Nikol Paşinyanın vədlərinin sonu çatır. Küçədən bəyan etdiyi və pafoslu səslənən fikirlərdən artıq konkret əmələ keçmək gərəkdir. Bunun üçün obyektiv gerçəkliyi nəzərə alan, müdrik və müasir çağırışlara cavab verən siyasi kurs müəyyənləşdirmək gərəkdir. Müşahidələr göstərir ki, rəsmi İrəvan hələlik bu mövqedən çox uzaqdır. N.Paşinyan bir tərəfdən seçkidə islahatlarla bağlı sərəncam verir, digər tərəfdən isə yeni heç bir addım ata bilmir. Əksinə, meydana çıxan daxili problemlər hakimiyyəti daha mürəkkəb dairəyə sürükləyir. Milli qəhrəman hesab edilən bir generalın əslində quldur olduğu aydınlaşır. N.Paşinyanı müdafiə edən bir partiyanın rəhbəri Qaqik Sarukyanla ziddiyyətlər dərinləşir. Qarabağ cəbhəsində Azərbaycan Ordusunun əməliyyatları erməniləri daha ağır vəziyyətə salır. Bu kimi proseslər Ermənistan rəhbərliyinin yanlış siyasətini davam etdirdiyi və əslində, islahatları haradan başlamağın lazım gəldiyini bilmədiyini nümayiş etdirir. Bu məsələ üzərində daha geniş dayanaq.
Rəsmi İrəvan: daxili və xarici təzyiqlər arasında
Belə görünür ki, Ermənistan ictimai şüurunda Nikol Paşinyan eyforiyası səngiyir. Cəmiyyət tədricən reallıqda nə baş verdiyinin fərqinə varmağa çalışır. N.Paşinyanın da pafoslu küçə ritorikasının imkanları tükənməkdədir. İnsanlara vəd verməyin bir həddi var. Müəyyən müddətdən sonra real əməl tələb olunur. İndi N.Paşinyan seçki məsələsini həll etməlidir. O, seçki məcəlləsində islahatlar aparılması ilə bağlı sərəncam da verib. Ancaq bu, heç də mövcud problemləri həll etməyib, əksinə, Ermənistanda siyasi ab-havanın daha da ağırlaşa biləcəyinin siqnallarından biridir. Məsələnin mahiyyəti rəsmi İrəvanın yarıtmaz siyasəti nəticəsində bütövlükdə Ermənistanın daha əzgin vəziyyətə düşməsi ilə bağlıdır.
Proseslər göstərdi ki, Ermənistanda hökumət dəyişsə də, erməni siyasətinin məntiqi dəyişmədi. Hazırda cəmiyyət iki yol arasında qalıb – bir tərəfdən Serj Sarkisyan iqtidarının yaratdığı korrupsiya sisteminin fəsadları, digər tərəfdən isə hələ də küçə məntiqi ilə hansısa radikal dəyişikliklər etmək istəyən N.Paşinyan bəlası. Korrupsiya sisteminin iyrənclikləri artıq parlamentdə də müzakirə edilir. İbrətvericidir ki, bu zaman, ümumiyyətlə, erməni psixologiyasının apatiyaları da özünü göstərir.
Bu, Ermənistanın milli qəhrəmanı sayılan general Manvel Qriqoryanın reallıqda kim olmasının aydınlaşması fonunda daha konkret məzmun kəsb edir. Bu şəxs müharibə zamanı azərbaycanlı əsir və girovlarla amansız rəftarı ilə seçilib. İnsanlara qarşı zor tətbiq etmək, onlara işgəncə vermək, təhqirlərə məruz qoymaq və s. kimi alçaq hərəkətlər edən M.Qriqoryana ermənilərin münasibəti yüksək idi. Onlar bu vəhşi erməni hərbçisinin düzgün hərəkət etdiyini və onun əsl qəhrəman olduğunu düşünürdülər. Rəsmi olaraq da bu adama ən yüksək imkanlar verilmişdi. Oğlu Eçmiədzinin meri təyin edilmişdi.
Ancaq indi ermənilər tamamilə başqa fikirdədirlər. Onlar M.Qriqoryanı korrupsioner, erməni ordusundan pay oğurlayan, qanunsuz silah-sursat yığan, günahsız adamlara şər atan və cəmiyyətin qatı düşməni olaraq təqdim edirlər. Hətta Eçmiədzində doğulan uşaqların əksəriyyətinin adının Manvel qoyulması tələbini qoyan tirandan bəhs edilir. Bunu parlamentdə də, küçədə də deyirlər.
Bəs nə baş verdi ki, erməni milli qəhrəman quldur çıxdı? Əslində, əvvəldən o, digər erməni separatçı-terrorçular kimi quldur və yaramaz idi, sadəcə bu keyfiyyətlərini azərbaycanlılara qarşı tətbiq edərkən, ermənilər sevinirdilər. İndi özləri uşaqları üçün göndərilən alt paltarlarını mənimsəyən alçaqdan danışırlar. Deməli, erməni şüurunda bir qırılma başlayıb. Onların əsrlərdir ki vəhşiliyi, quldurluğu, qeyri-insani rəftarı qəhrəmanlıq kimi təqdim etmək vərdişlərinin puç olmasını müşahidə edirik. Türkə və müsəlmana olan nifrətin ermənilərin özlərini psixoloji olaraq nə dərəcədə deqradasiyaya uğratdığının konkret nümunəsi göz qabağındadır. Bu o deməkdir ki, Ermənistan cəmiyyəti sosial-psixoloji çöküş mərhələsinə qədəm qoyub.
Bu da təsadüfi deyil və tənəzzül prosesi yalnız bununla məhdudlaşmır. Bütövlükdə Ermənistanın idarəetmə fəlsəfəsi iflasa uğrayır. Bunu mütəxəssislər xeyli əvvəl müəyyən etmişdilər, lakin indi bu proses son dərəcə qabarıqdır. Bunun üçün yalnız bir misala nəzər sala bilərik.
Pis ənənə: siyasi korluğun davamı
Biz keçən əsrin 90-cı illərindən başlayaraq Ermənistan siyasi elitasının idarəetmə fəlsəfəsinin transformasiyalarını nəzərdə tuturuq. Ötən müddət ərzində keyfiyyətcə heç nə dəyişməyib – hər növbəti dövlət başçısı özündən əvvəlkini antiazərbaycan nifrətinin az olmasında ittiham edib. Bu, Levon Ter-Petrosyan-Robert Köçəryan-Serj Sarkisyan-Nikol Paşinyan xəttində özünü daha çox büruzə verib. Ermənistan mətbuatında gedən yazılara görə, bunlar bir-birlərini ancaq türkə niyə az nifrət etməkdə günahlandırıblar. Bunun fonunda "soyqırımı" nağılından, iqtisadi çətinliklərdən və böyük dövlətlərə şikayət etməkdən bəhs ediblər.
Məsələn, son zamanlar L.T-Petrosyan R.Koçaryanı, sonuncu da onu Qarabağ danışıqlarında separatçıların iştirak etməməsində ittiham ediblər. N.Paşinyan da S.Sarkisyanı məhz bunda ittiham edib. Bunlarla yanaşı, erməni idarəetməsində korrupsiyanın cəmiyyətin strukturuna üzvi surətdə daxil olduğu möhkəm yer alıb. Onlar başqa cür idarə edə bilmirlər. Bütün prezidentlər üçün bunu deyirlər və o dairədən necə çıxmaq lazım gəldiyini hələ də bilmirlər.
N.Paşinyan da istisna olmadı. İndi erməni ekspertlər yazırlar ki, oliqarxları neytrallaşdırmaq lazımdır, əks halda, demokratiya və inkişaf olmayacaq. Ancaq bunun mexanizmini bilən yoxdur. N.Paşinyanın da həmin sahədə səriştəsiz olduğunu "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyan bəyan etdi. Əslində, onlar müttəfiqdirlər. Lakin uzun müddətdir ki, dil tapa bilmirlər. N.Paşinyan Q.Sarukyanı oğlunu əsgərlikdən yayındırmaqda ittiham edib. Son olaraq isə Q.Sarukyan onunla məsləhətləşmədən N.Paşinyanın seçki islahatı aparmasını tənqid edib. Ekspertlərə görə, bütün bunlar N.Paşinyanın oliqarxlarla mübarizədə acizliyindən qaynaqlanır və bu proses onun öz başında çatlaya bilər.
Hər bir halda, Ermənistanda kadr dəyişikliyi ilə ölkə həyatında hiss ediləcək yenilənmə müşahidə edilmir. Daxili və xarici siyasətdə hansısa yenilik gözə dəymir. Yeni təyin olunan qubernatorların vədləri göstərir ki, onlar Sarkisyanın kadrlarından elə də fərqlənmir. Bunun əvəzində köhnə komanda ilə yenilər arasında gərginliyin yüksəldiyi müşahidə edilir.
Həmin sırada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyət də erməniləri çox narahat edir. Onlar daha çox Azərbaycan Ordusunun Naxçıvanda apardığı döyüş əməliyyatından yazırlar. Etiraf olunur ki, 11 min hektar ərazini Azərbaycan azad edib və hətta indiki Ermənistan sərhədi daxilində olan ərazilərə nəzarət təmin olunub. Azərbaycanın müdafiə naziri Laçın yoluna da nəzarət edildiyini bəyan edib. Bütün bunların fonunda erməni ordusunda korrupsiya ilə bağlı yeni-yeni faktların aşkar edilməsi Ermənistan cəmiyyətini silkələyir.
Başqa bir məqam Azərbaycanın yeni güclü silahlar əldə etməsi ilə əlaqəlidir. Erməni KİV-ləri Azərbaycanın "Polonez" və "Lora"dan sonra Rusiyanın SU-35 qırıcı təyyarələrini də alacağı haqqında məlumatlar yayır. Özü də bunu Ermənistanın SU-30-ları ala biləcəyi fonunda yazırlar. Yəni Azərbaycan daha güclü silah əldə edir. Bununla erməni mətbuatı silah məsələsində də İrəvanın Bakıdan geridə qaldığını ifadə edir.
Deyilənlər bir gerçəkliyi ortaya qoyur: Ermənistan daxildən və xaricdən əzilir! Rəsmi İrəvanın apardığı siyasət forpost ölkəni çox pis vəziyyətə salır. İndiki mərhələdə Ermənistan iqtisadi, siyasi, geosiyasi və hərbi sferalarda çox çətin duruma düşüb. Hər tərəfdə yaranmış problemlərin altında əzilən ölkənin hansısa çıxış yolu tapacağı məlum deyil. Belə bir şəraitdə Ermənistanı hər hansı seçki sistemi də xilas edə bilməz. Həm də ona görə ki, bu ölkənin qonşu dövlətlərlə münasibəti kökündən yanlışdır. Ermənistan təcavüzkar kimi qalmaqla uğurla inkişaf edən dövlət ola bilməz. Müasir beynəlxalq münasibətlər sistemində bu, prinsipcə mümkün deyil. Zaman-zaman həmin münaqişə öz təsirini göstərəcək və Ermənistan daha ağır vəziyyətlərə düşəcək.
Deməli, Ermənistan rəhbərliyi sadəcə islahatları nədən başlamağı bilmir. Burada ilk olaraq xarici siyasət prioritetlərində dəyişiklik edilməlidir. Xarici siyasətdən təcavüzkarlıq çıxarılmalı və qonşu dövlətlə beynəlxalq hüquq normaları çərçivəsində münasibət qurmağın yolu öyrənilməlidir. Yalnız bundan sonra başqa sahələrdə real islahatlardan bəhs etmək mümkündür.
Newtimes.az
Strategiya.az
Paşinyan Kremldə: iki məsələdə xəyal qırıqlığı və ziddiyyətlər
Gələcək zəfərlərdən xəbər verən sarsılmaz Azərbaycan-Türkiyə birliyi
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM