola bilməzdi.
5. Xalqların hüquq bərabərliyi və müqəddəratını təyinetmə prinsipinin formalaşmasına kimi beynəlxalq hüquqda (XII-XIX əsrlərdə) “millət prinsipi” tətbiq olunurdu; bu prinsipə görə, hər bir millətin öz milli dövlətini yaratmaq hüququ var idi (“bir millət-bir dövlət”). Lakin buna baxmayaraq “millət prinsipi” xalqların hüquq bərabərliyi və müqəddəratını təyinetmə prinsipinin formalaşmasına hər halda, müəyyən təsir göstərmişdir. Göstərilən prinsipin təsbit olunmasına həm də xalqların hüquq bərabərliyinə və öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşmaq ideyası təsir etmişdir; həmin ideya isə, ilk dəfə olaraq ABŞ-ın müstəqilliyi haqqında Bəyannamədə (1776-cı il) ifadə olunmuşdur. Rusiya xalqlarının hüquqlarına dair Bəyannamə də (15 noyabr 1917-ci il) məhz xalqların hüquq bərabərliyi və öz müqəddəratını təyinetmə prinsipindən çıxış edirdi [2, s.127-128].
Son vaxtlar müxtəlif dövlətlərin tərkibində olan milli azlıqların öz müqəddəratını təyin etmək hüququnu özlərinin dövlət qurumlarını yaratmaq hüququ kimi təfsir etməsi istiqamətində nəzərə çarpan əsaslandırılmamış meyllər məhz bu prinsipin mahiyyətinin düzgün dərk edilməməsi və ya onların bilərəkdən yanlış təfsir edilməsi ilə bağlıdır. Məsələn, müstəqilliyin bərpası nəticəsində öz müqəddəratını təyin etmək hüququnu həyata keçirən Ermənistan Respublikası ilk növbədə 215 min azərbaycanlı vətəndaşı öz ərazisindən qovub çıxardı, sonra isə “öz müqəddəratını təyin etmək” ideyasını möhkəmləndirmək məqsədilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanla birləşdirən dəhliz açıldı. Daha sonra Dağlıq Qarabağ ətrafında yerləşən azərbaycanlıların yaşadığı 7 rayon işğal edildi. Dağlıq Qarabağın 120 min nəfərlik erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verməyə çalışdığı bu proses 1 milyondan çox azərbaycanlının zorla qaçqın və köçkün vəziyyətinə düşməsi və on mindən çox adamın həlak olması ilə nəticələnmişdir. Əlbəttə, bu cür seperatçı, millətçi təcavüzkar əməllər müqəddəratı təyin etmə hüququ ilə pərdələnə bilməz [4, s.327].
6. Müasir dünya öz ərazisinin ölçüsünə, coğrafi yerləşməsinə, əhalisinin tərkibinə, sayına görə fərqlənən dövlətlərdən ibarətdir. Bu şəraitdə tarazlığı qorumaq və əməkdaşlığı təmin etmək əhəmiyyətli dərəcədə dövlətlərin suveren bərabərliyi hüquqi prinsipinə əsasən mümkündür. Bu prinsipə riayət edilməsinə dövlətlər xüsusi nəzarət edir.
Prinsip öz başlanğıcını orta əsrlərdən götürür. Beləki bu dövrdən monarxlar öz beynəlxalq statuslarını hüquqi bərabərləşdirməyə can atırdılar. Bunun üçün qədim yunan hüquqşünaslarının hüquqi formulundan par in parem non habet imperium istifadə edilirdi. (bərabər bərabər olduğunun üzərində hökmranlığa sahib deyil). 1648-ci il Vestfal müqaviləsindən başlayaraq Avropa dövlətləri bir-birlərinin suverenliklərini tanıyaraq buna hörmət etməyə başlasalarda, suveren bərabərlik prinsipi XX əsrdə öz tətbiqini tapdı. O vaxta qədər beynəlxalq hüquq dövlətlərin faktiki olaraq böyük, kiçik, xristian və qeyri xristiana bölünməsini qəbul edirdi [1, s.296].
Müasir beynəlxalq birlik suverenliyi hər bir dövlətin ayrılmaz xüsusiyyəti və beynəlxalq hüquqi nizamın mövcudluğunun əsası kimi qəbul edir.
7. Beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipi beynəlxalq hüququn qədim prinsiplərindəndir. Bu prinsip “pacta sunt servanda”( müqavilələrə riayət olunmalıdır) adəti formasında yaranmışdır. Roma hüququnun hələ neçə əsr bundan əvvəl formalaşdırdığı bu prinsip mülki-hüquqi müqavilələrə aid olunurdu; həmin prinsipə görə, müqavilə üzrə öhdəliklər yerinə yetirilməlidir və əgər yerinə yetirilməzsə, məsələ məhkəmədə həll olunurdu. Dövlətlərarası münasibətlərin, eləcədə beynəlxalq hüququn yaranması və inkişafı “pacta sunt servanda” prinsipinin beynəlxalq hüquqi adət kimi tanınmasına gətirib çıxardı.
8. Sərhədlərin toxunulmamazlığı prinsipi beynəlxalq hüququn yeni prinsipidir. Lakin o, beynəlxalq hüququn ümumqəbulolunmuş prinsiplərinə əsaslandığına görə beynəlxalq hüququn mütərəqqi inkişafının məntiqi nəticəsi kimi meydana çıxmışdır.
9. Dövlətlərin ərazi bütövlüyü prinsipi hələ suveren dövlətlərin meydana gəldiyi, feodal knyazlıqlarının və şəhər dövlətlərinin geniş yayıldığı dövrlərdə formalaşmağa başlamışdır. Ərazi bütövlüyü prinsipi konseptual olaraq uti possidetis juris doktrinasından qaynaqlanır. Geniş formada bu uti possidetis ita possidcatis (nəyin varsa ona sahib ol) kimi səslənir. İlk dəfə prinsip XIX əsrin əvvəllərində İspaniya müstəmləkəçiliyindən azad edilmiş və müstəqillik qazanmış Latın Amerikası ölkələrinin təcrübəsində, yaranmış ərazi mübahisələrinin həlli məqsədilə tətbiq edilmişdir. Bunu 1986-cı ildə Burkina Faso və Mali arasında sərhəd anlaşılmazlığını həll etmək üçün verdiyi qərarda BMT Beynəlxalq Məhkəməsi də təsdiqlədi [3, s.39].
Uti possidetis prinsipinin mahiyyəti ondan ibarətdir ki, müstəmləkələrin və ya federasiya subyeklərinin əvvəlki sərhədləri yeni müstəqil dövlətlərin beynəlxalq sərhədləri olur və müvafiq razılıq olmadan dəyişdirilə bilməz Azərbaycanla bağlı demək olar ki, onun SSRİ dövründə malik olduğu ərazisinin bütövlüyünə istənilən iddia və ya qəsd bu prinsipə tamamilə ziddir. Beləliklə, ilk əvvəllər regional xarakter daşıyan ərazi bütövlüyü prinsipi sonralar müasir beynəlxalq hüququn hamılıqla tanınmış prinsipi oldu [3, s.39].
1789-1794-cü illərdə Fransa inqilabı ilk dəfə ərazilərin ələ keçirilməsindən imtinanı rəsmi olaraq elan etmişdir [4, s.309].
Dövlətlərin ərazisinin toxunulmazlığı və bütövlüyü prinsipinin müəyyənləşməsində təcavüzkar müharibələri qadağan edən 1928-ci il Paris Müqaviləsi mühüm əhəmiyyət kəsb edir [4, s.309].
Millətlər Cəmiyyəti Statutunun 10-cu maddəsində elan edilirdi ki, “birliyin üzvləri birliyə daxil olan dövlətlərin ərazi bütövlüyünü və mövcud siyasi müstəqilliyini hər cür xarici hücumlardan qorumağı öz öhdələrinə götürürlər” [4, s.309-310].
1933-cü ildə Amerika dövlətlərinin 7-ci konfransında dövlətlərin hüquq və vəzifələri haqqında konvensiyanın 11-ci maddəsində deyilirdi ki, “iştirakçı dövlətlər silah tətbiqi, diplomatik zorakılıq və hər hansı məcburiyyət vasitəsi nəticəsində əldə edilən ərazilərin hüquqi statusu barədə sazişləri tamamlayacaqlar” [4, s.310].
Müasir beynəlxalq münasibətlərdə ancaq dövlətlərin ərazi bütövlüyünə hörmət, dövlət sərhədlərinin toxunulmazlığını tanımaq, ərazi iddialarından imtina etmək dünyada sülh və təhlükəsizlik üçün möhkəm zəmin hesab oluna bilər.
10. Insan hüquqlarına hörmət etmək ideyasının tarixi XVIII əsrin axırlarına təsadüf edir. Belə ki, bu dövrdə qəbul olunmuş iki sənəd məhz həmin ideyadan çıxış edirdi. Söhbət ABŞ-ın müstəqilliyi haqqında Bəyannamədən (1776-cı il), habelə İnsan və vətəndaş hüquqlarına dair Fransa Bəyannaməsindən (1789-cu il) gedir. ABŞ-ın müstəqilliyi haqqında Bəyannamədə göstərilirdi ki, bütün insanlar bərabər doğulur və müəyyən ayrılmaz hüquqlarla təmin olunurlar. Böyük Fransa İnqilabı zamanı qəbul olunan İnsan və vətəndaş hüquqlarına dair Bəyannamə də həmçinin şəxsiyyətin hüquq və azadlıqları probleminə toxunurdu. Sonrakı dövrlərdə, XIX əsrdə və XX əsrin əvvəllərində qəbul olunan bir sıra beynəlxalq sənədlər də insan hüquqlarının qorunması ideyasından çıxış edirdi [2, s.142-143].
Beynəlxalq hüququn prinsiplərinə əməl olunması - bütün suveren dövlətlərin ən vacib öhdəliklərindəndir. Lakin, beynəlxalq hüququn bu prinsiplərinin siyasi mübarizə, milli maraqların üst-üstə düşməməsi və dövlətlərin müxtəlif məqsədləri şəraitində reallaşdırılması müəyyən çətinliklərlə səbəb olur. Bunu təkcə tarix deyil, beynəlxalq münasibətlərin son dövrlərdəki təcrübəsi də sübut edir.


ƏDƏBİYYAT
1. Babaoğlu H. Dünya siyasəti və beynəlxalq münasibətlər. Bakı: Çinar-çap, 2010.
2. Əliyev E., Hüseynova F.Beynəlxalq hüququn prinsipləri. Bakı: Günəş-B, 2017.
3. Hüseynov L. Beynəlxalq hüquq. Bakı: Qanun, 2012.
4. İbayev V. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq müstəvisində. Bakı: Elm, 2006.
5. Лукашук И.И Междунароное право. Общая часть. Учебник. М., 2005.
6. Международное право. Учебник /Отв. ред. Ю.М.Колосов, Э.С.Кривчикова. М.,2000.
7. http://unec.edu.az/application/uploads/2015/07/BEYN_L-umumi-huquq.pdf

Açar sözlər: Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, prinsiplərin tarixi, Haaqa konvensiyaları, Millətlər Cəmiyyəti Statutu, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı.
Ключевые слова: Международные отношения, международное право, история принципов, Гаагские конвенции, статут Лиги Наций, Устав ООН, Хельсинкский Заключительный акт.
Key words: International realtions, international law, the history of principles, the Conventions of Hague, the Statue of League of Nations, the Charter of UNO, Helsinki Final Act.

Резюме
ГасымоваЛамия
Формирование и эволюция основных принципов международных отношений.
В статье определяются значение и характерные особенности развития некоторых аспектов 10-и принципов международного права, их возникновение, формирование и эволюция. Детально исследуются пути становления этих принципов общепринятыми. Особо подчёркивается значение и роль каждого принципа в современном международном праве и международных отношениях.

Resume
QasimovaLamiya
The formation and evolution of the main principles of International Relations
The article clarifies the essence of some aspects on the creation, evolution, formation, and development of ten principles of international law. Until these principles were as universally accepted principles the way they passed away had been researched in detail. Each principle has been detected individually and the main and essential role they play in modern age, in international law and international relations has been specially mentioned.

 

 

Lamiyə Qasımova
ADU

 

 

"GEOSTRATEGİYA" jurnalı №03 (45) MAY-İYUN 2018


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM